Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-53/2023 28.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1975-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, əvvələr məhkum olunmamış, işsiz, ali təhsilli, Göyçay rayonu Mallı Şıxlı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə, əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncuya özünün yüksək vəzifədə işləyən şəxslərlə tanışlıq münasibətləri olması barədə yalan məlumat verərək inandırıb, Zərərçəkmiş şəxs cəmi 8000 (səkkiz min) manat pul müqabilində onun Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissələrindən birinə işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra, həmin etibardan sui-istifadə edərək aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin aprel ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində 2500 (iki min beş yüz) manat, 2017-ci ilin aprel ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə ünvan 1 ünvanında yerləşən “Ovçular” kafesində 500 manat, 2017-ci ilin avqust ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Oğuz rayonunda “Milliön” terminalı vasitəsi onun hesab nömrəsinə göndərdiyi 1000 (bir min) manat, 2017-ci ilin avqust ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə ünvan 1 ünvanında yerləşən “Ovçular” kafesində 2000 (iki min) manat, 2017-ci ilin oktyabr ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə ünvan 1 ünvanında yerləşən “Ovçular” kafesində 1000 (bir min) manat, 2017-ci ilin oktyabr ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə ünvan 1 ünvanında yerləşən “Ovçular” kafesində 1000 (bir min) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 8000 (səkkiz min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncuya özünün yüksək vəzifədə işləyən şəxslərlə tanışlıq münasibətləri olması barədə yalan məlumat verərək inandırıb, Zərərçəkmiş şəxs 3000 (üç min) manat pul müqabilində onun Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasına qəbul olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra, həmin etibardan suiistifadə edərək aldatma yolu ilə 2018-ci ilin avqust ayının ikinci yarısında, istntaqla dəqiq müəyyən olunmamış gündə ünvan 1 ünvanında yerləşən “Ovçular” kafesində 3000 (üç min) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs 3000 (üç min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü mаddələri ilə elаn olunmuş ittihаmdа özünü qismən təqsirli bilərək göstərmişdir ki, ittihamda göstərilən məbləğdə pul almamış və aldığı pulu borc olaraq almışdır. Şəki ŞRPŞ-də aparılan ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Lakin Oğuz rayonunda , o, verdiyi ifadəni oxumadan imza etmişdir. o, Zərərçəkmiş şəxs ilə 2017-ci ilin mart ayında Şəki şəhərində yaşayan və DİN-in X9 şəhərində yerləşən hərbi hissəsində işləyən qohumu Şahid vasitəsi ilə tanış olmuş, sonra isə Zərərçəkmiş şəxsla onun şəxsi münasibəti formalaşmışdır. O, Zərərçəkmiş şəxs 5000 manat pulu 2017-ci ilin sonlarında Şəki şəhərində adını xatırlamadığı restoranda borc olaraq almış, sonradan isə Aslan ona bildirmişdir ki, məni işə düzəltməyə adam tapsan mənə deyərsən. Əvvəl, o, Aslana belə bir tanışı olarsa ona xəbər verəcəyini demişdir. Lakin, sonradan o, heç kimi tapa bilmədiyindən, Aslana bildirmişdir ki, onu işə düzəldə bilməz. Həmin 5000 manatdan 4780 manatını Aslana qaytardıqdan sonra yenidən pula ehtiyyacı olduğundan 2018-ci ildə xatırlamadığı tarixdə Şəki şəhərində Avtovağzalın yaxınlığında yerləşən Unibank ASC-nin Şəki filialının yanında Aslandan əlavə olaraq 3000 manat da, borc olaraq pul almış, həmin borcunun da, bir qisimini artıq Aslana geri qaytarmışdır. Belə ki, Aslanın dediyi Həmzə adlı şəxsə 1000 manat, daha sonra 700 manat Aslanın özünə verib. Qalan məbləği də, 100-150 manat olmaqla hissə-hissə qaytarıb. Onun Aslana təxminən 1100-1200 manat borcu qalar. O, Aslanı işə düzəltmək adı ilə pul almamışdır. O, Zərərçəkmiş şəxs ümumilikdə 8000 manat pulu borc olaraq almış, həmin pulun çox hissəsini Aslana geri qaytarmışdır, az bir hissəsi qalıb və həmin az məbləğdə qalan pulu da qısa müddətdə Aslana geri qaytaracaqdır. O, Zərərçəkmiş şəxs 5000 manat və 3000 manat pulu borc kimi almışdır. Verilən suallara cəavab olaraq bildirdi ki, səs yazısı onunla Aslanın arasında olan səs yazısıdır. Aslan 4-5 nəfərdən gəlib. 1000 manatı verdiyi Həmzə deyilən şəxs də, orada olub. Həmzə aldığı pulu inkar edib. Səs-küy olub. Hesab edir ki, səs yazısına müdaxilə olunub. Sonda bildirdi ki, o, vurulan ziyanı tam ödəyib, zərərçəkmiş şəxslə barışıb. Onun dövlətçiliyə xidmətini nəzərə alaraq ona köməklik edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2014-cü ildən 2017-ci ilədək olan müddətdə DİN-in X5 rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etmişdir. Həmin dövrdə, yəni, 2017-ci ilin mart ayında iş yerini dəyişib, Dövlət Təhlükəsizlik Xidmətinin hərbi hissələrindən hər hansı birinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq işə düzəlmək qərarına gəlmiş və 2017-ci ilin mart ayında bu haqda işlədiyi hərbi hissədə hərbi xidmət dövründə, yəni, 2014-cü ildə tanış olduğu və bir müddət sonra xidməti münasibətləri dostluq münasibətinə çevrilmiş xidmət yoldaşı MAHHXHQ Şahid işlədikləri hərbi hissədə ikilikdə olduqları vaxt danışmış, Şahid ona özünün Göyçay rayonunda yaşayan, DTX-da bilmədiyi vəzifədə işləyən Balaxan adlı qohumu olduğunu və həmin qohumunun işə düzəlməkdə ona kömək edə biləcəyini bildirdikdə, o, Aqil Abdulayevdən onu Balaxan adlı qohumu ilə görüşdürməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra Şahid ona Balaxan adlı qohumunun Şəki şəhərinə gəlib Şəki şəhər Avtovağzalının yanında onunla görüşəcəyini, onun mobil nömrəsini də, Balaxana verdiyini bildirib, həmin gün Şəki şəhər Avtovağzalının yanında Balaxanı gözləməyini tapşırmışdır. O, X3 ilə Şəki şəhər Avtovağzalının yanındakı Unibank bankının qarşısında görüşmüş və söhbət etmək üçün o, Balaxan Mənəfovu özüylə birlikdə Şəki şəhərindəki “Aura” çay evinə aparmışdır. Həmin çay evində ikilikdə söhbət etdikləri zaman o, X8 Təhlükəsizlik Xidmətinin hərbi hissələrindən hər hansı birinə hər hansı bir vəzifəyə işə düzəlmək istədiyini bildirdikdə, Balaxan Mənəfov ona özünün DTX-nin əməkdaşı olduğunu və ona 8000 (səkkiz min) manat pul verməyi müqabilində onu DTX-nin hərbi hissələrindən hər hansı birinə işə düzəldəcəyini bildirmişdir. Həmin vaxt o, Balaxan Mənəfova lazım olan pulu hissə-hissə olmaqla bir neçə dəfəyə verə biləcəyini, pulun birinci hissəsi olaraq 3000 (üç min) manat məbləğində pulu bir neçə gün sonra ona verə biləcəyini bildirmiş, sonra Balaxan Mənəfov onunla sağollaşıb getmişdir. Bundan bir müddət sonra, yəni 2017-ci ilin aprel ayının əvvəlində Balxan Mənəfova zəng edib 2500 manat pul toplaya bildiyini və həmin pulu ona vermək üçün onunla Şəki şəhərində görüşmək istədiyini bildirdikdə, Balaxan onunla razılaşmış və həmin vaxt telefon danışığı zamanı gəldikləri razılığa əsasən bir neçə gün sonra Şəki şəhərində xatırlamadığı yerdə Balaxan Mənəfov ilə görüşmüş və onu işə düzəltməsi üçün ikilikdə Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat məbləğində pul vermişdir. Bundan sonra 2017-ci ilin aprel ayının sonlarında Şəki şəhərində “Ovçular” kafesində Balaxan Mənəfov ilə görüşmüş və həmin vaxt görüşə onunla birlikdə Şahid də, getmişdir. Bu zaman “Ovçular” kafesində Şahid yanında onu işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində pul vermiş və Balxan sağollaşıb, çıxıb getmişdir. 2017-ci ilin avqust ayında istifadəsində olan ***-***-**-** saylı nömrədən Balxan Mənəfovun ***-***-**-** saylı nömrəsinə zəng edib 1000 (bir min) manat pul toplaya bildiyini və həmin pulu ona vermək üçün Şəki şəhərində görüşmək istədiyini bildirdikdə, Balxan ona həmin pulu bank və ya poçt vasitəsi ilə öz adına göndərməyini xahiş etmiş və o, razılaşıb, telefon danışığı zamanı gəldikləri razılığa əsasən Oğuz rayonunda “Milliön” terminalı vasitəsi ilə hazırda şifrəsini xatırlamadığı bank hesbına 1000 (bir min) manat pul yükləmiş və Balxan səhəri gün zəng edib həmin pulu götürdüyünü bildirmişdir. Bundan təxminən 15 gün sonra, yəni, 2017-ci ilin avqust ayında Balaxanla Şəki şəhərində “Ovçular” kafesində görüşərək Balaxana 2000 (iki min) manat pul vermişdir. 2017-ci ilin oktyabr ayında Balaxanla Şəki şəhərində “Ovçular” kafesində görüşərək Balaxana 1000 (bir min) manat pul vermişdir. Bundan təxminən 4-5 gün sonra, yəni, 2017-ci ilin oktyabr ayında Balaxanla Şəki şəhərində “Ovçular” kafesində görüşərək 1000 (bir min) manat pul vermişdir. Nəticədə o, Təqsirləndirilən şəxs onu Dövlət Təhlükəsizlik Xidmətinin hərbi hissələrindən hər hansı birinə hər hansı bir vəzifəyə işə düzəltməsindən ötrü ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vermişdir. O, 8000 manat pulu tam olaraq Balaxana verməyinə baxmayaraq, həmin vaxtdan keçən müddət ərzində Balxan onu işə düzəltməmiş və hər dəfə o, bununla bağlı maraqlandıqda, Balaxan ona işinin yaxın vaxtlarda həllini tapacağını demişdir. Bütün bunlardan sonra təxmini 2018-ci ilin avqust ayının ikinci yarısında istifadəsində olan ***-***-**-** saylı nömrədən Balxan Mənəfovun ***-***-**-** saylı nömrəsinə zəng edib, pulu tam olaraq verməyindən uzun müddət keçməsinə baxmayaraq işə düzəlməməyinin səbəbini soruşduqda, Balaxan ona DTX-nin hərbi hissələrindən birinə işə düzəlmək üçün DTX-nin Akademiyasında təhsil almalı olduğunu, bunun üçün də ona əlavə olaraq 3000 (üç min) manat məbləğində pul verməli olduğunu bildirmiş və o, Balaxanla razılaşıb həmin pulu tezliklə verəcəyini bildirmişdir. Həmin telefon danışığı zamanı Balaxan Mənəfov ona bir neçə gün sonra öz işləri ilə əlaqədar olaraq Şəki şəhərinə gələcəyini, həmin vaxt onunla da görüşüb söhbət edəcəyini, yanında bir nəfər kənar şəxs də olacağından həmin şəxsin yanında onunla işə düzəlməyi ilə bağlı heç bir şey danışmamalı olduğunu bildirmiş və o, görüşməyə razılıq vermişdir. Bir neçə gün sonra Balaxan Mənəfov zəng edib, ona Şəki şəhərində olduğunu və onunla görüşüb söhbət etmək istədiyini bildirdikdə, o, Balaxandan “Elit” çay evinə gəlməsini xahiş etmiş və Balaxan da, razılaşmışdır. Bir qədər sonra o, Şəki şəhərində yerləşən “Elit” çay evində Balaxan Mənəfov ilə görüşmüşdür. Həmin vaxt Balaxan Mənəfovun yanında Balaxanın ona taksi sürücüsü olaraq təqdim etdiyi, tanımadığı, adını xatırlamadığı bir nəfər 50-60 yaşlarında, hündürboy, ağ saçlı kişi də, olub. Onlar həmin çay evində üçlükdə çay içib, gündəlik işlərdən söhbət etdikdən sonra çay evindən çıxan zaman taksi sürücüsü avtomobilə əyləşdikdən sonra ikilikdə olduqları vaxt Balaxan Mənəfov ondan 3000 (üç min) manat məbləğində pulu verə bilibbilməyəcəyini soruşduqda, o, Balaxana bir müddət sonra həmin pulu ona göndərə biləcəyini bildirmiş və Balaxan avtomobilə əyləşib çıxıb getmişdir. Bundan bir neçə gün sonra, yəni 2018-ci ilin avqust ayının ikinci yarısında o, sonuncu dəfə X10 şəhərindəki Ovçular kafesində ikilikdə görüşmüş və həmin vaxt Balaxan Mənəfova onu Dövlət Təhlükəsizlik Xidmətinin akademiyasına qəbul etdirməsindən ötrü 3000 (üç min) manat məbləğində pul vermişdir. Bu zaman Balaxan Mənəfov həmin pulu götürüb, ona sentyabr ayında DTX-nın akademiyasında təhsilə başlayacağını bildirmişdir. Lakin, uzun müddət keçsə də və hər dəfə telefon danışığı zamanı Təqsirləndirilən şəxs ona yaxın günlərdə akademiyaya düzələcəyini, daha sonra da işə düzələcəyini bildirsə də, o, akademiyaya və ya işə düzəlmədiyini görüb Təqsirləndirilən şəxs ona aldadaraq onun pulunu mənimsədiyini anlamış və bununla bağlı qanuni tədbir görülməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə DTX-ya müraciət etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Balaxan Mənəfov ondan aldığı puldan bir qismini, yəni, 4680 (dörd min altı yüz səksən) manat məbləğində pulu 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayının ortalarınadək olan müddətdə ona hissə-hissə olmaqla poçt və post terminal vasitəsi ilə göndərmiş və o, həmin pulları qəbul etmiş, daha sonra isə 700 manat pulu onun kartına 2020-ci ildə dəqiq xatırtlamadığı tarixdə göndərmişdir. Bundan sonra da 2022-ci ildə isə Balxan ona hissə-hissə olmaqla bank kartına yükləməklə ümumilikdə 1360 (bir min üç yüz altmış) manat pul qaytarmış, 2023-cü ilin fevral ayında xatırlamadığı tarixdə bank kartına yükləməklə ona 50 (əlli) manat pulunu qaytarmışdır. Beləliklə də, Balaxan Mənəfov hadisə zamanı ondan aldığı puldan ümumilikdə ona 6790 (altı min yeddi yüz doxsan) manat ziyandan qaytarmışdır. Daha sonra isə, işə məhkəmədə baxılarkən Balaxan qalan məbləği də, ona ödəmişdir. Hal-hazırda Balaxan ondan aldığı pulu tam olaraq ona qaytarmışdır. Təqsirləndirilən şəxs ilə onun arasında olan danışığın səs yazısı vardır və o, həmin səs yazısını araşdırmaya təqdim etmişdir. Həmin səs yazısında o, Təqsirləndirilən şəxs və Balaxanın yanında olan onun tanımadığı bir nəfər şəxs olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2012-ci ildən Şəki rayonu ərazisində yerləşən Daxili Qoşunlarda maxe işləyir. Onunla Zərərçəkmiş şəxs da əvvəllər Daxili Qonunlarda işləyib. 2017-ci ilin fevral ayında Aslan demişdir ki, mənə adam tap işə düzəlmək istəyirəm. O, da demişdir ki, tanışım var, ona deyərik. Balaxan adlı tanışına zəng vurmuşdur. 2017-ci ilin fevral ayının axırında Balaxan Şəki şəhərinə gəlmiş, Aura çay evində üçü görüşmüşdür. Aslanla Balaxan öz aralarında söhbət etmişlər, Balaxandan Aslan kömək istəmişdir ki, işə düzəltsin. Balaxan da, Aslana bəzi sənədləri düzəltməyini demişdir. Bir neçə gün sonra Aslan ona demişdir ki, Balaxan pul istəyir, o, da demişdir ki, özünüz bilərsiniz. Bundan sonra Aslanın Balaxana pul verməsindən xəbəri olmayıb. Aradan bir neçə ay keçəndən sonra Aslan işdən çıxmışdır. X11 arasında nə olub bilmir. Həmçinin bildirmişdir ki, Balaxan Aslanı işə düzəltmək üçün pul almış, lakin hansı quruma işə düzəltməli olduğunu bilmir. Aslanın deməsinə görə hissə-hissə Balaxana 11000 manat pul verib. 2017-ci ilin fevral ayında Aslan Balaxana sənədləri düzəltmək üçün təxminən 1000 ( min) manat pulu onun yanında verib. Onun yanında dedikdə, o, Aslanla birlikdə Balaxanla görüşməyə getmiş, həmin vaxt onlar onun yanından durub kənara getmişdirlər və Zərərçəkmiş şəxs Balaxana pulu vermişdir. Aslan yolda gedən zaman bildirmişdir ki, Balaxana 500, ya da 1000 manat pul verdi. Hadisədən uzun müddət keçdiyindən hadisə tam şəkildə onun yadında qalmamışdır. Lakin, Aslanın Balaxana pul verməsi dəqiq yadındadır. Balaxan onun babasının uzaqdan qohumudur. O, Balaxanı gördükdə, həmişə geniş ətrafının olmasını bilmişdir. Onda buna görə Balaxana qarşı fikir formalaşmışdır ki, Balaxanın çoxlu tanışı vardır. Aslan Balaxanın onu aldatmasını bildirdikdə, o, Balaxana zəng etmiş və Aslanın pulunu qaytarmasını bildirmiş, Balaxan isə pulu qaytaracağını demişdir. Onun bildiyinə görə Balaxan Aslanın pulunun bir qismini qaytarmışdır. O, sadəcə olaraq Aslana kömək etməsi, yəni tanışlarından xahiş edərək kömək etməsi üçün onları tanış etmişdir. İş materiallarına əlavə edilmiş 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllsəinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarına əlavə edilmiş 13 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəllsəinin 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 14 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd diskə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdəki bir ədəd faylda 1 saat 6 dəqiqə 5 saniyədən ibarət səs yazısı vardır. Həmin səs yazısında Mənafov X2 Aslan Əfsan oğlunu işə düzəldəcəyini və işinin qısa zamanda alınacağını, ondan aldığı pulları başqa şəxslərə verdiyini, qısa zaman ərzində pulu qaytaracağına dair ifadələr işlədir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazısında olan şəxslərdən birinin onun özünün olması, digərinin isə Zərərçəkmiş şəxs olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli, 5114 nömrəli məktubundan göstərilmişdir ki, Göyçay rayonu Mallı Şıxlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli material üzrə xx.xx.2022-ci il tarixdə Nizami RPİ-də CPM-in 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin icraatına xitam verilməsi haqqında 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə başlanılmış cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənildiyinə və zərərçəkmiş şəxslə barışdığına görə həmin cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay rayon İH-nin İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 60 nömrəli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonu Mallı Şıxlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur və o, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs, həmin əməli törətməsini etiraf etməsə də, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə olan digər sənədlərlə sübuta yetirilir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və Manafov Balaxanın özünü qismən təqsirli bilməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Həmin Məcəllənin 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Göyçay rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi ziyanın ödənilməsi, maddi sübutun və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Göyçay rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi ziyanın ödənilməsi, maddi sübutun və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-53/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-53/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver