Məhkəmə qərarları › İş №1(075)-53/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-53/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-53/2024 19.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, ali təhsilli, məhkumluğu olmayan, Şəki rayonu, Dərəcənnət kəndində qeydiyyatda olmaqla tutulana kimi həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, qulluq mövqeyindən istifadə elməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN ********* ) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2012-cı il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul etmək, onlara dəqiq və düzgün məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək etmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak elmək, müştərilərin biznesini düzgün qiymətləndirmək, müştərilərin ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət etmək, vəzilə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz yə təhlükəsiz icra elmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 sonuncunun tanışı X6 adına rəsmiləşdiriləcək kredit məbləğinin bir hissəsini özünə götürəcəyilə, kreditin özünə çatan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə etməklə inandıraraq işlədiyi həmin təşkilatın Şəki filialına kredit götürmək üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 qohumu X6 adına rəsmiləşdirilmiş 18 ay müddətə, illik 33,6 % dərəcəsi ilə 11 iyun 2014-cü il tarixli, 16445 saylı kredit müqaviləsi üzrə ayrılmış və sonuncu tərəfindən götürülərək Zərərçəkmiş şəxs1va verilmiş 3.700 (üç min yeddi yüz) ABŞ dollarının 1.700 (bir min yeddi yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.333,14 manat (bir min üç yüz otuz üç manat on dörd qəpik) məbləğində olan hissəsini qeyd edilən tarixdə həmin filialın ünvan 2 ünvanında yerləşən inzibati binasında Zərərçəkmiş şəxs1 alaraq, həmçinin, Zərərçəkmiş şəxs1 verilmiş kredit məbləğinin ödənişi qismində 2014- cü ilin iyun ayında ondan həmin filialda 2.000 (iki min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.568,4 manat (bir min beş yüz alımış səkkiz manat qırx qəpik) məbləğində pul vəsaitini qəbul etməsinə baxmayaraq, həmin pulu filialın xəzinəsinə ödəməyib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 vahid niyyətlə cəmi 2.901,54 manat (iki min doqquz yüz bir manat əlli dörd qəpik) məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN **********) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul etmək, onlara dəqiq və düzgün məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək etmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak etmək, müştərilərin biznesini düzgün qiymətləndirmək, müştərilərin ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət etmək, vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz və təhlükəsiz icra etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun adına rəsmiləşdiriləcək kredit məbləğinin bir hissəsini özünə götürəcəyinə, kreditin özünə çalan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafıkə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə etməklə inandıraraq işlədiyi həmin təşkilatın Şəki filialına kredit götürmək üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs2 18 ay müddətə, illik 33,6 % dərəcəsi ilə 12 dekabr 2014-cü il tarixli, 15836/2 saylı kredit müqaviləsi üzrə ayrılmış 2.500 (iki min beş yüz) manatın 1.000 (bir min) manat məbləğində olan hissəsini qeyd edilən tarixdə filialın ünvan 3 ünvanında yerləşən inzibati binasında ondan alaraq, həmçinin, Zərərçəkmiş şəxs2 verilmiş kredit məbləğinin ödənişi qismində 2015-ci ilin yanvar ayından mart ayına kimi olan müddət ərzində ondan həmin filialda 1.772 (bir min yeddi yüz yetmiş iki) manat məbləğində pul vəsaitini qəbul etməsinə baxmayaraq, həmin pulun 272 (iki yüz yetmiş iki) manatını filialın xəzinəsinə ödəyib, qalan 1.500 (bir min beş yüz) manat məbləğində pulu isə xəzinəyə ödəməyib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 2.500 (iki min beş yüz) manat məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN **********) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul etmək, onlara dəqiq və düzgün məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək etmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak etmək, müştərilərin biznesini düzgün qiymətləndirmək, müştərilərin Ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət elmək, vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz və təhlükəsiz icra etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 sonuncunun adına rəsmiləşdiriləcək kredit məbləğinin bir hissəsini özünə götürəcəyinə, kreditin özünə çatan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə elməklə inandıraraq işlədiyi həmin təşkilatın Şəki filialına kredit götürmək üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs3 18 ay müddətə, illik 33.0 % dərəcəsi ilə 12 yanvar 2015-ci il tarixli, 11978/5 saylı kredit müqaviləsi üzrə ayrılmış 3.000 (üç min) manatın 1.500 (bir min beş yüz) manat məbləğində olan hissəsini qeyd edilən tarixdə filialın ünvan 3 ünvanında yerləşən inzibati binasında ondan alaraq, həmçinin, Zərərçəkmiş şəxs3 verilmiş kredit məbləğinin ödənişi qismində 2015-ci ilin fevral ayından 2016-cı ilin avqust ayına kimi olan müddət ərzində ondan həmin filialda 1.926 (bir min doqquz yüz iyirmi altı) manat məbləğində pul vəsaitini qəbul etməsinə baxmayaraq, həmin pulun 856 (səkkiz yüz əlli altı) manatını filialın xəzinəsinə ödəyib, qalan 1.070 (bir min yetmiş) manat məbləğində pulu isə xəzinəyə ödəməyib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olanan qəsdlə cəmi 2.570 (iki min beş yüz yetmiş) manat məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Deparlamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN **********) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul elmək, onlara dəqiq və düzgün məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək etmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak etmək, müştərilərin biznesini düzgün qiymətləndirmək, müştərilərin ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət etmək, vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz və təhlükəsiz icra etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istiladə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 sonuncunun adına rəsmiləşdiriləcək kredit məbləğinin bir hissəsini özünə götürəcəyinə, kreditin özünə çalan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafıkə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə etməklə inandıraraq işlədiyi həmin təşkilatın Şəki filialına kredit götürmək üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs4 18 ay müddətə, illik 33,6% dərəcəsi ilə 16 yanvar 2015-ci il tarixli, 6524/6 saylı kredit müqaviləsi üzrə ayrılmış 8.000 (səkkiz min) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 6.275,2 manat (altı min iki yüz yetmiş beş manat iyirmi qəpik) məbləğində pulun 5.775,2 manat (beş min yeddi yüz yetmiş beş manat iyirmi qəpik) məbləğində olan hissəsini qeyd edilən tarixdə filialın ünvan 3 ünvanında yerləşən inzibati binasında ondan alaraq, həmçinin, Zərərçəkmiş şəxs4 verilmiş kredit məbləğinin ödənişi qismində 2015-ci ilin fevral ayından noyabr ayına kimi olan müddət ərzində ondan həmin filialda 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul vəsaitini qəbul etməsinə baxmayaraq, həmin pulun 132 (bir yüz otuz iki) manatını filialın xəzinəsinə ödəyib, qalan 165 (bir yüz altmış beş) manat məbləğində pulu isə xəzinəyə ödəməyib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdar təşkil edən cəmi 5.940,2 manat (beş min doqquz yüz qırx manat iyirmi qəpik) məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə elmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi vanında Bakı Vergilər Departamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN i4********) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul etmək, onlara dəqiq və düzgün məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək elmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak elmək, müştərilərin biznesini düzgün qiymətiəndirmək, müştərilərin ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət etmək, vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz və təhlükəsiz icra etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 sonuncunun adına rəsmiləşdiriləcək kredit məbləğinin bir hissəsini özünə götürəcəyinə, kreditin özünə çatan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə etməklə inandıraraq işlədiyi həmin təşkilatın Şəki filialına kredit götürmək üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs5 12 ay müddətə, illik 35,6% dərəcəsi ilə 13 aprel 2015-ci il tarixli, 7606/7 saylı kredit müqaviləsi üzrə ayrılmış 2.000 (iki min) manatın 1.000 (bir min) manat məbləğində olan hissəsini qeyd edilən tarixdə filialın ünvan 3 ünvanında yerləşən inzibati binasında ondan alaraq, həmçinin, sonuncunun qonşusu Qurbanəliyev Şahid Baba oğlunun adına 18 ay müddətə, illik 21% dərəcəsi ilə 30 sentyabr 2015-ci il tarixli 15530/3 saylı kredit müqaviləsi rəsmiləşdirilməklə ayrılmış və sonuncu tərəfindən götürülərək Zərərçəkmiş şəxs5 verilmiş 2.900 (iki min doqquz yüz) manatın 1.500 (bir min beş yüz) manat məbləğində olan hissəsini 30 sentyabr 2015-ci il tarixdə filialın həmin ünvandakı inzibati binasında Zərərçəkmiş şəxs5 alıb, həmçinin Zərərçəkmiş şəxs5 verilmiş kredit məbləğinin ödənişi qismində 2015-ci ilin may ayından sentyabr ayına kimi olan müddət ərzində ondan həmin filialda 400 (dörd yüz) manat məbləğində pul vəsaitini qəbul etməsinə baxmayaraq, həmin pulu filialın xəzinəsinə ödəməyib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 2900 (iki min doqquz yüz) manat məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bandan başqa, o, qəsdən təkrarən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN **********) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul etmək, onlara dəqiq və düzgiin məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək etmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak etmək, müştərilərin biznesini düzgün qiymətləndirmək, müştərilərin ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət etmək, vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz və təhlükəsiz icra etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 sonuncunun adına rəsmiləşdiriləcək kredit məbləğinin hamısını özünə götürəcəyinə, kreditin özünə çatan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə etməklə inandıraraq göstərilən filialdan Zərərçəkmiş şəxs6 15 ay müddətə, illik 33,6% dərəcəsi ilə 30 aprel 2015-ci il tarixli 9918/6 saylı kredit müqaviləsi üzrə ayrılmış 3.200 (üç min iki yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.355,84 manat (üç min üç yüz əlli beş manat səksən dörd qəpik) məbləğində pulu tam şəkildə həmin tarixdə filialın ünvan 3 ünvanında yerləşən inzibati binasında Zərərçəkmiş şəxs6 alıb şəxsi ehtiyaclarına sərf edərək sonuncuya 3.355,84 manat (üç min üç yüz əlli beş manat səksən dörd qəpik) məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN **********) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədr-tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul etmək, onlara dəqiq və düzgün məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək etmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak etmək, müştərilərin biznesini düzgün qiymətləndirmək, müştərilərin ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət etmək, vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz və təhlükəsiz icra etmək və digər səlalryyəllərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 sonuncunun adına rəsmiləşdiriləcək kredit məbləğinin bir hissəsini özünə götürəcəyinə, kreditin özünə çatan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə etməklə inandıraraq işlədiyi həmin təşkilatın Şəki filialına kredit götürmək üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs7 18 ay müddətə, illik 36,6 % dərəcəsi ilə 12 may 2015-ci il tarixli, 17829 saylı kredit müqaviləsi üzrə ayrılmış 2.000 (iki min) manatın 1.200 (bir min iki yüz) manat məbləğində olan hissəsini qeyd edilən tarixdə filialın ünvan 3 ünvanında yerləşən inzibati binasında oııdaıı alaraq, həmçinin Zərərçəkmiş şəxs7 verilmiş kredit məbləğinin ödənişi qismində 2015-ci ilin iyun ayından dekabr ayına kimi olan müddət ərzində ondan həmin filialda 360 (üç yüz altmış) manat məbləğində pul vəsaitini qəbul etməsinə baxmayaraq, həmin pulun 200 (iki yüz) manatını filialın xəzinəsinə ödəyib, qalan 160 (bir yüz altmış) manat məbləğində pulu isə xəzinəyə ödəməyib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs7 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 1.360 (bir min üç yüz altmış) manat məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN **********) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədr-tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul etmək, onlara dəqiq və düzgün məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək etmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak etmək, müştərilərin biznesini düzgün qiymətləndirmək, müştərilərin ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət etmək, vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz və təhlükəsiz icra etmək və digər səlalryyəllərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X1 adına rəsmiləşdiriləcək kredit məbləğinin bir hissəsini özünə götürəcəyinə, kreditin özünə çalan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə etməklə inandıraraq işlədiyi həmin təşkilatın Şəki filialına kredit götürmək üçtin müraciət elmiş tanışı X3 18 ay müddətə, illik 33,6% dərəcəsi ilə 21 may 2015-ci il tarixli, 9808/6 saylı kredit müqaviləsi üzrə ayrılmış 2.000 (iki min) ABŞ dollarının 1.000 (bir min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.048,6 manat (bir min qırx səkkiz manat altmış qəpik) məbləğində olan hissəsini qeyd edilən tarixdə filialın ünvan 3 ünvanında yerləşən inzibati binasında ondan alaraq, həmçinin, Zərərçəkmiş şəxs8 verilmiş kredit məbləğinin ödənişi qismində 2015-ci ilin iyun ayından 2016-cı ilin iyun ayına kimi olan müddəl ərzində ondan həmin filialda 781 (yeddi yüz səksən bir) manat məbləğində pul vəsaitini qəbul etməsinə baxmayaraq, həmin pulun 71 (yetmiş bir) manatını filialın xəzinəsinə ödəyib, qalan 710 (yeddi yüz on) manat məbləğində pulu isə xəzinəyə ödəməyib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs8 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 1.758,6 manat (bir min yeddi yüz əlli səkkiz manat altmış qəpik) məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN **********) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədr-tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul etmək, onlara dəqiq və düzgün məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək etmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak etmək, müştərilərin biznesini düzgün qiymətləndirmək, müştərilərin ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət etmək, vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz və təhlükəsiz icra etmək və digər səlalryyəllərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X2 adına rəsmiləşdiriləcək kredit məbləğinin bir hissəsini özünə götürəcəyinə, kreditin özünə çatan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə etməklə inardıraraq işlədiyi həmin təşkilatın Şəki filialına kredit götürmək üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs9 18 ay müddətə, illik 33,6% dərəcəsi ilə 27 may 2015-ci il tarixli, 12328/4 saylı kredit müqaviləsi üzrə ayrılmış 2.700 (iki min yeddi yüz) ABŞ dollarının 1.500 (bir min beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.574,7 manat (bir min beş yüz yetmiş dörd manat yetmiş qəpik) məbləğində olan hissəsini ondan alaraq, həmçinin, Zərərçəkmiş şəxs9 verilmiş kredit məbləğinin ödənişi qismində 2015-ci ilin iyun ayından dekabr ayına kimi olan müddət ərzində ondan həmin filialda 546 (beş yüz qırx altı) manat məbləğində pul vəsaitini qəbul etməsinə baxmayaraq, həmin pulu filialın xəzinəsinə ödəməyib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs9 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 2.120,7 manat (iki min bir yüz iyirmi manat yetmiş qəpik) məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN **********) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədr-tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul etmək, onlara dəqiq və düzgün məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək etmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak etmək, müştərilərin biznesini düzgün qiymətləndirmək, müştərilərin ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət etmək, vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz və təhlükəsiz icra etmək və digər səlalryyəllərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs10 sonuncunun tanışı Şahid1 adma rəsmiləşdiriləcək kredit məbləğinin bir hissəsini özünə götürəcəyinə, kreditin özünə çatan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə etməklə inandıraraq işlədiyi həmin təşkilatın Şəki filialına kredit göltirmək üçün müraciət elmiş tanışı Zərərçəkmiş şəxs10 qonşusu Şahid1 adına rəsmiləşdirilmiş 17 ay müddətə, illik 20% dərəcəsi ilə 11 sentyabr 2015-ci il tarixli, 16960/2 saylı kredit müqaviləsi üzrə ayrılmış və sonuncu tərəfindən götürülərək Zərərçəkmiş şəxs10 verilmiş 2.900 (iki min doqquz yüz) manatın 2.300 (iki min üç yüz) manat məbləğində olan hissəsini qeyd edilən tarixdə filialın ünvan 3 ünvanında yerləşən inzibati binasında ondan alaraq, həmçinin, Zərərçəkmiş şəxs10 verilmiş 600 (altı yüz) manat kredit məbləğinin ödənişi qismində 2015-ci ilin oktyabr ayından 2016-cı ilin noyabr ayına kimi olan müddət ərzində ondan həmin filialda 660 (altı yüz alımış) manat məbləğində pul vəsaitin qəbul etməsinə baxmayaraq, həmin pulu filialın xəzinəsinə ödəməyib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs10 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 2.960 (iki min doqquz yüz altmış) manat məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində 30 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin (VÖEN **********) 5 aprel 2010-cu il tarixdən 1 iyun 2016-cı il tarixədək Şəki filialında kredit işçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətin idarə heyətinin sədr-tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəzifə təlimatına əsasən, filialın müştərilərini qəbul etmək, onlara dəqiq və düzgün məlumatları təqdim etmək, kredit almaq üçün səy göstərən müştərilərə kömək etmək, müştərilərin ərizəsinin hazırlanmasında aktiv iştirak etmək, müştərilərin biznesini düzgün qiymətləndirmək, müştərilərin ödəmələrinə nəzarət etmək, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərin vaxtında qaytarılmasına nəzarət etmək, vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəlikləri düzgün, bankın mənafeləri üçün zərərsiz və təhlükəsiz icra etmək və digər səlalryyəllərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs11 sonuncunun adına rəsmiləşdiriləcək kredit məbləğinin hamısını özünə götürəcəyinə, kreditin özünə çatan məbləği üzrə əsas və faiz öhdəliklərini müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özünün ödəyəcəyinə yalandan vəd verib onu qulluq mövqeyinə görə özünə olan inam və etimaddan istifadə etməklə inandıraraq göstərilən filialdan Zərərçəkmiş şəxs11 18 ay müddətə, illik 21 faiz dərəcəsi ilə 29 oktyabr 2015-ci il tarixli, 13425/3 saylı kredit müqaviləsi üzrə ayrılmış 2.000 (iki min) manatı tam şəkildə qeyd edilən tarixdə həmin filialın ünvan 3 ünvanında yerləşən inzibati binasında ondan alaraq şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs11 2000 (iki min) manat məbləğində ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü tam olaraq təqsirli bilərək, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənildiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, şikayətinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Şahid2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X5, Şahid2, Şahid4, Şahid3 İsfəndiya oğlu və Şahid5 ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 27 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq dövründə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Və Zərərçəkmiş şəxs6 istintaq orqanına ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Cinayət işinin materiallarına əlavə olunmuş 27 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs9 Alzan qızı Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş 27 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş 27 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş 27 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş 27 iyun 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Abdullayev dünyamin Yolçu oğlu Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş 27 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş 27 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş 27 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 25 faizi məbləğində pul vəsaiti olaraq 7500 (yeddi min beş yüz) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 25 faizi məbləğində pul vəsaiti olaraq 96 (doxsan altı) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73- 1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxslərə dəymiş ziyаnı tam ödəmişdir. Eyni zamanda təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs оğlu ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənilmiş, həmin zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 7596 (yeddi min beş yüz doxsan altı) manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə, göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384cü maddələrini rəhbər tutub qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar