Məhkəmə qərarları › İş №1(075)-54/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-54/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-54/2025 21.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Baş Şabalıd kəndində qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 10 fevral 2022-ci il tarixdən hesablanmaqla 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şəki Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(075)-628/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib həmin rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(075)-998/2023 saylı qərarına əsasən 08 gün, xx.xx.2024-cü il tarixli 3(075)-808/2024 saylı qərarına əsasən isə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 sentyabr 2024-cü il tarixədək şəxsi maraq niyyətilə 7800,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 20 oktyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 19 sentyabr 2019-cu il tarixdə Əsmayə, 09 avqust 2021-ci il tarixdə isə Fərda adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və Lalə uşaqları götürüb ata evinə getmişdir. Bir müddət ayrı yaşadıqdan sonra Lalə aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi nikahın pozulması, həmçinin ondan 10 fevral 2022-ci il tarixdən hesablanmaqla 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair 07 iyul 2022-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə iki dəfə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs edilmişdir. Lakin maddi imkanı zəif olduğuna görə müəyyən edilmiş alimenti ödəməmişdir. Hazırda yaranmış aliment borcunu tam olaraq ödəyə bilmir, lakin çalışıb imkanı daxilində ödənişlər edəcəkdir. İfadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 19 sentyabr 2019-cu il tarixdə Əsmayə, 09 avqust 2021-ci il tarixdə isə Fərda adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan Təbrizin təqsiri ucbatından münasibətləri pozulmuşdur. Odur ki, azyaşlı uşaqlarını da götürüb atası evinə qayıtmışdır. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Təbriz uşaqlarla maraqlanmamış və onların saxlanılmasına köməklik göstərməmişdir. Həmçinin bir ailə kimi yaşamaqları da mümkünsüz olmuşdur. Odur ki, aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsi aralarında bağlanmış nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən hesablanmaqla 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair 07 iyul 2022-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından iki ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə qətnaməyə məhəl qoymamış və müəyyən edilmiş aliment məbləğindən heç bir ödəniş etməmişdir. Halbuki, Təbriz fərdi qaydada işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qazancını spirtli içkilərə xərcləyir, alimenti isə ödəmir. Uşaqların maddi tələbatı isə gündən-günə artmaqdadır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkirə. Maddi vəziyyətləri ağır olduğundan müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq, Təbriz yenə də alimenti ödəmir, ümumiyyətlə uşaqlarla maraqlanmır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək yaranmış 7800,00 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən hesablanmaqla 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)-628/2022 saylı 07 iyul 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuşdur. İra sənədi üzrə eyni tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inziabti qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuşdur. Borclu izahatında hər ay müəyyən edilmiş 260,00 manat alimenti və əlavə olaraq 50,00 manat aliment borcundan ödəyəcəyini bildirmiş, lakin xeyli müddətin keçməsinə baxmayaraq ödəniş etməmişdir. İcra müddətində borclu barəsində dəflərlə axtarış elan edilmiş və o, hər dəfə polis əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. Sonuncu dəfə borclu Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmiş və həmin gün bir daha qətnamənin icrası ondan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Lakin borclu müxtəlif əsassız bəhanələr göstərməklə alimenti ödəməkdən yayınmışdır. Odur ki, barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Həmçinin Elektron icra sistemindən çıxarışdan Təqsirləndirilən şəxs "xxxx" MMC-də fəhlə işlədiyi və əmək haqqının 598,88 manat təşkil etdiyi məlum olmuşdur. Odur ki, qeyd edilən MMC-yə sorğu göndərilmiş və alınmış cavab məktubundan Təqsirləndirilən şəxs həmin MMC-də işləmədiyi müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs izahatında sözügedən MMC-də səkkiz ay işlədiyini, lakin əmək haqqının az olması səbəbilə işdən çıxdığını təsdiq etmiş və qeyri rəsmi qaydada fəhləliklə məşğul olduğunu və aylıq qazancının 600-650 manat təşkil etdiyini bildirmişdir. Lakin işlədiyi və gəlirlərinin olmasına baxmayaraq icra müddətində Təqsirləndirilən şəxs barəsində görülmüş məcburi icra tədbirlərindən nəticə çıxarmamış və 05 sentyabr 2024-cü il tarixədək 7800,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Buna görə də borclu Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs anasıdır. Qızı Lalə 2018-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Onların birgə nikahdan 2019-cu ildə Əsmayə, 2021-ci ildə isə Fərda adında övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan Təbrizin təqsiri ucbatından münasibətləri pozulmuşdur. Belə ki, Təbriz Bakı şəhərində müxtəlif yerlərdə, o cümlədən "xxxx" MMC-də işləmiş və onun normal qazancı olmuşdur. Lakin qazancını spirtli içkilərə xərcləmiş, ailəsinə isə baxmamışdır. Buna görə də aralarında tez-tez mübahisələr olmuş və qızı Lalə uşaqları da götürüb ata evinə qayıtmışdır. Ayrıldıqdan sonra da Təbriz uşaqları ilə maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Faktiki olaraq ayrıldıqdan xeyli müddət sonra Lalə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə hər ay hər uşaq üçün 130,00 manat aliment müəyyən edilmişdir. Lakin alimentin müəyyən edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Təbriz alimenti ödəməmişdir. İcra məmurları alimenti tələb etdikdə Təbriz məsuliyyətini anlayaraq onların yaşadıqları evə gəlib ailəsi ilə barışmaq istədiyini bildirmiş, onların tövsiyyəsi ilə Lalə ailəsi ilə barışıb təxminən 3-4 ay Bakı şəhərində kirayədə qalmışdır. Həmin müddətdə Laləgilə evin kirayə haqqını və digər zəruri xərclərini ödəməyə köməklik etmişlər ki, ailələri dağılmasın. Lakin barışdıqdan sonra da Təbrizin ailəsinə olan münasibəti dəyişməmiş və o, spirtli içkilər qəbul etməkdən çəkinməmişdir. Ona görə də qızı yenidən Təbrizdən ayrılmışdır. Hazırda uşaqların maddi təlabatı gündən-günə artmaqdadır. Uşaqlara baxmaqda Laləyə köməklik etsələrdə, maddi imkanları zəif olduğundan onların zəruri xərclərini ödəməkdə çətinliklər çəkirlər. Təbriz isə müəyyən edilmiş alimenti belə ödəmir, ümumiyyətlə uşaqlarla maraqlanmır və ayrıldıqları müddətdə bir dəfə də olsun uşaqlarla görüşməyib. Odur ki, uşaqlarla çətin maddi vəziyyətdə olduğunu nəzərə alaraq müəyyən edilmiş aliment məbləğinin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)-628/2022 saylı 07 iyul 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən hesablanmaqla 19 sentyabr 2019-cu il təvəllüdlü X3 və 09 avqust 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)-628/2022 saylı 07 iyul 2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 08 iyul 2022-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)-628/2022 saylı 07 iyul 2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında verilmiş təqdimatdan görünür ki, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixə kimi aliment ödənilməmiş, ödənilməmiş alimentin miqdarı 7800,00 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulkluq Agentliyinin X1 Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Məmmədov X7 əməkdaşı tərəfindən müraciətdə qeyd olunan mobil telefon nömrəsi ilə vətəndaşla əlaqə saxlamaq mümkün olmamışdır. Vətəndaşın ünvanına məktub göndərilmiş və filiala yaxınlaşacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs iş axtarmaq məqsədi ilə mərkəzə müraciət etməmiş və işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır. Gələcəkdə o, iş axtarmaq məqsədi ilə mərkəzə müraciət edərsə, onun işə düzəlməsinə qanun çərçivəsində müvafiq köməklik göstəriləcəkdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(075)-998/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-808/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsinin 20 dekabr 2024-cü i tarixli, 3-13108/2-29685/2024 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyi /Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Azərbaycan Respublikası CMnın 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin CAB-də 822376 nöömrəli axtarış işi açılaraq yerli axtarış elan edilmiş Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixdə saat 22:25-də Bakı şəhəri, Yasamal rayonu ərazisində tutularaq Şəki ŞRPŞ-nə gətirilərək qərarda gööstərilən ünvana təhvil verilişdir. “Tutulmuş şəxsin azad edilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2024-cü il tarixdə, saat 12:30-da saxlanıldığç Şəki ŞRPŞ-nin Müvəqqəti saxlam ayerindən azad edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin 02 dekabr 2024-cü i tarixli, 1246/10 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib cərimə cəzasına məhkum edilmiş və həmin rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 01 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsinin 14 mart 2025-ci i tarixli, 313109/2-6479/2025 nömrəli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 1(075)-54/2025 nömrəli 20 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş xx xxxx 1993-cü il təvəllüdlü Şəki rayonu Baş Şabalıd kəndində qeydiyyatda olan Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəki ŞRPŞ-i tərəfindən xx.xx.2025-ci il tarixdə 820188 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdə tutularaq X4 istintaq təcridxanasına təhvil verilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti Başçısnın Baş X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Baş ŞAbalıd kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq beş ildən artıq müddət ərzində, qərəzli olaraq həyata keçirmişdir. Çünki, bu müddət ərzində hesablanmış 7800 manat aliment borcundan heç bir ödəniş həyata keçirməmiş, məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması və bunun nəticəsində öz evladlarının saxlanılmasında zərərçəkmiş şəxsə yardım etməməklə aliment borcunun ödənilməməsi, eyni zamanda məhkəmə tərəfindən evladlarının maddi tələbatlarının ödənilməsi üçün müəyyən olunmuş aliment məbləğini uzun müddət ödəməməklə onların normal həyat şəraitinin təmin olunmasından yayınması Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən saat 19:25-dən, xx.xx.2024-cü il saat 12:30 tarixinədək tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetənin bir gününə bir gün hesablanmaqla, cəmi 1 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Şəki rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və qərar icra olunması üçün Şəki Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsinin 14 mart 2025-ci i tarixli, 313109/2-6479/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdə tutularaq X4 istintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu 13 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetənin bir gününə bir gün hesablanmaqla, cəmi 1 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar