Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-55/2020 22.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1951-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Aşağı küngüt kənd məktəbinin müdiri vəzifəsində işləyən, məhkum olunmamış, Şəki rayonu Aşağı Küngüt kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3 və 259.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan otrü ki, o, qəsdən, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan Şəki rayonu, Aşağı Küngüt kənd tam orta məktəbinin həyətyanı sahəsində dövlət mülkiyyətinə aid və meşə fonduna daxil olmayan torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib təbiətə külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, o, qəsdən, müəyyən edilmiş normativ hüquqi aktlarla və “Azərbaycan Respublikası ümümtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları” ilə dövlət əmlakının mühafizəsini təmin etmək kimi üzərinə vəzifə qoyulmasına baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə "Yaşıllıqların Mühafizəsi" haqqında Azərbaycan Respublikası x xxx 2014-cu il tarixli qanunun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı xx xxxxxx 2016-ci il tarixli "Yaşıllıqların götürülməsi Qaydası"sı ilə müəyyən edilmiş əsaslar olmadan 2019-cu ilin iyun ayının sonlarında direktoru olduğu Şəki rayonu, Aşağı Küngüt kənd tam orta məktəbinin həyətində meşə fonduna daxil olmayan dövlət mülkiyyətinə aid torpaq sahəsində 27 ədəd hər biri 180 manat olmaqla diametri 20 sm olan 3 ədəd cəmi 540 manat, hər biri 250 manat olmaqla diametri 26 sm olan 02 ədəd cəmi 500 manat, hər biri 250 manat olmaqla diametri 28 sm olan 04 ədəd cəmi 1000 manat, hər biri 300 manat olmaqla diametri 30 sm olan 08 ədəd cəmi 2400 manat, hər biri 350 manat olmaqla diametri 34 sm olan 05 ədəd cəmi 1750 manat, diamteri 36 sm olan 01 ədəd 350 manat, hər biri 400 manat olmaqla diametri 38 sm olan 02 ədəd cəmi 800 manat, diametri 40 sm olan 01 ədəd 400 manat, diamteri 46 sm olan 01 ədəd 700 manat yaş köküstə qovaq ağaclarını kəsməsi nəticəsində ümumilikdə təbiətə 8440 (səkkiz min dörd yüz qırx) manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, qəsdən, təkrarən müəyyən edilmiş normativ hüquqi aktlarla və “Azərbaycan Respublikası ümümtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları” ilə dövlət əmlakının mühafizəsini təmin etmək kimi üzərinə vəzifə qoyulmasına baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə "Yaşıllıqların Mühafizəsi" haqqında Azərbaycan Respublikası x xxx 2014-cu il tarixli qanunun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı xx xxxxxx 2016-ci il tarixli "Yaşıllıqların götürülməsi Qaydası"sı ilə müəyyən edilmiş əsaslar olmadan xx.xx.2019-cu il tarixdə saat 09 radələrində direktoru olduğu Şəki rayonu, Aşağı Küngüt kənd tam orta məktəbinin həyətyanı sahəsində dövlət mülkiyyətinə aid torpaq sahəsində olan ümumilikdə 19 ədəd, yəni диаметри 30 см олан 01 ədəd 300 манат олан yaş köküstə qoz və 18 ədəd qovaq ağaclarını yəni, diametri 26 sm olan 01 ədəd 250 manat, diametri 28 sm olan 01 ədəd 250 manat, diametri 30 sm olan 01 ədəd 300 manat, hər biri 300 manat olmaqla diamteri 32 sm olan 02 ədəd cəmi 600 manat, hər biri 350 manat olmaqla diametri 36 sm olan 03 ədəd cəmi 1050 manat, hər biri 400 manat olmaqla diametri 38 sm olan 02 ədəd cəmi 800 manat, diametri 40 sm olan 01 ədəd 400 manat, hər biri 500 manat olmaqla diametri 42 sm olan 02 ədəd cəmi 1000 manat, diametri 44 sm olan 01 ədəd 600 manat, hər biri 700 manat olmaqla diametri 46 sm olan 02 ədəd cəmi 1400 manat, diametri 50 sm olan 01 ədəd 900 manat, diametri 54 sm olan 01 ədəd 1100 manat olan yaş köküstə qovaq ağaclarını kəsməsi nəticəsində təbiətə ümumilikdə 8950 (səkkiz min doqquz yüz əlli) manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, dövlətə vurduğu külli miqdarda ziyana görə peşmandır, lakin bilmədən etdiyi üçün özünü qismən təqsirli bilir. 1971-ci ildən Aşağı Küngüt kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. Məktəbin həyətində olan ağacları o, məktəbin digər müəllimləri ilə birlikdə 1974-cü ildə əkmişlər və müəllim kollektivi ilə mütəmadi olaraq ağaclara qulluq etmişlər. Həmin illərdə məktəbin həyətində arteziyan quyusu olduğu üçün ağacları suvarmaq mümkün idi. Son illər isə ağaclara qulluq üçün şərait olmadığından, ağaclar baxımsız qalmış, böyük hissəsi qurumuş, yaşam müddəti bitmişdir. 2002-ci il tarixdən etibarən işlədiyi Aşağı Küngüt kənd orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuş və həmin vaxtdan hal-hazıradək həmin məktəbin direktoru vəzifəsində çalışır. Ağacların yaşı təxminən 45 ildən artıq olduğundan ağacların yuxarı hissələri qurumuşdur və demək olar ki, təhlükə mənbəyinə çevirilmişdir. Həmçinin ağacların yaxınlığından izolyasiya olunmamış elektrik xətti vardır ki, küləkli, yağışlı hava şəraitində ağacdan hissələr qoparaq həyat üçün təhlükə yaranması ehtimalı vardır. Hətta bir dəfə elektrin xəttinin yanında yerləşən ağacın hissələrinin qopması nəticəsində qonşunun mülkiyyətində olan bir baş camış tələf olmuş, yeddi ədəd dam örtüyü zədələnmişdir ki, dəyən ziyanı da, o, ödəmişdir. Şəki rayonu Xan sarayı ərazisində baş vermiş hadisədən sonra şagirdlərin valideynləri dəfələrlə ona müraciət edərək həmin ağacların şagirdlər üçün təhlükə mənbəyi olmasını bildirərək onların kəsilməsini xahiş etmişlər. O, da öz növbəsində bu barədə Aşağı Küngüt bələdiyyəsinə dəfələrlə müraciət etmişdir, lakin müraciətinə baxılmamışdır. 1992-93-cü ildən ərazidəki bütün məktəblərin ərazisi bələdiyyə mülkiyyətinə verildiyindən, ağacların kəsilməsi üçün Şəki rayon meşə mühafizəsi və bərpası müəssəsindən icazə almalı olduğunu bilməmişdir. Nəhayət kəndin bələdiyyə sədri də ona ağacların yaşlı olmasına, tam və nisbətən qurumaqlarına, müəllim və şagirdlər üçün təhlükəli olmağına dair arayış vermiş və bələdiyə sədri və digər şəxslərin iştirakı ilə ağacların kəsilməsi və budanmasının məqsədə müvafiq olmasına dair akt tərtib olunmuşdur və bundan sonra ağacları kəsməyə icazəsi olduğunu zənn etmişdir. O, da təxminən 2019-cu ilin iyun ayının sonlarında Aşağı Küngüt kəndində yaşayan Şahid1 benzin mişarı olduğu üçün onu məktəbə dəvət etmiş, bələdiyədən müvafiq icazənin aldığını bildirmiş və həmin ağacların kəsilməsini ondan xahiş etmişdir. Bundan sonra, o, Şahid1lə birlikdə benzin mişarı ilə məktəbin həyətində sanitar qovşaq istiqamətində yol boyunca olan 27 ədəd köküstə olan çinar ağaclarını kəsmiş, odun peçində yandırmaq üçün lazım olan formada doğramış və anbara daşımışlar. Şahid1 uşağı da məktəbin şagirdi olduğuna görə və həmin ağacların digər şəxslərlə yanaşı onun uşağına da təhlükə yaratdığına görə ondan zəhmət haqqı almamışdır. Təxminən həmin vaxtdan bir ay sonra, o, yenidən Şahid1 məktəbə dəvət edərək özünə məxsus olan benzin mişarla göstərdiyi ağacları kəsməsini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Şahid1 məktəbin həyətində yerləşən 1 ədədi qoz olmaqla 20 ədədi çinar cinsinə məxsus olan ümumilikdə 21 ədəd köküstə olan ağacları onun göstərişi ilə kökündən kəsmişdir. Nəticədə 7 saylı Regional Ekologiya və X4 rəisi vəzifəsini icra edən Şahid4 hadisə yerinə gəlmişdir və hadisə yerinə araşdırma aparılması üçün idarələrindən müvafiq əməkdaşları dəvət etmişdir. Əlavə olaraq bildirdi ki, o, ağacların kəsilməsi üçün bələdiyyəyə müraciət etmiş və bələdiyyə müvafiq arayış verdikdən sonra ağacları kəsdirmiş, məsələdə heç bir maddi marağı olmamış, vəzifə səlahiyyətindən sui istifadə etməmişdir, yalnızca məktəblilərin və ətrafda yaşayan insanların təhlükəsizliyini düşünmüşdür. Eyni zamanda qeyd etmişdir ki, məktəbin həyətində başqa sağlam olan çox ağac var, lakin heç biri təhlükəli olmadığı üçün onlara toxunulmamışdır. Ümumiyyətlə bu ağaclardan heç bir material alınmır, tikintidə istifadə etmək mümkün deyil, saxlamaqda niyyəti yalnız qış aylarında məktəbdə odun peçində yandırmaq olmuşdur. Bütün ömrü boyu çalışmışdır dövlətinə xidmət etsin. Vurulan ziyanı tam ödəməyə hal-hazırda maddi imkanı yoxdur, lakin ziyannan bir qismini ödəmişdir, əmək haqqısından və pensiyasından hissə-hissə tutulmasına etiraz etmir. Qeyd olunanları, törətdiyi əməldə səmimi olaraq peşman olmasını, yaşını, sağlamlıq vəziyyətini nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, xx xxx 2005-ci ildən Azərbaycan Respubliksı ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə daxil olmuş məlumat əsasında Aşağı Küngüt kənd tam orta məktəbin həyətindən qovaq ağaclarının kəsilməsi faktı müəyyən edilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, məktəbinin həyətindən kəsilmiş ümumilikdə 48 ədəd qoz və qovaq cinsinə məxsus olan ağclardan 27 ədəd köküstə yaş vəziyyətdə olanı xx.xx.2019-cu il tarixdən təxminən 1 ay əvvəl kəsilərək odun hissələri daşınmışdır. Qalan 21 ədəd ağac isə xx.xx.2019-cu il tarixdə kəsilmişdir. Həmin ağaclardan iki ədədi quru qovaq ağacları olduğuna görə onlar təbiətə vurulmuş ziyanlığa hesablanmamışdır. Digər ağaclar yaş vəziyyətdə olmuşdur. Faktla bağlı akt tərtib olunmuş, ilkin araşdırma zamanı ağacların Yunusov Oqtay tərəfindən kəsildiyi məlum olmuşdur. Dəymiş ziyan hesablanmış, ümumilikdə 17.390 manat təşkil etmişdir. Ziyan cinayət məsuliyyəti yaratdığı üçün hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Beləliklə, idarənin müfəttişləri tərəfindən aparılmış araşdırma zamanı Şəki rayonu, Aşağı Küngüt kənd orta məktəbinin direktoru Təqsirləndirilən şəxs Qniyaz oğlunun məktəbin həyətyanı sahəsindən xx.xx.2019-cu il tarixdən bir ay əvvələ dm 29 sm - 3 ədəd x 180 manat olmaqla 540 manat, dm 26 sm - 2 ədəd x 250 manat olmaqla ümumilikdə 500 manat, dm 28 sm -4 ədəd x 250 manat olmaqla ümumilikdə 1000 manat, dm 30 sm - 8 ədəd x 300 manat olmaqla ümumilikdə 2400 manat, dm 34 sm -5 ədəd x 350 manat olmaqla ümumilikdə 1750 manat, dm 36 sm - 1 ədəd x 350 manat olmaqla ümumilikdə 350 manat, dm 38 sm -2 ədəd x 400 manat olmaqla ümumilikdə 800 manat, dm 40 sm -1 ədəd x 400 manat olmaqla ümumilikdə 400 manat, dm 46 sm -1 ədəd x 700 manat olmaqla ümumilikdə 700 manat olan 27 ədəd qovaq cinsinə məxsus olan köküstə yaş vəziyyətdə olan ağacların kəsilməsi müəyyən edilmiş və həmin ağacların kəsilməsinə görə təbiətə 8440 manat ziyanlıq dəymişdir. Lakin dm 26 sm -1 ədəd x 250 manat olmaqla ümumilikdə 250 manat, dm 28 sm -1 ədəd x 250 manat olmaqla ümumilikdə 250 manat, dm 30 sm -2 ədəd x 300 manat olmaqla ümumilikdə 600 manat, dm 32 sm -2 ədəd x 300 manat olmaqla ümumilikdə 600 manat, dm 36 sm -3 ədəd x 350 manat olmaqla ümumilikdə 1050 manat, dm 38 sm -2 ədəd x 400 manat olmaqla ümumilikdə 800 manat, dm 40 sm -1 ədəd x 400 manat olmaqla ümumilikdə 400 manat, dm 44 sm -1 ədəd x 600 manat olmaqla ümumilikdə 600 manat, dm 46 sm -2 ədəd x 700 manat olmaqla ümumilikdə 1400 manat, dm 50 sm -1 ədəd x 900 manat olmaqla ümumilikdə 900 manat, dm 54 sm -1 ədəd x 1100 manat olmaqla ümumilikdə 1100 manat 19 ədəd yaş vəziyyətdə köküstə kəsilmiş ağaclar xx.xx.2019-cu il tarixdə kəsilmişdir və həmin ağacların kəsilməsi nəticəsində təbiətə 8950 manat ziyanlıq dəymişdir. xx.xx.2019-cu il tarixdə məktəbin həyətindən ümumilikdə 1 ədədi qoz, 20 ədədi qovaq olmaqla ümumilikdə 21 ədəd ağac kəsilmiş, həmin ağaclardan 2 ədədi quru olduğuna görə hesablanmamış, qalan 19 ədəd ağacdan 1 ədədi yaş vəziyyətdə qoz, 18 ədədi isə yaş vəziyyətdə köküstə kəsilmiş qovaq ağacları olmuşdur. Aşağı Küngüt kənd orta məktəbinin həyətindən ümumilikdə kəsilmiş köküstə yaş vəziyyətdə olan 46 ədəd ağaca görə təbiətə ümumilikdə 17 390 manat ziyanlıq dəymiş, ondan 500 manatı ödənilmişdir. Qanunvericiliyə əsasən müvafiq qərar qəbul olunmasını xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, özünə məxsus olan benzin mişarla sifarişlə kənd camaatına məxsus olan quru ağacların, onun budaqlarının və sair hissələrinin kəsilməsi ilə məşğul olaraq əldə etdiyi gəlirlə ailəsini dolandırır. Yaşadığı kənd məktəbinin həyətində təxminən 40 ildən artıq yaşı olan ağacları var idi və həmin ağacların yuxarı hissələri qurumuşdur. Ağacların hündürlüyü təxminən 25-35 metrdən də artıq olardı. Kənd sakinləri dəfələrlə müraciət edərək həmin ağacların təhlükə mənbəyi olmasını və şagirdlər üçün təhlükə yaratmasını bildirərək ağacların kəsilməsini xahiş etmişlər. Təxminən 2019-cu ilin iyun ayının sonlarında məktəbin direktoru Təqsirləndirilən şəxs onu məktəbə dəvət edərək ağacların təhlükə yaratmasını qeyd edərək həmin ağacları kəsməyini xahiş etmiş və bələdiyyənin icazəsi barədə arayış və bu barədə birgə tərtib olunmuş akt olduğunu bildirmiş və göstərmişdir. Bundan sonra, o, köküstə olan ağacları kökündən kəsmiş, odun peçində yandırmaq üçün lazım olan ölçüdə doğramışdır. Ondan sonra onun həyat yoldaşı xəstə olduğu üçün başı qarışıq olmuşdur və yalnız təxminən bir ay keşəndən sonra Təqsirləndirilən şəxs onu məktəbə dəvət edərək məktəbin giriş hissəsinin sol tərəfində yerləşən ağacları kəsməsini istəmişdir. O, xx.xx.2019-cu il tarixdə məktəbin həyətinə gələrək giriş hissənin sol tərəfində yerləşən ağacları özünə məxsus olan benzin mişar ilə kəsərək aşırmış və odun hissələrə doğramışdır. Ağacları kəsildikdən sonra 7 saylı Regional Ekologiya və X4 əməkdaşları gəlmiş müvafiq araşdırma aparmışlar. Ağacları kəsdiyi zaman həmin ağacların kəsilməsi üçün məktəbin direktoru Təqsirləndirilən şəxs heç bir məbləğdə pul almamışdır. Çünki həmin ağaclar məktəbin bütün şagirdləri üçün təhlükə yaradırmış və onun da uşaqları həmin məktəbdə oxuyurlar. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Aşağı Küngüt kənd orta məktəbin həyətində olan və kəsilən ağaclar 1974-cü ildə əkilmiş və yaşı 30 ildən ötmüş yaşlı çinar ağaclarını olmuşdur. Həmin ağacların əkilməsində, o, özü də iştirak etmişdir. Bu cür ağacların ömrü 15-20 il olur. Odur ki, həmin ağaclar qocalaraq, qurumuş real təhlükə mənbəyinə çevrilmişdir. Hətta bir dəfə az qala ağacın budağı sınaraq onun üzərinə düşmüşdür. Onun yeddi nəvəsi həmin məktəbdə oxuyur, hava küləkli olduqda, o, nəvələrini məktəbə getməyə icazə vermir. Ağacların təhlükəli olduğunu kənd əhalisi dəfələrlə məktəbin müdriyətinə və icra nümayəndəliyinə müraciət edib kəsilmələrini xahiş ediblər. 2019-cu ilin iyun-iyul aylarında kənd məktəbinin direktoru Təqsirləndirilən şəxs göstərişi ilə kənd sakini Şahid1 məktəb üçün təhlükə yaradan həmin ağacları kəsmişdir. İyun ayında kəsilən ağaclar odun hissələrinə doğranaraq məktəbin anbarına yığılmışdır. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 7 saylı Regional Ekologiya və X4 rəisi vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə Şəki rayonu, Aşağı Küngüt kənd məktəbinin həyətyanı sahəsində köküstə olan ağacların kəsilməsi ilə bağlı məlumat daxil olmuş, o, da dərhal göstərilən ünvana getmişdir. Məktəbin həyətində ağacların kəsilməsinin şahidi olmuş, kəsinti işlərini dayandırmışdır. Məktəbin direktoru Təqsirləndirilən şəxs kəsdirdiyi ağacların yuxarı hissələrinin qurumasını, bəzilərinin ümumiyyətlə quru vəziyyətdə olmasını bildirərək həmin ağacların məktəb şagirdlərinin və məktəbdə fəaliyyət göstərən digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olmasını qeyd etmişdir. Bu səbəbdən də həmin ağacları onun göstərişi əsasında kənd sakini Şahid1 kəsdirdiyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs bu barədə Ekologiya idarəsinə müraciət etməli olduğunu bildirmişdir. Belə ki, müraciət daxil olduqdan sonra 7 saylı X3 mütəxəssisləri həmin əraziyə baxış keçirib baxış aktı tərtib edərək aktda ağacların quru vəziyyətdə olması və təhlükə yaratması barədə qeydlər aparırlar. Bundan sonra həmin akt əsasında Ekologiya İdarəsi tərəfindən aktda sözü gedən ağacların ya kökündən kəsilməsi ya da budanması barədə müvafiq rəy verilməli sonra isə həmin ağaclarla bağlı müvafiq tədbirlər görülməli idi. O, bütün bu prosedur qaydaları məktəb direktoru Təqsirləndirilən şəxs və Şahid1 izah etdikdən sonra onların məlum hadisəni törətməklə qanun pozuntusuna yol verdiklərini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs kənd bələdiyyəsinə kəsdikləri ağacların təhlükə mənbəyi olması barədə müraciət etdiklərini və bələdiyyə tərəfindən ağacların bir hissəsinin kəsilməsi və bir hissəsinin də bundanmasının məqsədə müvafiq hesab edilməsi barədə aktının olduğunu qeyd etmişdir. Halbuki bələdiyənin belə bir icazə verməyə səlahiyəti yoxdur. Bundan sonra hadisə yerinə rəhbərlik etdiyi 7 saylı X3 müvafiq əməkdaşlarını çağıtdırmışdır. Bir müddət sonra Şahid3 və Şahid5 hadisə yerinə gələrək hadisə ilə bağlı müvafiq araşdırma aparmış və aparılmış araşdırmanın nəticəsinə dair toplanmış material Şəki ŞRPŞ-nə göndərilmişdir. Aparılmış araşdırmanın nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyun ayında məktəbin həyətində olan yaş vəziyyətdə köküstə 27 ədəd qovaq ağacını, xx.xx.2019-cu il tarixdə isə 18 ədəd qovaq və 1 ədəd qoz cinsindən yaş vəziyyətdə köküstə olan ağacları kənd sakini Şahid1 kəsdirmişdir. Qeyd olunanlardan əlavə 2 ədəd qovaq ağacı da kəsilmişdir ki, quru vəziyyətdə olduğuna görə həmin ağaclar təbiətə vurulmuş ziyanlığa hesablanmamışdır. Lakin qalan yuxarıda qeyd etdiyi ağacların hər biri yaş vəziyyətdə və köküstə olan ağaclar olmuşdur. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, rəsmi olaraq 7 saylı Regional Ekologiya və X4 məsləhətçi müfəttiş vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə müdürün məlumatı əsasında Aşağı Küngüt kənd məktəbinə getmişdir. Məktəbin həyətinə daxil olduğu zaman məktəbin həyətində köküstə yaş vəziyyətdə olan ağacların kəsilərək odun hissələrinə doğranmasının şahidi olmuşdur. Məktəbin həyətində rəisi Şahid4 göstərişi əsasında, o, müvafiq araşdırma aparmış, yəni kəsilmiş ağacların diametrlərini müəyyən etmiş, şəkillər çəkmiş və hadisə iştirakçısı olan şəxslərin izahatlarını almışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Aşağı Küngüt kənd orta məktəbinin həyətindən kəsilmiş ümumilikdə 48 ədəd qoz və qovaq cinsinə məxsus olan ağclardan 27 ədədi köküstə yaş vəziyyətdə olan qovaq ağacı təxminən 2019-cu ilin iyun ayının sonlarında kəsilərək odun hissələrə doğranaraq anbara daşınmışdır. xx.xx.2019-cu il tarixdə isə 21 ədəd ağac kəsilmişdir ki, həmin ağaclardan 18 ədədi köküstə yaş vəziyyətdə olan qovaq cinsinə məxsus ağaclar, 1 ədəd köküstə yaş vəziyyətdə olan qoz cinsinə məxsus ağac olmuşdur. Qalan 2 ədədi isə quru qovaq ağacları olduğuna görə təbiətə vurulmuş ziyanlığa hesablanmamışdır. Kəsilən ağacların ölçüləri barədə məlumatlar tərtib olunan aktda göstərilmişdir. Bundan başqa bildirmək istəyir ki, ağacların hündürlüyü 20-25 metr olub, yuxarıdan 2-3 metr hissəsi qurusa belə canlı qovaq ağacları olub, kök kəsimində çürük aşkarlanmayıb, budanma ilə ömürləri uzadıla bilər. Şahid5 Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək məhkəmə iclasında onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Bundan başqa hadisənin aşkar olunduğu qeyri iş günü olduğu üçün akt tərtib olunmadığını, o, sabahsı gün yenidən gələrək ağacın qalan hissələrini məktəbin direktoruna təhvil verdiklərini və akt tərtib etdiklərini əlavə etmişdir. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan 7 saylı Regional Ekologiya və X4 Şəki ŞRPŞ-yə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, 916 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş ziyanın hesablanması cədvəlindən görünür ki, Şəki rayonu Aşağı Küngüt kənd tam orta məktəbinin həyətindən kəsilmiş ağaclara görə dəymiş ziyan dib kökündən kəsilmiş və oduncaq hissələri yerində qalmış ağaclara görə: diametri 26 sm 1 ədəd 250m, 28 sm 1 ədəd 250m, 30sm 2 ədəd 600m, 32 sm 2 ədəd 600m, 36 sm 3 ədəd 1050m, 38 sm 2 ədəd 800m, 40 sm 1 ədəd 400m, 42 sm 2 ədəd 1000m, 44 sm 1 ədəd 600m, 46 sm 2 ədəd 1400m, 50 sm 1 ədəd 900m, 54 sm 1 ədəd 1100m olmaqla 8 950 manat, dib kökündən kəsilmiş və oduncaq hissələri ərazidən aparılmış 27 ədəd ağaca görə: diametri 20 sm 3 ədəd 540m, 26 sm 2 ədəd 500m, 28 sm 4 ədəd 1000m, 30 sm 8 ədəd 2400m, 34 sm 5 ədəd 1750m, 36 sm 1 ədəd 350m, 38 sm 2 ədəd 800m, 40 sm 1 ədəd 400m, 46 sm olan 1 ədəd 700m olmaqla 8 440 manat, ümumilikdə dəymiş ziyanlığın cəmi məbləği 17 390 manat təşkil edir. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan X12 Təsərrüfatı Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 33 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Aşağı Küngüt kənd məktəbinin anbarına yığılmış oduncaq hissələri kənd məktəbinin həyətyanı sahəsində kəsilmiş qoz və qovaq ağacları ilə eyni cinslidir və həmin kəsilmiş ağacların müxtəlif ölçüdə doğranmış hissələridir. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan, Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 3176/3858 nömrəli məhkəmə-əmtəəşünaslıq və bioloji ekspertizasının rəyindən görünür ki, Şəki rayonu, Aşağı Küngüt kənd orta məktəbinin həyətyanı sahəsində dövlət mülkiyyətinə aid topraq sahəsində olan qovaq cinsinə məxsus olan ağaclar; - diametri 26 sm olan 1 (bir) ədəd, diametri 28 sm olan 1 (bir) ədəd, diametri 30 sm olan 2 (iki) ədəd, diametri 32 sm olan 2 (iki) ədəd, diametri 36 sm olan 3 (üç) ədəd, diametri 38 sm olan 2 (iki) ədəd, diametri 40 sm olan 1 (bir) ədəd, diametri 42 sm olan 2 (iki) ədəd, diametri 44 sm olan 1 (bir) ədəd, diametri 46 sm olan 2 (iki) ədəd, diametri 50 sm olan 1 (bir) ədəd, diametri 54 sm olan 1 (bir) ədəd dib kökündən kəsilmiş və oduncaq hissəsi yerində qalmış ağaclardır. Dib kökündən diametri 20 sm olan 3 (üç) ədəd, diametri 26 sm olan 2 (iki) ədəd, diametri 28 sm olan 4 (dörd) ədəd, diametri 30 sm olan- 8 (səkkiz) ədəd, diametri 34 sm olan 5 (beş) ədəd, diametri 36 sm olan 1 (bir) ədəd, diametri 38 sm olan 2 (iki) ədəd, diametri 40 sm olan 1 (bir) ədəd, diametri 46 sm olan 1 (bir) ədəd kəsilmiş və oduncaq hissələridir. Bundan başqa ekspertizanın tədqiqatına təqdim edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X12 Təsərüfatı Mərkəzinin ƏMMN sektorunun müfəttişi Şahid3 tərəfindən verilən Ziyanın hesablanması hesablama cədvəlinə əsasən yaş halda müxtəlif diametrli 46 ədəd ağacların qanunsuz kəsilməsinə görə (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 17 390,00 manat müəyyən edilmişdir. Aparılan ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2020-ci il tarixli, **********91 nömrəli məktubundan görünür ki, Şəki rayonu Aşağı Küngüt kənd ərazisində kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X12 Təsərrüfatı Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 312 nömrəli arayışından görünür ki, Şəki rayonu Aşağı Küngüt kənd orta məktəbinin həyətindən kəsilmiş 48 ədəd köküstə yaş Qələmə qovaq ağacının dövlət meşə fonduna aid deyildir. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi qəbzdən məlum olur ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə (hesabın adı-7 saylı REG ETSİ, təyinat-ziyan) 500 manat məbləğində ödəniş etmişdir. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Şəki şəhər Təhsil Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci ildən Aşağı Küngüt kənd tam orta məktəbində direktor vəzifəsində çalışır. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Küngüt kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X2, oğlu X5, gəlini X8 və nəvələri ilə birgə Şəki rayonunun Aşağı Küngüt kəndində yaşayır. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Şəki şəhər Təhsil Şöbəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan, Azərbaycan Respubliası DİN BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Şəki Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 252 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki RMX-nın Psixatriya xəstəxanasına müraciət etməmiş və qeydiyyatda yoxdur. Məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Şəki Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 243 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki RMX-nın Narkologiya şöbəsinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3 və 259.2.4-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünün və şahidlərin ifadələri, ekspert rəyi və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirilir. Belə ki, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, törətdiyi əməldə qulluq mövqeyindən istifadə etməməsi, təkrarçılığın olmaması məsuliyyətdən yaxa qurtarmaq cəhdləri kimi qiymətləndirərək, bu ifadələrə tənqidi yanaşır və qeyd edir ki, həmin hallar cinayət işinin məhkəmə baxışında tədqiq edilmiş materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 259.2.1, 259.2.3 və 259.2.4-cü maddələrinin tərkibi vardır, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 259.2.1, 259.2.3 və 259.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CMnin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.14-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini nəzərə alır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, qocalığını, müəllim işləməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 259.2.1, 259.2.3 və 259.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X7 təhvil verilmiş 46 ədəd qovaq və qoz ağaclarının oduncaq hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməli, iş üzrə 100 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməli, iş üzrə 16890 manat maddi ziyanın ödənilməməsi, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3 və 259.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X7 təhvil verilmiş 46 ədəd qovaq və qoz ağaclarının odun hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə 16 890 manat maddi ziyanın ödənilməməsi, iş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-55/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-55/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver