Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-55/2021 20.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1973-cu ildə Göyçay rayonu Müskürlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, Göyçay rayonu Müskürlü kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryək əldə edib özündə daşıyaraq saxlamış, 14 mart 2021-ci il tarixdə Şəki şəhər-rayon X2 Mübarizə Qrupunun və Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Şəki şəhəri, X14 prospektində “Daş qaya” adlanan yerin yaxınlığında saat 02:30 radələrində saxlanılaraq Şəki şəhəri, X17 prospekti 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki boz-göy rəngli gödəkçənin sol iç cibindən qara rəngli sellofan torbada, təmiz çəkisi 39,943 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin mart ayının 13-də Bakı şəhərində olan zaman tanıdığı, lakin adını bilmədiyi şəxs ona sellofan torbada narkotik vasitə olan tiryək vermişdir. Həmin şəxsdən ayrıldıqdan sonra Elçin adlı dostunu görmək üçün Bakıdan tanımadığı Şəki taksisinə əyləşmiş və Şəki rayonuna gəlmişdir. Şəkiyə çatanda saat təxminən 01:30 radələri olmuşdur. O, Şəki şəhərinin küçələri ilə gedən zaman mülki paltarda olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ona narkotik vasitələri saxlamaqda və satışında şübhəli olduğunu, onunla Şəki şəhər-rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O da etiraz etməmiş və könüllü şəkildə həmin polislərlə birgə Şəki ŞRPŞ-nə gəlmişdir. Şöbədə ona dövlət hesabına vəkil təyin edilmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində olanları, o, cümlədən tiryəki cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar olunan tiryək qablaşdırılmış, protokol tərtib edilmişdir. Əməlindən peşman olduğunu, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantıdır. 14 mart 2021-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Göyçay rayonu Müskürlü kənd sakini Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb və satışı ilə məşğuldur. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində “Daş qaya” adlanan yerin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmiş, ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş, sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Müdafiəçinin, onun, Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər əşyalarla yanaşı bir ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra təhqiqatçı narkotik vasitəyə bənzər qara rəngli maddəni ekspertiza tədqiqatına göndərilməsi üçün ağ rəngli zərfdə qablaşdırmışdır. Protokol tərtib edilmiş, heç bir şikayət olmamışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanıdır. Onun vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan və bağlı qalmış cinayətlərin açılmasından ibarətdir. 14 mart 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Göyçay rayonu Müskürlü kənd sakini Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb və satışı ilə məşğuldur. Şahid1 14 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və satması barədə PŞ-nin rəhbərliyinə raportla məruzə etmiş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Daha sonra onun və Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış, bu barədə qərar qəbul etmişdir. Hər iki qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra məhkəməyə və prokurorluğa bu barədə məlumat verilmişdir. Bundan sonra 14 mart 2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində “Daş qaya” adlanan yerin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmiş, Şəki ŞRPŞ-nə gətirildikdən sonra şöbənin inzibati binasının birinci mərtəbəsində olan təhqiqatçının otağına keçmişdir. Təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. Daha sonra ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş, sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin, onun, Şəki ŞRPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid1 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Təhqiqatçı həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o da etiraz etməmişdir. Təqsirləndirilən şəxs əvvəlcə əynindəki qara rəngli şalvarın sol arxa cibindən 1 ədəd açar, 2 ədəd 20 qəpiklik dəmir pul əskinazını, 3 ədəd 1 manatlıq kağız pul əskinazını, sol yan cibindən 1 ədəd mobil telefonu, əynindəki boz göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəxsiyyəti təsdiq edən sənədi, 1 ədəd metro kartını və 1 ədəd əl yaylığını, sol yan cibindən 2 ədəd siqaret qutusunu, həmin gödəkçənin sol iç cibindən 1 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitəyə bənzər tiryəki çıxararaq masanın üzərinə qoymuş, başqa üzərində heç nə olmadığını bildirmişdir. Əllərini qaldırmaq təklif olunmuş, hər iki əlini yuxarı qaldırdıqdan sonra təhqiqatçı tərəfindən əynindəki gödəkçənin sol və sağ yan ciblərində, eləcə də iç ciblərində, şalvarın bel nahiyyəsində, şalvarın sol və sağ yan ciblərində, həmçinin şalvarın sol və sağ arxa ciblərində axtarış aparılmışdır. Sonra ayaqqabılarını və corablarını çıxarıb silkələmişdir. Burada da heç nə aşkar olunmamışdır. Bundan sonra üst başını səliqəyə salmış, corablarını və ayaqqabısını geyinmişdir. Ona üzərində olan əşyaları təqdim etmək təklif olunmuş, o da buna etiraz etməmişdir. Bundan sonra masanın üzərində olan qara rəngli sellofan torbada olan qara rəngli, narkotik vasitəyə bənzər maddəni göstərib bunun narkotik vasitə olan tiryək olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhərində “Avtovağzal” adlanan yerdə tanımadığı adamdan 500 manat pul verməklə aldığını, Şəki şəhərinə Elçin adlı türmə yoldaşını görmək məqsədilə gəldiyini, Elçin adlı şəxsin yaşadığı yeri bilmədiyini, gəlməmişdən əvvəl Elçin adlı şəxslə əlaqə saxlamadığını demişdir. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitə olan tiryəki özünün istifadəsi üçün üzərində gəzdirdiyini, heç kimə satmadığını və satmaq fikrinin də olmadığını dedikdən sonra təhqiqatçı narkotik vasitəyə bənzər qara rəngli maddəni ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdıracağını bildirmişdir. Əvvəlcə 01 ədəd zərfi açaraq içərisini ona və iştirakçılara, vəkilə göstərmiş, zərfin içərisinin boş olduğunu görmüşlər. Bundan sonra təhqiqatçı masanın üzərində, sellofanın içərisində olan qara rəngli maddəni həmin zərfə qoymuş və zərfin ağzını bağlamış, daha sonra narkotik vasitəyə bənzər maddənin qoyulduğu zərfin üzəri Şəki ŞRPŞ-nin möhürü ilə möhürlənmiş, videoçəkiliş hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirildikdən sonra protokol tərtib edilməsi üçün dayandırılmışdır. Bundan sonra protokol tərtib edilmiş, heç bir şikayət olmamışdır. Protokol ucadan oxunmuş, o da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 14 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 14 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd selofan torbada narkotik vasitəyə bənzər qara rəngli kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 14 mart 2021-ci il tarixli, 17/201 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli selofan bükümdə, təmiz çəkisi – 39,943 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryəkin təmiz çəkisi – 39,943 qr, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 39,843 qram. (aparılmış tədqiqatın dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat təşkil edir). 15 mart 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 15 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Göyçay Rayon Mərkəzi Xəstəxanasından verilmiş 1279 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 15 aprel 2021-ci il tarixli, 370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkоlоji dispanserdə qeydiyyаtа аlınmаsı məsləhət görülür. DİN-in BƏSİİ-dən daxil olmuş 06 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 17.04.2013-cü il tarixli hökmünə əsasən CM-nin 244.2.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, 09.02.2016-cı ildə cəzasının sonu ilə azad olunub. Göyçay rayon İHB-nin Müskürlü kənd nümayəndəliyi tərəfindən verilmiş 42 nömrəli arayışdan və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Göyçay rayonu Müskürlü kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göyçay rayon İHB-nin Müskürlü kənd nümayəndəliyi tərəfindən verilmiş 41 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01.01.2006-cı il təvəllüdlü X6 adlı və 04.06.2009-cu il təvəllüdlü X7 adlı övladları vardır. 24 aprel 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 01 yanvar 2006-cı il təvəllüdlü X4 atası X8, anası X1r. 24 aprel 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 14 iyun 2009-cu il təvəllüdlü X5 atası X8, anası X1r. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 0,5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş tiryəkin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan tiryəkin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmasa da, təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl CM-nin 244.2.1-ci maddəsi ilə məhkum olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət törətməyə meyillidir, əvvəllər ona təyin olunmuş cəzalardan nəticə çıxarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona CM-nin təqsirli bilindiyi 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutularaq 14 mart 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixədək həbsdə saxlandığı müddət, 24 saatdan artıq olduğu üçün iki gün təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Cəza çəkmənin əvvəli hökmün çıxarıldığı 20 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyya alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 39.843 qram olan narkotik vasitə hesab edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 14 mart 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, 24 saatdan artıq olduğu üçün ümumiyyətlə iki gün təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 20 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 39.843 qram olan narkotik vasitə hesab edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-55/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-55/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver