Məhkəmə qərarları › İş №1(075)-56/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-56/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-56/2020 31.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1974-cü tarixdə Şəki rаyоnu, Kiçik Dəhnə kəndində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, аzərbаycаnlı, evli, işsiz, оrtа təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şəki rаyоnu, Kiçik Dəhnə kəndində qeydiyyatında olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 69.3, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, qeyd edilən cinayətə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, xx.xx.2020-ci il tarixdə saat 03:00 radələrində Şəki rayonu, Kiçik Dəhnə kəndində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin həyətində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində sonuncu ilə mübahisə edən zaman dizi ilə onun sifət nahiyyəsinə bir dəfə, yumruqla onun sol gözaltı nahiyyəsinə bir dəfə, yumruqla onun bədəninin kürək nahiyyəsinə isə bir neçə dəfə qəsdən zərbə endirərək ona hər iki gözün ağlı qişasına qansızma, göz yarığının daralması, hər iki göz ətrafı nahiyyəsinin dərialtı hematomaları, yumşaq toxumaların əzilməsi və bel nahiyyəsinin travmatik şişkinliyi kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə Yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa Yüngül zərər vurma cinayətini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq, iş üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışaraq onu bağışladığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib, iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Onun bu barədə yazılı ərizəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən prokuror Dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. İşdə olan iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 06/158 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə- libbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş “hər iki gözün ağlı qişasına qansızma, göz yarığının daralması, hər iki göz ətrafı nahiyyənin dərialtı hematomaları, yumşaq toxumaların əzilməsi, bel nahiyyəsinin travmatik şişkinliyi” diaqnozlu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2020-ci il tarixinə uyğundur, xəsarətlərin döyülmə nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən “hər iki gözün ağlı qişasına qansızma, göz yarığının daralması, hər iki göz ətrafı nahiyyənin dərialtı hematomaları, yumşaq toxumaların əzilməsi” diaqnozlu xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya, “bel nahiyyəsinin travmatik şişkinliyi” diaqnozlu xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bu xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizanın xx xxxx 2020-ci il tarixli 402 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtiarında olmuş, yəni, ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə chtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İşdə olan Şəki şəhər İH-nin Kiçik Dəhnə kərnd X4 üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 597 nömrəli arayışı və xasiyyətnaməsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəki rayonunun Kiçik Dəhnə kəndində yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Şəki RMX-nin xx.xx.2020-ci il tarixli 1786 №-li məktubunda göstərilmişdir ki, Şəki rayonunun Kiçik Dəhnə kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozğunluğu” diaqnozu ilə Şəki RMX-nin Narkologiya kabinetində qeydiyyatdadır. İş materiallarında olan Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2020-ci il tarixli 395 nömrəli məktubundan görünür ki, Şəki rayonunun Kiçik Dəhnə kəndində yaşayan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 69.3, 177.2.3-cü maddəsinə əsasən Şəki rayon Məhkəməsinin hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməkdə özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışmışdır. Barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur və onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Bununla bağlı zərərçəkmiş şəxs də ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki,Təqsirləndirilən şəxs xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası CM-nin 69.3, 177.2.3-cü maddəsinə əsasən Şəki rayon Məhkəməsinin hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun məhkumluğu vardır. Lakin CMnin18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kmi Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzadır, həmçinin onun hazırda təqsirləndirildiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlərlər kateqoriyasına aid olan əməldir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə zərərçəkmiş şəxsin onunla barışmasına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Qərar apelyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğuandan20 gündən sonra qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar