Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-56/2021 21.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, 25 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 mart 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryək əldə edib daşıyaraq üzərində saxlamış, 25 mart 2021-ci il tarixdə saat 13:00 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin X3 və Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəki şəhəri, Şövkət Cəbrayılov (Köhnə Çapayev) küçəsində, yaşadığı 10 nömrəli ünvanın yaxınlığında saxlanılaraq Şəki şəhəri X8 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində, 01 ədəd şəffaf sellofan bükülüdə, təmiz çəkisi 41,629 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununlada Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki, narkotik vasitə hesab edilən tiryəkdən istifadə edir. Tiryəki daxilə qəbul etmək yolu ilə istifadə edir. Altı ayda tiryəki adətən Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. 24.03.2021-ci il tarixdə saat 11:00 radələrində evdən çıxıb küçə ilə getdiyi vaxt yaşadığı küçədə, evinə yaxın yerdə olan daşın yanında göy rəngli “Rothmans” markalı siqaret qutusunun olduğunu görüb yaxınlaşanda siqaret qutusunun içərisində qara rəngli narkotik vasitəyə bənzər maddənin olduğunu görmüşdür. Həmin qara rəngli maddə şəffaf sellofanın içərisində olmuşdur. Siqaret qutusunu əlinə alıb içərisində olan sellofanı açaraq baxdıqda sellofanın içərisində həmişə istifadə etdiyi narkotik vasitə olan qara rəngli tiryəki görmüşdür. Özü istifadə etmək üçün həmin siqaret qutusunu içərisində olan tiryəklə bir yerdə əynində olan idman şalvarının sol yan cibinə qoyub evinə qayıtmışdır. Həmin narkotik vasitədən sabahısı günü istifadə etməyi fikirləşmişdir. Sabahısı günü, yəni 25.03.2021-ci il tarixdə günortaya yaxın evdən çıxıb, heç kimin olmadığı bir yerə gedib tiryəkdən istifadə etmək qərarına gəlmişdir. Tiryək də əynində olan idman şalvarının sol yan cibində olmuşdur. Elə evdən təzəcə çıxıb Çapayev küçəsi ilə bir az getmişdir ki, 2 nəfər mülki paltarda olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və narkotik vasitələrin saxlanmasında şübhəli olduğumu bildirib onu Şəki Şəhər Polis Şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birgə Şəki Şəhər Polis Şöbəsinə gəlmişdir. X9 birinci mərtəbəsində olan təhqiqatçının xidməti iş otağına aparmışlar. Təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, sonra ona vəkillərin siyahısı təqdim olunmuşdur. O, dövlət hesabına vəkil Müdafiəçi seçdiyi üçün sonuncu dəvət olunmuşdur. Sonra təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutularaq üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. O da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Təhqiqatçı həmin vaxt ona üzərində olan əşyaları təqdim etməsi təklif etmişdir. O da əvvəlcə əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd siqaret qutusu və 01 ədəd qara rəngli alışqanı, əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd göy rəngli “Rothmans” markalı siqaret qutusunu içərisində şəffaf sellofonda olan narkotik vasitə tiryəklə birgə masanın üzərinə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üstünə axtarmış, heç nə aşkar etməmişdir. Sonra o, ciblərindən çıxarıb stolun üstünə qoyduğu əşyaları təqdim etməsi təklif olunmuşdur. O da buna etiraz etməyib masanın üzərində qoyduğu şəffaf rəngli sellofanın içərisində olan qara rəngli, narkotik vasitəyə bənzər maddəni göstərib bunun narkotik vasitə olan tiryək olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və 24.03.2021-ci il tarixdə saat 11:00 radələrində yaşadığı Şəki şəhəri Çapayev küçəsində tapıb üzərində saxladığını bildirmişdir. Həmçinin həmin vaxt o, sorğu-sual edilən zaman narkotik vasitə olan tiryəki özünün istifadəsi üçün üzərində gəzdirdiyini, heç kimə satmadığını və satmaq fikrinin də olmadığını demişdir. Təhqiqatçı daha sonra içərisində narkotik vasitəni qutusu və sellofan bükülü ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyub ağzını bağlayıb və möhürləmişdir. Bağlanıb möhürlənmiş zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb hər bir iştirakçıya, o cümlədən ona nümayiş etdirilmişdir. Bundan sonra protokol tərtib edilib ucadan oxunmuş, düzgün yazıldığı üçün digər iştirakçılarla birlikdə protokola imza etmişdir. O, evində və ya başqa heç bir yerdə narkotik vasitə saxlayıb gizlətməmişdir. Həmçinin onun narkotik vasitədən istifadə etməsindən ailə üzvlərinin, onu tanıyan başqa şəxslərin məlumatları olmamışdır. Göstərmişdir ki, psixi xəstəlik keçirməmiş, psixatrik və narkoloji dispanserlərdə qeydaiyyatda deyildir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Polis Şöbəsinə gətirilərkən və Polis Şöbəsində olduğu müddətdə heç bir fiziki və ya psixi təziqə yaxud təsirə məruz qalmamışdır. Həmçinin göstərmişdir ki, yenidən üzərində narkotik maddə saxladığına görə Şəki rayon məhkəməsinin 11.05.2021ci il tarixli 4(075)-30/2021saylı qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Əməlindən peşman olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, onun əsas vəzifəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. Şəki şəhərində yaşayan "Fərrux" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə 25 mart 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zamanı "Fərrux" adlı şəxsin, Şəki şəhəri Çapayev küçəsi ev 10 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 25 mart 2021-ci il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və onun özündən ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Bundan sonra 25 mart 2021-ci il tarixdə saat 13:00 radələrində keçirilmiş əməliyyat tədbirləri zaman Təqsirləndirilən şəxs yaşadığı Şəki şəhəri Çapayev küçəsi ev 10 ünvanda yerləşən evinin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Polis Şöbəsinnə gəldikdən sonra o, Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınması və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin Növbətçi Hissəsində PŞ-nə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alındıqdan sonra onun üstünə şəxsi axtarış keçirilməsi Təhqiqat bölməsinin təhqiqatçısı Şıxəli Ağayevə həvalə edilmişdir. Təhqiqatçı öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmiş və sonuncu vəkillərdən Emin Əliyevi seçərək onun dəvət edilməsini xahiş etmişdir. Sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, sonuncu da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin, onun, Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Təhqiqatçı həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, sonuncu da buna etiraz etməyib əvvəlcə əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd siqaret qutusu və 01 ədəd qara rəngli alışqanı, əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd göy rəngli “Rothmans” markalı siqaret qutusunu masanın üzərinə qoyub üzərində başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs əynindəki paltarını və üstünü axtarmış, heç nə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları təqdim etməsini təklif etmiş, sonuncu da masanın üzərinə qoyduğu siqaret qutusunun içərisində olan şəffaf rəngli sellofanı açaraq içərisində olan qara rəngli, narkotik vasitə hesab edilən tiryəkə bənzər maddəni göstərib bunun narkotik vasitə olan tiryək olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və 24.03.2021-ci il tarixdə saat 11:00 radələrində yaşadığı Şəki şəhəri Çapayev küçəsində tapıb üzərində saxladığını bildirmişdir. Həmçinin təhqiqatçı Təqsirləndirilən şəxs sorğu sual edərkən, sonuncu narkotik vasitə olan tiryəki özünün istifadəsi üçün üzərində gəzdirdiyini, heç kimə satmadığını və satmaq fikrinin də olmadığını bildirmişdir. Təhqiqatçı daha sonra narkotik vasitəyə bənzər qara rəngli maddəni “Rothmans” markalı siqaret qutusunun içərisində bir ədəd zərfə qoyub zərfin ağzını bağlayıb möhürləmişdir. O, digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Sonra videoçəkiliş dayandırılaraq hər bir iştirakçıya, o cümlədən ona nümayiş etdirildikdən sonra protokol tərtib edilməsi üçün dayandırılmışdır. Bundan sonra protokol tərtib edilib ucadan oxunmuş, düzgün tərtib olunduğu üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Həmçinin o, göstərmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə edib, saxlayıb istifadə edərək gəzdirməsi, həmçinin həmin narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Lakin keçirilmiş əməliyyat tədbirləri zamanı Fərrux Cabbarovun narkotik vasitənin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Şahid1 Aydın oğlu məhkəməyə ərizə göndərərək ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində şəffaf sellofan bükümdə narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilib götürülmüşdür. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizalarn 25 mart 2021-ci il tarixli 17/225 №-li rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş maddi subut ….» sözləri yazılmış zərfin içərisində 01 (bir) ədəd siqaret qutusundakı sellofan bükümdə, təmiz çəkisi – 41,629 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd edilən tiryəkdən 0,100 qram tədqiqata sərf edilmiş, 41.529 qram qalıq qalmışdır. Ekspertiza xərci 71.94 manat təşkil edir. İşdə olan Şəki MRX-nın Narkoloji şöbəsinin 25.03.2021-ci il tarixli 83A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı opoidlərin qəbulu aşkar edilmişdir. İşdə olan Şəki MRX-nın Narkoloji şöbəsinin 08.04.2021-ci il tarixli 468 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki MRX-nın Narkoloji kabinetində qeydiyyatda yoxdur. İşdə olan Şəki Rayonlararası Psixatriya xəstəxanasının 01.04.2021-ci il tarixli 443 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İşdə olan Şəki şəhər «Sarıtorpaq» məhəllə nümayəndəliyi tərəfindən 08.04.2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın 20 aprel 2021-ci il tarixli 406 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryək alkoloidindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Şəki Şəhər-Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığının 13.04.2021-ci il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni, eləcədə əvvəllər istifadə etdiyi narkotik vasitələri nə vaxt, harada və kimdən əldə etməsini hələlik müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindənaşkar olunaraq götürülmüş narkotik vasitəni küçələrində, yəni Şəki şəhəri, Çapayev küçəsində yerləşən evlərinə yaxın yerdə daşın yanında göy rəngli «Rothmans» markalı siqaret qutusunun içərisində tapması müəyyən edilmiş, lakin narkotik vasitəni həmin yerə qoyan şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakının olmaması və narkotik vasitənin satışı ilə məşğul olmaması müəyyən edilmişdir. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Şəki rayon məhkəməsinin 26.08.2015-ci il tarixli hökmü ilə 1500 manat cərimə cəzasına məhkum olunmuşdur. Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə verilmiş sorğunun cavabında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şəki rayon məhkəməsinin 26.08.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 17.2.2 və 17.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. «28 May-Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə məhkum Təqsirləndirilən şəxs Şəki Rayon məhkəməsinin 26 avqust 2015ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasından azad edilmişdir. İşdə olan 25 mart 2021-ci il tarixli 0382 saylı qərardan və həmin tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2020-ci il tarixdə saat 13:52-də şübhəli şəxs qismində tutulmuş və 27 mart 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan Şəki rayon məhkəməsinin 11.05.2021-ci il tarixli 4(075)-30/2021saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi aşkardır. Bu iş üzrə toplanmış və tədqiq olunmuş sübutlarla, ekspertiza rəylərinin, təqsirləndirilən şəxsin özünün etirafedici və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs əməlində Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, CM-nin 234.1-ci maddəsi üzrə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin Azərbaycan Respublikası 234.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 25.03.2021-ci il tarixdən 27.03.2020-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəKməlidir. Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra 41.529 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə cəmi 71.94 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X4, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, doqquz ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 25.03.2021-ci il tarixdən 27.03.2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq barəsində qəti olaraq səkkiz ay, iyirmi səkkiz gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 21 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 41.529 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə cəmi 71.94 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X4, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-56/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-56/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver