Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-56/2022 14.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1986-cı ildə Şəki rayonu Baş Küngüt kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı övladı olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəki rayonu Baş Küngüt kəndində qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 124.1, 228.4 və 229.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Rayon Məhkəməsinin 8 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ehtiyatsızlıqdan adam öldürmüş, qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, həmçinin qanunsuz olaraq soyuq silahı hazırlamışdır. Belə ki, o, qəsdən, qanunsuz olaraq 13 fevral 2021-ci il tarixdə ev və təsərrüfat işlərində istifadə etmək məqsədi ilə yaşadığı Şəki rayonu Baş Küngüt kəndində yerləşən evinin həyətyanı sahəsində olan özünə məxsus metalı laqonda cihazı ilə 202 mm uzunluğunda 40 mm enində və 5 mm qalınlığında kəsib bir tərəfini itiləyib tiyə formasında düzəldərək həmin tiyə ilə orada olan taxta parçasını 121 mm ölçüdə, 33 mm enində və 27 mm qalınlığında yonaraq dəstək formasına saldıqdan sonra tiyə və dəstəyi istifadəsində olan bərkitmək məqsədilə burğu cihazı ilə iki yerdən deşik açıb onları bir-birinə keçirərək möhkəmləndirdikdən sonra həmin deşiklərə iki ədəd metal mili çəkiclə bərkitməklə kustar üsulla, ümumi uzunluğu 323 mm olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təsərrüfat təyinatlı, qanunsuz olaraq soyuq silah hesab edilən ov bıçağını hazırlamışdır. Bundan başqa, o, qəsdən, qanunsuz olaraq 13 fevral 2021-ci il tarixdə ev və təsərrüfat işlərində istifadə etmək məqsədi ilə yaşadığı Şəki rayonu Baş Küngüt kəndində yerləşən evinin həyətyanı sahəsində soyuq silah hesab edilən ov bıçağını kustar üsulla metal və taxta materiallarından hazırlayaraq əldə edib yaşadığı evin zirzəmisində saxlamış, 18 fevral 2022-ci il tarixdə Şəki rayonu Baş Küngüt kəndində yerləşən «Sulu dərə» adlanan dağlıq-meşəlik ərazidə itmiş inəyini axtarmaq məqsədilə gedən zaman digər əşyalar ilə birlikdə yaşadığı evin zirzəmisindəki içərisində müxtəlif əşyalar ilə birlikdə kustar üsulla hazırladığı ov bıçağı olan yaşıl rəngli səhra çantasını götürməklə özü ilə birlikdə gəzdirmiş, 18 fevral 2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürdükdən sonra həmin tarixdə saat 13:10-dan başlamaqla hadisə yerinə keçirilmiş baxış zamanı kustar üsulla hazırlanmış soyuq silah hesab edilən ov bıçağı Şəki rayonu Baş Küngüt kəndində yerləşən «Sulu dərə» adlanan dağlıq-meşəlik ərazidə ona məxsus yaşıl rəngli səhra çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 18 fevral 2022-ci il tarixdə saat 07 radələrində arxdan su içməsi üçün yaşadığı Şəki rayonu Baş Küngüt kəndindəki evinin qarşısındakı həyətə buraxdığı bir baş inəyinin bir müddət sonra yaxınlıqdakı Şəki rayonu Baş Küngüt kəndində yerləşən «Sulu dərə» adlanan dağlıq-meşəlik əraziyə doğru getdiyini bilib həmin inəyi tapıb geri qaytarmaq məqsədilə ona kömək etmək üçün həmkəndlisi və dostu Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayıb bu barədə ondan xahiş etdikdən sonra həmin ərazidə qarşılarına çıxa biləcək vəhşi heyvanlardan qorunmaq üçün mərhum babası Həmzət İsmayılov tərəfindən ona verilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyata alınmayan, 1961-ci ildə zavod üsulu ilə hazırlanmış, patron yatağının uzunluğu 70 mm olan, “İJ K” modelli, “Л 61537” nömrəli, 16 kalibrli, xarici çaxmaqlı, yivsiz-təklüləli, qundağına qara rəngli yapışqan lent sarılmış ov tüfəngini və həmin silahla birlikdə istifadə etmək üçün içərisində ikisi güllə və üçü karteçlə doldurulmuş ümumilikdə 05 ədəd atəşə yararlı patron olan patrondaşı götürdükdən sonra əvvəlcədən Zərərçəkmiş şəxs ilə aralarında olan razılığa əsasən görüşmək üçün həmin tarixdə saat 08:10 radələrində yaşadığı evdən çıxıb “kəndin meydanı” adlanan yerə gedərək sonuncu ilə görüşdükdən sonra qeyd olunan dağlıq-meşəlik əraziyə qalxmamışdan əvvəl qarşılarına çıxa biləcək vəhşi heyvanlardan qorunmaq üçün patrondaşdan içərisi karteçlə doldurulmuş 01 ədəd patronu götürüb tüfəngin patron yatağına yerləşdirdikdən sonra inəyi tez tapmaq məqsədilə Zərərçəkmiş şəxslə hər biri müxtəlif istiqamətlərdə dağın yamacına qalxmış, qeyd olunan dağlıq-meşəlik əraziyə qalxaraq inəyi axtaran zaman qarşısına qəflətən çıxan cüyürü ovlamaq məqsədilə dağın zirvəsinə doğru, dağın yamacı boyu uzanan dərənin sol tərəfində dayanaraq çiynindən asılı vəziyyətdə olan ov tüfəngini sol əlinə alıb qundağını sol çiyninə dirəyərək çaxmağını çəkməklə ov tüfəngini atəş üçün tam hazır vəziyyətə gətirdikdən sonra qarşısındakı cüyürü nişan alaraq həmin vaxt onunla birlikdə qeyd olunan ərazidə olan Zərərçəkmiş şəxs olduğu yeri dəqiq bilmədən və onun olduğu yeri dəqiqləşdirmədən, həmçinin Zərərçəkmiş şəxs əynində dağlıq-meşəlik ərazidə görünməsini çətinləşdirən komuflyaj geyimin olmasını, sağ gözünün görmə itiliyinin 0.02 olmasını və həmin göz ilə yalnız əl hərəkətlərini hiss etmək qabiliyyətinin olmasını, qaçan cüyürün də görmə qabiliyyəti zəif olan istiqamətdə hərəkət etməsini, atəş açacağı tüfəngin içərisində olan patrondakı karteçlərin ətrafa yayılacağını, atəş açacağı təqdirdə yayılacaq karteçlərin həmin vaxt orada onunla birlikdə inəyi axtaran Zərərçəkmiş şəxs də dəyərək onun həyat və sağlamlığına ağır zərər vura biləcəyini nəzərə almadan ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görmədən cinayətkarcasına etinasızlıq edib həmin tarixdə saat 10:35 radələrində ov tüfənginin tətiyinə basmaqla cüyürə atəş açmış, atəş nəticəsində ov tüfəngindən atılan karteç 40 metr məsafədə nisbətən sağda və aşağıdan yuxarı çəp istiqamətdə olan Zərərçəkmiş şəxs bədəninə dəyərək ona sol bazunun yumşaq toxumalarını dəlib keçən yara kimi həyat üçün təhlükəli olmayan sağlamlığa yüngül zərər vurma və ürəyin zədələnməsilə nəticələnən döş qəfəsinin daxilinə dəlib keçən yara kimi sağlam şəxslər üçün götürdükdə yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma ilə nəticələnən bunlardan ölümünə səbəb olan ürəyin zədələnməsi nəticəsində inkişaf edən kəskin daxili qanaxma xəsarətlərini yetirməklə ehtiyatsızlıqdan onu öldürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında dağa qalxmış inəyini axtarmaq üçün dostu və həmkənlisi olan Zərərçəkmiş şəxs zəng etmiş, inəyinin dağa qaçdığını deyib, tək getməmək üçün gedib onu gətirməyə kömək etməsini xahiş etmişdir. Özü ilə evinin zirzəmisində saxladığı səhra çantasını və vəfat etmiş babası Həmzət İsmayılovdan qalmış tüfəngi götürmüşdü. Səhra çantasının içərisində bıçaq, üzərində 5 ədəd patron olan patrondaş olmuş və o, həmin çantanı götürəndə həmin əşyaların çantanın içərisində olmasını bilmişdir. 5 ədəd patrondan ikisi güllə ilə, üçü isə karteçlə doldurulmuşdur. Patronları gözümü əməliyyat elətdirən zaman Bakı şəhərində tanımadığım yerdən almışdım. Tüfəngi götürməyinin səbəbi qarşılarına çıxa biləcək təhlükəli heyvandan qorunmaq olmuşdur. Bıçağı isə məişətdə istifadə etmək üçün özü hazırlamışdır və özü ilə aparmışdı. Biraz sonra Nurlanla kəndin meydan adlanan ərazisində görüşüb yaşadıqları kəndin ərazisində yerləşən “Sulu dərə” adlanan dağ istiqamətində getmişlər. Onun öz həyətində saxladığı iti də yanlarında aparmışlar ki, vəhşi heyvan olub eləsə hürüb onlara məlumat versin. Onlar Nurlanla aralaşıb, hərəsi bir tərəfdən getməklə inəyi axtarmağa başlamışlar. Dağda olarkən, o, Nurlanın ***-***-**-** mobil telefon nömrəsinə özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən zəng edərək inəyin izlərini görüb-görməməsini soruşmuşmuş, Nurlan isə inəyin izlərini görmədiyini ona demişdir. Təxminən bir saat yarımnan sonra ondan aralıda təxminən 30 metr məsafədə cüyür görmüşdür. O, heyvanın ağacların arxasından açıq əraziyə çıxmasını gözləmişdir. Onun sağ gözündə 4 faiz görmə qabiliyyəti olduğundan, sağ gözü ilə çox zəif gördüyü üçün sol gözü ilə nişan almışdır. Biraz gözlədikdən sonra heyvanı tam nişan aldığını zənn edib ağaclığa doğru ondan yuxarı istiqamətdə olan heyvana atəş açmış, heyvan yıxılmamış və qaçmağa davam etdiyinə görə cüyürə dəymədiyini başa düşmüşdür. Həmin vaxt Nurlan qışqıraraq “mənə atdın, mənə atdın” sözlərini deyib onu yanına çağırmış, o, başa düşmüşdür ki, Nurlan heyvana atəş açdığı istiqamətdə, ondan təxminən 40-60 metr məsafədə olmuşdur. Lakin onun bundan xəbəri olmadığı üçün, o, heyvana nişan alıb atəş açmışdır. O, qaçaraq Nurlanın yanına getdikdə Nurlanın ayaqüstə olduğunu görmüşdür. Nurlanın rənginin ağardığını görüb tüfəngi kənara qoyub onu qucaqlamış və həmin vaxt Nurlan onun qollarında keçinmişdir. O, Nurlanı yerə uzadıb onun nəfəs almadığını görmüşdür. Dərhal ***-***-**-** mobil telefonu vasitəsilə həmkəndlisi və dostu Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək onlara baş vermiş hadisə barədə məlumat vermiş və bu barədə icra nümayəndəsinə məlumat vermələrini xahiş etmişdir. Özü isə hüquq mühafizə orqanlarını Nurlanın yanında gözləmişdir ki, vəhşi heyvanlar gəlib ona hər hansı xəsarət yetirməsin. Əvvəlcə yeznəsi Şahid4, biraz sonra isə hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə gəlmişlər. O, Nurlanın onun atəş açdığı istiqamətdə olduğunu bilməmiş, Nurlanın dayandığı yer ağaclıq olduğuna görə və onun sağ gözü zəif gördüyünə görə Nurlanı görməmişdir. Zərərçəkmiş şəxs onun çox yaxın dostu olmuş, aralarında heç vaxt dava-dalaş, münaqişə olmamışdır. Tüfəngin hər hansı sənədi olmamış, ona rəhmətlik babasından qalmış, həmin tüfəngdən istifadə etməyi, tüfəngi daşımağı, gəzdirməyi ilə bağlı da onun hər hansı icazə sənədi olmamışdır. Hadisə yerində aşkar olunmuş sapı taxtadan olan bıçağı özü bir müddət əvvəl hazırlamışdır. Bıçağın tiyəsini laqonda ilə həyətindəki özünə məxsus dəmiri kəsərək, sapını isə evinin həyətində olan özünə məxsus quru taxtanı laqonda ilə kəsdiyi dəmirlə yonaraq düzəltmişdir. Bıçağı hazırlamaqda məqsədi məişətdə istifadə etmək olmuşdur. Bıçağı hazırladıqdan sonra evinin zirzəmisində səhra çantasının içərisinə saxlamaq məqsədilə yerləşdirmiş, 18 fevral 2022-ci il tarixdə həmin bıçağın da içərisində olduğu səhra çantasını götürmüş, həmin çantanı həmin gün cüyürə atəş açarkən yanında olmuşdur. 18 fevral 2022-ci il tarixdə hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmin bıçağı götürmüşlər. Bıçağı hazırladıqdan sonra həmin bıçağı hər hansı orqanda qeydiyyatdan keçirməmiş, bıçağa dair hər hansı sənədi yoxdur, bıçağın istehsalı üçün hər hansı icazə almamış, bununla bağlı hər hansı orqana müraciət etməmişdir. Himayəsində iki azyaşlı övladı var. Əməlindən peşmandır. Ailədə tək qazanc gətirən şəxsdir. Məhkəmədən qeyd olunanları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun oğlu olmuşdur. Onun ümumiyyətlə iki oğlu olub. Nurlanla Təqsirləndirilən şəxs qonşu kimi münasibətləri olub, arabir görüşüb çay içiblər. Aralarında dava-dalaş olmasını eşitməmişdir. 18 fevral 2022-ci il tarixdə səhər yuxudan duranda Nurlan artıq evdə olmamışdır. Axşam saat 5-də yeznəsi baş vermiş hadisə barədə ona məlumat vermişdir. O, ibtidai istintaq dövründə şikayətçi olmasada, təqsirləndirilən şəxslə barışmamışdır. Hazırda da barışmamışdır, təqsirləndirilən şəxsdən şikayətçidir. İşdə mübayisəli məqamlar var. Necə olur ki, Pərvin heyvanı görür, Nurlanı isə görmür. Təqsirləndirilən şəxsin səmimiliyinə inanmır. Cinayətin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi araşdırılmalıdır. Sübutu olmasa da ehtiyatsızlıqdan törədilməsində şübhələri var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Şəki rayonu, Bideyiz kəndinin ərazisində 8-ci dolayda yerləşən meşə ərazisində 2021-ci ilin avqust ayından meşə gözətçisi kimi işləyir. Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs onun həmkəndlisi olduqları üçün onları uzun müddətdir ki, tanıyır. Pərvin və Nurlan uşaqlıqdan çox yaxın dost olmuşlar, çox mehriban olmuşlar, həmişə bir yerdə vaxt keçirmişlər. Pərvinlə Nurlan əksər vaxtlar kəndlərində fəaliyyət göstərən və yanbayan yerləşən çayxanalarda birlikdə vaxt keçirmişlər. Sonuncu dəfə onları 17 fevral 2022-ci il tarixdə axşam saat 22-23 radələrində Şəki rayonu, Baş Küngüt kəndində yerləşən və həmin vaxt onun icarə əsasında işlətdiyi çayçıda oturub birgə çay içərkən görmüşdür. Onlar çayçıda olduqları müddətdə həmişəki kimi mehribancasına öz aralarında birgə söhbət etmişlər. 18 fevral 2022-ci il tarixdə səhər saat 10:46-da yaşadığı evin yaxınlığında olarkən Təqsirləndirilən şəxs özünün ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək bilmədən Mıştıya atdığını demişdir. Kənd camaatı arasında Zərərçəkmiş şəxs “mıştı” deyə çağırılmışdır. O, Pərvinə sakitləşməsini, Nurlanın yanında qalmasını, onu vəhşi heyvanlardan qorumasını bildirib telefonu asmış, dərhal qonşusu olan Pərvinin yeznəsi Qoşqarın yaşadığı evə gedib sonuncuya baş vermiş hadisə barədə məlumat vermiş və Nurlanın əmisi Ağasəfə də məlumat verməsini xahiş etmişdir. Bundan sonra birbaşa Şəki rayonu, Baş Küngüt kənd icra nümayəndəliyinin binasına gedərək icra nümayəndəsi Şahin müəllimə baş vermiş hadisə barədə məlumat vermişdir. Şahin müəllim dərhal polis əməkdaşına zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və daha sonra onlar hamısı maşınlara əyləşib hadisə baş verən əraziyə doğru getmişlər. Həmin ərazi Şəki rayonu, Baş Küngüt kəndində yerləşən dağlıq-meşəlik ərazi olmuşdur. Şahin müəllimin sözü ilə, o, dağın ətəyində hüquq mühafizə orqanlarının əməkdaşlarını gözləmişdir ki, həmin əməkdaşları hadisənin baş verdiyi əraziyə aparsın. Bir qədər sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər və onlarla birgə hadisənin baş verdiyi dağa bir qədər qalxmış, lakin yarı yoldan düşmüşdür ki, hadisə yerinə gələn digər əməkdaşlara da yolu göstərsin. Lakin aşağı düşdükdən sonra həmin əməkdaşlara yolu göstərməyə ehtiyac olmadığına görə, o, bir daha dağa qalxmamışdır. Daha sonradan ona məlum olmuşdur ki, Pərvin dağa qalxan inəyini axtarmaq üçün Nurlanla birlikdə dağlıq-meşəlik əraziyə qalxmış, onlar aralanıb inəyi axtarmağa başlamış, dağda olarkən Pərvinin qarşısına heyvan çıxmış, vəhşi heyvanlardan qorunmaq üçün özü ilə apardığı tüfəngdən atəş açaraq heyvanı vurmaq istəsə də, ehtiyatsızlıqdan Nurlanı vuraraq öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, 2019-cu ildən Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Küngüt kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs onun həmkəndliləri olduqları üçün onları uzun müddətdir ki, tanıyır. Pərvin və Nurlan yaxın dost olmuşlar, həmişə bir yerdə vaxt keçirmişlər. 18 fevral 2022-ci il tarixdə səhər saat 10:50 radələrində, o, icra nümayəndəliyinin inzibati binasında olarkən Şahid2 xidməti otağına daxil olub bildirmişdir ki, Pərvin ona zəng edərək dağda tüfənglə heyvana atəş açıb vurmaq istəyərkən ehtiyatsızlıqdan həmin atəşlə Nurlanı öldürmüşdür. O, dərhal öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Baş Küngüt kəndinin sahə rəisi Xəzər Cəbrayılovun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra isə Pərvinin yeznəsi Qoşqar və Nurlanın əmisi nəvəsi Asimanı mağazanın qarşısında görüb onlarla birlikdə hadisənin baş verdiyi Şəki rayonu, Baş Küngüt kəndində yerləşən dağlıq-meşəlik əraziyə getmişdir. Qoşqar hamıdan əvvəl, Qoşqarın dalınca Asiman, daha sonra isə, o, hadisə yerinə çatmışdır. Qoşqardan təxminən 5 dəqiqə sonra hadisə yerinə çatmışdır. O, hadisə yerinə çatanda Pərvin, Asiman və Qoşqar orada ayaq üstə dayanmışlar. Mərhum Zərərçəkmiş şəxs meyiti yerdə uzanmış vəziyyətdə olmuşdu. Hadisə yerində yerdə təklüləli ov tüfəngi də olmuşdur. Pərvin hadisə baş verən vaxt özünün təpənin aşağısında dayanaraq heyvana atəş açdığını, lakin həmin vaxt Nurlan güllənin ona dəydiyini bildirdiyini ona demişdir. Biraz sonra hüquq mühafizə orqanı əməkdaşları da gələrək hadisə yerinə baxış keçirmişlər. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında heç vaxt münaqişə, davadalaş olmamışdır. Onlar barəsində icra nümayəndəliyinə şifahi və ya yazılı hər hansı müraciət, şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müsbət xarakterizə olunurlar, onların kənd camaatı arasında hörməti var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Dinarə Sadıqova onun arvadıdır. xx.xx.2022-ci il tarixdə səhər saat 10-11 radələrində qapı qonşusu Şahid2 evindən onu çağıraraq demişdir ki, Pərvin ona zəng edərək ehtiyatsızlıqdan Mıştıya atdığını bildirib. «Mıştı» Nurlanın kənddəki ləqəbi olmuşdu. Bundan sonra Ovçu ona Pərvinin əmisi Ağasəfə məlumat verməyini bildirmişdir. Ovçu özü icra nümayəndəliyinə, o, isə Ağasəfin evinə getmişdir. Ağasəfin evinə getsə də sonuncu evdə olmadığına görə, onun ***-***-**-** mobil telefonuna özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən zəng edərək baş vermiş hadisə barədə bildirmiş, daha sonra isə icra nümayəndəliyinə getmişdir. Bundan sonra, o, Şahin müəllim və çoxlu sayda kənd camaatı hadisə yerinə, yəni Baş Küngüt kəndində yerləşən «Sulu Dərə» adlanan dağlıq-meşəlik əraziyə getmişlər. Hadisə yerinə çatanda görmüşdür ki, Pərvinin dizlərinin üstündə Nurlanın meyiti var. Hadisənin necə baş verməsini soruşanda Pərvin bildirmişdir ki, heyvana atəş açıb, lakin güllə Nurlana dəyib, ehtiyatsızlıqdan Nurlanı öldürüb. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında heç vaxt münaqişə, dava-dalaş olmamışdır. Onların hər ikisi bir-biri ilə çox yaxın dost münasibətində olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun əmisinin nəvəsi olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 10-11 radələrində, o, Baş Küngüt kəndində dükanın qarşısında dayanmışdır. Həmin vaxt camaatın arasında səs küy olduğunu görüb nə baş verməsi ilə maraqlanmış və kənd camaatından öyrənmişdir ki, Pərvin ehtiyatsızlıqdan Nurlanı güllələyərək «Sulu Dərə» adlanan dağda öldürmüşdür. Bundan sonra Şahin müəllim, həmkəndlisi Şahid4 və o, hadisənin baş verdiyi dağa qalxmağa başlamışlar. Qoşqar onlardan qabaqda və daha cəld qalxdığına görə sonuncu onlardan aralaşmışdır. O, isə əvvəllər çox nadir hallarda dağa qalxdığına görə yorulmuş və ona görə də hadisənin baş verdiyi yerə Qoşqardan 5 dəqiqə gec çatmışdır. O, hadisə yerinə çatanda Pərvin və Qoşqar orada ayaq üstə dayanmışlar. Pərvin Nurlanla birgə həmin əraziyə gəldiklərini, hadisə baş verən vaxt özünün təpənin aşağısında dayanaraq heyvana atəş açdığını, lakin həmin vaxt Nurlan güllənin ona dəydiyini bildirdiyini demişdir. Pərvin bildirmişdir ki, Nurlan güllənin ona dəydiyini bildirdikdən sonra sonuncu ona tərəf aşağı gəlmiş və başı onun dizləri üzərində yerdə uzanmış vəziyyətdə vəfat etmişdir. Biraz sonra hüquq mühafizə orqanı əməkdaşları da gələrək hadisə yerinə baxış keçirmişlər. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında heç vaxt münaqişə, dava-dalaş olmamış, bir-biri ilə çox yaxın dost münasibətində olmuşlar. Mərhum Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs ailələrinin arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sonuncu dəfə 17 fevral 2022-ci il tarixdə axşam saatlarında Şəki rayonu, Baş Küngüt kəndində yerləşən və həmin vaxt Şahid2 icarə əsasında işlətdiyi çayçıda oturub birgə çay içərkən görmüşdür. Onlar çayçıda olduqları müddətdə həmişəki kimi mehribancasına öz aralarında birgə söhbət etmişlər. Həmin vaxt onların arasında hər hansı söz-söhbət, dava-dalaş, mübahisə olmamışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 18 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 20 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, və o, Şəki ŞRPŞ-nin MSY-dən azad olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 18 fevral 2022-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Şəki rayonu, Baş Küngüt kəndinin ərazisində yerləşən «Sulu dərə» adlanan dağa 420 metr meşəlik ərazi ilə qalxdıqdan sonra həmin dağın yamacıdır. Həmin dağ yamacının yeri xəzəl, ağac budaqları, kol-kos, xırda daşlar ilə örtülüdür. Yamac boyu dağın zirvəsi istiqamətində yağış suları ilə yuyulma nəticəsində yaranmış bəzi yerlərdə eni 60 bəzi yerlərdə isə eni 70 sm olan dərə uzanır. Həmin dərənin sağ və sol istiqamətləri sıx ağaclıq və kolluqdur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun həmkəndlisi, qonşusu və dostu olmuşdur. 18 fevral 2022-ci il tarixdə səhər saatlarında mərhum Zərərçəkmiş şəxslə birgə özünə məxsus itmiş 1 baş inəyi axtarmaq üçün «Sulu dərə» adlanan dağlıq əraziyə getmiş, qabaqlarına ovlana biləcək heyvanın çıxma ehtimalını nəzərə alaraq özü ilə ov tüfəngini götürmüş, ərazidə inəyi axtararkən bir az aralıda hərəkət hiss edərək, cüyürün hərəkət etdiyini görmüş və ov tüfəngindən atəş açmışdır. Lakin həmin istiqamətdən mərhum Zərərçəkmiş şəxs ona tərəf gələrək əli ilə ürək nahiyəsindən tutduğunu görmüş, sonuncu ona tərəf gələrək güllənin deyəsən ürək nahiyəsinə dəydiyini bildirmiş, bundan sonra mərhum onun qucağına uzanmış və həmin vəziyyətdə keçinmişdir. Bundan sonra baxış iştirakçısı Təqsirləndirilən şəxs atəş açarkən dayandığı yeri göstərmişdir. Həmin yer dağın zirvəsi istiqamətində dayananda dərədən 60 sm sol tərəfdə yerləşir. Həmin yerdən yamacla 6.1 metr məsafəyə qalxarkən yerdə, dağın zirvəsi istiqamətdə gedərkən dərədən sol tərəfdə 01 ədəd alt hissəsi sarı metaldan olan plastmas giliz aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin giliz onun atəş açdığı patronun gilizidir. Həmin giliz şərti olaraq 1 rəqəmi ilə işarələnmişdir. Həmin gilizdən yamacla 20 metr məsafəyə qalxdıqdan sonra sağ tərəfdə yerdə beli üzərində uzanmış, ayaqları bitişik, başı dağın zirvəsi ayaqları isə dağın ətəyi istiqamətində olan vəziyyətdə mərhum Zərərçəkmiş şəxs meyiti aşkar olunmuşdur. Dağın zirvəsi istiqamətində dayananda meyit dərədən 1.1 metr sağda yerləşir. Meyitə ilkin baxış zamanı gözlə görünən hər hansı xəsarət aşkar edilməmişdir. Meyit şərti olaraq 2 rəqəmi ilə işarələnmişdir. Meyitə baxış zamanı üzərində «Redmi» markalı göy və qara rəngli mobil telefon aşkar olunmuşdur. Meyitin baş nahiyəsindən 10 sm məsafədə 01 ədəd göy rəngli baş geyimi, meyitin üzərində isə 01 ədəd səhra çantası aşkar olunmuşdur. Həmin baş geyimi şərti olaraq 3, səhra çantası isə şərti olaraq 4 rəqəmi ilə işarələnmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, şərti olaraq 4 rəqəmi ilə işarələnmiş səhra çantası mərhum Zərərçəkmiş şəxs məxsusdur. Həmin səhra çantasının içərisində 01 ədəd kəndir, 01 ədəd bıçaq, 01 ədəd sellofan torbada şəkər tozu, 01 ədəd stəkan, 01 ədəd mehtərə vardır. Həmin kəndir şərti olaraq 5, bıçaq şərti olaraq 6, mehtərə şərti olaraq 7, şəkər tozu şərti olaraq 8, stəkan isə şərti olaraq 9 rəqəmi ilə işarələnmişdir. 6 rəqəmi ilə işarələnmiş bıçağın sapı qırmızı rənglidir, plastmas materialdandır, bıçağın ümumi uzunluğu 26 sm, tiyəsinin uzunluğu 15,5 sm, sapının uzunluğu isə 10,5 sm-dir. Meyitin sol tərəfində 2.7 metr məsafədə 01 ədəd səhra çantası aşkar olunmuşdur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin çanta ona məxsusdur. Həmin çanta şərti olaraq 10 rəqəmi ilə işarələnmişdir. Həmin çantanın içərisində 01 ədəd taxta saplı bıçaq, üzərində 04 ədəd patron olan 01 ədəd patrondaş, 01 ədəd kəndir, 01 ədəd yarımçıq çörək aşkar olunmuşdur. Həmin bıçaq şərti olaraq 11, patrondaş şərti olaraq 12, kəndir şərti olaraq 13, çörək isə şərti olaraq 14 rəqəmi ilə işarələnmişdir. Şərti olaraq 11 rəqəmi ilə işarələnmiş bıçağın sapı qəhvəyi rənglidir, taxta materialdandır, həmin bıçağın ümumi uzunluğu 32 sm, tiyəsinin uzunluğu 20 sm, sapının uzunluğu isə 12 sm-dir. Şərti olaraq 10 rəqəmi ilə işarələnmiş səhra çantasından 2.2 metr, meyitdən isə 4.7 metr məsafədə tüfəng aşkar olunmuşdur. Həmin tüfəng təklüləlidir, taxta və metaldandır, tutacaq yeri qara izolent ilə sarınmış vəziyyətdədir. Tüfəngin içərisində giliz və ya patron müəyyən edilməmişdir. Tüfəngin qundağın dağın zirvəsi, lüləyi isə dağın ətəyi istiqamətindədir. Həmin tüfəng şərti olaraq 15 rəqəmi ilə işarələnmişdir. Bundan sonra baxış iştirakçısı Təqsirləndirilən şəxs atəş açdıqdan sonra Zərərçəkmiş şəxs ona doğru gələrkən sonuncunu ilk dəfə gördüyü yeri göstərmişdir. Həmin yer yamacla qalxdıqdan sonra meyitdən 12.2 metr məsafədə yerləşir. Həmin yer sıx ağaclıq və kolluqdur. Həmin yerlə atəş açarkən Təqsirləndirilən şəxs olduğu yer arasında altdan yuxarı, yəni dikinə 38.3 metr uzunluğunda məsafənin olduğu müəyyən olunmuşdur. Meyit ətraflı xarici və daxili müayinə olunması üçün “MTE və PA ETT Birliyi”nin Şəki rayon şöbəsinə göndərilmişdir. Baxış zamanı aşkar olunmuş əşyaların heç birinin üzərində qanabənzər ləkə aşkar olunmamışdır. Baxış zamanı 1 rəqəmi ilə işarələnmiş giliz, 3 rəqəmi ilə işarələnmiş baş geyimi, 4 və 10 rəqəmləri ilə işarələnmiş səhra çantaları, 5 və 13 rəqəmləri ilə işarələnmiş kəndirlər, 6 və 11 rəqəmləri ilə işarələnmiş bıçaqlar, 7 rəqəmi ilə işarələnmiş mehtərə, 8 rəqəmi ilə işarələnmiş sellefon torbada şəkər tozu, 9 rəqəmi ilə işarələnmiş stəkan, 12 rəqəmi ilə işarələnmiş patrondaş, 14 rəqəmi ilə işarələnmiş çörək, 15 rəqəmi ilə işarələnmiş tüfəng müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 12 mart 2022-ci il tarixli qərardan görünür ki, X1 cinayət işi üzrə Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Şəki ŞRPŞ-nin 09 aprel 2022-ci il tarixli, 189-9947-1222 nömrəli məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər hər hansı münaqişə, mübahisə, eyni zamanda dava dalaşın olması müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Şəki rayonu, Baş Küngüt kəndində yerləşən «Sulu Dərə» adlanan ərazidə ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəş nəticəsində ölmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti barədə əvvəllər kiməsə nəsə demədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə evinin həyətində bir baş inək saxlaması müəyyən olunmuşdur. Həmin inəyin hadisə baş verən tarixdə qaçıb-qaçmamasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər ailə üzvləri və yaxın qohumları, qonşularla arasında hansısa narazılıq və ədavət olmamışdır. Qeyd olunan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs kömək edən digər hər hansısa şəxsin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-in məhkəmə-tibbi ekspertizasının 18 mart 2022-ci il tarixli, 100 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədənində hər hansı xəsarət və onun izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs adına tərtib olunmuş xəstəlik tarixindən görünür ki, xx.xx.2020-ci il tarixdə onun sağ gözünün buynuz qişasının dəlib-keçən yarası olmuşdur, ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çoxunun daimi itirilməsinə səbəb olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs sağ gözünün görmə itiliyi 0,02 olmaqla (gözünün qarşısında əl hərəkətlərini hiss etmək), sol gözünün itiliyi 0,09 olmaqla görməsi normadan bir qədər aşağıdır. Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsi haqqında 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, meyit təşrih masası üzərində arxası üstə uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 1) Tünd yaşıl rəngli qolsuz jilet. Həmin jiletin sol nahiyəsində, sol döş cibindən 3 sm və sol qolundan 4 sm məsafədə 0.3x0.3 sm ölçüdə cırılma aşkar olunmuşdur. Bundan başqa həmin jiletin üzərində qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. 2) Kamuflyaj rəngli hərbi pencək. Həmin pencəyin iç hissəsində «Bakı Tikiş Evi ASC Kamuflyaj rəngli yay səhra kostyumu 50% pambıq 50% polyester İstehsal ili 2019 Müdafiə Nazirliyi üçün hazırlanmışdır satışı qadağandır» sözləri olan etiket tikilmişdir. Həmin pencəyin sol döş cibinin üzərində 0.4 sm x 0.7 sm ölçüdə qanabənzər ləkə aşkar olunmuşdur. Həmin qanabənzər ləkədən 9.5 sm məsafədə sol döş cibinin üzərində 1 sm uzunluğunda cırılma aşkar olunmuşdur. Pencəyin sol qolunda çiyindən 20 sm məsafədə 0.8 sm x 0.2 sm ölçüdə cırılma olduğu müəyyən olunmuşdur. Bundan başqa həmin pencəyin üzərində hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. 3) Kamuflyaj rəngli hərbi şalvar. Həmin şalvarın üzərinə uzunluğu 120 sm eni 3 sm olan zeytuni rəngli kəmər keçirilmişdir. Həmin şalvara və kəmərə baxış zamanı hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. Həmin şalvarın sol cibində «Redmi» markalı mobil telefon vardır. 4) Bir cüt rezin uzunboğaz çəkmələr. Həmin çəkmələrin alt hissəsi quru torpaqdır. Həmin çəkmələrə baxış zamanı hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. 5) Qara və boz rəngli uzunqol kofta. Həmin koftanın qol hissəsini həmin kofta ilə birləşdirən tikişdən 13.5 sm məsafədə, koftada sol döş nahiyədə 0.3x0.3 sm ölçüdə deşilmə aşkar olunmuşdur. Koftanın qol hissəsini həmin kofta ilə birləşdirən tikişdən 16 sm məsafədə, koftanın sol qolunda 0.9x0.4 sm ölçüdə deşilmə aşkar olunmuşdur, həmin deşilmədən 6.5 sm məsafədə koftanın sol qolunda 0.3x0.4 sm ölçüdə deşilmə müəyyən olunmuşdur. Göstərilənlərdən başqa həmin koftaya baxış zamanı hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmşdir. 6) Göy rəngli cins materialdan şalvar. Həmin şalvarın iç hissəsinə üzərinə «jeans made in turkey» sözləri yazılmış etiket tikilmişdir. Həmin şalvara baxış zamanı hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. 7) Meyitin sol ayağından çıxmış 01 ədəd qara rəngli corab. Həmin corabın üzərində 01 ədəd 4x0.8 sm ölçüdə sökülmə aşkar olunmuşdur. Bundan başqa həmin coraba baxış zamanı hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. 8) Meyitin sağ ayağından çıxmış 01 ədəd qara rəngli corab. Həmin corabın üzərində 1.7x2 sm, 1.7x1.5 sm, 4x1 sm, 0.7x0.7 sm, 0.7x0.8 sm, 0.2x0.4 sm, 0.3x0.4 sm ölçüdə 07 ədəd sökülmələr aşkar olunmuşdur. Bundan başqa həmin coraba baxış zamanı hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. 9) Uzunqol boz rəngli ağ zolaqlı kofta. Həmin koftanın ön tərəfində, koftanın sol qolunu koftaya birləşdirən tikişdən 13 sm məsafədə 2.8 x 3.5 sm ölçüdə qanabənzər ləkə vardır. Həmin lədəkən 0.8 sm məsafədə 2.7x3.2 sm ölçüdə 01 ədəd və 1.3 sm məsafədə 0.6x0.4 sm ölçüdə 01 ədəd qanabənzər ləkə vardır. Birinci qanabənzər ləkədən 0.4 sm məsafədə 0.4x0.3 sm ölçüdə deşilmə vardır. Koftanın sol qolunu kofta ilə birləşdirən tikişdən 14 sm məsafədə koftanın sol qolunda 10x3 sm ölçüdə qanabənzər ləkə vardır. Həmin ləkənin üzərində koftanın sol qolunu kofta ilə birləşdirən tikişdən 15 sm məsafədə 01 ədəd 0.3x0.2 sm ölçüdə və həmin ləkənin üzərində koftanın sol qolunu kofta ilə birləşdirən tikişdən 18 sm məsafədə 01 ədəd 0.9x0.9 sm ölçüdə deşilmə aşkar olunmuşdur. Həmin deşilmələrin arasında məsafə 5 sm-dir. Göstərilənlərdən başqa həmin koftaya baxış zamanı hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. 10) Tünd boz rəngli isti aşağı alt paltarı. Həmin alt paltarına baxış zamanı çanaq nahiyəsində 26 sm uzunuğunda sökülmə aşkar olunmuş, bundan başqa həmin paltara baxış zamanı hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. 11) Ağ rəngli qolsuz mayka. Maykanın ön hissəsində sol yuxarı hissəsində 9.5x6.5 sm ölçüdə qanabənzər ləkə, 0.5x0.5 sm ölçüdə deşilmə, sol yaxa nahiyəsində isə 1x1.5 sm ölçüdə deşilmə aşkar olunmuşdur. Bundan başqa həmin maykanın üzərində hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. 12) Tünd göy rəngli üzərində ağ naxışlar olan trusik. Həmin trusikə baxış zamanı hər hansı qanabənzər ləkə, sökülmə, cırılma, deşilmə aşkar edilməmişdir. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, saqqallıdır, yaxşı qidalıdır, uzunluğu 178 sm-dir. Meyit əl ilə yoxladıqda soyuqdur. Meyit qacıması müayinə olunan bütün əzələlərdə zəif inkişaf etmişdir. Meyit ləkəsinə barmaqla təzyiq etdikdə ləkənin rəngi itir və təzyiq götürüldükdə 15 saniyədən sonra tədricən öz əvvəlki rəngini bərpa edir. Başın tükləri qara rəngdədir, uzunluğu 2-3 sm-dir. Dərisi solğun rəngdədir. Hər iki göz bəbəkləri bərabər ölçüdə 0.5 sm diametrində genişlənmişlər. Dilin ucu diş xəttinin arxasındadır. Boynu bədəninə nisbətən mütənasib formadadır. Döş qəfəsi silindirik formadadır, əllədikdə qabırğalar tamdır. Arxa keçəcək təmizdir, sərbəst keçiricidir, ətraf dərisi zədəsizdir. Cinsiyyət orqanları kişi tiplidir. Xəsarətləri: Döş qəfəsinin ön səthində sol döş giləsindən 2 sm aşağıda 0,5 sm diametrində ətrafları qansızmalı toxuma deffektli deşilmiş yara vardır. Sol bazunun orta ön-içəri səthində 0,5 sm ölçüdə həmin xarakterdə bir ədəd yara vardır. Həmin yaraya paralel içəri səthdə 0,5 sm diametrində tixuma deffekti olmayan ətrafları qansızmalı ikinci yara vardır. Sol bazunun ön-içəri nahiyəsində olan yaranı zondla yoxladıqda həmin yaraya paralel olan ikinci yaradan çıxır. Meyitin bədən səthində, skeletsümük, əzələ sistemində, dəri səthində hər hansı sınıq, çıxıq və ya başqa xəsarət aşkar olunmamışdır. Meyitin əynindən çıxarılmış ağ rəngli qolsuz mayka, kamuflyaj rəngli hərbi pencək, tünd yaşıl rəngli qolsuz jilet, tünd boz rəngli isti aşağı alt paltarı, meyitin sol ayağından çıxmış 01 ədəd qara rəngli corab, meyitin sağ ayağından çıxmış 01 ədəd qara rəngli corab, kamuflyaj rəngli hərbi şalvar, uzunqol boz rəngli ağ zolaqlı kofta, göy rəngli cins materialdan şalvar, bir cüt rezin uzunboğaz çəkmələr, qara və boz rəngli uzunqol kofta, həmçinin meyitin əynindəki şalvarının sol cibində aşkar olunmuş «Redmi» markalı mobil telefon müvafiq qaydada götürülərək ayrı-ayrılıqda qablaşdırılmış və “Şəki rayon prokurorluğu “Zərflər üçün” möhürü ilə möhürlənib götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının 18 mart 2022-ci il tarixli 09 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşkar olunan xəsarətlər: döş qəfəsinin ön səthində sol döş giləsindən 2 sm aşağıdan ürəyin zədələnməsilə nəticələnən döş boşluğuna dəlib keçən yara, sol bazunun yumşaq toxumalarını dəlib keçən yara, odlu silah yaralanmasının giriş dəliyi olub, 16 mm kalibrli patrona doldurulmuş qurğuşun tərkibli mərmilərin (karteçlərin) tək halda təsir etdiyi uzaq məsafədən açılmış bir atəş nəticəsində əmələ gələ bilərdilər, xəsarətlər həyatidirlər, yəni ölümündən bir qədər əvvəl yetirilmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci tarixdə yetirilməyə uyğundurlar. Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi zamanı onun döş boşluğundan bir ədəd karteç aşkar edilərək götürülmüşdür. Ağırlıq dərəcəsinə görə: ürəyin zədələnməsilə nəticələnən döş qəfəsinin daxilinə dəlib keçən yara sağlam şəxslər üçün götürdükdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Sol bazuda olan dəlib keçən yara həyat üçün təhlükəli olmayan YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs meyiti üzərində yuxarıda göstərilənlərdən başqa hər hansı xəsarət aşkar olunmamışdır. Meyitin üzərində qarşılıqlı mübarizə və özünü müdafiəyə xarakterik xəsarətlər yoxdur. Zərərçəkmiş şəxs ölümünə səbəb, ürəyin zədələnməsi nəticəsində inkişaf edən kəskin daxili qanaxma olmuşdur. Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanadakı müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs açılmış atəşin istiqaməti nisbətən soldan-sağa və aşağıdan yuxarı çəp istiqamətdə olmuşdur. Zərərçəkmiş şəxs ölümündən bir qədər əvvəl etil spirti, narkotik vasitələr və güclü təsiredici dərman preparatları qəbul etməmişdir. Meyitdə seksual xarakterli zorakılıq hərəkətləri nəticəsində yaranmağa xarakterik əlamətlər yoxdur. Lifli materialların məhkəmə ekspertizasının 01 aprel 2022-ci il tarixli 6/1285 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 3/274, 3/275, 3/276, 3/277, 3/278 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Л 61537" №-li təklüləli tüfəngin üzərində aşkar edilmiş papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd tüfəng 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu-70 mm olan, 16 kalibrli, “Л 61537" №-li, "İJ K" modelli xarici çaxmaqlı, yivsiz-təklüləli odlu ov silahıdır, tətiyə 2,6 kq qüvvə tələb olunur (normal hesab edilir), saz vəziyyətdədir, atəşə yararlıdır və tətiyi çəkmədən ondan atəş açılmır. Bu modelli ov silahından zavod üsulu ilə hazırlanmış 16 kalibrli patrondan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə malikdir. Xüsusi kriminalistik ədəbiyyatda yivsiz odlu ov silahından atılmış karteçlər öldürücü-məhvedici gücünü təxminən 55 metr məsafəyə qədər saxlayır. Təqdim edilən tüfəngin hissələrinin üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir, təyinatı dəyişdirilməmişdir. Təqdim edilən tüfəngin zavod nişanlarında sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilən silah qeyri-ştat patronlardan atəş açmaq üçün uyğunlaşdırılmayıb. Qərarın təsviri hissəsində göstərilən şəraitdə təqdim edilən silahdan açılmış atəşin 38 metrdən uzaqda yerləşən hədəfi vurması mümkündür. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd üzərində vurucunun izi olan giliz 16 kalibrli olub həmin kalibrə malik yivsiz ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış patronun hissəsidir-gilizidir. Həmin giliz “Л 61537" №-li ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd patron zavod üsulu ilə hazırlanmış 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, atəşə yararlıdırlar, pistonlarında vurucunun izi yoxdur. Patronların 02 ədədinin daxilinə karteçlər, 02 ədədi isə güllə ilə doldurulmuşdur. Təqdim edilmiş bir ədəd karteçlə, iki ədəd patronlara doldurulan karteçler diametrinə, hazırlanma üsuluna, rənginə görə eynilik təşkil edir. Təqdim edilən patronlarla " Л 61537" nömrəli tüfəngdən atəş açılmaq mümkündür. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet yivsiz ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronun daxilinə doldurulan atəş komponentlərinin hissəsidir- karteçdir, üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik dinamik izlər deformasiya, sıyrıq həmçinin bədənə dəymə nəticəsində deformasiya əlamətləri vardır. Həmin izlər xüsusi əlamətlərə malik olmadığından, onun təqdim edilmiş ov tüfəngdən atılıb-atılmadığını mümkün deyil. Karteçin üzərində sivişmə izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet 12 ədəd patron tutumuna malik patrondaşdır, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz, 01 ədəd karteç və 01 patrondaş döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş "Təqsirləndirilən şəxs istifadəsində olmuş və şərti olaraq 11 rəqəmi ilə işarələnmiş" 01 ədəd bıçaq, kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş "Mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş və şərti olaraq 6 rəqəmi ilə işarələnmiş" 01 ədəd bıçaq, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. - Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vesait olmadığından atəşin vaxtını və ateşin sonuncu təmizləmədən əvvəl, yoxsa sonra açılmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş “Meyitin üzərindən götürüldüyü" qeyd edilən bir ədəd jilet, bir ədəd hərbi kitel, bir ədəd uzunqol köynək, bir ədəd uzunqol alt köynəyi və bir ədəd qolsuz maykanın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafından atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd jiletin üzərindəki “a” zədəsi, bir ədəd hərbi kitelin üzərindəki "b" və "d" zədələri, bir ədəd uzunqol köynəyin üzərindəki "e" və "g" zədələri, bir ədəd uzunqol alt köynəyinin üzərindəki "h" və "j" zədələri və bir ədəd qolsuz maykanın üzərindəki "k" zədəsi giriş, bir ədəd hərbi kitelin üzərindəki "c" zədəsi, bir ədəd uzunqol köynəyin üzərindəki "f" zədəsi və bir ədəd uzunqol alt köynəyinin üzərindəki "i" zədəsi isə çıxış zədəsi olmaqla, yivsiz odlu silahdan açılan bir atəş nəticəsində kartecin təsirindən, 2 metrdən yuxarı məsafədən, soldan sağa, aşağıdan yuxarıya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə, təqdim edilmiş silahdan açılan atəş nəticəsində təqdim edilmiş kartecin təsirindən də yarana bilər. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı yerləşmə vəziyyəti soldan sağa doğru olmuşdur. Geyim əşyalarının üzərindəki zədələr öz yerləşmə sahələrinə görə Zərərçəkmiş şəxs Məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən bədən xəsarətləri ilə üst-üstə düşür. Tədqiqata təqdim edilmiş üzərində "Meyitin üzərindən götürüldüyü" qeyd edilən bir ədəd belində kəməri olan, hərbi şalvar, bir ədəd cins şalvar, bir ədəd isti alt şalvarı, bir cüt çəkmə, bir cüt corab, üzərində "Təqsirləndirilən şəxs" məxsus olduğu qeyd edilən geyim əşyalarının və "Hadisə yerindən götürüldüyü" qeyd edilən iki ədəd çanta və bir ədəd papağın səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs" məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən və Təqsirləndirilən şəxs hər iki əllərindən silinərək götürülmüş tamponlardan atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş üzərində "Meyitin üzərindən götürüldüyü" qeyd edilən bir ədəd belində kəməri olan, hərbi şalvar, bir ədəd cins şalvar, bir ədəd isti alt şalvarı, bir cüt çəkmə, bir cüt corab və "Hadisə yerindən götürüldüyü” qeyd edilən əşyaların götürüldüyü” qeyd edilən əşyaların səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barit hissəcikləri aşkar edilmədi. Qərarda qoyulan "30) Zərərçəkmiş şəxs Rövşan oğlu xəsarət aldığı anda onun vəziyyəti necə olmuşdur?" sualı istintaq yolu ilə müəyyən edilə bilər. Tədqiqata təqdim edilmiş üzərində "Meyitin üzərindən götürüldüyü" və "Təqsirləndirilən şəxs" məxsus olduğu qeyd edilən geyim əşyaları və "Hadisə yerindən götürüldüyü" qeyd edilən əşyaların üzərində qarşılıqlı mübarizə ilə əlaqədar fiziki qüvvənin (dartılma,sökülmə,cırılma,qoparılma,qırılma) təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar olunmadı. DİN-nin BƏSİİ-dən daxil olmuş 10 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şəki şəhər İHB-nin Baş Küngüt kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 14 mart 2022-ci il tarixli, 21 fevral 2022-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Şəki rayonunun Baş Küngüt kəndində yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, hadisə baş verən vaxt Təqsirləndirilən şəxs özünə və ailəsinə məxsus 1 baş inəyi olmuşdur. Doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2008-ci il təvəllüdlü X7 və X8 adlı iki övladı var. «Şəki Rayon Mərkəzi Xəstəxanası» PHŞ tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli, 649/1 nömrəli arayışdan görünür ki, Şəki rayonu Baş Küngüt kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü İsmayılov X3 şöbəsinin Oftolmologiya kabinetində müayinədən keçmiş, "Monokulyar korluq, ikincili katarakta, intraokulyar linzanın olması, afakiya, buynuz qişanın digər çapıqları və bulanmaları" ilə qeydiyyata alınmışdır. Şəki ŞRPŞ-nin 11 aprel 2022-ci il tarixli 189-9996-1222 saylı məktubundan görünür ki, Şəki rayonu Baş Küngüt kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mülki silahın və döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilən xüsusi icazə kağızı almamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1, 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, o, cümlədən məhkəmə ekspertizalarının rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 124.1, 228.4 və 229.4-cü ilə maddələri ilə düzgün tövsüf edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqların olduğunu, həmçinin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, cinayəti ov tüfəngi ilə törətməsini Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1, 228.4 və 229.4-cü maddələri ilə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1, 228.4 və 229.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdırıcı halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza müəyyən edilməli, ibtidai istintaq zamanı tutularaq 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək həbsdə saxlandığı müddət cəzadan çıxılmalı, cəza çəkmənin əvvəli hökmün çıxarıldığı 14 iyul 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişməli, iclas zalından həbs olunmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs 534 (yüz səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Şəki rayon prokurorluğunda saxlanılan bir ədəd giliz, bir ədəd baş geyimi, iki ədəd səhra çantası, iki ədəd kəndir, iki ədəd bıçaq, bir ədəd mehtərə, bir ədəd stəkan, iki ədəd giliz (məhkəməballistik ekspertizasının keçirilməsi ilə əlaqədar eksperimental atəş açılaraq istifadə olunmuş dörd ədəd patrondan ikisinin gilizləri), Zərərçəkmiş şəxs bədənindən çıxarılmış bir ədəd karteç, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd sürtmə nümunələri məhv edilməli, Zərərçəkmiş şəxs meyitindən çıxarılmış bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd kamuflyaj rəngli hərbi pencək, bir ədəd tünd yaşıl rəngli qolsuz jilet, bir ədəd tünd boz rəngli isti aşağı alt paltarı, iki ədəd qara rəngli corab, bir ədəd kamuflyaj rəngli hərbi şalvar, bir ədəd uzunqol boz rəngli ağ zolaqlı kofta, bir ədəd göy rəngli cins materialdan şalvar, iki ədəd rezin uzunboğaz çəkmələr, bir ədəd qara və boz rəngli uzunqol kofta yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd kamuflyaj rəngli hərbi pencək, bir ədəd kamuflyaj rəngli hərbi şalvar, bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd boz rəngli qalın aşağı alt geyimi, bir ədəd göy rəngli qoluqısa mayka, bir ədəd tünd göy rəngli üzərində ağ zolaqlar olan jaket, iki ədəd uzunboğaz çəkmə yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, bir ədəd patrondaş, iki ədəd patron və bir ədəd Şəki ŞRPŞ-də saxlanılan 16 kalibrli “Л 61537” nömrəli “İJ K” modelli tüfəng məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1, 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək olan iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs edilsin. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 14 iyul 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Şəki rayon prokurorluğunda saxlanılan bir ədəd giliz, bir ədəd baş geyimi, iki ədəd səhra çantası, iki ədəd kəndir, iki ədəd bıçaq, bir ədəd mehtərə, bir ədəd stəkan, iki ədəd giliz (məhkəməballistik ekspertizasının keçirilməsi ilə əlaqədar eksperimental atəş açılaraq istifadə olunmuş dörd ədəd patrondan ikisinin gilizləri), Zərərçəkmiş şəxs bədənindən çıxarılmış bir ədəd karteç, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd sürtmə nümunələri məhv edilsin. Zərərçəkmiş şəxs meyitindən çıxarılmış bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd kamuflyaj rəngli hərbi pencək, bir ədəd tünd yaşıl rəngli qolsuz jilet, bir ədəd tünd boz rəngli isti aşağı alt paltarı, iki ədəd qara rəngli corab, bir ədəd kamuflyaj rəngli hərbi şalvar, bir ədəd uzunqol boz rəngli ağ zolaqlı kofta, bir ədəd göy rəngli cins materialdan şalvar, iki ədəd rezin uzunboğaz çəkmələr, bir ədəd qara və boz rəngli uzunqol kofta yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hadisə baş verərkən Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd kamuflyaj rəngli hərbi pencək, bir ədəd kamuflyaj rəngli hərbi şalvar, bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd boz rəngli qalın aşağı alt geyimi, bir ədəd göy rəngli qoluqısa mayka, bir ədəd tünd göy rəngli üzərində ağ zolaqlar olan jaket, iki ədəd uzunboğaz çəkmə yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Bir ədəd patrondaş, iki ədəd patron və bir ədəd Şəki ŞRPŞ-də saxlanılan 16 kalibrli “Л 61537” nömrəli “İJ K” modelli tüfəng məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - cəmi 534 (beş yüz otuz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-56/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-56/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver