Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-57/2020 28.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pаspоrt qeydiyyatında оlmаqlа həmin ünvanda yaşamış, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, о, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, X7 Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə 05 il müddətinə, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 177.2.2-ci maddəsi xaric edilərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə, xx.xx.2019-cu il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müvafiq qaydada götürülmədiyi halda xx xxxx 2020-ci il tarixdə Şəki rayonu Öryət kəndi ərazisindən gələrkən yolun sağ kənarında olan Şəki şəhər bələdiyyəsinə məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə bitkilərini görüb həmin çətənə bitkilərini yığıb toplayaraq satış məqsədi olmadan qanunsuz olaraq, qəsdən, şəxsi istehlak miqdarından artıq miqdarda, 462.83 qram qurudulmuş marixuananı əldə edib, daşıyıb, üzərində və yaşadığı ünvan 1 ünvanındakı evin həyətindəki yarımçıq tikilidə olan təndirin içərisində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 12:10-da Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri, Q.Məmmədli küçəsində saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada polis əməkdaşları tərəfindən üstünə keçirilən şəxsi axtarış zamanı onun əynindəki tünd rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan torbada, təmiz çəkisi 12.83 qram olan çətənə (kannobis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilən zaman evin həyətindəki yarımçıq tikilidə olan təndirin içərisindən 1 ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 450 qram, ümumilikdə 462.83 qram olan çətənə (kannobis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitədən istifadə edir. Əvvəllər məhkum olunmuşdur və həmin vaxt əməlini etiraf etmişdir. Lakin ittiham olunduğu hazırkı cinayət əməlini törətməmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə, o, yaşadığı evdə yatdığı zaman səhər saat 10-a işləmiş onu qolundan tutub dartaraq yuxudan oyatmışlar. Yuxudan oyananda, o, yataq otağında başının üstündə əvvəllər də tanıdığı polis əməkdaşının olmasını görmüşdür. Bunu onun anası və xalası da təsdiq edə bilər. Daha sonra dörd nəfər polis əməkdaşı ilə birlikdə onu polis şöbəsinə aparmışlar. Şöbədə onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşı cibinə qoymuşlar. Çəkilişdə onun corabsız olması görünür. O, fiziki təsirə məruz qalmamışdır. Lakin üzərində narkotik vasitənin olduğunu etiraf etməyə məcbur olmuşdur. Daha sonra evlərinə baxış keçirmiş, həyətlərində olan təndirdən ona məxsus olmayan narkotik vasitə aşkar etmişlər. Etiraf etməsinin səbəbi məhkəmədə sözünü demək istəməsi olmuşdur. Lakin barəsində həbs qətimkan tədbiri seçiləndə də məhkəmədə özünün təqsirli olduğunu bildirmişdir. Həmin vaxt qeyd olunanlar barədə vəkilinə məlumat verməyi lüzum bilməmişdir. Təqsirli olmadığını nəzərə almaqla ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 verdiyi ifadəsində bildirdi ki, o, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, o və İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdir. Həmin tarixdə Təqsirləndirilən şəxs Şəki şəhəri, Q.Məmmədli küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi ilə təmin edildikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Hafiz Kərimov tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra onun üzərində videoçəkilişlə onun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən narkotik vasitəyə bənzər sellofan bükülüdə yaşıl rəngli kütlə aşkar edilmişdir. Verilən suallara cavab olaraq həmin kütlənin Şəki rayonu Öyrət kəndindən yoldan şəxsi istifadəsi üçün yığdığı narkotik vasitə olduğunu, bir hissəsini də həyətində olan təndirin içərisində saxladığını etiraf etmişdir. Narkotik vasitəyə bənzər sellofan bükülüdə olan yaşıl rəngli kütlənin çəkisi müəyyən edilmiş və ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətinə iştirakçılar, yəni o, polis serjantı Şahid2, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və anası evdə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişlər. Evdə Təqsirləndirilən şəxs təndirdə saxladığı göy rəngli sellofan torbanı çıxararaq təqdim etmiş, həmin vaxt sellofan torbaya baxış keçirildikdə içərisində kəskin iyə malik, yaşıl rəngli narkotik vasitə - marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəzi ilə çəkilmiş və ekspertiza tədqiqatına təqdim edilməsi üçün ağ rəngli zərfdə qablaşdırılmışdır. Digər Şahid2 оğlu məhkəmə iclasında Şahid1 ifadəsi ilə məzmunca eyni olan oxşar ifadə verməklə, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 verdiyi ifadəsində bildirdi ki, o,Təqsirləndirilən şəxs anasıdır. Oğlu ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx xxxx 2020ci il tarixdə, səhər saatlarında süd almaq üçün qonşuya getmiş, təxminən saat 11-ə işləmiş evə qayıtmışdır. Evə gəldikdə həyətlərində oğlu Pərviz bir neçə şəxsin ətrafında görmüşdür. Həmin vaxt bacısı evdə olmamışdır. Həmin şəxslər evlərini, həyətlərini axtarıb heç nə tapmamış və Pərvizi də götürüb getmişlər. Lakin bir müddət sonra geri dönmüş və birbaşa həyətdə olan təndirin yanına getmişlər. Onlara təndirin yanına getməyə icazə verməmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixli axtarış və götürülmə haqqında protokoldan görünür ki, həmin tаrixdə Şəki şəhər-rаyоn Pоlis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs оğlunun üzərindən çəkisi 12.83 qram olan nаrkоtik vаsitə olan qurudulmuş marixuana аşkаr edilib götürülmüşdür. xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürülmə haqqında protokoldan görünür ki, həmin tаrixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin həyətindəki yarımçıq tikilidə olan təndirin içərisindən 1 ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 450 qram olan çətənə (kannobis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Nаrkоlоji şöbə tərəfindən verilmiş xx xxxx 2020-cu il tаrixli sərxoşluq hallarının müəyyən edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs оğlunun sidiyindən marixuana qəbulu faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx xxxx 2020-ci il tarixli, 17/366 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 12.83 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannobis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 12.83 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq – 12.78 qram. Tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin təndirxanasından aşkar olunmuş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi 450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannobis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi – 450.00 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq – 449.95 qram. Aparılmış tədqiqatın dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx xxxx 2020-ci il tarixli, 17/461 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “...Təqsirləndirilən şəxs...ifadəsi yerində yoxlanılarkən götürülən torpaq nümunələri...” sözləri yazılmış sellofan torbanın içərisindəki 03 (üç) ədəd sellofan torbalarda olan torpaq nümunələrində əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannobis) bitkisinin hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş torpaq nümunələrinin münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Aparılmış tədqiqatın dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat təşkil edir. xx xxxx 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki RMX-nin xx xxxx 2020-ci il tаrixli, 1854 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən “Kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozğunluğu” diaqnozu ilə Narkoloji kabinetdə qeydiyyatdadır. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tаrixli, 403 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsinə götürülmüş, uzun müddət müraciət etmədiyi üçün 2019-cu ildə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx xxxx 2020-ci il tarixli, 639 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzаb çəkir.Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа аlınmаsı məsləhət görülür. X8 İdarəsinin Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 426 nömrəli rəydən məlum olur ki, “...Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, cinayət əməlini törədərkən və hazırkı ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəki RMX PHŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1854 saylı arayış, Şəki Rayon Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli 403 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, hövsələsiz və acıqlı olması, onda əsəbiliyiə və kobudluğa meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü reaksiya ilə cavab verməsi və .s) imkan verir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma(kompensasiya) vəziyyətində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır...” Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından və DİN-in BƏSİİ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2015-ci il tarixdə X7 Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi hökmdən xaric edilərək cəzası 04 il 06 ay həddinə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şəki şəhər İHB-nin “Pirimlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 193 nömrəli arayış və həmin tarixli 194 nömrəli xаsiyyətnаmədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Şəki şəhəri, Q. Məmmədli küçəsi 9 saylı evdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, marixuana-kannobisinin şəxsi istehlak miqdarından artıq miqdar (qurudulmuş təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs məhkəmə baxışında tədqiq edilmiş öz müdafiəçisinin iştirakı ilə ibtidai istintaqa verdiyi ifadəsində, hətta məhkəmədə barəsində qətimkan tədbiri seçiləndə ona istinad olunan əməli etiraf etmişdir. Heç bir təsirə məruz qalmadan bu cür ifadələr verdiyini məhkəmədə bildirmişdir. O, məhkəmə baxışında təqsirsiz olduğunu bildirsə də, tutularkən və ibtidai istintaqda nəyə görə etirafedici ifadələr verdiyini inandırıcı şəkildə əsaslandıra bilməmiş, verdiyi ifadələrində qeyri-səmimi olmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq və məhkəmə baxışında verdiyi ifadələrdə ziddiyətli məqamların olmasına münasibətdə qeyd edir ki, Şahid3 təqsirləndirilən şəxsin anası olmaqla yaxın qohumudur və məhkəmə baxışında verdiyi ifadəsi təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmişdir. Lakin məhkəmə qeyd edir ki, şahidin ifadəsi digər sübutlarla təsdiq olunmur, bunun əksi olaraq məhkəmə iclasında dindirilmiş digər şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə təkzib olunur. Odur ki, məhkəmə şahidin ifadəsini əsaslı sübut kimi qəbul etmir və hesab edir ki, Şahid3 ziddiyətli ifadələri bütövlükdə ittihamın mahiyyətinə təsir etmir.İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasının yüngülləşdirici halı kimi qəbul edir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təsnifatına əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və cinayətlərin residivini məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxscəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (maddə 65.1 və 65.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 12.78 qram və 449.95 qram olan narkotik vasitə - marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan çəkisi tədqiqatdan sonra 12.78 qram və 449.95 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat miqdarında ekspertiza xərci tutularaq Аzərbаycаn Respublikаsının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə təqdim olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm аpelyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gün sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-57/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-57/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver