Məhkəmə qərarları › İş №1(075)-57/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-57/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-57/2021 27.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1993-cü ildə Şəki rayonu Bolludərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə Hərbi Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmü ilə CM-nin 333.1-ci maddəsi ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, işsiz, Şəki rayonu Bolludərə kəndində pasport qeydiyyatında olmaqla, faktiki olaraq Sumqayıt şəhəri, 15-ci məhəllə, Qəhrəmanov küçəsi, ev 3, mənzil 23-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan CMnin) 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Rayon Məhkəməsinin 8 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, qəsdən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnu pozmaqla özbaşına becərmə cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən 20 iyul 2020-ci il tarixdə, saat 18 radələrində torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnu pozaraq Şəki rayonu Bolludərə kəndində yerləşən Zərərçəkmiş şəxs etibarnamə ilə istifadə etdiyi kənd təsərrüfatı təyinatlı 21 ha torpaq sahəsinin 08 ha olan hissəsində qanunsuz olaraq şum işləri apararaq həmin torpaq sahəsini özbaşına becərib tutmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şəki rayonu Bolludərə kəndində qeydiyyatda olsa da, faktiki olaraq Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 4, mənzil 23-də yaşayır. 1998-ci ildə keçirilən torpaq islahatları nəticəsində ona və ailə üzvlərinə Şəki rayonu Bolludərə kəndində 27 ha torpaq sahəsi verilmişdir. Hazırda həmin torpağa dair əlində Dövlət Aktı var. 2005-ci ildə mərhum atası Nadir onlara verilən 27 ha pay torpaq sahəsinin 24 ha olan hissəsini Həmid adlı şəxsə 5- 10 illik icarəyə vermişdir. Özləri isə Sumqayıta köçmüş və orada yaşamışlar. Lakin torpaq indi də onların ailəsinə məxsusdur. Çünki torpağı satmayıblar, müvəqqəti icarəyə veriblər. Rəsmi mülkiyətçi onların ailəsidir. Torpaq sahəsini Zərərçəkmiş şəxs zəbt edib. Kənd Təsərrüffatı Nazirliyindən ona zəng edib deyiblər ki, torpaq sahəsi monitorinqə düşür və torpağın əkilib-əkilməməsi barədə məlumat istəyiblər. O da torpağı özü əkdiyini deyərək 140 manat rüsum ödəyib, subsidiya alıb. Torpağı o, zəbt etmiş olsaydı monitorinq onun adına gəlməzdi. Onlara məxsus 27 hektar torpağın 3 hektarını Zərərçəkmiş şəxsə 2020-ci ildə 2 illik icarəyə verib və icarə haqqını alıb. Zərərçəkmiş şəxsla birlikdə ASAN xidmətə getməyinin səbəbi torpağa çıxarış almaq, sənədləri yoxlatdırmaq olmuşdur. ASAN xidmətdə sənədlərinə baxıb problem olmadığını, çıxarışın veriləcəyini demişlər. Hətta torpağı ölçmək üçün gəlmişlər. Lakin ölçü işlərini görməyərək demişlər ki, “Zərərçəkmiş şəxs gəlsin sonra baxaq”. Zərərçəkmiş şəxs gələndən sonra isə peykin işləmədiyini əsas gətirərək onu həmin gün axşamadək gözlətmişlər. Bu günə kimi də ölçmə işlərini aparmamışlar. Məcbur olub şikayət etmişdir. Sonda ona çıxarış verməkdən imtina etmişlər. Səbəb isə həmin torpağın onlar tərəfindən satılması kimi göstərilmişdir. 2019-cu ildə həmin torpaqda səpin işləri aparmışdır. Lakin Zərərçəkmiş şəxs onun səpininin üzərindən yenidən səpin işləri görmüşdür. 2020-ci ildə isə torpağı şumlatmışdır. Lakin ittiham olunduğu kimi səkkiz hektar torpaq şumlatmamışdır. Belə ki, o, 20 iyul 2020-ci il tarixdə üç traktorçu dəvət etmişdir. Onlar üçü birlikdə maksimum üç hektar torpaq şumlamışlar. Ümumiyyətlə, şum işlərinin aparılmasından öncə, o, X23 rəisinə zəng edib icazə almışdır. Rəis ona demişdir ki, torpaq sənindir, yerini şumla, sənədlərini də qaydasına qoy. Lakin həmin vaxt traktorçulara polisdən zəng edib torpağın mübahisəli olduğunu, şum işlərini dayandırmalarını demişlər. Onlar da həmin vaxt şum işlərini dayandırıb ondan sonra torpağa girməmişlər. Bölmədə izahat da vermiş, özündə olan Dövlət Aktını təqdim etmişdir. Zərərçəkmiş şəxsin təqdim etdiyi çıxarış saxtadır, onun torpağının sənədi deyil. Onun isə subsidiya kartı var və kartı bölmədə göstərmişdir. Bölmədə rəis ona şum işlərinin aparılmasına icazə verdiyini boynuna almamışdır. Əgər dayandırmasa idilər, 27 hektarın hamısını şumlatdıracaqdı. Hesab edir ki, 3 hektar şumlatmaq cinayət hesab edilmir. Zərərçəkmiş şəxsin torpaqdan istifadə etməsi qanunsuzdue. İstintaq bitəndən və torpağın mülkiyyətçisi kim olduğu bilinəndən sonra torpaqdan istifadə olunmalıdır. İbtidai istintaq zamanı onun ifadələrində imzası yoxdur. Odur ki, onun ifadəsi kimi qəbul oluna bilməz. Göstərilənləri nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmə iclasında göstərdi ki, Şəki rayonu Bolludərə kəndində 204.88 ha kənd təsərrüfat təynatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 2008-ci ildə alqı-satqı müqaviləsi ilə X17 almış və torpaq sahəsinin ona məxsus olması barədə dövlət reyestr xidmətindən çıxarış əldə etmişdir. 2018-ci ildə Bolludərə kəndində 204.88 ha torpaq sahəsini oğlu Mirtoğrul Seyidova hədiyyə etmiş və həmin il dövlət reyestr xidmətindən oğlu Mirtoğrulun adına çıxarış almışdır. Bundan sonra oğlu Mirtoğrul 2018-ci ilin sentyabr ayında həmin torpaqları əkib becərmək üçün ona etibarnamə vermişdir. 2020-ci ildə Təqsirləndirilən şəxs onun yanına gəlib qardaşının ona icarəyə verdiyi, nənəsi Züleyxanın adına olan 3 ha torpaq sahəsini satmaq istədiyini bildirmiş və ondan həmin torpaq sahəsini alıb-almayacağını soruşmuşdur. O da Turala həmin torpaq sahəsini ala biləcəyini demişdir. Tural ondan xahiş etmişdir ki, torpağın sənədləşdirilməsi üçün ona köməklik etsin. Sənədləri düzəltməkdən ötrü birlikdə Şəki ASAN xidmətinə getmişlər. Tural ASAN xidmətin əməkdaşına yaxınlaşıb nənəsinə məxsus torpaq sahəsini satmaq istədiyini və həmin torpaq sahəsinin satılması üçün hansı sənədlərin lazım olmasını soruşmuş, lazım olan sənədlərin siyahısını almışdır. Geri qayıdan zaman Tural torpaq sahəsinin sənədlərinin hazırlanması üçün ona pul verməsini istəmiş, o da Turala 700 manat pul vermişdir. Həmin məbləğ alqı-satqı zamanı nəzərə alınmalı idi. Bir müddət sonra Tural ondan 800 manat da pul istəmişdir. Turalın əmisi oğlunu tanıdığından onun zaminliyi ilə yanında Turala 800 manat pul vermişdir. Lakin nə vaxt maraqlansa da Tural sənədlərin hazır olmadığını demişdir. 2020-ci ilin biçin işlərinə başladıqdan sonra kombaynçısı ona zəng vurub Turalın biçin sahəsinə gəldiyini, “bura bizimdir” deyib onları buğdanı biçməyə qoymadığını demişdir. Sahəyə gəlib Turaldan nə üçün biçinə mane olduğunu soruşmuşdur. Tural da ona biçdiyi torpaq sahəsinin ona və ailə üzvlərinə məxsus olduğunu ona görə həmin sahəni özünün biçməli olduğunu demişdir. Bu barədə polisə məlumat vermişdir. Turalla bir qədər söhbət edəndən sonra onu birtəhər başa salmış və “biçin bitəndən sonra gələrsən araşdırarıq” deyə Turalı yola salmışdır. Biçin işləri qurtarandan sonra Bolludərə kəndindən olan gözətçisi İmran ona zəng vurub Turalın ona məxsus torpaq sahəsini şumlatdığını demişdir. Torpaq sahəsində Turalın şum işləri aparıb-aparmamasını öyrənmək üçün Bayram adlı işçisini sahəsinə göndərmişdir. Bayram zəng vurub Turalın ona məxsus torpaq sahəsini şumlatdığını ona demişdir. Ona görə də X26 məlumat vermişdir. Polislər Turalı başa salıb şum işlərini saxlatmışlar. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, lizinq müqaviləsi ilə traktor icarəyə götürüb işləyir. 17 iyul 2020-ci il tarixdə Şəki rayonu Bolludərə kəndində yaşayan Təqsirləndirilən şəxs ona zəng vuraraq yaşadığı kənddə torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini şumlatmaq istədiyini demişdir. 20 iyul 2020-ci il tarixdə Xəyal və Fəxrəddinlə birlikdə Şəki rayonu Bolludərə kəndində Turalla görüşüb əkin sahəsinə getmişlər. Turalda torpaq sahəsinin dövlət aktı olmuşdur. Tural əkin sahəsində torpaq sahəsini onlara göstərib 27 ha torpaq sahəsinin ona məxsus olduğunu bildirərək şumlamalarını demiş, qiymətdə razılaşmış və yanacaq haqqını əvvəlcədən alıb işə başlamışlar. Xəyal və Fəxrəddinlə birlikdə hər biri öz traktoru ilə Turalın onlara göstərdiyi torpaq sahəsində torpağın eni boyunca şum işi aparmışlar. Təxminən 1-1.5 hektar torpaq şumlamışlar. Sarıca PB-dən onlara zəng gəlmiş, şumladıqları torpaq sahəsinin mübahisəli torpaq sahəsi olduğunu və şum işlərini dayandırmalı olduqlarını deyilmişdir. Onlar da şum işlərini dayandırıb həmin sahədən çıxmışlar. Tural onlara şumladıqları torpaq sahəsinin ona məxsus olduğunu və şum işlərini davam etdirmələrini bildirdikdə Turala şumladıqları torpaq sahəsinin mübahisəli olduğunu və həmin mübahisəni həll etdikdən sonra gəlib şum işlərini davam etdirəcəyinə söz vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid5 mahiyyət etibarilə Şahid7 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yanında əkinçi-maşinist işləyir. 20 iyul 2020-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs ona zəng vuraraq Şəki rayonu Bolludərə kəndində yerləşən ona məxsus torpaq sahəsində şum işləri aparıldığını və həmin sahəni kimin şumladığını öyrənməsi üçün həmin kəndə getməsini xahiş etmişdir. Ona görə Bolludərə kəndinə, Zərərçəkmiş şəxs torpaq sahəsinə getmiş, bu zaman həmin sahədə üç traktorçunun şum işləri apardığını və həmin traktorçuların Maarifin torpaq sahəsindən təxminən 7-8 ha torpaq sahəsini şumladığını görmüşdür. Ona görə Maarifə zəng vurub bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 2002-ci ildə Əziz Qafar ona torpaq sahələrinin alqı-satqısını aparmaq üçün etibarnamə və pul vermişdir. Uzun müddət keçdiyindən dəqiq yadında qalmasa da, lakin 2002-ci ildən 2005-ci ilin sonunadək Şəki rayonu ərazisində 300-400-dən çox şəxslərdən 1000 hektar torpaq sahələri alıb Əziz Qafara vermişdir. Həmin dövrdə torpağın alqı-satqısı üçün Torpaq şöbəsindən torpağın həbsdə və girovda olmaması ilə bağlı arayış alınır, akta əsasən yerində sərhədlər traktorla işarələnir və yalnız bundan sonra notariusda alqı-satqı müqaviləsi bağlanır, satıcının pulu ödənilirdi. Təqsirləndirilən şəxs tanımır. Onun valideynlərindən, əgər səhv etmirsə, hektarı o vaxtkı dövr üçün 1000 manata torpaq satın alınmışdır. Torpağı hissə-hissə və yaxud birdəfəyə alması dəqiq yadında deyil. Lakin Turalın dediyi kimi icarəyə götürməmişlər. Turalda olan Dövlət Aktına şübhə ilə yanaşır. Çünki torpaq islahatı 2000-ci ilədək aparıldığından, 2006-cı ildə Dövlət Aktı verilə bilməzdi. Həm də alqı-satqıya əsasən verilməsi şübhəlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2010cu il tarixdən etibarən Şəki rayonu Bolludərə bələdiyyəsinin sədri vəzifəsində işləyir. 2020ci ilin iyul ayında Təqsirləndirilən şəxs bələdiyyə gələrək özünə və ailə üzvlərinə məxsus torağa mülkiyyət hüququna dair dövlət aktını təqdim edib bildirmişdir ki, onların Bolludərə kəndindəki 27 ha torpaq sahələri vardır. Uzun müddət həmin kənddə bələdiyyə sədri işlədiyinə və Turalın atası Nadirin sinif yoldaşı olduğuna görə Nadirin özünə və ailə üzvlərinə məxsus torpaq sahələrinin 24 hektarını 2005-2006-cı illərdə Həmid adlı şəxsə satdığını, Həmiddən isə həmin torpağı Zərərçəkmiş şəxs aldığını və reyestr xidmətindən aldığı torpaq sahələrinin çıxarışı olduğunu bilmişdir. Turala izah etmişdir ki, göstərdiyi torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur və onun həmin torpaqlara dair reyestrdən çıxarışı vardır. Tural da ona yenə dövlət aktını göstərib torpaq sahəsinin onlara məxsus olduğunu və torpaq sahəsini əkməsi üçün ona arayış verməsini istəmişdir. O isə Turala heç bir arayış verə bilməyəcəyini bildirmiş və izah etmişdir ki, Maariflə aralarında torpaqla bağlı yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etsin. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2014-cü ildən Şəki rayonu Bolludərə kəndində yerləşən Zərərçəkmiş şəxs taxıl sahələrinə gözətçilik edir. 2020-ci ilin taxıl biçinindən sonra həmkəndlisi Turalın Zərərçəkmiş şəxs torpaq sahəsini şumlatdığını gördüyü üçün zəng vurub bu barədə Maarifə məlumat vermişdir. Məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş: Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin 29 iyul 2020-ci il tarixli, **********61 nömrəli məktubundan görünür ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən 29 iyul 2020-ci il tarixdə X3 məxsus 21.0 ha torpaq sahəsinə naturada baxış keçirilmiş, baxış zamanı həmin torpaq sahəsinin X2 mülkiyyətində olması və sözügedən torpaq sahəsinin 8.0 ha hissəsinin Təqsirləndirilən şəxs tərəfindən şumlanaraq istifadə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin 21 avqust 2020-ci il tarixli, **********28 nömrəli məktubundan görünür ki, X2 mülkiyyətində olan Şəki rayonu Bolludərə kənd ərazisində yerləşən 21 ha torpaq sahəsi şimaldan və qərbdən təsərrüfatlar arası gediş-gəliş yolu ilə, cənubdan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən X11 və X12 JN-168 nömrəli dövlət aktı verilmiş 5.99 ha torpaq sahəsinin 168 nömrəli konturu ilə, şərqdən X4 mülkiyyətində olan pay torpaq sahəsi ilə həmsərhəddir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən X11 və X12 verilmiş 5.99 ha torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktında göstərilən 168A nömrəli (2.6273) kontur X2 mülkiyyətində olan Şəki rayonu Bolludərə kənd ərazisində yerləşən 21 ha torpaq sahəsinin şimalında olan təsərrüfatlar arası gediş-gəliş yolunun şimalında, 168 nömrəli (3.3667) kontur X2 mülkiyyətində olan 21 ha torpaq sahəsinin cənub hissəsi ilə sərhəddə yerləşir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin 10 dekabr 2020-ci il tarixli, **********01 nömrəli məktubundan görünür ki, Şəki rayonu Bolludərə kəndində yerləşən 27 ha torpaq sahəsinə (13A-2.6301 və 13-24.3705 ha olmaqla 2 hissədə yerləşir) X11, X13, X14, X18, X8, X19, X9, X15 və Məmmədov Tural Nadir oğlunun adlarına DTXK-nin Şəki rayon şöbəsi tərəfindən 02 may 1999-cu il tarixli, kod 40402027 JN-0013 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Şəki rayon 2 saylı DNK-nın 17 yanvar 2006-cı il tarixli, 4Ə-1/09 saylı alqı-satqı müqaviləsi ilə 3.0 ha satıldıqdan sonra yerdə qalan 24.0 ha torpaq sahəsinə (170A-2.6301 və 170-21.3667 ha olmaqla 2 hissədə yerləşir) X11, X13, X14, X18, X8, X19, X9, X15 və Məmmədov Tural Nadir oğlunun adlarına DTXK-nin Şəki rayon şöbəsi tərəfindən 02 mart 2006-cı il tarixli, kod 40402027, JN-170 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sözü gedən vətəndaşlar məxsus torpaq sahəsindən 21.0 ha satıldıqdan sonra həmin 21.0 ha daxil olmaqla 204. 88 ha torpaq sahəsinə X22 adına kod 40402027, JN-162 saylı dövlət aktı verilmişdir. Şəki 1 saylı DNK-nun 28 avqust 2008-ci il tarixli, 4Ə-3/73 saylı alqı satqı müqaviləsi ilə 21.0 ha-da daxil olmaqla 204.88 ha torpaq sahəsi Zərərçəkmiş şəxs satılmış və sonuncunun adına daşınmaz əmlakın dövlət reyesterindən çıxarış verilmişdir. Yerdə qalan torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən X5 və X10 adlarına 15 may 2006-cı il tarixli, kod 40402027, JN-168 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin həmin məktubdan görünür ki, 21 ha torpaq sahəsi X2 mülkiyyətindədir. Ərazi idarəsinin mütəxəsisləri tərəfindən 28 iyul 2020-ci il tarixdə baxış keçirilən zaman X3 məxsus 21 ha torpaq sahəsinin 8.0 ha hissəsi Təqsirləndirilən şəxs tərəfindən şumlanaraq istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin 15 aprel 2021-ci il tarixli, **********32 nömrəli məktubundan görünür ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən 28 iyul 2020-ci il tarixdə X3 məxsus 21.0 ha torpaq sahəsinə naturada baxış keçirilmişdir. Baxış zamanı həmin torpaq sahəsinin X2 mülkiyyətində olduğu və sözü gedən torpaq sahəsinin 8.0 ha hissəsinin Təqsirləndirilən şəxs tərəfindən şumlanaraq istifadə edildiyi müəyyən edilmiş və müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin 19 avqust 2021-ci il tarixli, **********00 nömrəli məktubundan görünür ki, JN-0170 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”hazırda qüvvədə deyil. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin 05 oktyabr 2021-ci il tarixli, **********72 nömrəli məktubundan görünür ki, DTXK Şəki rayon şöbəsindən 15 may 2006cı il tarixdə X11 və X10 adlarına olmaqla 8868 nömrə ilə qeydiyyata alınmış kod 40402027, JN-168 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. (2 konturdan ibarətdir, 0168 - 3.3615 ha və 0168A-2.6273 ha). Kod 40402027, JN-168 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 3.3667 ha torpaq sahəsinin 3.0 ha hissəsi X18 tərəfindən Şəki rayonu 2 saylı DNK-nın 17 yanvar 2006-cı il tarixli, 4Ə- 1/09 saylı alqı-satqı müqaviləsi satılaraq dövlət aktı və çıxarış verildiyindən, yəni kod 40402027, JN-168 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmədən əvvəl satıldığından X10 adı dövlət aktına daxil edilməməli və dövlət aktı X5 adına olmaqla 2.63 ha və 0.3667 ha torpaq sahələrinə işlənməli idi. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X6 Birliyinin 22 saylı Mənzil-Komunal Sahəsi tərəfindən verilmiş 1545 nömrəli 11 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. ünvan 2 xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatı üzrə Bolludərə kəndində yaşadığı vaxtlarda müsbət xarakterizə olunmuşdur. 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasından ötrü barəsində axtarış elan edilmişdir. 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs gizləndiyi yer 16.03.2021-ci il tarixdə müəyyən olunaraq saxlanılmış və 17.03.2021-ci il tarixdə Şəki ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. 18 mart 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 188.3-cü mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 18 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 21 sentyabr 2020-ci il tarixdə verilmiş tələbnamədən və Gəncə Hərbi Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmü ilə CM-nin 333.1-ci maddəsi ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Şəki Rayon Psixiatriya Xəstəxanasından verilmiş 20 noyabr 2020-ci il tarixli, 690 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki Rayon Mərkəzi X16 Şəxs tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli, 2812 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Narkologiya kabinetində qeydiyyatda yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun bu cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahid ifadələri, işin digər materialları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 188.3-cü maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 188.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CMnin 59.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, cavan olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailəsinin həyat şəraitini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs tutulduğu 16 mart 2021-ci ildən 18 mart 2021-ci ilədək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 16 mart 2021-ci ildən 18 mart 2021-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Sumqayıt şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi ziyanın, maddi sübutun, mülki iddianın, məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar