Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-57/2023 01.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1989-cü ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondаn ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 10 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Şəki rayonunun Qoxmuq kəndində yerləşən birgə yaşadıqları fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxs evi yığışdırmamasını irad bildirərək onunla mübahisə etmiş, şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranmış, mübahisə zamanı əli və ayağı ilə Zərərçəkmiş şəxs qəsdən çox saylı zərbələr vurmaqla sonuncuya büzdüm nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ bazunun hematoması, büzdüm sümüyü nahiyəsinin travmalik əzilməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 2008-ci ildə Şəki rayonu, Qoxmuq kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından bir oğlan və bir qız övladları olmuşdur. Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduqdan sonra bir neçə ilə mehriban ailə həyatları olmuş, sonradan aralarında mübahislər baş vermişdir. Bu səbəbdən bir ailə kimi aralarında olan münasibətin pisləşməsinə gətirib çıxarmışdır. xx.xx.2023-cü il tarixdə Şəki Rayon Məhkəməsində rəsmi qaydada Zərərçəkmiş şəxs boşansada bir evdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində evdə çarpayıda uzanıb "səni axtararam" verlişinə baxan zaman Zərərçəkmiş şəxs işdən evə gəlmiş və kənarda çay içib dincəlmiş, səni axtarıram verlişində ailə məişət mövzusunda söhbət olarkən kimsə övladının kimsə tərəfindən tələf olunduğunu dediyində Zərərçəkmiş şəxs da həmin televizorda deyilən sözü eşidib onun mərhum atası Eldar Həsənovun ünvanına "dərin getmiş də mənim uşağımı tələf etdirdi, uşaq durmuş olsaydı indi böyük uşaq olardı" deyib söyüşlər etməyə başlamışdır. Bu səbəbdən onların arasında mübahisə olmuşdur. Mübahisə zamanı yerindən qalxıb Zərərçəkmiş şəxs üzərinə gedib sinəsindən itələyib "bəsdi az danış" dediyində Şəfəq geriyə gedib çarpayının üzərinə yıxılmışdır. Hirsli halda çölə çıxıb siqaret çəkmiş, çöldə olarkən Zərərçəkmiş şəxs yenə dayanmayıb danışmağa davam etmişdir. Hirsindən evin qapısına təpik vurub "bəsdi, qurtar" demiş, buna baxmayaraq Şəfəq dayanmamış, yenə sözlə mübahisə etməyə davam elmiş, elə bu zaman qızı Nazpərinin darvaza qapısını döyməsini eşitmiş, gedib qapını açmış, qızı gəlib anasının ağlamasını görüb nə olduğunu soruşduqda Şəfəq “atan məni döyüb” deyə cavab vermiş, sonra qızı Nazpəri onun üzərinə gəlib nəyə görə anamı döyürsən dediyində Nazpərinin qolundan tutub onu çarpayının üzərinə atmışdır. Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisədən bir iki saat sonra oğlu Dənizi qabırğasına görə İnçə kəndinə masaja aparmış, oradan qayıdarkən Zərərçəkmiş şəxs başı ağrıdığını demişdir. Ona görə onu Şəki şəhərinə apteklərdən birinə aparmışdır ki, dərman alsın. Aptekdə onun təyziqini ölçmüşlər və təyziqinin yüksək olduğunu bildirmişlər, sonra dərman alıb yaşadıqları evə qayıtmışlar, evdə olarkən Şəfəq yenə ağrıdığını dediyi üçün təcili tibbi yarımdıma zəng etmiş, təcili yardım gəlib Zərərçəkmiş şəxs Şəki RMX-yə aparmışdır. Xəstəxanada həkimlər Zərərçəkmiş şəxs müayinə elmişlər və təyziqinin yüksək olduğunu, lakin ciddi nəsə olmadığını bildirmişlər. Həkim ondan yoldaşını vurmusan deyə bir neçə dəfə təkrar soruşanda həkimə Şəfəqi vurduğunu etiraf etmişdir. Həkimlər polis şöbəsinə məlumat verdikdən sonra Şəfəq özü də onu döyməsi ilə bağlı ərizə yazmışdır. Peşmandır. Cəzasını çəkməyə hazırdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Şəki rayonu, Qoxmuq kənd sakini Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından bir qız və bir oğlan övladı olmuşdur. Keçmiş həyəta yoldaşı Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan bir-iki il mehriban ailə münasibətləri olmuş, lakin Təqsirləndirilən şəxs bir neçə ilə sonra mütəmadi olaraq spirtli içki aludəçisi olduğuna görə yaşadıqları evə gəlib əsassız yerə onunla mübahisə edərək onu döyüb xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs övladlarının atası olmasını nəzərə alıb susub dayanmışdır. Boşanmaq üçün 2022-ci ilin iyul ayının əvvələri Şəki rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə boşanmışlar. Boşanma üçün məhkəməyə müraciət etsədə Teriyel Həsənov ilə bir evdə yaşayırlar, evin otaqlarından birində onunla övladları, digər otaqda isə Tariyel ilə yaşlı anası qalırlar. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində dərsdən tələsik evə qaytmış ki, "Uğur" kursuna hazırlığa gedən qızı və oğluna yemək verib yol salsın. Evə daxil olduğunda uşaqların sobanın yanında qoz sındırıb çörəklə yediklərini, qozun qabıqlarım isə sobanın yanında palazın üzərinə tökdüklərini, Təqsirləndirilən şəxs isə çarpayıda uzanıb televizorda "Səni axtarıram" verlişinə baxdığını görmüşdür. Heç nə demədən uşaqlarla maraqlanıb onları hazırlığa yola salmış, təxminən saat 16 radələri olarkən Təqsirləndirilən şəxs ib birlikdə evdə lək olduqları vaxt Təqsirləndirilən şəxs yerindən qalxıb onun üzərinə gəlib "onun pinti olduğunu, evin natəmiz olduğunu, evi yığışdırmasını tələb edib" ona qarşı təhqiredici sözlər işlətməyə başlamışdır. Tariyelin hirsli olmasını görüb qapıdan çölə çıxmaq istəyən zaman Tariyel onun arxasınca gəlib əyninində olan koftanın papağından tutub dartıb çarpayının üzərinə yıxmış, sonra isə üzərinə oturub sillə, yumruq zərbələri ilə sifətinə, baş nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamış, həmin an Təqsirləndirilən şəxs əlindən çıxıb qapıya doğru qaçmış ki, çölə çıxsın, həmin vaxt Tariyel ondan önə keçib qapını tutmuş və onun çölə çıxmağıma imkan verməmişdir. Belə olmuş onun əlindən çıxıb evin pəncərəsinə doğru qaçmış, Tariyel yenə onun arxasınca gəlib yumruq təpiklə onu vuran zaman onun başının arxa hissəsi pəncərənin küçüncünə dəymiş, o, yenə Təqsirləndirilən şəxs əlindən çıxıb otağın digər küncünə qaçarkən onun arxasınca gəlib təpiklə bir dəfə bel nahiyyəsinə zərbə vurmuş və o, üzü üstə çarpayının üzərinə yıxılmışdır. Tariyel onu yənə qaldırıb yumruq zərbələri vurmuş və onun gicgah nahiyyəsi şkafın küncünə dəymiş, gözlə görünən zədələri olmasa da baş nahiyyəsində güclü ağrılar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs onu döyərkən ona və ailəsinə nalayiq küçə söyüşləri elmişdir. Qışqırıb ağlaşada Teriyel mətbəxə gedib oradan bıçağı götürüb "sənin şah damarını kəcəyəm" deyib ona hədə-qorxu gəlmişdir. Tariyel ona bu sözləri deyib mətbəxə keçəndə, o, halsız halda yerdə qalmış, bu zaman X1 evə gəldiyini görüb gedib qapını açmış, qızı evə gəlib onların mübahisə etmələrini bilib ağlamışdır. Nazpəri atası Teriyelin üzərinə gedib "nəyə görə anamı döyürsən" dediyində atası onu götürüb çarpayının üzərinə atmış və yenə onun üzərinə gəlib yumruq sillə zərbələri ilə vurmuşdur. Tariyel mübahisədən sonra çölə çıxmış, bir neçə dəqiqə sonra hirsi soymadan evə gəlib evin giriş qapısını təpiklə vurub sındırmış və sobanın üzərində olan çaydanı götürüb evin içinə atmışdır.Tariyel Nazpərinin ağladığını görüb evdən çölə çıxmış, sonra onun halının pisləşdiyinə görə taksiylə onu Şəki şəhərində yerləşən apteklərdən birinə aparıb təyziqini ölçdürüb dərman alıb təzədən yaşadıqları evə qaytarmış, yaşadıqları evə gəldikdən sonra yenə halı pisləşdiyi üçün Tariyel təcili tibbi yardıma zəng elmiş, təcili tibbi yardım gəlib onu muayinə üçün Şəki RMX-na aparmışlar, xəstəxanda həkimlər muayinə edib yaşadığı evə buraxmışlar. Tariyel bir dəfə bağılayıb. Artıq onunla barışmaq istəmir. Tariyel bilməlidir ki, ona və övladlarına əl qaldırmaq olmaz. Məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında pedaqoq X4 iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs isə atasıdır. xx.xx.2023-cü il tarixdə atası Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, mübahisə zamanı atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs döymüşdür. Belə ki, xx.xx.2023-cü il tarixdə hazırılıqdan çıxıb yaşadığı evə gəlmiş, evə gəldiyində yaşadıqları evin darvaza qapısının bağlı olduğunu görmüş, qapını döyüb anasını səsləmiş ki, gəlib qapını açsın, lakin gəlib qapını açan olmamışdır. Bu zaman qapının yaxınlığında divarın üzərinə çıxıb anasını səsləyən zaman atası Tariyel mətbəxin pəncərəsindən onu görüb gəlib qapını açmışdır. O, evə daxil olduqda anası Zərərçəkmiş şəxs yerdə oturub ağladığını görmüş, onun ağlamasını görüb bilmişdir ki, anası ilə atası mübahisə etmişlər. Atası Tariyelə yaxınlaşıb nəyə görə “anamı döymüsən” dedikdə atası onu götürüb çarpayının üzərinə atmış, anası araya keçib uşaqla işin olmasın dediyində atası Tariyel anası Şəfəqi yumruq, sillə və təpiklə vurmuş, sonra isə nalayiq ifadələr işlədib onların olduğu otaqdan çıxıb mətbəxə keçmişdir. Atası Təqsirləndirilən şəxs arxasınca gedib qapını bağlamış ki, gəlib yenidən anasını döyməsin. Bir neçə dəqiqədən sonra atası Tariyel gəlib qapının bağlı olduğunu görüb təpiklə vurub evin qapısını qırıb otağa girmiş, yenə anası Şəfəqin üzərinə gəlib sillə ilə onu vurub nalayiq ifadələr işlədib çölə çıxmış, bundan bir neçə dəqiqə sonra anası Şəfəqin əhvalı pisləşdiyinə görə atası Tariyel onu xəstəxanaya aparıb dərmanlar almış, sonra yaşadıqları evə gətirmiş, lakin aııası yenə yaxşı olmadığına görə təcili tibbi yardım çağırmış, təcili tibbi yardım gəlib anası Şəfəqə tibbi yardım göstərmişlər. İş materiallarına əlavə edilmiş 27 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 27 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 41 nömrəli ekspert rəyindən görünür ki. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş büzdüm nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ bazunun hematoması, büzdüm sümüyü nahiyyəsinin travmatik əzilməsi bərk-küt əşyanın təsirindən törənmişdir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssəsəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2023-cü il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 481 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 228 №-li məktubundan görünür ki. Həsənov X2 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və həmin dispanserə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 244 nömrəli arayışı və xasiyyətnaməsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəki rayonunun Qoxmuq kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış nigah pozulmuş, tərəflərin birgə nigahdan olan uşaqları xx xxxx 2013-cü il təvəllüdlü Şahid və 06 iyul 2009-cu il təvəllüdlü X5 anaları Zərərçəkmiş şəxs yanında saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Şəki rayonunun Qoxmuq kəndində yerləşən birgə yaşadıqları fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı əli və ayağı ilə Zərərçəkmiş şəxs qəsdən çox saylı zərbələr vurmaqla yüngül bədən xəsarəti yetirməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz təqsirini boynuna almış. Digər tərəfdən zərərçəkmiş şəxs hadisəni ətraflı təsvir etmiş, məhz təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirildiyini ibtidai araşdırma zamanı və məhkəmə istintaqında bildirmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri əsasında həqiqətən də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında 10 yanvar 2023-cü il tarixdə münaqişənin olduğu müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlərin məhz 10 yanvar 2023-cü il tarixə uyğun gəldiyi təsdiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi əsaslı şübhədən kənar sübutlarla öz təsdiqini tapmışdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azyaşlı övladları zərərçəkmiş şəxsin himayəsinə verilmişdir. Odur ki, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azyaşlı övladlarının olması onun cəzasının yüngülləşdirici halı kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət törətməsini əsas götürərək onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının icrasına nəzarət yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Şəki rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-57/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-57/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver