Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-57/2025 29.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ HakimVəliyev Elşən oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx xxxx 1993-cü ildə Şəki rayonu, Qoxmuq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, işləməyən, orta təhsilli, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla, tutulan günə kimi Şəki şəhəri, Bağbanlar küçəsi ev 109 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, qəsdən, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində tanışı X3 40 manata aldığı xeyli miqdarda, yəni 1,415 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin metamfetaminin az miqdarda olan 0,033 qram hissəsini xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhərində tanışı Şahid1 40 manata qanunsuz olaraq satmış, 22 noyabr 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X2 əməkdaşları tərəfindən daxil olmaş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 xx.xx.2024-cü il tarixdə Şəki şəhəri, Nəriman Nərimanov küçəsində saxlanılaraq həmin tarixdə saat 16:41 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman üzərindən qəsdən, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxladığı həmin bir ədəd qızılı-ağ rəngli kağız bükümdə olan, az miqdarda, 0,033 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində saxlanılaraq həmin tarixdə saat 22:11 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 1,382 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1 aydır ki, patı, yəni metamfetamin istifadə edir. O, əvvəllər bir neçə dəfə patı qəbul etmişdir. Şəki şəhər sakini Niyazı ilə təxminən bir ay qabaq tanış olmuşdur, Niyazı ilə bir neçə dəfə patı qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində Şəki şəhərində yerləşən Bazarstore ticarət mərkəzinin qarşı tərəfində Niyazı ilə görüşmüş, Niyazı ona 40 manat pul verib həmin pula ona patı təşkil etməsini xahiş etmişdir. O, da pulu Niyazıdən götürmüşdür. Bundan sonra o, Niyazı şüpələnməsin deyə əvvəlcədən Bakı şəhərində sosial şəbəkə vasitəsi ilə aldığı patını güya ki, kimdənsə almaq üçün Şəki şəhərində yerləşən 8 saylı məktəbin yanına getmişdir. Bundan sonra Niyazıyə zəng edib yolda görüşüb birlikdə onun yaşadığı evə getmişlər. O, güya ki, Fəriddən aldığı patının üstündən bir az götürüb Niyazı ilə birlikdə qəbul etmişdir. Qalan patının bir hissəsini Niyazıyə vermişdir, bir hissəsini də özü üçün aldığı sellofanda olan patının üstünə əlavə etmişdir ki, özü istifadə edər. 22 noyabr 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhərində yerləşən M.F.Axundov adına istirahət parkının yaxınlığında piyada yaşadığı ev istiqamətində getdiyi zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları avtomaşınla gəlib onun yanına çatıb avtomaşından düşüb onu saxlayıb xidməti vəsiqəsini göstərərək özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşlarından biri video çəkiliş aparırdı. Digər polis əməkdaşı isə ona, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində olan əşyaları təqdim etməmini təklif etmişdir. Bu təklifdən sonra o, vəziyyəti başa düşüb etiraz etmədən, cibində olan 2 ədəd bank kartını, mobil telefonunu, ətiri, həmçinin bir gün qabaq Fəriddən aldığı və əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd ağ sellofan bükümdə olan patını, yəni psixatrop maddə metamfetamini təqdim etmişdir. Sonra üstünü axtarmışlar. Üstündən başqa heç nə aşkar etməmişdir. Üstündən aşkar olunmuş patını sellofanla birlikdə çəkmişlər 1,5 qram gəlmişdir. Həmin bükülünü ağ rəngli zərfə qoyub bağlayıb möhürləmişlər. Üstündən aşkar olunmuş digər əşyaları özünə qaytarmışlar. Sonra həmin polis əməkdaşları onu Polis Şöbəsinə gətirmişlər və Polis Şöbəsində üstündən aşkar olunmuş patının götürülməsi ilə bağlı protokol yazmış, ucadan oxumuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə o, da imza etmişdir. Bundan sonra vəkil dəvət edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı ona təqdim olunmuş, içərisində onun üstündən akşar olunaraq zərfə qoyulub bağlanmış həmin zərfə baxış keçirmişdir. Bükülüdə olan patını isştirakçılara göstərib, yenidən həmin bükülünü boş zərfə qoyub bağlayıb möhürləmişdir. İbtidai istintaq dövründə əldə etdiyi patını Fəriddən aldığını bildirsə də, o, narkotik vasitəni Fəriddən yox Bakı şəhərində internet resursları vasitəsi ilə onlayan olaraq bilmədiyi şəxsdən almışdır. Şöbədə olarkən polislər tərəfindən döyülərək, ona narkotik vasitəni Fəriddən aldığını etiraf etsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyi barədə vəd verilsə də, sonradan onu aldadıb yenə də CM-nın 234.2-ci maddəsi ilə məhkəməyə vermişlər. Polislər tərəfindən döyülərək, onu aldatdıqlarından o, narkotik vasitəni Fəriddən aldığını yalandan etiraf etmişdir. Onun Niyazıya narkotik vasitə satmaq niyyəti olmamışdır. Sadəcə birlikdə istifadə etmələri üçün ondan 40 manat alıb narkotik vasitəni birlikdə istifadə etmişlər. Narkotik vasitə qəbul etdiyi üçün peşmandır. CM-nın 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, Şəki ŞRPŞ-nin NMQ-un əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 22 noyabr 2024-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan Şahid1 üzərində qanunla qadağan edilmiş narkotik vasitə saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Şahid1 cinayət əməlinin ifşa edilməsi, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yoxlanılması, narkotik vasitənin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi üçün Şöbə rəisinə məruzə edilmiş, Şöbə rəisinin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. Qrupa Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Şəki ŞRPŞ-nin KTQ-nın baş inspektoru Kamal Məmmədzadə daxil edilmişdir. Bundan sonra həmin gün saat 16:41-dən başlayaraq Şahid2 və Kamal Məmmədzadə ilə birlikdə Şəki şəhəri, N.Nərimanov küçəsində tədbir keçirməyə başlamışlar. Keçirilən əməliyyat-axtarış tədbiri zamanı Kamal Məmmədzadə tərəfindən çəkiliş aparılırdı. Əməliyyat-axtarış tədbiri zaman Qaz İstismar İdarəsindən bir qədər aşağı aralıq küçədə Şahid1 saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra, Niyazıya üzərinə baxış keçiriləcəyini bildirib üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Niyazı də cibində olan alışqanı, Nokia markalı köhnə mobil telefonu, xırda pulları və əynindəki gödəkçənin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Niyazıdən bükülüdəkinin nə olduğunu soruşduqda o, həmin bükülüdəkinin patı olduğunu, özü istifadə etmək üçün alıb üstündə saxladığını bildirmişdir. Ondan həmin patını, yəni metamfetamini kimdən aldığını soruşduqda Niyazı, həmin metamfetamini Şəki şəhər sakini İlyas adlı tanışından 40 manata aldığını bildirmişdir. Həmin metamfetamin kağız bükümü ilə birlikdə çəkilən zaman 0,8 qram gəlmişdir. Həmin metamfetamin boş zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Həmin vaxt Niyazınin üstü axtarılmış, lakin heç nə aşkar olunmamışdır. Hadisə yerində protokol tərtib etmək çətinlik yaratdığına görə birlikdə Polis Şöbəsinə gəlmişlər. X16 üzərindən aşkar olunmuş metamfetamini bir gün qabaq Şəki şəhərində İlyas adlı tanışından 40 manata aldığını bildirmişdir. Bundan sonra həmin gün, yəni xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Şahid1a metamfetaminə bənzər maddəni satan şəxsin, xx.xx.1993-cü il təvəllüdlü, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özünün cinayət əməlinin ifşa edilməsi, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yoxlanılması, narkotik vasitənin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi üçün Şöbə rəisinə məruzə edilmiş, Şöbə rəisinin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. Qrupa Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Sərraf Rzayev daxil edilmişdir. Bundan sonra həmin gün saat 22:07-dən başlayaraq Şahid2 və Sərraf Rzayev ilə birlikdə Şəki şəhərində yerləşən M.F.Axundov adına istirahət parkının yaxınlığında tədbir keçirməyə başlamışlar. Keçirilən əməliyyat-axtarış tədbiri zamanı Sərraf Rzayev tərəfindən video çəkiliş aparılırdı. Əməliyyat-axtarış tədbiri zaman Şəki şəhərində yerləşən M.F.Axundov adına istirahət parkının aşağı girişinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra, Təqsirləndirilən şəxs, Şahid1 tanıyıb-tanımadığını, Niyazıyə narkotik vasitə satıbsatmadığını soruşmuşlar. İlyas etiraf edərək bir gün qabaq Şahid1 40 manat muqabilinda patı satdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Niyazıyə satdığı patını, yəni metamfetamini nə vaxt, harada və kimdən aldığını soruşduqda, o, Niyazıyə satdığı metamfetamini bir gün qabaq 8 saylı məktəbin yaxınlığında Fərid adlı tanışından aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirib, üstündə olan əşyaları təqdim etməsi xahiş olunmuş. Təqsirləndirilən şəxs ciblərində olan köhnə Nokia markalı mobil telefonu, alışqanı, 2 ədəd Kapital bank tərəfindən verilmiş kartı, özünün şəxsiyyət vəsiqəsini, həmçinin əynindəki cins şalvarın cibindən sellofana bükülmüş bükülünü təqdim edərək həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisindəkinin nə olduğunu soruşduqda o, həmin bükülünün içərisində patı olduğunu bildirmişdir. Həmçinin həmin patını da tanışı Fərid adlı şəxsdən aldığını bildirmişdir. İlyasın üzərindən aşkar olunmuş metamfetaminə bənzər kütlə sellofan bükümü ilə birlikdə elektron tərəzidə çəkilən zaman 1,5 qram gəlmişdir. Həmin kütlə boş zərfə qoyulub bağlanıb möhürlənmişdir. Hadisə yerində protokol tərtib etmək çətinlik yaratdığına görə birlikdə Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, düz yazıldığı üçün protkol iştirak edən şəxslər tərəfimdən imzalanmışdır. Bundan başqa təhqiqatçı tərəfindən İlyasa hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, vəkil polis şöbəsinə dəvət edilib İlyasa təqdim etmişdir. Təhqiqatçı tərəfindən İlyas şübhəli şəxs qismində tutulduqdan sonra, video çəkiliş keçirilməklə üstündan aşkar olunub qablaşdırılıb götürülmüş psixtrop maddə metamfetaminə bənzər maddəyə baxış keçirməyə başlamışdır. Təhqiqatçsı zərfi açaraq içərisində olan sellofan bükülünü açıb içərisindəki ağ rəngli maddəni göstərib yenidən zərfə qoymuşdur. Təhqiqatçı İlyadan həmin maddənin nə olduğunu, nə vaxt, harada, kimdən və nə məqsədə əldə etdiyini soruşduqda, İlyas da, həmin kütlənin patı, yəni metamfetamin olduğunu, özü istifadə etmək üçün Şəki şəhər sakini Fərid adlı tanışından aldığını bildirmişdir. Həmçinin İlyasdan, Şahid1 narkotik vasitə satıb-satmadığını soruşduqda, İlyas etiraf edərək Niyazıyə 40 manat müqabilində patı satdığını, həmçinin əvvəllər də Niyazı ilə əlaqəsi olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı sellofan bükümdə olan bükülünü zərflə birlikdə başqa bir boş zərfə qoyub bağlayıb möhürlədi. Bağlanıb möhürlənmiş zərflərin üzərinə digər iştirakçılarla birlikdə o, da imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra Polis şöbəsində də olarkən ona təsir və ya təziq göstərməmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində xidmət aparan Şahid2 şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, təxminən 3-4 aydır ki, düşəndə patı, yəni metamfetamin qəbul edir. Şəki şəhər sakini İlyası təxminən 1 aydır tayırdı. İlyasla təsadüf tanış olmuşdur. Tanış olduqdan sonra İlyasla onun yaxın tanışlıq münasibəti yaranmışdır. Eşitmişdir ki, İlyas nəşə, yəni marixauana və patı təşkil edə bilir. Bir neçə dəfə İlyasdan nəşə və patı alıb qəbul etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində o, İlyasla Şəkistor ticarət mərkəzinin yanında görüşüb ondan istifadə etmək üçün patı istəmiş, bu məqsədlə İlyasa pul vermək istəyəndə sonuncu ona demişdir ki, patını gətirən adam Ağdaşdadır, saat 14 radələrində Ağdaşdan çıxacaq, saat 16 radələrində Şəkidə olacaq. Həmin adam gələndən sonra ona zəng edəcək görüşüb pulu götürüb gedib malı alıb gətirər. O, da razılaşmışdır. Həmin gün saat 16 radələrində İlyas ona zəng edib demişdir ki, -«həmin adam gəlib, görüşək». Belə olub həmin vaxt Şəki şəhərində yerləşən Bazarstor ticarət mərkəzinin qarşı tərəfində İlyasla görüşüb sonuncuya 40 manat pul verib, onun üçün 40 manat məbləğində patı alıb gətirməsini demişdir. O, İlyasdan, nə qədər vaxda gələcəyini soruşmuş, İlyas da ona demişdir ki, həmin adam 8 nömrəli məktəbin yanındakı binaların yanındadır, gedib ondan malı götürüb uzağı yarım saata gəlir. O da razılaşmış və İlyasda pulu götürüb ayrılıb getmişdir. Təxminən yarım saatdan sonra o, İlyasa zəng edib harada olduğunu və nə üçün gəlmədiyini soruşmuşdur. İlyas da ona demişdir ki, həmin adam təzə xəstəxananın yanındadır, onu oraya çağırıb, həmin xəstəxananın yanına gedir, buna görə gecikmişdir, təzə xəstəxananın yanına gedib görüşüb malı götürüb gəlirəcək. Bundan sonra saat təxminən 20 radələri olardı İlyas ona zəng edib aşağı xəstəxananın yanında olduğunu və taksiya verməyə pulu olmadığını bildirmişdir. O da İlyasa demişdir ki, taksiya otur gəlsin, pulunu özü verəcək. İlyas da taksi tutub gəlib bazarın yanında onu götürüb, birlikdə sonuncunun yaşadığı evə getmişlər. Taksi pulunu o, 4 manat sürücüyə vermişdir. Sonra birlikdə İlyasın yaşadığı evə keçmişlər. İlyas 2 bükümdə patı göstərmişdir. Həmin bükümdə olan patının birini İlyas özü hazırlayıb birlikdə qəbul etmişlər. Digər bükümdə olan patını o, götürüb əynindəki gödəkçənin sağ yan cibinə qoyub oradan çıxıb evinə getmişdir. Səhəri gün, yəni 22 noyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində Şəki şəhəri, N.Nərimanov küçəsi ərazisində piyada şəkildə dostugilə gedən zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərib özlərini təqdim etmişlər. Ona, narkotik vasitələrin və psixotrop maddə saxlamaqda şübhəli olduğumu bildirib, üstünə baxış keçirəcəyini bildirmişlər. O, vəziyyəti başa düşüb heç bir artıq hərəkət etməyib sakit dayanmışdır. Həmin vaxt video çəkiliş gedirdi. Polis əməkdaşlarından biri ona üzərində olan əşyaları çıxarıb təqdim etməsini bildirmiş, o da ciblərində olan bir ədəd alışqanı, 50 qəpik xırda pulu, Nokia markalı mobil telefonunu və əynindəki gödəkçənin sağ yan cibindən İlyasdan aldığı bir büküm patını çıxarıb təqdim etmişdir. Həmin polis əməkdaşı üstünü axtarsa da heç nə aşkar edilməmişdir. Sonra ağ rəngli kağız bükümdə olan patını kağıcı ilə birlikdə elektron tərəzidə çəkən zaman 0,08 qram gəlmişdir. Sonra həmin patını bükümünü boş zərfə qoyub bağlayıb möhürləmişlər. Həmin zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Üstündən aşkar olunmuş alışqanı, mobil telefonunu və 50 qəpik xırda pulu özünə qaytardılar. Sonra polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində üstündən çıxmış patının götürülməsi ilə bağlı protokol yazılıb ucadan oxunmuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Daha sonra isə onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı ona hüquqlarını və vəzifələrini, o cümlədən müdafiəçi tutmaq hüququmu izah edərək vəkillərin siyahısını təqdim etmişdir. O, maddi imkanı olmadığını bildirib vəkillərdən Zaur müəllimi dövlət hesabına vəkil təyin olunmasını xahiş etmişdir. Vəkil Zaur müəllimi dəvət etdib ona təqdim etmişlər. Həmin vaxt təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. Sonra təhqiqatçı ona təqdim olunmuş, içərisində onun üstündən akşar olunaraq zərfə qoyulub bağlanmış həmin zərfə baxış keçirmişdir. Belə ki, zərfi açıb içərisində olan bükülünü çıxarıb açaraq bükülüdə olan patını iştirakçılara göstərib, ondan həmin maddənin nə olduğunu və kimə məxsus olduğunu soruşmuş, o da təhqiqatçıya həmin maddənin patı olduğunu və ona məxsus olduğunu, tanışı İlyasdan 40 manata aldığını bildirmişdir. Təhqiqatçı həmin patı olan bükülünü yenidən boş zərfə qoyub bağlayıb möhürləmişdir. Təhqiqatçı ondan üstündə hər əşyaları təqdim etməsini xahiş etmiş, o, cibində olan «Nokia» markalı köhnə mobil telefonu, 50 qəpik xırda pulu və alışqanı çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı təqdim etdiyi «Nokia» markalı mobil telefonu götürüb boş zərfə qoyaraq bağlayıb möhürləmişdir. Həmin zərflərin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sonra təhqiqatçı təqdim etdiyi alışqanı və xırda pulu özünə qaytarmışdır. Daha sonra təhqiqatçı tərəfindən bu barədə protokol yazılmış, ucadan oxunmuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin o, göstərmişdir ki, üstünüzdən aşkar olunmuş bir ədəd kağız bükümdə olan metamfetamini xx.xx.2024-cü il tarixdə Şəki şəhər sakini İlyas adlı şəxsə 40 manata özü istifadə etmək üçün almışdır. İlyasdan bir ay ərzində 3 dəfə nəşə, yəni marixuana, 2 dəfə də patı almışdır. Birinci dəfə təzə tanış olanda İlyasdan patı alıb qəbul etmişdir. Sonra 3 dəfə nəşə alıb çəkmişdir. Sonuncu dəfə də yuxarıda qeyd etdiyi kimi 40 manata 2 büküm patı almış, birini birlikdə qəbul etmiş, bir bükümü isə özünə götürmüşdür. İlyas onunla birlikdə 2 dəfə patı qəbul etmişdir. Bundan başqa İlyasın patı və ya narkotik vasitə qəbul etdiyini görməmişdir. Onun psixotrop maddəni əldə etməyi və qəbul etməyini İlyasdan başqa heç kim görməyib. Bu barədə heç kimin məlumatı yoxdur. Həmçinin o, İlyasın narkotik vasitə və psixotrop maddə satmasını eşitmiş, lakin sonuncunun konrket kimlərə narkotik vasitə və ya psixotrop maddə satmasını bilmir. Bundan başqa o, göstərmişdir ki, eşitmişdir ki, İlyas narkotik vasitə və psixotrop maddəni Fərid adlı şəxsdən alır. Həmçinin Fəridin özünün də narkotik vasitə satdığını eşitmişdir. Ancaq onun Fəridlə münasibəti olmadığı üçün bir başa Fəridin özündən patı ala bilmirdi. Buna görə o, patını İlyasdan alırdı. Fərid adlı şəxsin narkotik vasitə və ya psixotrop maddə satmasını görmməmişdir. Sonuncunun narkotik vasitə və ya psixotrop maddə satmasını şəhərdə gəzən ümumi söhbətdən eşitmişdir. Həmçinin o, göstərmişdir ki, İlyasla onu evinə aparmış taksi «*0066» şirkətindən taksi sifariş verilmişdir. Həmin avtomaşın ağ rəngdə Vaz-21 06 markalı avtomaşın olmuşdur. Nömrəsini görmədiyi üçün xatırlamır. Həmçinin göstərmişdir ki, o, ***-***-**-** mobil telefon nömrəsindən istifadə edirdi. İlyasla da sonuncunun istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək əlaqə saxlamışdır. Bununla yanaşı o, göstərmişdir ki, küçədə polis əməkdaşları tərəfindən saxlanılan zaman, Polis Şöbəsinə gətirilən zaman və Polis Şöbəsində olduğu müddətdə ona qarşı heç bir təziq və ya təsir göstərilməmişdir. Həmçinin o, heç bir yoluxucu və ya psixi xəstəlik keçirməmiş, həmin xəstəliklərdən heç bir tibb müəssisəsində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Şahid1 üzərindən bir ədəd gümüşü kağız bükümdə kağız bükümlə birlikdə 0,08 qram metamfetaminə bənzər maddə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf rəgli sellofan bükümdə sellofanla birlikdə 1,5 qram metamfetaminə bənzər maddə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd şəffaf rəgli sellfoan bükümdə metamfetaminə bənzər maddənin onun özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 23 noyabr 2024-cü il tarixli, 17/879 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs X6 aşkar olunmuş maddi subut.» yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisində digər 01 (bir) ədəd zərfin içərisində olan ağ rəngli kağıza bükülmyş 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,033 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd maddi subut.» azısı, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd zərfin içərisində digər 01 (bir) ədəd zərfin içərisində olan 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,382 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs X5 üzərindən aşkar olunaraq götülülmüş maddi subut.» azısı, adlar və imzalar yazılmış 01 (bir) zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,831 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Təqdim olunmuş 03 (üç) ədəd zərflərdə olan metamfetaminlər xarici əlamətinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunui ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən «psixotrop maddələrin siyahısı»na daxildir. “Mobil telefona baxış haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Fərid Əbdürəhimova məxsus «X22 12» markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** nömrələri istifadə olunurdu. Baxışda iştirak edən Fərid Əbdürəhimov bildirmişdi ki, həmin telefon nömrəsi onun öz adınadır və özü istifadə edirdi, ***-***-**-** mobil telefon nömrəsini son vaxtlar istifadə etmir. Mobil telefon açıldıqda ekranda «Whatsapp», «Mesajlar», «Kontakt», «Soobşeniya», «İnstaqram», «Qalareya», «Facebook» və digər mobil telefonun yaddaşında olan fayıllar aşkar edilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdə ***-***-**-** mobil telefon nömrəsindən daxil və xaric olan zənglər qeydə alınmışdır. Fərid Əbdürəhimov bildirmişdir ki, həmin mobil telefon nömrəsi tanışı İlyasa məxsusdur. Baxış zamanı ***-***-**-** nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 10:13dən 23:57-dək 26 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 10:44-dən saat 18:42-dək 35 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16:26-dan saat 22:21dək 4 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 12:54-dən saat 22:20-dək 15 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə ***-***-**-** mobil telefon nömrəsindən daxil və xaric olan zənglər qeydə alınmışdır. Fərid Əbdürəhimov bildirdi ki, həmin mobil telefon nömrəsi də tanışı İlyasa məxsusdur. Baxış zamanı ***-***-**-** nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 10:44-də bir dəfə zəng edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:32-dən saat 23:22-dək 11 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 09:10-dan saat 21:43-dək 13 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 10:46dan saat 22:59-dək 3 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:09-dan saat 23:46-dək 13 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 00:22-dən saat 00:26-dək 3 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:13-dən saat 23:55dək 20 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18:52-dan saat 21:43-dək 7 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17:26-dan saat 21:47-dək 18 dəfə zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 10:46-da 1 dəfə zəng olunmuşdur. Baxış zamanı mobil telefonun yaddaşında olan Whatsapp proqramında, «Mesajlar», «Soobşeniya», «İnstaqram», «Qalareya», «Facebook» səhifələrində iş üçün maraq kəsb edən məlumat aşkar olunmamışdır olmamışdır. “Təqdim olunmuş Kartlara və mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Nokia markalı mobil telefon» sözləri, həmçinin «Təqsirləndirilən şəxs, Müdafiəçi, Çıraq İsgəndərov, Şahid2 və Kamal Məmmədzadə» sözləri və imzaları olan bir ədəd ağ rəngli zərf açıldıqda, həmin zərfin içərisindən bir ədəd Nokia markalı mobil telefon aşkar olundu. Həmin mobil telefonda ***-***-**-** mobil telefon nömrəsi istifadə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin telefon nömrəsi onun öz adına olmaqla təxminən 10 gün qabaq alıb istifadə edir. Mobil telefon açıldıqda ekranda «Zəng tarixçəsi», «Kontaktlar», «Saat» «Mesajlar», «Radio», «Karkulyator», «Təqvim», Tənzimləmələr», «Kalendar» və digər mobil telefonun yaddaşında olan fayıllar vardır. Mobil telefonun yaddaşında olan «Zənglər» faylını açıb baxdıqda «Fərid» adı altında olan ***-***-**-** mobil telefonuna xx.xx.2024cü il tarixdə 23:59-da və 23:53-də zəng qeydə olunmuşdur. Baxışda iştirak edən İlyas Nuybarov bildirdi ki, ***-***-**-** mobil telefon nömrəsi tanışı Fərid Əbdürəhimov istifadə etdiyini bildirdi. Bundan başqa zənglər siyahısında ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə 18:59-da zəng qeydə olunmuşdur. Başqa zənglər aşkar olunmamışdır. Baxışda iştirak edən İlyas Nuybarov bildirdi ki, həmin mobil telefon nömrəsi tanışı Əlinin olduğunu bildirdi. Həmçinin İlyas bildirdi ki, onun mobil telefonuna daxil və xaric olan zəngləri sonradan sildiyini, buna görə digər zənglər telefonunda qalmadığını bildirdi. Mobil telefonun «Mesajlar» faylını açdıqda daxil olan mesajlar faylında «Fərid» adı altında olan ***-***-**-** mobil telefondan xx.xx.2024-cü il tarixdə 21:24-də SMS daxil olmuşdur. SMS-də «qaqaş mənə vzv at deyəsi sözüm var» sözləri yazılmışdır. Göndərilən mesajlar faylı açıldıqda «Fərid» adı altında olan ***-***-**-** mobil telefona «qaqaş qurban sənə dünənkindən bir dənə lazımdır» sözləri yazılmış SMS göndərilmişdir. Baxış zamanı «Mesajlar» faylında maraq kəsb edən digər məlumat aşkar olunmadı. Telefonun yaddaşında olan digər fayıllarada baxış keçirilən zaman iş üçün maraq kəsb edən digər məlumat aşkar olunmadı. Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Şahid1 ilə Təqsirləndirilən şəxs, sonuncu ilə X5 yaxın tanışlıq münasibəti vardır, onların arasında ədavət və ya düşmənçilik, o cümlədən pul və ya əmlakla bağlı mübahisələri olmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı, Təqsirləndirilən şəxs, Fərid Əbdürəhimov və Şahid1 uzun müddətdir narkotik vasitə və psixotrop maddə qəbul etmələri, Şahid1 qəbul etdiyi narkotik vasitə və psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs, sonuncu da istifadə etdiyi narkotik vasitə və psixotrop maddəni tanışı Fərid Əbdürəhimovdan alması müəyyən edilmişdir. X11 narkotik vasitə və psixotrop maddəni harada və kimlərdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı, Şahid1 üzərindən aşkar olunmuş metamfetamini tanışı Təqsirləndirilən şəxs alması, eyni zamandı sonuncunun üstündən aşkar olunmuş və Şahid1 satdığı metamfetamini isə tanışı Fərid Əbdürəhimovdan alması müəyyən edilmişdir. X11 üzərindən aşkar olunmuş və Təqsirləndirilən şəxs satdığı metamfetamini nə vaxt, harada və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri zamanı, Fərid Əbdürəhimovun tanışı Təqsirləndirilən şəxs başqa kənar kimlərə narkotik vasitə və ya psixotrop maddə satmasını, o cümlədən Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 20 radələrində təzə xəstəxananın yaxınlığında konkret hansı ünvanda Fərid Əbdürəhimovdan metamfetamini aldığını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs metamfetamini aldıqdan sonra *006 şirkətinə zəng edərək taksmi sifariş etmiş, ünvan 3 ünvanda qeydiyyatda olan 1963-cü il təvəllüdlü X9 idarə etdiyi Vaz-21 06 markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə gəlib Şahid1 götürüb yaşadığı evə getmişlər. X17 ifadəsinin alınması üçün İstintaq bölməsinə dəvət edilmişdir. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri zamanı, Təqsirləndirilən şəxs və Fərid Əbdürəhimovun qeyd olunan cinayət əməllərindən başqa digər cinayət əməllərini törətmələrini, onların qeyd olunan cinayət əməllərini törədən zaman kənar şəxslərin məlumat və ya iştiraklarının olmasını, kənar şəxslərə narkotik vasitə və ya psixotrop maddə satmalarını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli diskə baxış protokolunda qeyd olunmuşdur ki, "xxxx" MMCdən xx.xx.2025-ci il tarixli 1368/25 nömrəli məktubla daxil olmuş bir ədəd diskə, istifadə etdiyim «HP» markalı stolüstü kompyuterin prosessoruna daxil edərək baxış keçirdim. Baxış zamanı disk açıldıqda 08 ədəd fayıllar aşkar olundu. Üzərində « Mexsusluq tarixchesi_OTHER_555768505 » rəqəmlər və sözləri yazılmış birinci fayıl açıldıqda ***- ***-**-** mobil telefon nömrəsinin xx xxxx 1993-cü il təvəllüdlü, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına xx.xx.2024-cü il tarixdə aktivləşdirilməsi qeyd olunmuşdur. Üzərində « Mexsusluq tarixchesi_OTHER_997075570 » rəqəmlər və sözləri yazılmış ikinci fayıl açıldıqda ***- ***-**-** mobil telefon nömrəsinin xx.xx.1983-cü il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatında olan X5 adına xx.xx.2024-cü il tarixdə aktivləşdirilməsi qeyd olunmuşdur. Üzərində «Mushteri zenglerinin detallashmasi_MSİSDN_555768505 » rəqəmlər və sözləri yazılmış üçüncü fayıl açıldıqda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cu il tarixdə saat 12:44:27-dən xx.xx.2024-cu il tarixdə saat 23:59:43-dək olan müddətdə daxil və xaric olan zənglərin detalları və antena dairəsi qeyd olunmuşdur. Səhifəyə baxış zamanı Təqsirləndirilən şəxs adına tolan ***- ***-**-** mobil telefon nömrəsindən Fərid Əbdürəhimovun adına olan və istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə zənglərin daxil və xaric olması, eyni zamanda həmin zənglərin antena dairəsi qeyd olunmuşdur. xx.xx.2024-ci il tarixdə saat 12:54:39dan saat 22:20:41-dək 5 dəfə, xx.xx.2024-ci il tarixdə 2 dəfə, xx.xx.2024-ci il tarixdə saat 10:46:35-dən başlayaraq saat 18:42:42-dək 13 dəfə, xx.xx.2024-ci il tarixdə saat 10:46:35-dən başlayaraq saat 23:59:43-dən saat 18:42:42-dək 13 dəfə və xx.xx.2024-ci il tarixdə saat 14:09:20-dən başlayaraq saat 23:59:43-dək 14 dəfə daxil və xaric olan zənglər qeydə alınmışdır. xx.xx.2024-ci il tarixdə saat 10:46:35-dən saat 11:12:21-dək edilən zənglərin antena dairəsi GSHK0115B/GSHK0115 PANSİONAT Hotel/ Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 19 a, saat 11:31:51-də edilən zəngin antena dairəsi Shaki-ATS/Şəki şəhəri, Şəki Telekommuni-kasiya Qovşağı, saat 15:58:17 və 15:58:39da edilən zənglərin antena dairəsi Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 19 a, saat 16:53:23-da, 17:59:06-da və 18:00:39-da edilən zəngin antena dairəsi Şəki şəhəri, Salman Mümtaz küçəsi, saat 18:31:52-də və 18:33:52-də edilən zəngin antena dairəsi GSHK2019A/GSHK2019 X20 şossesinin şimalında yerləşən Şəki bələdiyyəsi, saat 18:39:05-də edilən zəngin antena dairəsi GSHK2093A/GSHK2093 Dashbulag/Şəki rayonu, Daşüz Bələdiyyəsi, Daşbulaq kəndi, saat 18:42:42-də edilən zəngin antena dairəsi GSHK2019B/GSHK2019 Sheki Pavilyon/Oğuz şossesinin şimalında yerləşən Şəki bələdiyyəsi qeyd olunmuşdur. xx.xx.2024-ci il tarixdə saat 14:09:20-də, 14:37:37də, 14:38:32-də, 15:17:50-də, 19:13:23-də, 19:14:26-da və 20:05:13-də edilən zənglərin antena dairəsi GSHK2267A/GSHK2267 Shaki BSC/Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 19 a, saat 20:14:57-də edilən zənglərin antena dairəsi Shaki-ATS(4 sector)/Şəki şəhəri, X4/Shaki/, saat 20:15:36-da və 21:54:28-də edilən zənglərin antena dairəsi GSHK0115A/GSHK0115 PANSİONAT Hotel/Şəki şəhəri, Salman Mümtaz küçəsi/Shaki/, 23:57:25-də 23:57:52-də 23:59:34-də və 23:59:43-də edilən zənglərin antena dairəsi GSHK4838E/GSHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal/Shaki/ qeyd olunmuşdur. Üzərində «Mushteri zenglerinin detallashmasi_MSİSDN_997075570 » rəqəmlər və sözləri yazılmış dördüncü fayıl açıldıqda Fərid Əbdürəhimovin adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:00:00-dan xx.xx.2024-cu il tarixdə saat 00:00:00-dək olan müddətdə daxil və xaric olan zənglərin detalları və antena dairəsi qeyd olunmuşdur. Səhifəyə baxış zamanı Fərid Əbdürəhimovun adına olan və istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs adına tolan ***-***-**-** mobil telefon nömrəsinə zənglərin daxil və xaric olması, eyni zamanda həmin zənglərin antena dairəsi qeyd olunmuşdur. xx.xx.2024-ci il tarixdə saat 12:54:39-dan saat 22:20:41-dək 5 dəfə, xx.xx.2024-ci il tarixdə 2 dəfə, xx.xx.2024-ci il tarixdə saat 10:46:35-dən başlayaraq saat 18:42:42-dək 13 dəfə, xx.xx.2024-ci il tarixdə saat 10:46:35-dən başlayaraq saat 23:59:43-dən saat 18:42:42-dək 13 dəfə və xx.xx.2024-ci il tarixdə saat 14:09:20-dən başlayaraq saat 23:59:43-dək 14 dəfə daxil və xaric olan zənglər qeydə alınmışdır. xx.xx.2024-cü il tarixdə saat 11:12:21-də və 11:31:51-də edilən zənglərin antena dairəsi Leki-RS/Ağdaş rayonu, Ləki kəndi/Aghdash/, saat 15:58:17-də edilən zənglərin antena dairəsi Shaki-ATS/X4, M.Ə. Rəsulzadə 156/Shaki/, saat 15:59:39-da edilən zənglərin antena dairəsi Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera, saat 16:53:23-də USHK0114A/USHK0114 Sheki Z.Aliyeva str/Şəki şəhəri,119-cu kvartal, ASAN Xidmətdən 400 metr, saat 17:59:06-da edilən zənglərin antena dairəsi Tapacannat-HUB/Şəki rayonu, Təpəcənnət kəndi, kəndin şimal çıxışından 780, saat 18:00:39-da, 18:31:52-də, 18:33:52-də, 18:39:05-də və 18:42:42-də edilən zənglərin antena dairəsi Sheki Z.Aliyeva str/Şəki şəhəri,119-cu kvartal, ASAN Xidmətdən 400 metr qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 14:09:20-də edilən zənglərin antena dairəsi Sheki TV yani/Şəki şəhəri, 32ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera, saat 14:37:38-də edilən zənglərin antena dairəsi LSHK0115O3/LSHK0115 PANSİONAT Hotel//Shaki/, saat 14:38:32-də və 15:17:50-də edilən zənglərin antena dairəsi Hotel/Şəki şəhəri, Salman Mümtaz küçəsi, Sahil Otelin arxası, saat 19:13:23-də və 19:14:26-da USHK0290P/USHK0290 Salman Mumtaz str/Şəki rayonu, Salman Mümtaz küç qərb hissəsi/Shaki/, saat 20:05:13-də edilən zənglərin antena dairəsi USHK4838B/USHK4838 Sheki TV yani/Şəki şəhəri, 32ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera və saat 20:15:36-də və 23:57:25-də edilən zənglərin antena dairəsi USHK0115F/USHK0115 PANSİONAT Hotel/Şəki şəhəri, Salman Mümtaz küçəsi, Sahil Otelin arxası. Üzərində « SMS detallashmasi_MSİSDN_555768505 » rəqəmlər və sözləri yazılmış beşinci fayıl açıldıqda Təqsirləndirilən şəxs adına tolan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:00:00-dan, xx.xx.2024-cü il tarixdə saat 00:00:00-dən olan müddətdə daxil və xaric olan SMS-rın detalları qeyd olunmuşdur. Səhifə açıldıqda SMS-lər sirasında Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsindən Fərid Əbdürəhimovun adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 14:37:37-də "Qaqa qurban sene denenkinden 1 dene lazimdi» sözləri yazılmışdır. Üzərində «SMS detallashmasi_MSİSDN_997075570 » rəqəmlər və sözləri yazılmış altıncı fayıl açıldıqda Fərid Əbdürəhimovun adına olan ***- ***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:00:00-dan, xx.xx.2024cü il tarixdə saat 00:00:00-dən olan müddətdə daxil və xaric olan SMS-rın detalları qeyd olunmuşdur. Səhifə açıldıqda SMS-lər sirasında ********** mobil telefon nömrəsindən Fərid Əbdürəhimovun adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 15:52:32-də "Qaqaş niye acmirsan teli varyoxu s***m agriyiram bidene söz dimirsen” sözləri yazılmışdır. Həmin gün saat 15:55:34-də eyni nömrədən «Bidene ac söz diyirem ay qaqas» sözləri yazılmışdır. Həmin gün 16:49:25-də eyni nömrədən «Get nedi ay qaqaş mezelesen mən o boyda yol gəlmisəm lomkada hara geyim mezelesen se» sözləri yazılmışdır. Həmçinin Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsindən Fərid Əbdürəhimovun adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 14:37:37-də "Qaqa qurban sene denenkinden 1 dene lazimdi» sözləri yazılmışdır. Üzərində « Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_ ********* » rəqəmlər və sözləri yazılmış yeddinci fayıl açıldıqda, Təqsirləndirilən şəxs adına tolan ***-***-**-** mobil telefon nömrəsinə zəng edən şəbəkə daxili abanantlerin anket məlumatları qeyd olunmuşdur. Siyahıda qeyd olunan ***-***-**- ** mobil telefon nömrəsinə ünvan 4 ünvanda qeydiyyatda olan Fərid Əbrühəimovun adına olması qeyd olunmuşdur. Üzərində « Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_ ********* (1)» rəqəmlər və sözləri yazılmış səkkizinci fayıl açıldıqda, Fərid Əbdürəhimovun adına olan və istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng edən şəbəkə daxili abanantlerin anket məlumatları qeyd olunmuşdur. Həmin siyahıda ********** mobil telefon nömrəsinin ünvan 5 ünvanda qeydiyyatda olan Əhəd Dursunəliyevin adına olması qeyd olunmuşdur. ********** mobil telefon nömrəsinin Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına olması qeyd olunmuşdur. Məhkəmə-narkoloji ekspertizanın 18 yanvar 2025-ci il tarixli, 77 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin 1(075)-75/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 4(075)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmizi çəkisi 1,332 qram olan, Şahid1 aşkar edilərək götürülmüş təmiz çəkisi 0,023 qram olan psixatrop maddə metamfetamin, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Nokia markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 180.1 və 169.3-cü maddələri ilə təqsirli bilinərək Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il, 04 ay, 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 04 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şəki şəhər «Nuxa» məhəllə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Şəki şəhəri, Bağbanlar küçəsi ev 109 ünvanda yaşayır, subaydır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Şəki RMX-dan daxil olmuş 27 yanvar 2025-ci il tarixli 18-1-71/2-176/2025 №-li məktubundan görünür ki, ünvan 7 ünvanda yaşayan, xx.xx.1993-cü il təvəllüdlü X8 «Şəki Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Şəki Rayonlararası Psixatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli 55 №-li məktubundan göstərilmişdir ki, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olan, 1993cü il təvəllüdlü X1 Rayonlararası Psixatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində daşıdığı narkotik vasitə müxtəlif bükümlərdə saxlanılmış, üzərində şəxsi axtarış aparılan zaman, daha sonra isə şübhəli və təqsirləndirilən şəxs kimi ilkin ifadələrində, bundan başqa məhkəmə istintaqı zamanı da verdiyi ifadəsində psixotrop maddə olan metamfetamini Şahid1 40 manat müqabilində satmasını etiraf etmiş, ibtidai araşdırma zamanı Şahid1 də videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman, daha sonra isə şübhəli şəxs və şahid kimi dindirilərkən öz ifadəsində onun üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikasının 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman döyüldüyünü, ona müxtəlif təzyiqlər göstərildiyini, bu səbəbdən də ilkin ifadələrində narkotik vasitəni Fəriddən aldığını və Niyazıyə satması barədə ifadə verdiyini bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona hər hası təsir və ya təzyiq göstərilməsini, eyni zamanda döyülməsi barədə ibtidai istintaq dövründə hər hansı müraciəti qeydə alınmamaqla, eyni zamanda barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilən zaman da məhkəmə iclasında ona polis əməkdaşları tərəfindən heç bir təhdid və ya təzyiq olmadığını bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də Şahid1 40 manat müqabilində narkotik vasitə satmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət işi üzrə məsuliyyətinin yüngülləşdirilməsi məqsədini güdür. Belə ki, ibtidai araşdırma zamanı Şahid1 ifadəsində, eləcə də şübhəli şəxs kimi dindirilərkən, daha sonra şübhəli şəxs statusuna xitam verildikdən sonra şahid kimi dindirilərkən ifadələrində onun üzərindən aşkar olunmuş psixatrop maddə metamfetamini 40 manat müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Digər tərəfdən, iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixatrop maddə metamfetamin ilə Şahid1 üzərindən aşkar edilərək götürülmüş metamfetamin tərkiblərinə görə eynidirlər. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Şəki Rayon Məhkəməsinin 1(075)-75/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs CM-nın 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitələrin qalığı məhv edilməli, “Nokia” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,332 qram olan və Şahid1 üstündən aşkar edilərək götürülmüş təmiz çəkisi tədqiqatdan sonra 0,023 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. xx.xx.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üstündən götürülmüş iş üzrə maddi sübut kimi tanınıb Şəki Şəhər Rayon Polis Şöbəsində saxlanılan “Nokia” markalı mobil telefon özünə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (Təqsirləndirilən şəxs isə hökm verildiyi andan) Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-57/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-57/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver