Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-58/2021 26.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1996-cı ildə Şəki rayonu Baş Kəldək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəki rayonu Aşağı Kəldək kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2021-ci il tarixdə, saat 14 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına getmiş, bu zaman evin qarşısında küçədə həmin şəxslər arasında azyaşlı uşaqları ilə bağlı mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs evin qarşısında küçədə qəsdən Zərərçəkmiş şəxs saçından tutub yerə yıxaraq sürümüş, sonuncu onun əlindən çıxaraq evin həyətinə qaçmış, Təqsirləndirilən şəxs onun arxasınca həyətə girərək həyətdə qəsdən onu itələmiş, bu zaman Zərərçəkmiş şəxs alnı çardağın dəmir borusuna dəymiş, bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs alın nahiyəsinin geniş həcmli hemotoması və yumşaq toxumalarının əzilməsi, sol said nahiyəsinin sıyrılmış yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməklə, sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi məhkəmə iclasında özünün və zərərçəkmiş şəxsin ifadələri, bilavasitə tədqiq olunan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxslə ailəli olmuş, hal-hazırda ayrılmışlar. Birgə nigahdan Nur adlı övladları var. 25 aprel 2021-ci il tarixdə, saat 13-14 radələrində qızını görmək üçün Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Qapını döydüyü zaman Sevda qızı ilə birlikdə gəlmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zəminində o, Sevdanın saçından tutub dartmışdır. Lakin yerdə sürüməmişdir. Çünki qızı sonuncunun qucağında olmuşdur. Sevda həyətə qaçmışdır. Həyətdə, o, Sevdanı itələmiş, onun alnı çardağın borusuna dəymişdir. Daha sonra o, çıxıb getmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla ailəli olmuş, hal-hazırda ayrılmışlar. Birgə nigahdan Nur adlı övladları var. 25 aprel 2021-ci il tarixdə günorta saatlarında dükandan evə qayıdarkən Təqsirləndirilən şəxs onların qapısında olduğunu görmüşdür. Aralarında uşaq üstündə mübahisə yaranmışdır. Belə ki, uşaq onlarda olanda anasının pis olduğunu öyrədirlər. Mübahisə zamanı Pərvin onu yerə yıxıb sürümüş və vurmuşdur. Onun əlindən qaçıb həyətə girəndə isə itələmiş və başı dəmir boruya dəymişdir. Daha sonra onun ardınca evə girib evdə də onu döymüşdür. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 Publik hüquqi şəxsinin 26 aprel 2021-ci il tarixli, 148 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər: alın nahiyəsinin geniş həcmli hemotomosı və yumşaq toxumaların əzilməsi, sol said nahiyəsinin sıyrılmış yaraları bərk küt əşyanın təsirindən törənmişdir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qərarda qeyd edilən 25 aprel 2021ci il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 26 aprel 2021-ci il tarixli baxış keçirilməsi haqda protokoldan və fotoşəkillərdən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yerdə ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. Şəki şəhər “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli, 293 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu ünvan 3 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəki Rayon Psixiatriya Xəstəxanasının 04 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın dispanser müşahidəsində yoxdur. DİN-in BƏSİİ-dən daxil olmuş 07 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin əməli törətməsi özünün və zərərçəkmişin ifadəsi, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihama görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda sadalanan halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, Təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətini və zərərçəkmiş şəxsin şikayətçi olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, təyin edilmiş cəza Təqsirləndirilən şəxs iş yeri üzrə çəkilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı gündən hesablanmalı, təyin edilmiş cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza Təqsirləndirilən şəxs iş yeri üzrə çəkilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-58/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-58/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver