Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-58/2022 16.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs, onun müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki rayon məhkəməsinin inzibati binasında; xx xxxx 1976-cı ildə Şəki rayonu Cəfərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, subay, işsiz, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu Cəfərabad kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ki, ondan ötrü ki, o, qəsdən, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlama və bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayət əməllərini törətmişdir. Belə ki, ittiham aktında göstərilmişdir ki, o, qəsdən, 20 aprel 2021-ci il tarixdə yaşadığı Ukrayna Respublikası Krım vilayətinin Simferopol şəhərində Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə edib avtomobili idarə etmək məqsədi ilə özünün anket məlumatlarını, fotoşəkilini və digər əhəmiyyətli məlumatları ötürüb istintaqa məlum olmayan şəxsə saxta sürücülük vəsiqəsi hazırlaması barədə sifariş verməklə şəxsi məlumatlarını və sürücülük vəsiqəsində olan çap mətnini sürücülük vəsiqəsinin blankına hər hansı bir texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edib öz adına hüquq verən rəsmi sənəd hesab olunan Azərbaycan Respublikası sürücülük vəsiqəsini qanunsuz olaraq hazırlamış, bundan sonra Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar Azərbaycan Respublikası ərazisində sürücülük vəsiqəsi olmadan avtomobil icarəyə götürüb idarə etməsinin mümkün olmamasını bildiyi üçün saxta sürücülük vəsiqəsindən istifadə edib avtomobil idarə etmək məqsədilə “Whatsapp” proqramı vasitəsilə saxta sürücülük vəsiqəsinin fotoşəkilini kürəkəni Şahid1 göndərib öz adına etibarnamə ilə icarə əsasında avtomobil götürməsini xahiş etməsinə görə Şahid1 01 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 99 ünvanında yerləşən "xxxx" MMC-dən Hyundai Elantra markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobili onun adına etibarnamə əsasında götürüb həmin avtomobil ilə X9 Aeroportuna gəlmiş, bundan sonra o, qanunsuz olaraq saxta sürücülük vəsiqəsindən istifadə etməklə avtomobili həmin Aeroportdan başlayaraq Bakı şəhərində idarə etməklə Şəki rayonu Cəfərabad kəndinə gəlmiş, 03 fevral 2022-ci il tarixdə saat 11:50 radələrində isə həmin avtomobili ilə Şəki şəhəri, X16 prospekti ilə hərəkətdə olan zaman Şəki Şəhər- Rayon Polis Şöbəsinin X21 X17 Xidmətinin əməkdaşı tərəfindən manevretmə qaydasını pozduğu üçün saxlanılan zaman avtomobili idarə etməyə davam etmək məqsədilə saxta sürücülük vəsiqəsini təqdim etdikdən sonra həmin sürücülük vəsiqəsi Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən müvafiq elektron vasitə ilə yoxlanılan zaman sürücülük vəsiqəsinin saxta olması müəyyən edilməklə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlama və bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 320.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 1976-cı ildə Şəki rayonu Cəfərabad kəndində anadan olmuşdur. 1998-ci ildə kənddə evlənmiş və 2001-ci ilə kimi Cəfərabad kəndində yaşamışdır. 2001-ci ildə Ukrayna Respublikasına işləmək məqsədilə getmiş, elə həmin ildə geri qayıtmışdır. 2005-ci ildə yenidən Ukrayna Respublikasına getmiş, bundan sonra Ukrayna Respublikasının Krım vilayətinin Aluşta şəhərində yaşamağa başlamışdır. O, Azərbaycanda hərbi xidmətdə olmamışdır. Ehtiyacı olmadığından şəxsiyyət vəsiqəsi də almamışdır. Sonra da çıxıb Ukraynaya getmiş və miqrant kimi yaşamağa başladığı üçün şəxsiyyət vəsiqəsinə ehtiyacı olmadığı üçün almamışdır. Ukraynada Aluşta şəhərində qaynaqçı işi ilə məşğul olmuşdur. O, 2005-ci ildə Azərbaycan Respublikasından çıxdıqdan sonra bir daha Azərbaycana qayıtmamışdır. 2013-cü ildə həyat yoldaşı onunla telefonla danışanda bildirmişdir ki, ondan birtərəfli şəkildə boşanmışdır. Bildirmişdir ki, onun həmin həyat yoldaşından 2 qızı vardır. Həyat yoldaşı ondan boşandıqdan sonra da o, Azərbaycana qayıtmamış, miqrant kimi yaşamağa davam etmişdir. 2014-cü ildə Krım vilayəti Rusiya Federasiyasının tərkibinə keçəndən sonra da o, Krımın Aluşta şəhərində kirayə yaşamağa davam etmişdir. 2020-ci ilin avqust ayında o, Aluşta şəhərində tikilən yaşayış binasının qaynaq işlərini görən vaxt həmin aralar beton işində işləmək üçün azərbaycanlılardan ibarət işçi briqadası oraya gəlmişdir. Onlar 7-8 nəfər olmuşlar. Onlar orada beton işində işləyərkən onlarla münasibəti yaranmış, özünün Sabirabad rayonundan olduğunu deyən “Samir“ adlı bir işçi ilə tanış olmuşdur. Həmin Samir adlı şəxs Kaluqa şəhərindən gəldiyini, azərbaycanlılardan ibarət işçi briqadasını da özü gətirdiyini demişdir. Ancaq həmin şəxsləri hansı şəhərdən gətirdiyini deməmişdir. İşlədiyi müddətdə aralarında münasibət yarandığından Samir ona demişdir ki, “niyə sənin maşınını başqa adam sürür”? O da demişdir ki, sürücülük vəsiqəsi yoxdur, ona görə də iş yoldaşı Vladimir onun VAZ 2101 markalı avtomobilini sürür. O, sürücülük vəsiqəsinin olmadığını dedikdə Samir ona demişdir ki, onun əlaqəsi olduğu adamlar, yəni qohumu var ki, həmin adam Azərbaycanda Daxili İşlər Nazirliyində yuxarı vəzifədə işləyir. Ancaq həmin şəxsin konkret olaraq hansı idarədə işlədiyini və adını deməmişdir. Samir demişdir ki, ona həmin şəxsin vasitəsi ilə sürücülük vəsiqəsi düzəldə bilər. O da demişdir ki, saxta olmayacaqsa pul verə bilər. Samir həmin vaxt demişdir ki, 46.000 Rusiya rubluna, yəni Azərbaycan manatı ilə həmin dövr üçün 800 manat pul müqabilində düzəldə bilər. Samir də ona demişdir ki, tanışının vasitəsilə tam original, saxta olmayan sürücülük vəsiqəsi düzəldəcək, narahat olmasın. O da razılaşmışdır. Samirə demişdir ki, tanışı ona köhnə tarixə sürücülük vəsiqəsi düzəltsin. Çünki həmin vaxtlarda DYP işçiləri onu saxladanda onlara yalandan demişdir ki, sürücülük vəsiqəsi var, lakin hazırda yanında yox Azərbaycandadır. Düşünmüşdür ki, yeni düzələcək sürücülük vəsiqəsi hazırkı vaxtda əldə edərdisə, növbəti dəfə DYP əməkdaşları tərəfindən saxlanılacağı təqdirdə sürücülük vəsiqəsinin tarixinin yeni olması DYP əməkdaşlarında şübhələr yarada biləcəkdi. Çünki pandemiya ilə əlaqədar ölkədən heç cür çıxmaq mümkün deyildi. Buna görə də Samirə demişdir ki, sürücülük vəsiqəsinin verilmə tarixi 2020-ci ildən əvvəlki tarixə aid olsun. Samirə yalnız idarə etdiyi avtomobil üçün sürücülük vəsiqəsi lazım olduğunu demiş, Samir də demişdir ki, problem yoxdur. Samir 2020-ci ilin avqust ayında Aluşta şəhərində Avtovağzalın yanında onun xarici pasportunun və bir də onun öz fotoşəklini telefonu ilə çəkmişdir. O, xarici pasportunun fotoşəklinin çəkilməsini özü Samirdən istəmişdir. Yəni şəxsi məlumatlarını özü şəxsən Samirə vermişdir. Özü də demişdir ki, ona “BC” kateqoriyalı sürücülük vəsiqəsi düzəltsin. Bundan sonra 2020-ci ilin avqust ayının 21-də o, Krım vilayətinin Aluşta şəhərində olan Avtovağzalın, yəni “Pult” marketin yanında, Samir adlı həmin şəxsə Rusiya Federasiyası rublu ilə ümumilikdə 46.000 Rus rublu pul vermişdir ki, ona sürücülük vəsiqəsi düzəltsin. Samir həmin vaxt ona demişdir ki, 1 ay müddətində sürücülük vəsiqən hazır olacaqdır. Bu müddətlərdə Samirlə telefonla danışmışdır. 2021-ci ilin sentyabr ayının 21-də o, Samirlə danışıb sürücülük vəsiqəsini soruşanda Samir ona demişdir ki, vəsiqəsi 1-2 gün ləngiyir, lakin düzələcəkdir. Lakin həmin vaxtdan təxminən 1 həftə keçmişdir. O, Samirlə telefonla danışanda o demişdir ki, Azərbaycanda ara qarışıb, müharibə başlayıb, müharibə bitsin düzələcəkdir. Noyabr ayında müharibə bitdikdən sonra o, Samirlə danışanda demişdir ki, hələ düzəlməyibdir. Bundan sonrakı müddətlərdə də Samir hər dəfə bir bəhanə edərək onun sürücülük vəsiqəsini düzəltməmişdir. Hazırda Samirlə danışdığı telefon nömrəsi yadında qalmamışdır. Onun mobil nömrəsi Rusiya Federasiyası mobil operatoruna məxsus mobil nömrə olmuşdur. 2021-ci ilin aprel ayında Samir ona demişdir ki, sürücülük vəsiqəsi hazırdır. Samir ona demişdir ki, onun yaşadığı şəhərə gələ bilmir, o, Simferopol şəhərinə gəlsin. O da belə olub marşrutla həmin vaxt Simferopol şəhərinə getmişdir. Samirlə zəngləşib Simferopol şəhərinin Marina mikrorayonunda, yolun kənarında qutab bişirilən yerin yanında görüşmüşdür. Elə ayaqüstü söhbət edərkən Samir cibindən çıxarıb ona bir sənəd vermişdir. Axşam vaxtı olmasına baxmayaraq küçədə işıq yandığından o, Samirin ona verdiyi sənədi görmüşdür. Görmüşdür ki, onun verdiyi sənəd öz fotoşəklinin, soyadının, adının və atasının adının yazıldığı, AE 125548 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsidir. Onun yaşayış ünvan kimi isə Şəki şəhəri, Nizami küçəsi ev 138 göstərilmişdir. Sürücülük vəsiqəsinin xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası DİNin BDYPİ-nin Şəki RQİTBŞ tərəfindən verilməsi göstərilmişdir. Həmin vaxt sürücülük vəsiqəsinin köhnə tarixə verildiyini də görmüşdür. O, həmin vaxt Samirə demişdir ki, axı o, Şəki rayonu Cəfərabad kəndində yaşamışdır, nə üçün sürücülük vəsiqəsində ünvanı ünvan 4xtlar yaşamış olduğun Cəfərabad kəndində ev nömrəsi yoxdur, ona görə də sürücülük vəsiqəsində yaşayış ünvanı kimi ünvan 5 qızı ona zəng edib demişdir ki, Cəfərabad kəndində yaşayan bibisi xəstədir, vəziyyəti yaxşı deyil, ölə bilər. Buna görə də 31 yanvar 2022-ci il tarixdə o, Aluşta şəhərindən marşrutla Krasnodar şəhərinə gəlmiş, Krasnodar şəhərindən isə təyyarə ilə Bakı şəhərinə uçmuş və Bakı şəhərində H.Əliyev adına hava limanına düşmüşdür. O, Bakıya gəlib çatanda 01 fevral saat təxminən 17:00 radələri olmuşdur. Hava limanında onun xarici pasportu yoxlanılarkən məlum olmuşdur ki, pasportuna müxtəlif vaxtlarda giriş-çıxışla bağlı möhürlər vurulsa da o, həmin vaxt özü şəxsən giriş-çıxış etməmişdir. Bundan sonra xarici pasportu Hava limanının gömrük şöbəsində saxlanılmışdır. Ona da deyilmişdir ki, bununla bağlı gələn həftə məhkəməyə çağırılacaq, əlaqə telefonu da götürülmüşdür və ona bildirilmişdir ki, əlaqə saxlanılıb bu barədə ona məlumat veriləcəkdir. Bildirmişdir ki, özü Azərbaycana gəlmədən giriş-çıxış möhürünü də Samir ona vurdurmuşdur. Göstərmişdir ki, kürəkəni Camal 01 fevral 2022-ci il tarixdə onun adına və öz adına "xxxx" MMC-dən Hyundai Elantra markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobili 15 gün müddətinə icarəyə götürmüşdür. Onun adına bununla bağlı yol vərəqəsi verilmişdir. Kürəkəni Camal 01 fevral 2022-ci il tarixdə həmin maşınla gəlib onu H.Əliyev adına X6 götürmüşdür. Maşını o özü idarə etmiş və onlar 02 fevral 2022-ci il tarixdə gecə saat 00:30 radələrində evlərinə çatmışlar. O, evə çatanda artıq bibisi rəhmətə getmişdir. xx.xx.2022-ci il tarixdə bibisini Cəfərabad qəbiristanlığında dəfn etmişlər. Səhərisi günü, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 09:00 radələrində idarə etdiyi Hyundai Elantra markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxmışdır. Həmin maşını idarə edib qızı xəstə olduğu üçün Şəki RMX-na gəlmişdir. Bundan sonra həmin avtomobillə saat təxminən 11:50 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində hərəkətdə olarkən YPX əməkdaşları onu manevretmə qaydasını pozduğu üçün avtomobillə saxlamışlar. Sənədlərini tələb etdikdə o, Samirin ona verdiyi sürücülük vəsiqəsini və "xxxx" MMC”-nə məxsus yol vərəqəsini göstərmişdir. YPX əməkdaşları sənədi yoxlayaraq sürücülük vəsiqəsinin saxta olduğunu, vəsiqədə qeyd olunan nömrənin isə başqa şəxsə məxsus olduğunu bildirmişlər. Belə olduqda onun avtomobili Şəki ŞRPŞ-nin DYPB-nin saxlama duracağına qoyulmuş, özü isə polis əməkdaşları ilə birgə Şəki ŞRPŞ-nə gətirilmişdir. Samir ona adının “Samir” olduğunu demişdir. Onunla gələn fəhlələr də Samirin soyadının “Əsədov” olduğunu demişlər. Ancaq atasının adını bilməmişdir. Ümumiyyətlə o, həmin şəxsin tam olaraq ad və soyadının “Samir Əsədov” olduğunu da bilməmişdir. Samir idmançı bədən quruluşlu, təxminən 40-42 yaşlarında, boyu təxminən 1,90 sm, saçı az olan şəxs olmuş, əslən Sabirabad rayonundan olduğunu demişdir. Ancaq bildiyinə görə Samir Rusiya Federasiyası vətəndaşı olmuşdur. Samir qara rəngli “BMW” markalı avtomobili idarə etmiş, nömrəsi yadında qalmamışdır. İstifadə etdiyi mobil nömrəsi də yadında qalmamışdır, həmin nömrə Rusiya Federasiyasına aid mobil nömrə olmuşdur. O, Aluşta şəhərində olarkən, yəni Rusiya Federasiyasını tərk etməzdən əvvəl sürücülük vəsiqəsinin fotoşəklini “Whatshapp” sosial şəbəkəsində çəkib kürəkəni Camala göndərmişdir. Kürəkəni Camal da həmin sürücülük vəsiqəsinin saxta olmağını bilmədən "xxxx" MMC-nə təqdim etmişdir. Orada da bildiyinə görə sürücülük vəsiqəsinin surətini çıxarıb götürmüşlər. Ancaq dediyi kimi bu məsələdə birbaşa onun iştirakı olmamışdır. Bunu Camal özü etmişdir. Camal onun sürücülük vəsiqəsi ilə icarəyə götürdüyü Hyundai Elantra markalı avtomobillə onu aeroportda qarşılamağa gəlmişdir. Samir tərəfindən ona verilmiş AE 125548 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsinin saxta olduğunu bilməmişdir. Sürücülük vəsiqəsinin üstündə, imza yerində olan imza ona məxsus olmamış, həmin imzaya fikir verməmiş, yalnız xx.xx.2022-ci il tarixdə ona YPX əməkdaşları bu barədə deyərkən məlumatı olmuşdur. Dediyi kimi əvvəl həmin imzaya fikir verməmişdir. O, sürücülük vəsiqəsinin qanunamüvafiq olmadığını bilməmişdir. AE 125548 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsində yaşayış yerinin Şəki şəhəri, Nizami küçəsi ev 138 göstərilməsini görmüş, ancaq o, Samirə bu barədə dedikdə Samr ona demişdir ki, “sən Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda deyilsən, sənin orada qeydiyyatda olmağın müəyyən olunmur. Ona görə də sənin yaşayış və qeydiyyatda olduğun yer kimi Şəki şəhəri, Nizami küçəsi ev, 138 ünvanı göstərilmişdir”. Həmçinin sürücülük vəsiqəsinin verilmə tarixinin də təxminən 3 il əvvələ verildiyini görmüşdür. O, əvvəlcədən bilmişdir ki, sürücülük vəsiqəsi almaq üçün praktiki imtahan vermək lazımdır, həm də bundan başqa test imtahanı verərək verilmiş suallara cavab vermək lazımdır. O, Rusiya Federasiyasından çıxa bilməmiş, həmin Samir adlı şəxsdən sürücülük vəsiqəsini pul verib almazdan əvvəl ondan soruşmuşdur ki, sürücülük vəsiqəsi almaqdan ötrü imtahan vermək lazımdır. Bəs bu necə olacaq? O isə demişdir ki, narahat olma, yaxşı olacaqdır. O da bundan sonra Samirə inanmışdır. O, sürücülük vəsiqəsi almaq üçün şəxsi məlumatlarını Samir adlı şəxsə özü vermişdir. Sürücülük vəsiqəsinin hazırlanmasının da sifarişini özü vermişdir. Lakin həmin sürücülük vəsiqəsinin çap edilməsində onun iştirakı olmamışdır, həmin sürücülük vəsiqəsini şəxsən Samir özü çap etmişdir. Göstərmişdir ki, Samir tərəfindən ona verilən sürücülük vəsiqəsində olan imzanın ona məxsus olmamasını bilməsinə, sürücülük vəsiqəsində onun qeydiyyat ünvanının ünvan 6lməsini, bundan başqa sürücülük vəsiqəsinin tarixinin aldığı vaxtdan təxminən 3 il əvvəllə yazılmasını, həmçinin sürücülük vəsiqəsi almaq üçün 1 və ya 3 ay kursda oxumaq lazım olmasını və şəxsən kompyuter qarşısında oturaraq imtahan verməli olmasını bilməsinə baxmayaraq həmin sürücülük vəsiqəsinin saxta olmasını bilməmişdir. Göstərmişdir ki, Krimda həmin yol hərəkəti qaydalarını pozduğuna görə dəfələrlə cərimə olunmuş və həmin cərimələri ödəmişdir. Krımda olarkən sürücülük vəsiqəsini rus dilinə tərcümə edərək notarial təsdiq etdirmiş və yanında daşımışdır. Qayda pozuntusu edərkən həmin sürücülük vəsiqəsi üzrə ona cərimə yazılmış, lakin həmin vəsiqənin saxta olması barədə Krımda olan DYP əməkdaşları ona heç bir şey deməmişdir. Həmçinin göstərmişdir ki, Bakıya Hava limanına gələrkən azərbaycan sərhədçiləri onu saxlatmış və ona demişlər ki, “xarici pasportunda giriş-çıxış möhürü vurulmuş, lakin özün azərbaycan sərhədini şəxsən keçməmisən”. Qeyd etmişdir ki, pasportuna həmin giriş-çıxış möhürünü də “Samir” vurdurmuşdur. Həmin vaxt düşünmüşdür, həm də şübhələnmişdir ki, ola bilsin ki, sürücülük vəsiqəsi də saxta ola bilər. Buna görə də sərhədçilər xarici pasportunu alıb özlərində saxlamışlar. Sonradan barəsində cinayət işi başlanmış, lakinn 17 mart 2022-ci il tarixdə barəsində başlanmış cinayət işinə xitam verilmişdir. Qeyd etmişdir ki, sürücülük vəsiqəsini “Samirdən” almasına görə peşmandır. Ümumiyyətlə baş vermiş hadisədən səmimi peşmançılıq keçirir, buna görə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Şəki ŞRPŞnin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. Onun vəzifəsi yol hərəkəti qaydalarına riayət edilməsinin təmin edilməsi və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. O, xx.xx.2022-ci il tarixdə Şəki şəhəri X16 prospektində YPX-nin ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə təkcə xidmətdə olmuş, həmin vaxt avtopatrulda xidmətdə olduğu zaman “Hyundai Elantra” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevretmə qaydasını pozduğunu görüb “saxla” işarəsi vermiş, avtomobilin sürücüsü avtomobili saxlamışdır. O, həmin avtomobilin sürücüsünə yaxınlaşmış və özünü təqdim edərək sənədlərini təqdim etməsini ondan xahiş etmişdir. Həmin vaxt sürücü avtomobilin "xxxx" MMC-nə məxsus olduğunu bildirmiş və sürücülük vəsiqəsini təqdim etmişdir. O, sürücülük vəsiqəsinə baxanda vəsiqənin rəngində və arxasındakı şəxsə dair identifikasiya məlumatları yerləşdirilən çipin şübhəli olduğunu hiss etmiş, ona görə də həmin sürücünü sürücülük vəsiqəsinin şübhəli olması ilə bağlı Şəki ŞRPŞ-nin DYPB-nə dəvət etmişdir. Burada həmin şəxsin, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin təqdim etdiyi AE 125548 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi bort komputerdə yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına ümumiyyətlə sürücülük vəsiqəsi alınmamışdır. Təqdim edilən AE 125548 nömrəli sürücülük vəsiqəsinin isə başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Belə olduqda “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəki ŞRPŞ-nin DYPB-nin cərimə meydançasına qoyulmuş, sürücü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, 100 manat məbləğində cərimə edilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Həmçinin sürücü Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə təqdim etmişdir. O, izahatı alındıqdan sonra buraxılmış, bundan sonra “Hyundai Elantra” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil Şəki ŞRPŞ-nin DYPB-nin cərimə meydançasından buraxılmışdır. Göstərmişdir ki, qayda pozuntusu zamanı Ə.Vəlyevdən sənədlərini təqdim etməsini bildirdikdə o tərəddüd etmədən sürücülük vəsiqəsi ilə yanaşı digər sənədləri ona təqdim etmişdir. Sürücülük vəsiqəsinə baxarkən onun “çip” hissəsinin formasından şübhələnmiş, sonrakı araşdırma zamanı isə AE 125548 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsini xx.xx.2000-ci il təvəllüdlü, Daşkəsən rayonu, Əmirvar kənd sakini X8 adına olmasını müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qayınatasıdır. Onunla münasibətləri yaxşıdır və aralarına ədavət və düşmənçiliyi yoxdur. Qaynatası Əliheydar daimi olaraq Rusiya Federasiyasında yaşamışdır. Lakin qayınatası Əliheydar özü Şəki rayonu Cəfərabad kəndindəndir və anası da həmin kəndə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, 2022-ci ilin yanvar ayının sonlarında qaynatasının anası xəstə olduğuna görə X5 Federasiyasından Şəki rayonu, Cəfərabad kəndində gəlmək qərarına gəlmişdir. X5 Federasiyasından çıxdıqda ona Whatsapp proqramı ilə danışıb Bakıya gələn zaman taksilərdən istifadə etməməsi üçün icarəyə avtomobil götürməyini xahiş eləmiş və öz sürücülük vəsiqəsinin fotoşəklini ona göndərmişdir. Həmin vaxt o, qayınatası Əliheydara özünün adına etibarnamə götürməyini dedikdə o, bununla razılaşmayıb onun adına da həmin avtomobilə etibarnamə götürməyini demişdir. Bundan sonra isə özünə məxsus sürücülük vəsiqəsinin fotoşəklini Whatsapp proqramı ilə onun mobil telefonuna göndərmişdir. Bundan sonra 01 fevral 2022-ci il tarixdə Bakı şəhərində "xxxx" MMC-yə gedib oradan Hundai Elantra markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili həm özü, həm də qayınatası Əliheydarın adına etibarnamə ilə 1 həftə müddətinə götürmüşdür və bunun müqabilində 300 manat pul vermişdir. Həmin avtomobilə görə verilən etibarnamələrin hər ikisini avtomobildə günlük yerinə qoymuşdur. Bundan sonra həmin günün axşam vaxtı təxminən 18:00 radələrində Beynəlxalq Aeroporta gedib qayınatası Əliheydarı qarşılamış və onunla görüşmüşdür. Görüşdükdən sonra avtomobili özünə təhvil vermiş və həmin andan avtomobili Əliheydar özü idarə etməyə başlamışdır. Bundan sonra birbaşa olaraq Şəki rayonu, Cəfərabad kəndinə gəlmişlər. Həmin gün kəndə təxminən gecə saat 01:00 radələrində çatmışlar. Onlar kəndə çatdıqda artıq qayınatası - Əliheydarin anası rəhmətə getmişdir. Səhərisi günü dəfn mərasimi olduqdan sonra o, taksi ilə Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra səhərisi günü, yəni xx.xx.2022-ci il tarixdə qayınatası Əliheydarı Şəki şəhəri ərazisində YPX-nin əməkdaşları saxlayıb sənədlərini yoxlayan zaman sürücülük vəsiqəsinin saxta olması aşkar olunmuş və bundan sonra onu Şəki ŞRPŞ-nə gətirmişlər. Onun qayınatası Əliheydarın qaynatasının sürücülük vəsiqəsinin saxta olmasından xəbəri olmamışdır. Qayınatası Təqsirləndirilən şəxs ona sürücülük vəsiqəsinin saxta olması barədə heç bir söz deməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona sürücülük vəsiqəsinin necə və hansı məqsədlə əldə etməsi barədə heç bir söz deməmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin 07 fevral 2022-ci il tarixli, ***-***-**-**22 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X11 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Şəki rayonu, Cəfərabad kənd sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. xx.xx.2018-ci il tarixdə DİN BSYPİ-nin Gəncə Regional Qİ və TB şöbəsindən etibarlılıq müddəti xx.xx.2028-ci il tarixədək olan AE 125548 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsini xx.xx.2000-ci il təvəllüdlü, Daşkəsən rayonu, Əmirvar kənd sakini X15 almışdır. (İş.v 12) İşdə olan Şəki şəhər İHB-nin Cəfərabad kənd İƏD-si üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 97 nömrəli arayış və xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1976-cı ildə Şəki rayonu Cəfərabad kəndində anadan olmuşdur və hazırda burada yaşayır. Milliyətcə azərbaycanlıdır, o yaşadığı müddət ərzində özünü bacarıqlı, işgüzar, tərbiyəli gənc kimi göstərmişdir. Onun həmyaşıdları və kənd ağsaqqaları arasında hörməti olmuşdur. Təqsirləndirilən şəxs bir müddət xaricdə yaşamışdır. Təqsirləndirilən şəxs Şəki rayonu Cəfərabad kəndində yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (İş.v 22) İşdə olan Şəki Rayon Psixiatriya Xəsatəxanasının 24 fevral 2022-ci il tarixli, 232 saylı məktubundan görünür ki, Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olmaqla yaşayan 1976-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 46) İşdə olan 25 fevral 2022-ci il tarixli, 366/1 saylı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X14 məktubundan görünür ki, Şəki rayonu Cəfərabad kəndində pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İş.v 47) İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (İş.v 54) İşdə olan Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən çıxarılmış 11 mart 2022-ci il tarixli, 2847 saylı şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, xx xxxx 1976-cı ildə Şəki rayonu Cəfərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Cəfərabad kəndində daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. (İş.v 56- 57) İşdə olan axtarışda olan şəxsin tutulması haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, xx xxxx 1976-cı ildə Şəki rayonu Cəfərabad kəndində anadan olmuş, Şəki rayonu Cəfərabad kəndində daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilindiyi və istintaqdan qaçıb gizləndiyi üçün, barəsində Şəki ŞRPŞ tərəfindən xx.xx.2022-ci il tarixdə 820248 nömrəli axtarış işi açılmış və Şəki ŞRPŞ-nin Cab-nin ə/m polis kapitanı X12 və Şəki ŞRPŞ-nin Cab-nin ə/m polis mayoru X10 tərəflərindən tutularaq Şəki ŞRPŞyə gətirilərək İB-nə təhvil verilmişdir. (İş.v 67) İşdə olan 28 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə, saat 17:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 77-78) İşdə olan Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən çıxarılmış, 30 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs Şəki ŞRPŞnin MSY-dən azad edilmiş, xx xxxx 1976-cı ildə Şəki rayonu Cəfərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Cəfərabad kəndində daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 30 mart 2022-ci il tarixdə saat 16:45-də MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İş.v 111-112) İşdə olan Kompleks sənədlərin rekvizitlərinin tədqiqi və sənədlərin materiallarının tədqiqi ekspertizalarının xx.xx.2022-ci il tarixli, 5/283-5/293 nömrəli rəylərinin nəticə hissəsində göstərilmişdir. 1.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş AE 125548 nömrəli, “BC” kateqoriyalı Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin blankı və üzərlərindəki çap mətni hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s) vasitəsilə komputerə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmiş, bu növ sənədlər üçün qəbul edilmiş standarta uyğun deyildir.
2. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş AE 125548 nömrəli, “BC” kateqoriyalı Azərbaycan Respublikasının sürücülük vəsiqəsində hər hansı bir düzəlişlər(mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və yapışdırma) müəyyən edilmədi.
3. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş AE 125548 nömrəli, “BC” kateqoriyalı Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin hazırlanmasında kimyəvi tərkibinə görə polietilen əsaslı polimer materialdan istifadə olunmuşdur. Ekspertiza xərci 200 manatdır. (İş.v 124-127) İşdə olan Məhkəmə-xətşünaslıq ekspertizasının 6 aprel 2022-ci il tarixli, 4/326 nömrəli rəyinin nəticə hissəsində görünür ki, ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adına olan AE seriyalı, 125548 nömrəli sürücülük vəsiqəsindəki imzalar Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 112 manatdır. (İş.v 128-131) İşdə olan xx.xx.2022-ci il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 332.2-ci maddəsi ilə təqsirli bilinib həmin tarixdə 100(yüz) manat məbləğində inzibati cərimə edilmişdir. (İş.v 139-142) İşdə olan xx.xx.2022-ci il tarixli 01 nömrəli Şəki şəhəri İHB-nin “Dəyirmanarxı” Məhəllə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, ünvan 9 ünvan yoxdur. (İş.v 144) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin VMAS portal çıxarışından, doğum haqqında şəhadətnamənin tərcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən və Forma 9 arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1976-cı ildə Azərbaycan Respublikası Şəki rayonu, Cəfərabad kəndində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, subaydır. (İş v. 05, 137-138) Məhkəməyə daxil olmuş cinayət işi üzrə ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara cəm halında hüquqi qiymət verərək, işin faktiki hallarını nəzərə alaraq və aşağıda qeyd olunanlara istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi üzrə verilmiş ittiham həmin Məcəllənin 320.2-ci maddəsinə tövsif edilməli və o həmin maddə üzrə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs sürücülük hüququ verən vəsiqəni istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama və bununla da, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Lakin Təqsirləndirilən şəxs özünün qismən ifadəsi və işdə olan ekspertiza rəyləri ilə sübuta yetirilir ki, Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan “Samir” adlı şəxs tərəfindən saxtalaşdırılmış və ya qanunsuz olaraq hazırlanmış sürücülük hüququ verən vəsiqəni əldə edərək ondan istifadə etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etməsi üçün sürücülük hüququ verən vəsiqəni özü saxtalaşdırmamış və ya belə bir vəsiqəni qanunsuz olaraq hazırlamamışdır. Belə ki, Təqsirləndirilən şəxs ittihama əsasən Azərbaycan Respublikası CM-nin 320.1-ci yəni, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət əməlinə görə təqsirləndirilmişdir. Cinayət hüquq nəzəriyyəsinə görə hər bir əməldə cinayət tərkibi mövcud olduqda həmin əməl cinayət kimi xarakterizə olunur. Cinayət tərkibi - əməli cinayət kimi xarakterizə edən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibinin obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti kimi elementləri fərqləndirilir. CM-nin 320.1-ci maddəsinin obyektini hüquq verən və ya vəzifədən azad edən vəsiqələrin və ya digər rəsmi sənədlərin, dövlət təltifinin, ştampın, möhürün, blankın saxtalaşdırması və ya qanunsuz hazırlanması ilə əlaqədar müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydaların pozulması ilə bağlı ictimai münasibətlər təşkil edir. Saxtalaşdırma və hazırlama qeyd edilən cinayətin obyektiv cəhətinin zəruri əlamətlərindəndir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda iş üzrə cinayətin predmeti olan sürücülük vəsiqəsini nə saxtalaşdırmış, nədəki onu hazırlamışdır. Yəni ibtidai istintaq zamanı qeyd edilən sürücülük vəsiqəsinin Təqsirləndirilən şəxs tərəfindən hazırlanması və ya saxtalaşdırılması sübuta yetirilməmiş və ya yetirilə bilinməmişdir. Belə ki, CM-nin 320.1-ci maddəsi üzrə saxtalaşdırma dedikdə, hüquq verən və ya vəzifədən azad edən məzmunu tamamilə saxta olan sənədin hazırlanması, saxta olmayan sənədin mətninə yalan məlumatların daxil edilməsi və ya boş blankın belə məlumatlarla doldurulması, yaxud saxta olmayan sənədin mətnində düzəlişlər edilməsi, tarixin dəyişdirilməsi, mətnin bir hissəsinin məhv olunması və s. kimi qanunsuz hərəkətlərin edilməsi yolu ilə dəyişdirilməsi başa düşülür. CM-nin 320.1-ci maddəsi üzrə hazırlama dedikdə həmin əməlin yalnız dövlət təltiflərinə, ştampa, möhürə və ya blanka münasibətdə törədilməsi başa düşülməlidir. Qanunvericilik dövlət təltifinin, ştampın, möhürün və blankın saxtalaşdırılmasına görə deyil, saxta dövlət təltifinin, ştampın, möhürün və blankın hazırlanmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Hazırlama dedikdə, bütün rekvizitləri olan saxta dövlət təltiflərinin, ştampın, möhürün və ya blankın tam hazırlanması və yaxud saxta olmayan dövlət təltifində, ştampda, möhürdə və blankda onların rekvizitlərinin və ya təsvirini təhrif edən dəyişikliklərin aparılması başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs hüquq verən və ya vəzifədən azad edən məzmunu tamamilə saxta olan sürücülük vəsiqəsi hazırlamamış, onu saxtalaşdırmamaqla saxta olmayan sürücülük vəsiqəsinin mətninə yalan məlumatlar daxil etməmiş, yaxud saxta olmayan sürücülük vəsiqəsinin mətnində düzəlişlər etməmiş, onun tarixin dəyişdirməmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasında sürücülük vəsiqəsinin saxta olmasını bilmədiyini qeyd etsə də məhkəmə hesab edir ki, o bilə-bilə saxta sürücülük vəsiqəsindən istifadə etmişdir. Belə ki, o, “Samir” tərəfindən ona verilən sürücülük vəsiqəsində olan imzanın ona məxsus olmamasını bilmiş, sürücülük vəsiqəsində onun qeydiyyat ünvanının ünvan 6lməsini görmüş və bilmiş, bundan başqa o özü sürücülük vəsiqəsinin tarixinin aldığı vaxtdan təxminən 3 il əvvəllə yazılmasını şəxsən xahiş etmiş, həmçinin sürücülük vəsiqəsi almaq üçün 3 ay kursda oxumaq lazım olmasını və şəxsən kompyuter qarşısında oturaraq imtahan verməli olmasını bilmişdir. Bundan başqa o, Bakıya Hava limanına gələrkən azərbaycan sərhədçiləri onu saxlatmış və ona demişlər ki, xarici pasportunda giriş-çıxış möhürü vurulmuş, lakin özü azərbaycan sərhədini şəxsən keçməmişdir. Pasportuna həmin giriş-çıxış möhürünü “Samir” vurdurduğundan həmin vaxt düşünmüş həm də şübhələnmişdir ki, ola bilsin ki, sürücülük vəsiqəsi də saxtadır. Bununla da o, əldə etmiş olduğu sürücülük vəsiqəsinin saxta olduğunu bilə-bilə xx.xx.2022-ci il tarixdə həmin sürücülük vəsiqəsindən istifadə etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutlan əməli törətməsədə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə nəzərdə tutulan hüquq verən saxta sürücülük vəsiqəsindən istifadə etmişdir. Hüquq verən və ya vəzifədən azad edən saxta vəsiqədən və ya digər saxta sənəddən istifadə etmə isə CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Həmin sənədlərdən istifadə etmə dedikdə, saxta rəsmi sənədin (vəsiqənin və ya digər rəsmi sənədin), onun saxta olduğunu qabaqcadan bilən şəxs tərəfindən istifadə olunması başa düşülür. Şərh edilən CM-nin normasının mənasına görə bilə-bilə saxta sənədlərdən istifadə etmə həm birdəfəlik cinayət, həm də uzanan cinayət kimi xarakterizə oluna bilər. Bilə-bilə saxta sənədlərdən istifadə etmə uzanan cinayət olduqda, o, sonuncu cinayətkar hərəkətin edildiyi andan başa çatmış sayılır. İş materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qeyd edilən saxta sürücülük vəsiqəsini 20 aprel 2021-ci il tarixdə Ukrayna Respublikası Krım vilayətinin Simferopol şəhərinin Marina mikrorayonunda əldə edərək bilə-bilə həmin sürücülük vəsiqəsindən istifadə etmiş və 03 fevral 2022-ci il tarixdə saat 11:50 radələrində icarəyə götürmüş olduğu avtomobili ilə Şəki şəhəri, X16 prospekti ilə hərəkətdə olan zaman Şəki Şəhər-Rayon Polis Şöbəsinin X21 X17 Xidmətinin əməkdaşı tərəfindən manevretmə qaydasını pozduğu üçün saxlanılan zaman avtomobili idarə etməyə davam etmək məqsədilə saxta sürücülük vəsiqəsini təqdim etdikdən sonra həmin sürücülük vəsiqəsi Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən müvafiq elektron vasitə ilə yoxlanılan zaman sürücülük vəsiqəsinin saxta olması müəyyən edilməklə hüquq verən saxta sənəddən biləbilə istifadə etmə cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bilə-bilə saxta sürücülük vəsiqəsindən istifadə etməsi cinayəti üzanan xarakterli olmuş və onun bu cinayət əməli 03 fevral 2022-ci il tarixdə saat 11:50 radələrində bitmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Göründüyü kimi, qeyd olunan epizod üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə hər hansı təqsiri yoxdur, bu səbəbdən onun əməli Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsindən həmin Məcəllənin 320.2-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində çəkilməsi real olan cəza ilə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs çəkilməsi real olan, Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respulikası CM-nin 69.4-cü maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarına əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Buna görə də təqsirləndirilən şəxsə cəza təyin olunarkən qanunun bu norması tətbiq olunmalı və ona təyin olunmalı cəza yüngülləşdirilməlidir. Ona görə də Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə, saat 17:00-dən 30 mart 2022-ci il tarixdə, saat 16:45-dək şübhəli şəxs kimi tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin olunacaq cərimə cəzası yüngülləşdirilməlidir. 312 manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə-Az.MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba keçirilməlidir. İş üzrə maddi ziyanın, maddi sübutun, mülki iddianın və üzərinə həbs qoyulacaq əmlakın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353 və 356-cı maddələrinə rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsindən həmin Məcəllənin 320.2-ci maddəsinə tövsif edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdən 30 mart 2022-ci il tarixdək şübhəli şəxs kimi tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 312 manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə maddi ziyanın, maddi sübutun, mülki iddianın və üzərinə həbs qoyulacaq əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Cahid İmanov