Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-58/2023 01.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxx 1962-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şəki şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmuyan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd qara rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0.352 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib, üzərində daşıyaraq və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz, olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz, çəkisi 380 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı evin zirzəmisində gizlədərək saxlamışdır. 15 yanvar 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün yaşadığı Şəki şəhəri. F.X.Xoyski küçəsində yerləşən Xan Məscidinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X10 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 16 yanvar 2023-cü il tarixdə, saat 00:54 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan ciblik hissəsindən qara rəngli bükülünün içərisindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0.352 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat tədbirlərinin davamı olaraq 16 yanvar 2023-cü il tarixdə saat 03:40 radələrindən başlayaraq videoçəkilişdən istifadə edilməklə Şəki şəhəri. M.S.Ordubadi küçəsi ev 10 ünvanında yerləşən evinə baxış keçirilmiş, baxış zamanı həmin evin zirzəmisində kağız qutunun içərisində qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq gizlədib saxladığı bir ədəd sellofan torbada, təmiz çəkisi 380 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bəzən fərdi evlərdə ustalıq fəaliyyəti ilə məşğul olur. Əvvəllər narkotik vasitə istifadə edib, lakin son zamanlar narkotik vasitə istifadə etmir. Sonuncu dəfə təxminən 20 günə yaxındır ki belindəki ağrıları çoxaldığı üçün narkotik vasitə olan marixuanadan və narkotik vasitə olan heroindən istifadə etmişdir. O, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 2022-ci ilin avqust ayının sonlarında Şəki rayonu, Donuzçuluq adlanan ərazinin yaxınlığında yerləşən balaca göldən balıq tutmaq üçün getmişdir. Su hövzəsinin ətrafında balıq tutan zaman təsadüfən yaxınlıqda yabanı halda bitən çətənə bitkilərini görmüşdür. O, əvvəllər də narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin bitkinin narkotik vasitə olan çətənə kolları olduğunu bilmişdir. Bu zaman yabanı halda çətənə bitkilərinin yarpağından bir qədər yığmış və yaşadığı evin zirzəmisinə gətirərək sərib qurutmuşdur. Həmin qurutduğu narkotik vasitə olan çətənə bitkilərinin yarpaqlarını selofan torbaya yığıb sonradan istifadə etmək üçün Şəki şəhər. M.S.Ordubadi küçəsi ev 10 ünvanında yerləşən evinin zirzəmisində kağız qutuya qoyub gizlətmişdir. Təxminən 20-25 gün bundan qabaq həmin narkotik vasitədən götürüb istifadə etmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhərində Z.Əliyeva adına göz klinikasında Qarabağ müharibəsi əlilləri üçün tibbi yoxlanışdan keçirilmişdir. Həmin xəstəxanada tibbi müayinədən keçmiş və günorta saatlarında Şəki şəhərinə qayıtmaq üçün Bakı şəhərində yerləşən avtovağzala gəlmişdir. Avtovağzalda olan vaxt bir nəfər kişinin orada dayandığını görmüşdür. Özü narkotikdən istifadə etdiyi üçün narkotik aludəçini tanımış, həmin şəxsin narkotikdən istifadə etdiyini bilmişdir. Ona yaxınlaşıb siqaret verməsini istəmişdir. Həmin şəxs ona siqaret vermişdir. O, nə səbəbə belə vəziyyətdə olduğunu soruşmuş, o isə bədənində ağrıları olduğunu demişdir. Ondan köməklik etməsini və onun üçün narkotik vasitə tapmasını xahiş etmişdir. Həmin şəxs ona narkotik vasitə tapa biləcəyini, lakin bunun üçün pul lazım olduğunu demişdir. Ona pulu olduğunu demişdir. Bu zaman üzərində olan sellofan bükümdən ona bir büküm vermiş və heroin olduğunu demişdir. Bunun müqabilində isə ona 35 manat pul vermişdir. Təxminən 2023-cü ilin yanvar ayının 3-4-də Şəki şəhərində yaşadığı evdə olarkən ağrıları olduğu üçün bükümün üstündən biraz götürüb istifadə etmişdir. Bundan sonra narkotik vasitə olan heroini qara rəngli bükümdə əynində olan şalvarın yan cibinə qoymuşdur. 2022-ci ilin yanvar ayının 15-i saat təxminən 23 radələrində qardaşının evindən öz evinə qayıdarkən Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən Xan məscidinin yaxınlığında olarkən iki mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş, polis işçiləri olduqlarını bildirmişlər. Sonra həmin polis əməkdaşlarından biri narkotik vasitə əldə etməsi və narkotik vasitə istifadə etməsi barədə onlara məlumatın daxil olduğunu və ona görə də onlarla birlikdə Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişlər. Polis işçilərinə razılıq vermiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, o, Şəki ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. '‘Cavanşir” adlı şəxsin Şəki rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, “Cavanşir” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə tərəfindən raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Alınmış əməliyyat məlumatına əsasən "Cavanşir” adlı şəxsin xx.xx.1962-ci il təvəllüdlü, Şəki şəhəri. M.S.Ordubadi küçəsi ev 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və tərəfindən Şəki ŞRPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin icazəsi ilə 15 yanvar 2023-cü il tarixdə onun rəhbərliyi, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən Xan Məscidinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, ona xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduğunu bildirmiş və ona narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi X6ya həvalə edilmişdir. X6 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmişdir. Bir qədər sonra vəkil Müdafiəçi gəlmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nin inspektoru vəzifəsində xidmət aparan X5 dəvət edilmişdir. Daha sonra Qiyam Səfərəliyev gəlmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra Müdafiəçi, CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd "Prima" markalı siqaret qutusunu və 01 ədəd şpiris, üzərindəki göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd 5 manatlıq pul əskinazı, cins şalvarının sağ yan ciblik hissəsindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa bir əşyanın olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisində nə olması soruşulduqda, o, həmin bükümün içərisindəki kütlənin heroin olmasını bildirərək həmin heroini özü istifadə etmək üçün 22 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra yaşadığı ünvanda və ya başqa saxlanc yerində saxladığı narkotik vasitə olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs evində narkotik vasitə saxladığını bildirmişdir. Sonra həmin sellofan büküm açıldıqda, içərisindən narkotik vasitəyə bənzər ağ rəngli kütlə çıxmışdır. Daha sonra ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Bu zaman zərfin içərisinin boş olması ona və digər iştirakçılara göstərildi, həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində heroin olan sellofan büküm həmin zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Videoçəkiliş dayandırıldıqdan sonra onlara nümayiş etdirilmişdir. Həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş və o heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. O və baxış iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra hadisə yerinə baxış keçirilməsi üçün Müdafiəçi, CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid2, MSY-nin polis növbətçisi, polis serjantı Pərviz Babayevin iştirakı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evindəki narkotik vasitəni könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs evinin zirzəmi hissəsində kağız qutunun içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli kütləni təqdim etmiş və evdə başqa narkotik vasitənin olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evinin zirzəmisindən aşkar edilmiş bir ədəd sellofan torbanın içərisində nə olması soruşulduqda, o həmin torbanın içərisindəki kütlənin marixuana olmasını bildirərək həmin marixuananı özü istifadə etmək üçün 2022-ci ilin avqust ayında Şəki rayonu, “Donuzçuluq'" adlanan ərazidən öz istifadəsi üçün yığdığını bildirmişdir. Sonra yaşadığı ünvanda və ya başqa saxlanc yerində saxladığı başqa narkotik vasitə olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs başqa narkotik vasitə saxlamadığını bildirmişdir. Həmin sellofan torba açıldıqda, içərisindən narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə çıxmışdır. Daha sonra ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün, qablaşdırılacağı bildirilmişdir. Bu zaman zərfin içərisinin boş olması ona və digər iştirakçılara götərilmiş, həmçinin, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş, içərisində marixuana olan sellofan torba həmin zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmişdir. Həmin videoçəkilişə baxdıqdan sonra heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. O və baxış iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 şahid Şəki ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan ciblik hissəsindən içərisində narkotik vasitəyə bənzər qara rəngli kütlə olan 01 ədəd sellofan büküm aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin sellofan bükümü Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin sellofan bükülü qablaşdırılaraq götürülmüşdür. 16 yanvar 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, həmin tarixdə Şəki şəhəri, M.S.Ordubadi küçəsi ev 10 ünvanında Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman, orada kağız qutunun içərisindən narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə olan 01 ədəd sellofan torba aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 2022-ci ilin avqust ayında yabanı halda yetişmiş, Şəki rayonu, Donuzçuluq adlanan yerdən yığaraq sellofan torbaya yığdığı narkotik vasitə olan marixuana qablaşdırılaraq götürülmüşdür. İş üzrə verilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 3-13-109/2-2425/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, əməliyyat tapşırığının icrası istiqamətində keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır. İş üzrə təyin olunmuş kompleks məhkəmə-kimyəvi, bioloji ekspertizanın 16 yanvar 2023-cü il tarixli, 17/58 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evindən götürülmüş narkotik vasitə" sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərsindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi 380 qram olan bitki mənşəli kütlə tərikibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-380 qr, tədqiqata sərf edildi- 0.10 qr, qalıq-379,90 qram təşkil edir. Həmçinin, tədqiqata təqdim edilmiş, üzərində “R.Cavanşir Əhməd oğlunun üzərindən götürülmüş narkotik vasitəyə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərsindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,352 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi- 0,352 qr. tədqiqata sərf edildi- 0,05 qr, qalıq-0,302 qram təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində «R.Cavanşirin üzərindən götürülən şpris» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd 1 ml-lik şprisin üzərində narkotik vasitə hissəcikləri aşkar edilməmişdir. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın 29 mart 2023-cü il tarixli, 532 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən əvvəllər istifadə etmişdir. Narkotik vasitə olan kannabionaiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizanın 07 mart 2023-cü il tarixli, 153 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmur və Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İnvitro MMC-nin xx.xx.2023-cü il tarixli tibbi müayinənin nəticələrinə dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs ekspress metod ilə müayinəsi zamanı onda “Morfin” və ’‘Marixuana” qəbulu faktı aşkar edilmişdir. Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 24 yanvar 2023-cü il tarixli, 088 nömrəli məktubda göstərilmişdir ki, Şəki şəhəri, M.S.Ordubadi küçəsi ev 10 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 29 nömrəli məktubunda göstərilmişdir ki, Şəki şəhəri, M.S.Ordubadi küçəsi ev 10 ünvanında qeydiyyatda olan Rzayev X1 şəhər Rayonlararası Narkoloji Dispanserdə xx.xx.2004-cü il tarixdə alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları, “Asılılıq sindromu” diaqnozu üzrə qeydiyyatda durur. İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şəki şəhər, X2 xx.xx.2023-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəki şəhəri M.S.ünvan 7 ünvanda yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmayıb. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram, qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarındın artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, küllü miqdarın (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram olması göstərilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni narkotik vasitə olan heroini və marixuananı əldə edib saxlaması, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, onun tutulduğu 2 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə maddi sübutlar - Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan 0.302 qram olan heroin, 379.90 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şpris məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 103,65 manat (bir yüz üç manat altmış beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 yerləşdirilməsi üçün müəssisənin mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan 0.302 qram olan heroin, 379.90 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şpris məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 103,65 manat (bir yüz üç manat altmış beş qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (Təqsirləndirilən şəxs isə hökm verildiyi andan) Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-58/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-58/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver