Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-58/2025 22.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X3, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Şəki rayonu, Kiş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, “Marxal Resort SPA” otelində qrup rəhbəri işləyən, Şəki rayonu, Kiş kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızdıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 08 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində sürücülük vəsiqəsi əsasında və ayıq vəziyyətdə olmaqla idarə etdiyi “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəki şəhəri, B.Vahabzadə küçəsi ilə Kiş kəndi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməmiş, cinayətkarcasına özünə güvənib kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağını güman edərək idarəetməni davam etdirməklə idarə etdiyi “VAZ-21074” markalı, **-BV-*** dövlət nömrə nişanlı minik avtomobilinin sol ön qanadının arxa hissəsi və sol yan güzgüsü ilə ehtiyatsızlıqdan yolun sol hissəsindən sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq, sonuncuya müştərək travma, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sol alın-gicgah sümüklərinin sınıqları, qarnın küt travması, qara ciyərin kapsulası altına qansızma, sağ Vİİ-Vİİİ qabırğaların qapalı yerdəyişən sınıqları, sağ bazunun geniş sahədə qançırı, sağ əlin arxa səthinin sıyrıq və qançırları kimi ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid və ölümü ilə arasında birbaşa səbəbli əlaqə olan xəsarətlər yetirməklə həmin xəsarətlərdən baş beyinin diffuz travması nəticəsində Zərərçəkmiş şəxs 12 oktyabr 2024cü il tarixdə, saat 02:30 radələrində müalicədə olduğu Şəki MRX-da ölməsinə səbəb olmaqla avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahid ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və etibarnamə əsasında özünə məxsus sürücülük vəsiqəsi ilə idarə edir. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Bildirmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində idarə etdiyi “VAZ-21074” markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhəri B.Vahabzadə küçəsindən üzü yaşadığı Kiş kəndi istiqamətdə hərəkətdə olarkən, “Soyuqbulaq” istirahət mərkəzinə çatmamış fərdi yaşayış evlərinin qarşısında yolun sol kənarında Zərərçəkmiş şəxs iki baş inəyi aparıb kəndə tərəf getdiyini görmüşdür. Təxminən 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin sürətlə hərəkətini davam etdirib Zərərçəkmiş şəxs yanından keçmək istədikdə, inəklərdən biri asfalt yola keçmiş, həmin vaxt Zərərçəkmiş şəxs da inəyin qarşısını almaq üçün anidən sürətlə idarə etdiyi avtomobilə tərəf gələrək avtomobilin sol yan güzgüsünə dəymiş və yerə yıxılmışdır. Güzgü sınaraq yerə tökülmüşdür. O, avtomobili yolun sağ kənarında saxlamış, avtomobildən düşüb Zərərçəkmiş şəxs yaxınlaşdıqda onun yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. Həmin vaxt oradan keçən tanımadığı avtomobili saxladıb sürücüdən ona köməklik etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs üzünə su vurmuş, onu oturaq vəziyyətə gətirmişdir. Hadisədən sonra həmin yerə gələn insanlar TTY-a hadisə barədə məlumat vermişlər. Bir neçə dəqiqə sonra TTY briqadası hadisə yerinə gəlmiş, Zərərçəkmiş şəxs TTY avtomobilinə əyləşdirmişlər. O özü isə öz avtomobili ilə Polis şöbəsinə gəlmiş və hadisə barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları ilə yenidən hadisə yerinə getmiş, hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, protokol tərtib olunmuşdur. Həmin vaxtdan sonra bir neçə gün ərzində valideynləri Zərərçəkmiş şəxs Şəki MRX-da müayinə və müalicəsi ilə maraqlanmış, mütəmadi olaraq ona baş çəkmişlər. Göstərilən tibbi yardımlara baxmayaraq Zərərçəkmiş şəxs 12 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Şəki MRXda ölmüşdür. Göstərmişdir ki, o, həmin hadisədən əvvəl avtomobili B.Vahabzadə küçəsində üzü yaşadığı Kiş kəndi istiqamətdə öz hərəkət zolağında təxminən 50 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı da sürətini artırmamışdır. Piyadanı vurarkən təxminən 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Hərəkətdə olarkən təxminən 20 metr məsafədən Zərərçəkmiş şəxs yolun sol kənarı ilə kəndə tərəf qarşısındakı inəkləri apararaq getməsini görmüşdür. Onun yanından keçib hərəkətini davam etdirmək istəyərkən Zərərçəkmiş şəxs anidən iti yerişlə yolun sağından sol istiqamətdə hərəkət etmişdir. Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinə çıxaraq idarə etdiyi avtomobilə tərəf gəldiyini görərkən aralarında təxminən 2-3 metr məsafə olmuşdur. Piyada avtomobilin sol yan güzgüsünə və sol qanadına dəymişdir. Piyadanın avtomobilə tərəf gəldiyini anidən gördüyü üçün tormozdan istifadə edə bilməmişdir. Hadisədən yayınmaq üçün sükanı sağa tərəf çevirsə də, piyada avtomobilə dəymişdir. Həmin hadisə zamanı ətrafda heç kim olmamışdır. Heç kimi görməmişdir. Hadisədən sonra ətrafdan keçən insanlar hadisə yerinə toplaşmışlar. Hadisədən əvvəl onun hərəkət yoluna heç bir maneə çıxmamışdır. Hadisə baş verən zaman idarə etdiyi avtomobildə özündən başqa heç kim olmamışdır. Həmçinin yük yeri boş olmuşdur. Avtomobildə heç bir yük olmamışdır. Nəqliyyat vasitəsini “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. Hadisə zamanı idarə etdiyi “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyətdə olmuşdur. Sükanı və tormoz sistemi normal vəziyyətdə işləmişdir. Hadisə zamanı ayıq olmuşdur. Ümumiyyətlə spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Hadisə zamanı diqqətini yayındıracaq heç bir hal olmamışdır. Diqqəti tam yolda olmuşdur. Hadisə zamanı inək onun qarşısına çıxmamışdır. Qəza zamanı idarə etdiyi “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzcüsü sınmışdır. İstəməzdir ki, belə bir qəza baş versin, Zərərçəkmiş şəxs qəza nəticəsində vəfat etsin. Mərhumun ölümünə görə peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək istəsə də, zərərçəkmiş şəxsin hüquqi varisi razılaşmamışdır. Himayəsində yaşlı ata və anası vardır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs hüquqi varisi X6 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun əridir. Zərərçəkmiş şəxs sağlığında Kiş kəndində onunla və övladları ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs rəsmi olaraq heç yerdə işləməmiş, bazar adlanan ərazidə meyvə-tərəvəz satmaqla məşğul olmuşdur. Bildirmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində bazar adlanan ərazidə olarkən, bazarda işləyən və onu tanıyan şəxslər ona yaxınlaşıb əri Camalı avtomobil vurduğunu, Şəki MRXna apardıqlarını demişdir. O da dərhal oğlu Nuruya məlumat verib taksiyə əyləşərək xəstəxanaya getmişdir. Qəbul şöbəsinə daxil olduqda Camalın huşsuz halda uzandığını görmüş, həkimlər ona tibbi yardım göstərmişlər. Camal ayıldıqdan sonra onu xəstəxananın reanimasiya şöbəsinə aparmışlar. Orada müalicəsi davam etdirilmişdir. Onun reanimasiya şöbəsində Camalın yanında dayanmasına icazə verilməmişdir. Camal xəstəxanada müalicədə olduğu müddətdə hər gün bir neçə dəqiqəlik onu görə bilmişdir. Xəstəxanada olarkən, əri Zərərçəkmiş şəxs Marxal yolunun üstündə yaşadığı kəndə tərəf piyada gedərkən həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı avtomobil ilə onu vurduğunu, Camal xəsarətlər aldığı üçün onu xəstəxanaya apardıqlarını bilmişlər. Afiqin valideynləri və qohumları xəstəxanada olmuş, lakin bütün tibbi yardımlar xəstəxana tərəfindən edilmişdir. 12 oktyabr 2024-cü il tarixdə gecə saatlarında əri Zərərçəkmiş şəxs müalicə aldığı Şəki MRX-da ölmüş, onun meyidi ekspert müayinəsinə təqdim edilmişdir. Göstərmişdir ki, həmin yol nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Şəki şəhəri, B.Vahabzadə küçəsində baş vermişdir. Həmin vaxt hadisə yerində olmamışdır. Hadisəni görməmiş, bazar ərazisində tanışları ona bu barədə məlumat vermişdilər. Asifi və valideynlərini kənd sakini kimi tanısa da, Asiflə və ailə üzvləri ilə əvvəllər onun və ailə üzvlərinin heç bir münasibəti, ədavət və düşmənçilikləri olmamışdır. Göstərmişdir ki, O, xəstəxanaya gedib, qəbul şöbəsinə daxil olduqda Camalın huşsuz halda uzandığını görmüşdür. Camal ayıldıqdan sonra onu xəstəxananın reanimasiya şöbəsinə aparmışlar. Orada müalicəsi davam etdirilmişdir. Onun reanimasiya şöbəsində Camalın yanında dayanmasına icazə verilməmişdir. Afiqin valideynləri və qohumları da xəstəxanada olmuşdur, lakin bütün tibbi yardımlar xəstəxana tərəfindən edilmişdir. O, Afiqə və onun ailəsinə bildirmişdir ki, Camal üçün Bakıdan həkim gətirsinlər. Lakin onlar Bakıdan həkim gətirmədilər. Camalı Bakıya aparıb müalicə eləsəydilər, vəfat etməzdi. Təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, 2020-ci ildən Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslərlə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Bildirmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində xidmətdə olarkən, idarə etdiyi avtomobil ilə Şəki şəhəri B.Vahabzadə küçəsində üzü Kiş kəndi istiqamətdə 50 km/saat sürətlə hərəkətdə olarkən, həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. Ondan təxminən 200 metr qabaqda “VAZ-21074” markalı, **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobil də onunla eyni hərəkət zolağında Kiş kəndi istiqamətdə 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Soyuqbulaq istirahət mərkəzinə çatmamış fərdi yaşayış evlərinin qarşısından keçərkən yolun sol hissəsində bir nəfər şəxsin asfalt örtüyün üzərində üzü Kiş kəndi istiqamətdə getdiyini görmüşdür. Həmin şəxs iribuynuzlu heyvanları kəndə tərəf aparırdı. “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə öz hərəkət zolağında həmin piyada adını sonradan bildiyi Zərərçəkmiş şəxs yanından keçərkən heyvanlardan biri asfalta tərəf getdiyi üçün piyada Zərərçəkmiş şəxs heyvanı geri qaytarmaq üçün asfaltın üstündə dayandığı yerdən iti yerişlə yolun sağına doğru hərəkət etmişdir. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol yan güzgüsü və qanadı ilə Zərərçəkmiş şəxs vurmuşdur. Zərərçəkmiş şəxs yerə yıxılmış, sürücü isə avtomobili yolun kənarında saxlayıb yerə düşmüşdür. O da hadisə yerinə çatdıqda idarə etdiyi avtomobili kənarda saxlayıb həmin yerə yaxınlaşmışdır. Afiq ilə birlikdə Zərərçəkmiş şəxs üzünə su vurmuş, onu oturaq vəziyyətə gətirmişlər. O, TTY xidmətinə və Şəki ŞRPŞ-nə hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə sonra TTY briqadası hadisə yerinə gəlmişdir. Onlar Zərərçəkmiş şəxs TTY avtomobilinə əyləşdirmiş, bu zaman Polis şöbəsinin əməliyyat qrupu hadisə yerinə gəldikdən sonra təhqiqatçı tərəfindən hadisə yeri müayinə olunmuş və protokol tərtib edilmişdir. Göstərmişdir ki, həmin yol nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Şəki şəhəri, B.Vahabzadə küçəsində baş vermişdir. Hadisədən əvvəl və hadisə zamanı “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil B.Vahabzadə küçəsində üzü Kiş kəndi istiqamətdə öz hərəkət zolağında onun idarə etdiyi avtomobildən təxminən 200 metr qabaqda 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Onun özü də avtomobili həmin sürətlə idarə etmişdir. “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanın yanından keçərkən piyada Zərərçəkmiş şəxs yolun sol hissəsində asfaltın üstündə dayanmışdır. Hadisə zamanı ətrafda heç kim olmamış, hadisədən sonra sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili dərhal yolun sağ kənarına çəkib saxlayaraq maşından yerə düşüb piyadaya yaxınlaşmışdır. Birlikdə piyadanı oturaq vəziyyətə gətirib ona su vermişdilər. Təqsirləndirilən şəxs hadisə yerindən yayınmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələrini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1907 nömrəli material əsasında fakt üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə Şəki şəhəri, B.Vahabzadə küçəsində yaşayış zonasında baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla qurudur, düzdür. Yolda sürət məhdudiyyəti 60 km/saatdır. Hərəkət hissəsinin eni 6 metrdir. Hadisə yerində tormuz izləri aşkar edilməmişdir. Hərəkət hissəsini ayıran ayırıcı zolaq vardır. Piyadanın vurulma yeri “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətdə yolun sağına doğru 2,25 metr, yolun sol hissəsinə doğru 3,75 metr məsafədə yerləşir. - Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə ilə bağlı Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin qabaq sol qanadının arxa hissəsi əzilmiş və sol yan güzcüsü qırılmışdır. - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, 328 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur, alkoqol qəbul etməmişdir. - Şəki şəhər İHB-nin Kiş kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 706 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Kiş kəndində qeydiyyatdadır, ailə tərkibi atası X5, anası X1 və qardaşı X2 ibarətdir. - Şəki şəhər İHB-nin Kiş kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. - Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli, 947 nömrəli məktubundan görünür ki, Şəki rayonunda anadan olmuş, Şəki rayonu Kiş kəndində pasport qeydiyyatında olmaqla yaşayan 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış, onun hüquqi varisinə qərar elan edilmişdir. - Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmış və ona həmin qərar dərhal elan edilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq qeydə alınmamışdır. - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X8 İmtahan və X9 xx.xx.2024-cü il tarixli, 016-3-13-16-6/2-723/2024 saylı məktubundan görünür ki, mərkəzləşdirilmiş kompüter bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “B1, B, C1, C” kateqoriyalı BD713155 nömrəli, xx.xx.2023-cü il tarixədək müddəti olan sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə DİN BDYPİ-nin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddəti olan etibarnamə ilə Şəki rayonu Kiş kəndində qeydiyyatda olan X4 məxsus “Vaz 21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmişdir. - Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 58 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: - müştərək travma, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sol alıngicgah sümüklərinin sınıqları, qarnın küt travması, qara ciyərin kapsulası altına qansızma, sağ Vİİ-Vİİİ qabırğaların qapalı yerdəyişən sınıqları, sağ bazunun geniş sahədə qançırı, sağ əlin arxa səthinin sıyrıq və qançırları, xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin hərəkətdə olan piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında bir başa səbəbli əlaqə vardır. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin diffuz travması olmuşdur. Ölüm xx.xx.2024 tarixdə saat 02:30-da baş vermişdir. - “Şəki RMX” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-71/2-1636/2024 saylı məktubundan görünür ki, Şəki rayonu Kiş kəndində pasport qeydiyyatında olmaqla yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki MRX-sı PHŞ-in Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. - Şahid ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Şəki şəhəri, B.Vahabzadə küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsinin baş verdiyi yerə əyani olaraq Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. - Cinayət işi üzrə cinayət təqibinin dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından dayandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/3609 nömrəli yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, “VAZ 21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi üçün icraatın təzələnməsi, istintaqın davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində sürücülük vəsiqəsi əsasında və ayıq vəziyyətdə olmaqla idarə etdiyi “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəki şəhəri, B.Vahabzadə küçəsi ilə Kiş kəndi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməmiş, cinayətkarcasına özünə güvənib kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağını güman edərək idarəetməni davam etdirməklə idarə etdiyi “VAZ-21074” markalı, **-BV-*** dövlət nömrə nişanlı minik avtomobilinin sol ön qanadının arxa hissəsi və sol yan güzgüsü ilə ehtiyatsızlıqdan yolun sol hissəsindən sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq, sonuncuya müştərək travma, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sol alın-gicgah sümüklərinin sınıqları, qarnın küt travması, qara ciyərin kapsulası altına qansızma, sağ Vİİ-Vİİİ qabırğaların qapalı yerdəyişən sınıqları, sağ bazunun geniş sahədə qançırı, sağ əlin arxa səthinin sıyrıq və qançırları kimi ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid və ölümü ilə arasında birbaşa səbəbli əlaqə olan xəsarətlər yetirməklə həmin xəsarətlərdən baş beyinin diffuz travması nəticəsində Zərərçəkmiş şəxs 12 oktyabr 2024-cü il tarixdə, saat 02:30 radələrində müalicədə olduğu Şəki MRX-da ölməsinə səbəb olmaqla avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadəsi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə dövründə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edirlir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə cinayətkarcasına özünəgüvənmə göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün hadisə baş vermiş və baş vermiş hadisə ilə sürücü Təbriz Vəliyevin yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, eyni zamanda CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirlən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarından və məhkəmə baxışında təqsirləndirilən şəxsin ailədə pis münasibətləri müəyyən edilməmişdir. Yaşadığı yerdə özünü yaxşı tərəfdən göstərmiş və müsbət xarakterizə olunmuşdur. İstintaq orqanı da həmin halları təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi qeyd etmiş, cəzasını ağırlaşdıran halın olmadığını göstərmişdir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə iş üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, ailə vəziyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini və sair bu kimi halları cəza təyini zamanı nəzərə alır. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə hökm elan olunduğu tarixdən, yəni 22 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı hökm elan olunduğu tarixdən, yəni 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE**********0002088501, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-58/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-58/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver