Məhkəmə qərarları › İş №1(075)-59/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-59/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-59/2023 05.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəki rayonu Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu Baş Layısqı kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir, ona görə ki, o, Zərərçəkmiş şəxs qədən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, ittiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Şəki rayonunun Qumux kəndi ərazisindəki “Qıcalıtala” adlanan yerdə Zərərçəkmiş şəxs Şəki rayonu Baş Layısqı kənd sakini X3 zəng etməsi, mesaj yazması və onu narahat etməsini irad bildirməsi səbəbindən aralarında həmin şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə əli və ayağı ilə qəsdən çoxsayıl yumruq və təpik zərbələri endirməklə sonuncuya sol alın qabarının və sol üst göz qapağının sıyrığı, sol göz ətrafı nahiyyənin dərialtı qançırı, sol göz almasının ağlı qişasına qansızma, yüngül beyin sarsılması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs onun yaşadığı kəndin qonşuluğundakı Şəki rayonu Qumux kəndində yaşayır. 2021-ci ilin yay aylarında X7 ilə arasında sevgi münasibəti yaranmışdır. 2021-ci ilin may ayında o, işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs Günəşə Whatsapp sosial şəbəkləsində ismarıclar yazaraq narahat etmiş və Günəş bu haqda ona zəng edərək məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə o, Rusiya Federasiyasından yaşadığı Şəki rayonu Baş Layısqı kəndinə qayıtmışdır. Bu zaman isə Kainat universitetdə təhsil almağı səbəbindən Bakı şəhrində olduğuna görə o, Kainat ilə görüşüb, məsələni aydınlaşdıra bilməmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı kənddə küçədə gəzən zaman Kainatın tanışları ilə kəndin mərkəzində söhbət etdiyini görmüş və onunla görüşmüşdür. Həmin vaxt Kainatın yanında tanışları olduğundan o, Günəşi narahat etməsi ilə bağlı Kainata heç bir şey deməmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Kainata zəng edib, harada olduğunu soruşduqda, Kainat yaşadığı evin yaxınlığında küçədə olduğunu demiş, o, Kainata onunla görüşmək istədiyini bildirib, olduğu yerdə gözləməsini xahiş etmiş və onun yanına getmişdir. O, Kainatın yanına çatıb, onunla görüşərək söhbət etmək üçün yaxınlıqdakı “Qıcalıtala” deyilən əraziyə getməyi təklif etmiş, Kainat da razılaşıb onunla birlikdə həmin istiqamətdə getməyə başlamışdır. Yolda söhbət zamanı o, Kainata Günəş ilə arasında sevgi münasibəti olduğunu bildirib, Günəşə ismarıc yazaraq narahat etməsi ilə bağlı Kainata irad bildirdikdə, Kainat ona Günəşə əvvəllər ismarıc yazsa da, artıq bir müddətdir ki, Günəşlə ümumiyyətlə münasibət saxlamadığını bildirmişdir. Onlar “Qıcalıtala” deyilən əraziyə çatdıqda, o, Kainatdan Günəşi narahat etməsinə görə ondan üzrxahlıq etməli olduğunu bildirdikdə, Kainat üzərinə gəlib onun əynindəki gödəkçənin yaxasından tutub, onu nalayiq ifadələrlə təhqir etmişdir. Bu zaman o, əsəbiləşib, sağ əliylə Kainatın üzünün sol sifət nahiyyəsinə bir dəfə sillə zərbəsi vurmuş və Kainat zərbənin təsirindən müvazinətini itirərək bir qədər arxaya tərəf gedib, dayanıb, onu söyüb, qaçaraq uzaqlaşmağa çalışmış, lakin, Kainat bir qədər qaçıb yıxılmışdır. O da ardınca qaçıb, Kainatın yanına çatmış və Kainatı yerdən qaldırıb, gödəkçəsinin yaxasından tutub, sağ əli ilə Kainatın üzünün sol sifət nahiyyəsinə bir neçə dəfə sillə zərbəsi vurmuşdur. Həmin vaxt Kainat əlindən çıxmağa çalışmış və gödəkçəsinin yaxası əlindən çıxmış, Kainat əks istiqamətdə çevrilib, arxa tərəfindəki çəpərə dəymişdir. Sonra isə əllərini üzünə tutaraq onun tərəfə çevrilmiş, o, Kainatın üzünə baxdıqda, sol göz nahiyyəsində qan izi olduğunu görmüşdür. Bu zaman Kainat Günəşi narahat etdiyinə görə ondan üzr istəmiş və çıxıb getmişdir. Daha sonra isə Kainatın ondan Şəki şəhər-rayon polis şöbəsinə şikayət etdiyini öyrənmişdir. Həmçinin, baş vermiş hadisə ilə bağlı onun barəsində Şəki şəhər-rayon X11 Bölməsində aparılmış araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək barəsində olan material həmin şöbənin İctimai Təhlükəsizlik bölməsinə göndərilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Şəki şəhər-rayon Polis Şöbəsinin rəis müavinin qərarına əsasən 300 manat cərimə olunmuşdur. Həmin cəriməni də ödəmişdir. Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq onu hazırki cinayət işi ilə bağlı çağırmışlar. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan edilmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Şəki rayonu Baş Layısqı kənd sakini X7 ilə 2020-ci ilin sentyabr ayından 2021-ci ilin may ayınadək aralarında sevgi münasibəti olmuşdur. 2021-ci ilin may ayında isə Günəşlə aralarında olan anlaşılmazlıq səbəbindən ayrılımışdırlar. Lakin, Asiman Xəlilovun da Günəşə qarşı istəyi olmuş, buna baxmayaraq qeyd olunan müddət ərzində Günəşlə o, münasibət saxlamış və aralarında qarşılıqlı istək olmuşdur. Asiman və Günəşin əvvəllər olan münasibəti barədə heç bir söhbət və ya mübahisə olmamışdır. xx.xx.2022-ci il tarixdə təhsil aldığı Bakı şəhərindən yaşadığı Şəki rayonu Qumux kəndinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində kənddə küçədə yaşadığı evə piyada gedən zaman Asiman onun mobil telefonuna zəng edib, olduğu yeri soruşmuş, o, Asimana yaşadığı evin yaxınlığında küçədə olduğunu dedikdə, Asiman ondan olduğu yerdə gözləməyini xahiş etmiş və o, da razılaşıb gözləmişdir. Bir qədər sonra Asiman onun yanına gəlib, ondan yaşadığı Şəki rayonu Qumux kəndinin ərazisində olan yaxınlıqdakı “Qıcalıtala” deyilən yerə getməyi xahiş etmiş və o da razılaşıb Asiman ilə birlikdə həmin yerə getmişdir. Yolda Asiman ona Günəş ilə aralarında sevgi münasibəti olduğunu bildirib, onun Günəşlə sevgi münasibəti saxlamağına irad bildirdikdə, o, Asimana Günəş ilə əvvəllər sevgi münasibəti saxlasa da, artıq bir müddətdir ki, Günəşlə heç bir münasibət saxlamadığını bildirmişdir. Lakin, Asiman onunla mübahisə etməyə başlamışdır. Onlar “Qıcalıtala” deyilən əraziyə çatdıqda, Asiman qəflətən əlindəki mobil telefonun işığını üzünə tutaraq sağ əli ilə onun sol gözaltı nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmiş və o, zərbənin təsirindən üzü üstə yerə yıxılmışdır. Bu zaman Asiman boyununun arxa tərəfinə bir neçə dəfə yumruq zərbəsi endirmişdir. O, ayağa qalxmağa çalışdıqda, Asiman yumruqla kürək nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmiş və o, zərbənin təsirindən yenidən üzü üstə yerə yıxılmışdır. Bundan sonra Asiman onun qarın və kürək nahiyyələrinə bir neçə dəfə təpik zərbələri endirmişdir. Həmin vaxt Asiman onu vurarkən nalayiq ifadələrlə onu söyərək təhqir edir, ona “səni burada öldürsəm, heç kimin xəbəri olmaz.” – deyərək onu hədələmişdir. Daha sonra Asiman onu ayağa qaldırmış və ona Günəşlə olan münasibətinə görə irad bildirən zaman o, Asimanın əlindən çıxıb qaçaraq oradan uzaqlaşıb yaşadığı ünvana getmişdir. O, bədənində ağrıların olması səbəbindən hadisənin səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət etmiş və orada ona xəsarət almağı bildirilmişdir. O, həmin gün xəstəxanadan çıxdıqdan sonra Şəki şəhər-rayon Polis Şöbəsinə müraciət etmişdir. bu hərəkələrinə görə hazırda Asimandan şikayətçidir və təqsirləndirilən şəxsin qanunamüvafiq surətdə cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 05 mart 2022-ci il tarixli 50 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş “Sol alın qabarının və sol üst göz qapağının sıyrığı, sol göz ətrafı nahiyyənin dərialtı qançırı, sol göz almasının ağlı qişasına qansızma, yüngül beyin sarsılması” bərkküt əşyanın təsirindən törənmişdir, xəsarətlər döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən xx.xx.2022-ci il tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Şəki şəhər-rayon X11 bölməsinin 05 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, HK-1/180 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilsin və Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nə həvalə edilsin. Şəki Rayon Prokurorunun 23 may 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərarından görünür ki, Şəki şəhər-rayon X11 bölməsinin 05 mart 2022-ci il tarixli, HK-1/180 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və material üzrə yoxlamanın aparılması üçün Şəki şəhər-rayon X11 bölməsinə göndərilmişdir. Təyin edilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının T303/2022 nömrəli, xx.xx.2022-ci tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş “Sol alın qabarının və sol üst göz qapağının sıyrığı, sol göz ətrafı nahiyyənin dərialtı qançırı, sol göz almasının ağlı qişasına qansızma, yüngül beyin sarsılması” diaqnozlu xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəki şəhər-rayon X11 bölməsinin 28 yanvar 2023-cü il tarixli “materialın aidiyyatı üzrə göndərilməsi haqqında” qərarından görünür ki, HK-1/180 nömrəli materiallar Şəki şəhər-rayon X12 bölməsinə göndərilmişdir. Şəki şəhər-rayon X12 bölməsinin 09 mart 2023-cü il tarixli, ********* nömrəli “cinayət işinin icraata götürülməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işinin istintaqının davam etdirilməsi üçün icraata qəbul edilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin əməlliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 313- 109/2-9475/23 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, əməliyyat tapşırığının icrası istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, xx.xx.2022-ci il tarixdə Şəki rayonunun Qumux kəndi ərazisində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi zamanı yaxınlıqda başqa şəxsin olmaması, hadisə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlər edilməməsi müəyyən edilmiş, hadisə baş verən zaman hadisənin şahidi olmuş şəxs müəyyən edilməmişdir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 313 №-li məktubunda göstərilmişdir ki, Şəki rayonu Baş Layısqı kəndində yaşayan Təqsirləndirilən şəxs Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 440 nömrəli məktubunda göstərilmişdir ki, Şəki rayonu Baş Layısqı kəndində yaşayan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18 mart 2022-ci il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Layısqı kənd icra nümayəndəliyinin 07 fevral 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini nəzərə alıb, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, məhkəmə istintaqı zamanı onun həmin cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə sorğusu əsasında alınmış Şəki şəhər-rayon Polis Şöbəsinin 20 may 2023-cü il tarixli, 313-109/2-13538/23 nömrəli məktubundan, məktuba əlavə protokol, qərar və qəbzdən görünür ki, Şəki şəhər-rayon X13 Təhlükəsizlik bölməsinin 11 mart 2022-ci il tarixli MN ******* nömrəli protokolu ilə Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət yetirdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə təqsirli bilinmiş və həmin protokol əsasında Şəki şəhər-rayon Polis Şöbəsinin 11 mart 2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət yetirdiyindən o, İXM-in 157 maddəsinndə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmşdir. Həmin cərimə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə sorğusu əsasında alınmış Şəki Rayonu üzrə İcra və Probasiya şöbəsinin 24 may 2023-cü il tarixli, 6901/11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən inzibati məsuliyyətə cəlb olunmasına dair icra sənədi hazırki tarixədək icra şöbəsinə daxil olmamışdır. Məhkəmə sorğusu əsasında alınmış Şəki Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 12 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Şəki şəhər-rayon Polis Şöbəsinin 11 mart 2022-ci il tarixli, MN 084284 nömrəli inzibati tənbehvermə haqqında qərarından məhkəməyə hər hansı şikayət daxil olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi əmələ görə İXM-in 157-ci maddəsi ilə təqsirli bilinmiş, 300 manat məbləğində inzibati qaydada cərimə edilmiş və cəriməni "xxxx" ASC-də ödəmişdir. Qeyd olunanlara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı inzibati qaydada məsuliyyətə cəlb edildikdən sonra cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutları məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, CPM-nin 145.3-cü maddəsində müəyyən edilmişdir ki, ittihamın sübut olunmasında şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda,onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33.1-ci maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 28.5-ci maddəsində göstərilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsində göstərilir ki, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. CM-in 8.2-ci maddəsində göstərilir ki, heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Hazırki cinayət işinə münasibət bildirən məhkəmə X18 Avropa Məhkəməsinin hazırki işin halları ilə üst-üstə düşən hüquqi mövqelərinə və presedent hüququna müraciət edilməsini də zəruri hesab edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində göstərilir:

1. Heç kəs və ya hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.

2. Əvvəlki maddə, əgər yeni və ya təzədən ortaya çıxmış faktlar barəsində məlumatlar varsa və ya əgər əvvəlki araşdırma zamanı işin gedişinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, müvafiq dövlətin qanunlarına və cinayət-prosessual normalarına uyğun olaraq, işə təkrar baxılmasına mane olmur.

3. Konvensiyanın 15-ci maddəsinin müddəalarına müvafiq olaraq, bu maddədən geri çəkilməyə yol verilmir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” işə dair 7 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyaya dair 7-ci Protokolun 4-cü maddəsinin məqsədi odur ki, birinci cinayət təqibi qəti prosessual qərarın çıxarılması ilə yekunlaşdıqda təkrar cinayət təqibini istisna etsin (bax: Avropa Məhkəməsinin “X9rşı” iş üzrə 29 may 2001-ci il tarixli qərarı, 37950/97 nömrəli ərizə, paraqraf 22; “Qradinger Avstriyaya qarşı Avropa Məhkəməsinin 23 oktyabr 1995-ci il tarixli qərarı, seriya “A” nömrə 328-S, paraqraf 3). Bu işdə ərizəçi əvvəlcə inzibati hüquqpozma haqqında iş üzrə xuliqanlığın törədilməsində təqsirli bilinməklə üç gün müddətində inzibati həbs tənbehini çəkmiş və sonradan artıq cinayət işində ona xuliqanlığa görə ittiham elan olunmuşdu. Baxmayaraq ki, bu işə Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin şamil edilməsini tərəflər mübahisələndirməmişlər. Məhkəmə müəyyən etməlidir ki, əvvəlki inzibati cəriməsi ərizəçinin “qanun və cinayət-prosessual normalar əsasında” məhkum edilməsinin nəticəsi kimi qəbul etmək olar, ya yox. Avropa Məhkəməsi qeyd edir ki, Konvensiyanın Fransız dilində olan mətnində “penalement” və “prosedure penale” sözləri ilə verilmiş Konvensiyaya dair 7-ci Protokolun 4-cü maddəsində işlədilən “cinayət qaydasında” və “cinayət-prosessual normalar” ifadələri Konvensiyanın müvafiq olaraq 6 və 7-ci maddələrində işlədilən “cinayət ittihamı” (accusation en matiere penale) və “cəza” ifadələrinə aid ümumi prinsiplərin işığında (kontekstində) təfsir olunmalıdır. Odur ki, Məhkəmə milli hüquqda hüquq pozuntusunun hüquqi tövsifi; hüquq pozuntusunun xarakteri; cəza tədbirinin hüquqi təfsiri, onun məqsədi, təbiəti və sərtliyi; cəza tədbirinin hüquqpozmanı törətmiş şəxsin cinayət əməlində təqsirli bilinməsindən sonra təyin edilib-edilməməsi; cəzanın təyin edilməsi və icrası zamanı tətbiq olunmuş prosedurlar kimi amilləri nəzərə alacaqdır (bax: “Storbraten Norveçə qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 12277/04 nömrəli ərizə, “Nillson İsveçə qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 73661/01 nömrəli ərizə). Yenə qeyd olunan qərarda Avropa Məhkəməsi qeyd edir ki, əməllərin milli qanunvericilikdə tövsif edilməsi məsələsinə gəldikdə, Avropa Məhkəməsi artıq belə müəyyən edib ki, bəzi hüquq sistemlərində “inzibati” kimi səciyyələndirilən sahə, əslində mahiyyətinə görə cinayət xarakterli olan, lakin az əhəmiyyətli olduqları üçün cinayət və cinayət-prosessual qanunvericiliyin normaları ilə tənzimlənməyən müəyyən hüquq pozuntularını da əhatə edir (bax: “Meneşeva Rusiyaya qarşı” iş üzrə qərar, ərizə nömrə 59261/00 paraqraf 93). Hüquq pozuntusuna görə təyin edilən azadlıqdan məhrum etmə bir qayda olaraq cinayət hüququ sferasına aiddir, bir şərtlə ki, onun xarakteri, müddəti və icra edilmə üsulu şəxs üçün ciddi mərhumiyyətlərlə nəticələnsin (“Ezeh və X1rşı” iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının qərarı, 39665/98 və 40086/98 nömrəli ərizələr, paraqraflar 69-130). Hazırki işin hallarına əsasən Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdə törətdiyi əmələ görə ilk öncə İXM-in 157-ci maddəsi ilə təqsirli bilinmiş və 300 manat məbləğində cərimə edilmişdir. O, təyin edilmiş cərimə tənbeh növünü "xxxx" ASC-də ödəmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulur. Göründüyü kimi Təqsirləndirilən şəxs tətbiq olunan inzibati tənbeh növü xarakterindən və ictimai təhlükəlilik baxımından CM-in 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinə uyğun olmaqla, işin bu halları Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərdiyi mövqeyinə əsasən Təqsirləndirilən şəxs inzibati qaydada təqsirli bilindiyi “Döymə” əməlinə görə 300 manat məbləğində cərimə edilməsini “cinayət qaydasında” məhkum olunmaya bərabər tutur. Avropa Məhkəməsi həmçinin xatırladır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi digər hallarla yanaşı eyni bir hərəkətlərə görə şəxsin təkrarən məhkum edilməsini qadağan edir. Lakin bu normanı mahiyyətcə oxşar olan, lakin məhkumun əvvəlki hərəkətləri ilə müəyyən fərqli cəhətlərə görə üst-üstə düşməyən yeni əmələ görə məhkum edilməsini istisna edən qadağa kimi təfsir etmək olmaz (bax: “Smoliçkis Latviyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 27 yanvar 2005-ci il tarixli qərarı, 73453/01 nömrəli ərizə; “Ranninen Finlyandiyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Komissiyanın 7 mart 1996-cı il tarixli qərarı, 20972 nömrəli ərizə). Avropa Məhkəməsi qeyd edir ki, RSFSR-in inzibati hüqupozmalar Haqqında Məcəlləsinin 158-ci maddəsində təsbit olunmuş “xırda xuliqanlığ”ın tərkibi və RF Cinayət Məcəlləsinin 213-cü maddəsində təsbit olunmuş “xuliqanlığ”ın tərkibi mahiyyətcə eyni elementi–ictimai qaydanın pozulmasını nəzərdə tuturdular (bax: bunun əksi olan “Ponsetti və Çesnel Fransaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 14 sentyabr 1999-cu il tarixli qərarı, 36855/97 və 41731/98 nömrəli ərizələr; “Oliveyra İsveçrəyə qarşı” iş üzrə Avropa Məhkəməsinin 30 iyul 1998-ci il tarixli qərarı; “İsaksen Norveçə qarşı” iş üzrə Avropa Məhkəməsinin 2 oktyabr 2003-cü il tarixli qərarı, 13596/02 nömrəli ərizə; yuxarıda qeyd olunan “X10rşı” iş üzrə qərarın 22-ci paraqrafı). Bundan belə nəticə irəli gəlir ki, əgər söhbət ərizəçiyə qarşı xuliqanlığın törədilməsinə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə başlanılmış cinayət işindən gedirsə-bu halda ərizəçi əvvəl RSFSR-in inzibati Hüquqpozmalar Haqqında Məcəlləsinin 158-ci maddəsi ilə məhkum olumuş eyni bir hüquq pozuntusuna görə sonradan cinayət məsuliyyətinə cəlb olunmuşdu. Belə ki, İXM-in 157-ci maddəsi döymə, yəni döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə hərəkətlərə görə məsuliyyəti nəzərdə tutur. CM-in 128-ci maddəsi isə qəsdən sağlamlığa yüngül zərər vurma, yəni sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma hərəkətlərə görə məsuliyyəti nəzərdə tutur. Göründüyü kimi İXM-in 157-ci maddəsində “döymə” tərkibi CM-in 128-ci maddəsində müəyyən edilmiş “qəsdən sağlamlığa yüngül zərər vurma” tərkibi ilə mahiyyətcə eyni elementi–ictimai qaydanın pozulmasını nəzərdə tutur. Belə olan halda, Asif İbrahimxəlilov xx.xx.2022-ci il tarixdə törətdiyi əmələ görə əvvəlcə inzibati məsuliyyətə cəlb edildiyindən, hazırda onun həmin əməlinə görə CM-in 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi həm daxili qanunvericiliyin, həm də beynəlxalq hüquq normalarının tələblərinə görə eyni hüquq pozuntsuna görə iki dəfə məsuliyyəti cəlb edilməsi kimi qiymətləndirilir. Avropa Məhkəməsi həmçinin xatırladır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, onlar həm də iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmanın, təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur (bax: yuxarıda qeyd olunmuş “X9rşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, paraqraf 29; “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 3 dekabr 2002-ci il ratixli qərarı). Əgər bu belə olmasaydı “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət qalmazdı, çünki bu adi təkrarçılıq kimi görsənərdi. Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur (bax: yuxarıda qeyd olunmuş “Ziqarella İtaliyaya qarşı” iş üzrə qərar). Avropa Məhkəməsi vurğulayıb ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi üç biri digərindən fərqlənən təmintları nəzərdə tutub ki, onlardan birinə əsasən - heç kəs eyni bir cinayətə görə təkrarən mühakiməyə cəlb edilə bilməz, ikncisinə görə-təkrarən məhkum edilə bilməz və nəhayət üçüncüsünə görətəkrərən cəzalandırıla bilməz (bax: “Nikitin Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 50178/99 nömrəli ərizə, paraqraf 36). Avropa Məhkəməsi həmçinin bir daha təsdiq edir ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi mütləq qaydada eyni bir cinayət faktına görə başlanılmış bütün cinayət işlərinə şamil olunmur (bax: “Falkner Avstriyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 30 sentyabr 2004-cü il tarixli qərarı, 6072/02 nömrəli qərar). Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin məqsədi və təyinatı onu ehtiva edir ki, ərizəçi tərəfindən sübuta yetirilmiş hər hansı bir başqa ziyan olmadıqda, yalnız onun əvvəl də eyni əmələ görə məhkum edildiyini bilə-bilə yenidən cinayət işinin qaldırılması Konvensiyanın sözügedən normasının pozuntusu kimi çıxış edəcəkdir (bax: yuxarıda qeyd olunmuş “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı). Məhz bu səbəbdən “Ziqarella İtaliyaya qarşı” iş üzrə qərarında Məhkəmə ərizəçinin Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinə istinadən qaldırdığı iddianı rədd etdi. Ona görə ki, milli məhkəmələr non bis in idem (heç kəs eyni bir cinayətə görə təkrar məhkum edilə bilməz) prinsipinin pozulması haqqında məlumatlandırıldıqdan dərhal sonra iş üzrə icraata xitam vermişdilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konsititusiya Məhkəməsi plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında 4 mart 2013-cü il tarixli qərarının müəyyən etdi hissəsində göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayətprosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Asif İbrahimxəlilov xx.xx.2022-ci il tarixdə törətdiyi əmələ görə əvvəlcə inzibati məsuliyyətə cəlb edilərək 300 manat məbləğində inzibati qaydada cərimə edilib və inzibati tenbeh üzrə cəriməni ödədiyindən, onun yenidən həmin əməlinə görə CM-in 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmiş olur. Sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, Asif İbrahimxəlilova qarşı irəli sürülmüş CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini ittiham tərəfinin sübut və təsdiq edəcək heç bir dəlili yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Asif İbrahimxəlilovun CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyindən, onun əməlində cinayət tərkibinin olması məhkəmə baxışı zamanı təsdiq olunmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməli, barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınsın. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 42.2.4, 344-347, 349, 350, 352-354, 356, 358, 384 və 385-cı maddələrini rəhbər tutaraq məhkəmə,

hökmetdi:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar