Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-6/2020 29.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi x5 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Şəki şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi1 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə x4 vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli – 3 nəfər azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.3, 128 və 221.3-cü maddələri, xx.xx.1993-cü ildə Şəki rayonu, İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Şəki rayonu, İnçə kəndində qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-nin 128 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma və bir qrup şəxs qismində birləşməklə, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi, zor tətbiq etməklə və əmlakın qəsdən məhv edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verərək ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qəsdən qərəzli xuliqanlıq cinayət əməllərini törətmişdır. Belə ki, o, 04.06.2019-cu il tarixdə saat 15 radələrində Şəki şəhər, Sabit Rəhman küçəsində yerləşən ticarət mərkəzində fəaliyət göstərən Dostluq kafesində tanıdığı Zərərçəkmiş şəxs2 satdığı nasaz mobil telefonu qaytarmaq barədə aralarında yaranan mübahisənin gərginləşməsi nəticəsində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girdikdən sonra Zərərçəkmiş şəxs2 döymək barədə razılığa gəlib həmin cinayəti törətmələri üçün təşkilatçılıq edərək birlikdə həmin kafedən çıxıb oradan bir qədər kənarda yerləşən «Ləzzət» kafesinin kabinetinə getmiş, kabinetə daxil olduqdan sonra tanışları Nəsir Cəbrayılova və Təqsirləndirilən şəxs3 göstəriş verərək Zərərçəkmiş şəxs2 vurmalarını bildirdirmiş, bundan sonra həmin şəxslər Zərərçəkmiş şəxs2 əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncunun sol böyrəyin qapalı travması, periton arxa sahənin hematoması, sağ göz ətrafı nahiyənin hemotoması, sağ alın-gicgah nahiyəsinin travmatik şişkinliyi, sağ və sol qulaq seyvanlarının, sol bazu, sağ və sol dirsək, boyunun sağ yarsının, sol bel-qalça darağı nahiyəsinin sıyrılmış yaraları, sol ayaq pəncəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmə cinayətini törətmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs qismində birləşməklə 04 iyun 2019-cu il tarixdə, saat 17 radələrində ictimai yer hesab edilən Şəki şəhəri S.Rəhman küçəsində yerləşən Zərərçəkmiş şəxs9ndakı kafeyə gələrək sərxoş vəziyyətdə kənar şəxslərin gözü qarşısında onlara saymazyana münasibət bəsləyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və əmlakın qəsdən məhv edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verərək, ucadan nalayiq söyüşlər söyərək heç bir səbəb olmadan həmin kafedə xidmətçi işləyən Şahid1 qarşı ucadan nalayiq ifadələr işlədib əvvəlcə əlində tutduğu silah qismində istifadə etdiyi daşı nümayiş etdirərək həmin daş ilə kafedə olan əmlakı dağıdacağını deyərək nalayiq ifadələr işlədib kafedə olansoyuducuya əlində tutduğu daşla və soyuducu vitrinə isə təpik zərbəsi vuraraq zədələmiş, kafenin qarşı tərəfində qoyulmuş stul və stolu təpiklə vurub aşıraraq stolun üstündə olan 3 ədəd pivə bardaqlarını sındıraraq kafeyə ümumlikdə 15 manat məbləğində ziyan vurmuş, daha sonra parkda müvəqqəti satıcı işləyən Şahid2 qarşı heç bir səbəb olmadan söyüş söymüş, sonuncu səbəbini soruşduqda o, Şahid2 kafedən bir qədər kənarda yerləşən ağaclığa tərəf aparmış, orada ətrafda olan insanlara məhəl qoymayaraq öz yüngül təbbi ehtiyacını ödəyib qayıdan zaman, hadisə yerinə gəlmiş ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirmək üzrə vətəndaşlıq borcunu yerinə yetirən Şəki şəhər Kommunal Təsərrüffat İstehsalat Birliyinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 onlara irad bildirdikdə xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən zaman o, öz xuliqanıq hərəkətlərini davam etdirərək sonuncunu nalayiq söyüşləri ilə söyüb təhqir edərək əlində olan alışqanın başlığının dəmirindən, cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs2 isə şüşə sınığından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 xəsarət yetirəcəkləri ilə hədələyib, sonuncunun üzərinə hüçum edərək xəsarət yetirməyə cəhd göstərmiş, hadisə yerinə gəlmiş ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən Şəki Şəhər- Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs3, SüleymanovPərvin Oruc oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 onların xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən zaman o, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 qarşı, Təqsirləndirilən şəxs2 isə digər polis əməkdaşları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 əlləri və ayaqları ilə vurub fiziki güc tətbiq etməklə onlara qarşı müqavimət göstərməklə Zərərçəkmiş şəxs6 sol çiyin qurşağı, sol üçüncü əl barmağı və sol baldır nahiyələrinin sıyrıqları, Zərərçəkmiş şəxs4 isə sağ saidin iç səthində və sağ əlin ikinci barmağının ovuc səthinin qansırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdır. İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma və bir qrup şəxs qismində birləşməklə, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi, zor tətbiq etməklə və əmlakın qəsdən məhv edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verərək ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayyəndəsinə müqavimət göstərməklə qəsdən qərəzli xuliqanlıq cinayət əməllərini törətmişdır. Belə ki, o, 04.06.2019-cı il tarixdə saat 15 radələrində Şəki şəhər, Sabit Rəhman küçəsində yerləşən ticarət mərkəzində fəaliyət göstərən Dostluq kafesində tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 satdığı nasaz mobil telefonun geri qaytarılması ilə bağlı aralarında yaranmış mübahisənin gərginləşməsi nəticəsində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girdikdən sonra Zərərçəkmiş şəxs2 döymək barədə razılığa gəlib həmin cinayəti törətmələri üçün Təqsirləndirilən şəxs1 təşkilatçılığı ilə birlikdə həmin kafedən çıxıb oradan bir qədər kənarda yerləşən «Ləzzət» kafesinin kabinetinə getmiş, kabinetə daxil olduqdan sonra sonuncunun göstərişindən sonra o, Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs2 əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncunun sol böyrəyin qapalı travması, periton arxa sahənin hematoması, sağ göz ətrafı nahiyənin hemotoması, sağ alın-gicgah nahiyəsinin travmatik şişkinliyi, sağ və sol qulaq seyvanlarının, sol bazu, sağ və sol dirsək, boyunun sağ yarsının, sol bel-qalça darağı nahiyəsinin sıyrılmış yaraları, sol ayaq pənçəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmə cinayətini törətmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs qismində birləşməklə 04 iyun 2019-ci il tarixdə, saat 17 radələrində ictimai yer hesab edilən Şəki şəhəri S.Rəhman küçəsində yerləşən Zərərçəkmiş şəxs9ndakı kafeyə gələrək sərxoş vəziyyətdə kənar şəxslərin gözü qarşısında onlara saymazyana münasibət bəsləyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və əmlakın qəsdən məhv edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verərək, Təqsirləndirilən şəxs1la birlikdə ucadan nalayiq söyüşlər söymüş, sonuncu heç bir səbəb olmadan həmin kafedə xidmətçi işləyən Şahid1 qarşı ucadan nalayiq ifadələr işlədib əvvəlcə əlində tutduğu silah qismində istifadə etdiyi daşı nümayiş etdirərək həmin daş ilə kafedə olan əmlakı dağıdacağını deyib kafedə olansoyuducuya əlində tutduğu daşla və soyuducu vitirinə isə təpik zərbəsi vuraraq zədələmiş, kafenin qarşı tərəfində qoyulmuş stul və stolu təpiklə vurub aşıraraq stolun üstündə olan 3 ədəd pivə bardaqlarını sındıraraq kafeyə ümumlikdə 15 manat məbləğində ziyan vurmuş, daha sonra parkda müvəqqəti satıcı işləyən Şahid2 qarşı heç bir səbəb olmadan söyüş söymüş, sonuncu səbəbini soruşduqda o, Şahid2 kafedən bir qədər kənarda yerləşən ağaclığa tərəf aparmış, orada ətrafda olan insanlara məhəl qoymayaraq öz yüngül təbbi ehtiyacını ödəyib qayıdan zaman, hadisə yerinə gəlmiş ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirmək üzrə vətəndaşlıq borcunu yerinə yetirən Şəki şəhər Kommunal Təsərüffat İstehsalat Birliyinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 onlara irad bildirib xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən zaman o, öz xuliqanlıq hərəkətlərini davam etdirərək sonuncunu nalayiq küçə söyüşləri ilə söyüb yerdən götürdüyü şüşə butulkanı vurub sındıraraq iti hissəsi ilə əvvəlcə qorxu yaratmaq üçün özünün sağ qolunu kəsərək özü-özünə sağ saidin kəsilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmiş, daha sonra o, şüşə sınığından, Təqsirləndirilən şəxs1 isə əlində olan alışqanın başlığının dəmirindən silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 xəsarət yetirəcəyi ilə hədələyib, üzərinə hüçum edərək xəsarət yetirməyə cəhd göstərmiş, hadisə yerinə gəlmiş ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən Şəki Şəhər- Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs3, SüleymanovPərvin Oruc oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 onların xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 qarşı, o, isə digər polis əməkdaşları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 qarşı müqavimət göstərərək Zərərçəkmiş şəxs6 sol çiyin qurşağı, sol üçüncü əl barmağı və sol baldır nahiyələrinin sıyrıqları, Zərərçəkmiş şəxs4 isə sağ saidin iç səthində və sağ əlin ikinci barmağının ovuc səthinin qancırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdır. İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs3, 04.06.2019-cı il tarixdə saat 15 radələrində Şəki şəhər, Sabit Rəhman küçəsində yerləşən ticarət mərkəzində fəaliyət göstərən Dostluq kafesində tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 satdığı nasaz mobil telefonun geri qaytarılması ilə bağlı aralarında yaranmış mübahisənin gərginləşməsi nəticəsində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girdikdən sonra Zərərçəkmiş şəxs2 döymək barədə razılığa gəlib həmin cinayəti törətmələri üçün Təqsirləndirilən şəxs1 təşkilatçılığı ilə birlikdə həmin kafedən çıxıb oradan bir qədər kənarda yerləşən «Ləzzət» kafesinin kabinetinə getmiş, kabinetə daxil olduqdan sonra sonuncunun göstərişindən sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncunun sol böyrəyin qapalı travması, periton arxa sahənin hematoması, sağ göz ətrafı nahiyənin hemotoması, sağ alın-gicgah nahiyəsinin travmatik şişkinliyi, sağ və sol qulaq seyvanlarının, sol bazu, sağ və sol dirsək, boyunun sağ yarsının, sol bel-qalça darağı nahiyəsinin sıyrılmış yaraları, sol ayaq pənçəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmə cinayətini törətmişdir. Cinayət işinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nın 32.3, 128-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nın 128-ci maddələri ilə olan əməlləri ilə bağlı hissəsi üzrə ayrıca məhkəmə qərarı çıxarılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir, (maddə 8.0.3) Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, bazarın içərisində yerləşən mağazada mobil telefonların satışı ilə məşğul olmuşdur. 04.06.2019-cu ildə, saat 13 radələrində bazarın içərisində yerləşən «Dostluq» kafesində nahar vaxtı yemək yeyərkən spirtli içki içmişdir. Həmin gün saat 17 radələrində o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Şəki şəhərində yerləşən «M.F.Axundov» adına mədəniyyət və istirahət parkının aşağı hissəsində yerləşən kafeyə getmişdir. O, kafedə işləyən adını sonradan bildiyi Təbriz adlı oğlana pul verərək “Qo” içkisi gətirməsini sifariş etmiş, Təbrizin içkini gətirib ona təqdim etmədən laqeyidliklə birbaşa stola qoymasından əsəbiləşərək söyüş söymədən öz iradını bildirmiş, sonra isə yüngül təbbi ehtiyacını ödəmək üçün parkın ərazisində olan ağaclıq sahəyə keçərək Nəsirlə öz aralarında söhbət etmişlər. Həmin vaxt içkinin təsirindən özü də bilmədən və istəmədən yüksək səslə danışmış və ətrafda olan adamların diqqətini özünə çəkmişdir. Bu vaxt bir nəfər tanımadığı şəxs ora gəlmiş, parkda, yaşıllıq zonasında, insanların istirahəti üçün nəzərdə tutulmuş yerdə bu cür hərəkət etmələrinə irad tutaraq onlarla mübahisə etməyə başlamışdır. Həmin şəxsin Şəki rayon x1 Birliyinin müdiri Zərərçəkmiş şəxs1 olduğunu sonradan bilsə də, həmin vaxt tanımadığı bir şəxsin onlarla bu cür danışmasını qəbul etməyərək, işlərinə qarışmamasını, gedib öz işi ilə məşğul olmasını demişdir. Bu cür söhbətlər etdikləri zaman onlara tərəf polis əməkdaşlarının da gəldiyini gördükdə, polis əməkdaşlarını Zərərçəkmiş şəxs1 çağırdığını zənn edərək daha da kobud danışmışdır. Ora gəlmiş polis əməkdaşları onları nizam-intizama dəvət edərək birlikdə Polis Şöbəsinə getmələrini təklif etmiş, sərxoş olduğu üçün o daha da əsəbiləşmiş, təklifə öz etirazını bildirib nə səbəbdən Polis Şöbəsinə getməli olduqlarını anlamadığını demişdir. Polis əməkdaşları fikirlərində israrlı olub onu məcburi aparmaq istədikdə, bunun Zərərçəkmiş şəxs1 tərəfindən hazırlandığını düşündüyü üçün ünvanına nalayiq söyüşlər söymüş və qaçıb getmək istəmişdir. Köməyə gələn digər polis əməkdaşları onu tutmuş, qaçmasına imkan verməmiş, xidməti Polis avtomobillərinə mindirmişlər. Onun Polis Şöbəsinə aparıldığını görən Təqsirləndirilən şəxs2 də mübahisəyə qoşulmuş, aparılmamasına çalışmış, yerdən şüşə butulka qırığı götürərək onu buraxmayıb aparacaqları təqdirdə özünü kəsib xəsarət yetirəcəyini demiş, polis əməkdaşları onu buraxmayıb avtomobilə mindirmək istədəkləri üçün Təqsirləndirilən şəxs2 qolunu şüşə ilə kəsib özünə xəsarət yetirmişdir. Ona verilmiş ittihamın - əlində daşla kafeyə girməsi, soyuducuya daşla, soyuducunun vitirininə təpiklə vurub zədələməsi, stul və stollara təpiklə vurması, nəticədə 3 ədəd bakal qıraraq kafeyə 15 manat maddi ziyan vurması, üzərinə alışqanın dəmir hissəsi ilə hücum çəkərək Zərərçəkmiş şəxs1 xəsarət yetirmək istəməsi kimi qeyd olunanların əsası olmamış, heç biri baş verməmişdir. Həmin vaxt onun əlində heç nə olmamış, polis əməkdaşları Zərərçəkmiş şəxs1 ardınca gəlmiş və onu tutub aparmağa başlamışlar. Ondan sonra sözlə mübahisə qızışmış, onun hər hansı hərəkət etməyə imkanı olmamışdır. Polis əməkdaşları tərəfindən tutulduğu halda onun kiməsə, eləcə də Zərərçəkmiş şəxs1 xəsarət yetirmək imkanı olmamış, buna cəhd etməsi də mümkünsüz olmuşdur. Sadəcə olaraq o bütün baş verənlərə öz etirazını bildirərək Polis Şöbəsinə getmək istəməmişdir. Hadisə zamanı polis əməkdaşları da onun Polis Şöbəsinə getməmək üçün əllərindən çıxmağa görə etdiyi hərəkətlərindən dəymiş zərbələr nəticəsində xəsarət almışlar. Təqsirləndirilən şəxs2 başqa hansı hərəkətlər etməsini görməmişdir. Təqsirləndirilən şəxs2 onun tutulmamasını, aparılmamasını, buraxılmasını istəmiş, etdiklərini də ona görə bu məqsədlə etmişdir. Şəki rayon Kommunal Təsərrüfat İstehsalat Birliyinin müdiri Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, İntiqamla onun arasında heç bir ədavət, düşmənçilik olmamışdır. Tanımış olsaydı bu cür hərəkətlərə yol verməzdi. Etdiyi hərəkətlərinə görə peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Bakalların sınması ilə bağlı dəymiş 15 manat ziyanın ödənməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmək üçün onlara üzrxahlıq etməsini, bəzilərindən tam barışıq əldə etməsini, himayəsində 3 azyaşlı uşağın olmasını və islah yoluna qədəm qoymasını nəzərə alaraq əməlinin düzgün qiymətləndirilərək ona həbslə əlaqədar olamayan cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, bazarın içərisində mobil telefonların satışı ilə məşğul olmuşdur. 04.06.2019-cu ildə, saat 13 radələrində bazarın içərisində yerləşən «Dostluq» kafesində tanışları Ehtibar və Turalla birlikdə yemək yeyərkən spirtli içki qəbul edib nahar etmişlər. Həmin gün saat 17 radələrində o, Ehtibarla birlikdə Şəki şəhərində yerləşən «M.F.Axundov» adına mədəniyyət və istirahət parkının aşağı hissəsində yerləşən kafeyə getmiş, Ehtibar kafedə işləyən adını sonradan bildiyi Təbriz adlı oğlana pul verərək “Qo” içkisi gətirməsini sifariş etmişdir. Təbrizin içkini gətirib Ehtibara verməyib stolun üstünə qoymasından Ehtibar əsəbiləşərək öz iradını bildirmiş, lakin söyüş söyməmişdir. Sonra Ehtibar öz yüngül təbbi ehtiyacını ödəmək üçün parkın ərazisində olan ağaclıq sahəyə keçərək onunla söhbət edən zaman ora sonradan tanıdığı Şəki rayon x1 Birliyinin müdiri Zərərçəkmiş şəxs1 gəlmiş, bu cür hərəkət etmələrini irad tutmuşdur. Ehtibar Zərərçəkmiş şəxs1 onlarla bu cür danışmasını qəbul etməyərək ona işlərinə qarışmamasını, gedib öz işi ilə məşğul olmasını demişdir. Zərərçəkmiş şəxs1 ardınca polis əməkdaşları da gəlmiş, yaranmış vəziyyəti görüb onları nizam-intizama dəvət edərək Polis Şöbəsinə getmələrini təklif etmiş, Ehtibar getmək istəməyib etiraz etdiyi üçün polis əməkdaşları aparmaq üçün Ehtibardan tutmuş, polis əməkdaşlarını Zərərçəkmiş şəxs1 çağırdığını zənn etdiyi üçün Ehtibar bir qədər də əsəbiləşib kobud danışmağa başlamış, buraxmalarını tələb edib əllərindən çıxmaq istəmiş, ara daha da qızışmışdır. Ehtibarın buraxılmadığını, Polis Şöbəsinə aparılacağının reallaşdığını görəndə o da Ehtibarın buraxılması üçün müraciət edərək, Polis Şöbəsinə nə səbəbdən getməli olduqlarını anlamadıqlarını deyib öz etirazını bildirmiş, etiraz əlaməti olaraq yaxınlıqda olan boş butulkanı qırıb şüşə qırığını götürərək buraxmayacaqları təqdirdə özünü doğrayacağını deyərək sağ qolunu əlinə yaxın iç hissədən kəsmişdir. Polis əməkdaşları onu tutub saxlamaq istədikdə o, daha da əsəbiləşərək əlindəki şüşə qırığı ilə öz boynunu kəsmək istəmiş, lakin orada olan Natiq adlı şəxs onun hər iki əlindən tutaraq saxlamış, sonra polis əməkdaşları onu tutub saxlamaqda davam etmişlər. Polis əməkdaşlarının onları tutmasının günahını Zərərçəkmiş şəxs1 gördüyündən ünvanına nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları Ehtibarı avtomobilə əyləşdirdikdən sonra onu da avtomobilə mindirərək Polis Şöbəsinə aparmışlar. O da, Ehtibar da Polis Şöbəsinə aparılmalarını istəmədikləri üçün əl, qol, ayaqları ilə hərəkət edib, çırpınıb Polis əməkdaşlarının əlindən çıxmaq istədikləri zaman toxunduqları polis əməkdaşlarından xəsarət alanı da olmuşdur. Lakin o, butulkanı sındırıb əlinə götürdüyü şüşə qırığı ilə nə Zərərçəkmiş şəxs1, nə də polis əməkdaşlarını vurmamış, bunu istəməmiş, belə bir cəhd etməmişdir. Zərərçəkmiş şəxs1 haqsız yerə polis işçilərinə şikayət etdiyi, polis əməkdaşları onları Polis Şöbəsinə apardıqları üçün o yalnız özünə xəsarət yetirərək, sağ qolunu kəsmiş, başqasına xəsarət yetirmək məqsədi olmamışdır. Ehtibarın əlində hər hansı bir dəmir parçası olmamış, heç kimin, o cümlədən Zərərçəkmiş şəxs1 üzərinə hücum etməmişdir. Onlar Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətsə də heç kimə hədə qorxu gəlməmişlər. Şəki rayon Kommunal Təsərrüfat İstehsalat Birliyinin müdiri Zərərçəkmiş şəxs1 tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Əgər tanısaydı, parkın və yaşıllıq zonasının həmin birliyə aid olduğunu bilsəydilər bu cür hərəkətlərə yol verməzdilər. Etdiyi hərəkətlərə görə peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. O, bakalların sınması ilə bağlı dəymiş 15 manat ziyanın ödənməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmək üçün onlara üzrxahlıq etməsini, bəzilərindən tam barışıq əldə etməsini və islah yoluna qədəm qoymasını nəzərə alaraq əməlinin düzgün qiymətləndirilərək ona həbslə əlaqədar olamayan cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki o, Şəki rayon Kommunal Təsərrüffat İstehsalat Birliyinin müdiri vəzifəsində işləmiş, Şəki şəhərində yerləşən «M.F.Axundov» adına mədəniyyət və istirahət parkı işlədiyi birliyin balansında olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 04 iyun 2019cu ildə, saat 17 radələrində ona bir qrup şəxsin sərxoş vəziyyətdə parkda söyüş söyüb vətəndaşlara sataşması, istirahət edən şəxsləri narahat etməsi barədə məlumat verilmişdir. O gedib parkın aşağı hissəsində yerləşən kafenin yanına çatanda kimsə ona təxminən 10-15 metr aralıda ağaclıq tərəfə toplaşmış adamları göstərib, səs-küy salanların orada olduqlarını demişdir. O, yaxınlaşıb parkın yaşıllıq hissəsində bir nəfərin yüngül ehtiyacını təmin edə-edə yanındakı şəxslə ucadan söyüşlə danışdığını görmüş, onların sərxoş olduğunu bilmişdir. Nə baş verdiyini, nə üçün belə hərəkətlərə yol verdiklərini soruşanda, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 şalvarının qabağını bağlaya-bağlaya üstünə gəlmiş, kimdir ki, onun işinə qarışdığını, nə demək istədiyini dava-dalaş tonlu sualla soruşmaq kimi danışığı ilə ona hədə-qorxu gəlib susdurmaq istəmişdir. O, nə üçün istirahət parkında bu cür hərəkətlərə yol verdiyini, yaşıllıq zonasında yüngül təbbi ehtiyacını ödədiyini, insanların istirahət etməsinə imkan vermədiyini, nə üçün dava saldığını, niyə insanlara saymazyana yanaşdığını soruşduqda, Ehtibar ona qarşı nalayiq ifadələr işlətmiş və etdiklərinin ona aid olmadığını, gedib öz işi ilə məşğul olmasını demişdir. O, Ehtibarı sakitləşdirməyə, həmin hərəkətləri ilə parkda istirahət edən şəxslərin istirahətini pozduğunu, bu cür hərəkətlərin yol verilməz olduğunu başa salmağa çalışmışdır. Ehtibar isə onun sözlərini qəbul etməyərək məhəl qoymamış, nalayiq söyüşlər söyməyə davam etmişdir. Yaranmış səs-küyə görə gəlmiş polis əməkdaşları Ehtibarı Polis Şöbəsinə dəvət edib aparmaq istəyəndə Ehtibar alışqanın baş tərəfindəki nazik dəmir hissəni çıxardib açaraq özünə xəsarət yetirəcəyi ilə qorxudaraq polis əməkdaşlarının yaxınlaşmasına mane olmağa çalışmışdır. Lakin polis əməkdaşları daha da pis vəziyyət yaranmaması üçün Ehtibarı tutub saxlamışlar. Polis əməkdaşları tərəfindən tutulub saxlandığından ona qarşı hər hansı real hərəkət etmək imkanı olmasa da, Ehtibar polis əməkdaşlarının əlindən çıxmaq üçün dartına-dartına, söyüş söyə-söyə, başına oyun açacağı kimi əsassız, yersiz ifadələr işlətməklə onu hədələmişdir. Ehtibarın yanında olmuş, adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 də polis əməkdaşlarının onun tərəfindən çağırılıb gətirildiyini zənn edərək Ehtibara qoşulub eyni hərəkətlər etməyə başlamış, nalayiq söyüşlər söyməklə Ehtibarın buraxılmasını, aparılmamasını tələb etmiş, yerdən butulka götürüb vurub sındırmış, şüşə qırığı ilə öz qolunu kəsmişdir. Polis əməkdaşları Ehtibarı və Nəsiri tutub saxlayandan sonra o, baş qoşmamaq üçün üzünü çevirib uzaqlaşmaq istədikdə Ehtibar və Nəsir ona tərəf dartınmış, yüksək səslə söyüş söyərək, başına oyun açacaqları ilə onu hədələmişlər. Polis işçiləri Ehtibarı və Nəsiri tutub saxlamış, buraxmamış, yaranmış vəziyyətə görə toplaşan vətəndaşlardan bəzisi də Ehtibar və Nəsirin sakitləşdirilməsinə köməklik etmişlər. Polis işçiləri Ehtibarı və Nəsiri xidməti avtomaşına mindirib Polis Şöbəsinə aparmışlar. Həmin vaxt Ehtibar və Nəsir sərxoş vəziyyətdə olmuş, ona qarşı söyüşlər söymüşlər. Ehtibar və Nəsirin bu cür hərəkətləri təxminən 20-30 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etdikləri hərəkətlərlə bağlı ondan üzr istəmiş, o, barışıb təqsirləndirilən şəxsləri bağışlamışdır. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. O məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXBnün polis nəfəri Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdi ki, o, 04.06.2019-cu ildə, saat 9-da polis nəfəri Zərərçəkmiş şəxs8la birlikdə idarə etdiyi Fiat-Doblu markalı **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə şəhər ərazisində xidmətdə olmuşlar. Xidmətdə olduqları müddətdə, saat 17-də radiostansiya vasitəsi ilə onlara Şəki şəhərində yerləşən Zərərçəkmiş şəxs9nda dava-dalaş olması barədə məlumat verilmiş, təcili həmin yerə getmələri tapşırılmışdır. O, polis nəfəri Zərərçəkmiş şəxs8la birlikdə parka daxil olanda aşağı hissədə təxminən 15-20 nəfər adam toplaşdığını görmüşdür. Toplaşanların çox olduğunu görüb o, radiostansiya vasitəsi ilə digər postda olan polis işçilərinə də məlumat verib dalaşan şəxslərin qarşısını Pərvinlə ikisi ala bilməyəcəyini deyib kömək üçün parka gəlmələrini istəmişdir. Onlar adamların toplaşdığı yerə çatanda Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs1la mübahisə edərək, sonuncunun ünvanına nalayiq söyüşlər söydüklərini, ətrafdakıların da tamaşa etdiklərini görmüşlər. Təqsirləndirilən şəxs1 onların gəldiyini görüb, polis çağırmısan deyib əlindəki alışqanın dəmirini açıb hamarlayıb düzəldərək bir əli ilə digər qoluna dirəyərək yaxın gələcəkləri təqdirdə özünə xəsarət yetirəcəyini demişdir. Digər polis işçiləri gəlib çıxana kimi o və Pərvin Ehtibarı sakitləşdirməyə çalışmış, polis işçiləri Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6, sonra isə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 də gəlmişlər. Təqsirləndirilən şəxs1 polis işçilərinin cox gəldiyini görüb daha da aqresivləşmiş, mübahisə edib nalayiq söyüşlərini davam etdirməklə Polis Şöbəsinə aparılacağı təqdirdə nələrsə edəcəyi ilə Zərərçəkmiş şəxs1 hədələməyə başlamışdır. Polis işçiləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 arxadan gəlib Ehtibarı tutmuş, Ehtibar Zərərçəkmiş şəxs1 üstünə getmək üçün dartınıb polis əməkdaşlarının əlindən çıxmaq istəmişdir. O da Ehtibarın saxlanmasına kömək üçün yaxınlaşıb qolundan tutmuş, digər polis işçisi Pərvin də çatıb Ehtibarı tutub saxlamışdır. Ehtibar polis işçilərinin onu Zərərçəkmiş şəxs1 yaxınlaşmağa qoymadıqlarını görüb polis işçilərinə qarşı da söyüşlər söyərək nələrsə edəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs2 də kənardan söyüşlər söyüb sakit dayanmamış, polis işçilərinin Ehtibarı tutub saxladığını görüb Polis Şöbəsinə aparılacağını bildiyi üçün haradansa şüşə butulkanı götürüb daşa vurub sındırmış, şüşənin sınmış hissəsi ilə öz qolunu kəsib onlardan Ehtibarı buraxmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 Ehtibarın tutulmasında günahkar bilməsi barədə sözlər işlədib polis əməkdaşlarını və Zərərçəkmiş şəxs1 nəzərdə tutan söyüşlər söymüş, hədələr etmişdir. Nəsiri dayandırmaq üçün polis işçiləri Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 yaxınlaşıb tutub saxlamış, Nəsir isə polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərib əllərindən çıxmağa, Zərərçəkmiş şəxs1 üzərinə getməyə can ataraq söyüş söyməkdə davam etmiş, orada olan Şəki şəhər sakini Natiq adlı şəxs əli ilə Nəsirin boğaz nahiyəsindən tutub saxlayaraq kənara çəkmişdir. Həmin vaxt parkın ərazisində və kənarda xeyli adam olmuş, durub Ehtibar və Nəsirin hərəkətlərinə baxmışlar. Polis əməkdaşları birlikdə Ehtibarı və Nəsiri «Fiat Doblo» markalı xidməti avtomaşına mindirib Polis Şöbəsinə aparmışlar. Ehtibar və Nəsir öz xoşları ilə sakitləşməmiş və Polis Şöbəsinə getmək istəməmiş, onları tutub saxlayan və maşına mindirib Polis Şöbəsinə aparan zaman müqavimətlər edib, dartınıb, əl, qol, ayaq hərəkətləri ilə polis əməkdaşlarının hamısını vuraraq xəsarətlər yetirməyə çalışmış, bəzi zərbələrinin tutarlı dəyməsindən xəsarət alan polis əməkdaşları da olmuşdur. O və Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs1 tutub saxlamaq istədikdə Ehtibar onlara qarşı söyüş söymüş və dartınaraq əllərindən çıxmaq istəmiş, əl, qol, ayaq zərbələri atıb onları vurmuş, lakin Pərvin və o gözlə görünən heç bir xəsarət almamışlar. Ehtibar və Nəsirin həmin xuliqanlıq hərəkətləri təxminən 25-30 dəqiqə davam etmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni və ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXBnün polis nəfəri Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdi ki, o, 04.06.2019-cu ildə, saat 9-da polis nəfəri Zərərçəkmiş şəxs3la birlikdə Samirin idarə etdiyi Fiat-Doblu markalı **- AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə şəhər ərazisində xidmətdə olduqları müddətdə, saat 17-də radiostansiya vasitəsi ilə onlara Şəki şəhərində yerləşən Zərərçəkmiş şəxs9nda dava-dalaş olması barədə məlumat verilmiş, təcili həmin yerə getmələri tapşırılmışdır. O, polis nəfəri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4la birlikdə parka daxil olmuş və parkın aşağı hissədə təxminən 15-20 nəfər adam toplaşdığını görmüşlər. Onlar adamların toplaşdığı yerə çatanda sonradan adları onlara məlum olan Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs1la mübahisə edərək, sonuncunun ünvanına nalayiq söyüşlər söydüklərini, ətrafdakıların da tamaşa etdiklərini görmüşlər. Təqsirləndirilən şəxs1 onların gəldiyini görüb, polis çağırmısan deyib əlindəki alışqanın dəmirini açıb hamarlayıb düzəldərək bir əli ilə digər qoluna dirəyərək yaxın gələcəkləri təqdirdə özünə xəsarət yetirəcəyini demişdir. O və Samir, Təqsirləndirilən şəxs1 sakitləşdirməyə çalışmışlar. Təqsirləndirilən şəxs1 polis işçilərinin gəldiyini görüb daha da aqresivləşmiş, mübahisə edib nalayiq söyüşlərini davam etdirməklə Polis Şöbəsinə aparılacağı təqdirdə nələrsə edəcəyi ilə Zərərçəkmiş şəxs1 hədələməyə başlamışdır. Sonradan hadisə yerinə gəlmiş polis işçiləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 arxadan gəlib Ehtibarı tutmuş, Ehtibar Zərərçəkmiş şəxs1 üstünə getmək üçün dartınıb polis əməkdaşlarının əlindən çıxmaq istəmişdir. O da çatıb Ehtibarı tutub saxlamışdır. Ehtibar polis işçilərinin onu Zərərçəkmiş şəxs1 yaxınlaşmağa qoymadıqlarını görüb polis işçilərinə qarşı da söyüşlər söyərək nələrsə edəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs2 də kənardan söyüşlər söyüb sakit dayanmamış, polis işçilərinin Ehtibarı tutub saxladığını görüb Polis Şöbəsinə aparılacağını bildiyi üçün haradansa şüşə butulkanı götürüb daşa vurub sındırmış, şüşənin sınmış hissəsi ilə öz qolunu kəsib onlardan Ehtibarı buraxmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 Ehtibarın tutulmasında günahkar bilməsi barədə sözlər işlədib polis əməkdaşlarını və Zərərçəkmiş şəxs1 nəzərdə tutan söyüşlər söymüş, hədələr etmişdir. Nəsiri dayandırmaq üçün polis işçiləri Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 yaxınlaşıb tutub saxlamış, Nəsir isə polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərib əllərindən çıxmağa, Zərərçəkmiş şəxs1 üzərinə getməyə can ataraq söyüş söyməkdə davam etmiş, orada olan Şəki şəhər sakini Natiq adlı şəxs əli ilə Nəsirin boğaz nahiyəsindən tutub saxlayaraq kənara çəkmişdir. Həmin vaxt parkın ərazisində və kənarda xeyli adam olmuş, durub Ehtibar və Nəsirin hərəkətlərinə baxmışlar. Onlar birlikdə Ehtibarı və Nəsiri «Fiat Doblo» markalı xidməti avtomaşına mindirib Polis Şöbəsinə aparmışlar. Ehtibar və Nəsir öz xoşları ilə sakitləşməmiş və Polis Şöbəsinə getmək istəməmiş, onları tutub saxlayan və maşına mindirib Polis Şöbəsinə aparan zaman müqavimətlər edib, dartınıb, əl, qol, ayaq hərəkətləri ilə polis əməkdaşlarının hamısını vuraraq xəsarətlər yetirməyə çalışmış, bəzi zərbələrinin tutarlı dəyməsindən xəsarət alan polis əməkdaşları da olmuşdur. O və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 tutub saxlamaq istədikdə Ehtibar onlara qarşı söyüş söymüş və dartınaraq əllərindən çıxmaq istəmiş, əl, qol, ayaq zərbələri atıb onları vurmuş, lakin Samir və o gözlə görünən heç bir xəsarət almamışlar. Ehtibar və Nəsirin həmin xuliqanlıq hərəkətləri təxminən 25-30 dəqiqə davam etmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni və ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXBnün polis nəfəri Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdi ki, o, 04.06.2019-cu ildə, saat 17:30-da polis nəfəri Zərərçəkmiş şəxs4la birlikdə Şəki şəhərinin 1-2 saylı maşurutunda xidmətdə olduqları müddətdə, radiostansiya vasitəsi ilə onlara Şəki şəhərində yerləşən Zərərçəkmiş şəxs9nda dava-dalaş olması barədə məlumat verilmiş, təcili həmin yerə getmələri bildirilmişdir. O, polis nəfəri Zərərçəkmiş şəxs4la birlikdə parka daxil olanda aşağı hissədə təxminən 15-20 nəfər adam toplaşdığını görmüşdür. Onlar adamların toplaşdığı yerə çatanda əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs1la mübahisə edərək, sonuncunun ünvanına nalayiq söyüşlər söydüklərini, ətrafdakıların da tamaşa etdiklərini görmüşlər. Onlar adamların toplaşdığı yerə çatanada artıq polis nəfərləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs8 orada olmuşlar. Təqsirləndirilən şəxs1 əlindəki alışqanın dəmirini bir əli ilə digər qoluna dirəyərək yaxın gələcəkləri təqdirdə özünə xəsarət yetirəcəyini dediyini, Samir və Pərvinin isə Ehtibarı sakitləşdirməyə çalışaraq tutub saxladıqlarını görmüşlər. Təqsirləndirilən şəxs1 polis işçilərinin cox gəldiyini görüb daha da aqresivləşmiş, mübahisə edib nalayiq söyüşlərini davam etdirməklə Polis Şöbəsinə aparılacağı təqdirdə nələrsə edəcəyi ilə Zərərçəkmiş şəxs1 hədələməyə başlamışdır. Hadisə yerinə sonradan gələn polis işçiləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 arxadan gəlib Ehtibarı tutmuş, Ehtibar Zərərçəkmiş şəxs1 üstünə getmək üçün dartınıb polis əməkdaşlarının əlindən çıxmaq istəmişdir. Zərərçəkmiş şəxs3 Ehtibarın saxlanmasına kömək üçün yaxınlaşıb qolundan tutmuş, digər polis işçisi Pərvin də çatıb Ehtibarı tutub saxlamışdır. Ehtibar polis işçilərinin onu Zərərçəkmiş şəxs1 yaxınlaşmağa qoymadıqlarını görüb polis işçilərinə qarşı da söyüşlər söyərək nələrsə edəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs2 də kənardan söyüşlər söyüb sakit dayanmamış, polis işçilərinin Ehtibarı tutub saxladığını görüb Polis Şöbəsinə aparılacağını bildiyi üçün haradansa şüşə butulkanı götürüb daşa vurub sındırmış, şüşənin sınmış hissəsi ilə öz qolunu kəsib onlardan Ehtibarı buraxmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 Ehtibarın tutulmasında günahkar bilməsi barədə sözlər işlədib polis əməkdaşlarını və Zərərçəkmiş şəxs1 nəzərdə tutan söyüşlər söymüş, hədələr etmişdir. Nəsiri dayandırmaq üçün o və Zərərçəkmiş şəxs4 yaxınlaşıb tutub saxlamış, Nəsir isə onlara tabe olmayaraq müqavimət göstərib əllərindən çıxmağa, Zərərçəkmiş şəxs1 üzərinə getməyə can ataraq söyüş söyməkdə davam etmiş, orada olan Şəki şəhər sakini Natiq adlı şəxs əli ilə Nəsirin boğaz nahiyəsindən tutub saxlayaraq kənara çəkmişdir. Həmin vaxt parkın ərazisində və kənarda xeyli adam olmuş, durub Ehtibar və Nəsirin hərəkətlərinə baxmışlar. Onlar birlikdə Ehtibarı və Nəsiri «Fiat Doblo» markalı xidməti avtomaşına mindirib Polis Şöbəsinə aparmışlar. Ehtibar və Nəsir öz xoşları ilə sakitləşməmiş və Polis Şöbəsinə getmək istəməmiş, onları tutub saxlayan və maşına mindirib Polis Şöbəsinə aparan zaman müqavimətlər edib, dartınıb, əl, qol, ayaq hərəkətləri ilə onları vuraraq xəsarətlər yetirməyə çalışmış, bəzi zərbələrinin tutarlı dəyməsindən o və Zərərçəkmiş şəxs4 xəsarət almışlar. Ehtibar və Nəsirin həmin xuliqanlıq hərəkətləri təxminən 25-30 dəqiqə davam etmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni və ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXBnün polis nəfəri Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdi ki, o, 04.06.2019-cu ildə, saat 17:30-da polis nəfəri Zərərçəkmiş şəxs6la birlikdə Şəki şəhərinin 1-2 saylı maşurutunda xidmətdə olduqları müddətdə, radiostansiya vasitəsi ilə sürücü və polis nəfəri Zərərçəkmiş şəxs3 onlara Şəki şəhərində yerləşən Zərərçəkmiş şəxs9nda dava-dalaş olması barədə məlumat verərək təcili həmin yerə getmələrini və onlara kömək etmələrini bildirmişdir. O, polis nəfəri Zərərçəkmiş şəxs6la birlikdə parka daxil olanda aşağı hissədə təxminən 15-20 nəfər adam toplaşdığını görmüşdür. Onlar adamların toplaşdığı yerə çatanda əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs1la mübahisə edərək, sonuncunun ünvanına nalayiq söyüşlər söydüklərini, ətrafdakıların da tamaşa etdiklərini görmüşlər. Onlar adamların toplaşdığı yerə çatanada artıq polis nəfərləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs8 orada olmuşlar. Təqsirləndirilən şəxs1 əlindəki alışqanın dəmirini bir əli ilə digər qoluna dirəyərək yaxın gələcəkləri təqdirdə özünə xəsarət yetirəcəyini dediyini, Samir və Pərvinin isə Ehtibarı sakitləşdirməyə çalışaraq tutub saxladıqlarını görmüşlər. Təqsirləndirilən şəxs1 polis işçilərinin cox gəldiyini görüb daha da aqresivləşmiş, mübahisə edib nalayiq söyüşlərini davam etdirməklə Polis Şöbəsinə aparılacağı təqdirdə nələrsə edəcəyi ilə Zərərçəkmiş şəxs1 hədələməyə başlamış və polis əməkdaşlarının əllərindən qaçıb çıxmaq istədikdə onlar birlikdə Etibar Sədrəddinovu tutub saxlamışlar. Ehtibar polis işçilərinin onu Zərərçəkmiş şəxs1 yaxınlaşmağa qoymadıqlarını görüb polis işçilərinə qarşı da söyüşlər söyərək nələrsə edəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs2 də kənardan söyüşlər söyüb sakit dayanmamış, polis işçilərinin Ehtibarı tutub saxladığını görüb Polis Şöbəsinə aparılacağını bildiyi üçün haradansa şüşə butulkanı götürüb daşa vurub sındırmış, şüşənin sınmış hissəsi ilə öz qolunu kəsib onlardan Ehtibarı buraxmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 Ehtibarın tutulmasında günahkar bilməsi barədə sözlər işlədib polis əməkdaşlarını və Zərərçəkmiş şəxs1 nəzərdə tutan söyüşlər söymüş, hədələr etmişdir. Nəsiri dayandırmaq üçün o və Zərərçəkmiş şəxs6 Etibarı buraxıb ona yaxınlaşıb Nəsiri tutub saxlamış, Nəsir isə onlara tabe olmayaraq müqavimət göstərib əllərindən çıxmağa, Zərərçəkmiş şəxs1 üzərinə getməyə can ataraq söyüş söyməkdə davam etmiş, orada olan Şəki şəhər sakini Natiq adlı şəxs əli ilə Nəsirin boğaz nahiyəsindən tutub saxlayaraq kənara çəkmişdir. Hadisə yerinə sonradan gələn polis işçiləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 arxadan gəlib Ehtibarı tutmuş, Ehtibar Zərərçəkmiş şəxs1 üstünə getmək üçün dartınıb polis əməkdaşlarının əlindən çıxmaq istəmişdir. Zərərçəkmiş şəxs3 Ehtibarın saxlanmasına kömək üçün yaxınlaşıb qolundan tutmuş, digər polis işçisi Pərvin də çatıb Ehtibarı tutub saxlamışdır. Həmin vaxt parkın ərazisində və kənarda xeyli adam olmuş, durub Ehtibar və Nəsirin hərəkətlərinə baxmışlar. Polis əməkdaşları birlikdə Ehtibarı və Nəsiri «Fiat Doblo» markalı xidməti avtomaşına mindirib Polis Şöbəsinə aparmışlar. Ehtibar və Nəsir öz xoşları ilə sakitləşməmiş və Polis Şöbəsinə getmək istəməmiş, onları tutub saxlayan və maşına mindirib Polis Şöbəsinə aparan zaman müqavimətlər edib, dartınıb, əl, qol, ayaq hərəkətləri ilə onları vuraraq xəsarətlər yetirməyə çalışmış, bəzi zərbələrinin tutarlı dəyməsindən o və Zərərçəkmiş şəxs6 xəsarət almışlar. Ehtibar və Nəsirin həmin xuliqanlıq hərəkətləri təxminən 25-30 dəqiqə davam etmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni və ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXBnün polis nəfəri Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdi ki, o, 04.06.2019-cu ildə, saat 9-da polis nəfəri Zərərçəkmiş şəxs7lə birlikdə Şəki şəhərinin 5 saylı maşurutunda xidmətdə olduqları müddətdə, radiostansiya vasitəsi ilə sürücü və polis nəfəri Zərərçəkmiş şəxs3 onlara Şəki şəhərində yerləşən Zərərçəkmiş şəxs9nda dava-dalaş olması barədə məlumat verərək təcili həmin yerə getmələrini və onlara kömək etmələrini bildirmişdir. O, polis nəfəri Zərərçəkmiş şəxs7lə birlikdə parka daxil olanda aşağı hissədə təxminən 15-20 nəfər adam toplaşdığını görmüşdür. Onlar ora çatanda polis nəfərləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 hadisə yerində olmuşlar. Adamların toplaşdığı yerə çatanda əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1la mübahisə edərək, sonuncunun ünvanına nalayiq söyüşlər söydüklərini, ətrafdakıların da tamaşa etdiklərini görmüşlər. Təqsirləndirilən şəxs1 əlindəki alışqanın dəmirini bir əli ilə digər qoluna dirəyərək yaxın gələcəkləri təqdirdə özünə xəsarət yetirəcəyini dediyini, Samir və Pərvinin isə Ehtibarı sakitləşdirməyə çalışaraq tutub saxladıqlarını görmüşlər. Daha sonra onlar da araya girərək Etibarı Zərərçəkmiş şəxs1 tərəf getməməsi üçün tutub saxlamışlar. Təqsirləndirilən şəxs1 polis işçilərinin cox gəldiyini görüb daha da aqresivləşmiş, mübahisə edib nalayiq söyüşlərini davam etdirməklə Polis Şöbəsinə aparılacağı təqdirdə nələrsə edəcəyi ilə Zərərçəkmiş şəxs1 hədələməyə başlamış və polis əməkdaşlarının əllərindən qaçıb çıxmaq istədikdə onlar birlikdə Etibar Sədrəddinovu tutub saxlamışlar. Ehtibar polis işçilərinin onu Zərərçəkmiş şəxs1 yaxınlaşmağa qoymadıqlarını görüb polis işçilərinə qarşı da söyüşlər söyərək nələrsə edəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs2 də kənardan söyüşlər söyüb sakit dayanmamış, polis işçilərinin Ehtibarı tutub saxladığını görüb Polis Şöbəsinə aparılacağını bildiyi üçün haradansa şüşə butulkanı götürüb daşa vurub sındırmış, şüşənin sınmış hissəsi ilə öz qolunu kəsib onlardan Ehtibarı buraxmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 Ehtibarın tutulmasında günahkar bilməsi barədə sözlər işlədib polis əməkdaşlarını və Zərərçəkmiş şəxs1 nəzərdə tutan söyüşlər söymüş, hədələr etmişdir. Nəsiri dayandırmaq üçün Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ona yaxınlaşıb Nəsiri tutub saxlamış, Nəsir isə onlara tabe olmayaraq müqavimət göstərib əllərindən çıxmağa, Zərərçəkmiş şəxs1 üzərinə getməyə can ataraq söyüş söyməkdə davam etmiş, orada olan Şəki şəhər sakini Natiq adlı şəxs əli ilə Nəsirin boğaz nahiyəsindən tutub saxlayaraq kənara çəkmişdir. Həmin vaxt parkın ərazisində və kənarda xeyli adam olmuş, durub Ehtibar və Nəsirin hərəkətlərinə baxmışlar. Onlar birlikdə Ehtibarı və Nəsiri «Fiat Doblo» markalı xidməti avtomaşına mindirib Polis Şöbəsinə aparmışlar. Ehtibar və Nəsir öz xoşları ilə sakitləşməmiş və Polis Şöbəsinə getmək istəməmiş, onları tutub saxlayan və maşına mindirib Polis Şöbəsinə aparan zaman müqavimətlər edib, dartınıb, əl, qol, ayaq hərəkətləri ilə onları vuraraq xəsarətlər yetirməyə çalışmış, bəzi zərbələrinin tutarlı dəyməsindən bəzi polis yoldaşları xəsarət almışlar. Ehtibar və Nəsirin həmin xuliqanlıq hərəkətləri təxminən 25-30 dəqiqə davam etmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni və ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXBnün polis nəfəri Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdi ki, o, 04.06.2019-cu ildə, saat 9-da polis nəfəri Zərərçəkmiş şəxs5la birlikdə Şəki şəhərinin 5 saylı maşurutunda, yəni çöl yol-bazar ərazisində xidmətdə olduqları müddətdə, radiostansiya vasitəsi ilə sürücü və polis nəfəri Zərərçəkmiş şəxs3 onlara Şəki şəhərində yerləşən Zərərçəkmiş şəxs9nda dava-dalaş olması barədə məlumat verərək təcili həmin yerə getmələrini və onlara kömək etmələrini bildirmişdir. O, polis nəfəri Zərərçəkmiş şəxs5la birlikdə parka daxil olanda aşağı hissədə təxminən 15-20 nəfər adam toplaşdığını görmüşdür. Onlar ora çatanda polis nəfərləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 hadisə yerində olmuşlar. Adamların toplaşdığı yerə çatanda üzdən tanıdığı Ehtibar və Nəsirin ucadan nalayiq söyüşlər söyərərk səs-küy saldıqlarını eşitmişlər. x3 Əşirovla mübahisə edərək, sonuncunun ünvanına nalayiq söyüşlər söydüklərini, ətrafdakıların da tamaşa etdiklərini görmüşlər. Təqsirləndirilən şəxs1 əlindəki alışqanın dəmirini bir əli ilə digər qoluna dirəyərək yaxın gələcəkləri təqdirdə özünə xəsarət yetirəcəyini dediyini, Samir və Pərvinin isə Ehtibarı tutub saxladıqlarını görmüşlər. Daha sonra onlar da araya girərək Etibarı Zərərçəkmiş şəxs1 tərəf getməməsi üçün tutub saxlamışlar. Təqsirləndirilən şəxs1 polis işçilərinin cox gəldiyini görüb daha da aqresivləşmiş, mübahisə edib nalayiq söyüşlərini davam etdirməklə Polis Şöbəsinə aparılacağı təqdirdə nələrsə edəcəyi ilə Zərərçəkmiş şəxs1 hədələməyə başlamış və polis əməkdaşlarının əllərindən qaçıb çıxmaq istədikdə onlar birlikdə Etibar Sədrəddinovu tutub saxlamışlar. Ehtibar polis işçilərinin onu Zərərçəkmiş şəxs1 yaxınlaşmağa qoymadıqlarını görüb polis işçilərinə qarşı da söyüşlər söyərək nələrsə edəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs2 də kənardan söyüşlər söyüb sakit dayanmamış, polis işçilərinin Ehtibarı tutub saxladığını görüb Polis Şöbəsinə aparılacağını bildiyi üçün haradansa şüşə butulkanı götürüb daşa vurub sındırmış, şüşənin sınmış hissəsi ilə öz qolunu kəsib onlardan Ehtibarı buraxmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 Ehtibarın tutulmasında günahkar bilməsi barədə sözlər işlədib polis əməkdaşlarını və Zərərçəkmiş şəxs1 nəzərdə tutan söyüşlər söymüş, hədələr etmişdir. Nəsiri dayandırmaq üçün Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ona yaxınlaşıb Nəsiri tutub saxlamış, Nəsir isə onlara tabe olmayaraq müqavimət göstərib əllərindən çıxmağa, Zərərçəkmiş şəxs1 üzərinə getməyə can ataraq söyüş söyməkdə davam etmiş, yaxınlıqda olan Şəki şəhər sakini Natiq adlı şəxs əli ilə Nəsirin boğaz nahiyəsindən tutub saxlayaraq kənara çəkmişdir. Həmin vaxt parkın ərazisində və kənarda xeyli adam olmuş, durub Ehtibar və Nəsirin hərəkətlərinə baxmışlar. Polis əməkdaşları birlikdə Ehtibarı və Nəsiri «Fiat Doblo» markalı xidməti avtomaşına mindirib Polis Şöbəsinə aparmışlar. Ehtibar və Nəsir öz xoşları ilə sakitləşməmiş və Polis Şöbəsinə getmək istəməmiş, onları tutub saxlayan və maşına mindirib Polis Şöbəsinə aparan zaman müqavimətlər edib, dartınıb, əl, qol, ayaq hərəkətləri ilə polis əməkdaşlarının hamısını vuraraq xəsarətlər yetirməyə çalışmış, bəzi zərbələrinin tutarlı dəyməsindən bəzi polis əməkdaşları xəsarət almışlar. Ehtibar və Nəsirin həmin xuliqanlıq hərəkətləri təxminən 25-30 dəqiqə davam etmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni və ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi x2 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, Şəki şəhər Zərərçəkmiş şəxs9 direktoru vəzifəsində işləmişdir. Yay mövsümü ilə əlaqədar parka gələn insanlara xidmət göstərmək üçün parkın icərsində kafe açmışdır. Kafedə çay, dondurma pivə və uşaqlar üçün digər ərzaq malları satılmışdır. 04.06.2019-cü ildə, saat 18 radələrində parka gəlmiş, oradakı yay kafesinin qarsışında olan stol və stulun aşmasını və 3 ədəd pivə bakalının sınmasını görmüşdür. O, kafedə işləyən xidmətiçilərdən nə baş verdiyini soruşmuş, Ehtibar və Nəsir adlı şəxslərin kafeyə gələrək onlardan pulsuz pivə və yemək-içmək istədiklərini, xidmətiçi işləyən Təbrizlə və həmin vaxt ora gəlmiş Zərərçəkmiş şəxs1la Ehtibar və Nəsirin mübahisə etdiklərini, səsküy salaraq, Ehtibarın dəmir parçası, Nəsirin isə şüşə sınığı ilə özlərinə xəsarət yetirdiklərini, nalayiq söyüşlər söyüb camaatın istirahətini pozduqlarını, polis əməkdaşlarının gəlib Ehtibarı və Nəsiri Şəki ŞRPŞ-nə apardıqlarını, hadisə vaxtı plastik stul və stol yerə aşsa da sınmadığını, soyuducuya təpik dəysədə ziyanlığın dəymədiyini bildirmişlər. Kafe və kafedə olan əmlaklar parkın balansında olmuş, sınmış pivə bardaqlarının bir ədədi 5 manat olmaqla 3 ədəd pivə bardaqlarına görə kafeyə ümumilikdə 15 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəymiş 15 manat ziyanı ödəmiş, onlardan heç bir şikayət və tələbləri qalmamışdır. O məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 04.06.2019-cu ildə telefon satmaq üçün bazara getmiş, müəyyən vaxt gəzdikdən sonra bazarın mərkəzində yerləşən “Dostluq” kafesinə girib çay sifariş edərək əyləşmişdir. Bir neçə dəqiqədən sonra tanışı Ehtibar gəlib yanında əyləşmiş, ondan, hansı spirtli içkidən içmək istədiyini soruşmuşdur. O fərqi olmadığını, hansından olsa içə biləcəyini demişdir. Ehtibar özünə araq, ona isə bir bardaq piyvə sifariş etmiş və hesabı özü ödəyəcəyini qeyd etmişdir. Ehtibar araq içdikdən sonra əlavə bir bardaq piyvə də sifariş vermiş, telefon almaq istəyən müştəri gəldiyi üçün o, qalxıb başqa masa arxasında əyləşmiş və kafedə müştəri ilə söhbətdən sonra gedib bazarı gəzmişdir. Ehtibarın nə vaxt kafedən getməsini görməmişdir. Bir müddətdən sonra o, bazarın yuxarı hissəsində yerləşən M.F.Axundov adına parka getmiş, orada tanışları Ehtibar ilə Nəsirin əyləşdiklərini görmüş, yaxınlaşıb onlarla bir masa arxasında oturmuşdur. Ehtibar, kafedə xidmətçi işləyən oğlanın hansısa hərəkətinə irad bildirib mübahisə etmiş, sonra isə öz yüngül təbii ehtiyacını ödəmək üçün parkın ağaclıq hissəsinə keçmişdir. Eyni zamanda oradan Nəsirlə ucadan yüksək səslə danışmaqda davam etmişdir. Şəki şəhər Kommunal Təsərrüfatı Birliyinin müdiri Zərərçəkmiş şəxs1 onlara yaxınlaşıb hərəkətlərinə irad bildirmiş, aralarında mübahisə yaranmışdır. Həmin vaxt oradan keçən polis əməkdaşları da onlara yaxınlaşmış, Nəsir və Ehtibar polis əməkdaşlarını Zərərçəkmiş şəxs1 onları tutdurmaq üçün dəvət etdiyini fikirləşdiyinə görə mübahisə bir qədər də şiddətlənmiş, nalayiq söyüşlər söymüşlər. Polis əməkdaşları tərəfindən aparılacaqlarını bildikdə Nəsir etiraz əlaməti olaraq yaxınlıqda olan şüşə butulkanı qıraraq şüşə qırığı ilə öz qolunu kəsmşdir. Polis əməkdaşları Nəsiri dayandırmaq üçün yaxınlaşan zaman Nəsir daha da əsəbləşib şüşə qırığı ilə öz boynunu kəsmək istədikdə o, bunun qarşısını almaq üçün Nəsirin hər iki əlindən tutaraq saxlamışdır. Nəsir bütün bunlarda Zərərçəkmiş şəxs1 günahkar bildiyindən ünvanına nalayiq söyüşlər söyməyə davam edərək Zərərçəkmiş şəxs1 hədələmişdir. O, Nəsirin özünə xəsarət etməməsi üçün çalışdığından Ehtibarın hərəkətlərinə fikir verə bilməmiş, lakin Ehtibarın uca səslə kiminləsə mübahisə etməsini eşitmişdir. Polis əməkdaşları Nəsiri tutub xidməti avtomobilə mindirib aparmışlar. Bundan başqa polis əməkdaşları hadisə yerində olan şəxsləri və onun özünü də polis şöbəsinə dəvət etmişlər. Ehtibar və Nəsir mübahisə edib, söyüşlər söyərək hədə-qorxu gəlsələrdə, özlərindən başqa kiməsə xəsarət yetirməyə cəhd etməmişlər. Hadisə zamanı orada Zərərçəkmiş şəxs1, kafeni işlədən şəxslər, Ehtibar, Nəsir, parka istirahətə gəlmiş tanımadığı bir çox insanlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 04.06.2019-cu ildə gəzmək üçün Şəki şəhərində yerləşən Zərərçəkmiş şəxs9na getmişdir. Parkda sərin su satan qohumuna kömək edərkən saat 17 radələrində Ehtibar adlı şəxs yaxınlaşıb “Qo” içkisinin pulunu vermiş və aldığı içkini əyləşdiyi masaya aparıb qoymasını istəmişdir. O həmin içkini aparıb Ehtibarın əyləşdiyi masaya qoymuş, qayıdarkən Ehtibar ondan içkinin hara apardığını soruşmuş, o, əyləşdiyi masaya qoyduğunu bildirmişdir. Ehtibar içikini gətirib ona verməsini tələb etmiş, o geri qayıdıb içkini gətirib Ehtibara vermişdir. Ehtibar sərxoş olmuş, lakin onun ünvanına nalayiq ifadələr işlətməmiş, onu vurmamış və ya vurmağa cəhd etməmişdir. Buna baxmayaraq o Ehtibardan kənar olmaq məqsədilə kafenin həyətində qoyulmuş stulların birində əyləşmişdir. Ehtibar öz yüngül təbii ehtiyacını ödəmək üçün parkın içərisindəki ağaclığa tərəf getmiş, orada yoldaşı Nəsirlə yüksək səslə danışmağa başlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs1 onlara yaxınlaşıb Ehtibardan nə səbəbdən adamların istirahətinə mane olmalarını soruşanda, Ehtibar yaxşı etdiyini demişdir. Səs-küyə oradan keçən polis əməkdaşları gələrək onları nizam-intizama dəvət etmiş, Ehtibar polis əməkdaşlarını Zərərçəkmiş şəxs1 çağırdığını zənn edərək daha da aqresivləşmişdir. Polis əməkdaşları Ehtibarı tutmaq istəyəndə sonuncu qaçmağa cəhd etmiş, lakin polis işçiləri Ehtibarı tutub saxlamışlar. Polis əməkdaşlarını görən Nəsir polis əməkdaşlarının kənarlaşması üçün əlində olan şüşə parçası ilə biləyini kəsmiş, polis şöbəsinə aparılmasına etirazını bildirmişdir. Yaranmış səs-küyə ora digər polis işçiləri də gəlmiş, birlikdə Ehtibarı və Nəsiri tutub xidməti avtomobilə mindirib aparmışlar. Sonra polis əməkdaşları orada olub hadisəni görən və parka istirahətə gələn bir çox tanımadığı şəxsləri polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 04.06.2019-cu ildə günortadan sonra Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən tikinti materialları mağazasına getmiş, mağazanın üst tərəfində yerləşən çayxanada tanışı Sərxanı görüb onunla bir neçə dəqiqə söhbət etmiş, mişar daşı almağa kömək etməsi üçün Sərxan da onunla getmişdir. Saat 17 radələrində mağazanın qarşısına çatanda yolun sol kənarında yerləşən M.F.Axundov adına parkın içərisində səs-küy eşidib nə olduğunu bilmək üçün parka yaxınlaşmışlar. Parkın kənarı ağaclıq olduğu üçün parkın içərisində kimlərin səs-küy saldığını görə bilməmişlər. Sonra o, Sərxana bir az qabağa getmələrini təklif etmiş, yolu keçib parkın giriş qapısının yanına yaxınlaşmışlar. Orada adamlar çox olduğundan Sərxandan ayrılmış, baxmaq üçün bir qədər qabağa getmiş, səsküyün nə olduğunu, yaranma səbəbini bilməmiş polis əməkdaşları onun da hadisə ilə əlaqəsi olduğunu zənn edib xidməti polis maşınlarına mindirmişlər. Xidməti polis avtomobilinin barmaqlıqlar olan hissəsində Təqsirləndirilən şəxs1, özünün mindirildiyi yerdə isə Təqsirləndirilən şəxs2 olduğunu görmüşdür. Onların hansı formada kimlər tərəfindən avtomobilə mindirilməsindən də xəbəri olmamışdır. Avtomobilə əyləşəndə Nəsirin tam özündə olmadığını görüb 1-2 yüngül şillə vuraraq onu ayıtmağa çalışmış, Nəsirinin üzərində qan ləkələri olmuş, lakin hansı səbəbdən, necə yaranmasını bilməmişdir. O digər şəxslərlə birlikdə Polis Şöbəsinə aparılmış, izahatı alındıqdan sonra buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 vəŞahid6 ifadələrində Şahid5 ilə eyni məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdi ki, o, Şəki şəhərində Zərərçəkmiş şəxs9nda yerləşən kafedə xidmətçi işləmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə heç bir düşmənçiliyi, ədavəti və qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs2 hadisədən bir neçə gün əvvəl bir neçə şəxslə çayxanaya gəlib çay içib hesabı ödəmədən çıxıb getmişdir. 03.06.2019-cu ildə, günorta saatlarında kafedə olduğu vaxt Nəsir tanımadığı 3 nəfər şəxslə gəlib kafedə oturmuş, Nəsir pivə, saçaqlı pendir və cipsi sifariş vermiş, o da verilən sifarişi yerinə yetirmiş, lakin neçə bardaq pivə içdikləri yadında qalmamışdır. Sonda o, Nəsirə ümumi hesabı demiş, Nəsir pulu olmadığını, hesabı sabah verəcəyini bildirmiş, o Nəsirə bu barədə müdriyyətə deməsini xahiş etmişdir. Kafeni işlədən Hafis yaxınlaşıb danışdıqdan sonra Nəsirlə razılaşmışlar. 04.06.2019-cu ildə, saat 17:30 radələrində o, kafedə olduğu vaxt Ehtibar, Nəsir və Natiq sərxoş vəziyyətdə kafeyə gəlmiş, Ehtibar bir əlində daş, digər əlində isə mobil telefonla kiminləsə danışmışdır. Ehtibar əvvəl yaxınlaşıb ona qarşı nalayiq ifadə işlədərək, söz atmış, o Ehtibara söyüşlə danışmamasını xahiş edib, nə istəyirsə gətirib verəcəyini demişdir. Ehtibar kafedə olan soyuducu vitrinə təpik və soyuducuya əlində olan daş ilə vurub sonra kafedə qoyulmuş stollara yaxınlaşmışdır. Ehtibar onun qarşısında dayanıb sifətinə baxmış, o, Ehtibardan nə lazım olduğunu soruşanda sonuncu onun ünvanına nalayiq ifadələr işlədərək “nəyə baxırsan” deyərək cavab vermişdir. O, yenə də Ehtibara, söyüş söyməməsini, nə lazımdırsa gətirməsini demiş, Ehtibar da ona, dörd bardaq piyvə və çay gətirməsini demişdir. O, Ehtibarın sifarişi əsasında gedib dörd bardaq piyvə və çay gətirib stolun üstünə qoymuşdur. Sonra Ehtibar piyvə və çayı geri qaytarmışdır. O, pivəni götürüb geri qaytaranda Nəsir və Natiq çayı içməyə başladıqları üçün çay qalmış, pivələri isə geri qaytarmış və mübahisədən uzaq olmaq üçün kənardakı stulda əyləşmişdir. Sonra Ehtibar yaxınlıqda dayanmış Təbrizə yaxınlaşıb «Qo» içikisi alıb, həmin içikini aparıb oturduğu stola qoymasını demişdir. Təbriz içikini qeyd olunan stola qoyub qayıtmış, Ehtibar nalayiq ifadə işlədərək suyu hara aparıb qoyduğunu Təbrizdən soruşmuşdur. Təbriz suyu oturduqları stola qoyduğunu bildirmiş, Ehtibar gətirib özünə verməsini tələb etdiyindən Təbriz suyu gətirib Ehtibara vermişdir. Ehtibar mübahisə edəedə kafedən təxminən 15-20 metr aralıda yerləşən ağaclığa tərəf getmiş, az sonra ora Zərərçəkmiş şəxs1, arxasınca da polis əməkdaşları gəlmişlər. Ehtibar Zərərçəkmiş şəxs1 və Polis işçilərini görüb Zərərçəkmiş şəxs1 qarşı nalayiq söyüşlər söyərək alışqanın başlığındakı dəmir hissəsini açıb boğazına dirəyib yaxın gələcəkləri təqdirdə özünü kəsəcəyini bildirmişdir. Polis əməkdaşları Ehtibarı tutub saxlamışlar. Ehtibarla gəlmiş Nəsir də kənardan şüşə butulkanı götürüb daşa vurub sındırmış, şüşənin kəsiyi ilə qolunu kəsib Zərərçəkmiş şəxs1 qarşı söyüş söyməyə başlamışdır. Ehtibar Polis işçilərinin əlindən çıxıb qaçmaq istəmiş, Polis işçiləri yenə də Ehtibarı tutub saxlamışlar. Oraya gəlmiş digər Polis işçiləri Nəsiri də tutub saxlamışdır. Polis işçiləri çətinliklə Nəsiri və Ehtibarı xidməti avtomaşına mindirib aparmışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da, sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş; Məhkəmə-Tibbi Ekspertiza və x7 Təcrübi və Tədris birliyinin Şəki rayon şöbəsinin 06 iyun 2019-cu il tarixli, 225 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər – sol böyrəyin qapalı travması, periton arxası sahəsinin hematoması, sağ göz ətarfı sahənin hematoması, sağ alın-gicgah nahiyəsinin travmatik şişkinliyi, sağ və sol qulaq seyvanlarının, sol bazu, sağ və sol dirsək, boynun sağ yarısının, sol bel-qalça darağı nahiyəsinin sıyrılmış yaraları, sol ayaq pəncəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdilər, müddəti zərərçəkmişin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 04.06.2019-cu il tarixinə uyğundur, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və xəsarətlərin ağırlıq dərəcənin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya və ya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub-olmaması xəstənin stasionar müalicəsi bitdikdən, tibbi sənədlər təqdim olunduqdan və təkrarı məhkəmə-tibbi müayinə aparıldıqdan sonra məlum olacaqdır. (İ cild iş.v 210-212) Məhkəmə-Tibbi Ekspertiza və x7 Təcrübi və Tədris birliyinin Şəki rayon şöbəsinin 24 iyun 2019-cu il tarixli, 225/07 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər – sol böyrəyin qapalı travması, periton arxası sahəsinin hematoması, sağ göz ətarfı sahənin hematoması, sağ alın-gicgah nahiyəsinin travmatik şişkinliyi, sağ və sol qulaq seyvanlarının, sol bazu, sağ və sol dirsək, boynun sağ yarısının, sol bel-qalça darağı nahiyəsinin sıyrılmış yaraları, sol ayaq pəncəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdilər, müddəti zərərçəkmişin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 04.06.2019-cu il tarixinə uyğundur, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və xəsarətlərin ağırlıq dərəcəsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İİ cild iş.v 202-204) Məhkəmə-Tibbi Ekspertiza və x7 Təcrübi və Tədris birliyinin Şəki rayon şöbəsinin 11 iyun 2019-cu il tarixli, 231 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- sağ bazunun və sağ dirsəyin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, müddəti qərarda qeyd edilən 04.06.2019-cu il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs1 barəsində olan xəsarətlər onu saxlamaq istəyən şəxslərə qarşı müqavimət göstərən zaman əmələ gəlməsi mümkündür. (İİ cild iş.v 123-124) Məhkəmə-Tibbi Ekspertiza və x7 Təcrübi və Tədris birliyinin Şəki rayon şöbəsinin 11 iyun 2019-cu il tarixli, 232 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər - sağ saidin kəsilmiş yarası iti kəsici kənara malik əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən şəraitdə sınmış şüşə parçasının təsirindən əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkmişin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 04.06.2019-cu il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İİ cild iş.v 125-126) Məhkəmə-Tibbi Ekspertiza və x7 Təcrübi və Tədris birliyinin Şəki rayon şöbəsinin 11 iyun 2019-cu il tarixli, 240 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- sol çiyin qurşağı, sol İİİ əl barmağı və sol baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, müddəti qərarda qeyd edilən 04.06.2019-cu il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (İİ cild iş.v 127- 128) Məhkəmə-Tibbi Ekspertiza və x7 Təcrübi və Tədris birliyinin Şəki rayon şöbəsinin 11 iyun 2019-cu il tarixli, 241 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- sağ saidin iç səthində, sağ əlin İİ barmağının ovuc səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, müddəti qərarda qeyd edilən 04.06.2019-cu il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (İİ cild iş.v 129- 130) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 20.06.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. (İİ cild iş.v 75-76) Şəki şəhər “Çələbixan” məhəllə nümayəndəsinin 08.07.2019-cu il tarixli, 122 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağı var. (İİ cild iş.v 110) Şəki şəhər “Çələbixan” məhəllə nümayəndəsinin 08.07.2019-cu il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild iş.v 111) Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının 12.07.2019-cu il tarixli, 362 nömrəli məktubundan görünür ki, Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 və Şəki rayon İnçə kənd sakini Təqsirləndirilən şəxs2 Şəki rayonlararası psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İİ cild iş.v 174). Şəki Narkoloji şöbədən daxil olmuş 13.07.2019-cu il tarixli, 267 nömrəli məktubdan görünür ki, Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 və Şəki rayon İnçə kənd sakini Təqsirləndirilən şəxs2 Şəki Narkoloji şöbədə qeydiyyatda yoxdur. (İİ cild iş.v 175). Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 20.06.2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (İİ cild iş.v 74) Şəki şəhər İHB-nın İnçə kənd İcra Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİİ cild iş.v 57) M.F.Axundov adına Şəki şəhər Mədəniyyət və İstirahət Parkının 29.06.2020-ci il tarixli, 01 nömrəli məktubundan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş 15 manat ziyan tam şəkildə ödənilmişdir, onlardan heç bir şikayət və tələbləri qalmamışdır. 05 iyun 2019-cu il tarixli, 915 qeydiyyat nömrəli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş.v 77-78) 05 iyun 2019-cu il tarixli, 933 qeydiyyat nömrəli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş.v 108-109) Şəki Rayon Məhkəməsinin 06 iyun 2019-cu il tarixli, 4(075)-24/2019 saylı qərarından görünür ki, CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmiş, seçilməsindən imtina edilmişdir. (İ cild iş.v 238-240) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2019-cu il tarixli, 4(107)-49/2019 saylı qərarından görünür ki, CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Şəki Rayon Məhkəməsinin 06 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs1 barəsində iki ay iyirmi dörd gün müddətə həbs qətimkan tədbiri seçilmiş, o məhkəmə iclas zalından həbs edilmiş, həbs edilməsinin əvvəli tutulduğu gündən, yəni 10 iyun 2019-cu il, həbsetmənin sonu 04 sentyabr 2019-cu il hesab edilmişdir. (İİ cild iş.v 50-52) Şəki Rayon Məhkəməsinin 06 iyun 2019-cu il tarixli, 4(075)-25/2019 saylı qərarından görünür ki, CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmiş, seçilməsindən imtina edilmişdir. (İİ cild iş.v 14-16) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2019-cu il tarixli, 4(107)-50/2019 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilməmiş CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Şəki Rayon Məhkəməsinin 06 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (İİ cild iş.v 55-58) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 4(107)-53/2019 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən imtina edilməsinə dair Şəki Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (İİ cild iş.v 86-88) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2019-cu il tarixli, 4(107)-64/2019 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən imtina edilməsinə dair Şəki Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (İİ cild iş.v 195-197) Şəki Rayon Məhkəməsinin 31 avqust 2019-cu il tarixli, 4(075)-42/2019 saylı qərarından görünür ki, CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddəti 02 ay müddətinə yəni, əvvəli 04 sentyabr 2019cu il tarixdən hesablanmaqla 04 noyabr 2019-cu il tarixədək uzadılmışdır. (İİİ cild iş.v 144- 146) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli, 4(107)-81/2019 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, CMnin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılmasına dair Şəki Rayon Məhkəməsinin 31 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin uzadılması haqqında təqdimat təmin edilməmişdir. (İİİ cild iş.v 147-151) Göründüyü kimi təqsirləndirilən şəxslərə verilən ittihamda onların əlbir olmaları, kafedə soyuducuya təpiklə və daşla vurulması, xidmətçiyə qarşı nalayiq hərəkətlər edilməsi, söyüşlər söyülməsi, 3 ədəd pivə bakalının sındırılması ilə əmlak ziyanı vurulması, parkın agaclıq hissəsinə yüngül təbii ehtiyacını təmin etməsi, xuliqanlıq hərəkətlərini müvafiq olaraq silah qismində istifadə edilən alışqanın dəmir hissəsi və şüşə qırığı ilə xəsarət yetirməklə hədələmək üçün Zərərçəkmiş şəxs1 hücum edilməsi, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşlarına müqavimət göstərməklə törətmələri kimi əsaslandırilmışdır. Məhkəmə qeyd edir ki, ittihamın təqsirləndirilən şəxslərin silah qismində istifadə edilən alışqanın dəmir hissəsi və şüşə qırığı ilə xəsarət yetirmək və bunlarla hədələmək üçün Zərərçəkmiş şəxs1 hücum edilməsi halı təsdiqini tapmır və sübuta yetirilməmişdir. Belə ki, təqsirləndirilən şəxslər bunu birmənalı inkar etməklə yanaşı, iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb üzərinə silah qismində əşya hesab edilən alətlə hücum edilməsi iddia edilən Zərərçəkmiş şəxs1 da təqsirləndirilən şəxslərin silah qismində istifadə edilən əşya ilə ona hücum edilməsini polis əməkdaşları onları tutub saxlayandan sonra dartınmalarına görə dediyini bildirmiş, bu hücumun, xəsarət yetirilmənin real olmadığını, polis əməkdaşlarının saxlaması vəziyyətində mümkünsüzlüyünü, yalnız sözlə ifadə olunmasını bildirmişdir. Eyni zamanda cinayət işinin faktiki hallarından, ibtidai və məhkəmə istintaqı zamanı verilmiş ifadələrdən görünür ki, təqsirləndirilən şəxslər polis əməkdaşları ora gələndən sonra, tutulub Polis Şöbəsinə aparılacaqlarını bildikləri üçün aqresivləşib bu halın Zərərçəkmiş şəxs1 tərəfindən yaradılmasını düşünərək Polis Şöbəsinə aparılmamaları üçün etiraz əlaməti olaraq çırpınıb əldən çıxmaq, müqavimət göstərmək hərəkətləri etmişlər. Onlar özlərini ətrafdakıların gözündə müstəsna şəxslər olduqlarını, digərlərindən fərqləndiklərini göstərmək üçün heç kimin onlara irad tutmaq, tutub aparmaq, məsuliyyətə cəlb etmək imkanının olmadığını göstərmək istəmiş, müqavimət göstərmə hərəkətləri başlanmış xuliqanlıq hərəkətlərinin davamı kmi baş vermişdir. Onlar CM-nın 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq hərəkətlərini Zərərçəkmiş şəxs1, polis əməkdaşlarına və ya qeyrisinə qarşı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törətməmiş, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmamışdır. İbtidai və məhkəmə istintaqı ilə sübut olunmuşdur ki, təqsirləndirilən şəxslər Polis Şöbəsinə aparılmamaları üçün etiraz əlaməti olaraq özlərinə xəsarət yetirəcəkləri və yetirməklə hədələmişlər. Bu hərəkətlər isə zərərçəkmişə zor tətbiq etmə, əmlakını məhv etmə və zədələmə anlamına gəlmir. Eyni zamanda polis əməkdaşlarının təqsirləndirilən şəxsləri saxladığı vəziyyətdə əllərindən çıxmağa cəhd etmələri real xəsarət yetirmə və ya real hədə kimi qəbul oluna bilməz. Bu hallar, silah qismində istifadə edilən əşyalarla real hədələmə hərəkətləri olmamaqla CM-nın 221.3-cü maddəsinin tərkibini yaratmır. İbtidai istintaq materiallarından görünür ki, ibtidai istintaqın sübut etdiyi həmin hallarda da təqsirləndirilən şəxslərin hər ikisinin hərəkətləri polis əməkdaşları hadisə yerinə gəlib onları aparmaq üçün tutub saxlayandan sonra başlamışdır. Həmin halın həqiqiliyi isə mübahisə doğurmamışdır. Belə vəziyyətdə, yəni polis əməkdaşları tərəfindən tutulub saxlanmış təqsirləndirilən şəxslərin silah qismində istifadə edilən əşya ilə hədələmə hərəkətləri reallığı əks etdirmir, eyni zamanda işin fakti halları və iş üzrə zərəçəkmiş şəxslər kimi tanınanlardan başqa qeyriləri, şahidlərin ifadələri ilə təkzib edilir, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 Polis Şöbəsinə aparılmamaları üçün özünə xəsarət yetirmək istəməsi və yetirməsi təsdiqini tapır. Ona görə də, istintaq orqanı özünün bu vəziyyətdə sərbəst topladığı iş materiallarına düzgün qiymət verməyib, təqsirləndirilən şəxslərin əməlini xuliqanlığın silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilməsi kimi qiymətləndirməsi düzgün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi KonstitusiyaMəhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq əməlinin bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsi, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməsi CM-in 221.2-ci maddəsi ilə tövsif olunur. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu silah və silah qismində istifadə edilən əşyaların anlayışına və onların tətbiqi məsələsinə aydınlıq gətirilmiş, lakin həmin hallar hazırki işin mübahisə predimeti deyildir. Burada silah qismində istifadə edilən əşyaları tətbiq etmə halının mövcudluğu mübahisə doğurmuş, məhkəmə bu mübahisəni verilmiş ittihamla əlaqəli təhlil edərək, şübhənin əsaslı olduğu qənaətindədir. Belə ki, qeyd olunan Plenum qərarında göstərilir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Eyni zamanda, silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin CM-in 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və ya tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Göründüyü kimi hazırki cinayət işinin hallarında silah qismində istifadə edildiyi iddia edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulması üçün real təhlükə yarandığı hallar olmamış, həmin əşyaların real tətbiqinə imkan olmadan onu tətbiq edəcəyi ilə sözlə şifahi hədələmə isə CM-nın 221.3-cü maddəsi ilə olan ittihamı istisna edir. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 baş vermiş hadisəni bir qrup şəxs şəklində törətmələri və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törətdikləri barədə eyni fikrə gəlmək olmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2bir qrup şəxs şəklində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətləri 3 ədəd pivə bardağını sındırıb məhv etməklə zərərçəkmiş şəxsin əmlakına 15 manat maddi ziyan vurması, davam edən hərəkətlərinin qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşlarına müqavimət göstərərək Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 dərəcəsi təyin edəlməyən bədən xəsarətləri yetirmək kimi əməlləri düzgün olaraq xuliqanlıq kimi qiymətləndirilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələri ilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xuliqanlıqla tövsif edilmiş hərəkətlərini təhlil edərək qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin əməli ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərlə ifadə olunmuşdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23.03.2004-cü il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri tam subuta yetir. Məhkəmə istintaqında tədqiq edilənlərə və iş materiallarında olan sübutlara əsaslanan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq cinayətini nəzərdə tutan maddənin dispozisiyasında, əməldə üç əsas konponentin birlikdə mövcudluğunun zəruriliyi nəzərdə tutulmuşdur. Hazırki cinayət hadisəsi üzrə təqsirləndirilən şəxslərin əməlləri ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin bir qrup şəxs tərəfindən, eyni zamanda hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşlarına müqavimət göstərməklə törədilməsindən ibarətdir ki, bunlar da qeyd olunanlarla tam təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 №-li, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydada dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs şəklində, 04 iyun 2019-ci ildə, saat 17 radələrində ictimai yer hesab edilən Şəki şəhəri Sabit Rəhman küçəsində yerləşən Zərərçəkmiş şəxs9ndakı kafedə, sərxoş vəziyyətdə, kənar şəxslərin gözü qarşısnda, ətrafdakılara saymazyana münasibət bəsləyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və əmlakın qəsdən məhv edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verərək, ucadan nalayiq söyüşlər söyərək heç bir səbəb olmadan ucadan nalayiq ifadələr işlədib əvvəlcə kafedə olansoyuducuya daşla, soyuducu vitirinə isə təpik zərbəsi vursa da əmlak ziyanı vuran həddə zədələməmiş, kafenin qarşı tərəfində qoyulmuş stul və stolu təpiklə vurub aşıraraq üstündə olan 3 ədəd pivə bardaqlarını sındırmaqla kafeyə ümumlikdə 15 manat məbləğində ziyan vurmuş, sonra heç bir səbəb olmadan söyüş söymüş, kafedən bir qədər kənarda yerləşən ağaclığa tərəf gedib, istirahət edən və yolla ötüşən insanlara məhəl qoymayaraq öz yüngül təbbi ehtiyacını ödəyən zaman, hadisə yerinə gəlmiş ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxs hesab olunan Şəki şəhər Kommunal Təsərrüffat İstehsalat Birliyinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 irad bildirib xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən zaman, öz xuliqanlıq hərəkətlərini davam etdirərək sonuncunu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, hadisə yerinə gəlmiş polis əməkdaşlarının onları Polis Şöbəsinə aparacaqlarını bildikdə özlərinə xəsarət yetirəcəkləri ilə hədələmiş, Təqsirləndirilən şəxs2 şüşə sınığı ilə öz qolunu kəsərək xəsarətləndirmiş, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən Şəki Şəhər-Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs3, SüleymanovPərvin Oruc oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 onların xuliqanlıq hərəkətlərinin qarşısını alan zaman əlləri və ayaqları ilə vurub fiziki güc tətbiq etməklə müqavimət göstərərək, Zərərçəkmiş şəxs6 sol çiyin qurşağı, sol üçüncü əl barmağı və sol baldır nahiyələrinin sıyrıqları, Zərərçəkmiş şəxs4 sağ saidin iç səthində və sağ əlin ikinci barmağının ovuc səthinin qançırları ilə nəticələnən zor tətbiq edərək, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qəsdən qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nın 221.3-cü maddəsindən 221.2.1 və 221.2.2-ci maddələrinə tövsif edilməklə, onlara əməllərinin tövsif olunduğu CM-nin 221.2.1 və 221.2.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada və həddə cəza təyin edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşimançılıq çəkməsini, vurulmuş 15 manat maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi üçün səylər göstərməsini cəzasını yüngülləşdirən hallar kimi, əməlində cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşimançılıq çəkməsini, vurulmuş 15 manat maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi üçün səylər göstərməsini cəzasını yüngülləşdirən hallar kimi, əməlində cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. CM-nin 221.2.1 və 221.2.2-ci maddəsinin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində 3 azyaşlı uşağının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə aradan qaldırılmasıdır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs1 təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailənin yeganə qazanc gətirəni olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə səylər göstərməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə aradan qaldırılmasıdır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs2 təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə səylər göstərməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilibedilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-ci il tarixli 1 saylı Plenum qərarının 13-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hal olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edərkən, CM-nin 221.1 və 221.2 maddələrin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. CPM-nin 10.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıyır. CM-nin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Xuliqanlıq işlər üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 13-cü bəndinin məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi - yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsincəzasını yüngülləşdirən hallar qiymətləndirilməli, həmin halların məcmusu təyin ediləcək cəzanın növü və həddinin seçilməsində nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının seçilməsi üçün əsaslar görmür, təqsirləndirilən şəxslərin şəxsiyyətləri, onları səciyyələndirən hallar kimi əvvəllər cinayət əməlləri törətmələri, barışdıqlarına görə xitam edilsə də hazırda törətdikləri cinayət hadisəsindən bir neçə saat əvvəl yenə də Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarətləri yetirmələri, bu kimi davranışları ilə onları səciyyələndirən hallar ən yüngül cəza növü olan islah işləri cəzasının cəzanın məqsədlərini təmin edəcəyinə yetərli hesab etmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən, onların təqsirləndiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulmasını nəzərə alaraq və eyni zamanda cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, iş üzrə vurulmuş 15 manat maddi ziyanı tam ödəmələrini, zərərçəkmiş şəxslərlə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsi və barışıq əldə etməyə səylər göstərmələrini, yuxarıda qeyd edilən şəxsiyyətlərini səciyyələndirən halları diqqətdə saxlayaraq cəza təyin etmənin ümumi əsasları baxımından belə nəticəyə gəlir ki, onlara, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi tam əsaslıdır və bu cəzanın məqsədini təmin edə bilər. Məhkəmə, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən də, yuxarıda sadalanan diqqətəlayiq halların mühüm əhəmiyyətlərini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 05.06.2019-cu ildən 06.06.2019-cu ilədək, 10.06.2019-cu ildən 05.09.2019-cu ilədək həbsdə qaldığı cəmi 2 ay, 28 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 05.06.2019-cu il tarixdən barəsində polis nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarın qəbul edildiyi 06.06.2019-cu il tarixədək həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Şəki Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 1(075)-06/2020 saylı qərarı ilə cinayət işinə Təqsirləndirilən şəxs1 Azərbayan Respublikası CM-nin 32.3, 128-ci maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair hissədə xitam verilməsi nəzərə alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış bir ədəd şüşə qırığı və bir ədəd alışqanın başlığı məhv edilməlidir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353,356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən 221.2.1 və 221.2.2-ci maddəsinə tövsif edilsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 05.06.2019-cu il tarixdən 06.06.2019-cu il tarixədək, 10 iyun 2019-cu il tarixdən 05.09.2019-cu il tarixədək həbsdə qaldığı cəmi 2 ay, 28 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 5 ay 26 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il, 6 ay, 4 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 1 il, 6 ay, 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən 221.2.1 və 221.2.2-ci maddəsinə tövsif edilsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 05.06.2019-cu il tarixdən 06.06.2019-cu il tarixədək həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cinayət işinin Təqsirləndirilən şəxs1 Azərbayan Respublikası Cinayət Məcəlləsinin 32.3, 128-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair hissəsinə barələrində Şəki Rayon Məhkəməsinin 29 iyun 2020ci il tarixli, 1(075)-06/2020 saylı qərarı ilə xitam verilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki Şəhər Rayon Polis Şöbəsində saxlanılan bir ədəd şüşə qırığı və bir ədəd alışqanın dəmir başlığı məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-6/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-6/2020
29.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver