Məhkəmə qərarları › İş №1(075)-6/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-6/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-6/2021 04.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2-ci maddəsi, xx.xx.1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3ci məhəllə 124 nömrəli evin 75 nömrəli mənzilində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi, xx.xx.1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs2 qəsdən, vahid niyyətlə istintaqa məlum olmayan mənbədən, tamah niyyəti və satış məqsədilə şəxsi istehlak miqarından artıq miqdarda bir ədəd kibrit qutusunda yəni, 6.09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində həmin bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Şəki şəhəri, Ə.Sadıqov küçəsi, 6 nömrəli evin yaxınlığında qanunsuz olaraq 60 manata tanışı Təqsirləndirilən şəxs3 satmış, sonuncu narkotik vasitəni aldıqdan sonra üzərindən bir hissəsini götürüb siqaret giləsinə doldurub çəkdikdə, aldığı narkotik vasitə olan marixuananın keyfiyyəti aşağı olduğu üçün geri qaytarmaq qərarına gəlmiş və bir gün həmin narkotik vasitəni özündə saxladıqdan sonra xx xxxxx 2020-ci il tarixdə bir ədəd kibrit qutusunda 6.09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 qaytarmış, bundan sonra Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 geri qaytardığı həmin narkotik vasitə olan marixuananı vahid niyyətlə xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində Şəki şəhəri, Ə.Sadıqov küçəsi, 6 nömrəli evin yaxınlığında qanunsuz olaraq digər tanışı Təqsirləndirilən şəxs1 40 manata satmışdır. Eyni zamanda ibtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs1 qəsdən xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində Şəki şəhəri, Ə.Sadıqov küçəsi, 6 nömrəli evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda təmiz çəkisi 6.09 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 40 (qırx) manata alıb əldə etdikdən sonra üzərində saxlayaraq daşımış, göstərilən tarixdə saat 13:30 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Təqsirləndirilən şəxs2 əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd kibrit qutusunda 6,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdur. Bundan başqa ibtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs3 qəsdən xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində Şəki şəhəri, Ə.Sadıqov küçəsində yerləşən 6 saylı evin qarşısında tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 6.09 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 60 (altmış) manata alıb əldə etdikdən sonra həmin narkotik vasitənin üzərindən bir hissəsini götürüb bir ədəd siqaret giləsinə doldurub sonuncunun yanında həmin yerdə mağazanın yan tərəfində çəkmiş və aldığı narkotik vasitə olan marixuananın kefiyyətsiz olduğu üçün geri qaytarmaq qərarına gəlmiş və bir gün həmin narkotik vasitə olan marixuananı üzərində saxlayaraq daşımış, xx xxxxx 2020ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanın qarşısında qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd kibrit qutusunda 6,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 qaytarmışdır. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, xx xxxxx 2020-ci ildə saat 13 radələrində evlərinə lazım olan ərzaqları almaq üçün smslə icazə alıb küçəyə çıxmış, «Şəki Xansarayı» qalasının qarşısındakı marketə gedib lazım olan ərzaqları alıb evə qayıtmışdır. Ərzaqları evə qoyandan sonra sms icazədən vaxtı qaldığı üçün evdən çıxıb M.F.Axundovun ev muzeyi istiqamətinə gedib muzeyin qarşısında dayanmış, dayandığı yerin qarşı tərəfində Uşaq xəstəxanasının kənarına çəkilmiş daş hasarın döngə hissəsində divarın oyuğunda bir kibrit qutusu görmüşdür. Marağını cəlb etdiyi üçün kibrit qutusunu götürmüş, açıb baxanda içərisində göy rəngli bitki qurusu olduğunu görmüş və narkotik vasitə olduğunu bilmişdir. Kibrit qutusunu götürüb cibinə qoyub evlərinin qarşısına gətirmiş, evlərinin qarşısındakı elektrik dirəyinin altında gizlətmişdir. Evdə olan zaman tanışı Şəki şəhər sakini Təqsirləndirilən şəxs3 ona zəng vurub Bakı şəhərindən Şəki şəhərinə evlərinə gəldiyini demiş, çəkmək üçün nəşə tapmasını xahiş etmiş, o da, Şəki şəhərinə çatanda ona zəng etməsini Elnura bildirmişdir. Həmin gün Elnur ona zəng vurmamış, səhəri gün saat 12-13 radələrində Elnur istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** mobil nömrəli telefonuna zəng vurub nəşə tapıb-tapmamasını soruşmuş, o da Elnura gəlməsini demişdir. Bir az sonra Elnurun qısa zəngi ilə evdən çıxmış, yaşadığı evin yaxınlığındakı işləməyən mağazanın qarşısında Elnurun dayandığını görmüşdür. Elnura yaxınlaşıb salamlaşmış, söhbət zamanı Elnur ondan nəşə tapıb-tapmadığını soruşmuş, o tapdığını bildirmişdir. Elnur bir kibrit qutusu narkotik vasitənin qiyməti ilə maraqlanmış, o, qiymətin 60 manat olduğunu demiş, Elnur ona bir kibrit qutusu narkotik vasitə üçün 60 manat pul vermişdir. Pulu Elnurdan alıb evlərinin qarşısına getmiş, narkotik vasitəni gizlətdiyi yerdən götürmüş, «dərə hamamı» tərəfə gedib bir az gəzib qayıtmış və kibrit qutusunda olan marixuananı Elnura vermişdir. Elnur narkotik vasitəni alıb mağazanın yan tərəfinə keçmiş, siqaretə doldurub çəkmiş, çəkib qurtarandan sonra nəşənin yaxşı olmadığını, ya dəyişdirib başqa nəşə verməsini, ya da pulunu qaytarmasını demiş, o da Elnura aldığı nəşəni qaytarmağın mümkün olmadığını bildirmişdir. Elnur nəşəni dəyişməsini, ya da pulu qaytarmasını israr etdiyindən o, Elnurla razılaşıb səhər dəyişdirəcəyinə söz vermiş, Elnur bir söz deməyib çıxıb getmişdir. Elnurun pulunu qaytarmaq üçün narkotik vasitəni satmaq məqsədilə əvvəllər tanıdığı və narkotik vasitə istifadə etdiyini bildiyi Nəcəfə zəng vurub narkotik vasitə istəyib-istəməməsi ilə maraqlanmış, Nəcəfin narkotik vasitə istəməsini dəqiqləşdirib yaşadığı küçəyə çağırmışdır. Eyni zamanda zəng edib Elnuru da çağırmış, Nəcəfin narkotik vasitə istədiyini, satdığı narkotik vasitəni ona qaytaracağı təqdirdə Nəcəfə satıb pulunu verəcəyini Elnura bildirmişdir. Elnur razılaşaraq bir kibrit qutusu narkotik vasitəni ona qaytarmış, o Nəcəfin onları birlikdə görməməsi üçün Elnurdan getməsini xahiş etdiyindən Elnur ondan kənarlaşıb ara küçəyə getmişdir. O Nəcəflə görüşmüş, Nəcəf ondan narkotik vasitənin qiymətini soruşduqda 40 manat olduğunu Nəcəfə bildirmişdir. Nəcəf razılaşaraq ona iki ədəd 20 manatlıq əskinazlarla 40 manat pul vermişdir. Pulu Nəcəfdən alıb, narkotik vasitənin üstündə olmadığını, gözləməsini, narkotik vasitəni gətirib verəcəyini bildirmiş və Elnurun yanına qayıtmışdır. Elnura Nəcəfdən 40 manat pul aldığını, narkotik vasitənin üstündə olmadığını deyib aldatdığını, narkotik vasitəni Nəcəfə verdikdən sonra gəlib pulunu qaytaracağını bildirmiş, yenidən Nəcəfin yanına gedib cibində olan bir kibrit qutusu narkotik vasitəni Nəcəfə vermiş, Nəcəf narkotik vasitəni alıb çıxıb getmişdir. O, Elnurun yanına qayıtmış, Nəcəfdən aldığı 40 manat pulun üstünə özündən 2 ədəd 5 manatlıq pul əskinazları qoyub Elnura 50 manat vermiş, qalan 10 manatını isə sonra verəcəyini söyləmişdir. Elnur da razılaşıb pulu alıb çıxıb getmişdir. Bir qədər sonra polis əməkdaşları onu tutub narkotik vasitə satmaqda şübhəli olduğunu deyərək Polis şöbəsinə aparmış, Polis şöbəsində müstəntiq ona üstündə şəxsi axtarış aparılacağını bildirib vəkillərin siyahısını təqdim etmiş, siyahıdan seçdiyi vəkilin iştirakı ilə vidieoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üstündən narkotik vasitə aşkar olunmamış, 5 manat pul və telefon aşkar olunmuşdur. Müstəntiq telefon və pulu ayrı-ayrı zərfə qoyub möhürləyərək götürən zaman vəkili ilə birlikdə zərfin üzərinə imza etmişlər. Videoçəkiliş dayandırılıb onlara nümayiş etdirilmiş, protokol tərtib olunub ucadan oxunmuş, vəkili və iştirak edən polis əməkdaşları kimi o da protokolu imzalamışdır. İlk dəfə tutulduğu və qorxduğu üçün izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində yalandan Nəcəfə satdığı narkotik vasitəni Elnurdan 35 manata alıb 40 manata Nəcəfə satdığını göstərmiş, lakin sonradan düzünü söyləmək qərarına gəlmişdir. Həqiqətdə isə Elnurdan narkotik vasitə almamış, Elnur ondan bir kibrit qutusu marixuana alıb çəkib yoxlamış, pis olduğu üçün qalanını geri qaytarmışdır. O həqiqətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 satdığı narkotik vasitəni Şəki şəhərində Uşaq xəstəxanasının divarının oyuğundan tapmışdır. Özü narkotik vasitə istifadə etməmiş və bundan əvvəl narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Belə işlə ilk dəfədir ki, məşğul olmuşdur. Elnura və Nəcəfə narkotik vasitə satan zaman yanlarında və ətrafda heç kim olmamış, Elnura və Nəcəfə bir kibrit qutusu nəşə satmasını heç kim görməmişdir. Elnurdan aldığı 60 manat pulun 50 manatını «Şəki Xansarayı» qalasının qarşısındakı mağazaya olan borcunu qaytarmış, 10 manatına isə siqaret, su, saqqız almışdır. Nəcəfdən aldığı 40 manat pulun isə üzərinə öz cibindən 10 manat əlavə edərək Elnura vermişdir. Hazırda Elnura olan 10 manat borcunu da ödəmişdir. O, etdiyi hərəkətdən peşman olmuş, ona bəraət və ya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən 7-8 il olar ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən avtoyuma sexində yuyucu işləmiş, işi ilə əlaqədar avtoyuma sexində qalmışdır. Karantin rejimi ilə əlaqədar iş yeri bağlandığı üçün xx xxxxx 2020-ci ildə Bakı şəhərindən yaşadığı Şəki şəhərinə evlərinə gələn zaman yolda tanışı Yusifə zəng vurub Bakıdan Şəki şəhərinə yola düşdüyünü, nəşə çəkmək istədiyini, ona nəşə tapmasını, Şəkiyə çatanda pulunu verib ondan nəşəni götürəcəyini demiş, Yusif də ona nəşə tapa biləcəyini, Şəkiyə çatanda xəbər verməsini bildirmişdir. Evə gecə saat 01 radələrində çatdığı üçün Yusifə zəng etməmiş, səhər saat 12-13 radələrində Yusifin istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə özünün istifadəsində olan ***-***-**-** nömrəli telefonla zəng vurub Yusifdən nəşə tapması barədə soruşmuş, Yusif də ona gəlməsini demişdir. O Yusifin yaşadığı küçəyə gedib evlərinin yaxınlığındakı işləməyən mağazanın qarşısında dayanıb Yusifə qısa zəng atmışdır. Təxminən 5 dəqiqədən sonra Yusif evlərindən küçəyə çıxıb yanına gələrək salamlaşıb görüşmüşdür. O, Yusifdən bir kibrit qutusu narkotik vasitəni neçəyə satdığını soruşmuş, Yusif bir kibrit qutusu marixuananın qiymətinin 60 manat olduğunu demiş, o Yusifə 60 manat pul vermişdir. Yusif pulu ondan alıb, gözləməsini deyib getmiş, o həmin yerdə Yusifin gəlməsini gözləmişdir. Təxminən 2 saat sonra Yusif yanına qayıdıb ona bir kibrit qutusu marixuana vermişdir. O kibrit qutusunu Yusifdən alıb cibinə qoymuş və verdiyi narkotik vasitəni çəkib yoxlamaq istədiyini Yusifə demiş, Yusif də razılaşmışdır. O mağazanın yan tərəfinə keçib siqaret giləsinə marixuana doldurub çəkmiş, keyfiyyətsiz olduğu üçün nəşənin yaxşı olmadığını, dəyişdirməsini, ya da pulunu verməsini Yusifə demişdir. Yusif nəşəni qaytarmağın mümkün olmadığını bildirsə də, o aldığı nəşənin dəyişdirilməsini və ya pulunun qaytarılmasını tələb etdiyindən Yusif razılaşmış və səhər dəyişəcəyinə söz vermişdir. Bu səbəbdən Yusifə başqa söz deməyib, marixuananı özündə saxlamaqla çıxıb getmişdir. Evlərinə gedən zaman marixuana şalvarının cibində olmuş, ailə üzvülərindən heç kim onda nəşə olduğunu bilməmişdir. xx xxxxx 2020-ci ildə saat 11- 12 radələrində Yusif ona zəng vurub yaşadığı məhəlləyə çağırdığı üçün Yusifin evinin yaxınlığındakı işləməyən mağazanın qarşısına gedib Yusifə qısa zəng atmışdır. Bir qədər sonra Yusif evlərindən çıxıb yanına gəlmiş, Nəcəfin ondan narkotik vasitə istədiyini, verdiyi narkotik vasitəni ona qaytaracağı halda satıb pulunu verəcəyini demişdir. O Yusifdən 60 manata aldığı bir kibrit qutusu marixuananı qaytarıb özünə vermiş, Yusif marixuananı ondan alıb cibinə qoymuş, Nəcəfin onu görməməsi üçün getməsini xahiş etmişdir. O Nəcəfin aralıdan onlara tərəf gəldiyini görüb Yusifdən aralanıb ara küçəyə getmişdir. Təxminən 5 dəqiqədən sonra Yusif yanına gəlib Nəcəfdən bir kibrit qutusu nəşə almaq üçün 40 manat pul aldığını, nəşənin özündə olmasını Nəcəfə deməyib, tanışından nəşə alıb gələcəyini deyib aldatdığını və Nəcəfi yola salıb geri qayıdıb onun pulunu verəcəyini bildirmişdir. Yusif Nəcəfin yanına getmiş, təxminən 5-6 dəqiqədən sonra yanına qayıdıb cibindən 2 ədəd 20 və 2 ədəd 5 manatlıq pul əskinazları ilə cəmi 50 manat pul çıxarıb ona vermiş, qalan 10 manatı isə sonra verəcəyini demişdir. Razılaşdığı üçün 50 manat pulu Yusifdən alıb evlərinə getmişdir. Hazırda Yusif ona olan 10 manat borcunu da tam ödəmişdir. O, 1 il olar ki, hərdən, düşəndə narkotik vasitə olan marixuana istifadə etmiş, lakin narkotik vasitənin satışı ilə məşğul olmamış, Yusifin ona satdığı marixuananı haradan əldə etməsindən məlumatı olmamış, əvvəllər Yusifdən narkotik vasitə almamışdır. O, etdiyi hərəkətdən peşman olduğunu deyib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, xx xxxxx 2020-ci ildə saat 9 radələrində evdə darıxdığı üçün şəhərin mərkəzi hissəsinə gedib bir qədər orada gəzmiş, saat 10-11 radələrində tanışı Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 nömrəsini xatırlamadığı mobil telefonu ilə onun ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub, nəşə istəyib istəməməsini soruşmuş, o narkotik vasitənin qiyməti ilə maraqlanmış, Yusif bir kibrit qutu nəşənin qiymətini 40 manat demişdir. Yusifdən nəşə almaq üçün piyada «Xan Sarayı»nın yaxınlığında olan Yusifin yaşadığı evin qarşısına getmiş, Yusifin evinin yaxınlığında tək dayandığını görüb yaxınlaşıb görüşmüşdür. O bir kibrit qutusu marixuana almaq üçünYusifə iki ədəd 20 manatlıq əskinazlarla 40 manat pul vermişdir. Yusif pulu alıb gözləməsini bildirdiyi üçün orada gözləmiş, Yusif isə ayrılıb ara küçəyə girmiş, bir qədər sonra qayıdıb ona bir kibrit qutusu marixuana vermişdir. Yusifdən narkotik vasitəni alıb evlərinə getmişdir. Evlərinə gedən zaman yolda Yusifdən aldığı marixuanadan siqaretə doldurub çəkmiş, evlərinin qarşısında çatıb küçədə dayanmışdır. Bu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə onlara daxil olmuş məlumata görə birlikdə Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişlər. O razılaşıb birlikdə Şəki ŞRPŞ-nə getmişdir. Həmin vaxt Yusifdən aldığı bir ədəd kibrit qutusu marixuana da üstündə olmuşdur. Polis şöbəsində onu müstəntiqin otağına aparmışlar. Müstəntiq, narkotik vasitə əldə etməsi və saxlaması barədə daxil olmuş məlumatın yoxlanması üçün üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirib, Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını ona təqdim etmiş, seçdiyi vəkilin iştirakının təmin ediləcəyini söyləmiş, seçdiyi vəkili PŞ-nə dəvət edərək ona təqdim etmişdir. Müstəntiq onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmiş, onu küçədə saxlayaraq PŞ-nə dəvət edən polis işçilərinin, vəkilin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişdir. Müstəntiq şəxsi axtarış zamanı əvvəlcə üstündə olan əşyaları təqdim etməsini təklif etdiyi üçün əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir qutu «Classic» siqareti, bir ədəd alışqanı, şalvarının arxa sol cibindən bir ədəd Redmi A-6 markalı mobil telefonunu, şalvarının arxa sağ cibindən 2 ədəd 20 və 1 ədəd 10 qəpik metal pulları, şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb stolun üstünə qoymuşdur. Müstəntiq əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirsə də, təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Müstəntiq ondan stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etmiş, o alışqanını, siqaretini, telefonunu və pulunu təqdim etdikdən sonra bir ədəd kibrit qutusunu təqdim edib içərisindəki maddənin narkotik vasitə marixuana olduğunu, bu gün saat 12-13 radələrində Şəki şəhərində yerləşən «Xan Sarayı»nın qarşısında küçədə tanışı Yusifdən 40 manata özü istifadə etmək üçün aldığını və üzərində saxladığını bildirmişdir. Müstəntiq üstündən aşkar olunmuş bir ədəd kibrit qutusunu onun, vəkilinin və polis işçilərinin iştirakı ilə açmış, iştirakçılar baxıb kibrit qutusunun içərisində yaşıl rəngli bitki kütləsi - narkotik vasitə olan marixuana olduğu görmüş, müstəntiq marixuananı zərfə qoyub zərfi möhürləmiş, digər iştirakçılar kimi o da zərfin üzərinə imza etmişdir. Müstəntiq ona məxsus mobil telefonu da zərfə qoyaraq möhürləmiş, o və digər iştirakçılar zərfin üzərini imzalamışdır. Üstündən aşkar edilmiş alışqanı, bir qutu «Classic» siqareti, 50 qəpik pulu müstəntiq özünə qaytarmışdır. Müstəntiq hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, şikayət və vəsatətləri olmamışdır. Videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Bu barədə müstəntiq protokol tərtib edərək ucadan oxumuş, vəkili və polis işçiləri ilə birlikdə protokolu imzalamışdır. O hərdən narkotik vasitədən istifadə etsə də, satışı ilə məşğul olmamışdır. O, etdiyi hərəkətdən peşman olmuş, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdi ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir münasibəti, düşmənçiliyi, şəxsi ədavəti olmamışdır. xx xxxxx 2020-ci ildə ona Şəki şəhərində yaşayan "Nəcəf " adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması və "Nəcəf" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün xx xxxxx 2020-ci ildə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat tədbirinin keçirilməsinə razılıq verilmiş, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Nəcəf" adlı şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş, xx.xx.2020-ci ildə saat 1430 radələrində Şəki şəhəri, R.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq PŞ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs1 Şəki ŞRPŞnin Növbətçi Hissəsində PŞ-nə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış, üstünə şəxsi axtarış keçirilməsi İB-nin müstəntiqinə həvalə edilmişdir. Müstəntiq xidməti iş otağında Təqsirləndirilən şəxs1 vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs1 seçdiyi vəkil PŞ-nə dəvət edilmişdir. Eyni zamanda müstəntiq tərəfindən videoçəkiliş aparması üçün PŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis leytenantı Kamran Sabirli dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra müstəntiq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutmuş, videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzdən öncə hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuşdur. Müstəntiq Təqsirləndirilən şəxs1 üstündə olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir qutu «Classic» siqaretini, bir ədəd alışqanı, şalvarının sol arxa cibindən «Redmi-6» markalı mobil telefonu, şalvarının arxa sağ cibindən 2 ədəd 20 və 1 ədəd 10 qəpik olmaqla cəmi 50 qəpik metal pulları və şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb stolun üstünə qoymuşdur. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmiş, lakin özünün təqdim etdiklərindən başqa üstündən heç nə aşkar edilməmişdir. Müstəntiq Təqsirləndirilən şəxs1 stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs1 alışqanını, telefonunu və pulunu təqdim etdikdən sonra bir ədəd kibrit qutusunu təqdim edib içərisindəki maddənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni bu gün Şəki şəhərində «Yusif» adlı şəxsdən 40 manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Müstəntiq kibrit qutusunu onun, əməliyyat müvəkkili Şahid4, Təqsirləndirilən şəxs1 və vəkilinin iştirakı ilə açıb baxmış, kibrit qutusunun içrərisində narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən edilmişdir. Müstəntiq içrərisində marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi olan bir ədəd kibrit qutusunu zərfə qoyub zərfin üzərini möhürləmiş, digər iştirakçılar kimi o da zərfin üzərini imzalamışdır. Müstəntiq Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş mobil telefonu zərfə qoyub zərfi möhürləmiş, digər iştirakçılar kimi o da zərfin üzərini imzalamışdır. Müstəntiq Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd alışqanı, 1 qutu «Classic» siqareti, 50 qəpik pulu özünə qaytarmışdır. Müstəntiq tərəfindən videoçəkiliş dayandırılaraq nümayiş etdirilmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığına görə protokolu digər iştirakçılar kimi o da imzalamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs1linin və Təqsirləndirilən şəxs3 narkotik vasitənin satışı ilə məşğul olmalarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdi ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir münasibəti, düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. xx.xx.2020-ci ildə Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 Şəki şəhərində yaşayan "Nəcəf" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması və "Nəcəf" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2020-ci ildə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Nəcəf" adlı şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 göstərilən tarixdə saat 1430 radələrində Şəki şəhəri, R.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq PŞ-nə dəvət edilmişdir. PŞ-nə gəldikdən sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış keçirilmiş, əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. xx xxxxx 2020-ci ildə icraatına Təqsirləndirilən şəxs1 narkotik vasitə satmış «Yusif» adlı şəxsin müəyyən edilməsi barədə əməliyyat tapşırığı daxil olmuşdur. ŞRPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3lə birlikdə Təqsirləndirilən şəxs1 narkotik vasitə satan «Yusif» adlı şəxsin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri zamanı «Yusif» adlı şəxsin Şəki şəhəri, Ə.Sadıqov küçəsi ev 6-da yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında saxlanılıb Şəki ŞRPŞnə gətirilib Növbətçi Hissədə PŞ-nə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınaraq üstünə şəxsi axtarış keçirilməsi üçün istintaq bölməsinə təhvil verilmişdir. Müstəntiq xidməti iş otağında Təqsirləndirilən şəxs2 vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs2 seçdiyi vəkil PŞ-nə dəvət olunmuşdur. Eyni zamanda müstəntiq tərəfindən videoçəkiliş aparması üçün PŞ-nin KTQ-nun baş inspektor kriminalisti dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, videoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuşdur. Müstəntiq Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah etdikdən sonra üstündə olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd açarı, bir ədəd Samsunq A-50 markalı mobil telefonu, şalvarının sol yan cibindən bir ədəd 5 manat pulu, iki ədəd 20 qəpiklik metal pulları çıxarıb stolun üstünə qoymuşdur. Müstəntiq Təqsirləndirilən şəxs2 əynindəki paltarların ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin özünün təqdim etdiyi əşyalardan başqa üstündən heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Müstəntiq Təqsirləndirilən şəxs2 stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə, o, bir ədəd açarı, telefonu, 40 qəpik metal pulları təqdim edib özünə məxsus olduğunu, 5 manat pul əskinazının isə Nəcəfin narkotik vasitə olan marixuana almaq üçün ona verdiyi 40 manat puldan ona qazanc kimi qaldığını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş bir ədəd Samsunq A-50 markalı mobil telefonu, bir ədəd 5 manatlıq pul əskinazını onun, sahə polis nəfəri Şahid3, Təqsirləndirilən şəxs2 və vəkilinin iştirakı ilə ayrı-ayrı zərflərə qoyaraq zərfləri möhürləmiş, zərflərin üzərini digər iştirakçılar kimi o da imzalamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd açarı və 40 qəpik metal pulları müstəntiq özünə qaytarmışdır. Müstəntiq tərəfindən videoçəkiliş dayandırılıb nümayiş etdirilmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmamış, protokolu digər şəxslərlə birlikdə o da imzalamışdır. Təqsirləndirilən şəxs2 üstünə keçirilən şəxsi axtarış zamanı və şübhəli şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 40 manata bir kibrit qutusu narkotik vasitə olan marixuana satmasını və həmin narkotik vasitəni tanışı «Elnur» adlı şəxsdən almasını etraf etməsi faktı ilə bağlı xx xxxxx 2020-ci ildə Təqsirləndirilən şəxs2 narkotik vasitə satmış «Elnur» adlı şəxsin müəyyən edilməsi istiqamətində Şəki ŞRPŞ-nin İstintaq Bölməsindən CAB-nə əməliyyat tapşırığı daxil olmuş, əməliyyat tapşırığının icrası əməliyyat müvəkkili Şahid4 həvalə edilmişdir. Əməliyyat tapşırığının icrası ilə əlaqədar CAB-nin Əməliyyat müvəkkili Şahid4 və onun tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində «Elnur» adlı şəxsin ünvan 8-də yaşayan Təqsirləndirilən şəxs3 olduğu müəyyən olunmuşdur. Əməliyyat müvəkkili Şahid4 ilə birlikdə xx xxxxx 2020-ci ildə yaşadığı ünvana gedib Təqsirləndirilən şəxs3a üzərində narkotik vasitə saxlaması, qəbul etməsi və satışı barədə məlumat daxil olduğunu bildirib PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 etiraz etməyib onlarla birlikdə PŞ-nə getmişdir. Polis Şöbəsində «Elnur» adlı şəxs PŞ-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata aldırdıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə İstintaq Bölməsinə təqdim etmişlər. Müstəntiq xidməti iş otağında Təqsirləndirilən şəxs3 vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs3 seçdiyi vəkil PŞ-nə dəvət olunmuşdur. Eyni zamanda müstəntiq tərəfindən videoçəkiliş aparması üçün PŞ-nin KTQ-nun baş inspektor kriminalisti dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, onların iştirakları ilə videoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə hər birinə eyni zamanda Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah olunmuşdur. Müstəntiq Təqsirləndirilən şəxs3 hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs3 əynindəki qara rəngli şalvarın cibindən bir ədəd «Redmi-not 8» markalı mobil telefonu, qara rəngli gödəkcənin sağ yan cibindən bir qutu «Winchester» siqaretini və bir ədəd alışqanı çıxarıb stolun üstünə qoymuşdur. Müstəntiq Təqsirləndirilən şəxs3 əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin özünün təqdim etdiklərindən başqa heç nə, o cümlədən narkotik vasitə aşkar etməmişdir. Müstəntiq Təqsirləndirilən şəxs3 stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs3 alışqanını, telefonunu və siqareti təqdim edib əşyaların ozünə məxsus olduğunu bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş mobil telefonu zərfə qoyub zərfi möhürləmiş, zərfin üzərini digər iştirakçılar kimi o da imzalamışdır. Müstəntiq Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş bir ədəd alışqanı, içərisində iki gilə siqaret olan bir qutu «Winchester» siqaretini özünə qaytarıb vermişdir. Müstəntiq Təqsirləndirilən şəxs3 sorğu-sual etdikdə, o ifadəsində Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını, lakin bir gün əvvəl özü istifadə etmək məqsədilə Yusifə 60 manat pul verib bir kibrit qutusu narkotik vasitə olan marixuana aldığını, həmin narkotik vasitədən bir siqaret giləsi doldurub çəkdiyini, narkotik vasitə yaxşı olmadığı üçün xx xxxxx 2020-ci ildə Yusifə qaytarıb verib 50 manat pulunu geri aldığını bildirmişdir. Müstəntiq tərəfindən videoçəkiliş dayandırılıb onlara nümayiş etdirilmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığına görə protokolu digər şəxslərlə birlikdə o da imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən kibrit qutusunda qurudulmuş marixuana və 1 ədəd qara rəngli “Redmi 6” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (İ cild İş.v 40-49) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman 1 ədəd “Samsung A50” markalı mobil telefon və 5 manat pul əskinazı aşkar olunmuş, ayrı-ayrı zərflərə qoyularaq möhürlənmiş və götürülmüşdür. (İ cild İş.v 85- 94) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış aparılan zaman 1 ədəd “Redmi not 8” markalı mobil telefon aşkar olunmuş, zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. (İ cild İş.v 214-224) xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi 6” markalı mobil telefonu təhvil almışdır. (İİ cild İş.v 192) Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs3 şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi not 8” markalı mobil telefonu təhvil almışdır. (İİ cild İş.v 197) xx.xx.2020-ci il tarixli, 161A saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, müayinə vaxtı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana qəbulu faktı aşkar olunmuşdur. (İ cild iş.v 101). xx.xx.2020-ci il tarixli, 162A saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, müayinə vaxtı Təqsirləndirilən şəxs2 narkotika qəbulu faktı aşkar olunmamışdır. (İ cild iş.v 102). xx.xx.2020-ci il tarixli, 169A saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, müayinə vaxtı Təqsirləndirilən şəxs3 narkotik vasitə olan marixuana qəbulu faktı aşkar olunmuşdur. (İİ cild iş.v 1). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in Şəki Regional Şöbəsinin xx xxxxx 2020-ci il tarixli, 17/242 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündən aşkar olunaraq götürülmüş ....» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi -6.09 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatının dəyəri 51,06 manatdır. (İ cild İş.v 103-105) “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 1019 nömərli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdurlar. (İ cild İş.v 166) “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 1050 nömərli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İİ cild İş.v 2) Şəki ŞİHB-nın “Dolmabaxçalar” məhəllə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Şəki şəhəri, “Dolmabaxçalar” məhəlləsi, 20 Yanvar küçəsi 1/2 saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild İş.v 18-19) Şəki ŞİHB-nın “Şərbablar” məhəllə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki şəhəri, R.Məmmədov küçəsi 2/12 saylı evdə qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild İş.v 23-24) Azərbaycan respublikası Bakı şəhəri, İcra Hakimiyyəti Aparatının Mənzil kooperativ Təsərrüfatı İdarəsi “Elektroştamp” mənzil-tikinti kooperativi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 49 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3ci məhəllə 124 nömrəli evin 75 nömrəli mənzilində yaşayır. Şəki ŞİHB-nın “Giləhli” məhəllə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu Şəki şəhəri, “Giləhli” məhəlləsi, Ə.Sadıqov küçəsi 6 nömrəli evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild İş.v 199-200) Şəki Rayonlararası Psixatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 264 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2015-ci ildən, Təqsirləndirilən şəxs1 isə xx.xx.2013-cü ildən “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə şöbədə qeydiyyatdadır, lakin Təqsirləndirilən şəxs2 X1 dispanser müşahidəsində qeydiyyatda deyil. (İİ cild İş.v 21) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. (İİ cild İş.v 25) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvəllər məhkum olunmamışdır. (İİ cild İş.v 80) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. (İİ cild İş.v 81) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış nakomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İİ cild İş.v 148) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 405 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Nakomaniya xəstəliyindən əzab çəkmir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild İş.v 149) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 411 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış nakomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İİ cild İş.v 150) Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə şəhər X3 xx xxx 2020-ci il tarixli, 226 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) emosional-iradi pozuntular və özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynalxal təsnifatı, 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmiş, əməlini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respubilkası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (İİ cild İş.v 151- 153) Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə şəhər X3 xx xxx 2020-ci il tarixli, 227 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 (psixi və davranış pozuntularının beynalxal təsnifatı,10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmiş, əməlini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respubilkası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (İİ cild İş.v 154-156) Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə şəhər X3 xx xxx 2020-ci il tarixli, 228 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respubilkası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (İİ cild İş.v 157- 159) xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 1425-də Təqsirləndirilən şəxs1 CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 20-21) xx.xx.2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, saat 1415-də Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. (İ cild İş.v 170-171) xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 1920-də Təqsirləndirilən şəxs3 CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 197-199) xx.xx.2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, saat 1600-da Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. (İİ cild İş.v 9-10) xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 1820-də Təqsirləndirilən şəxs2 CM-nın 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 73-75). Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2020-ci il tarixdən hesablanmaqla 3 ay müddətində, yəni xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İ cild İş.v 182-184). Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti xx.xx.2020-ci il tarixdən hesablanmaqla 20 gün müddətinə, yəni xx.xx.2020-ci il tarixinə dək uzadılmışdır. (İİİ cild İş.v 43-46). Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə hazırlıq iclasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Şəki ŞRPŞ-nın xx xxxxxx 2020-ci il tarixli, 189-4908-1221 nömrəli məktubundan görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdən Şəki Şəhər-Polis Şöbəsinin Növbətçi Hissəsində qeydiyyatdan keçməkdən yayınır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması, eləcə də satılması ilə cinayət hadisəsi baş vermişdir. Məhkəmə toplanmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətmələri özlərinin etirafı, şahid ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş işin digər materialları və sübutların məcmusu ilə tam və heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi əməllərində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətlərinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, xx xxxxx 2020ci ildə, istintaqa məlum olmayan mənbədən, deməsinə görə tapmaqla, bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı tamah niyyəti və satış məqsədilə qəsdən, vahid niyyətlə qanunsuz olaraq əldə edib üzərində və elektrik dirəyinin altında saxlayaraq, həmçinin daşımış, xx xxxxx 2020-ci ildə, saat 13 radələrində yaşadığı Şəki şəhəri, Ə.Sadıqov küçəsi, 6 nömrəli evin yaxınlığında 60 manata tanışı Təqsirləndirilən şəxs3 qanunsuz olaraq satmış, sonuncu narkotik vasitəni alıb bir hissəsini siqaret giləsinə doldurub çəkib marixuananın keyfiyyəti aşağı olduğu üçün geri qaytarıb pulunu almaq qərarına gəlmiş, bir gün özündə saxlayıb xx xxxxx 2020-ci ildə narkotik vasitəni Təqsirləndirilən şəxs1 satıb pulunu verməsi üçün ona qaytarmış, o eyni narkotik vasitəni vahid niyyətlə xx xxxxx 2020-ci ildə saat 13 radələrində Şəki şəhəri, Ə.Sadıqov küçəsi, 6 nömrəli evin yaxınlığında digər tanışı Təqsirləndirilən şəxs1 40 manata qanunsuz olaraq satmış, üzərinə 10 manat da əlavə edib 50 manat pulu Təqsirləndirilən şəxs3 qaytarıb, 10 manat da borclu qalmış, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı həmin narkotik vasitə şəxsi istehlak miqarından artıq miqdarda yəni, 6.09 qram çəkidə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 əməli tövsif olunduğu CM-nin 234.2-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 xx xxxxx 2020-ci ildə saat 13 radələrində Şəki şəhəri, Ə.Sadıqov küçəsində yerləşən 6 saylı evin qarşısında tanışı Təqsirləndirilən şəxs2 bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 60 manata alıb, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərindən götürüb bir ədəd siqaret giləsinə doldurub çəkmiş, kefiyyətsiz olduğu üçün qaytarıb pulunu almaq qərarına gəlmiş, qanunsuz olaraq bir gün üzərində saxlayıb daşıyaraq xx xxxxx 2020-ci ildə saat 12 radələrində ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 satıb pulunu qaytarması üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu narkotik vasitəni Təqsirləndirilən şəxs1 satdıqdan sonra ona 50 manat pul qaytarıb 10 manat borclu qalmış, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı həmin narkotik vasitə şəxsi istehlak miqarından artıq miqdarda yəni, 6.09 qram çəkidə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci ildə saat 13 radələrində Şəki şəhəri, Ə.Sadıqov küçəsi, 6 nömrəli evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6.09 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 40 manata alıb, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış, saat 1330 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nin inzibati binasına gətirilmiş, şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda 6,09 qram çəkidə həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlləri tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onların əməlləri CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin cinayəti törətməkdə təqsirlidir və onlara törətdikləri cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal CM-nın 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsidir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs2 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Əli oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs1 təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs3 Əli oğlunun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməməsini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs2 məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi CM-nın 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası ədalətli həddə təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən də Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, onun şəxsiyyətini, şəxsiyyətini səciyyələndirən halları, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əmələ münasibətini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ədalətli həddə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, CM-nin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcək Təqsirləndirilən şəxs2, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2020-ci ildən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onların təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, işin hallarını, cinayətdəki rolunu və davranışlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, onlara fərdi yanaşılmalı, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması, Təqsirləndirilən şəxs3 isə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, işin hallarına görə, Təqsirləndirilən şəxs1 adi qaydada özü istifadə etmək üçün narkotik vasitəni əldə etmiş, üstündə gəzdirmiş və saxlamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 zəng vurub narkotik vasitə istəyib-istəməsini soruşmuşdur, ilkin olaraq Təqsirləndirilən şəxs1 özü narkotik artarışına çıxmamış, Təqsirləndirilən şəxs2 zəng vurmamışdır. Yaxalandıqdan sonra da olanları səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs3 isə bir gün əvvəl Təqsirləndirilən şəxs2 zəng vurub narkotik vasitə tapmasını istəmiş, səhəri gün də təkrarən zəng vurub dəqiqləşdirəndən sonra narkotikin arxasınca Təqsirləndirilən şəxs2 yaşadığı evin yanına gəlmiş, 60 manata bir kibrit qutusu marixuana alıb siqaretə dolduraraq çəkdikdən sonra keyfiyyətini bəyənməmiş, keyfiyyətlisi ilə dəyişdirilməsini və ya pulunun qaytarılmasını israrla tələb etmişdir. Təqsirləndirilən şəxs2 qaytarılmanın mümkünsüzlüyünü bidirsə də Təqsirləndirilən şəxs3 israrına görə razılaşıb dəyişdirəcəyinə söz vermişdir. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs3 tələbi yerinə yetirilməyənədək narkotik vasitəni qaytarmayıb özünə saxlayaraq çıxıb getmiş, Təqsirləndirilən şəxs2 yenə də Elnur İsmaylovun istəyini reallaşdırmaq üçün həmin narkotik vasitəyə yeni müştəri axtararaq Təqsirləndirilən şəxs1 tapmışdır. Elnur bir gün əvvəldən özündə saxladığı narkotik vasitəni yenidən Təqsirləndirilən şəxs2 yaşadığı evin yanına gətirmiş, Təqsirləndirilən şəxs1 satıb pulunu qaytarması üçün Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 götürdüyü narkotik vasitəni aparıb Təqsirləndirilən şəxs1 40 manata sataraq üstünə 10 manat da əlavə edib 50 manatı Təqsirləndirilən şəxs3 vermiş, 10 manat da sonra ödəniləcəyinə razılaşmışlar. Hazırda 10 manatı da Təqsirləndirilən şəxs3 ödəmişdir. Göründüyü kimi narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlər Elnur İsmaylovun istəyi, təkidi, inadı ilə icra olunmuş, narkotik vasitənin qanunsuz alğı-satqısı onunla Təqsirləndirilən şəxs2 arasında başa çatdıqdan sonra müəyyən hissəsini çəkib istifadə etmişdir. Buna baxmayaraq qalanını ya keyfiyyətlisi ilə dəydirməyi və ya pulunun geri qaytarmağı tələb etdiyi üçün həmin narkotik vasitə Təqsirləndirilən şəxs2 vasitəsilə yenidən Təqsirləndirilən şəxs1 satılmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 60 manat pulu qaytardığı vəziyyətdə çəkib qəbul etdiyi narkotik vasitəni qazanc etməsi də diqqətsiz qala bilməz. Təqsirləndirilən şəxs2 əməli CM-nın 234.2-ci, Təqsirləndirilən şəxs3 əməli CM-nın 234.1-ci maddəsi ilə tövsif olunmuş, məhkəmə baxışında da ittiham həmin maddələrlə müdafiə edilmişdir. Belə olan halda məhkəmə əməllərin düzgün tövsif olunması ilə razılaşsa da, narkotik vasitənin qanunsuz dövriyyəsində qeyd olunan aktiv davranışını və yuxarıda qeyd olunan hərəkətlərində əhəmiyyətli halları diqqətsiz buraxmayıb təyin olunacaq cəzanın seçilməsində dəyərləndirərək Elnur İsmaylova azadlıqdan məhrum etmə cəzası təyin edilməsini müvafiq bilib cəzanın məqsədinə xidmət edəcəyi qənaətindədir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs1 barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini, Təqsirləndirilən şəxs3 barəsində azadlıqdan məhrum etmə cəzası müəyyən edərkən barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, işin hallarını, narkotik vasitənin dövriyyəsindəki iştirakını, ibtidai istintaq və məhkəmə araşdırması zamanı davranışını, törətmiş olduğu əməldən peşmançılıq çəkməsini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası və Təqsirləndirilən şəxs3 Əli oğluna təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarın qəbul edildiyi xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə yaşadığı ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs3 Əli oğlunun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarın qəbul edildiyi xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı cəmi 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin ediləcək azdlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti cəza saxlanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəzaçəkməsinin başlanğıcı həbsə alındığı bu gündən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 Əli oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 üstündən kibrit qutusunda aşkar olunan, tədqiqatlardan sonra ümumilikdə xalis çəkisi 6,04 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. xx.xx.2020-ci il tarixli protokolla Təqsirləndirilən şəxs2 üstündən götürülmüş pul məbləğlərindən iş üzrə maddi sübut kimi tanınıb Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 5 manat pul dövlət nəfinə müsadirə edilməli, bir ədəd «Samsunq A-50» markalı mobil telefon özünə qaytarılmalıdır. Təqsirləndirilən şəxs3 Əli oğlunun və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş mobil telefonların özlərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 51.06 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olma müddəti cəza çəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı xx.xx.2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Əli oğlunun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 gün müddət azadlıdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş 1 il azdlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Əli oğlunun cəzaçəkməsinin başlanğıcı həbsə alındığı xx xxxx 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs3 Əli oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Əli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 gün müddət həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 24:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, Bakı şəhəri Binəqədi rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 üstündən kibrit qutusunda aşkar olunan, Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatlardan sonra ümumilikdə xalis çəkisi 6,04 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. xx.xx.2020-ci il tarixli protokolla Təqsirləndirilən şəxs2 üstündən götürülmüş iş üzrə maddi sübut kimi tanınıb Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 5 manat pul dövlət nəfinə müsadirə edilsin, bir ədəd «Samsunq A-50» markalı mobil telefon özünə qaytarılsın. Təqsirləndirilən şəxs1 məxsus1 ədəd qara rəngli “Redmi 6” markalı mobil telefonun və Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd “Redmi not 8” markalı mobil telefonun özlərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 51.06 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar