Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-6/2023 21.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 (mülki iddiaçı), X2, Zərərçəkmiş şəxs11 (mülki iddiaçı) etibarnamə üzrə nümayəndəsi X15, Təqsirləndirilən şəxs (mülki cavabdeh) İsmаyılovа Şəlаlə Cəfər qızının və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X20 iştirakı ilə 30 mаrt 1972-ci ildə Bаkı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, ali təhsilli, məhkumluğu olmayan, Bаkı şəhəri, Nəsimi rаyonu, Səfərəliyev küçəsi ev 25, məzil 7 ünvаndа pаsport qeydiyyаtındа olmаqlа, tutulаn günə kimi Bаkı şəhəri, Yаsаmаl rаyonu, Ü.Əkbərov küçəsi ev 13 ünvаndа yаşаmış, bаrəsində həbs qətimkаn tədbiri seçilmiş, hаzırdа Ədliyyə Nаzirliyinin Penitensiar Xidmətin 2 sаylı Gəncə şəhər İstintаq Təcridxаnаsındа sаxlаnılan İsmаyılovа Şəlаlə Cəfər qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanının mövqeyinə görə, İsmаyılovа Şəlаlə Cəfər qızı qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən, əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid1 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs13 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək ona 2200 manat pul müqabilində Şəmkir rayonunda fəaliyyət göstərən uşaq bağçalarının birinə müdirə təyin olunmasına köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2020-ci ilin may ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs13 yaşadığı Şəmkir şəhəri, Cahangir Rüstəmov küçəsi, ev 12 ünvanında yerləşən evində sonuncunun 2200 (iki min iki yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs13 2200 (iki min iki yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid1 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs14 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 1500 (bir min beş yüz) manat pul müqabilində onun adına olan pensiya müavinətinin azyaşlı nəvəsinin adına keçirilməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2020-ci ilin iyun ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şahid1 məxsus ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs14 1500 (bir min beş yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs14 1500 (bir min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid6 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs1 5000 (beş min) manat pul müqabilində qızı Cəmilə Baxışovanın «Sokar» şirkətinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 05 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Leyla mərasim evinin yanında yerləşən «ERA» tədris mərkəzində cinayətkar qəsdən xəbəri olmayan Şahid6 vasitəsi ilə 2000 (iki min) manat və 02 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayon ərazisində yerləşən «Sokar» şirkətinin ofisinin qarşısında cinayətkar qəsdən xəbəri olmayan Şahid6ı vasitəsi ilə 3000 (üç min) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə cəmi 5000 (beş min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 5000 (beş min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid4 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs2 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 1500 (bir min beş yüz) manat pul müqabilində onun qızlarına sosial yardım düzəldilməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin aprel ayının ilk günlərində, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 19 radələrində Yevlax rayonu, Ərəbbəsrə kəndində yaşayan Şahid4 evində 500 (beş yüz) manat, bundan təxminən 1 bir həftə sonra Yevlax rayonu, Ərəbbəsrə kəndində yaşayan Şahid4 evində 1000 (bir min) manat olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə cəmi 1500 (bir min beş yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 1500 (bir min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs3 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 4000 (dörd min) manat pul müqabilində onun qızı X8 ASAN Xidmət Mərkəzində işə düzəlməsinə, həmçinin 2000 (iki min) manat pul müqabilində onun baldızı X16 pensiya işinin həll olunmasına köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 08 may 2021-ci il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanda yaşayan X11 evində 4000 manat, bundan təxminən 10 gün sonra axşam tərəfi Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən 9 nömrəli binanın qarşısında 2000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə cəmi 6000 (altı min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 6000 (altı min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid4 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs4 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 800 (səkkiz yüz) manat pul müqabilində ona sosial yardım düzəldilməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Yevlax rayonu, Ərəbbəsrə kəndində yaşayan Şahid4 evində 500 (beş yüz) manat, xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Yevlax rayonu, Ərəbbəsrə kəndində yaşayan Şahid4 evində 300 (üç yüz) manat olmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə cəmi 800 (səkkiz yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs4 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs5 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 4000 (dörd min) manat pul müqabilində onun Mingəçevir şəhərində yerləşən 16 nömrəli uşaq bağçasında müəllimə kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanda yaşayan X11 evində 3000 (üç min) manat, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanda yaşayan X11 evində 1000 (bir min) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə cəmi 4000 (dörd min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs6 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 2500 (iki min beş yüz) manat pul müqabilində arvadı Şahid3 əlillik pensiyasına çıxarılmasına köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 13 may 2021-ci il tarixdə, saat 20 radələrində Yevlax rayonunun Ərəbbəsrə kəndində yerləşən Şahid4 məxsus yaşayış evində Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı X17 vasitəsilə tanış olduğu X3 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 4000 (dörd min) manat pul müqabilində onun oğlu Şahid7 əlillik pensiyasına çıxmasına köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin may ayının ortalarında, istintaqla müəyyən olunmamış gündə, saat 16 radələrində Mingəçevir şəhəri, Vəli Hüseynov küçəsi ev 14 mənzil 9-da yaşayan X4 evində 3500 (üç min beş yüz) manat, bundan bir neçə gün sonra, istintaqla dəqiq müəyyən olunmamış gündə taksi sürücüsü vasitəsi ilə Mingəçevir şəhərinə göndərdiyi 500 (beş yüz) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə X2 ümumilikdə cəmi 4000 (dörd min) manat pulunu alaraq ələ keçirməklə zərərçəkmiş şəxs X3 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs8 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 4500 (dörd min beş yüz) manat pul müqabilində onun kəsilmiş əlilliyini bərpa edilməsinə və kürəkəni X21 Mingəçevir ASAN Xidmət Mərkəzində işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2021-ci ilin iyun ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Mingəçevir şəhərində yerləşən Bazarstore ticarət mərkəzinin qarşısında 1500 (bir min beş yüz) manat, bundan bir neçə gün sonra Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən məcburi köçkünlər qəsəbəsinin yaxınlığında 3000 (üç min) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 ümumilikdə cəmi 4500 (dörd min beş yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs8 4500 (dörd min beş yüz)manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs9 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 2000 (iki min) manat pul müqabilində ona ərinin təcili yardım stansiyasında sürücü kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə, saat 18:25-də Mingəçevir şəhəri, X40 küçəsi 53 ünvanda yerləşən “Bazarstore” ticarət mərkəzinin içərisində qoyulmuş Milliön aparatı vasitəsi ilə köçürdüyü 1005 (bir min beş) manat və xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində ünvan 4 ünvanda yaşayan X11 evində 1000 (bir min) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 ümumilikdə cəmi 2005 (iki min beş) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs9 2005 (iki min beş) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid8 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs10 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 3000 (üç min) manat pul müqabilində onun qızı X9 ASAN Xidmət Mərkəzində işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı ünvan 5 ünvanının qarşısında Şahid8 vasitəsi ilə Zərərçəkmiş şəxs10 3000 (üç min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs10 3000 (üç min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək onun üçün 6500 manat pul müqabilində xarici ölkədə istehsal olunan avtomobil gətizdirəcəyi, həmçinin 2100 manat pul müqabilində onun Gəncə şəhər X51 Stansiyasına sürücü kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə avtomobil gətirəcəyi vədi ilə Zərərçəkmiş şəxs11 2022-ci ilin yanvar ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə özünün yaşadığı ünvan 6 ünvanda 3000 (üç min) manat, 2022-ci ilin yanvar ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə yenə də yaşadığı ünvan 7 ünvandakı evində 2500 manat, xx.xx.2022-cim il tarixdə, saat 18:03-də Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşlən «Yağmur» marketdə qoyulmuş Milliön aparatı vasitəsi ilə cinayətkar qəsdindən xəbəri olmayan X1 köçürdüyü 1000 (bir min) manat olmaqla ümumilikdə 6500 manat pulu, işə düzəlməsinə köməklik göstərəcəyi vədi ilə 2022-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhərində 800 manat, xx.xx.2022-ci il tarixdə 17:39-da Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşlən «Yağmur» marketdə qoyulmuş Milliön aparatı vasitəsi ilə cinayətkar qəsdindən xəbəri olmayan X1 köçürdüyü 300 (üç yüz) manat və xx.xx.2022-ci il tarixdə cinayətkar qəsdindən xəbəri olmayan X19 adına Şəki şəhəri, X40 prospektində yerləşən Şəki Poçtamtı vasitəsi ilə göndərdiyi 1000 manat olmaqla ümumilikdə 2100 manat pulu, cəmi xeyli miqdar təşkil edən 8.600 (səkkiz min altı yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs11 xeyli miqdar təşkil edən 8.600 (səkkiz min altı yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Zərərçəkmiş şəxs11 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs12 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək onun qohumu X22 Gəncə şəhəri 14 saylı orta məktəbə müəllimə kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2022-ci ilin yanvar ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs12 yaşadığı ünvan 8 ünvanında yerləşən binanın qarşısında Zərərçəkmiş şəxs12 2000 (iki min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs12 2000 (iki min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən İsmаyılovа Şəlаlə Cəfər qızı Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü mаddələri ilə elаn olunmuş ittihаmdа özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2020-ci ilin ilk aylarında rəsmi olaraq heç yerdə işləmədiyi üçün internet saytları ilə iş axtarmış, internet vasitəsi ilə öz ad soyadını “Şəhla Məmmədova” olaraq qeyd edib isimlik düzəltmişdir. 2020-ci ilin yanvar ayında o, guya Bakı şəhərindən Gəncə şəhərinə müxbir kimi işləməyə gəlmiş, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən dəqiq ünvanını bilmədiyi binanın 1-ci mərtəbədə 1-ci qrup əlil bir kişinin evində müvəqqəti qalıb ona qulluq göstərmişdir. Həmin kişiyə qulluq etdiyi uçun evdə pulsuz qalmışdır. Təxminən 2020-ci ilin aprel-may aylarında adı sonradan məlum olan Şahid1 ilə təsadüf tanış olmuş, Maral onun evində qaldığı kişinin qohumu olduğu üçün arabir həmin kişinin evinə gedib-gəlmişdir. Tanış olduqdan sonra o, Marala özünü Aztv-nin zona müxbiri kimi təqdim edərək onunla tanış olmuş və Şahid1 ilə aralarında münasibət yaranmışdır. Maral ona yaşadığı ünvan 10 ünvanında yaşamağı təklif etmiş, Maralla razılaşıb bir müddət orada qalmışdır. Maralın evində qaldığı müddətdə Şahid1 yalandan yüksək vəzifələrdə tanışlarının olduğunu deyərək pensiya təyin etdirə biləcəyini və işə adam düzəltdiyini bildirmişdir. Bundan sonra Şahid1 Şəmkir rayonunda yaşayan xalası qızı Zərərçəkmiş şəxs13 ilə telefonla əlaqə saxlayan zaman onun barəsində Gülnurəyə məlumat vermiş, Gülnurə də qiyabi olaraq onu tanımışdır. 2020-ci ilin may ayının əvvəllərində o, Marala Şəmkir rayonuna gedəcəyini bildirmişdir. Şahid1 xalası qızı Gülnurəyə zəng edərək onun Şəmkir rayonuna gələcəyi barədə məlumat vermişdir. Həmin günü Gülnurə onu Şəmkir rayonunda qarşılamış və yaşadığı Şəmkir şəhəri, Cahangir Rüstəmov küçəsində yerləşən nömrəsini xatırlamadığı evinə qonaq aparmışdır. O, bir gün orada qalmış, evində qaldığı müddətdə Gülnurə ilə tanış olmuş, Gülnurəyə də özünü Aztv-nin zona müxbiri kimi təqdim edib yalandan yüksək vəzifələrdə tanışlarının olduğunu deyərək pensiya təyin olunmasına və adamların işə düzəlməsində köməklik edə biləcəyini demişdir. Söhbət zamanı Gülnurə ondan, onu Şəmkir rayonunda yerləşən uşaq bağçalardan birinə müdirə vəzifəsinə təyin etdirmək üçün tanışlarının olub-olmadığını soruşmuş, o, Gülnurənin pulunu ələ keçirməkdən ötrü yalandan yüksək vəzifələrdə tanışlarının olduğunu və 2200 manat pul müqabilində onun Şəmkir rayonunda yerləşən uşaq bağçalarının birinə müdirə vəzifəsinə keçməsinə köməklik edə biləcəyini demişdir. Gülnurə onunla razılaşmış, lakin hazırda pulunun olmadığını bildirib, onun işini həll etdikdən sonra həmin pulu verəcəyini demişdir. Sonra o, Gəncə şəhərinə Şahid1 yaşadığı evə gəlmiş, Gülnurə ilə aralarında olan söhbəti Marala danışmışdır. Bir neçə gün sonra o, yalandan Marala Gülnurə ilə danışmasını, onun işə düzəlməsi ilə bağlı danışdığını, pul çatacağı təqdirdə işinin həll olunacağını ona bildirməsini demiş, Maral da Gülnurəyə zəng edib bu barədə ona bildirmişdir. Təxminən 2020-ci ilin may ayının axırlarında o, Gülnurə ilə danışaraq pulu götürmək üçün Gülnurənin yaşadığı Şəmkir şəhərindəki evinə getmiş, evində o, Gülnurədən, onu Şəmkir rayonunda yerləşən uşaq bağçalarından birinə müdirə kimi işə düzəltmək adı ilə 2200 manat pul almışdır. Gülnurə həmin pulu ona verəndə yanında heç kim olmamışdır. Bundan sonra Maral ondan, Samux rayonunda yaşayan xalası Zərərçəkmiş şəxs14 ilə telefonla danışdığını bildirib, xalasının adına olan pensiya təqaüdünü nəvəsinin adına keçirə bilib-bilməyəcəyini soruşmuşdur. Maral eyni zamanda Zərərçəkmiş şəxs14 Zərərçəkmiş şəxs13 anası olduğunu ona bildirmişdir. O da Marala yalandan yüksək vəzifələrdə tanışlarının olduğunu deyərək onu inandırmağa çalışmışdır. Bundan bir neçə gün sonra təxminən 2020-ci ilin iyun ayının ortalarında Maralla sonuncunun xalası Zərərçəkmiş şəxs14 yaşadığı Samux rayonu, Qarabağlar kəndində yerləşən evlərinə qonaq getmişlər. Həmin vaxt Maral onu xalası Zərərçəkmiş şəxs14 tanış etmişdir. O, Zərərçəkmiş şəxs14 Maralın evində kirayədə yaşadığını və eyni zamanda Aztv-də jurnalist işlədiyini bildirmişdir. Söhbət əsnasında o, Rahiləyə yalandan pensiya müavinəti təyin etdirmək üçün yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs14 ona, onun adına olan pensiya müavinətinin azyaşlı nəvəsinin adına keçirə biləcəyini soruşmuş, o da Rahiləyə yalandan problem olmadığını, bunun üçün 1500 (min beş yüz) manat pul lazım olduğunu demiş, Rahilə də onunla razılaşmışdır. Əslində onun məqsədi Zərərçəkmiş şəxs14 pensiyasını nəvəsinin adına keçirmək yox, sadəcə pulunu ələ keçirmək olmuşdur. Rahilə ona hazırda həmin miqdarda pulunun olmadığını, pulu düzəldəndən sonra bacısı qızı Maral vasitəsilə xəbər edəcəyini bildirmişdir. Təxminən 5 gün keçdikdən sonra 2020-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs14 bacısı qızı Maralın evinə qonaq gəlmişdir. Həmin vaxt Rahilə bacısı qızı Maralın yanında ona, onun adına olan pensiya müavinətini azyaşlı nəvəsinin adına keçirməsindən ötrü 1500 (min beş yüz) manat pul vermişdir. O, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs13 dələduzluq yolu ilə ələ keçirdiyi pullardan Şahid1 pul verməmiş, Maral onun həmin şəxsləri aldatdığını bilməmişdir. Rahilə və Gülnurəni aldadıb pullarını ələ keçirdikdən sonra o, Mingəçevir şəhərinə gəlmişdir. Bir müddət Mingəçevir şəhərində kirayə evdə qalmışdır. O, Güncə şəhərində qaldığı müddətdə Mingəçevir şəhərinə gəlibgetmiş, həmin müddətdə taksi fəaliyyəti ilə məşğul olan Veysəl adlı şəxslə tanış olmuşdur. Veysəl idarə etdiyi Naz Lifan markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşını ilə Güncə- Mingəçevir şəhərləri arasında sərnişin daşımaqla məşğul olmuşdur. O, Veysəlin idarə etdiyi avtomaşınla Mingəçevir şəhərinə gəlib-getmişdir. O, Veysələ də özünü Şəhla Məmmədova kimi təqdim etmişdir. Mingəçevir şəhərində Sahil parkında Xəyalə adlı qadınla tanış olmuş, yəxminən bir ay müddətində Xəyalənin evində qalmışdır. Xəyalə də onu Şəhla Məmmədova olaraq tanımışdır. Xəyalə gözəllik salonunda işləmiş, Ağdam rayon sakini olmaqla müvəqqəti olaraq Mingəçevir şəhərində qalmışdır. Xəyalə onu öz qohumu Şəfaqət adlı qadınla tanış etmişdir Şəfaqət yaşlı qadın olmaqla Mingəçevir şəhər məcburi köçkünlər üçün tikilmiş binada qalmışdır. O, Şəfaqətə də özünü Şəhla Məmmədova olaraq təqdim etmiş və jurnalist işlədiyimi bildirmişdir. Bir müddət sonra Şəfaqət ona, qardaşı Xudayətin qızı Səkinənin ali təhsilli olduğunu, institut bitirdiyini bildirib, onun işə düzəlməsinə köməklik etməsini xahiş etmiş, o, isə əvəzində Şafaqətə maraqlanıb cavab verəcəyini bildirmişdir. Həmin vaxt, təxminən 2021-ci ilin aprel ayının ilk günlərində Şəfaqət onu Yevlax rayon Ərəbəsrə kəndində yaşayan qardaşı qızı Samirənin evinə qonaq aparmışdır. Orada da o, özünü jurnalist Şəhla Məmmədova olaraq hamıya tanıtmışdır. Ərəbbəsrə kəndində olduğu müddətdə Samirə və onun həyat yoldaşı Şahid4 ondan az yaşlı uşaqları üçün sosial yardım düzəltməyə köməklik etməsini xahiş etmişlər. O, da 600 manat müqabilində onların azyaşlı uşaqları üçün sosial yardım düzəldə biləcəyini bildirmişdir. Aprel ayının ilk günlərində baş tutan həmin söhbət zamanı evində Rauf ona, hazırda 300 manat pul verə biləcəyini sosial yardım almağa başladıqdan sonra isə 300 manat verəcəyini bildirmiş, o da razılaşdığı üçün Samirə həyat yoldaşı Raufun yanında ona 300 manat pul vermişdir. Bundan sonra Raufa arvadının müalicəsi üçün 150 manat borc pul vermişdir. Bundan başqa qoyun növbəsində olan zaman itirdiyi qoyunun pulunu verə bilmədiyi üçün o, Raufa əlavə 100 manat borc pul vermişdir. Buna görə o, Raufdan aldığı pulları qaytarmışdır. O, həmin müddət ərzində Samirənin həyat yoldaşı Raufun işlədiyi kərpic zavodunda Raufun və qardaşının bir neçə aylıq maaşlarını ala bilmədiyini eşidib “Şəhla Məmmədova” yazılan vəsiqəsi ilə həmin zavoda gedib orada Rauf və qardaşının əməkhaqqlarını 1 gün sonra almalarına köməklik etmişdir. Bununla da onun Rauf və sonuncunun qohumlarının yanında nüfuzu artmışdır. Daha sonra Samirənin həyat yoldaşı Şahid4 vasitəsilə isə Zərərçəkmiş şəxs2 tanımışdır. 2021-ci ilin aprel ayının ilk günlərində Şahid4 evində baş tutan söhbət zamanı Zərərçəkmiş şəxs2 ondan onun həyat yoldaşını pensiyaya çıxmasına köməklik etməsini xahiş etmiş, o da mümkün olduğunu deyib, lakin 3500 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ona, ilkin olaraq 1500 manat pul verə biləcəyini, pensiya düzələndən sonra isə qalan 2000 manatı verəcəyini demişdir. O, Qaliblə razılaşmış və Qalib həmin gün Raufun evində ona 500 manat pul vermişdir. Bir neçə gündən sonra o, yenidən Raufun evinə qonaq getdikdə 1000 manat da Qalib onda pul vermişdir. Ümumilikdə 1500 manat pulu Zərərçəkmiş şəxs2 sonuncunun arvadına pensiya düzəltmək adı ilə almışdır. Bundan başqa 2021-ci ilin may ayında o, yenə də Ərəbbəsrə kəndində Raufun evində olarkən sonuncunun dostu Zərərçəkmiş şəxs4la tanış olmuş, söhbət zamanı Calal ondan, ona sosial yardım düzəltməsini xahiş etmişdir. O da 800 manat müqabilində ona sosial yardım düzəldəcəyini bildirmişdir. Calal da razılaşmış özünə və ailə üzvlərinə aid sənədlərin kserosurətlərini gətirib ona təqdim etmişdir. 10 may 2021-ci il tarixdə saat 21 radələrində Raufun evində Cəlal ona ilk olaraq 500 manat, bir gün sonra yəni xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Xaldan dairəsi adlanan ərazidə isə 300 manat Calal ona pul vermişdir. Bundan başqa 2021-ci ilin may ayının 6-da Raufun evində olarkən Qalibin qohumu Zərərçəkmiş şəxs6 oraya qonaq gəlmiş, söhbət zamanı Ağasəf ondan, həyat yoldaşı Reyhanın pensiya məsələsini həll etməsini xahiş etmiş, o isə 2500 manat pul müqabilində Reyhanın pensiyaya çıxmasına köməklik edə biləcəyini bildirmişdir. Ağasəf də həmin vaxt onunla razılaşmış, təxminən bir həftə sonra, yəni may ayının 13-də Raufun evində olarkən 2500 manat pul və arvadı Reyhanın sənədlərinin surətlərini ona vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 də bacısı Şəfaqətin vasitəsi ilə tanımış, Şəfaqət ilk vaxtlarda ondan qardaşı qızının işə düzəlməsinə köməklik etməsini xahiş etdiyi üçün Zərərçəkmiş şəxs3 qızını işə düzəltmək istədiyini bilmişdir. 2021-ci ilin may ayının 6-da Xudayət Şəfaqətin evinə gəlmiş, söhbət zamanı Xudayət ondan qızı X32 Xidmət Mərkəzində işə düzəltməkdə ona köməklik etməsini xahiş etmiş, o da Xudayətə 9000 manat müqabilində qızını işə düzəldə biləcəyini demiş, Xudayət isə ona, 4 min manat verə biləcəyini bildirmişdir. O da razılaşmışdır. 2021-ci ilin may ayının 8-də saat 20 radələrində Şəfaqətin evində olarkən, sonnucunun yanında Xudayət ona 4000 manat pul və qızı Səkinənin sənədlərinin surətlərini vermişdir. Şəfaqətin evində qalsa da, əslində onun qardaşı Xudayəti aldatdığını bilməmişdir. Bundan başqa 2021-ci ilin may ayının ortalarında o, Xudayətin vasitəsilə Zərərçəkmiş şəxs8 tanımışdır. Tanış olduqdan sonra özünün yaşadığı kirayə evdə baş tutan söhbət zamanı Zərərçəkmiş şəxs8 qızının həyat yoldaşını Mingəçevir Asan Xidmət Mərkəzində işə düzəltməsini xahiş etmiş və kürəkəninin atasının məlumatı olmadığını, pulu özünün verəcəyini bildirmişdir. O da 4500 manat pul müqabilində kürəkənini işə düzəldə biləcəyini demiş, İlham da bu barədə onunla razılaşmışdır. Təxminən 3 gün sonra İlham 4500 manat pulu gətirib Şəfaqətin yaşadığı evin qarşısında ona vermişdir. Bundan başqa Şəfaqətin evində olduğu müddətdə Zərərçəkmiş şəxs5 adlı qadın oraya qonaq gəlmiş və orada Afətlə tanış olmuşdur. Söhbət zamanı Afət ondan, onu baxçaya müəllimə olaraq işə düzəltməsini xahiş etmiş, o, Afətə, 4000 manat müqabilində onu uşaq baxçasına işə düzəldə biləcəyini demiş, Afət də razılaşmışdır. Təxminən xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs5 3000 manat pul gətirib Şəfaqətin evində sonuncunun yanında ona vermişdir. xx.xx.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs5 qalan 1000 manat pulu da Şəfaqətin evində ona vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs9, bacısı Zərərçəkmiş şəxs5 uşaq baxçasına işə düzəldəcəyini eşidib, ondan işləməyən həyat yoldaşını Mingəçevir şəhəri X51 stansiyasında sürücü olaraq işə düzəlməsini xahiş etmiş, o da 2000 manat pul müqabilində həyat yoldaşını dediyi yerə işə düzəldəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə o, Gülüstana zəng edərək pulu verməli olduğunu deyərək gətirməsini bildirmiş, Gülüstan 1000 manat düzüb qoşuduğunu bildirdikdə o, Gülüstana həmin pulu Rauf Əliyev adlı şəxsin kartına göndərməsini demişdir. Rauf Əliyev Bakı şəhərində avtomobil icarəyə götürdüyü şirkətdə işləmiş, icarəyə götürdüyü avtomaşının pulunu ödəyə bilmədiyi üçün Gülüstana Raufun kartını göndərmişdir. Gülüstan 1000 manatı Raufun kartına göndərmiş, Raufa da ona pulu götürdüyünü demişdir. Daha sonra isə 2021-ci ilin iyun ayının 6-da Gülüstan qalan 1000 manat pulu Şəfaqətin evində ona vermişdir. Bundan başqa onun taksi sürücüsü işləyən Veysəl adlı şəxslə münasibətləri normal olmuş, təxminən 2021-ci ilin iyun ayının 10-12 tarixlərində Veysəl ona bir nəfər qadının oğluna əllilik düzəltmək istədiyini bildirmiş, köməklik edə biləcəyini soruşmuş, o da problem olmadığını bildirib razılaşmışdır. Veysəl həmin tarixlərdə Gülümzər Şəfiyeva adlı qadını və oğlu Bəxtiyarı Mingəçevir şəhərində yerləşən sahil Parkına gətirib onunla görüşdürmüşdür. Söhbət zamanı Gülümzər ona oğlu Bəxtiyarın müharibə iştirakçısı olduğunu, müharibədə xəsarət aldığını, lakin əlillik düzəltdirə bilmədiyini bildirmiş və ondan oğlu Bəxdiyara əlillik düzəltməkdə onlara köməklik etməsini xahiş etmişdir. O, Gülümzərə oğlu Bəxdiyarın əlilliyini düzəltmək üçün 4000 manat pul lazım olduğunu demişdir. Bundan sonra Gülümzər ona Mingəçevir şəhərində olduğunu və pulu anasının evdində verəcəyini ona bildirmişdir. O da Gülümzərin Mingəçevir şəhərində yaşayan anasının evinə getmiş, Gülümzər anasının evində ona 3500 manat pul vermişdir. Bir neçə gün sonra isə Bəxtiyar ona xatırlamadığı taksi ilə 500 manat pul göndərmişdir. O, Gülümzərdən oğlu Bəxtiyara əlillik düzəltmək adı ilə ümumilikdə 4000 manat pul almışdır. Bundan başqa Xudayətin arvadı Şərafət ona iyun ayında qohumu Zərərçəkmiş şəxs10 qızını ASAN xidmət mərkəzində işə düzəldə biləcəyini soruşmuş, o da razılaşmışıb, üç min manat müqabilində qohumunu ASAN xidmətə işə düzəldə biləcəyini demişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Xudayətlə sonuncunun idarə etdiyi avtomaşınla bir ünvana getmiş, o, avtomaşının arxa oturacağında əyləşmişdir. Şərafətin qohumu Zərərçəkmiş şəxs10 avtomaşına yaxınlaşıb Şərafətə zərfin içərisinə qoyduğu pulu vermiş, Şərafət də həmin zərfi ona vermişdir. O, zərfi açıb içərisində olan pulu saymış və 3000 manat olduğunu görmüş, pulu götürüb Pərvanəyə qızının işini düzüb qoşacağını bildirmişdir. Bundan sonra işə düzəltmək, pensiyaya düzəltmək və sair adlarla aldadıb pul aldığı və müxtəlif tarixlərə vəd verdiyi şəxslər onu axtarmağa başladığı üçün Mingəçevir şəhərindən çıxıb getmişdir. Bundan başqa o, 2021-ci il ərzində dəfələrlə Mingəçevir və Gəncə şəhərlərinə Bakı şəhərindən gəlib-gedərkən taksi ilə gəlibgetmiş, həmin vaxt Zərərçəkmiş şəxs11lə tanış olmuşdur. Elmar hərbçi olmaqla, Gəncə şəhərinə yerləşən N saylı hərbi hissədə feldşer işləmişdir. Tanış olduqdan sonra Elmarla münasibəti yaranmışdır. 2022-ci ilin ilk yanvar ayının əvvəllərində o, Bakı şəhərində Yasamal rayonunda yerləşən kirayə yaşadığı evində olarkən Elmar onun yaşadığı evə gəlmiş, qalmağa yeri olmadığını bildirib onun evində qonaq qalmasını xahiş etmişdir. O, etiraz etməmiş, həmin gün Elmar onun evində qalmışdır. Bundan sonra Elmarla aralarında münasibət yaranmışdır. Elmar hər həftə Bakı şəhərinə gəldikdə onun yaşadığı evə gəlib qalmışdır. Elmarın bildirdiyi kimi o, Elmara avtomobil gətirmək adı ilə ondan pul almamışdır, çünki o maşın alverçisi deyil. Lakin tanışlığı yaranandan sona o, Elmara pensiya və işə düzəltmək barədə imkanlarının olduğunu bildirmiş və bununla bağlı ondan ümumilikdə 8600 manat pul almışdır. Belə ki, 2022-ci ilin yanvar ayının əvvəllərində Elmar Bakı şəhərində gəlib yaşadığı evdə ona 3000 manat pul, yanvar ayının ortalarında isə 2500 manat pul vermişdir. Daha sonra Elmar tanışı Vüsal adlı şəxsin kartına 1000 manat pul köçürmüş, həmim pulu o, Bakı şəhərində götürmüşdür. Sonra o, Elmara işinin ağır olduğunu, işdən çıxacağı halda onu Gəncə şəhər X51 Stansiyasına sürücü kimi işə düzəldəcəyini demişdir. Bundan başqa o Elmara onu lazimi yerlərə aparacağı halda ona əlavə pul da verəcəyini bildirmişdir. Elmar da razılaşıb 2022-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhərində ona 800 manat pul vermişdir. Bir neçə gün sonra Elmar Vüsal adlı şəxsin kartına 300 manat pul köçürmüş, həmin pulu da o, Bakı şəhərində çıxarmışdır. Fevral ayının ortalarında Elmar, onun tanışı Nigarın adına poçt vasitəsi ilə göndərdiyi 1000 manat pulu Şəki şəhərində götürmüşdür. Beləliklə də Elmar ona avtomaşın gətirməsi üçün 6500 manat, işə düzətməsi üçün 2100 manat olmaqla ümumilikdə 8.600 manat pul vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs11 vasitəsi ilə Zərərçəkmiş şəxs12la tanış olmuşdur. Belə ki, 2022-ci ilin yanvar ayında Elmar Zöhrabla onun evinə qonaq gəlmiş, söhbət zamanı Zöhrab ona qızı Ayselin ali təhsilli olmasını və məktəbdə labarant işləməsini bildirib, ondan qızı Ayseli Gəncə şəhər 14 nömrəli məktəbdə müəllimə olaraq işə düzəldə biləcəyini soruşmuş, o da Zöhraba 5000 manat müqabilində Ayseli 14 nömrəli məktəbə müəllimə kimi işə düzəldə biləcəyini bildirmişdir. Təxminən bir-iki gün sonra o, Gəncə şəhərinə gəlmiş, orada Elmarla görüşmüşdür. Həmin vaxt Zöhrab da Elmarın yanında olmuşdur. O, Zöhrabdan qızının işi üçün 4000 manat istəmiş, Zöhrab da ona, hazırda 2000 manat pulu olduğunu, ilk olaraq 2000 manat verəcəyini, qalan 3000 manat pulu isə Aysel işə düzələndən sonra verəcəyini demiş, o da razılaşmışdır. O, Ayselin sənədlərinin kserosurətlərini və 2000 manat pulu Gəncə şəhərində Zöhrabdan əlbəəl götürmüşdür. İmkanı daxilində qismən ödəniş etmişdir. Maddi imkanı olmadığı üçün ziyanı tam ödəy bilmir. Lakin ziyanı ödəyəcəyinə söz verir. Əməlindən peşman olmuş, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz vermiş, həyatda tək olduğunu, heç kəsi olmadığını, cəza çəkdiyi 1 il müddət ona 10 il kimi gəldiyini, zərərçəkmişlərə dəymiş ziyandan imtina etmədiyini, işləyib ödəyəcəyini və məhkəmənin ədalətinə inandığını bildirmişdir. O, qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. O, Şəmkir şəhəri, Cahangir Rüstəmov adına orta məktəbdə ibtidai sinif müəlliməsi işləmişdir. 2020-ci ilin may ayının əvvəllərində xalası qızı Şahid1 ona zəng edərək yaşadığı evdə Şəlalə adlı qadının kirayədə yaşaması, həmin qadının Azərbaycan Respublikası Dövlət Televizayasında jurnalist işləməsi, yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu və həmin tanışlarının vasitəsi ilə pensiya müavinəti təyin etdirə bilməsi, istənilən şəxsi vəzifəyə təyin etdirə bilməsi barədə ona bildirərək Şəlalə adlı qadını ona şifahi olaraq tanıtmışdır. Bir neçə gün keçdikdən sonra xalası qızı Şahid1 ona zəng edərək Şəlalə adlı qadının Şəmkir şəhərinə qonaq gələcəyini və onu qarşılamasını bildirmişdir. Həmin günü o, Təqsirləndirilən şəxs ünvan 11 ünvanına qonaq aparmışdır. Söhbət əsnasında Şəlalə ona pensiya müavinəti təyin etdirmək üçün tanışlarının olduğunu bildirmiş, o, həmin vaxt Şəlaləyə, Şəmkir rayonunda müəllimə işlədiyini, onu Şəmkir rayonunda yerləşən uşaq bağçalarının birinə müdirə vəzifəsinə keçməsinə köməklik edə biləcəyini soruşmuş, Şəlalə isə ona problem olmadığını, yüksək vəzifədə işləyən tanışları vasitəsilə onu Şəmkir rayonunda yerləşən uşaq bağçlarının birinə müdirə vəzifəsinə təyin etdirə biləcəyini bildirmiş, o, da Şəlaləyə inanmışdır. Şəlalə bunun üçün ondan 2200 (iki min iki yüz) manat pul istəmiş, o, Şəlaləyə, o qədər pulu olmadığını, işi düzəldən sonra ona həmin pulu verəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra xalası qızı Şahid1 ona zəng edərək Şəmkir rayonunda yerləşən uşaq bağçalarının birinə müdirə təyin etdirmək üçün işinin danışdığını bildirmişdir. Bundan sonra təxminən 2020-ci ilin may ayının axırlarında Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Cahangir Rüstəmov küçəsi, ev 12 ünvanına gəlmişdir. Həmin gün yaşadığı evdə Şəlaləyə 2200 (iki min iki yüz) manat pul vermiş və Şahid1 zəng edərək bu barədə bildirmişdir. Təxminən 10-15 gün keçdikdən sonra Maral vasitəsilə Şəlalə ilə danışan zaman nə üçün işinin həll etmədliyini soruşan zaman, sonuncu ona yalandan vədlər verərək işini danışdığını tez bir zamanda bağça müdiri təyin olunacağını demişdir. Lakin üzərindən xeyli vaxt keçsə də Şəlalə vədlərinə əməl etməmişdir. Sonra Şəlalənin kirayədə yaşadığı xalası qızı Şahid1 yaşadığı evdən çıxıb getdiyini eşitmişdir. Bundan sonra Şəlalə ilə əlaqə yaratmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 2200 (iki min iki yüz) manat pul indiyədək ödənilməmişdir. Təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı ilə barışmamışdır, ona verdiyi pulu tələb edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləmiş, əvvəllər Samux rayonu, Qarabağlar kəndində yerləşən orta məktəbdə dil-ədəbiyyat müəllimi işləmiş, hazırda təqaüddədir. 2020-ci ilin iyun ayında bacısı qızı Şahid1 ona zəng edərək yaşadığı evdə Şəlalə adlı qadının kirayədə yaşadığını, Şəlalənin Azərbaycan Respublikası Dövlət Televizayasında jurnalist işlədiyini, yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu və həmin tanışlarının vasitəsi ilə pensiya müavinəti təyin etdirə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra təxminən 2020-ci ilin iyun ayının ortalarında bacısı qızı Şahid1 Şəlalə adlı qadınla yaşadığı Samux rayonu, Qarabağlar kəndində yerləşən evinə qonaq gəlmiş, həmin vaxt bacısı qızı Şahid1 Şəlaləni ona təqdim edərək Şəlalənin onun evində kirayədə yaşadığını və eyni zamanda Azərbaycan Respublikası Dövlət Televizayasında jurnalist işlədiyini bildirmişdir. Söhbət əsnasında Şəlalə pensiya müavinəti təyin etdirmək üçün yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu bildirmişdir. O, həmin vaxt Şəlaləyə onun adına olan pensiya təqaüdünün azyaşlı nəvəsinin adına keçirə bilib-bilməyəcəyini soruşmuş, Şəlalə də problem olmadığını, bunun üçün 1500 (min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. O, Şəlalə ilə razılaşmış, lakin hal-hazırda həmin miqdarda pulunun olmadığını pulu düzəldəndən sonra ona bacısı qızı Maral vasitəsilə xəbər edəcəyini bildirmişdir. Təxminən 5 gün keçdikdən sonra, 2020-ci ilin iyun ayının ortalarında o, bacısı qızı Şahid1 yaşadığı ünvan 12 ünvanında yerləşən evinə qonaq getmiş, həmin evdə Şahid1 ilə bərabər Şəlalə də olmuş, Maralın yanında Şəlaləyə, onun adına olan pensiya təqaüdünü azyaşlı nəvəsinin adına keçirməsindən ötrü 1500 (min beş yüz) manat pul vermişdir. Təxminən 10-15 gün keçdikdən sonra Maral vasitəsilə Şəlalə ilə danışan zaman nə üçün pensiyasını nəvəsinin adına keçirmədiyini soruşan zaman, Şəlalə ona yalandan vədlər verərək, pensiyasının tez bir zamanda nəvəsinin adına keçirəcəyini demiş, lakin razılaşmadan xeyli vaxt keçsədə Şəlalə vədlərinə əməl etməmişdir. Daha sonra Şəlalənin kirayədə yaşadığı bacısı qızı Şahid1 yaşadığı evdən çıxıb getdiyini eşitmiş, və bundan sonra Şəlalə ilə artıq əlaqə yaratmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 1500 manat pul indiyədək ödənilməmişdir. Bu səbəbdən, o, təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı ilə barışmadığını, ona verdiyi pulu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. Şahid4 onun həmkəndli olmuş, Şahid4la münasibətləri yaxşı olduğu üçün birbirinin evinə ailəvi gediş-gəlişləri olmuşdur. 2021-ci ilin aprel ayının əvvəllərində Şahid4 evində adını Şəhla olaraq bildiyi barəsində ətraflı məlumatı olmayan bir nəfər qadın qonaq qaldığı barədə məlumatı olmuşdur. Şahid4 evində olarkən söhbət əsnasında həmin evdə qalan Şəhla adlı qadın AzTV-nin zona müxbiri olduğunu və müxtəlif işlərin həllində köməklik edə biləcəyini bildirmişdir. Buna görə də aralarında Şəhla adlı qadına inam yaranmış, o, Şəhladan qızları Asiman və Ayselin maddi vəziyyəti zəif olduğunu bildirib, onlara sosial yardım düzəldə biləcəyini soruşmuşdur. Şəhla da ona pul müqabilində qızlarına sosial yardım düzəltdirə biləcəyini, həmin sahədə işləyən tanışlarının olmasını bildirmişdir. O, Şəhladan qızları Asiman və Ayselə sosial yardım düzəltməsi barədə xahiş etmiş, Şəhla isə hər ikisi üçün sosial düzəldirəcəyi təqdirdə 1500 manat pul lazım olacağını bildirmişdir. Hətta Şəhla ona əslində iki nəfər üçün sosial yarım düzəltməyin xərcinin daha çox olduğunu, Şahid4 dostu olduğu üçün ona güzəşt edərək 1500 manata pula həmin məsləni həll edəcəyini bildirmişdir. O, Şəhla ilə razılaşıb həmin gün 500 manat pulu Şahid4 evində Şəhlaya vermiş, qalan min manat pulu da bir həftə ərzində verəcəyini bildirmişdir. Təxminən bir həftə sonra o, min manat pulu, yəni qızlarına sosial yardım düzəltməsi müqabilində ümumilikdə 1500 manat pulu Şəhlaya vermişdir. Şəhlaya pulu verərəkən Raufun həyat yoldaşı Samirə də onların yanında olmuşdur. Şəhla 2021-ci ilin iyun ayından etibarən qızlarının sosial yardım alacağı barəsində ona vəd vermişdir. 2021ci ilin iyun ayının son günlərinədək gözləmiş və qızlarının adına sosial yardım düzəlmədiyini anlamış və bu barədə maraqlanmaq istədikdə Şəhlanın istifadə etdiyi mobil telefona zəng çatmamışdır. Mingəçevir ŞPŞ-nə gedib həmin şəxs barəsində şikayət ərizəsi yazarkən özünü AzTV-nin zona müxbiri kimi təqdim edən Şəhla adlı qadının Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 1500 manat pul indiyədək ödənilməmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı ilə barışmadığını, ona verdiyi pulu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. X27 onun bacısıdır. İsmаyılovа Şəlаlə Cəfər qızını da bacısının vasitəsi ilə tanımışdır. Belə ki, bacısı Şəfaqət özünü Şəhla adı ilə AzTV-nin zona müdiri kimi təqdim edən şəxslə tanış olmuş, Şəhla Məmmədova özünü xeyriyyəçi jurnalist olaraq təqdim edərək bacısı Şəfaqətlə münasibət qurmuşdur. Şəhla adlı həmin qadın Mingəçevir şəhərində ona məlum olmayan ünvanda kirayə qaldığı müddət ərzində dəfələrlə bacısı Şəfaqətin yaşadığı evə gedib-gəldiyi üçün, o, da Şəhla ilə tanış olmuşdur. 2021-ci ilin may ayının 6-da bacısı Şəfaqətin evində Şəhla adlı qadınla qızı Səkinə Babazadəni işə düzəlməsi məsələsini danışmış, söhbət əsnasında X41 Xidmətdə boş yerin olduğunu və qızı Səkinə Babazadəni ora işə düzəldə biləcəyini demiş və bu işin alınması üçün 9000 (doqquz min) manat pul lazım olacağını qeyd etmiş, o, isə fikirləşib bir söz deyəcəyini bildirmişdir. Təxminən 2 gün sonra, yəni 2022-ci ilin may ayının 8-də saat 20 radələrində yenidən bacısı Şəfaqətin evində Şəhla ilə görüşəndə özü ilə apardığı dörd min manat pulu Şəhlaya vermiş, qalan beş min manat pulu isə qızı Səkinə işə başlayanda verəcəyini bildirmişdir. Şəhla da dörd min manat pulu götürmüş, onun yanında bir nəfər şəxsə mobil telefonla zəng edərək pulun özündə olmasını bildirib işi düzəltməyə başlamasını demişdir. Daha sonra o, Şəhla Məmmədovadan baldızının pensiya məsələsinin düzəlməsinə köməklik edə biləcəyini soruşmuş, Şəhla da köməklik edəcəyini və qarşılğında iki min manat pul verilməli olmasını demişdir. O, da 2000 manat pulu Şəhla Məmmədovaya vermişdir. Şəhla pulu götürüb xəbər edəndə baldızına aid sənədləri təqdim etməsini bildirmişdir. Bundan bir neçə gün sonra o, qızı Səkinə və Şəhla birlikdə Mingəçevir ŞMXna gedib qızı Səkinənin sağlamlıq sənədlərini almışlar. Şəhla verdiyi vədə görə guya qızı Səkinə may ayının 18-də işə başlamalı olmuşdur. Lakin sonradan Şəha adlı qadınla əlaqə qura bilməmiş, onunla əlaqə saxladığı ***-***-**-** saylı mobil nömrəyə zəng çatmamışdır. Şəhla onu aldadaraq ümumilikdə 6000 manat pulunu ələ keçirmişdir. Sonradan ona özünü AzTV-nin zona müxbiri kimi təqdim etmiş Şəhla adlı qadının ondan başqa bir neçə nəfər şəxsi də müxtəlif işləri görəcəyi vəd ilə aldadaraq pullarını ələ keçirib aradan çıxdığı ona məlum olmuşdur. Özünü Şəhla kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs olması ona sonradan məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 6000 manat pul indiyədək ödənilməmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı ilə barışmadığını, ona verdiyi pulu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin mart aprel aylarında həmkəndlisi Şahid4 sosial yardım almağa çalışdığını bilmiş, 2021-ci ilin may ayında Raufla söhbət edərəkən sonuncu ona AzTV-nin zona müxbiri işləyən Şəhla adlı tanışının sosial yardım almağa ona köməklik edəcəyini demişdir. O, Raufa övladları üçün sosial yardım düzəltdirmək istədiyini bildirdikdə, Rauf onu Şəhla ilə tanış edəcəyini bildirmişdir. 2021-ci ilin may ayının 6-da, o, Şahid4 ilə birlikdə onun yaşadığı evə getmiş, orada Şəhla adlı qadınla tanış olmuşdur. Söhbət əsnasında o, Şəhladan sosial yardım düzəltdirməyin mümkün olub-olmaması barədə maraqlandıqda, Şəhla ona mümkün olduğunu lakin 800 manat pul lazım olacağını bildirmişdir. O, Şəhla ilə razılaşmış, 2021-ci ilin may ayının 10-da 500 manat pulu Raufun evində saat 21 radələrində Şəhla adlı qadına vermiş və qalan hissəsini də bir gün sonra verəcəyimi bildirmişdir. Şəhla ondan ailə üzvlərinə aid sənədlərin ksero surətlərini götürüb uşaqları üçün sosial yardım düzəldəcəyinə söz vermiş, 2021-ci ilin iyun ayından etibarən sosial yardım alacağını dediyi üçün əvvəlcədən razılaşdıqları kimi 11 may 2021-ci il tarixdə saat 21 radələrində Raufun evində 300 manat pulu Şəhlaya vermişdir. Onun övladlarına sosial yardım düzəltməsi üçün ümumilikdə 800 manat pulu Şəhlaya vermişdir. Vəd olunan tarix yəni 2021-ci ilin iyun ayı gəldikdə o, sosial yardım məsələsinin həll olunmadığını öyrənmişdir. Həmin vaxt Şəhla adlı qadının ondan başqa digər şəxsləri aldadaraq müxtəlif işləri həll edəcəyi barədə yalan vədlər verib müxtəlif məbləğdə pullarını alaraq aradan çıxdığı ona məlum olmuşdur. Bundan sonra o, Mingəçevir şəhərinə gəlmiş, orada ona Şəhla adlı qadının əslində Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. O, Şəhlaya cəmi 800 manat pulu Şahid5 yanında vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 800 manat pul indiyədək ödənilməmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı ilə barışmadığını, ona verdiyi pulu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. X27 onun uzaq qohumu olmuş, 2021-ci ilin may ayının 11-da bacısı Zərərçəkmiş şəxs9 ilə birlikdə qohumu X10 şəhər H.Əliyev prospekti bina 9, mənzil 33 ünvanda yerləşən yaşadığı evə qonaq getmişlər. Şəfaqətin evinə bir nəfər tanımadıqları qadın olmuş, Şəfaqət onları həmin qadınla tanış edib qadının adının Şəhla olduğunu, AzTV-də müxbir işlədiyini bildirmişdir. Söhbət əsnasında Şəfaqət Şəhla adlı qadının onun qohumlarından bir neçə nəfəri pul müqabilində işə düzəltdiyini demişdir. O, Şəhlaya özünün hazırda işsiz olduğunu demiş, Şəhla da ona Mingəçevir şəhərində yerləşən 16 nömrəli uşaq bağçasında müəlimə peşəsi üzrə işçi tələb olunduğunu, 4 (dörd min) manat müqabilində onu həmin baxçaya işə düzəldə biləcəyini demişdir. Belə ki, Şəhla ilk olaraq beş min manata düzələ biləcəyini bildirsə də, lakin sonradan dörd min manata razılaşmışdır. Həmin söhbət zamanı onların yanında bacısı Gülüstan olmuşdur. Şəhla adlı qadın ona bir gün vaxt verib dörd min manat pulu bir gün müddətnə gətirib verməsini, yoxsa həmin yerə başqa adam götürəcəklərini demişdir. Bu söhbətdən sonra 3000 manat pul borc tapıb xx.xx.2021-ci il tarixdə saat 12 radələrində bacısı Gülüstan ilə birlikdə Şəfaqətin yaşadığı evə gedib, dörd min manat pulu düzəldə bilmədiyini üç min manat pul düzəldə bildiyini demiş, həmin 3000 manat pulu və özünə aid olan sənədlərin surətini Şəhlaya vermiş, 1000 manat pulu isə 20 gün sonra işə başlayan vaxt verəcəyini bildirmişdir. Şəhlaya 3000 manat pulu verərkən bacısı Gülüstan və Şəfaqət adlı qohumu da yanında olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Şəhla özünə məxsus ***- ***-**-** saylı mobil nömrə ilə ona məxsus ***-***-**-** mobil nömrəyə zəng edərək ondan 1000 manat pulu istəmiş və xx.xx.2021-ci il tarixdən etibarən işə başlayacağını demişdir. O, Şəhlaya inanaraq əlavə 1000 manat qohumlarından borc pul tapıb bacısı Gülüstan ilə birlikdə Şəfaqətin evinə getmiş, orada 1000 manat pulu bacısı Gülüstanın və qohumu Şafaqətin yanında Şəhlaya vermişdir. Söhbət əsnasında Şəhla 2000 manat müqabilində Mingəçevir şəhər xəstəxanasında təcili yardım stansiyasında sürücü vəzifəsinə işçi axtarıldığını bildirmiş, bu barədə bacısı Gülüstan eşidib Şəhlaya əri Şəhriyarın işsiz olduğunu, onu təcili yardım stansiyasında sürücü kimi işə düzəltməsi üçün Şəhladan xahiş etmiş, Şəhla da razılaşmışdır. Həmin gündən bir gün sonra yəni xx.xx.2021-ci il tarixdə bacısə Gülüstan 1000 manat pulu terminal vasitəsilə Şəhla adlı qadına göndərmişdir. Sonra isə xx.xx.2021-ci il tarixdə saat 12 radələrində o, və bacısı Gülüstan birlikdə Şəfaqətin evinə getmiş, orada bacısı Gülüstan Şəhlaya onun həyat yoldaşı Şəhriyarı işə düzəltməsi üçün verməli olduğu iki min manat puldan qalan 1000 manatı nəğd şəkildə Şəhlaya vermişdir. Həmin gündən bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə işə başlayacağı gün gəlib çatdığı üçün Şəhla adlı qadına zəng etmişdir. Danışıq zamanı Şəhla ona bağçanın müdiri işdə olmadığı üçün o, 16 iyun 2021-ci il tarixdən işə başlayacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, Şəhlaya zəng vursa da sonuncuya zəng çatmadığı üçün əlaqə yarada bilməmişdir. Daha sonra bacısı Gülüstandan maraqlananda Şəhlanın mobil telefonunun söndürüldüyü ona məlum olmuşdur. Bundan sonra bacısı Gülüstan ilə birlikdə Şəfaqətin evinə getmiş, Şəfaqət xx.xx.2021-ci il tarixdə axşam saatlarından Şəhlanın onun evdən çıxıb getdiyini bildirmişdir. Sonra bacısı Gülüstan 1000 manat pulu terminal vasitəsilə ödədiyi şəxslə əlaqə saxlamış, həmin vaxt Şəhla adlı qadının Rauf Əliyev adlı şəxsin işlədiyi yerdən günlük maşın icarəyə götürdüyü, onun ödədiyi pulun isə Rauf Əliyevə avtomobilin günlük kirayə haqqına hesablanaraq tutulduğu məlum olmuşdur. X33, Şəhla adlı qadının əsl adının Təqsirləndirilən şəxs olmasını bildirmiş, sonuncunun şəxsiyyət vəsiqəsinin şəklini Whatsapp proqramı vasitəsi ilə ona göndərmişdir. O, və bacısı Gülüstan aldadıldıqlarını başa düşdükdən sonra Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etmişlər. O, 3000 manat və 1000 manat olmaqla cəmi 4000 min manat pulu Şəfaqətin evində bacısı Gülüstanın və Şəfaqətin yanında Şəlaləyə vermişdir. Bacısı Gülüstan isə 1000 manat pulu Şafaqətin evində onun yanında Şəlaləyə vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 4000 manat pul indiyədək ödənilməmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmadığını və ona verdiyi pulu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 Zilfəli oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. Arvadı Reyhan uzun müddət xəstə olmuş, xəstəliyi ilə əlaqədar dəfələrlə müraciət etməsinə baxmayaraq əlilliyə çıxara bilməmişdir. 2021-ci ilin may ayının əvvəllərində yeznəsi Zərərçəkmiş şəxs2 evində olan zaman söhbət əsnasında sonuncu iş yoldaşı Şahid4 evində Şəhla adlı qonaq qaldığını, həmin Şəhla adlı xanımın AzTV-nin zona müxbiri işlədiyini və müxtəlif işlərin həllinə köməklik etməyi bacardığını bildirmişdir. Həmçinin Qalib qızlarının adına sosial yardım düzəltməsi üçün Şəhla adlı qadına 1500 manat pul verdiyini də qeyd etmişdir. Bundan sonra onda həmin Şəhla adlı qadına inam yaranmış, 2021-ci ilin may ayının təxminən 6-da o, arvadı Reyhan və Qaliblə birlikdə Raufun yaşadığı evə getmişlər. Orada Şəhla adlı qadınla tanış olmuş, Şəhla adlı qadın özünün AzTV-nin zona müxbiri işləməsini və adının Şəhla olmasını ona bildirmişdir. O, söhbət əsnasında arvadı Reyhanın uzun müddət xəstə olduğunu bildirdikdə, Şəhla İsmayılova heç bir problem olmadığını, arvadını əlilliyə çıxara biləcəyini və bunun üçün 2500 manat pul lazım olacağını ona bildirmişdir. O, da razılaşmış və təxminən bir həftə sonra 2021-ci ilin may ayının 13-də saat 20 radələrndə 2500 manat pulu hazırlamış, arvadının və Raufun yanında sonuncunun evində həmin pulu Şəhlaya vermişdir. Şəhla İsmayılova arvadı Reyhanın şəxsiyyət vəsiqəsinin sürətini verməsini, qalan işləri özünün edəcəyini bildirmişdir. Həmin vaxtdan təxminən bir ay sonra yəni iyun ayının 10-dan sonra Şəhla Məmmədovaya zəng çatmamışdır. Həmin vaxt ona Şəhla İsmayılovanın dələduzluq edərək pulunu mənimsədiyi məlum olmuşdur. Bundan sonra arvadı gedib Şəhla barəsində şikayət edərkən ona Şəhla İsmayovanın əslində Təqsirləndirilən şəxs olduğu, Mingəçevir şəhərindədə bir neçə adamı aldadıb pullarını aldığı məlum olmuşdur. Belə olub arvadı Reyhan Qalib, Rauf və qeyriləri ilə birlikdə gedib Mingəçevir şəhərində yerləşən Poliş şöbəsinə şikayət ərizəsi vermişlər. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 2500 manat pul indiyədək ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmadığını, ona verdiyi pulu tələb etdiyini bildirmiş və vermiş olduğu mülki iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. O, 2021-ci ilin may ayının 15-də Mingəçevir şəhərində yaşayan anası Mehriban Salmanovanın evinə qonaq getmək üçün Daşkəsən rayonundan çıxıb Gəncə şəhər avtovağzalına gəlmiş, orada Mingəçevir şəhərinə getdiyini bildirən taksi sürücüsü ilə Mingəçevir şəhərinə getməklə bağlı söhbət etmiş və daha sonra həmin avtomaşına əyləşmişdir. Həmin avtomobil “Naz Lifan” markalı ** BX *** dövlət qeydiyyat nişanlı olmaqla və sürücünün adı isə X29 olmuşdur. Ondan başqa avtomobildə daha iki nəfər tanımadığı qadın sərnişin olmuşdur. Yol gələrkən söhbət əsnasında sürücü Veysəl 1992-ci il Qarabağ müharibəsi qazi olduğunu, Şəhla Məmmədova adı bir qadının ona pensiya düzəltdirdiyini bildirmişdir. Həmçinin Veysəl adlı taksi sürücüsü Şəhla Məmmədovanın oğluna da əlilliklə bağlı pensiya təyin olunmasına köməklik edəcəyini demişdir. O, Veysələ oğlu Şahid7 hərbi xidmətdə olarkən xəsarət almasına baxmayaraq pensiya almadığını, bir neçə dəfə ona pensiya təyin olunması üçün müraciət etdiklərini, lakin nəticə əldə edə bilmədiklərini demişdir. Veysəl Əliyev bu zaman Şəhla Məmmədova ilə onu tanış edə biləcəyini bildirdi və onun özünün Şəhla ilə danışmalı olduğunu qeyd etmişdir. Mingəçevir şəhərinə çatanda X53 ilə özünün görüşüb ümumi razılığa gələcəyini bildirmiş, o, isə anası yaşadığı evin yanında düşüb getmişdir. Veysəl Əliyev bir qədər sonra Şəhla Məmmədova kimi özünü təqdim edən bir nəfər şəxsi anasının yaşadığı evə gətirib onunla tanış etmişdir. Şəhla Məmmədova anasının evində söhbət əsnasında özünü AzTV-nin zona müxbiri kimi təqdim etmiş, özü haqqında danışarkən bir neçə il Daşkəsən rayon İcra Hakimiyyəti ilə müqavilə əsasında tədbirlərdə çəkiliş aparmasını və hazırda da Mingəçevir şəhərində İcra Hakimiyyəti ilə 3 il müddətində müqavilə bağladığını və bununla əlaqədar Mingəçevir şəhərində qaldığını bildirmişdir. Daha sonra Şəhla ona, oğlu Bəxtiyarın sənədlərini də götürüb Mingəçevir şəhərinə gəlməsini bildirmişdir. Bu söhbətdən sonra Şəhla Məmmədova istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni əlaqə saxlamaq üçün ona vermiş, o, istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə Şəhla ilə bir neçə dəfə əlaqə saxlamışdır. Həmin gün aralarında olan söhbət zamanı Şəhla Məmmədova özünü ona təqdim edərkən əl çantasından boynundan asılan isimlik çıxardaraq orada da yazıldığı kimi Şəhla Məmmədova olmasını bildirmişdir. Anasının evində Şəhla ilə aralarında söhbətdən bir gün sonra oğlu Bəxtiyar Mingəçevir şəhərinə gəlmişdir. O, da həmin gün axşam saatlarında Şəhla Məmmədova ilə yuxarıda qeyd etdiyi mobil nömrələr vasitəsilə əlaqə saxlayaraq oğlunun sənədləri gətirdiyini bildirib görüşmək istədiklərini demişdir. Şəhla Məmmədova onu, oğlu Bəxtiyar ilə birlikdə Kür çayı sahilində yerləşən kafeyə dəvət etmişdir. O, və oğlu Bəxtiyar Kür çayı sahilində yerləşən adını və yerini xatırlamadığı kafedə Şəhla Məmmədova ilə görüşmüşdür. O, oğlu Bəxtiyar, Şəhla və Veysəl kafedə oturan vaxt bir nəfər şəxs də kafeyə gəlmiş və onlarla bir masada əyləşmişdir. Söhbət əsnasında oğlu X24 əvvəllər bir nəfər şəxsin ona pensiya düzəldəcəyini vəd edərək pulunu aldığını, lakin iş alınmayanda çətinliklə pulu qaytarıb aldığını bildirərək Şəhladan, onları aldadıb-aldatmayacağını soruşanda, Şəhla ona 3500 manat pulu sabaha hazırlayıb gətirəcəkləri halda ən geci 2021-ci ilin iyun ayında pensiyasının düzələcəyini, əgər düzəlməsə pulu qaytaracağını bildirmişdir. Həmin gün oğlu Bəxtiyar Bakı şəhərinə getmiş, bir gün sonra günorta saatlarında Mingəçevir şəhərinə qayıtmışdır. O, Şəhla Məmmədovanı anası evinə dəvət edəndə, sonuncu onu özünün evinə dəvət etmiş, lakin o, oğlu ilə razılaşmamışlar. Bundan sonra Şəhla sürücü Veysəl Əliyevlə birlikdə Mingəçevr şəhər V.Hüseynov küçəsi ev 14, mənzil 9-da yerləşən anasının evinə gəlmiş, Veysəl Əliyev çöldə gözləmişdir. Orada oğlu Bəxtiyar onun və anasının yanında 3500 manat pulu və özünün adına olan sənədlərin sürətini Şəhlaya vermişdir. Şəhla Məmmədova pulu və sənədlərin surətlərini alıb gedərkən ən geci xx.xx.2021-ci il tarixədək pensiyası düzələcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra X7 Şəfiyevə səsli sms göndərərək pensiyasının düzəldiyini, lakin hər beş ildən bir təkrar yoxlanışdan keçmək lazım olacağını bildirmiş, əgər ömürlük olmasını, yəni bir daha təkrar yoxlanışdan keçməmək istəyirsə əlavə 500 manat da pul lazım olduğunu qeyd etmişdir. Bu danışığa əsasən gəlini Təhminə Bağırova qonşudan beş yüz manat borc pul alaraq tanıdığı Daşkəsən-Gəncə şəhərləri arasında taksi işləyən şəxslə 500 manat pulu göndərmiş, taksi sürücüsü də həmin 500 manat pulu Şəhla Məmmədovaya çatdırmışdır. 2021-ci ilin iyun ayının 18-də Şəhla Məmmədova ona zəng edərək oğlunun pensiya kartının banka keçdiyini, bankdan götürə biləcəyini demişdir. Bundan sonra o, Kapital bankın Daşkəsən filialına gedib maraqlanan zaman, oradan ona oğlu Şahid7 adına hər hansı kartın gəlmədiyini bildirmişlər. Bundan sonra Şəlalə ilə əlaqə saxlamağa çalışsa da əlaqə yarada bilməmişdir. Bu səbəbdən Veysəl ilə əlaqə saxlamış, Veysəl ona, Şəhlanın onu da aldadıb beş yüz manatını qaytarmadığını bildirmişdir. Bir neçə gün axtarsa da Şəhlanı tapa bilməmişdir. xx.xx.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nə gələrkən polis şöbəsinin qarşısında adını bilmədiyi bir nəfər qadınla söbət edərkən ona Şəhla Məmmədova kimi özünü təqdim edən və guya televiziya müxbiri işləyən şəxsin onun ümumilikdə dörd min manat pulunu oğluna pensiya düzəltmək adı ilə aldadıb ələ keçirdiyini, həmin qadından şikayət etməyə gəldiyini dedikdə, həmin qadın Şəhla adlı qadının onu da aldadaraq pulunu ələ keçirdiyini ona bildirmişdir. Həmin vaxt özünü Şəhla Məmmədova kimi təqdim edən qadının Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 4000 manat pul indiyədək ödənilməmişdir. Təqsirləndirilən şəxsin tutulub-tutulmamasının onun üçün bir əhəmiyyət kəsb etmədiyini və sadəcə pulunu istədiyini bildirmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır və ona vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs ilə qonşusu Zərərçəkmiş şəxs3 Əşərəf oğlunun vasitəsi ilə tanış olmuşdur. Belə ki, qonşusu Zərərçəkmiş şəxs3 ilə birlikdə olan zaman ona oğlunu işə düzəltmək istədiyini demiş, Zərərçəkmiş şəxs3 də ona, oğlunu işə düzəldə biləcək tanışı olduğunu bildirmişdir. 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs3 mobil telefonda Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra birlikdə Təqsirləndirilən şəxs Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə getmişlər və Zərərçəkmiş şəxs3 onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Tanışlıq əsnasında həmin qadın özünü Şəhla Mməmədova kimi təqdim edib, AzTV-nin zona müxbiri işlədiyini demişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan söhbət əsnasında oğlunu işə düzəltmək istəyini bildirdikdə, Şəlalə ona oğlunu ASAN xidmətə və ya X51a işə düzəldə biləcəyini, oğlunun işə düzəlməsi üçün müəyyən məbləğdə pul lazım alacağını demiş və onun mobil telefon nömrəsini götürüb zəng edib məlumat verəcəyini bildirmişdir. Təxminən 4-5 gün keçdikdən sonra Şəlalə onun mobil telefonuna zəng edərək, oğlunu Mingəçevir şəhər ASAN xidmətə işə düzəldə biləcəyini, bunun üçün 3000 (üç min) manat pul lazım olduğunu demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzilə getmiş, Xudayətin yanında Təqsirləndirilən şəxs 1000 (bir min) manat pul vermişdir. Təxminən 2 gün keçdikdən sonra Şəlalə işi həll edə bilmədiyini, avqust ayına qaldığını bildirib həmin 1000 (bir min) manat pulu özünə qaytarmışdır. 2021-ci ilin iyun ayının əvvələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna yenidən zəng edərək oğlunu Mingəçevir şəhər ASAN xidmətə işə düzəldə biləcəyini bildirib pulu gətirməsini demişdir. Onlar Mingəçevir şəhər 7 nömrəli məktəbin qarşısında görüşmüş, orada 1500 (bir min beş yüz) manat pulu Şəlaləyə vermişdir. Bundan 1 həftə sonra Xudayǝt Babayevin bacısı Şahid2 ilə birlikdə Mingəçevir şəhərin girəcəyinə gedib Şəlalə İsmayılovla görüsmüş, 3000 (üç min) manat pulu Şahid2 yanında Şəlaləyə vermişdir. O, ümumilikdə Şalaləyə 4500 (dörd min beş yüz) manat pul vermişdir. Pulu alandan bir müddət sonra Şəlalə onlarla əlaqəni kəsmiş, verdiyi ***-***-**-**1 mobil telefon nömrəsinə zəng çatmamışdır. Sonra onu hər yerdə axtarsalar da tapa bilməmişdir. Bundan sonra o, aldadıldığını başa düşmüş, bu barədə Mingəçevir Şəhər Polis Şöbəsinə gedib Salalə İsmayilova barəsində şikayət ərizəsi yazmışdır. Sonradan Təqsirləndirilən şəxs Mingəçevir şəhərində və Yevlax rayonunda bir çox adamları aldadıb pullarını ələ keçirdiyini eşitmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 4500 manat pul indiyədək ödənilməmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı ilə barışmadığını, ona verdiyi pulu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. X27 onun uzaq qohumu olmuş, 2021-ci ilin may ayının 11-da bacısı Zərərçəkmiş şəxs5 ilə birlikdə uzaq qohumu X11 yaşadığı ünvan 14 ünvana qonaq getmişlər. Həmin vaxt Şəfaqətin evinə bir nəfər tanımadığı qadın olmuş, Şəfaqət onları həmin qadınla tanış edərək, qadının adının Şəhla olduğunu və AzTV-də zona müxbiri işlədiyini bildirmişdir. Şəfaqət həmçinin əvvəllər həmin Şəhla adlı qadının onun qohumlarından bir neçə nəfər şəxsi pul müqabilində işə düzəltdiyini bilirmiş, buna görə də o, Şəhla adlı qadına inanmışdır. Söhbət əsnasında bacısı Afət Şəhla adlı qadına özünün hazırda işsiz olduğunu, iş axtardığını demiş, Şəhla da ona, Mingəçevir şəhərində yerləşən 16 nömrəli uşaq bağçasında müəlimə peşəsi üzrə işçi tələb olunduğunu, 4 (dörd min) manat müqabilində Afəti həmin baxçaya işə düzəldə biləcəyini demişdir. İlk olaraq 5000 manata düzələ biləcəyini bildirsə də lakin sonradan 4000 manata düzəldəcəyinə dair bacısı Afət ilə Şəhla adlı qadın razılaşmışlar. Şəhla bacısına bir gün vaxt verib 4000 manat pulu bir gün müddətinə gətirib verməsini, yoxsa həmin yerə başqa adam götürəcəklərini demişdir. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində bacısı Afət üç min manat pul toplayıb, Şəfaqətin yaşadığı evə gedərək Şəhlaya vermək üçün onunla birlikdə getməsini xahiş etmişdir. O, etiaz etməyib Afətlə birlikdə Şəfaqətin yaşadığı evə getmiş, bacısı Afət onun və Şafaqətin yanında sonuncunun evində Şəhlaya 4000 manat pulu düzəldə bilmədiyini 3000 manat pul düzəldə bildiyini deyərək həmin pulu və özünün sənədlərinin surətlərini Şəlhaya vermişdir. Qalan 1000 manat pulu isə 20 gün sonra işə başlayan zaman verəcəyini demişdir. Sonra xx.xx.2021-ci il tarixdə saat 11 radələrində bacısı Afət birlikdə qalıq 1000 manat pulu Şəhla adlı qadına vermək məqəsdilə Şəfaqətin evinə getmişlər. 1000 manat pulu bacısı Afət Şəhlaya verdikdən sonra sonuncu Afətə 9 iyun 2021-ci il tarixdə bağçada müəllimə olaraq işə başlayacağını bildirmişdir. Şəhla söhbət əsnasında təcili yardım stansiyasında sürücüyə ehtiyac olduğunu və 2000 manat müqabilində işə düzəldə biləcəyini dedikdə, o, Şəhlaya inandığı üçün həyat yoldaşı Şəhriyarın hazırda işsiz olduğunu və onu həmin yerə işə düzəldə biləcəyini soruşmuşdur. Şəhla da bacardığını qeyd edərək 2000 manat pul müqabilində ərini işə düzəldə biləcəyini bildirmiş, başqa işçi tapıb götürməmiş 2000 manat pulu tapıb gətirməsini ona təklif etmiş, o, da razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Şəhla adlı qadın özünə məxsus ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək tələsməsini bildirmiş, o, da Şəhlaya 1000 manat pul tapdığını bildirmişdir. Telefon danışığı zamanı Şəhla 1000 manat gəirəcəyi halda arvadının adını işə yazıdıracağını demiş, özünün başqa yerdə olduğunu üçün 1000 manat pulu kart vasitəsilə ödəməsini bildirmişdir. O, karta pul ödməyi bacarmadığını dedikdə, Şəhla ona bir nəfər oğlanın zəng edəcəyini, pulu həmin şəxsin katına yükləməsini bildirmişdir. Bundan bir qədər sonra ***- ***-**-** saylı mobil nömrədən ona zəng gəlmiş, zəng edən özünü Rauf Əliyev kimi qeyd edərək, Şəhla xanımın nömrəni ona verdiyini və onun pul ödəməli olduğunu bildirmişdir. O, razılşıb Rauf Əliyevin adına olan "xxxx" ASC tərəfindən verilmiş bankomat kartına 1005 manat pul yükləmişdir. Həmin kartın fotoşəklini Şəhla ona daha əvvəldən göndərdiyi üçün həmin kartın üzərində Rauf Əliyev yazılmasını və nömrəsi **********064435 olmasını bilmişdir. Həmin gün axşam saatlarında Şəhla ona, 1000 manat qalıq pulun da təcili verilməli olduğunu dediyi üçün xx.xx.2021-ci il tarixdə bacısı Afət ilə birlikdə Şəfaqət Əliyevanın evinə gedərək saat 12 radələrində bacısı Afətin və Şəfaqətin yanında Şəhla adlı qadına 1000 manat pulu vermişdir. Beləliklə həyat yoldaşı Şəhriyarı təcili yardım stansiyasında sürücü olaraq işə düzəltməsi müqabilində Şəhla ondan 2000 manat pul almışdır. Bir neçə gün keçdikdən sonra bacısı Afət ona zəng edərək işə başlayacağı gün gəlib çatdığını lakin Şəhlanın nömrəsinə zəng çatmadığını bildirmiş, o da Şəhda ilə əlaqə saxlamaq istəsə də lakin Şəhlaya zəng çatmamışdır. Daha onra Afətlə birlikdə Şəfaqətin evinə getmişlər. X38 xx.xx.2021-ci il tarixdə həmin evdən getdiyini bildirmişdir. Təxminən bir həftə də gözləsələr də Şəhla ortaya çıxmamışdır. Buna görə də, o, və bacısı AzTV şirkəti ilə mobil telfonla əlaqə saxlamış, həmin şirkət Şəhla adlı Mingəçevirdə işləyən əməkdaşları olmadığını bildirmişlər. Sonra o, Rauf Əliyev ilə əlaqə saxlamış, ondan Şəhla adlı qadın barədə soruşduqda, Rauf Əliyev onun Bakı şəhərində günlük avtomaşın icarəyə verilən şirkətdə işlədiyini, Şəhla adlı qadının onların müştərisi olduğunu, həmin şirkətdən günlük maşın icarəyə götürdüyünü, onun hesabına ödənilmiş 1000 manat pulun isə Şəhla adlı qadının həmin vaxt icarəyə götürmüş olduğu avtomobilin icarə haqqı olaraq şirkətə ödənilmiş pul olduğunu ona bildirmişdir. Həmin vaxt X55 adlı qadının əsl adının və soyadının Təqsirləndirilən şəxs olduğunu ona bildirmişdir. Bundan sonra aldadıldığını başa düşmüş və bu barədə Mingəçevir ŞPŞ-nə müraciət etmişdir. O, 1000 manat pulu kart vasitəsilə ödəmiş, digər 1000 manat pulu isə Şəfaqətin evində sonuncunun yanında Şəlaləyə vermişdir. Həmçinin bacısı Afət də 3000 və 1000 manat olmaqla cəmi 4000 manat pulu Şəfaqətin evində sonuncunun və onun şahidliyi ilə Şəlaləyə vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 2000 manat pul indiyədək ödənilməmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır və ona vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. Mingəçevir şəhəri məcburi köçkünlər məhəlləsində yerləşən Ağdam Boyəhmədli xəstəxanasında xadimə işləmiş, həmin xəstəxananın baş həkimi Şərafət həkim onun qohumu, anası Natella Mustafayevanın xalası nəvəsi olmuşdur. Şərafət həkim və onun ailə üzləri ilə onun və ailə üzvlərinin münasibətləri normal olmuşdur. 2021-ci ilin iyun 11-də işdə olarkən Şərafət həkim onu yanına çağırmış, ondan qızı Nərmin Cəbizadənin ali təhsilini başa vurması, diplom alması barədə soruşmuş, o da Şərafətə, qızı Nərminin ali məktəbi bitirdiyini və diplom aldığını demişdir. Şərafət isə ona Şəlalə adlı tanışı olduğunu, onun özünün qızı Səkinəni ASAN xidmətə işə düzəldəcəyini, istədiyi halda Şəhlanın qızı Nərmini də ASAN xidmətə işə düzəldə biləcəyini bildirmişdir. O, Şərafətə dəqiq cavab verməyib, evdə ailə üzvləri ilə məsləhətləşib cavab deyəcəyini bildirmişdir. Həmin gün yaşadığı evdə anası Natella ilə telefon vasitəsilə əlaqə saxlamış, Şarafətin ona dediklərini anasına bildirib məsləhət almaq istəmişdir. Bundan sonra anası Natella Şərafət həkimlə telefonla danşdıqdan sonra ona zəng edib Şərafətlə danışdığını, Şarafətə Şəhlanı yox onu tanıdığını, öhdəsinə götürüb qəbul edəcəyi halda razı olacaqlarını bildidiyini, Şərafətin isə Şəhla adlı qadını etibarlı biri kimi tanıdığını, işi düzəldəcəyinə inandığını barədə dediklərini ona bildirmişdir. O, və anası Şərafətin Şəhla adlı qadına etibar etməsinə inanıb qızını Şəhlanın vasitəsilə işə düzətməsinə razılaşmışdır. Həmin telefon danışığından sonra Şərafət yenidən anası Natellaya zəng edərək Şəhla ilə danışdığını və 3000 manat pul müqabilində qızını işə düzəltməyə razı olmasını bildirmişdir. Şərafətin dedikləri ilə razılaşıb xx.xx.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən Şərafət və onun həyat yoldaşı Xudayət birlikdə sonuncunun idarə etdiyi avtomobillə onun yaşadığı binanın qarşısına gəlmişlər. Həmin vaxt Şəhla adlı qadın avtomobildə olsa da lakin onu görməmişdir. O, binanın qarşına, həyətə düşəndə Şərafət həkim avtomaşında qabaq sərnişin oturacağında əyləşmiş, o, yaxınlaşıb gətirdiyi 3000 manat pulu Şəhla adlı qadına verməsi üçün Şərafətə vermişdir. O, Şafaqətlə əvvəlki söhbət zamanı ona Şəhlanın qızı X34 Xidmət mərkəzində kompüter ixtisası üzrə işə düzəltməsi barədə bildirdiyi üçün binanın qarşısında pulu verərkən bu barədə ətraflı söhbət etməmişdir. Həmin gün Şərafət və onunla birlikdə gələn şəxslər çıxıb getmişdir. Şərafətdən Şəhlaya aid ***-***-**-** saylı mobil telefon nömrəsini əlaqə saxlamaq üçün alsa da bir neçə gün sonra həmin nömrə ilə əlaqə saxlamaq istədikdə zəng çatmamışdır. O, Şərafətdən bu barədə soruşanda, sonuncu ona Şəhla ilə əlaqə saxlaya bilmədiyini demişdir. 2021-ci ilin iyun ayının 16-sı və daha bir neçə gün sonra qızı Nərmin işə başlamadıqda, Şəhla tərəfindən aldadılaraq 3000 manat pulunun Şəhla tərəfindən ələ keçirildiyi ona məlum olmuşdur. Daha sonra həmin qadının adının Şəlalə olduğu ona məlum olmuşdur. O, Şəlalə barəsində polis şöbəsinə şikayət ərizəsi vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 3000 manat pul indiyədək ödənilməmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır və ona vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. Təxminən 30 sentyabr 2021-ci il tarixində, o, Anar ilə birlikdə Bakı şəhərində olarkən əvvəllər onunla birlikdə işləmiş Anar yemək götürmək üçün tanışı Şəlalə adlı qadının evinə gedəcəyini və onu da özü ilə birlikdə aparacağını bildirmişdir. Bakı şəhər Yasamal rayon Şərifzadə prospketində İnşaatçılar metrostasiyasının yaxınlığında yerləşən bina evinə getmiş və evdə Anar Şəlalə adlı qadınla onu tanış etmişdir. Şəlalə özünü AzTVnin əməkdaşı olaraq təqdim etmiş və adının Şəhla soyadının isə Məmmədova olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə olarkən yemək yeyib söhbət etmiş və bir müddətdən sonra Şəlalənin evindən çıxıb getmişlər. 2021-ci ilin oktyabr ayının son günlərində o, Bakı şəhərinə hospitala müayinə üçün gedərkən Anarla birlikdə Şəlalə ilə rastlaşıb görüşmüşlər. Həmin görüş zamanı Şəlalə ondan mobil telefon nömrəsini götürmüş, onunla işi olacağını bildirmişdir. Təxminən bir gün keçdikdən sonra Bakı şəhərində olarkən Şəlalə ona zəng etmiş və sonuncu ilə evində görüşmüşdür. Evində söhbət edərkən Şəlalə ona, AzTV-nin zona müxbiri olduğunu və mütəmadi olaraq Gəncə- Qazax bölgəsinə gələcəyini, orada olarkən onu aparıb-gətirməyə taksi lazım olacağını, qarşılığında yanacaq pulu və əlavə hörmət edəcəyini demişdir. O, Şəlaləyə işi ilə əlaqədar boş vaxtı olmadığını, ancaq nahar fasiləsi zamanı vaxtı olduğunu, həmin vaxtlarda uyğun olarsa taksi kimi onu lazım olan ünvana aparıb gətirə biləcəyini bildirmiş və onlar razılaşmışlar. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs Gəncə şəhərinə gəlmiş və birlikdə Samux rayonuna getmişlər. Həmin vaxt o, idarə etdiyi Vaz 2107 markalı avtomobilin qənaətcil olmadığını bildirib, ona komfortlu yeni avtomobilin lazım olduğunu, Şəlalə isə ona xarici ölkədən avtomobil gətirən tanışları olduğunu, ona xaricdən ucuz avtomobil gətizdirə biləcəyini demiş, o isə Şəlalə ilə razılaşmışdır. Söhbət zamanı Şəlalə ona dəqiq olaraq hansı avtomobil şirkətinə məxsus hansı model avtomobil gətizdirəcəyini deməsə də, 12-13 min manat pul müqabilində tanışları vastəsilə xarici ölkədən yeni avtomobil gətizdirəcəyini bildirmiş, o, da Şəlaləyə inanıb razılaşmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində Şəlalə ilə Bakı şəhərində görüşərkən o, 3000 manat pulu Şəlaləyə özünün evində ona ilkin ödəniş olaraq vermişdir. Pulu isə özündə olmadığı üçün dostundan borc alaraq Şəlaləyə vermişdir. O, pulu verdikdən sonra Şəlalə sifarişi verəcəyini, qalan pulu hissə-hissə ödəməsini bildirmiş, o, da razılaşmışdır. Şəlalə aldığı pula görə ona hər hansı çek və ya sənəd təqdim etməmişdir. Təxminən 10 gün sonra yenə ona zəng edərək avtomobilin qalan pulundan bir qədər ödəməli olduğunu demişdir. O, yenə özündə pul olmadığı üçün qaynatasından 2500 manat borc pul alıb, Bakı şəhərinə gedib yenə Şəlalənin evində 2500 manat pulu avtomobilin ödənişi üçün Şəlaləyə vermiş və söhbət zamanı Təqsirləndirilən şəxs qayınatası Hüseynin pensiyasının dayadırıldığını bildirib, onun pensiyasını bərpa etdirə biləcəyini soruşmuşdur. Şəlalə isə pensiyanı bərpa elətdirə biləcəyini, qarşığında 3000-3500 manat pul lazım olacağını bildirmişdir. O, da qaynatasına pensiyasının bərpa oluna biləcəyini və qarşılığında pul vermək lazım olduğunu bildirmiş, qaynatası pensiyasının bərpa olunması ilə bağlı 2 min manat pul verə biləcəyini demiş, lakin sonradan qayınatası Hüseyn pensiyasının bərpa edilməsi fikrindən yayınmışdır. O, ümumilikdə 5500 manat pulu Şəlaləyə təxminən 10 gün ərzində 2 dəfəyə vermiş olsa da, Şəlalə avtomobil sifariş etməsinə yaxud ödəniş etməsinə dair hər hansı sənədi və ya qəbzi ona göstərməmişdir. Bir müddət sonra Şəlalə Gəncə şəhərinə gəlib onunla görüşəndə o, dostu Zöhrabla onu tanış etmiş, söhbət zamanı Zöhrab Şəlaləyə qohumunun ali təhsili olduğunu, məktəbdə labarant işlədiyini, ona Gülüstan qəsəbəsində yerləşən orta məktəbə iş yerini dəyişdimrəsinə köməklik edə biləcəyini soruşmuş, Şəlalə də beş min manat müqabilində həmin qadının iş yerini dəyişə biləcəyini bildirmişdir. Zöhrab isə ona, ilkin olaraq 2000 manat pul verə biləcəyini, qalan 3000 manat məbləğini isə iş alınandan sonra verəcəyini demiş, Şəlalə də razılaşmışdır. Həmin razılaşmadan 3-4 gün sonra o və Zöhrab Gəncə şəhərində qəsəbədə Şəlalə ilə görüşəndə, Zöhrab iki min manat pulu Şəlaləyə vermiş və qohumuna aid sənədlərin surətlərini ona təqdim etmişdir. Daha sonra 2022-ci ilin yanvar ayının 30-da Şəlalə ona zəng edərək avtomobil üçün əlavə 1000 manat pul göndərməsini demiş, o, həmin gün 1000 manat pulu Şəlalənin ona göndərdiyi X23 məxsus kapital bank kartına göndərmişdir. Sonra Şəlalə pulu götürdüyünü ona telefonla bildirmişdir. Yenidən təxminən 2022-ci ilin 2-3 fevral tarixlərində Şəlalə ona, onsuzda işdən çıxdığını, onu X51 Stansiyasına işə düzəldə biləcəyini, həm də onun AzTV ilə əməkdaş olaraq işləyə biləcəyini demiş, o, da razılaşmışdır. Şəlalə ona qeyd etdiyi işlər üçün ümumilikdə 2500 manat pul verməli olduğunu bildirmiş, o, razılaşıb işdən çıxmışdır. Şəlalə fevral ayının 2-3 tarixlərində Gəncə şəhərində olarkən 800 manat pulu ələbəl sonuncuya vermiş, daha sonra da 300 manat pulu Vüqar Əfəndiyevin adına olan karta göndərmişdir. Şəlalə həmin kartın şəklini özü ona atmış, pulu göndərdikdən sonra götürdüyünü bildirmişdir. Sonra 2022-ci ilin fevral ayının 15-də o, Şəlalə ilə danışanda sonuncu ona işə düzəlməsi üçün 1000 manat pul lazım olduğunu, həmin pulu isə X19 adına poçtla göndərməsini xahiş etmiş, o xx.xx.2022-ci il tarixdə poçtla Nigar Tağıyevanın adına pul göndərmiş və Şəlalə həmin min manatı götürdüyünü bildirmişdir. Şəlalə həmin vaxt Şəki şəhərinə olmuş və pulu Şəkidə Nigardan almışdır. Halbuki o, həmin vaxtlar ona Bakı şəhərində olduğunu bildirmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs ondan avtomobil gətizdirmək adı ilə 3000, 2500 və 1000 manat olmaqla ümumilikdə 6500 manat pul, AzTV-nin əməkdaşı kimi işləyə bilməsi üçün işdən çıxaraq X51 stansiyasına işə düzəlcəyini vəd edərək 800, 300 və 1000 manat olmaqla ümumilikdə 2100 manat pulunu alaraq ələ keçirmişdir. Sual cavab zamanı təqsirləndirilən şəxs aldığı məbləğin maşın üçün yox, başqalarına pensiya düzəltmək üçün aldığını, bildirdikdə belə olmadığını, bir hissəsinin maşın üçün bir hissəsinin pensiya üçün olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 8600 manat pul indiyədək ödənilməmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxsdən dəymiş ziyanın ödənilmədiyi təqdirdə şikayətçidir. O, dəymiş ziyanın təqsirləndirilən şəxsdən tələb etdiyini bildirmiş və vermiş olduğu mülki iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs11 nümayəndəsi X30 bildirmişdir ki, ailəsinin maddi vəziyyəti aşağıdır, himayəsində 4 azyaşlı uşağı var. Ona görə də, Zərərçəkmiş şəxs11 mülki iddiasının təmin olunmasını, pulun alınaraq ona verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs dostu Zərərçəkmiş şəxs11 vasitəsilə 2022-ci ilin yanvar ayında tanımışdır. Bir neçə dəfə Şəlalənin Bakı şəhərində yerləşən yaşadığı evə qonaq getmişdir. 2022-ci ilin yanvar ayında təxminən 20-25 yanvar tarixlərində o, Şəlalənin evində olarkən qohumu X22 ali təhsilli olmasını və məktəbdə laborant işləməsini bildirmiş, Ayseli Gəncə şəhər 14 nömrəli məktəbdə müəllimə olaraq işə düzəldə biləcəyini soruşmuşdur. Şəlalə də ona, 5 min manat müqabilində qızı Ayseli 14 nömrəli məktəbə müəllimə kimi işə düzəldə biləcəyini bildirmişdir. Təxminən bir-iki gün sonra Şəlalə Gəncə şəhərinə gəlmişdir. O, Elmarın iştirakı ilə Şəlalə ilə görüşəndə, Şəlalə ondan ilk olaraq dörd min manatı istəmiş, lakin o, hazırda iki min manat pulu olduğunu, ilkin olaraq 2 min manat verə biləcəyini, qalan 3 min manat pulu isə Aysel işə düzələndə verəcəyini demişdir. Şəlalə onunla razılaşdıqdan sonra o, Gəncə şəhərində onun yaşadığı binanın qarşısında Ayselin sənədlərinin kserosurətlərini və iki min manat pulu Şəlaləyə əlbəəl vermişdir. Həmin vaxtdan bir neçə müddət keçməsinə baxmayaraq Şəlalə Ayselin işini düzəltməmiş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra Elmardan Şəlalə haqqında soruşanda, Elmar özünün də Şəlaləni tapa bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 2000 manat pul indiyədək ödənilməmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızından 2000 manat pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının sonlarında qızı Cəmilə və onun nişanlısı Nicat Sokar şirkətinin Bakı şəhəri, Nizami rayonunda yerləşən ofisinə işə düzəlmək üçün müraciət etmişdir. Qızı həmin vaxt orada bir qadınla tanış olmuş, həmin qadın qızına müəyyən pul müqabilində onu işə düzəldə biləcəyini bildirmiş, bu işi görmək üçün yaxın tanışlarının olduğunu demişdir. Sonra bu barədə qızı Cəmilə ona deymiş, həmin qadın pul müqabilində onu Sokara işə düzəldə biləcəyini ona bildirmişdir. O, Cəmiləyə, həmin qadınla görüşüb özü söhbət etmək istədiyini demişdir. Bundan sonra o, həmin qadınla götürüşüb söhbət etmiş və həmin vaxt ona həmin qadının Bakı şəhəri Şamaxinkada yerləşən «ERA» tədris mərkəzində müəllimə işləyən Şahid6 olması məlum olmuşdur. Söhbət zamanı Olqa ona 5000 manat müqabilində qızını Sokarda işə düzəldə biləcəyini demiş, o da Olqaya inanmış və xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Leyla mərasim evinin yanında, Olqanın işlədiyi «ERA» tədris mərkəzində görüşərək 2000 manat pulu Şahid6 vermişdir. O, Olqaya maddi vəziyyətinin çətin olduğunu bildirib, qalan 3000 manatı bir aydan sonra verəcəyini demiş və 02 oktiyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayon ərazisində, Qara Qarayevdə yerləşən Sokarın ofisinin qarşısında kürəkəninin yanında Olqa Yolçuyeva ilə görüşüb 3000 manat pulu ona vermişdir. Həmin vaxt Olqanın yanında başqa bir qadın da olmuş, Olqa onu həmin qadınla tanış edib, adının Şəhla olduğunu bildirmişdir. Olqa pulu ondan alıb Şəlaləyə vermiş, Şəhla də pulu alıb narahat olmamağını, 1 aydan sonra qızının Sokarda işləyəcəyini, 1200 manat əmək haqqı alacağını ona bildirmişdir. Olqanın dediyi vaxtı gözləmiş, vaxt çatanda heç bir xəbər çıxmamışdır. O, söhbəti Olqa xanımla etdiyi üçün Şəhla xanımın mobil telefonunu götürməmişdir. Ancaq Olqa xanımın istifadə etdiyi mobil telefon nömrəsini götürmüş, buna görə o, zəng edib Olqadan qızının işi ilə bağlı soruşmuşdur. Olqa ona qızı Cəmilənin işinin dözəlmədiyini, Şəhlanın bir çox adamları aldatdığı üçün mobil telefonu söndürüb yoxa çıxdığını ona bildirmişdir. O, Olqaya pulu ona verdiyini, Şəhlanı tanımadığını bildirmiş, Olqa da and içib ondan aldığı pulu Şəhlaya verdiyini və Şəhlanın da onu aldatdığını ona bildirmişdir. Buna baxmayaraq o, Olqadan pulunu tələb etmiş, Olqa da ona ondan şübhələndiyi halda 2000 manatı götürübsə qaytaracağını bildirmişdir. Belə olub Olqa ona ümumilikdə 1300 manat pul vermiş, 700 manatı isə verəcəyini bildirmişdir. Həmçinin o, Şahid6 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Şəlalə ilə ünsiyyəti olmamışdır. Onların heç biri ilə onun ədavəti və ya düşmənçiliyi, pul və ya əmlakla bağlı mübahisəsi və qohumluq əlaqəsi olmamışdır. 2000 manat pulu Olyaya verən zaman yanında yeznəsi Nicat olmuş, 3000 manat pulu isə Olqanın vasitəsi ilə Şəlaləyə vermişdir. Verdiyi ümumilkidə 5000 manat pul ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəmə göndərdiyi notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir, Təqsirləndirilən şəxs tanımır, ondan heç bir şikayət tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında yaxın rəfiqəsi Mehbarə vasitəsi ilə Şəlalə ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını əvvəllər tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. Tanış olandan sonra Şəlalə ona AzTV-də müxbir işlədiyini, hər yerdə tanışlarının olduğunu, istəyən olsa Socarda vakant yerlər olduğunu, tanış kimsə varsa ora işə düzəlməyin mümkün olduğunu və Socarda kadrlar şöbəsində işə düzəlmək üçün 5000 manat pul lazım olduğunu ona bildirmiş, o, da Şəlaləyə inanmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində əvvəlcədən adını bilmədiyi Cəmilə nişanlısı ilə onun iş yerinə gəlib həmin məktəbdə müəllimə işləmək istədiyini bildirmiş, tarix müəlliməsi olduğunu demiş, o, isə Cəmiləyə işlədiyi kursda tarix müəlliməsi üçün yer olmadığını bildirmişdir. Həmin vaxt Şəlalənin dediyi yadına düşmüş, söhbət edən zaman Cəmiləyə Şəlalənin dediyi təklifi deyib və istəyərsə tanışı vasitəsi ilə onu Socara işə düzəldə biləcəyini Cəmiləyə bildirmişdir. Bundan sonra Cəmilənin atası Zakir onun iş yerinə gəlib ondan qızının işə düzəlməsi ilə bağlı maraqlanmış, o, da Zakirə hər şeyi açıqlamış və Şəlalə adlı tanışının bu kimi işlərlə məşğul olduğunu, X25 işə düzəlməsi üçün 5000 manat pul istədiyini Zakirə bildirmişdir. Həmin vaxt Zakir ondan şəxsi məlumatlarını soruşduqda, o, Şəlaləyə inandığı üçün Zakirə harada işlədiyini, hansı ünvanda yaşadığını bildirib şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Sonra xx.xx.2020-ci il tarixdə Zakir gətirib ona iş yerində 2000 manat pul vermiş, qalan 3000 manatı da bir aydan sonra verəcəyini bildirmiş, o, da pulu götürmüşdür. Zakirdən götürdüyü 2000 manat pulu səhəri gün saat təxminən 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Çinar restoranının həyətində Şəlaləyə vermişdir. Şəlalə pulu götürmüş, Zakirin qalan pulu nə vaxt verəcəyini soruşmuş, o, da Şəlaləyə Zakirin qalan pulu bir aya verəcəyini bildirmişdir. İbtidai istintaqda verilən ifadədə xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayevdə yerləşən Sokar şirkətinin qarşısında Şəlalə ilə görüşmüş, Zakir əvvəlcədən görmədiyi bir oğlanla gəlib ona 3000 manat pulu verdiyini deməsinə baxmayaraq, həmin zaman orada olmadığını, pulu Cəmilənin Şəlaləyə verdiyini əlavə etmişdir. Bildirmişdir ki, Zakir qızının adının hallanmasını istəmədiyi üçün ifadəsində belə göstərmişdir. Şəlalə Cəmiləni işə düzəldəcəyini və ayda 1200 manat əmək haqqı alacağını bildirmişdir. Bundan sonra o, Şəlaləyə zəng edib Zakirin qızının işi ilə bağlı maraqlanmış, Şəlalə də ona narahat olmamasını, həll edəcəyini bildirmişdir. Bir müddətdən sonra Şəlalənin mobil telefonuna zəng çatmamışdır. Vaxt çatanda Zakir ona zəng edəndə, o, Zakirə Şəlalənin telefonuna zəng çamadığını bildirdikdə, Zakir onun Şəlalə ilə əlbir olduğunu fikirləmişdir. Buna görə o, Zakirə and içib Şəlalənin onları aldadacağından xəbəri olmadığını ona bildirmiş, Şəlalənin əvəzinə məsuliyyət çəkdiyi üçün həmin 2000 manat pulu Zakirə qaytarmaq qərarına gəlmiş və 2000 manat pulu hissə-hissə olmaqla cəmi 1300 manat Zakirə pul vermişdir. Zakirlə qalan 700 manat pulu 2022-ci ilin sentyabr-oktyabr aylarında verəcəyi ilə bağlı razılaşmışdır. Zakir digər 3000 manat pulu da onun vasitəsi ilə Şəlaləyə vermişdir. Məhkəmə istintaqında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən məcburi köçkünlərin məskunlaşdığı ev 9, mənzil 33 ünvanda yaşamışdır. Onun köhnə el təbabəti olaraq bel çəkmək bacarığı olmuşdur. Təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin yanvar ayının əvvələrində AzTV-nin jurnalisti Şəhla Məmmədova kimi özünü təqdim edən qadın yanında bir nəfərlə onun yaşadığı evə gəlmişdir. Tanış olduqdan sonra bir müddət Şəhlanı görməmişdir. Qardaşı Zərərçəkmiş şəxs3 qızı Səbinə Babazadə 1-ci qrup əlil olmaqla, hər il mart ayında ona “Novruz bayramı” münasibəti ilə dövlət hesabına bayram sovqatı verilmişdir. 2021-ci ilinin mart ayında o, qardaşı qızına bayram sovqatı verilmədiyi üçün Mingəçevir şəhər Ağciyər xəstəxanasının yaxınlığında yerləşən sovqat paylanan yerə getmiş, orada Səbinənin bayram sovqatının verilməməsinin səbəbini ilə bağlı maraqlandıqda ona Səbinin 18 yaşı tamam olduğu üçün ona bayram sovqatının dayandırıldığı bildirmişdir. Bu zaman o, AzTV-nin müxbiri kimi özünü təqdim edən Şəhla ilə orada rastlaşmışdır. Söhbət zamanı qardaşı qızının birinci qrup əlil olmasını və hər il bayram sovqatı aldıqlarını, lakin bu dəfə ala bilmədini bildirdikdə Şəhla öz müxbir isimliyindən istifadə edərək gedib sovqatı alıb gətirib ona vermişdir. Bundan sonra Şəhla ilə onun arasında xoş münasibət yaranmış və Şəhla Məmmədova bir neçə dəfə onun yaşadığı evdə gəlmişdir. Şəhla özünü müxtəlif işlərin həllində sözü keçən biri kimi göstərib qardaşı Zərərçəkmiş şəxs3 də daxil olmaqla qohumlarını aldadaraq müxtəlif məbləğlərdə pulunu almış və aradan çıxdmışdır. Sonradan aldığı məlumata görə Şəhla qardaşı Zərərçəkmiş şəxs3 qızı Səkinəni Asan Xidmətə işə düzəltmək üçün 4 min manat, Xudayətin baldızının pensiyasını düzəltməsi üçün 1000-2000 manat (dəqiq xatırlamır), qohumları Gülüstan və Afət bacılarının isə işlərini həll etmək üçün müxtəlif məbləğlərdə pullarını almışdır. Daha sonra Gülüstandan Şəhla adlı qadının əslində Təqsirləndirilən şəxs olduğunu, hamıya özünü AzTV-nin jurnaliti kimi təqdim edərək, insanları aldadıb pularını ələ keçirdiyi öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını əvvəllər tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 onun əri, X27 isə onun baldızı olmuşdur. 2021-ci ilin mart ayında Şafaqət onlara qonaq gələrkən Şəhla da yanında olmuş, baldızı Şafaqət onu Şəhla ilə tanış etmişdir. Tanış olandan sonra Şəhla AzTV-nin zona müxbiri olduğunu bildirib, özünü xeyriyyəçi jurnalist olaraq təqdim edərək baldızı Şəfaqətlə münasibət qurduğunu demişdir. Həmin söhbət zamanı Şəhla bir çox işləri problemsiz həll edə bildiyini bildirmişdir. Həmin vaxt əri X35 Babazadəni Mingəçevir ASAN xidmətinə işə düzəltməyə söz verdiyini bildirmişdir. Şəhla özünü AzTV-nin müxbiri kimi təqdim etdiyinə görə sonuncuya inanıb etiraz etməmişdir. Bundan sonra əri Xudayət qızı Səkinənin ASAN xidmətə düzəlməsi üçün Şəhlaya 4000 manat pul vermişdir. X6 xəstə olmuş, xəstəliyi ilə əlaqədar əlilliyə çıxa bilməmişdir. Şəhlanın bu kimi işləri həll edə biləcəyini biləndən sonra bacısına kömək etmək məqsədilə Şəhlanın köməkliyi ilə bacısı Xalidəni pensiyaya çıxarmağı fikirləşmiş, bu barədə Şəhlaya bildirmiş, Şəhla da bacısının əlilliyə çıxmasına köməklik edəcəyinə söz vermişdir. O, zəng edib bacısı Xalidəyə bu barədə demiş, bacısı köməklik edəcəyi halda çıxacaq xərci sonra ödəyəcəyini bildirmişdir. Bu səbəbdən əri Xudayət bacısı Xalidənin pensiyaya çıxarması üçün Şəhlaya 2000 manat pul vermiş və bu barədə Xalidəyə bildirmişdir. Xalidənin pulu olmadığı üçün həmin 2000 manat pulu əri Xudayət onun yerinə vermiş, lakin pulu verdikdən sonra Şəhla yoxa çıxmışdır. Bundan sonra əri Xudayət gedib Mingəçevir şəhər polis şöbəsinə Şəlalə barəsində şikayət ərizəsi yazdıqda özünü Şəhla Məmmədova kimi təqdim edən qadının əslində Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Zərərçəkmiş şəxs10 xalası nəvəsi olmaqla qohum kimi Pərvanə ilə yaxın münasibəti olmuş, aralarında heç bir ədavət və düşmənçiliyik olmamışdır. Şəlalə onun qızını ASAN xidmətə işə düzəltməsi barədə söz verəndən sonra qohum olduğu üçün o, Pərvanədən, qızı Nərminənin institututu bitiribbitirmədiyini soruşub, Nərminənin institutu bitirdiyini biləndə Pərvanəyə Şəlalə adlı qadın barədə məlumat verib onun qızını ASAN xidmətə işə düzəldəcəyini vəd etdiyini bildirmiş və Şəlalənin Nərminəni də, işə düzəldə biləcəyini demişdir. Pərvanə də ona məsləhətləşib bir söz deyəcəyini bildirmiş, həmin gün axşam Pərvanənin anası, yəni onun xalası Natellə ona zəng edib iş barəsində maraqlananda, o, xalası Natellaya da Pərvanəyə dediyi kimi vəziyyəti başa salıb Şəhla adlı qadının qızını ASAN xidmətə işə düzəldəcəyini, nəvəsi Nərminəni də ASAN xidmətə işə düzəldə biləcəyini demişdir. Xalası Natella razılaşdıqdan sonra Şəhladan qohumu Pərvanənin qızını da ASAN xidmətə işə düzəltməsini xahiş etmişdir. Şəhla da problem olmadığını, 3000 manata həmin işi də həll edəcəyini bildirmişdir. O, Pərvanəyə bu barədə demiş, sonuncu da razılaşmışdır. 2021-ci ilin iyun ayının ortalarında Şəlalə ilə birlikdə olduğu vaxt Şəlalə Pərvanədən pulu götürməsini dediyi üçün o, Pərvanəyə zəng edib Şəlalənin qızının işini həll etmək üçün dediyi 3000 manat pulu istədiyini bildirmiş, Pərvanə isə əvəzində evdə olduğunu, Şəlalənin gəlib evin yanından pulu götürməsini demişdir. Bundan sonra o, əri Xudayətin idarə etdiyi avtomaşınla Pərvanənin evinin yanına getmiş, zəng edib Pərvanəyə gəldiklərini bildirmiş, Pərvanə yaşadığı binanın həyətinə düşüb onlara yaxınlaşıb bükülmüş vəziyyətdə 3000 manat pulu ona təqdim etmiş, o da həmin pulu arxada oturmuş Şəlaləyə vermişdir. Şəlalə pulu götürüb bir həftəyə kimi uşağın işini düzüb qoşacağını demişdir. Sonradan Şəlalə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan başqa onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 qızını ASAN xidmətə işə düzəltməsi barədə yalan vədlər verib aldadacağından qabaqcadan məlumatı olmamışdır. Məhkəmə istintaqında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, həyat yoldaşı Şahid5 bibisi X26 şəhərində yaşamış, ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün o, sosial yardım ala bilmək üçün dəfələrlə dövlət orqanlarına müraciət etmişdir. Mingəçevir şəhərinə bu məqsədlə bir neçə dəfə gedib-gələrkən həyat yoldaşının bibisi Şəfaqət Əliyevanın yaşadığı evə getmişdir. 2021-ci ilin mart ayının axırlarında yenə Mingəçevir şəhərində Şəfaqətin evində olarkən söhbət əsnasında o, sosial yardım düzəltdirmək üçün gəldiyini demişdir. Şəfaqət ona Bakı şəhərində yaşayan Şəhla adlı tanışının olduğunu, müxtəlif işlərin həllində köməklik edə biləcəyini ona demişdir. O, Şafaqətdən, Şəhlanı onunla tanış etməsini xahiş etmişdir. Təxminən bir neçə gün sonra 2021-ci ilin mart ayının axırlarında Şəfaqət həyat yoldaşı Samirəni evinə çağırmış, həmin vaxt həyat yoldaşı Samirə və o, Mingəçevir şəhərində yerləşən Şəfaqətin evində özünün Aztv-nin zona müxbiri kimi təqdim edən Şəhla adı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Şəhla, ona və arvadı Samirəyə sosial yardım düzəldə biləcəyini bildirib, qarşılığında 600 manat pul istəmişdir. Həyat yoldaşı Samirə 2021-ci ilin mart ayının sonlarında Şəfaqətin evində 300 manat pulu sosial yardım düzəltməsi üçün Şəhla adlı qadına vermiş, qalan pulu sonra verəcəyini vəd etmiş, lakin pulu olmadığı üçün verə bilməmişdir. Sözügedən söhbətdən sonra Şəfaqət ilə Şəhla onun yaşadığı evə qonaq gəlib-getmiş, hətta Şəhla dəfələrlə onun evində qonaq qalmışdır. Şəhla 600 manat müqabilində ona sosial yardım düzəldəcəyinə söz verib 300 manatını almış, 2021-ci ilin iyun ayının sonundan etibarən sosial yardım alacağı barədə ona bildirmişdir. Lakin 2021-ci ilin iyun ayının 10-dan sonra Şəhlanın istifadə etdiyi mobil telefona zəng çatmamışdır. Vəd olunan tarixdə sosial yardım almadıqda Şəhlanın onu aldadıb 300 manat pulunu aldığını anlamışdır. Şəhla onun evində qaldığı müddətdə həmkəndliləri Qalib, onun qohumu Reyhan və Cəlalın da, müxtəlif işlər görəcəyi barədə aldadaraq Şəhla adlı qadın tərəfindən aldadılaraq pulları ələ keçirilmişdir. Şahid3 2500 manat, Qalibin 1500 manat və Cəlalın 800 manat pulu Şəlalə onun evində almışdır. Sonradan Şəlalə yoldaşı Samirənin müalicəsi üçün 150 manat və itmiş qoyuna borcu olduğu üçün 100 manat pul vermişdir. Daha sonra Mingəçevir şəhərinə gələrək Şəhla barəsində şikayət ərizəsi ilə şöbəyə müraciət edərkən Şəhlanın əsl adının Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. O, Şəlaləyə pul verməmişdir. Şəlalə ona 600 manata sosial yardım düzəldəcəyini demiş, pulu yoldaşı Şəlaləyə vermişdir. Sonradan yoldaşı Samirənin Şəlaləyə 600 manat əvəzində 300 manat pul verdiyini bilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunda ifadə verərək əri Şahid4 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. O, hərbi xidmətdə olarkən xəsarət almasına baxmayaraq pensiya almamış, bir neçə dəfə ona pensiya təyin olunması üçün müraciət etsələr də heç bir nəticə əldə edə bilməmişlər. İş üzrə Təqsirləndirilən şəxs anası X3 özünü AzTV-nin zona müxbiri kimi təqdim etmiş, özü haqqında danışarkən bir neçə il Daşkəsən rayon İcra Hakimiyyəti ilə müqavilə əsasında tədbirlərdə çəkiliş aparmasını və hazırda da Mingəçevir şəhərində İcra Hakimiyyəti ilə 3 il müddətində müqavilə bağladığını və bununla əlaqədar Mingəçevir şəhərində qaldığını bildirmişdir. Daha sonra Şəhla anasına, onun sənədlərini də götürüb Mingəçevir şəhərinə gəlməsini bildirmişdir. Bu söhbətdən sonra Şəhla Məmmədova istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni əlaqə saxlamaq üçün anası vermiş, anası da istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə Şəhla ilə bir neçə dəfə əlaqə saxlamışdır. Anası ilə Şəhla arasında baş vermiş söhbətdən bir gün sonra o, Mingəçevir şəhərinə gətmişdir. Anası da həmin gün axşam saatlarında Şəhla Məmmədova ilə əlaqə saxlayaraq oğlunun sənədləri gətirdiyini bildirib görüşmək istədiklərini demişdir. Şəhla Məmmədova anasını onunla birlikdə Kür çayı sahilində yerləşən kafeyə dəvət etmişdir. O, və anası X42 çayı sahilində yerləşən kafedə Şəhla Məmmədova ilə görüşmüşlər. Söhbət əsnasında o, Şəhla Məmmədovaya əvvəllər bir nəfər şəxsin ona pensiya düzəldəcəyini vəd edərək pulunu aldığını, lakin iş alınmayanda çətinliklə pulu qaytarıb aldığını bildirərək Şəhladan, onları aldadıb-aldatmayacağını soruşanda, Şəhla ona 3500 manat pulu sabaha hazırlayıb gətirəcəkləri halda ən geci 2021-ci ilin iyun ayında pensiyasının düzələcəyini, əgər düzəlməsə pulu qaytaracağını bildirmişdir. Həmin gün o, Bakı şəhərinə getmiş, bir gün sonra günorta saatlarında Mingəçevir şəhərinə qayıtmışdır. Şəhla sürücü Veysəl Əliyevlə birlikdə Mingəçevr şəhər V.Hüseynov küçəsi ev 14, mənzil 9-da yerləşən nənəsinin evinə gəlmiş, Veysəl Əliyev çöldə gözləmişdir. Orada o, anasının və nənəsinin yanında 3500 manat pulu və özünün adına olan sənədlərin surətini Şəhlaya vermişdir. Şəhla Məmmədova pulu və sənədlərin surətlərini alıb gedərkən ən geci xx.xx.2021-ci il tarixədək pensiyası düzələcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra Şəhla Məmmədova ona səsli sms göndərərək pensiyasının düzəldiyini, lakin hər beş ildən bir təkrar yoxlanışdan keçmək lazım olacağını bildirmiş, əgər ömürlük olmasını, yəni bir daha təkrar yoxlanışdan keçməmək istəyirsə əlavə 500 manat da pul lazım olduğunu ona bildirmişdir. Bu danışığa əsasən həyat yoldaşı Təhminə Bağırova qonşudan beş yüz manat borc pul alaraq tanıdığı Daşkəsən-Gəncə şəhərləri arasında taksi işləyən şəxslə 500 manat pulu göndərmiş, taksi sürücüsü də həmin 500 manat pulu Şəhla Məmmədovaya çatdırmışdır. 2021-ci ilin iyun ayının 18-də Şəhla Məmmədova anası Gülümzər Şəfiyeva zəng edərək oğlunun pensiya kartının banka keçdiyini, bankdan götürə biləcəyini dediyi üçün anası Kapital bankın Daşkəsən filialına gedib maraqlanmış, oradan anasına onun adına hər hansı kartın gəlmədiyini bildirmişlər. Bundan sonra Şəlalə ilə əlaqə saxlamağa çalışsalar da əlaqə yarada bilməmişlər. Bu səbəbdən anası X37 xanımı anası ilə tanış edən Veysəl ilə əlaqə saxlamış, Veysəl ona, Şəhlanın onu da aldadıb beş yüz manatını qaytarmadığını bildirmişdir. Bir neçə gün axtarsa da Şəhlanı tapa bilməmişlər. xx.xx.2021-ci il tarixdə anası X13 ŞPŞ-nə gedərək Şəhla adlı xanım barəsində şikayət etdikdə Şəhla Məmmədova kimi özünü təqdim edən və guya televiziya müxbiri işləyən şəxsin Təqsirləndirilən şəxs olduğu və onlardan başqa da adamları aldadaraq pullarını ələ keçirdiyi ona məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ki, o, rəsmi olaraq heç yerdə işləmiş, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Dönər House” dönər evində aşpaz işləmişdir. 2020-ci ilin aprel ayında Gəncə şəhərində Şəlalə adı qadınla tanış olmuş, həmin vaxt Şəlalə fiziki qüsurlu qohumuma baxmışdır. Sözbət zamanı Şəlalə ona kirayədə yaşamağa ev axtardığını bildirmiş, o da Şəlaləyə yaşadığı ünvan 10 ünvanında yerləşən evinin bir otağında aylıq 100 (yüz) manat pul müqabilində qala biləcəyini bildirmişdir. Şəlalə razılaşıb onunla bir evdə yaşamağa başlamışdır. Söhbət zamanı Şəlalə ona AzTV-də müxbir işlədiyini, ev aldıqdan sonra köçəcəyini, həmçinin Şəlalə ona yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu və onların vasitəsilə pensiya müavinəti təyin etdirdiyini, eyni zamanda işə adam düzəltdiyini bildirmişdir. O, Şəlaləyə inanaraq bu barədə xalası qızı Zərərçəkmiş şəxs13 Şəlalənin mobil nömrəsi ilə zəng edərək Şəlalə adlı qadınla tanış olduğunu, sonuncunun yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu və pensiya müavinəti təyin etdirdiyini, həmçinin işə adam düzəltdiyini bildirmişdir. Bundan sonra xalası qızı Zərərçəkmiş şəxs13 ilə Şəlalənin münasibəti yaranmışdır. Bir neçə gün keçdikdən sonra Gülnurəyə zəng edərək Şəlalənin onlara, yəni Şəmkir rayonuna gəlmək istədiyini və onu qarşılamasını bildirmişdir. Bundan sonra təxminən 2020-ci ilin may ayının əvvəllərində Şəlalə xalası qızı Zərərçəkmiş şəxs13 ilə görüşmək üçün Şəmkir rayonuna getmiş və səhərisi gün qayıtdıqdan sonra Şəlalə ona xalası qızı Gülnurəni Şəmkir rayonunda yerləşən uşaq bağçalarından birinə 2200 (iki min iki yüz) manat pul müqabilində müdirə vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. O da Şəlalənin bu sözlərinə inanaraq sevinmişdir. Bir neçə gün keçdikdən sonra Şəlalə ona xalası qızı Gülnurənin bağça müdirəsi işinə düzəlməsi işinin alındığını və Gülnurəyə zəng edərək 2200 (iki min iki yüz) manat pulu hazırlamasını deməsini bildirmişdir. O da Şəlalənin yanında xalası qızı Gülnurəyə zəng edərək Şəlalənin dediklərini ona bildirmiş, Gülnurə də razılaşmışdır. Bir neçə gün keçdikdən sonra, yəni 2020-ci ilin may ayının axırlarında Şəlalə xalası qızı Zərərçəkmiş şəxs13 yaşadığı Şəmkir rayonuna getmişdir. Bundan sonra Gülnurə ona zəng edərək Şəlaləyə onu işə düzəlmək üçün 2200 (iki min iki yüz) manat pul verdiyini demişdir. Şəlalə qayıtdıqdan sonra ona xalası qızı Zərərçəkmiş şəxs13 Şəmkir rayonunda bağça müdirəsi vəzifəsinə təyin etdirmək üçün Gülnurədən 2200 (iki min iki yüz) manat pul aldığını ona demişdir. Bundan sonra Gülnurənin anası, yəni xalası Zərərçəkmiş şəxs14 ilə telefon ilə danışan zaman onun evində kirayədə Şəlalə adlı qadının yaşadığını, yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsilə pensiya müavinətini təyin etdirdiyini və eyni zamanda işə adam düzələtdiyini bildirmişdir. Söhbət əsnasında xalası Zərərçəkmiş şəxs14 ona həmin qadının qızı Zərərçəkmiş şəxs13 da 2200 (iki min iki yüz) manat pul müqabilində Şəmkir rayonunda yerləşən uşaq bağçalarının birinə müdirə tətin etdirəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra, təxminən 2020-ci ilin iyun ayının əvvəllərində Şəlalə ilə birlikdə xalası Zərərçəkmiş şəxs14 yaşadığı Samux rayonu, Qarabağlar kəndinə qonaq getmişlər. Həmin vaxt o, xalası Zərərçəkmiş şəxs14 ilə Şəlaləni tanış edərək onun evində kirayədə yaşadığını və eyni zamanda AzTV-nin zona müxbiri işlədiyini bildirmişdir. Sonra Şəlalə özü də xalası Zərərçəkmiş şəxs14 pensiya müavinəti təyin etdirmək üçün yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu bildirdikdə xalası Zərərçəkmiş şəxs14 Şəlalədən öz adına olan pensiya təqaüdünün azyaşlı nəvəsinin adına keçirə biləcəyini soruşmuşdur. Şəlalə də xalasına problem olmadığını, bunun üçün 1500 (min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. Xalası Zərərçəkmiş şəxs14 Şəlalə ilə razılaşmış, lakin hal-hazırda həmin miqdarda pulunun olmadığını pulu düzəldəndən sonra onun vasitəsi ilə xəbər edəcəyini bildirmişdir. Təxminən 5 gün keçdikdən sonra, 2020-ci ilin iyun ayının ortalarında xalası Zərərçəkmiş şəxs14 onun yaşadığı ünvan 12 ünvanında yerləşən evinə gəlmişdir. Həmin vaxt Şəlalə də evdə olmuşdur. Xalası Zərərçəkmiş şəxs14 onun yanında pensiya işi ilə bağlı Şəlaləyə 1500 (min beş yüz) manat pul vermişdir. Bir neçə gün keçdikdən sonra o, Şəlalədən xalası qızı Zərərçəkmiş şəxs13 və xalası Zərərçəkmiş şəxs14 işlərini nə səbəbə düzəltmədiyini soruşduqda Şəlalə onu hər dəfə müxtəlif bəhanələrlə aldatmışdır. Təxminən 2020-ci ilin avqut ayının axırlarında Şəlalə ona xəbər etmədən yaşadığı ünvan 10 ünvanından çıxıb getmişdir. Bundan sonra o, Şəlalənin xatırlamadığı telefon nömrəsinə zəng edib onunla danışan zaman Şəlalə ona Bakı şəhərində olduğunu və işləri həll edib gələcəyini demişdir. Bundan sonra Şəlalənin istifadəsində olan telefona zəng çatmamışdır. Sonra ona Şəlalənin xalası qızı Zərərçəkmiş şəxs13 və xalası Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edərək aldadıb pullarını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olmuşdur. Bundan sonra o, baş vermiş hadisə barədə Gəncə BPİ-nin Kəpəz rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızını tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. O, uzun müddət xəstə olmuş, xəstəliyi ilə əlaqədar dəfələrlə müraciət etməsinə baxmayaraq əlilliyə çıxara bilməmişdir. 2021-ci ilin may ayının təxminən 6-da o, əri Ağasəf və Qalib birlikdə Raufun yaşadığı evə getmişlər. Orada Şəhla adlı qadınla tanış olmuş, Şəhla adlı qadın özünün AzTV-nin zona müxbiri işləməsini və adının Şəhla olmasını onlara bildirmişdir. X54 söhbət əsnasında onun uzun müddət xəstə olduğunu bildirdikdə, Şəhla İsmayılova heç bir problem olmadığını, arvadını əlilliyə çıxara biləcəyini və bunun üçün 2500 manat pul lazım olacağını ərinə bildirmişdir. X54 da razılaşmış və təxminən bir həftə sonra 2021-ci ilin may ayının 13-də saat 20 radələrndə 2500 manat pulu hazırlamış, onun və Raufun yanında sonuncunun evində həmin pulu Şəhlaya vermişdir. Şəhla İsmayılova onun şəxsiyyət vəsiqəsinin surətini verməsini, qalan işləri özünün edəcəyini bildirmişdir. Həmin vaxtdan təxminən bir ay sonra yəni iyun ayının 10-dan sonra Şəhla Məmmədovaya zəng çatmamışdır. Həmin vaxt onlara Şəhla İsmayılovanın dələduzluq edərək pullarını mənimsədiyi məlum olmuşdur. Bundan sonra onlara X14 şəhərindədə bir neçə adamı aldadıb pullarını aldığı məlum olmuşdur. Belə olub o, Qalib, Rauf və qeyriləri ilə birlikdə gedib Mingəçevir şəhərində yerləşən Poliş şöbəsinə şikayət ərizəsi vermişlər. İş materiallarına əlavə edilmiş 29 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, İsmаyılovа Şəlаlə Cəfər qızı barəsində 29 sentyabr 2021-ci il tarixdə atrarış elan edilməsi və tutulması qərara alınmışdır. (İİ cild, iş v. 59) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi bаrədə qərаr qəbul edilmiş, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün ona ittihamı elan etmək mümkün olmamış və həmin tarixdə barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 19 aprel 2022-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş 10 iyun 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, İsmаyılovа Şəlаlə Cəfər qızı 10 iyun 2022-ci il tarixdə Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyəti üzrə Mingəçevir ŞRŞ-nin MSY-nə təhvil verilmişdir. (İİ cild, iş v. 106) İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 12 iyun 2022-ci il tarixli, 4(051)-67/2022 saylı qərarının surətindən görünür ki, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızının barəsində əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmaqla 10 avqust 2022-ci il tarixədək 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İİ cild, iş.v 138-140) İş materiallarına əlavə edilmiş 11 iyun 2022-ci il tаrixli bаxış və götürmə hаqqındа protokoldа göstərilmişdir ki, Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü mаddələri ilə təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı, üzərində «Şəhlа Məmmədovа» sözləri yаzılаn Aztv.news internet sаytındаn əldə etdiyi kimliyi təqdim etmişdir. (İİ cild, iş.v 130-131) İş materiallarına əlavə edilmiş 08 iyul 2022-ci il tаrixli hаdisə yerinə bаxış keçirilməsi hаqqındа protokoldа qeyd olunmuşdur ki, Tаğıyevа Nigаr Ehsаn qızı Şəki şəhəri, M.Ə.Rəsulzаdə prospekti 196A ünvаndа yerləşən Poçtun inzibаti binаsını göstərərək onun аdınа göndərilmiş 1000 mаnаt pulu həmin Poçtdаn götürüb orаdаcа İsmаyılovа Şəlаlə Cəfər qızınа verdiyini bildirmişdir. (İİ cild, iş.v 233-236) İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 4(075)-82/2022 saylı qərarının surətindən görünür ki, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızının həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətinə 10 avqust 2022-ci il tarixədən 10 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. (İİİ cild, iş.v 34-37) İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən dаxil olmuş 02 sentyabr 2022-ci il tarixli tələbnаmələrdən görünür ki, İsmаyılovа Şəlаlə Cəfər qızı Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 93-7-ci mаddəsinin 3-cü hissəsi ilə barəsində olan işə Bаkı şəhər, Xətаi rаyon Məhkəməsinin 06 iyul 1999-cu il tarixli qərаrı ilə Cinayət Prosesual Məcəllənin 272-ci maddəsinə əsasən cinаyət işi üzrə icrааtа xitаm verilmişdir. Bundаn sonrа o, Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2-ci mаddəsi ilə təqsirli bilinərək Gəncə şəhər, Kəpəz rаyon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli hökmü ilə 3000 mаnаt cərimə cəzаsınа məhkum olunmuş, 12 fevral 2019-cu il tarixdə təyin edilmiş cərimə tam şəkildə ödəmişdir. (İİİ cild, iş v. 152) İş materiallarına əlavə edilmiş Gəncə şəhər, Kəpəz rаyon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli hökmündən görünür ki, İsmаyılovа Şəlаlə Cəfər qızı Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2-ci mаddəsi ilə təqsirli bilinib Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3200 (üç min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən İsmаyılovа Şəlаlə Cəfər qızının iş üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “həbs”də saxlanıldığı müddət nəzərə alınmaqla həmin cəza yüngülləşdirilmiş və üzərində qəti olaraq 3000 (üç min) manat midarında cərimə cəzası saxlanılmışdır. (İİİ cild, iş v. 153-155) İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 4(075)-101/2022 saylı qərarının surətindən görünür ki, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızının həbsdə saxlanılma müddəti 20 (iyirmi) ün müddətinə 10 oktyabr 2022-ci il tarixədən 30 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. (İV cild, iş.v 120-126) İş materiallarına əlavə edilmiş Bаkı şəhər 70 sаylı Mənzil İstismаr Sаhəsindən dаxil olmuş аrаyış və xаsiyyətnаmədən görünür ki, İsmаyılovа Şəlаlə Cəfər qızı, Bаkı şəhəri, Nəsimi rаyonu, Səfərəliyev küçəsi ev 25, mənzil 7 ünvаnındа qeydiyyаt olmаqlа, qeydiyyаtdа olduğu ünvаn üzrə müsbət xаrаkterizə olunur. (İİİ cild, iş v. 249-250) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam yerilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs13 aldadıb 2200 manat məbləğdə pulunu, Məmmədovа Rаhilə Məmməd qızını aldadıb 1500 manat məbləğdə pulunu və Bаxışov Zаkir Rаhib oğlunu aldadıb 5000 manat məbləğdə pulunu alıb ələ keçirərək dələduzluq etməsi epizodlarının bəraətverici əsaslar olmadan ittihamdan xaric edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, irəli sürülmüş ittiham üzrə Zərərçəkmiş şəxs13 2020-ci ildə aldadıb 2200 manat məbləğdə pulunu, Məmmədovа Rаhilə Məmməd qızını 2020-ci ildə aldadıb 1500 manat məbləğdə pulunu və Bаxışov Zаkir Rаhib oğlunu 2020-ci ildə aldadıb 5000 manat məbləğdə pulunu alıb ələ keçirərək dələduzluq etməsi epizodları üzrə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə əməllər İsmаyılovа Şəlаlə Cəfər qızına elan olunmuş ittihamdan xaric edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid4 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs2 özünü «Aztv»nin zona müxbiri kimi təqdim edərək 1500 (bir min beş yüz) manat pul müqabilində onun qızlarına sosial yardım düzəldilməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin aprel ayının ilk günlərində, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 19 radələrində Yevlax rayonu, Ərəbbəsrə kəndində yaşayan Şahid4 evində 500 (beş yüz) manat, bundan təxminən 1 bir həftə sonra Yevlax rayonu, Ərəbbəsrə kəndində yaşayan Şahid4 evində 1000 (bir min) manat olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə cəmi 1500 (bir min beş yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 1500 (bir min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs3 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 4000 (dörd min) manat pul müqabilində onun qızı X8 ASAN Xidmət Mərkəzində işə düzəlməsinə, həmçinin 2000 (iki min) manat pul müqabilində onun baldızı X16 pensiya işinin həll olunmasına köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 08 may 2021-ci il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanda yaşayan X11 evində 4000 manat, bundan təxminən 10 gün sonra axşam tərəfi Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən 9 nömrəli binanın qarşısında 2000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə cəmi 6000 (altı min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 6000 (altı min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid4 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs4 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 800 (səkkiz yüz) manat pul müqabilində ona sosial yardım düzəldilməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Yevlax rayonu, Ərəbbəsrə kəndində yaşayan Şahid4 evində 500 (beş yüz) manat, xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Yevlax rayonu, Ərəbbəsrə kəndində yaşayan Şahid4 evində 300 (üç yüz) manat olmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə cəmi 800 (səkkiz yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs4 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs5 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 4000 (dörd min) manat pul müqabilində onun Mingəçevir şəhərində yerləşən 16 nömrəli uşaq bağçasında müəllimə kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanda yaşayan X11 evində 3000 (üç min) manat, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanda yaşayan X11 evində 1000 (bir min) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə cəmi 4000 (dörd min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs6 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 2500 (iki min beş yüz) manat pul müqabilində arvadı Şahid3 əlillik pensiyasına çıxarılmasına köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 13 may 2021-ci il tarixdə, saat 20 radələrində Yevlax rayonunun Ərəbbəsrə kəndində yerləşən Şahid4 məxsus yaşayış evində Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı X17 vasitəsilə tanış olduğu X3 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 4000 (dörd min) manat pul müqabilində onun oğlu Şahid7 əlillik pensiyasına çıxmasına köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin may ayının ortalarında, istintaqla müəyyən olunmamış gündə, saat 16 radələrində Mingəçevir şəhəri, Vəli Hüseynov küçəsi ev 14 mənzil 9-da yaşayan X4 evində 3500 (üç min beş yüz) manat, bundan bir neçə gün sonra, istintaqla dəqiq müəyyən olunmamış gündə taksi sürücüsü vasitəsi ilə Mingəçevir şəhərinə göndərdiyi 500 (beş yüz) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə X2 ümumilikdə cəmi 4000 (dörd min) manat pulunu alaraq ələ keçirməklə zərərçəkmiş şəxs X3 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs8 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 4500 (dörd min beş yüz) manat pul müqabilində onun kəsilmiş əlilliyini bərpa edilməsinə və kürəkəni X21 Mingəçevir ASAN Xidmət Mərkəzində işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2021-ci ilin iyun ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Mingəçevir şəhərində yerləşən Bazarstore ticarət mərkəzinin qarşısında 1500 (bir min beş yüz) manat, bundan bir neçə gün sonra Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən məcburi köçkünlər qəsəbəsinin yaxınlığında 3000 (üç min) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 ümumilikdə cəmi 4500 (dörd min beş yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs8 4500 (dörd min beş yüz)manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs9 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 2000 (iki min) manat pul müqabilində ona ərinin təcili yardım stansiyasında sürücü kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə, saat 18:25-də Mingəçevir şəhəri, X40 küçəsi 53 ünvanda yerləşən “Bazarstore” ticarət mərkəzinin içərisində qoyulmuş Milliön aparatı vasitəsi ilə köçürdüyü 1005 (bir min beş) manat və xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində ünvan 4 ünvanda yaşayan X11 evində 1000 (bir min) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 ümumilikdə cəmi 2005 (iki min beş) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs9 2005 (iki min beş) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid8 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs10 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək 3000 (üç min) manat pul müqabilində onun qızı X9 ASAN Xidmət Mərkəzində işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı ünvan 5 ünvanının qarşısında Şahid8 vasitəsi ilə Zərərçəkmiş şəxs10 3000 (üç min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs10 3000 (üç min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək onun üçün 6500 manat pul müqabilində xarici ölkədə istehsal olunan avtomobil gətizdirəcəyi, həmçinin 2100 manat pul müqabilində onun Gəncə şəhər X51 Stansiyasına sürücü kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə avtomobil gətirəcəyi vədi ilə Zərərçəkmiş şəxs11 2022-ci ilin yanvar ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə özünün yaşadığı ünvan 6 ünvanda 3000 (üç min) manat, 2022-ci ilin yanvar ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə yenə də yaşadığı ünvan 7 ünvandakı evində 2500 manat, xx.xx.2022-cim il tarixdə, saat 18:03-də Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşlən «Yağmur» marketdə qoyulmuş Milliön aparatı vasitəsi ilə cinayətkar qəsdindən xəbəri olmayan X1 köçürdüyü 1000 (bir min) manat olmaqla ümumilikdə 6500 manat pulu, işə düzəlməsinə köməklik göstərəcəyi vədi ilə 2022-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhərində 800 manat, xx.xx.2022-ci il tarixdə 17:39-da Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşlən «Yağmur» marketdə qoyulmuş Milliön aparatı vasitəsi ilə cinayətkar qəsdindən xəbəri olmayan X1 köçürdüyü 300 (üç yüz) manat və xx.xx.2022-ci il tarixdə cinayətkar qəsdindən xəbəri olmayan X19 adına Şəki şəhəri, X40 prospektində yerləşən Şəki Poçtamtı vasitəsi ilə göndərdiyi 1000 manat olmaqla ümumilikdə 2100 manat pulu, cəmi xeyli miqdar təşkil edən 8.600 (səkkiz min altı yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs11 xeyli miqdar təşkil edən 8.600 (səkkiz min altı yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Zərərçəkmiş şəxs11 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs12 özünü «Aztv»-nin zona müxbiri kimi təqdim edərək onun qohumu X22 Gəncə şəhəri 14 saylı orta məktəbə müəllimə kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2022-ci ilin yanvar ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs12 yaşadığı ünvan 8 ünvanında yerləşən binanın qarşısında Zərərçəkmiş şəxs12 2000 (iki min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs12 2000 (iki min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bununla da təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. İsmаyılovа Şəlаlə Cəfər qızının həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızına Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edilərkən təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızının dəymiş ziyandan qismən ödəniş etməsi, zərərçəkmiş şəxslərdən qismən barışıq əldə etməsi, əməlini etiraf edib peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətmkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməyib qüvvəsində saxlanmalı, cəzaçəkməsinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan bir ədəd isimlik məhv edilməli, iş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Təqsirləndirilən şəxsin İsmаyılovа Şəlаlə Cəfər qızının törətdiyi cinayət əməli ilə Şöyübov Ağаsəf Zülfəli oğlunun 2500 (iki min beş yüz) mаnаt pulunu аlаrаq ələ keçirməklə zərərçəkmiş şəxs Şöyübov Ağаsəf Zülfəli oğlunа 2500 (iki min beş yüz) mаnаt maddi ziyan vurması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. Bundan başqa cinayət işi materiallarından göründüyü kimi İsmаyılovа Şəlаlə Cəfər qızı törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs11 8600 (səkkiz min altı) manat pulunu ələ keçirməklə dələduzluq cinayət törətməsini etiraf etmiş, ona qarşı verilmiş mülki iddianı həmin hissədə qəbul etmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) İsmаyılovа Şəlаlə Cəfər qızı tərəfindən zərərçəkmiş şəxsə (mülki iddiaçı) 8600 (səkkiz min altı) manat məbləğində yox daha artıq məbləğdə ziyan dəyməsi heç bir möhtəbər sübutla təsdiq edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs6 mülki iddiası tam, Zərərçəkmiş şəxs11 mülki iddiası qismən təmin edilməli və İsmаyılovа Şəlаlə Cəfər qızından 2500 (iki min beş yüz) manat maddi ziyan və 45 (qırx beş) manat dövlət rüsumu olmaqla, cəmi 2545 (iki min beş yüz qırx beş) manat pul tutularaq Zərərçəkmiş şəxs6 xeyrinə və 8600 (səkkiz min altı yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs11 xeyrinə ödənilməli, Zərərçəkmiş şəxs11 mülki iddiası qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: İsmаyılovа Şəlаlə Cəfər qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. İsmаyılovа Şəlаlə Cəfər qızı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı tutulduğu 10 iyun 2022-ci ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan bir ədəd isimlik məhv edilsin, iş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs6 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızından 2500 (iki min beş yüz) manat maddi ziyan və 45 (qırx beş) manat dövlət rüsumu olmaqla, cəmi 2545 (iki min beş yüz qırx beş) manat pul tutularaq Zərərçəkmiş şəxs6 verilsin. Zərərçəkmiş şəxs11 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs İsmаyılovа Şəlаlə Cəfər qızından 8600 (səkkiz min altı yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs11 verilsin. Zərərçəkmiş şəxs11 mülki iddiası qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-6/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-6/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver