Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-6/2025 27.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3 və müdafiəçisi X4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi X8 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1956-cı ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Oğuz rayonu Pullar kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, X1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, aralarında olan rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs3 2000 (iki min) manat pul müqabilində sonuncunun X12a əlillik dərəcəsinin verilməsinə X5 işləyən şəxs kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 vasitəsilə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək, sonuncu isə aralarında olan rol bölgüsünə əsasən cinayətkar qəsdin icrası üçün bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni mobil telefonla özünü X5 işləyən şəxs kimi təqdim etməklə onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 2023-cü ilin yanvar ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonunun Aşağı Göynük kəndində magistral yolun kənarında Zərərçəkmiş şəxs3 2000 (iki min) manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 2000 (iki min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, aralarında olan rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs3 1600 (bir min altı yüz) manat pul müqabilində sonuncunun arvadı Şahid1 təqaüdə çıxmasına X5 işləyən şəxs kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 vasitəsilə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək, sonuncu isə aralarında olan rol bölgüsünə əsasən cinayətkar qəsdin icrası üçün bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni mobil telefonla özünü X5 işləyən şəxs kimi təqdim etməklə onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 05 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Şəki rayonunun Aşağı Göynük kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində sonuncudan 1600 (bir min altı yüz) manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 1600 (bir min altı yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, aralarında olan rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pul müqabilində sonuncunun əlillik qrupunun dəyişdirilməsinə X5 işləyən şəxs kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 vasitəsilə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək, sonuncu isə aralarında olan rol bölgüsünə əsasən cinayətkar qəsdin icrası üçün bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni mobil telefonla özünü X5 işləyən şəxs kimi təqdim etməklə onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 05 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Şəki rayonunun Aşağı Göynük kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, aralarında olan rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs2 2500 (iki min beş yüz) manat pul müqabilində sonuncunun arvadı Şahid2 kəsilmiş təqaüdünün və əlillik qrupunun bərpa olunmasına X5 işləyən şəxs kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 vasitəsilə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək, sonuncu isə aralarında olan rol bölgüsünə əsasən cinayətkar qəsdin icrası üçün bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni mobil telefonla özünü X5 işləyən şəxs kimi təqdim etməklə onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 05 fevral 2023-cü il tarixdə, saat 11:30 radələrində Şəki rayonunun Aşağı Göynük kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 2500 (iki min beş yüz) manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, aralarında olan rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs3 1000 (bir min) manat pul müqabilində sonuncunun oğlu X11 RLS-də yüksək maaşlı işə düzəlməsinə X5 işləyən şəxs kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 vasitəsilə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək, sonuncu ilə aralarında olan rol bölgüsünə əsasən cinayətkar qəsdin icrası üçün bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni mobil telefonla özünü X5 işləyən şəxs kimi təqdim etməklə onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 2023-cü ilin iyun ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs3 Şəki rayonunun Aşağı Göynük kəndində magistral yolun kənarında 500 (beş yüz) manat, bundan bir neçə gün sonra, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonunun Aşağı Göynük kəndində magistral yolun kənarında 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (bir min) manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 vahid niyyətlə 1000 (bir min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui istiladə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 ilə aralarında olan rol bölgüsünə əsasən onu X5 işləyən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 2000 (iki min) manat pul müqabilində X12a əlillik dərəcəsinin verilməsinə köməklik göstərəcəkləri barədə uydurma və yalan vədlər verərək, özü isə aralarında olan rol bölgüsünə əsasən cinayətkar qəsdin icrası üçün bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni mobil telefonla özünü X5 işləyən şəxs kimi təqdim etməklə onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Təqsirləndirilən şəxs1 vasitəsi ilə 2023-cü ilin yanvar ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonunun Aşağı Göynük kəndində magistral yolun kənarında Zərərçəkmiş şəxs3 2000 (iki min) manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 2000 (iki min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 ilə aralarında olan rol bölgüsünə əsasən onu X5 işləyən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 1600 (bir min altı yüz) manat pul müqabilində sonuncunun arvadı Şahid1 təqaüdə çıxmasına köməklik göstərəcəkləri barədə uydurma və yalan vədlər verərək, özü isə aralarında olan rol bölgüsünə əsasən cinayətkar qəsdin icrası üçün bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni mobil telefonla özünü X5 işləyən şəxs kimi təqdim etməklə onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Təqsirləndirilən şəxs1 vasitəsi ilə 05 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Şəki rayonunun Aşağı Göynük kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində sonuncudan 1600 (bir min altı yüz) manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 1600 (bir min altı yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 aralarında olan rol bölgüsünə əsasən onu X5 işləyən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pul müqabilində sonuncunun əlillik qrupunun dəyişdirilməsinə köməklik göstərəcəkləri barədə uydurma və yalan vədlər verərək, özü isə aralarında olan rol bölgüsünə əsasən cinayətkar qəsdin icrası üçün bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər elməklə, yəni mobil telefonla özünü X5 işləyən şəxs kimi təqdim elməklə onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Təqsirləndirilən şəxs1 vasitəsi ilə 05 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Şəki rayonunun Aşağı Göynük kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində X2 3000 (üç min) manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 ilə aralarında olan rol bölgüsünə əsasən onu X5 işləyən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 2500 (iki min beş yüz) manat pul müqabilində sonuncunun arvadı Təzəgül Sələrəliyevanın kəsilmiş təqaüdünün və əlillik qrupunun bərpa olunmasına köməklik göstərəcəkləri barədə uydurma və yalan vədlər verərək, özü isə aralarında olan rol bölgüsünə əsasən cinayətkar qəsdin icrası üçün bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni mobil telefonla özünü X5 işləyən şəxs kimi təqdim etməklə onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Təqsirləndirilən şəxs1 vasitəsi ilə 05 fevral 2023-cü il tarixdə, saat 11:30 ralələrində Şəki rayonunun Aşağı Göynük kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 2500 (iki min beş yüz) manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 ilə aralarında olan rol bölgüsünə əsasən onu X5 işləyən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 1000 (bir min) manat pul müqabilində sonuncunun oğlu X11 RLS-də yüksək maaşlı işə düzəlməsinə köməklik göstərəcəkləri barədə uydurma və yalan vədlər verərək, özü isə aralarında olan rol bölgüsünə əsasən cinayətkar qəsdin icrası üçün bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni mobil telefonla özünü X5 işləyən şəxs kimi təqdim etməklə onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui istifadə edərək aldadıb Təqsirləndirilən şəxs1 vasitəsi ilə 2023-cü ilin iyun ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs3 Şəki rayonunun Aşağı Göynük kəndində magistral yolun kənarında 500 (beş yüz) manat, bundan bir neçə gün sonra, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonunun Aşağı Göynük kəndində magistral yolun kənarında 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (bir min) manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 vahid niyyətlə 1000 (bir min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs1 ona elan olunan ittiham üzrə özünü tam olaraq təqsirli bilərək, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara dəymiş maddi ziyanın ödənildiyini, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənildiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 ona elan olunan ittiham üzrə özünü tam olaraq təqsirli bilərək, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara dəymiş maddi ziyanın ödənildiyini, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənildiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dələduzluq əməlləri nəticəsində ona 3000 manat məbləğdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dələduzluq əməlləri nəticəsində ona 2500 manat məbləğdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dələduzluq əməlləri nəticəsində ona 4600 manat məbləğdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs3 onun əridir. Təqsirləndirilən şəxs1 2023-cü ilin əvvəllərində tanımışdır. Belə ki, Vüqar bir dəfə yaşadığı evə gəlmişdir. X12 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, qazidir. 2023-cü ilin yanvar ayının əvvəllərində onlar Təbrizin sənədlərini hazırlayıb X7 təqdim etmişlər. Təxminən bir həftə sonra əri Rəcəb işdən evə gəlib Təbrizin əlillik işi ilə bağlı Vüqar adlı şəxslə tanış olduğunu, Vüqarın bu işdə onlara köməklik edəcəyini demişdir. Təxminən bir həftə sonra, yanvar ayının ortalarında əri Rəcəb evə gəlib həmin Vüqar adlı şəxsin kəndə gələcəyini, Təbrizin işi ilə bağlı 2000 manat pul istədiyini demiş və həmin pulu evdən götürüb getmişdir. Bir neçə saat sonra evə qayıdıb Vüqarla görüşdüyünü, ona 2000 manat pul verdiyini, Vüqarın isə ona Təbrizin işini həll edəcəyinə dair söz verdiyini demişdir. Bir neçə gün sonra oğlu Təbrizə Mərkəzdən zəng edərək komissiyaya çağırdıqda Rəcəb bu barədə Vüqara zəng edib məlumat vermiş, o, bu barədə məlumatının olduğunu, narahat olmamasını deyib Təbrizi özü komissiyaya aparacağını bildirmişdir. Təbriz Bakı şəhərinə getdikdə Vüqar onu qarşılayıb həmin komissiya Mərkəzinin qarşısına aparmış, lakin çöldə dayanmış, Təbriz özü komissiya müayinələrindən keçmişdir. Bir müddət sonra Təbrizin sənədlərinin imtina olunduğu məlum olmuş, Rəcəb Vüqara zəng edib bu barədə dedikdə o, narahat olmamasını, işi həll edəcəyini demişdir. Rəcəb Vüqarın iş həll etməsi barədə Ələsgərə və Vəzirə də demişdir. Rəcəb Vüqara zəng edib onun da təqaüdə çıxmasına köməklik edə bilməsini soruşduqda, Vüqar onu təqaüdə çıxarda biləcəyini demiş, bunun üçün isə ondan 2000 manat pul istəmişdi. Onlar razı olmuşlar. Bundan sonra Rəcəb ona Vüqarın kəndə gələcəyini, onu evə qonaq çağıracağını, həmçinin onun təqaüdü ilə bağlı pulu da ona verəcəyini demiş, buna görə Rəcəb təsərrüfatlarında olan üç baş heyvanı sataraq 1600 manat pul bitirmişdi. xx.xx.2023-cü il tarixdə X14 kəndinə onların yaşadığı evə gəlmiş, həmin vaxt Vüqarın yanında iki nəfər şəxs də olmuşdur. Həmin şəxslərdən birinin xalası oğlu Aydın olduğunu, digər şəxsin isə “bibi” dediyi qadının nəvəsi Emin olduğunu demişdi. Bir neçə saat evdə dayandıqdan sonra axşam saatlarında Vüqar və yanında olan şəxslər oteldə qalacaqlarını deyib kənddən çıxmışlar. Evdən çıxarkən Vüqar Rəcəbə səhərə pulları hazırlamasını demişdir. Rəcəb də Vəzirə və Ələsgərə bu barədə məlumat vermişdir. Vüqar onlara da pul müqabilində köməklik edəcəyinə söz vermişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Vüqar və yanındakı şəxlər kəndə onların yaşadığı evə gəlmiş, Ələsgər və Vəzir də həmin vaxt gəlmişdilər. Vüqar pulları istəmiş və bir nəfər qadına zəng edib danışmışdı. Vüqar və həmin qadın onları bütün bu işlərin öz həllini tapacağına inandırmışdılar. Danışıq zamanı Rəcəb 1600 manat pul bitirdiyini dedikdə Vüqar və telefonla danışdığı həmin qadın onun təqaüdü düzəldikdən sonra 400 manatı onlara göndərməsini Rəcəbə demişlər. Belə olduqda Rəcəb 1600 manat pulu Vüqara vermiş, daha sonra Ələsgər 3000 manat pulu, Vəzir isə 2500 manat pulu onun yaşadığı evdə Vüqara vermişlər. Vüqar pulları götürüb uzağı 3 ay ərzində işləri həll edəcəyini demiş, bundan başqa onlardan şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətlərini də götürmüşdü. Bundan başqa əri Rəcəblə evdə söhət zamanı Rəcəb Vüqara zəng edib ondan Umar üçün yüksək maaşı olan digər iş tapmasını xahiş etdikdə, Vüqar kürəkəninin Qəbələ RLS-də yüksək vəzifədə işlədiyini, Umarı pulsuz həmin yerə işə düzəldəcəyini, 1500 manat maaş alacağını deyib Umarın əmək kitabçasını və şəkillərini istəmişdi. Onlar Umarın şəklini və şəxsiyyət vəsiqəsinin surətini Vüqara göndərdikdən iki gün sonra Rəcəb evə gəlib Vüqarın Umarın işi ilə bağlı 1000 manat pul istədiyini və 500 manatının təcili ona göndərilməli olduğunu, qalan 500 manatı isə ilk maaşını aldıqdan sonra alacağını demişdi. Rəcəb 2023-cü ilin iyun ayının ortalarında 500 manat pulu Vüqara vermiş, bir neçə gün sonra Vüqar yenə Rəcəbə zəng edib qalan 500 manatı da ondan istədiyi üçün Rəcəb 500 manat pul tapıb Aşağı Göynük kəndində Vüqarla görüşüb 500 manat pulu Vüqara vermişdir. Lakin həmin vaxtdan sonra Vüqar zənglərə çox vaxt cavab verməmiş, cavab verdikdə isə müxtəlif bəhanələr edərək gah ayın əvvəli, gah da ayın sonuna işlərinin həll olunacağını demişdir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 onun yaşadığı evdə əri Rəcəbdən onun təqaüdə çıxmasına köməklik edəcəyinə söz verib 1600 manat, həmçinin Ələsgərin təqaüdünün artırılmasına söz verib 3000 manat, Vəzirin arvadı Təzəgülün təqaüdünün bərpa olunmasına köməklik edəcəyinə söz verib 2500 manat pullarını almasını görmüşdür. Həmçinin əri Rəcəb 2000 manat, 500 manat və sonradan yenidən 500 manat olmaqla cəmi 3000 manat pulu Vüqarla görüşüb ona vermişdir. Vüqar 4600 manat pulu aldıqdan sonra heç bir iş görməmişdir. Rəcəb evdə onun yanında dələlərlə Vüqara zəng edib işlə bağlı soruşduqda Vüqar və bir nəfər qadın müxtəlif bəhanələrlə sənədləri hazırlayıb təhvil verəcəklərini, ayın sonunda təqaüd alacağını demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Qəmət qızı ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 onun əridir. Təqsirləndirilən şəxs1 2023-cü ilin fevral ayında tanımışdır. 2011-ci ildən 2021-ci ilədək İİ qrup üzrə əlillik təqaüdü almışdır. Lakin sonradan həmin təqaüd kəsilmişdir. 2023-cü ilin yanvar ayında əri Vəzir evə gəlib Vüqar adlı şəxslə tanış olduğunu, Vüqarın qohumları Rəcəbin oğlunun təqaüd işlərini həll edəcəyini, onun da təqaüdünün bərpa olunması barədə Vüqara dediyini, Vüqarın bu iş üçün 2500 manat pul istədiyini demişdir. xx.xx.2023-cü il tarixdə isə Vəzir evə gəlib Vüqarın Göynük kəndinə gələcəyini, onun təqaüdü ilə bağlı pulu istədiyini demiş, beləliklə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Vəzir evdən 2500 manat pul götürmüş və birlikdə Göynük kəndinə qohumu Rəcəbin evinə getmişlər. Həmin vaxt Rəcəb və arvadı Xatirə evdə olmuşlar, həmçinin evdə sonradan adının Vüqar olduğunu bildiyi şəxs də olmuşdur. Beləliklə Vüqar bir nəfər qadına zəng etdikdə, həmin qadın və Vüqar onun təqaüdünün tezliklə bərpa olunacağını onlara demişlər. Daha sonra Vüqar Vəzirdən pulu istədikdə Vəzir onun yanında 2500 manat pulu Vüqara vermiş, Vüqar pulu götürüb tələsdiyini, ona görə qısa müddətdə Bakı şəhərinə gedəcəyini demişdir. Onlar isə evlərinə qayıtmışlar. Lakin sonradan bir neçə ay ərzində Vəzir dəfələrlə Vüqara zəng edib iş barədə danışdıqda o, müxtəlif bəhanələr etmiş, həmçinin Rəcəb və Ələsgər də Vüqarın onları da aldatdığını, işlərini həll etmədiyini demişlər. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Aşağı Göynük kəndində qohumu Rəcəbin yaşadığı evdə əri Vəzirdən onun təqaüdünün bərpa olunmasına köməklik edəcəyinə söz verib 2500 manat pulu almasını görmüşdür. Həmçinin Ələsgərin təqaüdünün artırılmasına söz verib 3000 manat, Rəcəbin oğlunun və arvadının təqaüd işlərini həll edəcəyinə söz verib 4600 manat pullarını alması barədə eşitmişdir. Vüqar 2500 manat pulu aldıqdan sonra heç bir iş görməmişdir. Vəzir onun yanında dəfələrlə Vüqara zəng edib işlə bağlı soruşduqda, müxtəlif bəhanələr etmişdir. Onun təqaüdü bərpa olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış 27 fevral 2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Ona dəyən maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Onun tərəfindən verilmiş mülki iddianın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış 27 fevral 2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Ona dəyən maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Onun tərəfindən verilmiş mülki iddianın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış 27 fevral 2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Ona dəyən maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Onun tərəfindən verilmiş mülki iddianın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 25 faizi məbləğində pul vəsaiti olan 2525 (iki min beş yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tərəfindən dövlət nəfinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73-1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərlə bаrışmış, sonuncular zərərçəkmiş şəxslərə dəymiş ziyаnı tam ödəmişlər. Eyni zamanda təqsirləndirilən şəxslər cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişlər. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində başlanmış cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddədə cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından isə görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənilmiş, həmin zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 2525 (iki min beş yüz iyirmi beş) manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə hesab edir ki, X3 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışmaları, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmələri nəzərə alınmalı və onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi zərərçəkmiş şəxslər məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdıqlarını bildirmiş, mülki iddia ərizələrinin geri qaytarılmasını xahiş etmişdilər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia ərizələri baxılmamış saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə, göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384cü maddələrini rəhbər tutub qərara aldı: Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia ərizələri baxılmamış saxlanılsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-6/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-6/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver