Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-60/2020 21.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1996-cı ildə Şəki şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olmayan, işsiz, ünvan 1-da pasport qeydiyyatında olmaqla, Şəki rayonu, Kosalı kəndində yaşayan, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, tamah niyyəti ilə qəsdən, özgənin əmlakını talamaq məqsədi ilə xx xxx 2020-ci il tarixdə təxminən saat 03:00 radələrində ünvan 1 ünvanında yaşayan əmisi X3 evində qonaq olduğu müddətdə sonuncunun yaşadığı evin ikinci mərtəbəsində yaşayan oğlu Zərərçəkmiş şəxs1 istifadəsində olan yataq otağının giriş qapısının açıq olmasından və onun yatmasından istifadə edərək qanunsuz içəri daxil olub qanunsuz olaraq həmin otaqdakı termonun birinci siyirməsində olan qızıl əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş qutunun içərisindən X5 məxsus hər birinin qiyməti 200 manat olmaqla 400 manat dəyərində 2 ədəd qızıl üzüyü və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 400 manat dəyərində qızıl üzüyü oğurlamaqla həmin şəxslərə məxsus ümumilikdə 800 manat məbləğində əmlaklarını gizli yolla talayaraq oğurlamışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə qəsdən, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə təxminən saat 11:00 radələrində ünvan 1 ünvanında yaşayan əmisi X3 evində qonaq olduğu müddətdə sonuncunun yaşadığı evin ikinci mərtəbəsində yaşayan oğlu Zərərçəkmiş şəxs1 istifadəsində olan yataq otağının giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz içəri daxil olub qanunsuz olaraq həmin otaqdakı termonun birinci siyirməsində olan qızıl əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş qutunun içərisindən X7 məxsus bir ədəd 200 manat dəyərində qızıl üzüyü, 371 manat dəyərində bir cüt sırğanı, bir ədəd 350 manat dəyərində qolbağını oğurlamaqla Lalə Məmmədovaya məxsus cəmi 921 manat əmlakı gizli yolla talayaraq oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə yaşadığı Kosalı kəndindən çıxaraq yol maşını ilə Şəki şəhərinə gəzməyə getmişdir.Təxminən saat 14-15:00 radələrində Şəki şəhərinə çatıb əmisioğlu Camala zəng vurub Şəki şəhərində olduğunu bildirmiş və onu bazarın qarşısındakı kafeyə çay içməyə dəvət etmişdir. Bir azdan Camal yanına gəlmiş və birlikdə bazarın qarşısındakı kafedə oturub çay içmişlər. Sonra həmin kafedən çıxıb Camalla birlikdə Elit çay evinə getmişlər. Həmin çay evində pivə içmək istədikləri üçün zəng vurub digər əmisioğlu olan Camalın qardaşı Vüqarı pivə içməyə çağırmışdır. Bir azdan Vüqar Elit çay evinə gəlmiş və birlikdə pivə içib söhbət etmişlər. Təxminən saat 23:00 radələrində Camalla birlikdə içdikləri pivələrin pulunu verib oradan çıxmışlar. Kəndlərinə getməyə maşın olmadığına görə Camal onu evlərinə dəvət etmişdir. Razılaşdığı üçün Vüqar və Camalla birlikdə onların evinə getmişdir. Vüqar ikinci mərtəbəyə qalxıb öz otağında yatmışdır. Camalla özü isə ikinci mərtəbədə Vüqarın yataq otağının yanındakı zal otağa keçib orada birlikdə yatmışlar. Gecə saat 03:00 radələrində yuxudan oyanıb sanitar qovşağına getmiş, təbii ehtiyaclarını ödədikdən sonra geri qayıdanda Vüqarın yatdığı otağın qapısının açıq olduğunu görmüşdür. Pulu olmadığı üçün fikirləşmişdir ki, Vüqarın otağına keçib pul və ya qızıl olsa götürsün. Vüqarın yatdığı otağa keçəndə Vüqarın öz yatağında yatdığını görmüşdür. Sakitcə içəri otağa daxil olmuş və otaqdakı termoya yaxınlaşıb birinci siyirməni çəkib açanda siyirmədə qırmızı ürək formalı qızıl qabı olduğunu görmüşdür. Həmin qızıl qabını götürüb açanda içərisində müxtəlif qızıl əşyaları olduğunu görmüş və həmin qutunun içərisindən üç ədəd qızıl üzükləri bir ədəd kişi, iki ədəd qadın üzüklərini götürmüşdür. Qutuda yenə bir neçə üzük, sırğa, qolbağı və boyunbağı qalmışdır. Qızıl üzükləri oğurladıqdan sonra şalvarının cibinə qoyub keçib Camalın yanında yatmışdır. Səhər 09-10:00 radələrində yuxudan ayılanda Camal yatmışdır. Otaqdan çıxıb həyətə düşüb yuyunan zaman əmisigilin işə gediklərini, evdə heç kimin olmadığını görmüşdür. Əmisinin evindən çıxandan sonra bir başa bazara getmişdir. Vüqarın evindən oğurladığı üç ədəd qızıl üzükləri bazarın qarşısındakı qızıl alqı-salqısı mağazasına aparıb sonradan adı ona məlum olan Azər adlı satıcıya göstərib satmaq istədiyini bildirmişdir. Azər də ondan satdığı qızılların oğurluq olub-olmamasını soruşduqda ona satdığı qızıların özlərinə məxsus olduğunu, oğurluq olmadığını demişdir. Sonra Azər öz mağazasından çıxıb sonradan adını bildiyi Moskva qızıl alqı-satqısı mağazasına getmişdir. O da Azərin arxasınca həmin mağazaya getmişdir. Azər ona verdiyi qızılları həmin mağazanın satıcısı sonradan adı ona məlum olan Məmməd adlı satıcıya verib pulu olmadığını, istəyirsə verdiyi qızılları ala biləcəyini bildirmiş və üç ədəd qızıl üzükləri Məmmədə verib və özü çıxıb getmişdir. Bu zaman Məmməd ondan satmaq istədiyi qızıların oğurluq olub-olmamasını soruşduqda ona, satmaq istədiyi üzüklərin oğurluq olmadığını demişdir. Bundan sonra Məmməd ondan şəxsiyyət vəsiqəsini istədiyi üçün şəxsiyyət vəsiqəsini ona vermişdir. Sonra Məmməd qızılları çəkib ona 450 manat pulverəcəyini dedikdə razılaşmışdır. Məmməd də adını, soyadını, atasının adını, ünvanını qeyd edəndən sonra ona 450 manat pul vermişdir. Oğurladığı qızılları satandan sonra təxminən saat 12:00 radələrində əmisinin evinə getmişdir. Evdə yalnız əmisioğlu Camal olmuşdur, başqa heç kim olmamışdır. Camal onu görüb hardan gəldiyini soruşduqda, yalandan ona bazara iş axtarmağa getdiyini bildirmişdir. Bundan sonra Camalla axşam çox içdiyini, başı ağrıdığını bildirmiş və ona evlərinin yaxınlığındakı mağazadan pivə almasını bildirmişdir. Camal razılaşdığı üçün oğurlayıb satdığı qızılların pulundan Camala pivə alması üçün 5 manat pul vermiş, Camal da mağazadan 0,5 litirlik 2 şüşə pivə alıb gətirdikdən sonra həmin pivləri birlikdə içmişlər. Sonra Vüqar evlərinə gəlmişdir. Hər üçü günorta yeməyini birlikdə yemişlər. Yeməkdən sonra Camalı dostunun ad gününə dəvət etmişdir. Camal razılaşmadığı üçün onlardan çıxıb bir qədər şəhərdə gəzmiş, axşama yaxın Elit çay evinə gedib orada pivə içmişdir. Pivəni pulunu oğurlayıb satdığı qızılların pulundan vermişdir. Oradan çıxandan sonra xx xxx 2020-ci il tarixdə saat 01:00 radələrində Camalgilə gəlmişdir. Gecə Camalla evlərinin ikinci mərtəbəsinə qalxıb zalda birlikdə yatmışlar. Saat 09-10:00 radələrində yuxudan oyanıb çıxıb evlərinə getmişdir. Oğurlayıb satdığı qızıların pulunu xx xxxx 2020-ci il tarixə qədər kafelərdə pivə içib, yemək yeyən zaman xərcləmişdir. Əvvəl oğurlayıb satdığı qızılların pulu qurtardığına, həmçinin Vüqar qızıllarının oğurlanması ilə bağlı polis şöbəsinə şikayət etmədiyinə görə qərara gəlmişdir ki, yenə əmisinin evinə gedəndə Vüqarın otağına girib qızıllardan bir neçəsini oğurlayıb satıb pul əldə edib xərcləsin. Ona görə xx xxxx 2020-ci il tarixdə saat 09-10:00 radələrində yaşadığı Kosalı kəndindən çıxıb yol maşını ilə Şəki şəhərinə gəlmişdir. Bir qədər sonra əmisioğlu Camala bir neçə dəfə zəng vurmuşdur. Camal telefona cavab verməmişdir. Camalın çox vaxt telefonunu kənara qoyub evdə yatdığını bildiyi üçün onların evinə getmişdir. Camalgilin evlərinin həyətinə keçəndə əmisi arvadı Nəzakətlə rastlaşmışdır. Nəzakət xala ilə salamlaşıb ondan Camalın evdə olub-olmadığını soruşmuşdur. Nəzakət xala da onun yatdığını və oyatmasını bildirdiyi üçün Camalın yatdığı otağa keçib onu yuxudan oyadıb həyətə düşmüşdür. Bir azdan Camal həyətə çıxıb yuyunmuş və onu çay içməyə dəvət etmişdir. Birlikdə çay içən zaman Vüqarın evinin açıq olub-olmamasını yoxlamaq məqsədilə yalandan Camala «sən çayı iç mən qalxıb internetə qoşulacam bəzi şeylər var ona baxacam» deyib evin ikinci mərtəbəsinə qalxmışdır. Təxminən saat 11:00 radələrində Vüqarın otağı açıq olduğu üçün bir qədər telefonda sosial şəbəkələrə girib baxmışdır. Dəhlizdə gəzən zaman evin ikinci mərtəbəsində olan Vüqargilin qaldığı otağın qapısı bir qədər aralı olduğu üçün otaqda başqa şəxslərin olubolmamasını yoxlamaq üçün həmin otağa yaxınlaşıb “Vüqar burdasan” deyib qapını aralayıb içəri keçmişdir. İçəridə heç kim olmadığı üçün tez otaqdakı termoya yaxınlaşıb, birinci siyirməni çəkib açıb, qırmızı ürək formalı qızıl qabının içərisindən bir ədəd üzük, bir cüt sırğa və bir ədəd qolbağı oğurlayıb cibinə qoyub otaqdan çıxmışdır. Bir az da dəhlizdə telefonda oyun oynayıb aşağı Camalın yanına düşmüşdür. Bir qədər də Camalla söhbət edib, onunla sağollaşıb oradan çıxıb evlərinə getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Şəki şəhər bazarına gəlmiş, əvvəlcə bazarın qarşısındakı sonradan adı ona məlum olan Azər adlı şəxsin qızıl alqı-satqısı mağazasına getmişdir. Bir cüt sırğanı və bir ədəd qadın qızıl üzüyünü Azərə göstərib satmaq istədiyini bildirmişdir. Azər də həmin qızıl əşyalarını ondan alıb, baxıb, qızılların oğurluq olub-olmamasını soruşmuşdur. O da Azərə satdığı qızılların oğurluq olmadığım demişdir. Sonra Azər ona üzüyə və qolbağa görə 230 manata verə biləcəyini dedikdə razılaşmışdır. Bundan sonra Azər ondan şəxsiyyət vəsiqəsini alıb, dəftərində qeydiyyat aparmış və həmin dəftərə imza etdirəndən sonra ona 230 manat pul vermişdir. Azərdən pulu alandan sonra həmin mağazadan çıxmış, sonra bazarın girişindəki sonradan adı ona məlum olan Arif adlı şəxsin qızıl alqısatqısı mağazasına getmişdir. Cibindən qolbağını çıxarıb Arifə göstərib qolbağını satmaq istədiyini demişdir. Arifdə ondan satmaq istədiyi qolbağının oğurluq olub-olmadığını bildirdikdə, ona qolbağının oğurluq olmadığını demişdir. Arif həmin qolbağını ondan alıb, tərəzidə çəkib, 270 manat pul verə biləcəyini dedikdə razılaşmışdır.Bundan sonra Arif şəxsiyyət vəsiqəsini alıb, qeydiyyatını aparandan sonra ona 270 manat pul vermişdir. Arifdən pulu alıb mağazadan çıxıb evlərinə getmişdir. Sonradan satdığı həmin qızılların pulunu öz ehtiyaclarına, həmçinin bir neçə gün ərzində Şəki şəhərində kafelərdə yemək yeyib, pivə içməsinə xərcləmişdir. Qızıl əşyalarını ondan alan hər üçü qızıl mağazasının satıcıları qızılları ondan almamışdan əvvəl satdığı qızılların oğurluq olub-olmamasını soruşduqda, onlara satdığı qızılların oğurluq olmadığını, özlərinin qızılları olduğunu demişdir. Həmin satıcılar da ondan şəxsiyyət vəsiqəsini almışlar, qeydiyyatlarını aparmışlar, aldıqları qızılların pulunu ona vermişlər. Həmin satıcıların heç biri onun satdığı qızılların oğurluq olduğunu bilməmişlər. Əmisioğlu Vüqarın evindən oğurluq etməsindən heç kimin xəbəri olmamış, özü də oğurluq etməyi barədə heç kimə bir söz deməmişdir. Bildirdi ki, ilk dəfədir ki, oğurluq edir, başqa oğurluqlar etməmişdir. xx xxx 2020-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 yatdığı otağa daxil olan zaman otaqda Vüqardan başqa heç kim olmamış, həmin vaxt Vüqar otaqda yatmış, onun yatdığı otağa sakitcə daxil oluğu üçün Vüqar yuxudan oyanmamış, Vüqar onun yatdığı otağa daxil olduğunu görməmiş, yəni otaqdakı termonun siyriməsindən üç ədəd qızıl üzükləri oğurlamasını görməmişdir. Sonda əməlindən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1məhkəmə iclasında ifadə verərək bildirdi ki, yaşadığı ev iki mərtəbəlidir. Evin birinci mərtəbəsində yerləşən 3 otaq atası, anası və qardaşına məxsusdur. Evin ikinci mərtəbəsində olan iki otaq isə ona və arvadı Laləyə məxsusdur. Onların otaqlarına ailə üzvlərindən heç biri onun və arvadının icazəsi olmadan daxil olmurlar. Arvadı Lalə özünə və ona məxsus qızılları yaşadıqları evin yataq otağındakı termonun içərisində olan ürək formalı, qırmızı rəngli, qızıl qutusunun içərisində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 07:00 raddələrində arvadı Lalə işə getmək üçün yuxudan oyanmış, işə gedən zaman üzüklərinin termonun üstündə qaldığını görüb, götürüb, qızılları saxladığı qutuya qoymaq istəyən zaman üzüklərinin üçünün yerində olmadığını görmüş və ondan qızıllarını görüb-görməməsini soruşmuşdur. O da həmin vaxt arvadına bəlkə üzüyü çıxarıb harasa qoyduğunu, qoyduğu yeri unutduğunu, sonra qızıllarını evdə axtarmasını məsləhət bilmişdir. Lalə evdən çıxıb işinə gedəndən sonra özü də evdən çıxıb işlədiyi şirniyyat sexinə getmişdir. Həmin gün işdən gələndən sonra evdə Lalə ilə birlikdə üzüklərini axtarsalar da tapa bilməmişlər. xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində arvadı Lalə ilə Küdürlü kəndində yaşayan bacısıgilə qonaq getməyə hazırlaşmışlar. Özü hazır olduğu üçün həyətə düşüb Laləni gözləmişdir. Bir azdan Lalə əlində qızıl saxladığı qutu ilə birlikdə yanına gəlib qızılarının yerində olmadığını, qutuda yalnız boyunbağısının və iki üzüyünün qaldığını bildirmişdir. Həmin vaxt anası, atası və qardaşı evlərində olmadığı üçün Laləyə atasıgil gəldikdən sonra bu barədə söhbət etmələrini məsləhət bilmişdir. Lalə də üzükləri barmağına taxmış, boyunbağını isə qutuda yerinə qoymaq üçün otağa qalxmışdır. Bundan sonra Lalə ilə bacısıgilə getmişlər. Axşam evlərinə gələndən sonra Lalə ilə qızıllarının yerində olmadığını atasına və anasına demişlər. Valideyinləri də Laləyə bəlkə qızıllarını harasa qoymuşdur, qoyduğu yeri yadından çıxarmış gedib evi yaxşı axtarmasını bildirmişlər. Lalə ilə birlikdə yenə bir neçə gün evdə qızıllarını axtarmışlar. Lakin yenə qızılarını tapa bilməmişlər. Ona görə qızılarının evindən oğurlanmasından şübhələndiyi üçün xx xxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vurub evindən qızıl əşyalarının oğurlanması barədə məlumat vermişdir. Az sonra yaşadığı ünvana polis əməkdaşları gəlib evinə baxış keçirmişlər. Valideyinləri və qardaşı onların yatdıqları otağa gəlmədikləri üçün onlar qızıllarını harada saxladıqlarını bilməmişlər. Evində olan oğurluq nəticəsində ona və arvadına birlikdə 1550 manat maddi ziyan dəymişdir. Həmçinin bildirdi ki, evinin iki açarı olmuş, həmin açarlar əsasən özündə olmuş, bir yerə gedən zaman qapını bağlayıb, açarı gizlincə qapının çərçivəsinin üstünə qoymuş, arvadı işdən gələn zaman açarı ordan götürüb, qapını açmış, evinin açarını həmin yerə qoymasını yalnız arvadı bilmiş, başqa heç kimin bilməmiş, evində baş vermiş oğurluqla əlaqədar şübhələndiyi şəxslər olmamış, evindən oğurlanmış arvadına məxsus bir ədəd qızıl üzük paxlava formalı, ortasında yaşıl rəngli qaşı, ətrafında isə ağ rəngli qaşlar olmuş, ağ qaşlardan biri düşmüş, həmin üzüyün çəkisi təxminən 3 qram, qiyməti 200 manat olmuş, ikinci üzü də eyni əvvəlki üzük formasında olmuş, lakin qaşları yerində olmuş, çəkisi təxminən 3 qram, qiyməti 200 manat olmuş, üçüncü qızıl üzük ağ rəngli qaşları, çəkisi 2 qram, qiyməti 200 manat olmuş, arvadına məxsus bir cüt qızıl sırğanın üzərində ağ rəngliçoxlu qaşları olan gül formasında sallanan uzunsov sırğa olmuş, çəkisi 2 qram, qiyməti 200 manat olmuş, arvadına məxsus bir ədəd qızıl qolbağı gül fomasında, bağlanan hissəsi nazik, orta hissəsində isə ağ rəngli qaşları, çəkisi 8 qram, qiyməti 350 manat olmuş, özünə məxsus bir ədəd kişi üzüyü dördkünc olmuş, üzüyün üstü kvadrat formasında, üzərində ağ rəngli dörd qaşı, çəkisi 5 qram, qiyməti 400 manat olmuş, evindən oğurlanmış bir ədəd qızıl kişi üzüyü özünə, qalan oğurlanmış qızıl əşyalarının hamısı arvadı Laləyə məxsus olmuşdur. Oğurluq nəticəsində arvadına cəmi 1150 manat, özünə isə cəmi 400 manat maddi ziyan dəymişdir. Bundan başqa bildirdi ki, xx.xx.2020-ci il tarixdə arvadı Lalə Şəki rayonu, Küdürlü kəndində yaşadığı anası evinə qonaq getmişdir. xx xxx 2020-ci il tarixdə saat 12:00 radələrində evlərinə qayıdıb gəlmiş, ona görə həmin müddət ərzində evlərində tək olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 03:00 radələrində yataq otaqlarına daxil olub, qızıllarını oğurlayan zaman heç bir səs eşitməmişdir. Həmin vaxt yuxudan oyanmamış, ona görə Nicatın yatdığı otağa girib qızıllarını oğurlamasını görməmişdir. Əmisi oğluTəqsirləndirilən şəxsla barışmış, onlara vurulmuş ziyanlıq tam ödənilmişdir. Məhkəmədən ona yüngül cəza, əgər mümkündürsə cəza verilməməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, yaşadıqları evdə ondan və əri Vüqardan başqa qayınanası Nəzakət, qayınatası Bilal və qaynı Camal yaşayırlar. Özü, əri Vüqarla evin ikinci mərtəbəsində qalırlar. Həmin mərtəbədəki iki otaq ona və əri Vüqara məxsusdur. Evin birinci mərtəbəsində isə 3 otaq yerləşir. Həmin otaqlarda qaynı, qayınatası və qayınanası qalırlar, həmin otaqlar da onlara məxsusdur. Ona və ərinə məxsus otaqlara ailə üzvülərindən heç biri onun və ərinin icazəsi olmadan daxil olmurlar. Bu vaxtadək özünə və ərinə məxsus qızılları yaşadıqları evin yataq otağındakı termonun içərisində olan ürək formalı qırmızı rəngli qızıl qutusunun içərisində saxlamışdır. xx xxx 2020-ci il tarixdə Küdürlü kəndində yaşayan anasının evinə qonaq gedən zaman qızıllarını saxladığı qutudan qızıl nişan üzüyünü və tək qaş qızıl üzüyünü götürüb barmağına taxıb anasıgilə getmişdir. Həmin vaxt özünə və ərinə məxsus qızılların hamısı yerində olmuşdur. xx xxx 2020-ci il tarixdə anasıgildən öz evlərinə qayıdıb gəlmişdir. Taxdığı qızılı çıxarıb, açıq şəkildə termonun üstünə qoymuşdur. Lakin qızılları saxladığı qutuya baxmamışdır. xx.xx.2020-ci il tarixdə saat 07:00 raddələrində işə getməyə hazırlaşanda üzüklərinin termonun üstündə qaldığını görüb, götürüb qızılları saxladığı qutuya qoymaq istəmişdir.Qutunu açanda yaşıl qaşlı üzüyü ilə qızıl sırğa dəstinin üzüyünün və ərinin üzüyünün yerində olmadığını görmüşdür. Bu zaman əri Vüqara üç üzüklərinin yerində olmadığını bildirmiş və ondan üzüklərini görüb-görməməsini soruşmuşdur. Vüqar da ona bəlkə üzükləri çıxarıb harasa qoyduğunu, qoyduğu yeri unutduğunu, sonra evlərinə baxmasını məsləhət bilmişdir. Ona görə anasıgilə gedən zaman barmağını taxdığı üzükləri yerinə qoyub işə tələsdiyi üçün heç yerə baxamamış və çıxıb işə getmişdir. Həmin gün işdən gələndən sonra evdə üzüklərini axtarsa da tapa bilməmişdir. Bundan sonra hərdən yadına düşəndə qızıllarını axtarmış yenə də tapa bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində əri Vüqarla Küdürlü kəndində yaşayan baldızı evinə qonaq getməyə hazırlaşmışlar. Qızıllarını taxmaq üçün termodakı qızıl qutusunu açanda, qutuda saxladığı 2 ədəd qızıl üzüyünün, bir dəst qızıl sırğasının, bir ədəd qızıl bilərziyinin yerində olmadığını, qızıl qutusunda yalnız qızıl boyunbağısının, nişan üzüyünün və tək qaş qızıl üzüyünün qaldığını görmüşdür. Əri Vüqar həmin vaxt həyətdə olduğu üçün qızıl qutusunu götürüb həyətə düşüb onu tapmamışdır. Ona görə əri Vüqar qızılarının oğurlanmasından şübhələndiyi üçün xx xxxx 2020-ci il tarixdə DİN-nin 102 zəng xidmətinə zəng vurub evlərindən qızıl əşyalarının oğurlanması qızılarının yerində olmadığını, qutuda boyunbağısı ilə iki üzüyünün qaldığını bildirmişdir. Həmin vaxt evlərində heç kim olmadığı üçün əri Vüqar ona valideyinləri gələndən sonra bu barədə söhbət edəcəyini demişdir. Bundan sonra iki üzüyünü barmağına taxmış, boyunbağını isə qutuda aparıb, termoya qoyub, qapını bağlayıb, əri ilə baldızıgilə getmişdir. Axşam evə gələndən sonra əri ilə qızıllarının yerində olmadığını qayınanasına və qayınatasına danışmışlar. Qayınanası və qayınatası da ona bəlkə qızıllarını harasa qoyduğunu, qoyduğu yeri yadından çıxardığını və otaqlarını yaxşı axtarmasını bildirmişlər. Yenə bir neçə gün otaqlarını axtarsa da qızıları barədə məlumat vermişdir. Azsonra yaşadıqları ünvana polis əməkdaşları gəlib evlərinə baxış keçirmişlər. Qayınatası, qayınanası və qaynı əri ilə yaşadıqları otağa gəlmədikləri üçün onun harada qızıl saxladığını bilməmişlər. Evlərində baş vermiş oğurluq nəticəsində ona və ərinə birlikdə 1550 manat maddi ziyan dəymişdir. Həmçinin bildirdi ki, evlərinin iki açarı olmuş, həmin açarlar əsasən ərində olmuş, əri bir yerə gedən zaman qapını bağlayıb açarı gizlincə qapının çərçivəsinin üstünə qoydmuş, işdən gələn zamanda açarı ordan götürüb qapını açmış, ərinin açarı həmin yerə qoymasını yalnız özü bilmiş, başqa heç kim bilməmişdir. Evlərində baş vermiş oğurluqla əlaqədar şübhələndiyi şəxslər olmamış, evindən oğurlanmış bir ədəd qızıl üzüyü paxlava formalı, ortasında yaşıl rəngli qaşı, ətrafında isə ağ rəngli qaşları olmuşdur. Həmin ağ rəngli qaşlardan biri düşmüş, çəkisi təxminən 3 qram, qiyməti 200 manat olmuş, ikinci üzüyü də eyni əvvəlki üzüyü formasında, lakin qaşları yerində olmuş, çəkisi təxminən 3 qram, qiyməti 200 manat olmuş, üçüncü qızıl üzüyü sırğasının dəsti olmaqla ağ qaşları, çəkisi 2 qram, qiyməti 200 manat olmuş, dördüncü üzüyü əri Vüqara məxsus olmaqla üzüyün üstü kvadrat formasında, üzərində ağ rəngli dörd qaşı, çəkisi 5 qram, qiyməti 400 manat olmuş, qızıl sırğasının üzərində ağ rəngli çoxlu qaşlar olmaqla, sırğa gül formasında sallanan uzunsov sırğa olmuş, çəkisi 2 qram, qiyməti 200 manat olmuş, bir ədəd qızıl qolbağı gül fomasında, bağlanan hissəsi nazik, orta hissəsində ağ rəngli qaşları olmuş, çəkisi 8 qram, qiyməti 350 manat olmuş, evindən oğurlanmış bir ədəd qızıl kişi üzüyü əri Vüqara, qalan oğurlanmış qızıl əşyalarının hamısının isə ona məxsus olmuşdur. Baş vermiş oğurluq nəticəsində özünə cəmi 1150 manat, əri Vüqara isə cəmi 400 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsla barışmış, onlara vurulmuş ziyanlıq tam ödənilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən bazarın qarşısında qızıl alqı-satqısı mağazası vardır. Həmin mağazada satdığı qızıl əşyalarını əsasən Bakı şəhərində yerləşən Moskva Univermağından, bəzən isə vətəndaşlardan alıb üzərinə bir qədər pul qoyub satır. Vətəndaş mağazasına qızıl əşyası satmağa gətirən zaman həmin vətəndaşdan əvvəlcə satmaq istədiyi qızıl əşyasının oğurluq olub-olmamasını soruşur, həmçinin həmin şəxsin şəxsiyyət vəsiqəsini alıb onun adını, soyadını, atasının adını, yaşadığı ünvanı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd edir. Bundan sonra vətəndaşın satdığı qızıl əşyasını tərəzidə çəkib ona verəcəyi pulun məbləğini deyir, qızıl əşyasını satan vətəndaş da ona verəcəyi pulun məbləği ilə razılaşdıqda həmin qızıl əşyasını alıb vətəndaşla razılaşdığı pulu verir. xx xxxx 2020-ci il tarixdə 12:00 radələrində işlədiyi mağazada olmuşdur. Bu zaman iki mülki geyimdə və polis formasında polis əməkdaşlarının mağazasının qarşısına gəlib dayandıqlarını görmüşdür. Həmin şəxslərdən qolunda qandal olan oğlan əli ilə mağazasını göstərmiş, sonra mağazasını əli ilə göstərən şəxsi tanımışdır. Belə ki, həmin şəxs sonradan adı ona məlum olan Nicat adlı şəxs olmuşdur. O, bir neçə gün əvvəl ona üç ədəd qızıl üzük satdığını xatırlamışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə mağazasında olan zaman qızıl alqı-satqısı ilə məşğul olan Azərin mağzasına gəlib, ona 3 ədəd qızıl üzük verib, Nicatı göstərib özünün pulu olmadığını bu oğlanın satmaq istədiyi qızılları almasını məsləhət görmüşdür. Bundan sonra Azər çıxıb getmişdir. Əvvəllər Nicatı tanımadığı üçün ondan şəxsiyyət vəsiqəsini istəmiş, həmçinin Nicatdan satmaq istədiyi üzüklərin oğurluq olub-olmamasını soruşmuşdur. Nicat da ona satmaq istədiyi üzüklərin oğurluq olmadığını bildirmişdir. Bundan sonra özünün qəbul aktı kitabında Nicatın, adını, soyadını, atsının adını, ünvanını, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, həmçinin satdığı qızılı tərəzidə çəkib qızılın çəkisini, əyyarını qeyd edib ona satdığı üç ədəd qızıl üzüklərə görə 450 manat pul verə biləcəyini bildirmişdir. Nicat da razılaşdığı üçün qəbul aktı kitabına alqısatqı ilə bağlı ona imza etdirmiş və Nicata 450 manat pul vermişdir. Nicat pulu alandan sonra çıxıb getmişdir. Həmin qızılları Nicatdan alandan iki-üç gün sonra tanımadığı şəxslərə satmışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti, narazılığı, o cümlədən ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən bazarın qarşısında qızıl alqı-satqısı mağazası vardır. Həmin mağazada satdığı qızıl-zinət əşyalarını əsasən Bakı şəhərində yerləşən Mərkəzi və Moskva Univermaqlarından, bəzən isə vətəndaşlardan alıb, üzərinə bir qədər pul qoyub satır. Vətəndaş mağazasına qızıl əşyası satmağa gətirən zaman həmin vətəndaşdan əvvəlcə satmaq istədiyi qızıl əşyasının oğurluq olub-olmamasını soruşur, həmçinin həmin şəxsin şəxsiyyət vəsiqəsini alıb onun adını, soyadını, atasının adını, yaşadığı ünvanı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd edir. Bundan sonra vətəndaşın satdığı qızıl əşyasını tərəzidə çəkib ona verəcəyi pulun məbləğini deyir, qızıl əşyasını satan vətəndaş da ona verəcəyi pulun məbləği ilə razılaşdıqda həmin qızıl əşyasını alıb vətəndaşa razılaşdığı pulu verir. xx xxxx 2020-ci il tarixdə 11:30 radələrində işlədiyi mağazada olan zaman iki mülki geyimdə və polis formasında polis əməkdaşlarının mağazasının qarşısına gəlib dayandıqlarını görmüşdür. Həmin şəxslərdən qolunda qandal olan oğlan əli ilə mağazasını göstərmişdir. O, mağazasını əli ilə göstərən şəxsi tanımışdır. Belə ki, həmin şəxsin sonradan adı ona məlum olan Nicat adlı şəxs olmuşdur. Nicat, bir neçə gün əvvəl ona bir dəst qızıl sırğa satdığını xatırlamışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 11:00 radələrində mağazasında olan zaman Nicat mağazasına daxil olmuş, ona bir dəst qızıl sırğa göstərib satmaq istədiyini bildirmişdir. Əvvəllər Nicatı tanımadığı üçün ondan şəxsiyyət vəsiqəsini istəmiş, eləcədə Nicatdan satmaq istədiyi sırğanın oğurluq olub-olmamasını soruşmuşdur. Nicat da ona satmaq istədiyi sırğanın oğurluq olmadığını bildirmişdir. Bundan sonra özünün qəbul aktı kitabında Nicatın, adını, soyadını, atasının adını, ünvanını, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, həmçinin satdığı qızılı tərəzidə çəkib qızılın çəkisini, əyyarını qeyd etmişdir. Nicata 230 manat pul verib, qəbul aktı kitabına alqı-satqı ilə bağlı ona imza etdirmişdir. Nicat, pulu alandan sonra çıxıb getmişdir. Nicat mağazasına gələndə ona bir ədəd qadın qızıl üzüyü və bir dəst qızıl sırğa göstərib satmaq istədiyini bildirmişdir. Qızıl üzük köhnə model olduğu üçün üzüyü ondan almamış, lakin sırğa yeni model olduğuna və satışa yararlı olduğuna, yəni tez satıla biləcəyinə görə həmin sırğanı ondan almışdır. Nicat ola bilsin ki, qızılı başqa mağazaya satıb səhvən onun mağazasına satdığını bildirmişdir. Nicatdan qızıl üzük almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən mağazasında toy aksesurları və qızıl alqı-satqısı ilə məşğul olur. Satdığı qızılları əsasən Türküyə Respubilkasından, bəzən isə vətəndaşlardan alıb üzərinə bir qədər pul qoyub satır. Vətəndaş mağazasına qızıl əşyası satmağa gətirəndə həmin vətəndaşdan əvvəlcə satmaq istədiyi qızıl əşyasının oğurluq olubolmamasını soruşur ,həmçinin həmin şəxsin şəxsiyyət vəsiqəsini alıb onun adını, soyadını, atasının adını, yaşadığı ünvanı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd edir. Bundan sonra vətəndaşın satdığı qızıl əşyasını tərəzidə çəkib ona verəcəyi pulun məbləğini deyir. Qızıl əşyasını satan vətəndaş da ona verəcəyi pulun məbləği ilə razılaşdıqda həmin qızıl əşyasını alıb vətəndaşa razılaşdıqları pulu verir. xx xxxx 2020-ci il tarixdə işlədiyi mağazada olan zaman əvvəllər tanımadığı sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs mağazasına gələrək ona bir ədəd qızıl bilərziyi göstərib satmaq istədiyini bildirmişdir. Ona görə Nicatdan satdığı bilərziyin oğurluq olub-olmamasını soruşmuş, Nicat da ona satdığı qızılın oğurluq olmadığını bildirmişdir. Nicatdan qızıl bilərziyi alıb tərəzidə çəkib ona həmin bilərziyə görə 270 manat pul verəcəyini demişdir. Nicat da razılaşdığı üçün ondan şəxsiyyət vəsiqəsini alıb adını, soyadını, atasının adını, aldığı qızılı, çəkisini dəftərində qeyd etmişdir. Bundan sonra Nicata 270 manat pul vermişdir. Nicat pulu ondan alıb çıxıb getmişdir. İki gündən sonra Nicatdan aldığı qızıl bilərziyi lom kimi qızıl qəbulu məntəqəsinə satmışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Onunla heç bir münasibəti, narazılığı, o cümlədən ədavət və düşmənçiliyi olmamışdır. İşdə olan Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1368-9/2606 nömrəli məhkəmə fiziki-kimyəvi məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 5,71 qram kütləli sırğa cütü 583/585 əyyarlı qızıldan hazırlanmışdır, qaşları qiymətli daşlara aid deyildir. Sırğa cütü istismara yararlı vəziyyətdədir. Təqdim edilmiş sırğa cütü kustar üsulla hazırlandığından hansı ölkədə istehsal edilməsini müəyyən etmək mümkün olmamışdır. Aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla tədqiqata təqdim edilmiş sırğa cütünün xx xxxx 2020-ci il tarixinə olan pərakəndə orta bazar qiyməti təxminən 371 manat müəyyən edilmişdir. 90 manat ekspertiza xərci vardır. İşdə olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X4 dispanser müşahidəsində yoxdur. İşdə olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Şəki MRX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda yoxdur. İşdə olan xx.xx.2020-ci il tarixli Küdürlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnəmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla təkrar oğurluq cinayətini etməsi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilib. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, habelə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. X1 xx.xx.2020-ci il tarixdə saat 19:05-də şübhəli şəxs qismində tutulması və xx.xx.2020-ci il tarixdə MSY-dən azad edilməsi ona cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan bir cüt qızıl sırğa qanuni sahibinə qaytarılmalıdır. İş üzrə 1721 (min yeddi yüz iyirmi bir) manat maddi ziyanın ödənilməsi, mülki iddianın olmaması nəzərə alınsın. 90.00 (əlli) manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla-cəmi dörd gün müddət ona təyin edilmiş iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan bir cüt qızıl sırğa qanuni sahibinə qaytarılsın. İş üzrə 1721 (min yeddi yüz iyirmi bir) manat maddi ziyanın ödənilməsi, mülki iddianın olmaması nəzərə alınsın. 90.00 (əlli) manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-60/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-60/2020
21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver