Məhkəmə qərarları › İş №1(075)-60/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-60/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-60/2023 28.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, rus, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 182.3.2-ci maddəsi ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli qərarı ilə cəzası 09 ilə endirilmiş, Xəzər Rayon Məhkəməsinin 11 may 2020-ci il tarixli qərarı ilə cəzasının 02 il 10 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla, tutulanadək ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünü həkim fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etməklə sonuncunun yataq xəstəsi olan qayınanası X4 müalicəsi üçün xaricdən 6000 manat dəyərində dərman vasitələri gətirəcəyinə, həmin dərman vasitələrinin köməkliyi ilə onun qayınanasının tam sağalacağına dair yalan və uydurma vədlər verib aldadaraq inandırdıqdan sonra, onun etibarından sui-istifadə edərək aldatma yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs 29 avqust 2022-ci il tarixdə Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Payız» marketində quraşdırılmış «Milliön» elektron ödəmə terminalından onun adına olan kart hesabına göndərdiyi 3000 manat pulunu və sonuncunun əri Şahid1 vasitəsi ilə 30 avqust 2022-ci il tarixdə Şəki şəhərindən onun adına olan kart hesabına göndərdiyi 3000 manat pulunu, cəmi xeyli miqdar təşkil edən 6000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 6000 (altı min) manat məbləğində maddi ziyan vurulması ilə nəticələnmiş dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş və 2020-ci ilin may ayının 12-də cəzasının qalan 2 il 10 ay 20 gün olan hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. İsrail Respublikasında tibb sahəsində təhsil almışdır. Lakin həvəsi avtomobilə olduğu üçün avtomobil təmiri ilə məşğul olmağa başlamışdır. Ali təhsil alsa da tibb sahəsində rəsmi olaraq heç yerdə işləməmişdir. Əfqanla dostunun vasitəsi ilə tanış olmuşdur. Əfqan söhbət zamanı ona səhhətində narahatçılıqlar olduğunu dedikdə, müalicə üçün ona məsləhət vermiş və o, da bu məsləhətindən yararlanmışdır. Belə ki, Əfqan ona təyin etdiyi müalicəni aldıqdan sonra yaxşılaşmışdır. Bundan başqa onu tanıyan şəxslərə də şifahi şəkildə tibbi müalicə üçün təyinat demiş, həmin şəxslər də təyinatından yararlanmışlar. 2022-ci ilin avqust ayının sonlarında Əfqan ona zəng edib dostunun anasının ağır xəstə olduğunu və ona nə kimi tibbi yardım göstərə biləcəyini dedikdə, o da Əfqana xəstəni görməli olduğunu ya da tibbi müayinə sənədlərini ona göndərməsini bildirmişdir. Bu zaman Əfqan xəstənin yaxınının mobil telefon nömrəsini əlaqə saxlamaq üçün ona vermişdir. Sonradan Əfqanın verdiyi telefona «Əfqanın dostu Serqeydir» ismarıcını yazmışdır. Bir qədər sonra mesaj yazdığı nömrədən bir qadın ona zəng edib qaynanasının xəstə olduğunu və səhhətində olan problemləri ona danışmışdır. Söhbət zamanı həmin qadına xəstənin vəziyyətini videoçəkilişə çəkib ona göndərməsini demişdir. Qadında həmin xəstə qadının videoya çəkib ona göndərmişdir. Xəstənin vəziyyətini görüb WhatsApp vasitəsi ilə sistem yazmışdır ki, alıb xəstəyə köçürsünlər. Onlar da həmin sistemləri alıb xəstəyə köçürtmüşlər. Sonra qadın ona zəng edib həmin sistemlər qaynanasını tam kömək etmədiyini bildirdikdə ona qaynanasının müalicəsi üçün güclü sistemlər lazım olduğunu bildirmişdir. Qadın da, ona həmin sistemlərdən alıb qayınanasına vurduracaqlarını bildirdiyi üçün sonradan lazım olan sistemlərin qiyməti ilə maraqlanmış qiymətinin 6.000 manat olduğunu və üç gün ərzində həmin sistemlərin İsraildən, Türkiyədən ya da Almaniyadan sifariş verib gətirməyin mümkün olduğunu öyrənmiş və zəng vurub bu barədə həmin qadına məlumat vermişdir. Həmin qadın razılaşdığı üçün pul göndərməsi üçün özünün istifadə etdiyi Kapital Bank tərəfindən verilmiş «Bir» kartının nömrəsini həmin qadına sonradan adı ona məlum olan Aidəyə göndərmişdir. Bundan sonra Aidə kartına iki gün ərzində cəmi 6.000 manat pul köçürmüşdür. Ona görə internet vasitəsi ilə həmin sistemləri sifariş verib gətirdirmişdir. Dərmanlar gəldikdən sonra 6.000 manat pulu verib sistemləri götürmüşdür. Sifariş verdikdən 3 gün sonra həmin sistemlər gəlmişdir. Sistemləri götürəndən sonra Aidəyə zəng vurub məlumat vermişdir. Bu zaman Aidə qaynanasının artıq vəfat etdiyini ona demişdir. Bu zaman Aidəyə sistemləri gəlib götürməsini demişdir. Aidə də ona artıq onlara dərman lazım olmadığını pulunu verməsini bildirmişdir. Sonra Əfqana zəng edib bu barədə məlumat vermiş, Əfqan da onu dostu Eminlə birləşdirmişdir. Eminə də söhbət zamanı sifariş verdikləri sistemləri gətirdiyini bildirdikdə sonuncu dərmanları götürmək istəmədiklərini borcu olduğunu və ona görə ona pul lazım olduğundan sistemləri satıb pulunu onlara verməsini demişdir. Sonra həmin sistemlər satmaq üçün müştəri tapmışdır. Lakin müştəri aşağı qiymətiə almaq istədiyi üçün Eminə zəng vurub məlumat vermişdir. Emində sistemləri aşağı qiymətə satmasına razı olmamışdır. Aidənin qayınanasının müalicəsi üçün internet vasitəsi ilə onlayın 4 ədəd Azon 5+S və 4 ədəd Zangesman sistemləri sifariş vermişdir. Üç gün ərzində verdiyi sifarişlər gəlmişdir. Həmin sistemləri təhvil aldıqdan sonra Zangesman sistemləri Xırdalan şəhərində AAF parkın arxa hissəsində həyət evində yaşayan İbrahim adlı kuryerə satmaq üçün vermişdir. Lakin onun dəqiq ünvanını, soyadını, atasının adını bilmir. İbrahimin nömrəsinidə telefonunda qeyd etmişdir. Sonradan telefon nömrəsi yandığı üçün həmin onun nömrəsi silinmişdir. Ona görə İbrahimin mobil nömrəsini bilmir. 6000 min manat pulu Zərərçəkmiş şəxs tez bir zamanda qaytaracaqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməlləri məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş digər sübutlarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zamanı zərər çəkmiş və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qayınanası Sevil uzun müddət xəstə olduğu üçün onu yaşadığı Qax rayonundan özlərinin yaşadıqları Sumqayıt şəhərinə aparmışlar. Xəstəliyi ilə əlaqədar qayınanasını Sumqayıt və Bakı şəhərlərində müxtəlif xəstəxanalara aparıb müayinə və müalicə etdirmişlər. Son vaxtlar qayınanasının səhhəti ağırlaşdığı üçün onu 24 avqust 2022-ci il tarixdə əri Eminlə qayınanasını Qax rayonu, Qaxbaşı kəndində yaşayan bacısı Sevdanın evinə aparmışlar. Qayınanası yataq xəstəsi olduğu üçün qohumları ona baş çəkməyə gəlmişlər. 27 avqust 2022-ci il tarixdə Sumqayıt şəhərində yaşayan qayınanası Sevilin qohumu Pərinaz qayınanasını görməyə gəlmişdir. Söhbət zaman Pərinaz Bakı şəhərində yaşayan Serqey adl savadlı həkim tanışlarının olduğunu, həmin həkimin bir neçə xəstəni komadan çıxardığını və qayınanasınıda həmin həkimə göstərmələrini məsləhət görmüşdür. Pərinazın oğlu Əfqanda anasının dediklərini təsdiq edərək Serqeyin yaxşı həkim olduğunu və onun nömrəsini danışmaları üçün Serqeyə verəcəyini bildirdikdə etiraz etməmişdir. Az sonra nömrəsinə Serqeydən mesaj gəldiyi üçün Serqeyin mobil telefon nömrəsinə zəng vurmuşdur. Söhbət zamanı Serqey qayınanasının xəstəliyi barədə məlumat vermiş sonuncu isə ona qayınanasını sağaldacağını bildirmişdir. Serqey ondan olan qayınanasının MRT çıxarışları, analizlərinin cavabları ilə maraqlanmadan qayınanasının müalicəsi üçün sistem və iynələr yazmış və həmin müalicələri aparmasını bildirmişdir. Ona görə həmin sistemləri və iynələri alıb qaynanasının müalicəsini etmişdir. Qayınanasının müalicəsi başa çatandan sonra onun səhhətində bir irəlləyiş olmadığına görə Serqeyə zəng vurub bu barədə məlumat vermişdir. Serqey də ona hazırkı mərhələdə qayınanasına güclü müalicə lazım olduğunu, bunun üçün qayınanasının müalicəsinə hansı məbləğdə pul xərcləyə biləcəklərini bildirdikdə ona hələlik qayınanasının müalicəsinə 5-6 min manat civarında pul verə biləcəklərini demişdir. Bu zaman Serqey ona güclü sisemlərin qiymətinin 6.000 manat olduğunu, həmin sistemdən alıb qayınanasına köçürəcəkləri təqdirdə qayınanasının bundan sonra 10-15 il yaşaya biləcəyini demişdir. Əri ilə razılaşdıqdan sonra Serqeyin dediyi sistemləri almağa razılaşmışlar. Bundan sonra Serqeyə zəng edib ondan qaynanasının müalicəsi üçün lazım olan dərmanları almasını xahiş etmişdir. Serqey də ona dediyi dərmanları tanışlarının deklarasiya ilə xarici ölkələrdən gətirtdiklərini və göndərəcəyi kart hesabına pulu göndərmələrini bildirmişdir. 29 avqust 2022-ci il tarixdə Serqey ona kart hesabı göndərdiyi üçün həmin gün Serqeyin göndərdiyi kart hesabına ilkin olaraq 3.000 manat pul göndərmişdir. Səhəri gün yəni 30 avqust 2022-ci il tarixdə əri Emin Şəki şəhərində olan zaman özünə məxsus Rabitə bank kart hesabından Serqeyin göndərdiyi kart hesabına hər dəfə 500 manat olmaqla 6 dəfəyə 3.000 manat pul göndərmişdir. Həmin gün qayınanasının səhhəti pisləşdiyi üçün onu Qax rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirmişlər. Qayınanasını renimasiyaya yerləşdirəndən sonra Serqeyə zəng vurub bu barədə ona məlumat vermiş və sistemləri göndərməsini xahiş etmişdir. Serqey də ona hələ sistemləri almadığını bir-iki saata kimi alacağını, sistemləri alan kimi tezliklə onlara göndərəcəyini demişdir. Həmin gün Serqeylə yenə danışmışdır. Serqey də ona hələ sistemlərin gəlib çatmadığını bildirmişdir. Avqust ayının 31-də qayınanası vəfat etmişdir. Bir neçə gün Serqeyin onda olan mobil telefon nömrələrinə zəng vursa da onun telefonlarına zəng çatmamışdır. Əfqan qayınanasının yas mərasiminin 3 günü yasa gəlmişdir. Əri Emin yas mərasimində olan zaman Əfqana anasına dərman gətirmək üçün Serqeyə 6.000 manat pul verdiyini, dərman almaması üçün iki gündür onun telefonun zəng etdiyini lakin Serqeyə zəng çatmadığını bildirmişdir. X18 bir az fırldaqcı adam olduğunu deyərək ona 6.000 manat pul verməməli olduğunu demişdir. Bundan sonra Əfqan özü Serqeyə zəng vurmuş, telefona Serqeyin arvadı cavab verən zaman ona Serqeyəin onunla əlaqə saxlamasını demişdir. Sonradan Serqey başqa bir nömrə ilə Əfqana zəng vurub onunla danışmışdır. Əfqan Serqey onlardan aldığı 6.000 manat pulu qaytarmasını bildirmişdir. Serqey də Əfqana həmin pula dərman aldığını və dərmanları satıb onların pulunu qaytaracağına söz vermişdir. Əfqan sonra Serqeyin yeni nömrəsini əlaqə saxlamaq üçün ərinə vermişdir. Əri Emin də bir neçə gündən sonra Serqeyə zəng vurub pullarını istəyəndə Serqey yenə ərinə 10 gün ərzində aldığı dərmanları satıb pulunu qaytaracağına söz versə də sonradan pulları qaytarmamışdır. Sonradan həm özü, həmdə əri dəfələrlə Serqeyin onlarda olan nömrələrinə zəng vursa da ona zəng çatmamışdır. Ona görə sonradan Serqeyin onları aldadıb pullarını alması ilə bağlı Şəki rayon prokurorluğuna şikayət etmişdir. Sonda zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini və ödənilməsinə heç bir cəhd də göstərilmədiyini bildirərək təqsirləndirilən şəxsə qarşı həmin məbləğin tutulmasına dair mülki iddia vermişdir. O, verilmiş mülki iddianı müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2022ci ilin avqust ayının sonlarında qohumu Eminin arvadı Aidə ona zəng vuraraq qayınanasının vəziyətinin yaxşı olmadığını, hazırda Qax rayonunda olduqlarını, tanıdığı həkimlər varsa onun analizlərinin cavablarına baxmasını xahiş etmişdir. Həmin vaxt Aidəyə tanıdığı Serqey adında bir həkim olduğunu demişdir. Aidədə ona qayınanasının analizlərinin cavablarını yəni sənədlərini ona göndərəcəyini və həmin sənədləri baxması üçün Serqeyə verməsini demişdir. Razılaşdığı üçün Aidənin göndərdiyi tibbi sənədləri alandan sonra Serqeyin istifadəsində olan nömrəsinə zəng vurub ona bir qohumu olduğunu və onun analizlərinin cavablarına baxmasını xahiş etmişdir. Serqey də sənədləri çəkib ona göndərməsini bildirdiyi üçün Aidənin göndərdiyi qayınanasına məxsus analizlərin cavablarının şəkilini çəkib "WhatsApp"la Serqeyə göndərmişdir. Serqeydə bir az sonra ona zəng vurub xəstənin sağalmasına güman olduğunu bildirmişdir. Serqey ona xəstəyə müalicə qaydalarını izaha edəndə demişdir ki, ötür-ötür olmasın, qohumunu başa sala bilməyəcək, ona verəcəyi nömrə ilə özü əlaqə saxlayıb başa salsın. Bundan sonra Aidəyə zəng vurub Serqeyin qayınanasının sağalması üçün ümid olduğunu bildirdiyini demiş və Serqeylə özünün danışması üçün telefon nömrəsini ona vermişdir. İki-üç gündən sonra Eminə zəng vurub anasının vəziyyəti ilə maraqlananda Emin ona Serqeyin yazdığı dərmanları almaq üçün Şəki şəhərində olduğunu demişdir. Sonradan da bir neçə dəfə Eminlə əlaqə saxlayıb anasının səhhəti ilə maraqlanmışdır. Təxminən 10-15 gündən sonra Eminin anasının Qax rayonu, Qaxbaş kəndində vəfat etdiyini eşitmiş və yas mərasiminə getmişdir. Mərasimdə olan zaman Emin ona anasına dərman gətirmək üçün Serqeyə 6.000 manat pul verdiyini, dəmanı almaması üçün iki gündür onun telefonuna zəng etdiyini lakin Serqeyə zəng çatmadığını bildirmişdir. Həmin vaxtı Eminə niyə ona xəbər vermədən Serqeyə pul göndərdiyini dedikdə, Emin də ona anasının vəziyyəti pis olduğunu, başını itirdiyini ona görə dərman almaq üçün ona dediyi pulu verdiyini demişdir. Həmin gün Serqeyə zəng vurmuşdur. Telefona arvadı cavab verdikdə ona Serqeyin qohumlarından dərman almaq üçün 6.000 manat pul alıb telefonunu iki gündür bağladığını və Serqeyin onunla əlaqə saxlaması üçün xəbər verməsini demişdir. Bundan sonra Bakı şəhərinə qayıtmışdır. Üç gündən sonra Serqey ona zəng etmişdir. Serqeydən telefonun nə üçün bağladığını soruşan zaman Serqey ona telefonunun yandığını bildirmişdir. Daha sonra Serqey Eminin anasının vəfat etdiyini və ondan aldığı pulu 3 gün ərzində qaytarmasını və Eminə zəng edib onunla danışmasını bildirmişdir. Sonra Eminlə danışıb Serqeyin ona zəng vurduğu nömrəni ona verib danışıb görüşmələrini demişdir. Təxminən yarım saatdan sonra Emin ona zəng vurub Serqeylə danışdığını Serqeyin 10 gün ərzində aldığı dərmanları satıb pulunu qaytaracağına söz verdiyini bildirmişdir. 10 gündən sonra Emin ona zəng vurub Serqeyin ona zəng vurub pulu vermək üçün görüşə çağırdığını, lakin hazırda telefonunu bağladığını bildirmişdir. Həmin vaxt özü də Serqeyin onda olan nömrələrinə zəng vursa da onun heç bir nömrəsinə zəng çatmamışdır. Sonra Eminə zəng vurub bu barədə ona məlumat vermiş və Serqeydən polisə şikayət etməsini məsləhət bilmişdir. Sonradan eşitmişdir ki, Aidə Serqeydən şikayət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş qəbzlərdən göründüyü kimi Zərərçəkmiş şəxs yataq xəstəsi olan qayınanası X4 müalicəsi üçün xaricdən dərman vasitələri gətirməsi üçün Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 29 avqust 2022-ci il tarixdə saat 11:16 dəqiqədə Qax şəhəri,Üzeyir Hacıbəyov küçəsində yerləşən «Payız» marketində quraşdırılmış «Milliön» elektron ödəmə terminalından 3.000 manat, sonuncunun əri Şahid1 isə onun kartına 30 avqust 2022-ci il tarixdə saat 06:32 dəqiqədə Şəki şəhərində 500 manat, 30 avqust 2022-ci il tarixdə saat 06:33 dəqiqədə Şəki şəhərində 500 manat, 30 avqust 2022-ci il tarixdə saat 06:35 dəqiqədə Şəki şəhərində 500 manat, 30 avqust 2022-ci il tarixdə saat 06:35 dəqiqədə Şəki şəhərində 500 manat, 30 avqust 2022-ci il tarixdə saat 06:35 dəqiqədə Şəki şəhərində 500 manat,30 avqust 2022-ci il tarixdə saat 06:36 dəqiqədə Şəki şəhərində 500 manat olmaqla 3.000 manat cəmi 6.000 manat pul köçürmüşdür. «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X19 06 aprel 2023-cü il tarixli, PHŞ-6-20/2- 616/2023 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası» X19 ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilib, Şəki Şəhər Rayon Polis Şöbəsinin İB-nin xx.xx.2023-cü il tarixli ********* nömrəli qərarı əsasında istintaqdan yayındığından barəsində Şəki ŞRPŞ-si tərəfindən 24 .02.2023-cü il tarixdə 820859 nömrəli axtarış işi açılmış, xx.xx.2023-cü il tarixdə saat 19:50 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yeri müəyyən olunaraq tutulub, Şəki ŞRPŞ-nə gətirilib İstintaq Bölməsinə təhvil verilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 4 (075)-19/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 4 (075)-25/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 (iyirmi) gün 21 aprel 2023-cü il tarixdən 11 may 2023-cü il tarixədək uzadılmışdır. “Təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 mart 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəki ŞRPŞnin İB müstəntiqi polis mayoru X6, Şəki ŞRPŞ-nin polis serjantı X9, müdafiəçi X13 və tərcüməçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qaynanasının müalicəsi üçün aldığı dərman preparatlarını Xırdalan şəhərində "İbrahim" adlı şəxsə verdiyini iddia etdiyi yeri göstyərmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli, AZ-İİ 250869 nömrəli “Ölüm haqqında Şəhadətnamənin” surətindən görünür ki, X10 31 avqust 2022-cil tarixdə ürəyin aterosklerotik xəstəliyi nəticəsində Qax rayonunda ölmüşdür. İş üzrə verilmiş əməlliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 3-13-109/2-8693/2023 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yataq xəstəsi olan qayınanası X4 müalicəsi üçün ümumiyyətlə Azon 5+S və Zanngesman dərman vasitələri almadığı, həmin dərman vasitələrini sonradan satmaq üçün Xırdalan şəhərində yerləşən AAF parkın həyətindəki həyət evində yaşayan İbrahim adlı kuryerə vermədiyi müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs qeyd etdiyi İbrahim adlı kuryerin olub-olmaması, həmin şəxsin şəxsiyyəti, sonuncu ilə əlbir olub-olmaması və digər cinayət törədilməsində iştiraklarının olmasını müəyyən etmək mümkün olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-594/2014 nömrəli, xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 182.3.2-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli, 7 (002)- 997/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli CM 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrinə tövsüf olunaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 (bir) il azaldılmışdır.cəzası endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 7 (103)-609/2016 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli, 7 (002)-997/2016 saylı qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 09 (doqquz) il həddində müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 may 2020-ci il tarixli, 7 (003)-483/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 (iki) il 10 (on) ay 20 (iyirmi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Probasiya İdarəsinin 24 avqust 2023-cü il tarixli, 21-1/320388-20 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8-Noyabr Zəfər günü münasibətilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 23 avqust 2023-cü il tarixli teleqramdan görünür ki, Səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyərək, istintaqda verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. O, məhkəmədə özünü təqsirli bilməsə də məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan digər sübutlarla bu əməlin onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs aldığı pulu dərman vasitələrinin alınması və həmin dərmanların alınması üçün internet vasitəsi ilə şirkətin hesabına ödədiyini, eyni zamanda dərmanları satmaq üçün İbrahim adlı şəxsə verməsini bildirərək zərərçəkmiş şəxsə olan borcunu ödəyəcəyi ilə bağlı ifadəsinin məsuliyyətdən yayınmaq üçün özünümüdafiə xarakterli olması qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxsə zərərçəkmiş şəxslər tərəfindən ona ödənilən pulun müqabilində alınacaq dərmanların hansı şirkətdən alınmasını təsdiq edən, eyni zamanda alınmış həmin dərmanların zərərçəkmiş şəxslərə təqdim edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif edilsə də təqsirləndirilən şəxs bu barədə heç bir sübut təqdim etməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2020-ci il tarixli qərarı ilə əməli CM 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrinə tövsüf olunaraq cəzası 09 endirilmiş, Xəzər Rayon Məhkəməsinin 11 may 2020-ci il tarixli qərarı ilə cəzasının 02 il 10 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən ittiham olunan əməldə göstərilən hərəkətləri etməyə meylli olmasını, ibtidai istintaq və məhkəmə dövründə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi üçün heç bir cəhd göstərməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməli üçün nəzərdə tutulmuş ən ciddi cəza növü – müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm cəzanın məqsədlərini təmin edə bilər, həm də sosial ədalətin bərpasına və S.Vasilyeviçin islah olunmasına xidmət edər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. 83.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal müəyyən ediməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia irəli sürərək cinayət nəticəsində vurulmuş maddi ziyan kimi 6000 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun mülki cavabdehdən alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 tərəfindən törədilmiş dələduzluq cinayət əməli nəticəsində zərər çəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs 6000 manat məbləğində maddi zərər vurulması iş üzrə toplanmış mötəbər sübutlarla təsdiq edildiyindən, verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs X5 6000 (altı min) manat pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, X8 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 may 2020-ci il tarixli qərarı ilə 02 (iki) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli (CM- 76.6.3), cəzasının çəkilməmiş qalan hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzayala qismən birləşdirilməli (CM-67.1), cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, mülki iddia təmin edilərək mülki cavabdeh X5 6000 manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 may 2020-ci il tarixli qərarı ilə 02 (iki) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 7 (103)- 609/2016 nömrəli qərarı ilə təyin edilmiş 09 (doqquz) il azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) il 10 (on) ay 20 (iyirmi) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli sübhəli şəxs qismində tutulduğu 05 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 6000 (altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar