Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-60/2025 16.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1996-cı ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Hacılar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən, tamah niyyəti ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə 4 noyabr 2022-ci il tarixdə, saat 830 radələrində qohumu, Şəki rayonunun Çeşməli kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində qonaq olduğu müddətdə həmin evin yataq otağında qoyulmuş, saxlanc yeri hesab edilən sandığın qapağını açmaqla qanunsuz daxil olaraq içərisində olan Zərərçəkmiş şəxs məxsus 1700 manat dəyərində olan 01 ədəd 585 əyar 20 qram çəkidə qızıl boyunbağı (rus qızılı), 340 manat dəyərində olan 01 cüt 585 əyar 4 qram çəkidə qızıl sırğa (rus qızılı), bir ədədinin qiyməti 120 manat olmaqla ümumilikdə 1200 manat dəyərində olan 583-585 əyar, hər biri 02 qram çəkidə olan rus qızılından hazırlanmış 10 ədəd protez dişlər, 340 manat dəyərində olan 01 cüt 583 əyar 04 qram türk qızılından hazırlanmış sırğa, 680 manat dəyərində olan 01 cüt 583 əyar 08 qram türk qızılından hazırlanmış sırğa və 1275 manat dəyərində olan 01 ədəd 585 əyar 15 qram çəkidə türk qızılından hazırlanmış qolbağıdan ibarət olmaqla ümumi dəyəri 5535 (beş min beş yüz otuz beş) manat olan qızıl-zinət əşyalarını, 110 manat məbləğində nəğd pulu, 10 manat dəyərində olan pul qabını və 15 manat dəyərində uşaq çantasını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 5670 (beş min altı yüz yetmiş) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayətini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan olunmuş İttihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anası Turacın xalası qızı olmuşdur. xx.xx.2022-ci ildə, axşam saatlarında evə getdəndə bacısı Samirə, qohumu Qənifənin anası Midvarinin vəfat etdiyini demiş, o da baş sağlığı vermək üçün bacısı Samirə ilə birlikdə həmin gün Bərdə rayonundan tanımadığı taksi ilə Şəki rayonunun, Çeşməli kəndinə getmiş, saat 2030 radələrində Çeşməli kəndinə çatmışlar. Qənifə və digər qohumlarla görüşüb baş sağlığı vermiş, söhbət etmiş, gecə qalmaq üçün Qənifə qonaq otağında bacısı Samirəyə və ona yerdə yorğan döşək hazırlamış, gecəni orada yatmışlar. Yatmamışdan əvvəl çobanı işlədiyi şəxs zəng edərək onu sabah saat 12-yə kimi qayıtmasını istəmiş, o da bu barədə bacısı ilə danışmışdır. Onlar yatmaq üçün yerlərinə uzandıqdan sonra Qənifənin yanında böyümüş qohumu, bacısı oğlu Tehran da nənəsinin vəfatını eşidib yas yerinə gəlmiş, o yerindən qalxıb Tehran ilə siqaret çəkib söhbət etmiş, sonra yatmışlar. Səhər, xx.xx.2022-ci ildə, saat 730 radələrində yuxudan oyanıb bacısı ilə evlərin qayıtmağa hazırlaşarkən Qənifə evədə olmamış, sonradan eşitdiyinə görə yas yerinə bazarlıq etmək üçün getmişdir. O, vaxtında iş yerinə çatmaq üçün Qənifəni gözləyə bilməyib bacısı ilə birlikdə oradan çıxıb yaşadıqları Bərdə rayonuna qayıtmişlar. O, iş yerinə gedib işinə başlamışdır. Bir neçə gün sonra Qənifə zəng vurub evindən qızıllarını oğurladığını deyib qaytarmasını istəmiş, o, oğurluq etmədiyini bildirsə də Qənifə inanmamışdır. Bir qədər sonra polis əməkdaşları gəlib onu Bərdə rayon Polis şöbəsinə, oradan da Şəki Şəhər-Rayon Polis şöbəsinə aparmışlar. O, oğurluq etmədiyini bildirsə də ona inanmayıb döymüşlər. Buna görə də o, etmədiyi halda oğurluq etməsini boynuna götürmüşdür. Lakin qızıllar onda olmadığı üçün yerini deyə və qaytara bilməmiş, məcbur olub qohumlarının köməyi ilə qızılların pulunu zərərçəkmiş şəxsə ödəmişdir. O, buna baxmayaraq himayəsində iki azyaşlı uşağının olmasını və yaxın günlərdə üçüncü uşağının doğulacağını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Fərqli ifadə verdiyi üçün məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsinin də qeyd edilməsini zəruri bilmişdir. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumu, anası Turacın xalası qızı olmuşdur. xx.xx.2022-ci ildə, axşam saatlarında evə gedikdə bacısı Samirə, Qənifənin anası Midvarinin vəfat etdiyini demiş, o, da baş sağlığı vermək üçün bacısı Samirə ilə birlikdə həmin gün Bərdə rayonundan tanımadığı taksi ilə Şəki rayonunun, Çeşməli kəndinə getmişdir. Saat 2030 radələrində Çeşməli kəndinə çatmışlar. Qənifə və digər qohumlarla görüşüb baş sağlığı vermiş, söhbət etmiş, gecə qalmaq üçün Qənifə qonaq otağında bacısı Samirəyə və ona yerdə yorğan döşək hazırlamışdır. Gecə saatlarında yatmışlar. xx.xx.2022-ci ildə, saat 730 radələrində xalasının əri Telman ilə bacısı Qənifənin evin giriş qapsının ağzında otağa girib pulu götürüb bazarlıq etmək üçün bazara gedəcəkləri barədə söhbət etdiklərini eşitmişdir. Qənifə onun yatdığı otağın yanındakı otağa girib tez otaqdan cıxıb getmişdir. Otaqdan çıxanda Qənifənin əlində pul olmuş və pulu cibinə qoymuşdur. O, həmin otaqda pul olduğunu düşünmüş, borclarını ödəmək üçün oradan pul oğurlamaq qərarına gəlmişdir. Evdə Samirədən başqa heç kim olmamışdır. Samirə isə yatmışdır. Samirənin onun oyanmasından xəbəri olmamışdır. Ətrafa baxmış, tam sakitlik olduğuna, heç kimin onu görmədiyinə əmin olmuş, dərhal yerindən durub Qənifənin pul götürdüyü otağa keçmişdir. Otaqda çarpayı, paltar şkafı və dağınıq halda yorğan döşəklər olmuşdur. O, otaqdan pul axtarmağa başlamış, çarpayının üstündəki yorğan-döşəyin arasına, çarpayının altına, paltar şkafına və yük yerinə yığılmış döşəklərin arasına baxmışdır. Lakin pul və ya digər dəyərli əşya tapmamışdır. Otağın giriş qapısından sağda paltar şkafı ilə üzbəüz divarın qarşısında sandıq olduğunu görmüşdür. Sadığın qapağı örtülü və üstündə adyal olmuşdur. O, adyalı götürüb sandığın qapağının kilidlənmədiyini görmüş, sandığın qapağını açmış, içərisində dəsmallar və bir neçə parça olmuşdur. Parçanı qaldırıb altında bir ədəd qara rəngli çanta görmüş, çantanı götürüb açmış, içərisində bir ədəd qadın pul kisəsi olmuşdur. Pul kisəsini açmış, içərisində bir ədəd boyunbağı, bir ədəd qolbağ, iki ədəd sırğa, üstündə qızıl dişlər olan protez, bir ədəd 100 manatlıq və bir ədəd 10 manatlıq pul əskinazları olmuşdur. Pul kisəsini içərisindəki qızılları və pulları əynindəki şalvarın kəmərinin arasına gizlədərək otaqdan çıxmış, heç kim onu görməmişdir. Oradan uzaqlaşmaq qərarına gəlmiş, bacısı Samirəni çağırıb oyatmış və ona fermanın müdirinin zəng etdiyini, bnuna görə dərhal getməli olduqlarını demişdir. Samirə hazırlaşmış, onlar evdən çıxarkən Qənifəni görməmişdir. Samirə ilə birlikdə magistral yolun kənarına getmiş və Bərdə rayonuna gedən marşrutu gözləmişlər. Lakin maşın olmadığından Şəki avtovağzalına getmişlər. Orada tanımadığı Bərdə marşrutuna əyləşmişlər. Marşrutda bacısı Samirə ilə bir oturacaqda əyləşmiş, yolda marşruta bir nəfər qız və bir nəfər qadın minmiş, qadın yanındakı qızın onun yerində əyləşməsini ondan xahiş etdiyi üçün o, ayağa qalxıb arxada sonuncu oturacaqda tanımadığı 2 nəfər şəxsin yanında oturmuşdur. Həmin şəxsləri əvvələr görməmiş və tanımamışdır. Aralarında ov etməkdən söhbət düşmüş, o, söhbəti dəyişib Moskva şəhərindən danışmağa başlamışdır. Həmin şəxslər ondan Moskva şəhərində yaşayıb-yaşamamasını barədə soruşmuşlar. O, həmin şəxslərə 3 gün əvvəl Azərbaycana Bərdə rayonunda yerləşən evlərinə gəldiyi, ölkəyə gələrkən özü ilə qızıl əşyaları gətirib satdığını, hazırda gətirdiyi qızıl əşyalarından bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbağı və qızıl dişlər qaldığını, həmin əşyaları satmaq istədiyini demişdir. Həmin şəxslərdən biri ondan qızıl əşyalarını hansı qiymətə satdığını soruşmuş o, üstündəki qızıları 1000 manat pula satdığını bildirmişdir. Həmin şəxs ona qızıl əşyalarını almaq istədiyini, lakin üstündə 1000 manat pulu olmadığını demiş, o, son qiyməti 800 manat pula sata biləcəyini söyləmişdir. Həmin şəxs qızıl əşyalarına baxıb 700 manat pul verə biləcəyini demişdir. O, razılaşmamış və 780 manat verəcəyi halda qızıl əşyalarını ona satacağını demişdir. Aralarındakı razılığa əsasən həmin şəxs ona 770 manat pulu Yevlax rayonunda dəmir yol xəttini keçərkən vermiş, o da Qənifənin evindən oğurladığı bir ədəd qızıl boyunbağını, bir ədəd bilərziyi, iki cüt sırğanı, qızıl dişləri və protezini həmin şəxsə vermişdir. Həmin şəxslər marşurutdan Bərdə şəhərində düşmüşdür. O, da bacısı Samirə ilə Bərdə şəhərində marşurutdan düşmüş, taksiyə əyləşib yaşadığı Boyəhmədli kəndinə getmiş və yol haqqı olaraq taksi sürücüsünə 4 manat pul vermişdir. Samirə və anası Turacın yaşadıqları evə gedib orada özünə məxsus köhnə paltarları götürüb nar şirəktinə getmişdir. Nar yığmaq üçün Kamaz markalı avtomaşınla gətirilmiş yeşikləri boşaldıb Bərdə şəhərinə qayıtmışdır. Əvvəldən tanıdığı Aytac adlı qıza istifadəsində olan 070 723 03 43 nar nömrəsinə zəng vurmuş, Aytac azyaşlı uşağı ilə gəlmiş və Bərdə şəhəri H.Əliyeav adına parkda görüşmüşlər. Parkda Aytac üçün 50 manat pul xərcləmişdir. Sonra Aytacla dönər yemiş və mağazadan Aytac üçün 210 manatlıq bazarlıq etmişdir. Aytacla birlikdə yaşadığı Bərdə şəhəri Güloğulular qəsəbəsinə getmişlər. Təxminən 2 saat Aytacgildə qalıb, Bərdə şəhərinə qayıtmışdır. Sonra əvvəldən tanıdığı Ülviyə adlı qızın yaşadığı evə getmiş, Ülviyəyə 40 manat pul verib onunla cinsi əlaqədə olmuşdur. Sonra tanışları Seymur, Ülfət və Elsevərlə görüşüb Çinar kafesində oturub yemək yemişlər, 120 manat hesabı o vermişdir. Bir qədər parkda gəzişib yaşadığı fermaya getmiş, yaşadığı kənddə fəaliyyət göstərən OBA marketdən evinə 90 manatlıq bazarlıq etmiş, anası yaşayan evdən arvadı Ayseli, 2 azyaşlı uşağını götürüb işlədiyi fermaya getmiş, qalan pul ilə özünə siqaret almış, telefonuna kontur yükləmişdir. Etdiyi oğurluğu heç kim bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləməmiş, Şəki rayonu, Çeşməli kəndində X3 ilə birlikdə yaşamışdır. xx.xx.2022-ci ildə anası Midvari vəfat etmişdir. Hələ anası Midvarinin sağlığında yaşadığı evin yataq otağındakı sandığın içərisinə adyal və dəsmalların altında içərisində 910 manat pul, özünə məxsus bir ədəd 20 qramlıq qızıl boyunbağı, bir cüt qızıl sırğa, üstündə dişlər olan protezi, içərisində rəhmətlik bacısı Zərifədən ona miras qalmış iki cüt qızıl sırğa və bir ədəd qızıl bilərzik olan bir ədəd qadın pul kisəsini qara rəngli uşaq çantasına qoyub saxlamışdır. Sandığın qapağı örtülsə də, kilidi olmamışdır. Qapağını örtüb üstünə yorğan və adyal yığmışdır. Yas mərasimi həmin ünvanda baş tutmuşdur. Bakı şəhəri, Bərdə rayonu və digər yerlərdə yaşayan qohumları hüzrə gəlmişlər. xx.xx.2022-ci ildə, saat 15 radələrində yas mərasiminə lazım olan ərzaqları almaq üçün sandıqdan 400 manat pul götürmüş, həmin vaxt qızıl zinət əşyaları və qalan 510 manat pul yerində olmuşdur. xx.xx.2022-ci ildə, saat 730 radələrində yenidən sandığın qapağını açıb 400 manatı da oradan götürmüş, qalan bir ədəd 100 manat və bir ədəd 10 manatlıq əskinazlardan ibarət cəmi 110 manat pul və qızıllar yerində olmuşdur. Yas mərasiminə gəlmiş qohumları Orxan və bacısı Samirə digər otaqda yatmışlar. Həmin vaxtdan xx.xx.2022-ci il tarixədək sandığa baxmamışdır. xx.xx.2022-ci ildə anasına məxsus təqaüd plastik kartını qızılların yanına qoymaq üçün sandığı açdıqda qızıl zinət əşyalarının yerində olmadığını görmüş, evin hər bir tərəfinə baxsa da, qızıl zinət əşyalarını tapa bilməmiş və oğurlandığı ona məlum olmuşdur. xx.xx.2022-ci ildə, saat 24 radələrində Bərdə rayonu, Mustafaağalı(Boyəhmədli) kəndindən olan qohumu, yəni xalası nəvəsi Orxan və onun bacısı Samirə də onlara gəldiyindən, gecəni qızıl zinət əşyalarının olduğu yataq otağının qarşısındakı qonaq otağında yatdıqlarından, xx.xx.2022-ci ildə, səhər saatlarında o, bazarda olan zaman hər ikisi ona məlumat vermədən çıxıb getdiklərindən o, DİN-in 102 xidmətinə müraciət edib həmin qızıl zinət əşyalarının Orxan tərəfindən oğurlanması barədə məlumat vermişdir. Oğurlanmış 20 qramlıq boyunbağının qiyməti 1100 manat, 4 qramlıq sırğanın dəyəri 250 manat, qızıl dişlərin biri 2 qram olmaqla cəmi 1100 manat, bacısından miras qalmış bir cüt qızıl sırğa 4 qram olmaqla 250 manat, digər sırğa 8 qram olmaqla 300 manat, qızıl bilərzik 15 qram olmaqla 800 manat, pul kisəsi 10 manat, çanta 15 manat dəyərində olmuş, 110 manat pulu və qızıl zinət əşyalarını yaşıl rəngli qadın pul kisəsinin içərisinə qoyub ağzını bağlayıb onu da qara rəngli uşaq çantasının içərisinə qoyub daha sonra həmin çantanı sandığın içərisindəki parça və dəsmalların altına qoymuş, pullar və qızıl-zinət əşyaları çanta və pul kisəsi ilə birgə oğurlanmışdır. DİN-in 102 xidmətinə müraciət etdiyi vaxt qızılın qiyməti barədə məlumatı olmadığı, həm də həyəcanlı olduğundan 10.000 manat dəyərində qızılların oğurlanması barədə məlumat vermiş, sonradan oğurlanan qızılların cəmi 3800 manat dəyərində olması məlum olmuşdur. Qızılları saxladığı yer barədə heç kimə heç nə deməmiş, heç kimin bu barədə məlumatının olmamış, otağın qapısı açıq olmuş, sandığın qapağını örtsə də, kilidini bağlamamışdır. İbtidai istintaq dövründə ona dəymiş ziyan tam ödənilmiş, qohum olduqları üçün o, bağışlayaraq təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs və ailəsi ilə birgə Bərdə rayonunun, Mustafaağalı kəndində yaşamışlar. Orxan Bərdə rayonunda fermaların birində çoban işləmişdir. Anasının əsl adı Turac olsa da, qohumları Sahilə kimi çağırmışlar. xx.xx.2022-ci ildə evdə olarkən, Bakı şəhərində yaşayan xalası Sahibə zəng edib anası Turacın Şəki rayonu, Çeşməli kəndində yaşayan xalası Midvarinin vəfat etdiyini demiş, anası Turac səhhəti ilə bağlı hüzr yerinə gedə bilmədiyi üçün evdə qardaşı Orxanla onun Şəki rayonuna hüzr yerinə gəlib iştirak etmələrinə qərar vermişlər. Orxan fermada işdə olmuş, zəng edib bu barədə qardaşı Orxana məlumat vermişdir. Orxan evə gəlmiş və birlikdə yaşadıqları kənddən çıxıb Bərdə rayon avtovağzalına getmişlər. Oradan birbaşa Şəki rayonuna maşın gəlmədiyi üçün taksi ilə Yevlax rayonuna, oradan da taksi ilə Şəki rayonuna getmişlər. Çeşməli kəndinin girişində maşından düşüb, saat 2030 radələrində Qənifənin evinə çatmışlar. Qənifə və digər qohumlarla görüşüb baş sağlığı vermiş, oturub söhbət etmişlər. Qənifə Orxanın və onun yatmaları üçün qonaq otağında yerdə yorğan döşək hazırlamış, saat 23 radələrində o, yatmaq üçün qonaq otağına keçib onun üçün hazırlanmış yataqda yatmışdır. Qardaşı Orxanın nə vaxt yatmasını görməmişdir. Səhər saatlarında gözünü açdıqda qardaşı Orxanın onu səslədiyini eşitmiş, yuxudan oyandıqda Orxan ona, iş yerindən zəng gəldiyini, saat 12-də işdə olmalı olduğunu, buna görə də təcili Bərdə rayonuna getmək lazım olduğunu demişdir. O, heç nə soruşmadan yerindən durub əynini geyinmiş və evdən çıxmaq üçün hazırlaşmışdır. Evdən çıxdıqda Qənifəni görə bilməmişlər. Qohumlar Qənifənin bazarlıq etmək üçün şəhərə getdiyini demişlər. Orxanla birlikdə Çeşməli kəndində Qənifənin evindən çıxıb magistral yolun kənarına qədər piyada getmiş, orada Bərdə rayonuna getmək üçün maşın gözləmişlər. Lakin maşın olmadığı üçün Şəki avtovağzalına getmişlər. Orada tanımadığı mikroavtobusda ön sırada yan-yana əyləşmişlər. Sonra tanımadığı qadın marşruta minmiş, Orxan ayağa durub qadına yer vermiş, özü isə arxa sıradakı boş yerlərin birində əyləşmişdir. Saat 15 radələrində Bərdə rayonuna çatıb avtovağzalda maşından düşmüşlər və yol pulunu Orxan sürücüyə vermişdir. Oradan taksi ilə Mustafaağalı kəndinə yaşadığı evə getmişlər. Orxan dərhal əynini dəyişib iş paltarlarını geyinmiş və fermaya işə gedəcəyini deyib evdən çıxmışdır. Orxan evdən çıxdıqda əlində heç nə olmamışdır. Axşam saatlarında Orxan evə gələrək, həyat yoldaşı Ayseli və azyaşlı övladları Ömərlə Yağmuru da aparıb fermaya getmişdir. X6 məxsus evdən oğurluq etməmiş, bu barədə məlumatı olmamış, Orxan oğurluq etməsi barədə ona heç nə deməmişdir. Qənifənin evindən çıxarkən və evlərinə çatdıqda Orxanın əlində və üstündə hər hansı bir əşya görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç yerdə işləməmiş, oğlu Təqsirləndirilən şəxs və ailəsi onunla birlikdə yaşamış, Orxanın iki övladı olmuşdur. Orxan ayrı-ayrı şəxslərin fermasında çoban işləməklə onları və ailəsini dolandırmışdır. Əlavə gəlir yerləri olmamışdır. xx.xx.2022-ci ildə Bakı şəhərində yaşayan bacısı Sahibə zəng edib Çeşməli kəndində yaşayan xalası Midvarinin rəhmətə getdiyi demiş, o, səhhəti ilə bağlı evdən çıxa bilmədiyi üçün hüzr yerinə oğlu Orxan və qızı Samirə getmişlər. Axşam saatlarında Samirə ilə telefonla danışarkən, artıq Çeşməli kəndində hüzr yerində olduqlarını, Qənifə və digər qohumlarla görüşüb baş sağlığı verdiklərini ona demişdir. Səhəri gün tezdən bağa meyvə yığmağa getmiş, axşam saatlarında Orxan və Samirənin Bərdə rayonuna qayıtdıqlarını bilmişdir. Orxan ailəsi ilə birlikdə işlədiyi fermaya getmiş, bir neçə gün sonra isə oğlu Təqsirləndirilən şəxs, xalası qızı Qənifəyə məxsus evdən qızıl-zinət əşyaları və pul oğurluğu üstündə Polis şöbəsinə aparılmışdır. O, oğlu Orxan Şəki rayonundan evə qayıdıb gələndə üzərində pul və qızıl-zinət əşyaları görməmiş, Təqsirləndirilən şəxs Şəki rayonundan Bərdə rayonuna yaşadıqları kəndə qayıtdıqdan sonra evə bazarlıq etməmiş, üzərində çoxlu pul olmasından şübhələnməmiş, Orxan özü də bu barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hazırda heç yerdə işləməmiş, Mingəçevir şəhərində qeydiyyatda olsa da, valideynləri rəhmətə getdikləri üçün 2016-cı ildən xalası Qənifə ilə birlikdə yaşamışdır. Şəki rayonu, Çeşməli kəndində yaşayan xalası Qənifənin anası, onun nənəsi Midvari İsgəndərova xx.xx.2022-ci ildə vəfat etmişdir. Həmin vaxt o, Bakı şəhərində olmuşdur. Xalası Qənifə ona zəng edib nənəsi Midvarinin rəhmətə getdiyini demiş, o, həmin gün saat 23 radələrində Çeşməli kəndinə gəlmişdir. Xalası Qənifə və digər qohumlarla görüşüb baş sağlığı vermiş, qohumu Təqsirləndirilən şəxs və Samirə də orada olmuşlar. Orxanla söhbət etmiş, işlə bağlı danışmışlar. Orxan özü barəsində, çox pul xərclədiyini, banklardan 10000 manat kredit götürdüyü üçün borcu olduğunu demişdir. Gecə saatlarında qohumlar oradan getdikdən sonra xalası Qənifə və Orxanın bacısı Samirə isə yatmaq üçün digər otaqlara keçmişlər. Orxanla mətbəxdə dayanıb bir qədər də söhbət etmişlər. Söhbət zamanı Orxan işlədiyi fermadan ona zəng gəldiyini və səhər tez gedəcəyini, lakin üç mərasiminə gələcəyini demişdir. Gecə saatlarında Orxan ondan bir ədəd siqaret götürüb mətbəxdən çıxmışdır. O isə mətbəxdə olan divanın üstündə yatmışdır. xx.xx.2022-ci ildə səhər saat 10 radələrində yuxudan oyandıqda digər qohumların da gəldiklərini görmüşdür. Lakin Orxanı və bacısı Samirəni orada görməmişdir. Qohumlardan soruşduqda, Orxan və Samirənin getdiklərini demişlər. Orxana vatsapp proqram vasitəsilə mesaj yazaraq nə tez getdiyini, bacısı Samirənin gödəkcəsinin orada qaldığını demiş, Orxan isə üç mərasiminə gələcəyini yazmışdır. Lakin Orxan üç mərasiminə gəlməmişdir. xx.xx.2022-ci ildə səhər saatlarında xalası Qənifə ilə evdə olarkən xalasının cibində nənəsi Midvariyə məxsus plastik kart və müəyyən məbləğdə pul görmüş, xalası Qənifəyə kart və pulların cibindən düşüb itməməsi üçün etibarlı yerə qoymasını demiş, Qənifə dı sandığa qoyacağını deyib yataq otağına getmişdir. O küçəyə çıxıb siqaret almaq üçün mağazaya getmiş, evə qayıdanda xalası Qənifə sandıqda saxladığı 110 manat pul və qızıl-zinət əşyalarının yerində olmadığını demişdir. Qənifə evin hər tərəfinə baxmış, lakin qızılları və pulu tapmamış, qızılları və pulu Orxanın oğurlamasından şübhələnmişlər. Çünki Orxan söhbət zamanı krediti və digər borclarını ödəmək üçün təcili pul lazım olduğunu demişdir. Ona görə də xalası Qənifə Orxana zəng edib bu barədə soruşmuş, əgər pulları və qızılları götürübsə gətirib yerinə qoymasını bildirmişdir. Lakin Orxan qışqıraraq heç nə oğurlamadığını demiş və onları təhqir etmişdir. Xalası Qənifə də DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonra xalası Qənifəyə məxsus qızıl-zinət əşyalarının və 110 manat pulun qohumları Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Orxan borcu və maddi sıxıntıları olması barədə onunla söhbət etsə də, xalası Qənifənin pulunu və qızıllarını oğurlaması barədə ona heç nə deməmiş, həmin oğurluq hadisəsi barədə məlumatı olmamışdır. X7 2016-cı ildə rəhmətə getdikdən sonra iki cüt qızıl sırğa və bir ədəd qızıl bilərziyin xalası Qənifəyə miras qaldığını bilmiş, lakin Qənifənin həmin qızılları, həmçinin özünə məxsus pulları və qızılları saxladığı yeri bilməmiş, xalası Qənifə bu barədə ona heç nə deməmiş, qızılları və pulları saxladığı sandığın olduğu yataq otağındakı əşyalar xalasına məxsus olduğu üçün həmin otaqdan istifadə etməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, bacısı olan zərərçəkmiş Zərərçəkmiş şəxs, sabiq arvadının bacısı oğlu olan təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuşdur. X3 bacısı Zərərçəkmiş şəxs ilə birlikdə Şəki rayonu, Çeşməli kəndində yaşamış, onun evi ayrı olmaqla tək yaşamış, boşandığı xanım və uşaqları başqa yerdə yaşamışdır. Evləri arasında 300 metr məsafə olmuşdur. O, 360 manat pensiya almış, uşaqlarını oxutdumuş, aliment verməmişdir. Xəstəlikdən əziyyət çəkdiyi üçün keçən il 4 ay bu il 1 ay xəstəxanada yatmışdır. xx.xx.2022-ci ildə anası vəfat etmiş, yas mərasimi də yaşadığı yerdə olmuşdur. Həmin vaxt o, xəstəxanada olmamışdır. Təqsirləndirilən şəxs və bacısı yas olduğunu eşitmiş və həmin gün saat 10 olardı yasa gəlmişdilər. xx.xx.2022-ci ildə, saat 8-9 radələrində o, bacısı Qənifə ilə birlikdə, yas mərasimi üçün bazarlıq etmək üçün getmişir. Bazara gedəndə xərclənən pullar bacısının pulu olmuş, hardan götürdüyünü, ümumiyyətlə bacısı pulu və qızılları harda saxladığını nə qədər və nədən ibarət olduğunu bilməmişdir. Xalası ilə evli olduğu dövrdə təqsirləndirilən şəxs onlara gəlib-getmiş, amma qalmamış, hardasa 15 il əvvəl evdən xalasının 10 manatını oğurlamışdı. Başqa oğurluq edib-etmədiyini, sonra harda işləyib, harda olduğunu bilməmişdir. Həmin gün o, evdən çıxmamış, təqsirləndirilən şəxsin bacısının gödəkçəsinin yaddan çıxıb hüzr olan evdə qalması onlarda oğurluğu Orxanın etməsinə şübhə doğurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəki rayonu, Çeşməli kəndində yaşayan Zərərçəkmiş şəxs, qohumu Təqsirləndirilən şəxs onun yaşadığı evdən ona məxsus 3800 manat dəyərində qızıl-zinət əşyalarını oğurlaması barədə Şəki ŞRPŞ-nə ərizə vermişdir. (İ cild. iş.v 8) 09 noyabr 2022-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 2110-da CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild. iş.v 52-54) 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild. iş.v 100-101) 11 noyabr 2022-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İ cild. iş.v 116-118) 11 noyabr 2022-ci il tarixli təqdimatdan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CM-nın 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılmasından ötrü məhkəməyə müraciət olunmuşdur. (İ cild. iş.v 119-121) Şəki rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarından görünür ki, CM-nın 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimaq təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. (İ cild. iş.v 129-131) 11 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, CM-nın 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild. iş.v 123-125). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində CM-nin 128-ci madəsi ilə olan cinayət işi xx.xx.2022-ci ildə məhkəməyə göndərilmişdir. (İ cild. iş.v 101). Tərtər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmiş, o, cinayət məsuliyyətindən azad edilmişdir. (İ cild. iş.v 139-141). Bərdə Rayon Mərkəzi X4 Şəxsin 29 noyabr 2022-ci il tarixli, PHŞ/6.28-2-2022-698 nömrəli məktubundan görünür ki, Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs Bərd RMX PHŞ-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. (İ cild. iş.v 142) Bərdə rayon İHB-nın Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Hacılar kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailə tərkibi arvadı X9, oğlu xx.xx.2020-ci il təvəllüdlü X11, qızı xx.xx.2012-ci il təvəllüdlü X2 ibarətdir. (İ cild. iş.v 143-145). Təqsirləndirilən şəxs, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxması ilə əlaqədar olaraq onun cinayət prosesində iştirakı mümkün olmadığından 5 fevral 2023-cü il tarixdə barəsində axtarış elan olunmuşdur. (İ cild. iş.v 168-172) Təqsirləndirilən şəxs itintaqdan qaçıb gizləndiyi üçün xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (İ cild. iş.v 174). Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokolda göstərilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 630 radələrində 020 aylı Soçi Bakı reysi ilə gələn zaman Bakı şəhəri, Heydər Əliyev adına Hava Limanında DSX-nin əməkdaşları tərəfindən saxlanılmış, aidiyyəti üzrə Şəki ŞRPŞ-nin əməkdaşlarına təhvil verilmişdir. (İ cild. iş.v 180). 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsi təmin edildiyindən barəsində olan hazırki cinayət işi üzrə icraat təzələnmişdir. (İ cild. iş.v 181). 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay olmaqla, 5 ayadək, yəni 28 fevral 2025-ci il tarixədək uzadılmışdır. (İ cild. iş.v 187-188) 27 dekabr 2024-cü il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İ cild. iş.v 200-202) 27 dekabr 2024-cü il tarixli təqdimatdan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CM-nın 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılmasından ötrü məhkəməyə müraciət olunmuşdur. (İ cild. iş.v 203-205) Şəki rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərarından görünür ki, CM-nın 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində istintaq dövründə 2 ay 2 gün müddətə, yəni 26 dekabr 2024-cü ildə hesablanmaqla 28 fevral 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İ cild. iş.v 207-209) Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 fevral 2025-ci il tarixədək seçilmiş həbs qətimkan tədbiri eyni müddətədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (İ cild. iş.v 220- 219) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 4 fevral 2025-ci il tarixli 9/265 nömrəli rəyindən görünür ki, mərkəzdə toplanan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən -01 ədəd 585 əyar 20 qram çəkidə qızıl boyunbağının (rus qızılı) qiyməti 1700 manat; -01 cüt 585 əyar 4 qram çəkidə qızıl sırğanın (rus qızılı) qiyməti 340 manat; -01 ədəd rus qızılından hazırlanmış 02 qram çəkidə diş - 583-585 əyarlı olduğu halda qırıntı kimi qiyməti 120 manat; -01 cüt 583 əyar 04 qram türk qızılından hazırlanmış sırğanın qiyməti 340 manat; - 01 cüt 583 əyar 08 qram türk qızılından hazırlanmış sırğanın qiyməti 680 manat; -01 ədəd 585 əyar 15 qram çəkidə türk qızılından hazırlanmış qolbağın qiyməti 1275 manat kimi müəyyən edilir: Beləliklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən zərgərlik məlumatlarının 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 4455,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. (İ cild. iş.v 227-229) xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə cinayət işi üzrə ibtidai istintaq həmin maddələrlə davam etdirilmısi qərara alınmışdır. (İ cild. iş.v 230-241) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 6 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİ cild. iş.v 1) 12 fevral 2025-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İİ cild. iş.v 17-19) 12 fevral 2025-ci il tarixli təqdimatdan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CM-nın 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə baxılmasından ötrü məhkəməyə müraciət olunmuşdur. (İİ cild. iş.v 20-22) Şəki rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərarından görünür ki, CM-nın 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimaq təmin edilməmişdir. (İİ cild. iş.v 24-27) 14 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, CM-nın 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İİ cild. iş.v 28-30). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə göstərilir ki, Təqsirləndirilən şəxs tərəfindən onun evindən edilmiş oğurluqla bağlı dəymiş ziyan ona tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti yoxdur. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X15 “A.Səhhət adına Xəstəxana”nın 26 may 2025-ci il tarixli 49 nömrəli mətubundan və ona əlavə edilmiş eyni tarixli 18-1-37/3- 2348/2025 nömrəli arayışda göstərilir ki, Təqsirləndirilən şəxs A.Səhhət adına xəstəxananın TTY şöbəsinə “bədənin ümumi əzniyi, sol ayağın İİ dırnağın əzilməsi, dəqiqləşdirilməmiş kəllə-beyin travması (deməsinə görə Şəki polisində döyülüb)” diaqnozu ilə xx.xx.2022-ci il tarixdə saa5 1050-də daxil olmuş ambulator qaydada zəruri tibbi müayinə və müalicə olunmuşdur. Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-cu il təvəllüdlü X11, xx.xx.2021-ci il təvəllüdlü X5 adlı 2 övladı var. Məhkəmə qeyd etməyi zəruru hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə törətdiyi əməli səmimi etiraf edib elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, məhkəmə istintaqında özünü təqsirli bilməyib, Polis şöbəsində döyüldüyü üçün qorxub etmədiyi əməli boynuna götürdüyünü bildirmişdir. Topladığı sübutlardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs hadisə baş vermiş evə bacı ilə birlikdə yas yerinə gəlməsinə, ev sahibi və əmlakları oğurlanmış zəzərçəkmiş şəxs yas mərasimi üçün bazarlıq etməkdə olduğu dövrdə oranı tələsik tərk edib getməsinə və bu səbəbindən ev sahibini qayıtmasını gözləməməsinə, hətta bacısının gödəkçəsini də unudub aparmamasına, oğurluq edilmiş əməlakların saxlandığı sandığın içərisini təfsilatı ilə təsvir etməsinə, barəsində həbs qətimkan tədbiri seçilmədiyindən ölkə ərazisini tərk edib ibtidai istintaqdan gizlənməsinə, buna görə barəsində axtarış elan edilməsinə və ölkəyə qayıdarkən hava limanında saxlanıb təhvil verilməklə barəsində həbs qətimkan tədbiri seçilməsinə, ziyanı tam ödəyib barışıq əldə etməsinə, bu istiqamətdə alınmış ifadfələrə və sübutlara əsaslanmışdır. Təqsirləndirilən şəxs isə 15 noyabr 2022-ci ildə xəstəxanaya müraciət edib tibbi yarım alarkən Polis şöbəsində döyülməsini bildirməsinə və döyülüb qorxduğu üçün etmədiyi əməli boynuna götürməsini bildirməklə kifayətlənmişdir. Məhkəmə baxışında üzərindən çox müddət keçdiyi üçün heç bir xəsarəti qalmadığını bildirib əhəmiyyətsiz olduğu üçün keçmək istəmədiyindən məhkəmə tibbi ekspertizası keçirilməmiş, alınmış arayışda isə göstərilən diaqnozun azad olunduqdan bir neçə gün sonra xəstəxanaya müraciət etdiyi zaman özünün bildirdikləri əsasında qeyd edildiyi göstərilmişdir. O, müfaviq şikayətlər, müraciət etməmiş və döyülməsi ilə bağlı araşdırma aparılmamış, döyülmə nəticəsində xəsarət aldığı müəyyən edilməmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən bu barədə heç bir şikayət etməmiş və ya bildirməmiş, əksinə hadisəni törətdiyini etiraf etmiş, barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Bundan sonra isə ölkəni tərk edib ibtidai istintaqdan qaçıb gizlənmişdir. Məhkəmə hesab edir ki, ittiham və müdafiə tərəfin təqdim etdiyi yuxarıda sadalanan sübutlar içərisində müdafiə tərəfi ittihamı təkzib edəb bilən əsaslı dəlillər təqdim edə bilməmiş, arayışda göstərilən diaqnozla xəstəxanaya müraciət edilmə Polisdə döyülmə kimi qəbul edilmənin təsdiqi üçün qəbul həddə və hadisənin onun tərəfindən törədilməməsinin birmənalı qəbulu deyil, bunların rakusunda ittiham tərəfin sübutları daha tutarlı və inandırıcı olmaqla, kifayət edicidir. Məhkəmə tədqiq edilən sübütların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs, qəsdən, tamah niyyəti ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə 4 noyabr 2022-ci il tarixdə, saat 830 radələrində qohumu, Şəki rayonunun Çeşməli kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində qonaq olduğu müddətdə həmin evin yataq otağında qoyulmuş, saxlanc yeri hesab edilən sandığın qapağını açmaqla qanunsuz daxil olaraq içərisində olan Zərərçəkmiş şəxs məxsus 1700 manat dəyərində olan 1 ədəd 585 əyar 20 qram çəkidə qızıl boyunbağı (rus qızılı), 340 manat dəyərində olan 1 cüt 585 əyar 4 qram çəkidə qızıl sırğa (rus qızılı), bir ədədinin qiyməti 120 manat olmaqla ümumilikdə 1200 manat dəyərində olan 583-585 əyar, hər biri 2 qram çəkidə olan rus qızılından hazırlanmış 10 ədəd protez dişlər, 340 manat dəyərində olan 1 cüt 583 əyar 4 qram türk qızılından hazırlanmış sırğa, 680 manat dəyərində olan 1 cüt 583 əyar 8 qram türk qızılından hazırlanmış sırğa və 1275 manat dəyərində olan 1 ədəd 585 əyar 15 qram çəkidə türk qızılından hazırlanmış qolbağıdan ibarət olmaqla ümumi dəyəri 5535 (beş min beş yüz otuz beş) manat olan qızıl-zinət əşyalarını, 110 manat məbləğində nəğd pulu, 10 manat dəyərində olan pul qabını və 15 manat dəyərində uşaq çantası olmaqla xeyli miqdarda, yəni ümumilikdə 5670 (beş min altı yüz yetmiş) manat dəyərində əmlaklarını Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq, gizli olaraq qəsdən oğurlamaqla talamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.3 və 177.2.4-cü maddəsinin tərkibi vardır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə məcmu halda obyektiv hüquqi qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxsin CMnin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə üst-üstə düşüb təsdiqini tapır və işə baxılan zaman mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan CPM-nin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.4, 59.1.12-59.1.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olmasını, vurduğu ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır. Eyni zamanda CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxs barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qaneedici olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qanun normaları, tövsiyyələr və presedentlər, həmçinin yuxarıda nəzərə alınması sadalanan cəzanı yüngülləşdirən hallar təyin ediləcək cəzasının növünün və həddinin müəyyən edilməsində nəzərə alınmalıdır. Cinayətlərin təsnifatına görə CM-nin 177.2.3 və 177.2.4-cü maddəsində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenumunun həmin qərarının 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3 maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduğu maddələrin sanksiyasında həbsə alternativ cəza olduğunu, azadlıqdan məhrum edilmədən islah olnunmasının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə ona təqsirləndirildiyi CM-nin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Birləşmiş Millətlər Təşkilatının həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair minimal standart qaydalarının (Tokio qaydaları) 8.1-ci maddəsinə görə həbs edilmə ilə bağlı olmayan tədbirləri seçmək səlahiyyəti olan məhkəmə orqanı hökm çıxararkən cəmiyyətdə normal həyata qayıtmaq baxımından hüquq pozucusunun tələbatını, cəmiyyətin müdafiəsi və qurbanın mənafelərini nəzərə alır. Göründüyü kimi hazırki halda, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı göstərilənlər, qeyd olan cinayət hadisəsini törədən zaman və ondan sonrakı davranışı, onun azadlığın məhdudlaşdırılması cəzası alması ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 gün, Şəki rayon Məhkəməsinin 27 dekabr 2024cü il tarixli qərarı ilə ibtidai istintaqdan qaçıb gizləndiyi üçün barəsində edilmiş axtarışa görə tutulduğu xx.xx.2024-cü ildən hesablanmaqla xx.xx.2025-ci ilədək ceçilmiş həbs qətimkan tədbiri və Şəki Apellyasiya Məhkəməsinin 30 dekabr 2024-cü il tarixli qərarı ilə Şəki rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilməklə barəsində 28 fevral 2025-ci il tarixədək seçilmiş həbs qətimkan tədbirinin eyni müddətədək ev dustaqlığı ilə əvəz edilməsinə görə və ev dustağı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsi haqqında Şəki rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərarına əsasən xx.xx.2024-cü ildən 14 fevral 2025-ci ilədək olan həbsdə və ev dustaqlığında olduğu 1 ay 19 gün olmaqla, cəmi 1 ay 21 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 3 ay 12 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə cəza çəkdiyi rayonun ərazisini, günün müəyyən vaxtlarında isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət hadisəsi nəticəsində dəymiş 5670 manat maddi ziyanın ödənilməsi, iş üzrə mülki iddia, məhkəmə məsrəfləri olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 gün, Şəki rayon Məhkəməsinin 27 dekabr 2024cü il tarixli qərarı ilə tutulduğu xx.xx.2024-cü ildən hesablanmaqla xx.xx.2025-ci ilədək ceçilmiş həbs qətimkan tədbiri və Şəki Apellyasiya Məhkəməsinin 30 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin eyni müddətədək ev dustaqlığı ilə əvəz edilməsinə görə və ev dustağı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsi haqqında Şəki rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərarına əsasən xx.xx.2024-cü ildən 14 fevral 2025-ci ilədək olan həbsdə və ev dustaqlığında olduğu 1 ay 19 gün olmaqla, cəmi 1 ay 21 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 3 ay 12 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 8 ay, 18 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə cəza şəkdiyi yaşadığı rayonun ərazisini, axşam saat 2200-dan növbəti gün saat 600-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın tam ödənilməsi, iş üzrə mülki iddia, maddi sübut olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan məhkum tərəfindən surətinin ona verildiyi) andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №1(075)-60/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-60/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver