Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-61/2020 02.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1992-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama, cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlun olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə saat 20:05-də Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şəki şəhər Avtovağzalının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki şəhəri M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada polis əməkdaşları tərəfindən üstünə keçirilən şəxsi axtarış zamanı onun əynindəki mavi rəngli şalvarın sol yan cibindəki “Prima” markalı siqaret qutusunun içərisində olan 01 (bir) ədəd giımüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə, heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında atasına məxsus olan ev vardır. O, həmin ünvanda yaşasa da arabir qeydiyyatda olduğu ünvana, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 7D ünvanına gedib orada bir müddət qalır. Yay aylarında çox vaxt Şəki şəhərində olmaqla burada istirahət edir. 2020-ci ilin may ayının axırında da istirahət etmək məqsədi ilə atasına məxsus olan ünvan 8 ünvanına gəlmişdir. Şəki şəhərində olduğu müddətdə müxtəlif vaxtlarda hissə-hissə olmaqla aldığı narkotik vasitəni istifadə etmiş, sonda həmin heroindən iki ədəd gümüşü bükümdə olan heroin qalmışdır. xx.xx.2020-ci il tarixdə yaşadığı ünvana qayıtmış, bir qədər sonra həmin narkotik vasitədən qalan sonuncu 1 (bir) ədəd gümüşü bükümü itirməmək üçün “Prima” markalı siqaret qutusunun içərisində olmaqla geyindiyi şalvarın sol yan cibinə qoymuş və şəhərdə gəzib, çayxanalardan birində çay içmək məqsədi ilə şəhərə çıxmışdır. Gəzə-gəzə gedib Şəki şəhər Avtovağzalın yaxınlığına çatmış və oradakı çayxanaların birində əyləşib çay içməyə başlamışdır. O, çayxanada təkbaşına oturub çay içdiyi vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmişlər və onun üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirərək buna görə də onlarla birlikdə polis şöbəsinə getməli olduğunu qeyd etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində otaqların birində ona üzərində şəxsi axtarış aparacaqlarını bildirərək ona Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısını təqdim edilmişdir. Təqdim olunmuş siyahıdan vəkil Müdafiəçi seçmiş, bundan sonra müdafiəçisi Müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üstündə şəxsi axtarış aparılacağını bildirmişlər və təhqiqatçı tərəfindən ona üstündə, paltarında, paltarlarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Əynində olan mavi rəngli şalvarın sol yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş və bundan başqa üzərində hər hansı bir əşyanın olmadığını qeyd etmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Masanın üzərinə qoyduğu, özünə məxsus olan, bir ədəd “Prima” markalı siqaret qutusunun içərisində olan bir ədəd gümüşü bükümü həmin siqaret qutusunun içərisindən çıxartmış və içərisində narkotik vasitə heroin olan həmin bükümü təqdim edib, onun içərisində “kokos” olduğunu bildirərək həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxladığını qeyd etmişdir. Daha sonra ona və digər iştirakçılara həmin narkotik vasitənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin “Prima” markalı siqaret qutusu ilə birlikdə həmin zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Sonda əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayorudur. Göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 7-də qeydiyyatda olan və Şəki şəhəri Güləhli küçəsi 2-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğm və düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə Şəki şəhər sakini Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, məlumat daxil olandan sonra həmin tarixdə də o, məlumatın doğru olub-olmamasını yoxlamaq üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə rəsmi raportla rəhbərliyə xahiş etmiş, bundan sonra onun və İTB-nin sahə rəisi, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bu barədə qərar qəbul edilmiş və şöbə rəhbərliyi tərəfindən qərar təsdiq edilmişdir. Daha sonra şöbə rəhbərliyindən razılıq aldıqdan sonra tərəfindən əməliyyat axtarış təbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərar barədə rayon məhkəməsinə və rayon prokuroruna yazılı məlumat verilmişdir. Həmin tarixdə xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində Şəki şəhərində olan avtovağzalın aşağı hissəsində saxlanılaraq Şəki ŞRPŞ-nə gətirmişlər və bu barədə də rəisə rəsmi raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması ilə bağlı təhqiqatçısı, polis baş leytenantı Natiq Əzimov tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra onun üzərində videoçəkilişlə onların, müdafiəçisinin və onun iştirakı ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə keçirilən yer Şəki şəhər rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı, polis baş leytenantı Natiq Əzimovun xidməti iş otağı olmuşdur. Şəxsi axtarış aparılarkən videoçəkiliş aparıldığı, iştirakçıların, müdafiəçinin və Təqsirləndirilən şəxs videoçəkilişə etirazları olub-olmadığı soruşulmuş, videoçəkilişə etirazlarının olmadığını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs, iştirakçıların hər birinə hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hər hansı bir cinayət xarakterli əşya və ya predmet olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd üzərində “Prima” sözləri yazılmış göy və ağ rəngli siqaret qutusunu masanın üzərinə qoymuş, başqa heç nə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki, göy rəngli şalvarının bel nahiyyəsində, şalvarının sağ və sol yan ciblərinə, arxa sağ və sol yan ciblərində şəxsi axtarış aparılmış, başqa heç nə aşkar edilməmişdir. Bundan sonra ona masanın üzərinə qoyduğu əşyanı təqdim etməsi təklif olunmuş, o, buna etiraz etməmişdir. Oruc masanın üzərinə qoyduğu üzərində “Prima”sözləri yazılmış göy-ağ rəngli siqaret qutusunun içərisində olan gümüşü rəngli bükülüdə olan narkotik vasitəyə bənzər kütləni göstərərək onun narkotik vasitə, “kokos” olduğunu bildirmişdir. Həmin narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə təhqiqatçı tərəfindən ekspertiza tədqiqatına göndərilməsi üçün siqaret qutusu ilə birlikdə ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra həmin gümüşü bükülü içərisində olan narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə ilə birlikdə zərfə qoyulmuş, zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürlə möhürlənmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və videoçəkiliş protokol tərtib edilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış zamanı Sony markalı videokameradan istifadə edilmiş, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Protokolun düzgünlüyünü o və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs protokolun tərtibi ilə bağlı etiraz və vəsatəti olmamışdır. ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Şahid1 xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin dəftərxanasına ərizə təqdim edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatlara oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oruc onun birinci həyat yoldaşından olan böyük oğludur. Onun anası ilə boşanmışlar. O, yenidən Sabirabad rayonundan evlənmiş və 6 ildir ki, Sabirabad rayonu Suqovuşan kəndində ikinci həyat yoldaşı ilə birgə yaşayır və ikinci nikahdan 5 yaşında bir qızı vardır. Oruc Bakı və Şəki şəhərində tək yaşayır. Anası və bacısı, qardaşı ilə birgə Türkiyədə yaşayırlar. Oruc ünvan 10 D ünvanında qeydiyyatda olsa da tez-tez Şəkiyə, yəni ünvan 5 ünvanına gedib-gəlir. O, bildmişdir ki, 2020-ci ilin may ayının axırında oğlu Oruc bacısı Məhparə ilə birgə onun doğulduğu ünvan 5 ünvanında yerləşən evinə istirahət etmək məqsədilə gəlmişlər. Bu barədə bacısı ona demişdir. xx xxxx 2020-ci il tarixdə axşam saat 23:00 radələrində bacısı ona zəng edib demişdir ki, Orucu polislər həbs ediblər. Səbəbini soruşanda demişdir ki, səbəbini bilmir. Belə olub sabahısı günü, yəni xx xxxx 2020-ci il tarixdə o, Şəki ŞRPŞ-nə gəlmişdir. Burada polislər ona izah etmişlər ki, oğlu Oruc narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuş, üzərində narkotik vasitə hesab edilən heroin saxlamış və həmin heroin üzərinə baxış keçirilən zaman aşkar edilib götürülmüşdür. Bundan sonra həmin gün oğlu Oruc təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində müstəntiq Araz Vəlizadə tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbiri seçilərkən oğlu Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtləri izah edilmiş, ona izah edilmişdir ki, polisin, məhkəmənin və ya prokurorun çağırışlarına vaxtı-vaxtında gəlməlidir. Bildirilmişdir ki, o, Şəki ŞRPŞ-nin Növbətçi Hissəsində qeydiyyata götürüləcək və gün təyin olunacaq. Həmin gün də gəlib Növbətçi Hissədə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən şəxslərin qeydiyyat kitabına gəlməsi və qeydiyyatdan keçməsi barədə imza edəcəkdir. Həmçinin oğluna izah edilmişdir ki, qətimkan tədbirinin tələblərini pozduğu halda onun barəsində daha ciddi qətimkan tədbiri, hətta həbs də seçilə bilər. Oğlu Oruc qətimkan tədbirinin şərtlərini anladığını bildirmiş, bundan sonra Şəki ŞRPŞ-dən çıxmışlar. Orucu götürüb evə getmişdir. Sabahısı günü səhər tezdən o, Sabirabada, bacısı və Oruc isə Bakı şəhərinə getmişlər. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il və bundan əvvəlki tarixlərdə narkotik vasitələrdən istifadə etməsindən və həmin narkotik vasitələri üzərində saxlayıb daşımasından əvvəlcədən xəbəri olmadığını bildirmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış və maddi sübutun götürülməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli şalvarın sol yan cibindəki “Prima” markalı siqaret qutusunun içərisində olan 01 (bir) ədəd giımüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə, heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizanın xx xxxx 2020-ci il tarixli 17/337 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,197 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Narkotik vasitənin 0.05 qramı tədqiqata sərf olunmuş 0.147 qram qalıq qalmışdır. İşdə olan Şəki RMX-nin Narkoloji şöbəsinin xx.xx.2020-ci il tarixli 228A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyindən opoidlərin (heroin) qəbulu faktı aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Narkoloji Dispanserindən daxil olmuş xx.xx.2020-ci il tarixli 2260 nömrəli məktubdan görünür ki, ünvan 11 ünvanında qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixindən opoidlərin (heroin) qəbulundan yaranan psixi və davranış pozuntuları diaqnozu ilə Bakı şəhəri Narkoloji Dispanserində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X2 Şəxsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 4539 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 12 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanası X3 müalicədə olmayıb. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 704 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 457 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və komağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (AR.SN-nin Respublika Psixiatriya X2 Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4539 saylı arayış, Bakı şəhəri Narkoloji Dispanserindən verilmiş xx.xx.2020-ci il tarixli 2260 saylı arayış,) anamnastik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa güclü cavab reaksiyası verməsi, əvvəllər əsəbilik zamanı özünə xəsarət yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyəıin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb- biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İşdə olan Bakı şəhəri Yasamal RİH-nin Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil Kommunal İstismar Sahəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 720 nömrəli arayış və xasiyyətnamədə göstərilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən də ünvan 13 ünvanında daimi qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində Təqsirləndirilən şəxs barəsində Yasamal rayonu MKTB-nin 32 saylı Mənzil Kommunal İstismar Sahəsinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş üzrə DİN-nin BƏSİİ-dən xx.xx.2020-ci il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21:15-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx xxxx 2020-ci il tarixli, 633 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Şəki ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi aşkardır. Bu iş üzrə toplanmış və tədqiq olunmuş sübutlarla, ekspertiza rəylərinin, təqsirləndirilən şəxsin özünün etirafedici və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs əməlində Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əssən Heroinin yuxarı həddi 0.15 qram, küllü miqdar isə 2 qram kimi göstərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin miqdarı 0,197 qram olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0.197 qram heroin Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, CM-nin 234.1-ci maddəsi üzrə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə onun üzərinə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun artıq Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Narkomaniyadan məcburi müalicə müalicə aldığı müddətdə Müəsisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab edilməli və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 0.147 qram qram narkotik vasitə hesab olunan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 69.10 manat -məhkəmə bioloji ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, iki ilaltı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək “şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı” ikigün müddət həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş iki ilaltı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq iki il beş ay iyirmialtı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış iki il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun artıq Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Narkomaniyadan məcburi müalicə aldığı müddətdə Müəsisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab edilsin və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 0.147 qram qram narkotik vasitə hesab olunan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 69.10 manat -məhkəmə bioloji ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-61/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-61/2020
02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver