Məhkəmə qərarları › İş №1(075)-61/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-61/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-61/2021 24.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Hümmətov Şahvəddin Kamal oğlunun və onun müdafiəçisi Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1975-ci ildə Şəki rayonu, Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, epidemiya əleyhinə və karantin rejimlərini pozaraq yeni növ koronavirus (COVİD19) infeksiyasının yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki, o, səhhətində yaranmış narahatlıqlara görə 03 dekabr 2020-ci il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X2 götürülən test nümunəsinin pozitiv (+) olması müəyyən edildikdən sonra o, 04.12.2020-ci il tarixdən başlamaqla 14 gün müddətində yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən evində karantin nəzarətinə götürülməklə ev şəraitində müalicəsi üçün karantin nəzarətində olmasına, bununla bağlı 05.12.2020-oi il tarixdə İTS.GOV.AZ ünvanından istifadəsində olan 050- ***-**-** mobil nömrəsinə xəbərdarlıq mesajı göndərilməsinə baxmayaraq, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq, yoluxmuş olduğu yeni növ koronavirus (COVİD 19) infeksiyasının hava-damcı yolu ilə yayılması, digər şəxslərlə sosial məsafənin qorunması, infeksiyaya yoluxmuş şəxslərin digər şəxslərlə birbaşa təmasda olmaması kimi xüsusatları bildiyi halda o, 13 dekabr 2020-ci il tarixdə saat 13:00 radələrində yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən evindən özünə məxsus Mersedes markalı **-SE-*** dövlət qeydiyyat nişanlı aviomobili ilə çıxaraq Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən, deməsinə görə, istintaqa məlum olmayan, avtomobil təmiri ustasına gedərək Şəki rayon, Aşağı Göynük kənd ərazisində 30 dəqiqə müddətində olub epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla yoluxmuş olduğu yeni növ korovavirus (COVİD 19) xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla cinayət əməlini törətmiş, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD 19) infeksiyasi ilə yoluxma faktı təsdiq olunmuş şəxslər və onlarla təmasda olmuş şəxslərlə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən görüləcək tədbirlərə dair Nazirlər Kabinetinin 21.07.2020-ci il tarixli, 377s nömrəli sərəncam ilə təsdiq edilmiş tövsiyələrə əsasən keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvana qaytarılması təmin edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla özünü və ailəsini dolandırır. 03 dekabr 2020-ci il tarixdə səhhətində narahatlıqlar olduğu üçün yoxlanmaq məqsədilə Şəki şəhərində yerləşən “İnvitro” özəl müalicə yerinə getmişdir. Orada müayinə olunmaq üçün əvvəlcə “Covid 19” testindən keçirməyi, müayinə nəticəsi neqativ çıxdığı halda müalicə olunacağını bildirmişlər. Buna görə də həmin gün Şəki RMX-na gedərək “Covid 19” virusundan yaxma üsulu ilə test vermişdir. Bundan sonra isə yaşadığı evə getmişdir. Səhəri günü, yəni 04 dekabr 2020-ci il tarixdə Şəki rayon Aşağı Göynük kəndinin həkimi Muxtar ona zəng edərək test nəticəsinin pozitiv olmasını demiş, buna görə də 14 gün müddətinə yaşadığı evi tərk etməməyi barədə xəbərdarlıq etmişdir. Bundan sonra isə həmin günlər ərzində yaşadığı evi tərk etməmişdir. Lakin 13 dekabr 2020-ci il tarixdə təxminən nahar vaxtında özünə məxsus Mersedes markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdirmək qərarına gəlmişdir. Bu məqsədlə avtomobili ilə yaşadığı evi tərk edərək Şəki rayon Aşağı Göynük kənd ərazisində olan ustaların birinin yanına getmişdir. Lakin həmin vaxt ustaların rayon ərazisində olan karantinlə bağlı işləmədiklərini görmüşdür. Həmin vaxt bir nəfər polis əməkdaşı zəng edib harada olduğunu soruşduqda o, kənd ərazisində olduğunu demişdir. Bir müddət sonra isə bir neçə polis əməkdaşı ona yaxınlaşmış, Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Abdulla Xəlilov kimi təqdim edib “Covid 19” virusunun xəstəsi olub olmadığını soruşduqda o, 04.12.2020-ci il tarixdən həmin virusun xəstəsi olduğunu bildirmişdir. Bundan sonra müstəntiq ona karantin qaydasını pozduğu üçün hazırda olduğu yerə baxış keçiriləcəyini bildirmişdir. Daha sonra isə baxışda iştirak etmək üçün 2 nəfər, əvvəllər tanımadığı hal şahidləri dəvət edilmişdir. Müstəntiq həmin hal şahidlərinə baxışın keçirilməsinin səbəbini izah etdikdən sonra hüquq və vəzifələri izah edib aralarında ədavət və düşmənçiliklərinin olub olmadıqlarını soruşduqda onlar “xeyr" deyə cavab vermişdir. Həmçinin eyni sualı müstəntiq verdikdə o, da baxışda iştirak edən şəxslər ilə arasında heç bir ədavət və düşmənçiliyin olmadığını bildirmişdir. Həmin zaman müstəntiq nə vaxt “Covid 19“ testin pozitiv çıxmasını, nəyə görə karantin qaydasını pozaraq evini tərk eldiyi kimi suallar verdikdə bildirmişdir ki, 04.12.2020-ci il tarixdə test nəticəsinin pozitiv olmasını, həmin tarixdən yaşadığı evdə karantin qaydasında müalicə olunduğunu, bu gün isə avtomobili təmir etdirmək üçün çıxmışdır. Müstəntiq bu barədə protokol tərtib etmiş və digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Bundan sonra isə polis əməkdaşlarının müşayiəti ilə özünə məxsus avtomobili idarə edib yaşadığı evə qayıtmış və 18.12.2020-ci il tarixədək bir daha karantin qaydasını pozaraq evi tərk etməmişdir. 18.12.2020-ci il tarixdə Şəki RMX-dan zəng gəlmiş və virus ilə əlaqədar o və ailə üzvlərin karantinin bitməsini və sərbəst formada hərəkət edə biləcəyini bildirmişlər. 13.12.2020-ci il tarixdə evdən çölə çıxan zaman maskadan istifadə etsə də əlcəkdən istifadə elməmişdir. Baxış zamanı həmçinin ondan əvvəl yaxud sonra ona heç bir formada təzyiq və təsir olmadığını, baxışın keçirilməsinə isə heç bir etirazının olmadığını bildirmişdir. Törətmiş olduğu hərəkətdən peşmandır. Göstərmişdir ki, əməlinin ictimai təhlükəliyini dərk etməmişdir. Bütün ömrü boyu qanunlara riayət etdiyini, yaşını nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şöbə rəhbərliyi Covid19 testinin pozitiv olan Şəki rayon sakinlərinin karantin qaydalarına riayət edilməsinə nəzarət edilməsi barədə göstəriş vermişdir. Həmin göstəriş ilə əlaqədar test nəticəsinin pozitiv çıxarı şəxslərin siyahısı üzrə onların mobil nömrələrinə zəng edib karantin qaydalarına əməl edib etməməsi, həmçinin bir sıra hallarda isə yaşadıqları evə getməklə müvafiq yoxlamalar keçirir. 13 dekabr 2020-ci il tarixdə həmin siyahıda olan bir neçə şəxsə zəng etdikdən sonra həmin siyahıdakı, Şəki rayon Aşağı Göynük kənd sakini Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə zəng edib hazırda harada olduğu soruşulduqda o, avtomobilini təmir elətdirməkdən ötrü yaşadığı evi tərk eldiyini, hazırda dərman aldığına görə özünə məxsus Mersedes markalı avtomobil ilə Şəki rayon Aşağı Göynük kənd ərazisinndə olduğunu bildirmişdir. Bu vaxt ona olduğu yerdə avtomobili saxlayıb gözləməsini bildirdikdən sonra bu barədə şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yerə baxış keçirilməsindən ötrü şöbə rəhbərliyi Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi Abdulla Xəlilova göstəriş vermişdir. Bundan sonra isə Abdulla Xəlilov ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə gedilmişdir. Daha sonra müstəntiq baxışda iştirak etməkdən ötrü iki nəfər hal şahidi dəvət edilməsini xahiş etmişdir. Həmin vaxt ətrafda olan əvvəllər tanımadığı, iki nəfər şəxsi "Covid 19“ test nəticəsinin pozitiv olan şəxsin karanlin qaydasım pozaraq yaşadığı evi tərk etməsini buna görə də hazırda olduğu yerə baxış keçiriləcəyini, baxışda hal şahidi kimi iştirak etmək lazım olduğunu bildirib iştirakları üçün ayrı ayrılıqda xahiş etmiş və onlarda razılaşmışlar. Bundan sonra ona, hal şahidlərinə və Təqsirləndirilən şəxs Abdulla Xəlilov özünü təqdim edib baxışda iştirak etmək səbəbini, yəni yaxınlıqda Mersedes markalı avtomobilin sürücüsünün, əvvəllər tanımadığı, sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs “Covid 19" virusunun xəstəsi olduğunu, karanlin rejimini pozaraq yaşadığı evi tərk etməsini və bu halın müəyyən edilməsini, bu məqsədlə hazırda Təqsirləndirilən şəxs aşkar olunduğu yerə baxış keçiriləcəyini bildirib baxışda iştiraka dair etirazın olub olmadığınmı bildirmiş və bu zaman o, hal şahidlərinə, Şahvəddin Hümməlova etirazın olmadığını demişdir. Bundan sonra isə baxışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah etmişdir. Daha sonra isə baxışda iştirak edən şəxslərin əvvəllər bir-birlərini tanıyıb tammaması aralarında ədavət və düşmənçiliyinin olub-olmaması soruşduqda “xeyr“ deyə cavab vermişdir. Bundan sonra isə müstəntiq Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra aşkar olunduğu yeri, yəni Şəki rayon Aşağı Göynük kənd ərazisində onun nə vaxt “Covid 19“ testini verdiyini, nəticəsinin nə olduğunu, əgər pozitiv çıxıbsa yaşadığı evi tərk etməsinin səbəbini, yaşadığı evin ünvanını, xəstəliyi ilə əlaqədar ona xəbərdarlıq edilib edilmədiyini, mobil telefonuna bu barədə “sms” gəlib gəlmədiyini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 dekabr 2020-ci il tarixdə “Covid 19” pandemiyası ilə əlaqədar Şəki RMXda test verdiyini, həmin testinin nəticəsinin “pozitiv” olmasını, bundan sonra isə mobil telefonuna 14 günlük karanlin ilə əlaqədar yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq “sms”-nin gəlməsini, həmçinin kənd həkimi Muxtar həkimin də bu barədə ona bildirməsini, yaşayış evini isə avtomobilini təmir etdirmək üçtin tərk eldiyini göstərmişdir. Bundan sonra ona mobil telefonuna gələn “sms”i təqdim etməsi bildirildikdə o, mobil telefonuna gəlmiş “sms”i sildiyini, buna görə təqdim edə bilməyəciyini bildirmişdir. Bundan sonra isə müstəntiq tərəfindən protokol tərtib edilmiş həmin protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, 13 dekabr 2020-ci il tarixdə saat təxminən 14:00 radələrində yaşadığı evdən çıxıb kənd ərazisində olmuşdur. Kənd ərazisində olan zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək, yaxınlıqda bir nəfər şəxsin “COVİD19” virusunun nəticəsinin pozitiv çıxmasına baxmayaraq yaşadığı evə tərk etməklə karantin qaydasını pozduğunu, bu məqsədlə keçiriləcək baxışda iştirak etməyini ondan xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış və bir qədər getdikdən sonra baxış keçiriləcəyi yerə gəlmişdir. Həmin vaxt baxışda iştirak etmək üçün başqa bir nəfər şəxsidə hal şahidi qismində baxışda iştirak etmək üçün dəvət edilmişdir. Həmin vaxt bir nəfər polis əməkdaşı özünü təqdim edərək Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş-leytenantı Abdulla Xəlilov olduğunu bildirmişdir. Bundan sonra isə baxışda iştirak etmək səbəbini, sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs "Covid 19" virusunun xəstəsi olduğunu, karantin rejimini pozaraq yaşadığı evi tərk etməsini və bu halın polis əməkdaşı tərəfindən müəyyən edilməsini, bu məqsədlə hazırda Şahvəddin Hümməlovun aşkar olunduğu yerə baxış keçiriləcəyini bildirib baxışda iştirakına dair etirazın olub olmadığını demişdir. Bu zaman o və digər hal şahidi etirazlarının olmadığını demişdir. Daha sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müstəntiq baxış keçirməyə başladığını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra aşkar olunduğu yeri, yəni Şəki rayon Aşağı Göyniik kənd ərazisində olduğunu bildirib onun nə vaxt “Covid 19” testini verdiyin, nəticəsinin nə olduğunu, əgər pozitiv çıxıbsa yaşadığı evi tərk etməsinin səbəbini, yaşadığı evin ünvanını, xəstəliyi ilə əlaqədar ona xəbərdarlıq edilib edilmədiyini, mobil telefonuna bu barədə “sms” gəlib-gəlmədiyini soruşduqda Təqsirləndirilən şəxs 04 dekabr 2020-ei il tarixdə "Covid 19" pandemiyası ilə əlaqədar Şəki RMX-da test verdiyini, həmin testin nəticəsinin "pozitiv“ olmasını, bundan sonra isə mobil telefonuna 14 günlük karantin ilə əlaqədar yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq “sms”nin gəlməsini, hazırda “sms”i sildiyinə görə təqdim edə bilməyəcəyini, yaşayış evini isə avtomobilini təmir etdirmək üçün tərk eldiyini bildirmişdir. Bundan sonra isə müstəntiq tərəfindən protokol tərtib edilmiş və tərəfindən həmin protokol imzalanmışdır. Şahid3 23.06.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir Ailə vəziyyəti ilə əlaqədar məhkəmə prosesinə gələ bilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Şahid3 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan 13.12.2020-ci il tarixdə tərtib edilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə karantin rejimi qaydasını pozaraq yaşadığı evi tərk etməsi və Şəki rayonu Aşağı Göynük kənd ərazisində aşkar olunması müəyyən edilmişdir. Bu hal işə əlavə edilmiş fotoşəkillərlə də təsdiq olunur. İşə əlavə edilmiş 16.12.2020-ci il tarixli, 2997 nömrəli “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən daxil olmuş məktubdan görünür ki, Şəki rayon Aşağı Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs 03.12.2020-ci il tarixdə “COVİD 19” infeksiyasma görə müayinə olunmuş və yaxma testinin nümunəsi (+) pozitiv təsdiq edilmiş və təlimat qaydalarına görə 04.12.2020-ci il tarixdən etibarən 14 gün müddətinə evdə təcrid tədbirinə cəlb edilmişdir. Azərbaycan Respublikası Baş Nazirin 21.07.2020-ci il tarixli “Koronavirus (COVİD 19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsi, izlənilməsi və müşahidəsi üzrə tədbirlərin keçirilməsi, monitorinqi və dövlət qurumları arasında əlaqələrdirməsina dair Protokol" təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən təcrid olunma müddəti yaşayış yerində və ya olduğu yerdə təcridolunma başlandığı gündən 14 (on dörd) gün keçdikdən sonra başa çatır. İş üzrə DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış protokolundan görünür ki; 1.“65124_SMS Statistika (Qarşı Abunə) -**********04” adlı fayla daxil olduqda həmin faylın içərisində Ş.Hüınmətova məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan sms mətnləri barədə məlumatların olması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 05.12.2021-ci il tarixdə saat 09:52:26-da “İTS.GOV.AZ."-dan “sms”in gəlməsi müəyyən edildi. Həmin faylın içərisində iş üçün əhəmiyyət kəsb edən digər məlumatlar aşkar edilmədi. 2.“65125 SMS Statistika (Qarşı Abunə)-**********04“ adlı fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. 3.“65624_SMS Məzmun (Qarşı Abunə)-**********04” adlı fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. 4.“65625_SMS Məzmun (Qarşı Abunə)-**********04" adlı fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. 5.“məxsusluq” adlı fayla daxil olduqda ***-***-**-** və ***-***-**-** mobil nömrələrin Təqsirləndirilən şəxs məxsus olması, iş üçün əhəmiyyət kəsb edən digər məlumatların olmaması müəyyən edildi. İş materiallarına əlavə edilmiş DİN-dən daxil olmuş 28.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan 21.12.2020-ci il tarixli, 3037 nömrəli Səki RMX-dan daxil olmuş məktubdan görünür ki, Şəki rayon Aşağı Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Şəki RMX Publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İşdə olan 15.12.2020-ci il tarixli, 783 nömrəli Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Şəki rayon Aşağı Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. İşə əlavə edilmiş 21.02.2021-ci il tarixli Arayış və xasiyyətnamədən görünür ki, Şəki rayon Aşağı Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs həqiqətəndə həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan 03 fevral 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 139-1.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İşdə olan 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi baxış protokolu, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, o, yeni növ koronovirus (COVİD19) infeksiyasına yoluxduğu və bu barədə məlumatlandığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020ci il tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq, təcrid olunduğu yaşayış evindən çıxaraq Şəki şəhər ərazisində insanların arasında olub yoluxmuş olduğu yeni növ korovavirus (COVİD19) xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs “COVİD19” virusu aşkar olunduğu tarixdən etibarən 14 gün müddətində olduğu yer üzrə təcrid olunmalı olduğu barədə məlumat ona həm şifahi formada, həm də mobil telefonuna “sms” göndərməklə verilmişdir. Ümumiyyətlə korovavirus (COVİD19) xəstəliyin yayılması ilə bağlı məlumatlar hər gün mediada işıqlandırıldığından və gündəmdə olduğundan təqsirləndirilən şəxsin təcrid olunmalı olduğunu və insanların arasında olduğu zaman maskadan istifadə etsə belə başqa şəxsləri yoluxdurması təhlükəsinin real olduğunu bilməməsi ağlabatan hesab edilmir. Bir sözlə, məhkəmə Təqsirləndirilən şəxs özünün xəstə olduğunu bildiyi və təcrid olunma ilə bağlı xəbərdarlıq edildiyi halda insanların arasına çıxması yoluxdurma üçün real təhlükə mənbəyi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 139-1.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CMnin 59.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yuxarıda qeyd olunanlarla yanaşı, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ cərimə və azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqda iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar