Məhkəmə qərarları › İş №1(075)-61/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-61/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-61/2023 31.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirаkları ilə xx xxxx 1985-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şəki şəhəri, X10 küçəsi ev 61 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş və X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki, şəxsi istehlak miqdarında narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı Şəki şəhəri, X10 küçəsi ev 61 ünvanında gizlədərək saxlaması, 04 fevral 2023-cü il tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin tarixdə saat 14:00 radələrində Şəki şəhəri, Vaqif İbrahim küçəsində “Şəki store” mağazasının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X9 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol iç döş cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,089 qram olan narkotik vasitə heroin və 1 ədəd kağız bükümdə təmiz çəkisi 41,442 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülməsi, bundan sonra həmin tarixdə keçirilmiş tədbirlərin davamı olaraq Şəki şəhəri, X10 küçəsi ev 61 ünvanına baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin ünvandakı fərdi yaşayış evinin həyətindəki dolabda gizlədib saxladığı bir ədəd sellofan torbada təmiz çəkisi 410 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə onа elаn olunmuş ittihаmdа özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, o, Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş və xx.xx.2022-ci il tarixdə azadlığa buraxılmışdır. 2022-ci ilin sentyabr ayının sonlarında Şəki rayonu Öryət kəndinin ərazisində olan hava limanın yaxınlığındakı kolluq əraziyə getmiş və həmin ərazidə gəzən zaman ətrafındakı bir kol diqqətini cəlb etdiyinə görə o, həmin kola yaxınlaşaraq diqqətlə baxmış və həmin kolun çətənə kolu olduğunu anlamışdır. O, həmin vaxt özü istifadə etmək məqsədi ilə həmin çətənə kolunun üzərindəki quru yarpaqlarından bir qədər toplayıb, üzərində olan sellofan torbaya qoyub, özüylə yaşadığı Şəki şəhəri, X10 küçəsi ev 61 ünvanına aparmış və həmin çətənə bitkisinin yarpaqlarını onları topladıqdan sonra yığdığı sellofan torbada yaşadığı evin həyətində olan, istifadə olunmayan, köhnə dolaba qoyaraq gizlətmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərinə getmiş və elə həmin taksi ilə Mingəçevir şəhərindən Şəki şəhəri istiqamətində yola düşmüş və “Xaldanın kruqu” deyilən yerdə taksidən enib, yolun Şəki şəhərinə gələn istiqamətində dayanacağın qarşısında dayanıb Şəki şəhərinə gələn maşın gözləməyə başlamışdır. Həmin vaxt dayanacağın içərisində yerdə bir ədəd sellofan büküm olduğunu görmüş, həmin büküm diqqətini cəlb etdiyindən götürüb baxdıqda, içərisində iki ədəd kağız büküm olduğunu görmüş, o, həmin büklümlərin də içərilərinə baxdıqda, bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə narkotik vasitə olan tiryək olduğunu görmüş və özü də narkotik vasitə istifadəçisi olduğundan daha sonra istifadə etmək məqsədi ilə içərilərində narkotik vasitələr olan həmin kağız bükümləri həmin sellofan torbanın içərisinə qoyub, əynindəki gündəlik geyindiyi gödəkçənin sol iç döş cibinə qoyaraq özüylə götürmüşdür. Daha sonra isə Şəki şəhərinə gəlmişdir. O, heç kimin xəbər tutmaması üçün içərilərində narkotik vasitələr olan həmin kağız bükümləri gündəlik geyindiyi gödəkçəsinin cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Şəki şəhərində “Şəki store” mağazasının yaxınlığında olan, Şəki Mərkəzi Rayon Xəstəxanasının köhnə binasının həyətinin girişinin qarşısında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşı olmalarını bildirmiş və onu polis şöbəsinə aparmışlar. Şöbədə müdafiəçi Zaur Bayramov və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üstündə şəxsi axtarış aparılmış və üzərində olan “Xaldanın kruqu” deyilən yerdəki dayanacaqdan tapdığı, içərisində 02 ədəd kağız bükümdə narkotik vasitələr olan sellafon bükümü təqdim etmişdir. Bundan sonra həmin sellofan torba açılmış və içərisindəki iki ədəd kağız büküm aşkar olunmuş, həmin kağız bükümlərdən biri açıldıqda içərisindəki narkotik vasitə olan tiryək aşkar olunmuşdur. İçərisində tiryək olan kağız büküm zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra həmin kağız bükümlərdən digəri açıldıqda içərisindəki narkotik vasitə olan heroin aşkar olunmuşdur. İçərisində heroin olan kağız büküm zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra ondan başqa yerdə narkotik vasitə saxlayıbsaxlamadığı soruşulduqda, o, yaşadığı ünvanda narkotik vasitə saxladığını, həmin narkotik vasitəni özü istifadə etmək üçün 2022-ci ilin sentyabr ayında Şəki rayonundakı hava limanının yaxınlığından yığdığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş və o, heç bir vəsatəti və etirazının olmadığını bildirmiş, yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişdirlər. Daha sonra ona yaşadığı ünvana baxış keçirilməli olması bildirilmiş, o, da polis əməkdaşlarına buna etirazının olmadığını bildirmiş, sonra baxış iştirakçıları ona təqdim olunmuş və o, baxış iştirakçılarının heç birinə etirazı olmadığını bildirmişdir. Daha sonra o, müdafiəçisi və digər baxış iştirakçıları ilə birlikdə onun yaşadığı ünvan 6 ünvanına gedilmişdir. Həmin vaxt o, iştirakçılarla birlikdə yaşadığı ünvana daxil olub, evin həyətində istifadə edilməyən köhnə dolabda gizlədərək saxladığı, içərisində 2022-ci ilin sentyabr ayında Şəki rayonu Öryət kəndi ərazisindən yığdığı nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı həmin dolabdan götürüb, baxış iştirakçılarına təqdim etmişdir. Həmin sellofan torba açıldıqda, içərisindəki qurudulmuş marixuana aşkar olunmuş, ondan həmin torbadakı kütlə haqqında soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olan nəşə, yəni qurudulmuş marixuana olduğunu, 2022-ci ilin sentyabr ayında Şəki rayonundakı Aeroporta gedən yolun kənarında yabanı halda bitən bitkidən yığdığını, özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Sonra yaşadığı ünvandan aşkar olunmuş, içərisində qurudulmuş marixuana olan sellofan torba zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişdirlər. Üçüncü qrup əlildir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qurbаnov Kənаn Kаmil oğlu ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Şəki şəhər-rаyon Polis Şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. «Şahin» adlı şəxsin Şəki rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Şahin» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuş, alınmış əməliyyat məlumatına əsasən “Şahin” adlı şəxsin xx.xx.1985-ci il təvəllüdlü, Şəki şəhəri, F.X.Xoyski küçəsi ev 61 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 04 fevral 2023-cü il tarixdə onun rəhbərliyi, Şəki ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şəki şəhəri, Vaqif İbrahim küçəsində “Şəki store” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, ona xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demişdirlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib tədbir görülməsi üçün o, raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi X6ya həvalə edilmişdir. X6 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Zaur Bayramovu seçmiş, bir qədər sonra vəkil Zaur Bayramov gəlmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nin inspektoru vəzifəsində xidmət aparan X4 dəvət edilmiş, daha sonra Qiyam Səfərəliyev gəlmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi Zaur Bayramovun, onun, əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs digər əşyalarla birlikdə gödəkçənin döş cibindən 01 ədəd sellafon torbanı çıxararaq masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir şey aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyaları təqdim etməyi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan torbada nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərindən qayıdan zaman “Xaldanın kruqu” deyilən yerdə dayanacaqdan tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin sellofan torba açılmış və içərisindəki iki ədəd kağız büküm aşkar olunmuşdur. Həmin kağız bükümlərdən biri açıldıqda içərisindəki narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, sonra ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, bu zaman zərfin içərisinin boş olması ona və digər iştirakçılara göstərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitəyə bənzər kütlə olan kağız büküm həmin zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra həmin kağız bükümlərdən digəri açıldıqda içərisindəki narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, sonra ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, bu zaman zərfin içərisinin boş olması ona və digər iştirakçılara göstərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitəyə bənzər kütlə olan kağız büküm həmin zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığını, həmin narkotik vasitəni özü istifadə etmək üçün 2022-ci ilin sentyabr ayında Şəki rayonundakı hava limanının yaxınlığından yığdığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar özünə qaytarıldı. Bundan sonra təhqiqatçı bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş və o, heç bir vəsatəti və etirazının olmadığını bildirmiş, yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişdirlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməli olması bildirilmiş, Təqsirləndirilən şəxs da polis əməkdaşlarına buna etirazının olmadığını bildirmişdir. Sonra baxış iştirakçıları Təqsirləndirilən şəxs təqdim olunmuş və Təqsirləndirilən şəxs baxış iştirakçılarının heç birinə etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Zaur Bayramov və digər baxış iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına gedilmiş, həmin vaxt Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə yaşadığı ünvana daxil olub, evin həyətində istifadə edilməyən köhnə dolabdan 01 ədəd sellofan torbanı götürüb, baxış iştirakçılarına təqdim etmişdir. Həmin sellofan torba açıldıqda, içərisindəki narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin torbadakı kütlə haqqında soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan nəşə, yəni qurudulmuş marixuana olduğunu, 2022-ci ilin sentyabr ayında Şəki rayonundakı Aeroporta gedən yolun kənarında yabanı halda bitən bitkidən yığdığını, özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Sonra ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, bu zaman zərfin içərisinin boş olması ona və digər iştirakçılara göstərilmiş, içərisində narkotik vasitəyə bənzər kütlə olan sellofan torba həmin zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış davam etdirilsə də həmin ünvandan saxlanılması qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmundа ifаdə verərək Qurbаnov Kənаn Kаmil oğlunun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 04 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 04 fevral 2023-cü il tarixdən hesablanmaqla 04 may 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd Prima markalı siqaret qutusu, həmin gödəçənin sol yan cibindən 01 ədəd Nokia 105 markalı mobil telefon və 3 ədəd açar, həmin gödəçənin sol iç döş cibindən 01 ədəd sellofan torbada hər birinin içərilərində narkotik vasitəyə bənzər kütlələr olan 02 ədəd kağız büküm aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan torbanın içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023cü il tarixdə Mingəçevir şəhərindən qayıdan zaman “Xaldanın kruqu” deyilən yerdə dayanacaqdan tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin sellofan torbanın içərisində olan, hər birinin içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümlər, həmçinin, Nokia markalı mobil telefon ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvandakı fərdi yaşayış evinin həyətindəki dolabdan içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd sellofan torba aşkar olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan nəşə, yəni qurudulmuş marixuana olduğunu, 2022-ci ilin sentyabr ayında Şəki rayonundakı Aeroporta gedən yolun kənarında yabanı halda bitən bitkidən yığdığını və özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Daha sonra həmin sellofan torba qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Rəsulov ahin Yusif oğlunun üzərindən aşkar olunmuş heroinə görə ona ittiham verilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş 1 ədəd “Nokia” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş verilmiş əməlliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 313-109/2-5649/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmadı, narkotik vasitənin satışı ilə məşğul olması halı aşkar edilmədi, sözügedən cinayətin törədilməsində başqa şəxs və ya şəxslərlə əlbir olması halı aşkar edilmədi, başqa cinayətlərin törədilməsində iştirakı olması halı aşkar edilmədi, narkotik vasitə və psixotrop maddəni başqa şəxslərlə birlikdə qəbul edib-etməməsini müəyyən etmək mümkün olmamışdır, lakin tərəfimizdən Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun narkotik vasitə və psixotrop maddə aludəçisi olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizanın 05 fevral 2023-cü il tarixli, 17/145 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan narkotik vasitə” sözləri, adlar və imzalar yazılmış zərfin içərsindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 410,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülən narkotik vasitəyə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərsindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,089 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərsindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 41,442 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Qurudulmuş marixuana, heroin və tiryək ayrı-ayrı növ narkotik vasitələr olduğundan onların müqayisəli tədqiqatı (eynilik) aparılmadı. Qeyd: a) Marixuananın təmiz çəkisi – 410,0 qr., tədqiqata sərf edildi – 0,10 qr., qalıq – 409,90 qr; b) Heroinin təmiz çəkisi – 0,089 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 0,039 qr; c) Tiryəkin təmiz çəkisi – 41,442 qr., tədqiqata sərf edildi – 0,100 qr., qalıq – 41,342 qr. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 103,65 manat təşkil edir). İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 10 aprel 2023-cü il tarixli, 606 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən və tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 181 nömrəli rəyində göstərilmişdir ki, Rəsulov X5 davamsız şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F 60.3 xəstəliyi keçirmişdir və hal-hazırda da keçirir. O, hadisə zamanı və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarında olmuşdur, yəni, ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 301 nömrəli məktubda göstərilmişdir ki, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixindən Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Dz: Şəxsiyyətin emosional davamsız pozuntusu F-60.3. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 158 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəki rayon Mərkəzi Xəstəxanasının PHŞ-in həkim narkoloqu tərəfindən göndərilən siyahıya əsasən xx.xx.2016-cı il tarixdən “Kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları. “Asılılıq sindromu” diaqnozu üzrə Mingəçevir şəhər Rayonlararası Nakoloji Dispanserdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə məlumat aşağıdakı kimidir:

1. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3, 221.3, 66.3-cü maddələrinə əsasən Şəki rayon Məhkəməsinin hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

2. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Şəki rayon Məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

3. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Şəki rayon Məhkəməsinin hökmü ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

4. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsinə əsasən Şəki rayon Məhkəməsinin hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə azad edilib. İş materiallarına əlavə edilmiş Şəki şəhər MİS-in xx.xx.2023-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 8 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan tiryək və marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Təqsirləndirilən şəxs CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasının yüngülləşdirici halı kimi qəbul edir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 15-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təsnifatına əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayət hesab olunur. Qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və cinayətlərin residivini məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, CM-yə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (maddə 65.1 və 65.2). CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs artıq “Asılılıq sindromu” diaqnozu üzrə Mingəçevir şəhər Rayonlararası Nakoloji Dispanserdə qeydiyyatdadır. Bundan başqa, Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydasının 3-cü bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Yuxarıda qeyd edilən qaydalara əsasən onun barəsində narkomaniyadan məcburi müalicə təyin oluna bilməz. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəki şəhərrаyon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra çəkisi 409,90 qram olan narkotik vasitə hesab edilən marixuana və tədqiqatdan sonra çəkisi 41,342 qram olan narkotik vasitə hesab edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 103.65 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

Hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olma müddəti cəzа çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 04 fevral 2023-cü il tаrixdən hesаblansın. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzаçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlil olması nəzərə alınaraq narkomaniyadan məcburi mualicə təyin olunmasın və Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şəki şəhər-rаyon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra çəkisi 409,90 qram olan narkotik vasitə hesab edilən marixuana və tədqiqatdan sonra çəkisi 41,342 qram olan narkotik vasitə hesab edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 103.65 (yüz üç manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar