Məhkəmə qərarları › İş №1(075)-62/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-62/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-62/2022 05.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs Kərimova Təranə Cövdət qızının və onun müdafiəçisi Şəki şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 01 iyul 1958-ci ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, аzərbаycаnlı, evli, orta ixtisas təhsilli, işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Kərimova Təranə Cövdət qızının; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə (işə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayətə əsasən təqsirləndirilən şəxs Kərimova Təranə Cövdət qızı “Youtube” sosial şəbəkəsində blogger fəaliyyəti ilə məşğul olan Sərdar Əlibəylinin səhifəsinə daxil olmuş, həmin səhifədən onun əlaqə nömrəsini götürmüş, onunla əlaqə saxlayaraq X31 şəhəri X46 evində uşaqların qidalanması üçün dövlət tərəfindən verilmiş ərzağın bir qisminin uşaqların qidalanmasına sərf edilməməsi, həmin qidaların uşaq evinin drektoru İlhamə Məmmədova tərəfindən satılması, uşaqlara lazımi qaydada qulluq göstərilməməsi, uşaqların bit basması, uşaqların günorta yuxusu zamanı yataq otağında yox, qrup otağında yerdə yatızdırılması, uşaq həkiminin otağı olsa da, özünün olmaması, maaş kartlarının drektorun cibində olması, mühafizəçilərin yerinə 10-12 yaşlı uşaqların oturmaları barədə bilə-bilə həqiqətə uyğun olmayan məktubu (məlumatı) ötürməklə xx.xx.2021-ci il tarixdə “Youtube” sosial şəbəkəsində Sərdar Əlibəyli adlı şəxsin profilində videoçarxda yayınlamış, 2020-ci ilin yay aylarında uşaqları aldadaraq yerdə uzanıqlı vəziyyətdə çəkdiyi şəkilləri də guya uşaqlar yerdə yatızdırılır kimi başlıqla xx.xx.2021-ci il tarixdə Facebook sosial şəbəkəsində yerləşdirərək Şəki şəhər, X46 Evinin müdiri vəzifəsində işləyən X5 barəsində böhtan-yalan xarakterli məlumatlar yaymışdır. Bununla da Kərimova Təranə Cövdət qızı öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Kərimova Təranə Cövdət qızı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 1981-ci ildən Şəki şəhər, X46 Evində 1 akladda tərbiyəçi işləyir. Göstərmişdir ki, işlədiyi müddətdə hazırkı müdir İlhamə Məmmədovadan başqa Tavad və Xuraman adlı müdirlərin dövründə də işləmişdir. Bildirmişdir ki, yeni tikilərək istifadəyə verilmiş Şəki şəhər, X46 Evinin hazırkı şəraiti əvvəlki Uşaq Evinin şəraitindən qat-qat yaxşıdır. Qeyd etmişdir ki, 2013-cü ilədək 1 ştatda tərbiyəçi işləmiş, lakin 2013-cü ildə Şəki şəhəri, X46 Evində əlavə 0,5 akladda da icra edilməli iş yaranmış və həmin iş icra olunması üçün rəsmi olaraq ona həvalə olunmuş və həmin vaxtdan 2021-ci ilin iyul ayına kimi olan müddət ərzində həmin əlavə 0,5 aklad işi o icra etmiş və buna görə əmək haqqına 0,5 aklad işin məvacibi həcmində əlavə əmək haqqı almışdır. Bildirmişdir ki, 2020-ci ildən “Covid-19” pandemiya ilə əlaqədar rəhbərliyin göstərişinə əsasən işə məhdudlaşdırılmış şəraitdə çıxmışdır. 22 iyul 2021-ci il tarixdə Uşaq evinin müdiri X14 onun mobil telefonuna zəng edərək onu işə çağırmış və o da işə gəlmişdir. İ.Məmmədovun iş otağında onunla ikilikdə görüşdüyü vaxt İlhamə Məmmədova ona bildirmişdir ki, uşaq evində yeni tərbiyəçi təyin edilməsi səbəbindən 2013-cü ildə icrası ona həvalə edilmiş həmin 0,5 aklad işi ondan götürüb yeni təyin edilmiş başqa bir tərbiyəçiyə həvalə etmişdir. Həmin vaxt o, İlhamə Məmmədovaya etirazını bildirərək, həmin 0,5 aklad işi başqasına vermək istəmədiyini bildirmiş və İlhamə Məmmədovaya bu hərəkətinin qanunsuz olmasını bildirmiş və aralaraında mübahisə yaranmışdır. Həmin anda İlhaməyə onun uşaq evindəki qanunsuz hərəkətləri ilə bağlı şikayətlər edəcəyini demiş və İlhamə Məmmədovanın iş otağından çıxıb getmişdir. Bundan sonra İlhamənin ondan Şəki ŞRPŞ-nə şikayət etməsini eşitmişdir. Belə ki, Polis Şöbəsindən ona zəng edilərək barəsində şöbəyə şikayət daxil olmasını və buna görə də Şəki ŞRPŞ-nə gəlməli olmasını demişlər. Lakin telefonda polis əməkdaşına demişdir ki, xəstədir, ona görə də polis şöbəsinə gələ bilməyəcəkdir. İ.Məmmədovanın ondan Polis Şöbəsinə şikayət etməsində hiddətlənərək “Youtube” sosial şəbəkəsində axtarış edərkən əvvəllər tanımadığı, təsadüfən blogger fəaliyyəti ilə məşğul olan Sərdar Əlibəylinin sosial səhifəsinə daxil olub, həmin səhifədən onun əlaqə nömrəsini götürüb, ona zəng vurmaqla əlaqə saxlayaraq X31 şəhəri, X46 evində uşaqların qidalanması üçün dövlət tərəfindən verilmiş ərzağın bir qisminin uşaqların qidalanmasına sərf edilməməsi, həmin qidaların uşaq evinin drektoru İlhamə Məmmədova tərəfindən satılması, uşaqlara lazımi qaydada qulluq göstərilməməsi, uşaqların bit basması, uşaqların günorta yuxusu zamanı yataq otağında yox, qrup otağında yerdə yatızdırılması, uşaq həkiminin otağı olsa da, özünün olmaması, uşaq evindəki işçilərin maaş kartlarının İlhamə Məmmədovanın cibində olması, mühafizəçilərin yerinə 10-12 yaşlı uşaqların oturmaları barədə məlumat vermişdir. Bir müddət sonra onun tərəfindən blogger Sərdar Əlibəyliyə verilmiş məlumatlar onun “Youtube” sosial şəbəkəsində sosial səhifəsinə nümayiş etdirilərək elan edilməklə müzakirə edilmişdir. O, özü də həmin səhifəni izləmişdir. Daha sonra əvvəllər uşaq evində onunla birlikdə işləmiş və 2021-ci ilin iyun ayından təqaudə çıxmış Mirvari Əsgərovaya zəng edərək bu haqda ona danışmışdır. Lakin, Mirvari Əsgərovanın həmin söhbətlə bağlı İlhamə Məmmədovaya danışıb-danışmamsı haqqında heç bir məlumat yoxdur. Bundan sonra o, Youtube sosial şəbəkəsində blogger fəaliyyəti ilə məşğul olan, hazırda kim olmasını xatırlamadığı şəxsin səhifəsinə daxil olub, həmin səhifədən onun əlaqə nömrəsini götürüb, əlaqə saxlayaraq həmin şəxsə Şəki şəhəri X46 evində uşaqların günorta saatlarında döşəmədə yatızdırlması barədə məlumat vermiş və günorta saatlarında uşaqların yerdə yatızdırılmasını özündə əks etdirən fotoşəkilləri onun Facebook sosial şəbəkəsində paylaşması üçün “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə həmin şəxsin hazırda xatırlamadığı nömrəsinə göndərmişdir. Həmin blogger isə sonradan həmin fotoşəkilləri öz Facebook səhifəsində paylaşmışdır. Həmçinin göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə İlhamə Məmmədova ona 0,5 akladını ondan götürməsi haqqında məlumat verdiyi vaxt o, İlhamə Məmmədovanı təhqir etməmiş, ailəsi ilə fəaliyyət göstərdiyi müəssisənin altını üstünə çevirməklə tutduğu vəzifədən onu sürüyərək çıxartdiracağını deməmiş ona şər, hədə-qorxu və böhtan xarakterli sözlər deməmişdir. Bu fikirlər tamamilə yalandır. xx.xx.2021-ci il tarixdə İlhamə Məmmədova ona 0,5 akladını ondan götürməsi haqqında məlumat verdiyi vaxt o, İlhamə Məmmədovaya “sən mənə balta çaxdın, gör mən sənə necə balta çaxacam” demişdir. Lakin ona “səni yaşamağa qoymayacam, səni və uşaq evini sosial şəbəkələrdə rüsvay edəcəm” deməmişdir. O, Mirvari Əsgərova ilə söhbət edən zaman X1 0,5 akladını ondan götürdüyünü, buna görə də İlhamə Məmmədovadan şikayət edəcəyini bildirmişdir. Göstərmişdir ki, Şəki şəhəri, X46 evində uşaqların qidalanması üçün dövlət tərəfindən verilmiş ərzağın bir qisminin uşaqların qidalanmasına sərf edilməməsi və uşaq evinin direktoru İlhamə Məmmədova tərəfindən satılması, uşaqlara lazımi qaydada qulluq göstərilməməsi, uşaqların bit basması, uşaq həkiminin otağı olsa da, özünün olmaması, uşaq evində işçilərin maaş kartlarının İlhamə Məmmədovanın cibində olması, mühafizəçilərin yerinə 10-12 yaşlı uşaqların oturmalarını təsdiq edə biləcək hər hansı sübuta malik deyildir və belə bir sübutları məhkəməyə təqdim edə bilmir. Uşaq evində iş vaxtında uşaqların qidalanması üçün dövlət tərəfindən ayrılmış ərzağın miqdarı və növü ilə uşaqların gündəlik qidalandıqları ərzağın miqdarı və növünün eynilik təşkil etməməsinin şahididir. Uşaqların günorta saatlarında döşəmədə yatdırılması hallarını təsdiq edə biləcək fotoşəkilləri isə 2020-ci ilin yay aylarında özü üçün mobil telefonu ilə çəkib saxlamışdır. O, uşaq evindəki uşaqların gündüz saatlarında döşəmədə yatmalarını özündə əks etdirən fotoşəkilləri 2020-ci ilin yay aylarında cəkmiş və həmin hal ilə bağlı dəfələrlə İlhamə Məmmədovaya şifahi şəkildə iradını bildirmiş, lakin, həmin hal ilə bağlı hansısa dövlət orqanına müraciət etməmişdir. 2021-ci ilin iyul ayında İlhamə Məmmədova onun 0,5 akladını ondan götürdükdən sonra o, bundan əsəbiləşərək tanışları ilə İlhamə Məmmədovanın uşaqların hüquqlarını pozması ilə bağlı nə edə biləcəyi haqqında məsləhətləşdiyi vaxt tanışlarından aldığı məsləhətlərdən sonra uşaqların döşəmədə yatmalarını əks etdirən fotoşəkillərin sosial şəbəkədə yayılmasnın ictimai qınağa səbəb olacağı və lazımi dövlət orqanlarının məsələyə münasibət bildirəcəyi qənaətinə gəlmışdır. Buna görə də həmin fotoşəkilləri sosial şəbəkədə yayması üçün bloggerə müraciət etmişdir. İlhamə Məmmədovanın dövlət tərəfindən uşaq evinə verilmiş ərzaqları satması ilə bağlı əlində heç bir sübut olmadığından, bu onun şəxsi fikri olduğundan bununla bağlı heç bir dövlət orqanına müraciət eməmişdir. Uşaqların döşəmədə yatmalarını özündə əks etdirən fotoşəkilləri 2020-ci ilin yay aylarında çəkdiyi vaxt qızlar və oğlanlar eyni otağın müxtəlif tərəflərində, oğlanlar bir tərəfdə, qızlar isə bir tərəfdə toplaşaraq yatmışlar. Oğlan və qız uşaqlarının eyni otaqda olmaqla bilavasitə döşəmə üzərində yatmaları halları Şəki X46 evinin yeni inzibati binaya köçürüldüyü vaxtdan, yəni, 2018-ci ildən baş verir və belə halları ilin bütün fəsillərində olmaqla mütəmadi olaraq davam edir. Uşaqların bilavasitə döşəmə üzərində yatmalarının səbəbi isə yataqların çirklənməməsi üçün İlhamə Məmmədovanın o da daxil olmaqla uşaq evinin bütün əməkdaşlarına verdiyi göstərişdir. Buna görə də o da daxil olmaqla bütün tərbiyəçilər gündüz saatlarında uşaqların öz yataqlarında yatmalarına icazə vermir, uşaqları yalnız qrupun oyun otaqlarında yatızdırırlar. Bildirmişdir ki, sosial şəbəkəyə ötürdüyü məlumatlar və şəkillərlə bağlı Uşaq Evinin hər hansı yuxarı orqanına şikayət etməmişdir. Çünki, onlar şikayətə baxmırlar. İlhamə onda polisə şikayət etdiyi üçün o da əsəbləşmiş və onun acığına yuxarıda göstərdiyi xüsusatları sosial şəbəkədə yayımlanmasına nail olmuşdur. Göstərmişdir ki, Şəki şəhər, X46 Evində yuxarıda göstərdiklərinin hamısı həqiqətdir, böhtan deyildir. Lakin onların həqiqiliyini sübuta yetirə biləcək sübutlara malik deyildir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarından xəbərdardır. Həmin Qərarın müddəalarının hazırkı işə tətbiq oluna biləcəyini bilir, lakin həmin Qərarın müddəalarının hazırkı işə tətbiq edilməsini istəmir. Göstərmişdir ki, hazırkı material üzrə özünü təqsirli bilmir, əməlindən peşman deyildir. İşə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X14 göstərmişdir ki, o, 2013-cü ildən Şəki X46 Evinin müdiri vəzifəsində işləyir. Təranə Kərimova həmin uşaq evində əmək təlimi rəhbəri vəzifəsində işləyir. Onun iş saatı bir aklad olmuş və eyni zamanda tərbiyəçi vəzifəsində əvəzçi olduğu üçün həmin vəzifənin yarım akladını işləmişdir. “Covid-19” pandemiyası zamanı karantin dövrü işçilərin 30 % -i işə gəlmişdir. T.Kərimovanın da 63 yaşı olduğu üçün o, uzun müddət əmək haqqı saxlanılmaqla işə gəlməmişdir. 2021-ci ilin may ayında Uşaq Evinə əvəzçi tərbiyəçi təyin olunduğuna görə həmin ilin iyul ayından Təranə Kərimovadan həmin yarım aklat götürülmüş vəzifəyə yeni təyin olunan şəxsə verilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixdə X32 Evinə dəvət edərək məlumat vermişdir. O, isə bundan qəzəblənərək “Sən mənə balta çaxdın, gör mən sənə necə balta çaxacam, səni yaşamağa qoymayacam, sənin başına oyun açacam, səni o vəzifədə işləməyə qoymayacam, səni və uşaq evini sosial şəbəkələrdə rüsvay edəcəm" deməyə başlamış, həmin vaxt o, Təranə Kərimovadan uşaqlara görə sakit olmasını xahiş etdikdə, o, “Mən sakit danışa bilmərəm, sənə bu qədər söz deyirəm, sən niyə əsəbləşmirsən, kimə arxayınsan” demiş, bundan sonra isə dəhlizdə qışqıraraq həmin sözləri təkrar edə-edə çıxıb getmişdir. T.Kərimovanın hərəkətləri barədə müvafiq akt tərtib edilmiş, lakin yaşlı olduğuna görə əsəbi olduğunu başa düşüb, aktı bir kənara qoymuşdur. Bir neçə gün sonra yəni, xx.xx.2021-ci il tarixdə “Youtube” sosial şəbəkəsində Kərimova Təranə Cövdət qızının X49 Uşaq Evindən narazılıq etməsi barədə məktubu Sərdar Əlibəyli adlı şəxsin profilində videoçarxda yayımlanmışdır. Həmin videoçarxda səslənən, yəni T.Kərimovanın ünvanladığı yazının mətnində bildirilmişdir ki, “X49 Uşaq Evində müxtəlif növ yoluxucu xəstəliklər var, guya işçilərin maaş kartları məndədir və s absurd və həqiqətə uyğun olmayan fikirlər yer almışdır.” Bildirmişdir ki, T.Kərimova 2020-ci ilin yay aylarında uşaqları aldadaraq yerdə uzanıqlı vəziyyətdə çəkdiyi şəkilləri də guya uşaqlar yerdə yatızdırılır kimi başlıqla xx.xx.2021-ci il tarixdə Facebook sosial şəbəkəsində yerləşdirilməsinə nail olmuşdur. Artıq bu pozuntuların, yəni T.Kərimovanın onu təhqir edərək, böhtan atması kimi halların qarşısının alınması üçün aidiyyəti üzrə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma gedərəkən Təranə Kərimova verdiyi izahatında həmin məlumatları və uşaqların yay vaxtı döşəmədə yatmasını əks etdirən fotoları o, özü Yotube kanalında blogger fəaliyyəti ilə məşğul olan şəxsə sosial şəbəkələrdə yerləşdirilməsi üçün göndərdiyini etiraf etmişdir. Şəki ŞRPŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin buna baxmayaraq Kərimova Təranə Cövdət qızı “Youtube" və “Facebook” adlı sosial şəbəkələrdə başqa şəxslərə aid profillərdə paylaşdığı yazılarda onu cinayət törətməkdə ittiham etməklə ona böhtan atmış və həmin məlumatları internet informasiya ehtiyatlarında kütləvi nümayiş etdirilməsinə nail olmaqla şərəf və ləyaqətimi qəsdən alçaltmaqla ona böhtan atmışdır. Bildirmişdir ki, Təranə Kərimova “Youtube” kanalına göndərdiyi məlumatda “Salam Sərdar müəllim mən Şəki X46 evinin müəlliməsiyəm. Sizinlə məsləhət etmək istəyirəm. Uşaq evinin direktoru İlhamə xanım burada həddindən artiq özbaşınalıq edir, qeyri-qanuni işlər gürür, uşaqlara lazimi qaydada qulluq göstərilmir, uşaqların 90%-ni bit basib, yay-qış günorta yuxusu zamanı uşaqları yataq otağinda carpayıda yox qrup otagında yerdə yatızdırırlar, uşaq həkiminin otağı var amma həkimi yoxdur, maaş kartları direktorun cibindədir. Həkim var amma heç kim görməyib tanımır. Maaş cədvəlində yazılanların coxu işləmir, kart deirktorun cibindədir. Qapıda ancaq bir mühafizəçi var o da cox vaxt olmur onların da kartı ondadı. Başqa muhafizəçilərin yerinə 10-12 yaşlı uşaqlar oturur muhafizəçi yerinə, kartı yenə direktor alır”, kimi həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan yazını paylaşaraq, yalan məlumatları kütləvi informasiya vasitəsi olan sosial şəbəkələrdə yayaraq ona böhtan atmış və eyni zamanda ağır cinayətlər törətməkdə ittiham etmişdir. Halbuki, onun müraciətlərindən sonra müvafiq yoxlamalar təşkil olunmuş və T.Kərimovanın qeyd etdiyi xüsusların heç biri öz təsdiqini tapmamışdır. X41 qərəzsiz və vicdanlı olsaydı o zaman barəsində yuxarıda qeyd edilən böhtan, uydurma xarakterli məlumatları dərc etməmişdən öncə araşdırardı. Bundan başqa Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(075)-125/2021 saylı qərarı ilə tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə baxılarkən, 20 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında, habelə qərar qəbul edilən tarixə olan məhkəmə iclasında Kərimova Təranə Cövdət qızı şikayəti ilə bağlı etiraf edərək Yotube kanalında bloqer fəaliyyəti ilə məşğul olan şəxsə şikayət xarakterli müraciət ünvanladığını, müraciətlərində qeyd etdiklərini sadalayaraq, dediklərinin həqiqət olduğunu məhkəmə iclasında olan digər kənar şəxslər qarşısında bildirərək və bununla da bir daha dediklərinin yalan olduğunu bilə-bilə barəsində həqiqətə uyğun olmayan fikirlər söyləməyə davam etmişdir. Ona ünvanlanmış 21 yanvar 2022-ci il tarixli məktuba əsasən cinayət işi üzrə keçirilən məhkəmə iclasının protokolları və iclasın audiyazısı ilə tanış olarkən həmin həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatların həm prorkolda, həm də audiyazıda qeyd olunduğunun şahidi olmuşdur. Bundan başqa şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icrratında olmuş 1(107)-143/2022 saylı iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclasında təkrarən barəsində yalan olduğunu bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar söyləməklə məhkəmə iclasında olan digər şəxslərin qarşısında onu cinayət törətməkdə ittiham edərək, şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatları qərəzli olaraq bir daha söyləmişdir. Təranə Kərimova tərəfindən qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olur. Bununla da Tərnaə Kərimova onu cinayət törətməkdə ittiham edir. Bildirmişdir ki, o, xx.xx.2013-cü il tarixdən Şəki şəhəri X46 Evinin müdiri vəzifəsində işləyir. İşlədiyi müddətdə hər hansı qanun pozuntusuna yol verməmiş, intizam məsuliyyətinə cəlb edilməmişdir. İşinə vicdanla və məsuliyyətlə yanaşmış, tabeliyində olan şəxsi heyətə və məktəbin şagirdlərinə qarşı diqqət və nəzakətlə davranmışdır. Bu qeyd etdiyi faktlar müəssisədə aparılan müxtəlif növ yoxlamaların nəticəsi ilə də təsdiqini tapır. O, yaşadığı rayonda və işlədiyi müsəssisədə kifayət qədər nüfuza və hörmətə sahib şəxsdir. Təranə Kərimova bu hərəkətləri ilə onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuzuna zərər vurmuşdur. Sosial şəbəkələrdə onun haqqında həqiqətə uyğun olmayan məlumatları yayaraq onu ictimaiyyət arasında, işlədiyi müəssisədə və bütün sosial şəbəkədə nüfuzdan salmışdır. Bu əməl nəticəsində o, xeyli əsəb və stress keçirməklə yanaşı, xeyli utanc hissi yaşamışdır. Buna görə də on mənəvi zərər də dəymişdir. Bu səbəbdən də T.Kərimovaya qarşı mülki iddia qaldıraraq ondan 3000 manat mənəvi ziyan əvəzi tələb edir. Göstərmişdir ki, T.Kərimova ilə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən Kərimova Təranə Cövdət qızına CM-nin 147.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahat verərək göstərmişdir ki, o, 2016-cı ilin dekabr ayından Şəki şəhəri X46 evinin baş mühasibi vəzifəsində çalışır. Həmin uşaq evində X14 uşaq evinin müdiri, Kərimova Təranə Cövdət qızı isə əmək təlimi rəhbəri vəzifəsində işləyir. X17 işi 1 akladdır. Bununla yanaşı 2013-cü ildən 2021-ci ilin iyun ayınadək Təranə Kərimova əvəzçi tərbiyəçi vəzifəsini də 0,5 aklad olmaqla əvəz etdiyi üçün həmin vəzifəni də icra etməklə bunun müqabilində əmək haqqında 0,5 aklad işin məvacibi həcmində əlavə almışdır. Bildirmişdir ki, karantin başladıqdan sonra uşaq evinin əməkdaşalarının bir qismi işə gəlmişdir. Təranə Kərimovanın 63 yaşı olduğuna görə karantin başladıqdan sonra maaşı saxlanılmaqla işə cəlb olunmamışdır. 2021-ci ilin may ayında uşaq evinə əvəzçi tərbiyəçi təyin olunduğuna görə bu ilin iyul ayından Təranə Kərimovadan icra etdiyi həmin 0,5 aklad iş götürülüb, uşaq evində əvəzçi tərbiyəçi vəzifəsində yeni təyin olnmuş şəxsə verilmişdir. Təranə Kərimovaya bu barədə məlumat vermək üçün 22 iyul 2021-ci il tarixdə İlhamə Məmmədova onu uşaq evinə dəvət etmişdir.Təranə Kərimova uşaq evinə gəlib İlhamə Məmmədovanın otağına daxil olmuşdur. Həmin vaxt o İlhamə Məmmədovanın iş otağı ilə üzbə-üz yerləşən öz iş otağında tədris işləri özrə müdir müavini X22 ilə birlikdə sənədləşmə işləri ilə məşğul olmuşdur. Hava isti olduğuna görə o, otağının qapısını açıq qoymuşdur. İlhamə Məmmədovanın da iş otağının qapısı açıq olduğundan o , Təranə Kərimovanın danışığını eşitmiş və Təranə Kərimovanın həmin otaqdan çıxıb getməsini görmüşdür. X34 Məmmədovanın iş otağına girdiktən sonra X26 Kərimovaya tərbiyəçi vəzifəsinə yeni təyinat olduğunu, bu səbəbdən onun əvəz etdiyi 0,5 aklad işin ondan götürülüb yeni təyin edilmiş əvəzçi tərbiyəçiyə verildiyini bildirmişdir. Həmin vaxt X34 Məmmədovaya “Sən mənə balta çaxdın, gör mən sənə necə balta çaxacam, səni yaşamağa qoymayacam, sənin başına oyun açacam, səni o vəzifədə işləməyə qoymayacam, səni və uşaq evini sosial şəbəkələrdə rusvay edəcəm, səni bu kresloda oturmağa qoymayacam, uşaq evinin başına it oyunu açacam, səni bu kreslodan sürüyəcəm, efirlərdə, kanallarda, hər yerdə yayacam” - demiş, bu zaman X26 Kərimovaya binada uşaqların olmasını bildirib və sakit danişmasını xahiş etdikdə Təranə Kərimova “Mən əsəbiyəm. Sakit danışa bilmərəm. Sənə bu qədər söz deyirəm, sən niyə əsəbləşmirsən? Kimə arxayınsan?” – demişdir. Bundan sonra işə otaqdan çıxıb, dəhlizdə həmin sözləri təkrarlayaraq çıxıb getmişdir. Həmin vaxt Təranə Kərimovanın bu hərəkətləti barədə akt yazılmış, o da həmin aktı imzalamışdır. Bildirmişdir ki, Şəki şəhəri X46 evində uşaqlar arasında yoluxucu xəstəliklər yoxdur. Uşaqların qidalanmaları və sağlamlıq vəziyyətləri normaldır. Şəki Mərkəzi Rayon xəstəxanasının həkim komissiyası hər 6 ayda bir dəfə uşaq evinin sakinlərini müayinə edir və həmin müayinənin nəticləri ilə bağlı sənəd tərtib edirlər. Son bir il ərzində isə uşaqlarda ümumiyyətlə heç bir ciddi xəstəlik aşkar edilməyib. Şəki şəhəri X46 evində işləyən işçilərin maaş kartları hər bir əməkdaşın özündə olur. Onun da maaş kartı özündədir. Təranə Kərimova ona 2 ildir ki, bu gün üçün hazırladşdığını, yarım akladın əlindən alınacağı halda yuxarıda qeyd edilən hərəkətləri edəcəyi günü gözlədiyini deməmişdir. Uşaq evinin başqa əməkdaşına isə belə sözlər deməsi haqında heç bir məlumat yoxdur. Uşaqların döşəmə və ya divan üzərində yatmalarını əks etdirən fotoşəkillər Şəki şəhəri X46 evinin sakinləridirlər. Lakin, o, bilavasitə həmin uşaqlarla işləmədiyinə görə onların adlarını bilmir. Həmin uşaqların fotoşəkillər çəkilən zaman olduqları yer isə Şəki şəhər qarışıq tipli evinin istirahət otağıdır. Uşaqlar üzərlərində yatdıqları divan, kreslo və döşəklər, həmçinin, üzərlərinə örtdükləri örtüklər də Şəki şəhəri X46 evinə məxsusdur. Şəki şəhəri X46 evində günün nizam qaydasına əsasən 7 yaşadək olan uşaqlar günorta saatlarında, yəni saat 14:00-dan 16:00-dək olan müddət ərzində öz yataq otaqlarında yatırlar, 7 yaşdan 18 yaşadək olan uşaqlar isə öz istək və arzuları nəzərə alınaraq istirahət otaqlarında televiziya izləməklə, kitab oxumaqla, bir-birləri ilə söhbət etməklə və ya başqa şəkildə istirahət edərək asudə vaxtlarını keçirirlər. Hava çəraitinin imkan verdiyi vaxtlarda isə uşaqlara uşaq evinin həyətində də oyun oynamağa icazə verilir. Lakin, heç bir halda uşaqların istirahət otağında bilavasitə döşəmə üzərində yatmalarına yol verilmir. Həmin fotoşəkillərdə uşaqların gündüz saatlarında yatmış vəziyyətində olmalarının, həmçinin həmin fotoşəkillərin kim tərəfindən hansı səbəbdən çəkilməsinin səbəbini bilmir. Şəki X46 evində uşaqların qidalanması üçün dövlət tərəfindən verilən ərzaqlar tam olaraq uşaqların qidalanmasına sərf edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək göstərmişdir ki, o, 2017-ci ilin fevral ayından Şəki şəhəri X46 evinin texniki işçisi vəzifəsində çalışır. Həmin uşaq evində X14 uşaq evinin müdiri, Kərimova Təranə Cövdət qızı isə əmək təlimi rəhbəri vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə təxminən saat 11:00 radələrində o, uşaq evinin təmizliyi ilə məşğul olduğu vaxt yuyucu tozlara ehtiyac olduğunu bildirmək üçün uşaq evinin müdiri İlhamə Məmmədovanın iş otağına getdiyi zaman o, otağın qarşısına çatdıqda, X21 Məmmədovanın iş otağında arxası ona tərəf dayanaraq İlhamə Məmmədovaya “Sən məni yaşamağa qoymadın, mən də səni yaşamağa qoymayacam, səni o vəzifədə işləməyə qoymayacam, səni bu kresloda oturmağa qoymayacam” – dediyini görüb, İlhamə Məmmədovaya yuyucu tozlara ehiyyac olduğunu daha sonra bildirmək qərarına gəlmiş və dərhal oradan getmişdir. O, uşaq evinin yeməkxanasına gedən zaman yolda Təranə Kərimovanın səsini eşitsə də nə dediyini tam olaraq anlamamışdır. Daha sonra Təranə Kərimovanın bu hərəkətləri barədə akt yazılmış, o da həmin aktı imzalamışdır. Bütün bunlardan sonra o, iş yoldaşlarından eşitmişdir ki, 2013-cü ildən 2021-ci ilin iyun ayınadək Təranə Kərimova əvəzçi tərbiyəçi vəzifəsini də 0,5 aklad olmaqla əvəz etdiyi üçün həmin vəzifəni də icra etməklə bunun müqabilində əmək haqqına 0,5 aklad işin məvacibi həcmində əlavə maaş almışdır. Karantin başladıqdan sonra uşaq evinin əməkdaşlarının bir qismi işə gəlmişdir. Təranə Kərimovanın 63 yaşı olduğuna görə karantin başladıqdan sonra maaşı saxlanılmaqla işə cəlb olunmamış, 2021-ci ilin may ayında uşaq evinə əvəzçi tərbiyəçi təyin olunduğuna görə həmin ilin iyul ayından Təranə Kərimovadan icra etdiyi həmin 0,5 aklad iş götürülüb, uşaq evində əvəzçi tərbiyəçi vəzifəsinə yeni təyin olunmuş şəxsə verilmişdir. 22 iyul 2021-ci il tarixdə isə İlhamə Məmmədova bu haqda məlumat vermək üçün X32 evinə dəvət etmiş və bu haqda ona bildirdikdə, Təranə Kərimova əsəbiləşərək İlhamə Məmmədova ilə yuxarıda qeyd edilən şəkildə kobud danımışdı. Şəki şəhəri X46 evində uşaqlar arasında yoluxucu xəstəliklər yoxdur. Uşaqların qidalanmaları və sağlamlıq vəziyyətləri normaldır. Şəki şəhəri X46 evində işləyən işçilərin maaş kartları hər bir əməkdaşın özündə olur. Onun da maaş kartı özündədir. Uşaqların döşəmə və ya divan üzərində yatmalarını əks etdirən fotoşəkillər olan uşaqlar Şəki şəhəri X46 evinin sakinləridirlər. Lakin, o, bilavasitə həmin uşaqlarla işləmədiyinə görə onların adlarını bilmir. Həmin uşaqların fotoşəkillər çəkilən zaman olduqları yer isə Şəki şəhər qarışıq tipli evinin istirahət otağıdır. Uşaqlar üzərlərində yatdıqları divan , kreslo və doşəklər, həmçinin, üzərlərinə örtdükləri örtüklər də Şəki şəhəri X46 evinə məxsusdur. Şəki şəhəri X46 evində günün nizam qaydasına əsasən 7 yaşadək olan uşaqlar günorta saatlarında , yəni saat 14:00-dan 16:00-dək olan müddət ərzində öz yataq otaqlarında yatırlar, 7 yaşdan 18 yaşadək olan uşaqlar isə öz istək və arzuları nəzərə alınaraq istirahət otaqlarında televiziya izləməklə, kitab oxumaqla, bir-birləri ilə söhbət etməklə və ya başqa şəkildə istirahət edərək asudə vaxtlarını keçirirlər. Hava şəraitinin imkan verdiyi vaxtlarda isə uşaqlara uşaq evinin həyətində də oyun oynamağa icazə verilir. Lakin, heç bir halda uşaqların istirahət otağında bilavasitə döşəmə üzərində yatmaqlarına yol verilmir. Həmin fotoşəkillərdə uşaqların gündüz saatlarında yatmış vəziyyətində olmalarının, həmçinin həmin fotoşəkillərin kim tərəfindən hansı səbəbdən çəkilməsinin səbəbini bilmir. Şəki X46 evində uşaqların qidalanması üçün dövlət tərəfindən verilən ərzaqlar tam olaraq uşaqların qidalanmasına sərf edilir. Məhkəmə iclasında pedaqoq X6 iştirakı ilə şahid qismində dindirilmiş X19 izahat verərək göstərmişdir ki, 12 ildir ki, Şəki şəhəri, X46 evində yaşayır. Bildirmişdir ki, köhnə uşaq evində də yaşamışdır. Yeni uşaq evinin şəraitinin əvvəlki köhnə uşaq evinin şəraitindən qat-qat yaxşı olduğunu qeyd etmişdir. Belə ki, yeni uşaq evində həm şərait, həm yeməklər həm də səliqə səhman çox yaxşıdır. Qeyd etmişdir ki, uşaq evində yaşamaqla Şəki şəhəri 17 saylı orta məktəbdə oxuyurlar. Hər tezdən uşaq evinə məxsus olan avtobusla məktəbə gedərək, təxminən saat 13:00 da həmin avtobusla da uşaq evinə qayıdırlar. Bütün müəllimləri, tərbiyəçiləri və dayələri səmimi və mehribandırlar. Qeyd etmişdir ki, Ombudsmandan gələn nümayəndə tərəfindən ona təqdim edilmiş, onun və başqa uşaqların döşəmə və ya divan üzərində yatmalarını əks etdirən fotoşəkillər ilə tanış olmuşdur. Həmin fotoşəkillərdə olan uşaqların kim olmaları ona məlumdur. Fotoşəkillərdə olan uşaqlar Şəki şəhəri, X46 evinin sakinləridirlər. Fotoşəkillərdəki uşaqların bir qisminin üzünün tam görünməməsi səbəbindən onları tanıya bilməsə də, bir neçəsini tanıyır. Tanıdığı uşaqlar özü, X29, X20, X16r. Onun və başqa uşaqların fotoşəkillər çəkilən zaman olduqları yer isə Şəki şəhər qarışıq tipli evinin istirahət otağıdır. Sakini olduğu Şəki şəhəri X46 evində hər gün saat 14:00-dan 16:00-dək olan müddət ərzində özü və həmyaşıdları öz istəklərinə görə istirahət otaqlarında televiziya izləməklə, kitab oxumaqla, bir-birləri ilə söhbət etməklə və ya başqa şəkildə istirahət edərək asudə vaxtlarını keçirirlər. Hava şəraitinin imkan verdiyi vaxtlarda isə uşaqlara uşaq evinin həyətində də oyun oynamağa icazə verilir. Lakin, heç bir halda uşaqların istirahət otağında yatmaqlarına yol verilmir. Həmin fotoşəkillər 2020-ci ildə xatırlamadığı tarixdə çəkilib. Belə ki, həmin gün o, başqa həmyaşıdları ilə birlikdə istirahət otağında olduqları zaman Təranə Kərimova istirahət otağına girib, ona təmiz yataq dəstlərinin saxlanıldığı otağa gedib, oradan 5 ədəd örtük gətirib uşaqlara paylamağını tapşırmış, həmin vaxt o, təmiz yataq dəstlərinin saxlanıldığı otağa gedib, oradan 5 ədəd örtük gətirmiş və uşaqlara paylamışdır. Bundan sonra Təranə Kərimova ona və digər uşaqların bəzilərinə döşəmə üzərində, bəzilərinə isə divan üzərində yatmaqlarını tapşırmışdır. Daha sonra o və digər uşaqlar Təranə Kərimovanın dediyi kimi edərək hər biri müxtəlif yerlərdə yatmışlar. Həmin vaxt onun yuxusu gəlmədiyinə görə yata bilmədiyindən özünü yatmış kimi göstərərək uzansa da, gözucu Təranə Kərimovaya baxmışdır. Bu zaman o, Təranə Kərimovanın əlindəki mobil telefon ilə onun və başqa uşaqların fotoşəkillərini çəkdiyini görmüşdür. Sonra o, uzandığı yerdən ayağa qalxıb, su içmək üçün mətbəxə gedən zaman Təranə Kərimovadan onların fotoşəkillərini çəkibçəkmədiyini soruşduqda, Təranə Kərimova ona öz telefonunda oyun oynadığını bildirmiş və o, telefonun ekranına baxmaq istədikdə, Təranə Kərimova telefonu cibinə qoymuşdur. Bildirmişdir ki, Şəki şəhəri Qarışıq Tiöli uşaq evində qidalanmağından razıdır. O və digər uşaqlar gündə 4 dəfə yemək yeyirlər və hər dəfə də ona istədiyi qədər yemək verilir. Onun sağlamlıq vəziyyəti normaldır. Şəki Mərkəzi Rayon xəstəxanasının həkimləri müxtəlif vaxtlarda uşaq evinə gəlib onu və digər uşaqları müayinə edirlər. Əvvəllər onda heç bir ciddi xəstəlik aşkar edilməyib. Hazırda da sağlamlığında heç bir problem yoxdur. Bildirmişdir ki, heç vaxt olarda bit olmayıb. İş üzrə şahid qismində dindirilmiş X20 və X23 da şahid qismində dindirilən zaman oxşar məzmunda ifadə verərək X9 ifadəsində göstərdiyi xususatları eyni ilə öz ifadəsində təstiq etmişdir. İş materiallarında olan Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X25 tərəfindən 19 avqust 2021-ci il tarixdə çıxarılmış “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan” görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Kərimova Təranə Cövdət qızının barəsində olan cinayət işinin başlanılmasının rədd edilməsi, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən Şəki şəhəri X46 evində həmin uşaq evinin sakini olan uşaqların hüquqlarının pozulması, uşaqların mütəmadi olaraq biləvasitə döşəmə üzərində yatızdırılmaları və başqa qanun pozuntularına yol verilməsi xüsusatları ilə bağlı material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. İşdə olan Şəki şəhər X46 evinin müdiri X5, Şəki şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi X7, Şəki şəhər İcra Hakimiyyəti yanında YYÇİHM üzrə Kommissiyanın məsul katibi, böyük məsləhətçi X10, Şəki şəhər X46 evinin müdir müavini X13, Şəki şəhər X46 evinin psixoloqu X3, Şəki şəhər X46 evinin həmkarlar təşkilatının sədri X11 və Şəki şəhər X46 evinin tibb bacısı X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli “AKT”-dan görünür ki, Kərimova Təranə Cövdət qızının sosial şəbəkədə paylaşdığı şəkillər araşdırılmış, həmçinin onun paylaşdığı digər xüsusatlar öz təsdiqini tapmamışdır. İşdə olan Şəki şəhər X46 evinin 31 nəfər əməkdaşının Şəki şəhər İcra Hakimiyyətinə, Şəki ŞRPŞ-nə və Şəki şəhər ATİHKİH-nın sədrinə ünvanladıqları ərizənin məzmunundan görünür ki, onlar Kərimova Təranə Cövdət qızının yuxarıda qeyd olunan hərəkətlərindən təəssüf hissi keçirərək onu qınamışlar. Məhkəmə tərəfindən sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 17 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Kərimova Təranə Cövdət qızının məhkumluğu yoxdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə görə məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır. Məhkəmə hesab edir ki, Kərimova Təranə Cövdət qızının “Youtube” sosial şəbəkəsində blogger fəaliyyəti ilə məşğul olan Sərdar Əlibəylinin şəhifəsinə daxil olaraq, həmin səhifədən onun əlaqə nömrəsini götürməsi, onunla əlaqə saxlayaraq Sərdar Əlibəyliyə “Şəki şəhəri X46 evində uşaqların qidalanması üçün dövlət tərəfindən verilmiş ərzağın bir qisminin uşaqların qidalanmasına sərf edilməməsi”, “həmin qidaların uşaq evinin drektoru İlhamə Məmmədova tərəfindən satılması”, “uşaqlara lazımi qaydada qulluq göstərilməməsi”, “uşaqların bit basması”, “uşaqların günorta yuxusu zamanı yataq otağında yox, qrup otağında yerdə yatızdırılması”, “uşaq həkiminin otağı olsa da, özünün olmaması”, “işçilərin maaş kartlarının drektorun cibində olması”, “mühafizəçilərin yerinə 10- 12 yaşlı uşaqların oturmaları” barədə bilə-bilə həqiqətə uyğun olmayan məktubu (məlumatı) xx.xx.2021-ci il tarixdə “Youtube” sosial şəbəkəsində Sərdar Əlibəyli adlı şəxsin profilində videoçarxda yayınlamasına nail olması, 2020-ci ilin yay aylarında uşaqları aldadaraq yerdə uzanıqlı vəziyyətdə çəkdiyi şəkilləri də guya “uşaqlar yerdə yatızdırılır” kimi başlıqla xx.xx.2021-ci il tarixdə Facebook sosial şəbəkəsində yerləşdirməsi Şəki şəhər, X46 Evinin müdiri vəzifəsində işləyən X12 böhtan atılması kimi qəbul edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxs Kərimova Təranə Cövdət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirilən və həmin məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Lakin məhkəmə Kərimova Təranə Cövdət qızının altmış dörd yaşında olmasını, ilk dəfə məhkum olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təqsirləndirilən şəxsin və xüsusi ittihamçıların ifadəsi ilə, məhkəmə islasında tədqiq edilmiş fləşkart və diskdə olan materialın sosial şəbəkədə yayımlanması ilə təqsirləndirilən şəxs Kərimova Təranə Cövdət qızının kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında xüsusi ittihamçıya böhtan, yəni yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayması məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Kərimova Təranə Cövdət qızına qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Lakin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Kərimova Təranə Cövdət qızının cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələrin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 28-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Bununla belə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının olmasına baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs Kərimova Təranə Cövdət qızı barəsində ittiham hökmü çıxarılmalı, ona cəza təyin edilməli və “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən cəzadan azad edilməlidir. Xüsusi ittihamçı X14 eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Kərimova Təranə Cövdət qızından mənəvi zərərə görə 3000 manat pulun alinaraq ona verilməsini xahiş etmişdir. O, mülki iddia ərizəsi göstərmişdir ki, Kərimova Təranə Cövdət qızının yuxarıda şərh edilən hərəkətləri nəticəsində əsəbləşmiş, stres keçirmiş, qohum-əqrəba, dost-tanış, kollektivdə və cəmiyyət arasına nüfuzuna xələl gəlmiş, bununla da mənəvi iztirab və əziyyət çəkmişdir. X24 Cövdət qızı onun barəsində yaymış olduğu böhtan xarakterli məlumatların həqiqət olduğunu bildirmiş, qeyd edilən materialı və şəkilləri yaxşı edib yaydığını hər kəsin önündə aşkaranə şəkildə bildirmiş, ona heç kəsin heç nə edə bilməyəcəyini demiş bununla da onun hissiyatı ilə oynamış və bu kimi ifadələr onun psixikasına mənfi təsir göstərmişdir. Bütün bunları nəzərə alaraq mülki cavabdeh Kərimova Təranə Cövdət qızından 3000 manat mənəvi zərər əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Məhkəmə hesab edir ki, mülki cavabdeh Kərimova Təranə Cövdət qızının yuxarıda şərh edilən hərəkətləri nəticəsində mülki iddiaçı əsəbləşmiş, stres keçirmiş, qohuməqrəba, dost-tanış, kollektivdə və cəmiyyət arasına nüfuzdan düşmüş, nüfuzuna xələl gəlmiş, bununla da o, mənəvi iztirab və əziyyət çəkmişdir. Məhkəmə mülki iddiaya qiymət verərək və yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında səpgilənən hüquqi mövqeyi nəzərə alaraq onu qeyd edir ki, cavabdehin maddi ziyanla bağlı mülki məsuliyyəti müəyyən edilərək mülki iddiaçıya maddi ziyanın vurulması məhkəmə iclasında öz təsdiqini tapdığından və iddia edilən mənəvi ziyan da maddi ziyanla bilavasitə bağlı olduğundan şəxsə mənəvi ziyanın vurulması da qaçılmazdır. Belə ki, həqiqətən də mülki cavabdehin böhtan xarakterli qeyri-hüquqi hərəkəti iddiaçının şüurunda hər hansı sarsıntılara səbəb ola bilər və iddia ərizəsində artıq o hala toxunulması mülki iddiaçının hazırda da hüquqa zidd hərəkətlərdən mənəvi əzab çəkməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Ancaq iddiaçının cavabdehin bu hüquqa zidd hərəkətləri nəticəsində səhhətində hər hansı dəyişikliyə məruz qalmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə mənəvi ziyanı 1000 manat həddində müəyyən etməyi məqsədə müvafiq hesab edir. Bu səbəbdən də məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinin iddia tələbində göstərilən həddə, yəni 3000 manat məbləğində təmin edilməsini qanuni və ədalətli əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Kərimova Təranə Cövdət qızından onun mülki iddiaçı X14 barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayması ilə bağlı mənəvi zərərə görə 1000 manat alınaraq iddiaçı X12 ödənilməli, iddia tələbinin qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş 51.40 manat dövlət rüsumu tələb edilmədiyindən mülki iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iş üzrə maddi sübut olan təqsirləndirilən şəxs tərəfindən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanan video görüntünü əks etdirən 1 ədəd fləşkart və 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Kərimova Təranə Cövdət qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Kərimova Təranə Cövdət qızı barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarı tədbiq edilsin və o, 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasından azad edilsin. Cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanan video görüntünü əks etdirən 1 ədəd fləşkart və 1 ədəd disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs X14 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə Kərimova Təranə Cövdət qızından 1000 (min) manat pul tutularaq X5 xeyrinə ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 51.40 manat dövlət rüsumu mülki iddiaçının özünə aid edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm аpelyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar