Məhkəmə qərarları › İş №1(075)-62/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-62/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-62/2023 12.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirаkı ilə xx.xx.2000-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyətlə, əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Kiş kəndində yaşayan Zərərçəkmiş şəxs 4000 (dörd min) manat pul müqabilində oxuduğu Bakı Avrasiya Univeristetinin regionşünaslıq fakültəsində olan kəsrlərinin düzəlməsinə köməklik göstərəcəyinə dair yalan və uydurma vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə, sonuncunun 2022-ci ilin fevral ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə təxminən saat 18 radələrində Şəki şəhəri Heydər Əliyev prospektində yerləşən «Yenilik» marketdə quraşdırılmış milliön ödəniş terminalından onun adına «Leobank» tərəfindən verilmiş …. ******* nömrəli kart hesabına göndərdiyi 1800 manat, 2022-ci ilin fevral ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə təxminən saat 17 radələrində Şəki şəhəri Heydər Əliyev prospektində yerləşən «Yenilik» marketində quraşdırılmış milliön ödəniş terminalından göndərdiyi 200 manat, 2022-ci ilin fevral ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə təxminən saat 14 radələrində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsində yerləşən «Ekonom» marketində quraşdırılmış milliön ödəniş terminalından göndərdiyi 200 manat, 2022-ci ilin fevral ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə təxminən saat 20 radələrində Şəki şəhəri Heydər Əliyev prospektində yerləşən «Yenilik» marketində quraşdırılmış milliön ödəniş terminalından göndərdiyi 150 manat, 2022-ci ilin mart ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə təxminən saat 13 radələrində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsində yerləşən «Ekonom» marketində quraşdırılmış milliön ödəniş terminalından göndərdiyi 200 manat, 2022-ci ilin mart ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə təxminən saat 15 radələrində Şəki şəhəri Heydər Əliyev prospektində yerləşən «Yenilik» marketində quraşdırılmış milliön ödəniş terminalından göndərdiyi 200 manat, 21 mart 2022-ci il tarixdə, saat 12:14 dəqiqədə Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən «Ekonom» marketində quraşdırılmış milliön ödəniş terminalından göndərdiyi 200 manat, 28 mart 2022-ci il tarixdə, saat 17:46 dəqiqədə Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsində yerləşən «Ekonom» marketində quraşdırılmış milliön ödəniş terminalından göndərdiyi 570 manat, 26 aprel 2022-ci il tarixdə, saat 13:30 dəqiqədə Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsində yerləşən «Şəki store» marketində quraşdırılmış milliön ödəniş terminalından göndərdiyi 200 manat və 04 may 2022-ci il tarixdə, saat 09:30 dəqiqədə Şəki şəhəri Heydər Əliyev prospektində yerləşən «Yenilik» marketində quraşdırılmış milliön ödəniş terminalından göndərdiyi 280 manat olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Bakı Avrasiya Univeristetinin Regionşünaslıq fakültəsinə qəbul olunmuşdur. Şəki rayonundan olan Zərərçəkmiş şəxsda onunla eyni qrupda oxumuşdur. Dördüncü kursun sonlarında Aqşin ona kəsirləri olduğunu bildirmişdir. Həmin vaxt Aqşinə istəyəcəyi təqdirdə ona imtahan kəsirləri həll etməyə köməklik edə biləcəyini demişdir. Belə ki, onun Orxan adlı tanışı olmuş, Orxan imtahan kəsirlərini yazdıra bildiyini ona demişdir. Orxanı tanıyır, lakin Orxanın kim olmasını dəqiq deyə bilmir, telefon nömrəsi, harda yaşaması barədə məlumarı yoxdur. Bir neçə gündən sonra Aqşinə bir tanışının olduğunu, onun imtahan kəsirlərini həll etməyə söz verdiyini, lakin həmin işin həll olunması üçün 4000 manat pul istəməsi barədə mesaj yazmışdır.Aqşində ona 2000 manat pulu olduğunu və ona köməklik edə bilərsənmi deyə mesajla cavab vermişdir. Bundan sonra Aqşinə 2000 manatı ona göndərməsi, 2000 manatda özü qoyacağı sonradan onun pulunu qaytarması barədə mesaj yazmışdır. Aqşində onun təklifi ilə razılaşmışdır. Sonra öz adına olan «Leobank»a məxsus kartının şəkilini çəkib Aqşinə atmışdır. Birinci dəfə Aqşin 2022-ci ilin fevral ayının əvvəllərində onun kartına 1800 manat, ikinci dəfə 2022-ci ilin fevral ayının əvvəllərində 200 manat olmaqla ona cəmi 2000 manat pul göndərmiş və zəng edib bu barədə ona məlumat vermişdir. Həmin vaxt Aqşinə «narahat olma sənin kəsirləri həll etməyə başlayacam, səndə qalan pulu hazırla göndər» deyə bildirmişdir. Bundan sonra Aqşin imtahan kəsirlərini həll etməyi üçün 2022-ci ilin fevral ayının ortalarından başlayaraq müxtəlif vaxtlarda bir neçə dəfəyə müxtəlif məbləğlərdə olmaqla onun «Leobank»a məxsus kart hesabına ümumilikdə 2000 manat pul göndərmişdir. Aqşin hər dəfə ona pul göndərəndə zəng vurub bu barədə ona məlumat vermişdir. Sonuncu dəfə Aqşin 04 may 2022-ci il tarixdə onun kart hesabına pul göndərəndə ona zəng vurub bu barədə məlumat vermiş və imtahan kəsirləri ilə maraqlanmışdır. Həmin vaxt Aqşinə narahat olmamasını on fənnə yaxın imtahan kəsirlərini həll etdiyini, qalan kəsirlərinidə yaxın vaxtlarda həll edəcəyini demişdir. Lakin Orxan ona imtahanların qiymətlərini yazdıra bilmədiyindən Aqşinin yanında yalançı olmuşdur. Sonradanda Aqşin bir neçə dəfə ona zəng vurub imtahan kəsirləri ilə maraqlananda ona narahat olmamasını imtahan kəsirlərini həll edən kimi ona xəbər edəcəyini bildirmişdir. O, Aqşinə imtahan kəsirlərini tanışı vasitəsi ilə həll edəcəyini deyib ondan 4000 manat pul aldığını, lakin həmin pulu öz ehtiyaclarına xərclədiyini, sonra Aqşinin pulunu qaytara bilmədiyini bildirmişdir. Həmçinin göstərmişdir ki, 4000 manat ziyandan, o, artıq 1250 manatını zərərçəmiş şəxsə ödəmiş, və Aqşinlə barışmışdır. Əməlindən peşmandır, qalan borcunu işləyib ödəmək üçün ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 2018-ci ildə Bakı Avrasiya Univeristetinin Regionşünaslıq fakültəsinə qəbul olunmuşdur. Dördüncü kursda 30 fənn üzrə kəsrləri olmuşdur. Oxduğu unverisitetin digər qrupunda olan tanışı Təqsirləndirilən şəxs ilə vhatsap proqramı ilə mesajlaşan zaman Saleh ona 30 fənndən kəsrləri olduğunu, istəyəcəyi təqdirdə kəsrlərini düzəltməkdə ona köməklik edə biləcəyi, ancaq bunun üçün 4000 manat pul lazım olması məzmununda mesaj yazmışdır. Həmin vaxt Salehə 2000 manat pulu olması və köməklik edə bilərsənmi deyə mesajla cavab vermişdir. Salehdə ona «sən onda 2000 manatı mənə göndər, 2000 manatda özüm qoyaram sonra sən mənim pulumu qaytararsan» məzmununda mesaj yazdığı üçün onun təklifi ilə razılaşmışdır. Birinci dəfə 2022-ci ilin fevral ayının əvvəllərində saat 18 radələrində Şəki şəhəri H.Əliyev prospektndə yerləşən «Yenilik» marketdə quraşdırılmış milliön ödəniş terminalından Təqsirləndirilən şəxs ona vhatsap proqramı ilə şəkilini atdığı öz adına olan kart hesabına 1800 manat, ikinci dəfə 2022-ci ilin fevral ayının əvvəllərində saat 17 radələrində Şəki şəhəri H.Əliyev prospektndə yerləşən «Yenilik» marketdə quraşdırılmış milliön ödəniş terminalından Təqsirləndirilən şəxs kart hesabına 200 manat olmaqla ona cəmi 2000 manat pul göndərmiş və zəng edib bu barədə Salehə məlumat vermişdir. Salehdə ona narahat olmamasını, 2000 manatda özünün qoyub onun kəsrlərini həll edcəyini bildirmişdir. Bundan sonra imtahan kəsrlərini həll etməsi üçün üçüncü dəfə 2022-ci ilin fevral ayının ortalarında təxminən saat 14 radələrində Şəki şəhəri, M.Rəsulzadə küçəsində yerləşən «Ekonom» marketin qarşısında quraşdırılmış milliön ödəniş terminalından Təqsirləndirilən şəxs kart hesabına 200 manat, dördüncü dəfə 2022ci ilin fevral ayının sonlarında təxminən saat 20 radələrində «Yenilik» marketdə quraşdırılmış milliön ödəniş terminalından 150 manat, beşinci dəfə 2022-ci ilin mart ayının əvvəllərində təxminən saat 13 radələrində «Ekonom» marketin qarşısında quraşdırılmış milliön ödəniş terminalından 300 manat, altıncı dəfə 2022-ci ilin mart ayının ortalarında təxminən saat 15 radələrində «Yenilik» marketdə quraşdırılmış milliön ödəniş terminalından 200 manat olmaqla pul göndərmiş və Salehə pul göndərəndə hər dəfə ona zəng vurub məlumat vermişdir. Saleh ona narahat olmaması on fənnə yaxın imtahan kəsrlərini həll etdiyini, qalan kəsrlərinidə yaxın vaxtlarda həll edəcəyini bildirmişdir. Bir müddətdən sonra yəni 2022-ci ilin iyun ayının əvvəllərində Salehə zəng vurub imtahan kəsrləri ilə maraqlandıqda Salehdə ona kəsrlərinin çox hissəsini həll etdiyini, az bir hissəsinin qaldığını onlarıda yaxın vaxtlarda həll edəcəyini demişdir. Sonradan Salehin imtahan kəsrlərini həll edəcəyi adı ilə onu aldatdığını başa düşdüyü üçün DİN-nin 102 xidmətinə zəng vurub Salehin imtahan kəsrlərini düzəltməsinə köməklik edəcəyi adı ilə aldadıb ondan 4000 manat pulunu alması barədə məlumat vermiş, həmçinin eyni məzsunlu ərizə ilə Şəki polis şöbəsinə şikayət etmişdir. Saleh ona imtahan kəsrlərini Bakı şəhərində tanışının vasitəsi ilə həll edəcəyinə söz verdiyini, lakin Salehin tanışının kim olduğunu ona demədiyini, Salehin imtahan kəsrlərini həll etmək üçün ondan 4000 manat pul istədiyi üçün ödəniş terminalı ilə müxtəlif vaxtlarda onun kart hesabına Şəki şəhərindən cəmi 4.000 manat pul göndərdiyini bildirmişdir. Sonda bildirmişdir ki, Saleh ona 1250 manat pul qaytarmışdır, qalan pulu da, ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə bildirmişdir ki, oğlu Aqşin 2018-ci ildə Bakı Avrasiya Univeristetinin Regionşünaslıq fakültəsinə qəbul olunmuşdur. Dördüncü kursda oğlu Aqşin ona 30 fənndən kəsrləri olduğunu, oxduğu unverisitetdə qrup yoldaşı Təqsirləndirilən şəxs ilə danışdığını, Saleh onun imtahan kəsrlərini 4000 manat pula düzəldə biləcəyini dediyini bildirmişdir. Aqşin ona Salehi tanıdığını, qrup yoldaşı olduqlarını Salehin onu aldatmayacağını bildirmişdir. Ona görə oğluna imtahan kəsrlərini həll etməsi üçün əvvəl 1800 manat pul vermişdir. Aqşində həmin pulu 2022-ci ilin fevral ayının əvvəllərində Şəki şəhərindən ödəniş terminalından Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına göndərmişdir.Sonra oğlu Aqşinə Salehə imtahan kəsirlərini düzəltmək üçün ikinci dəfə bir neçə gün sonra 200 manat pul vermişdir. Oğluda həmin pulu Şəki şəhərindən ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. X3 qalan pulu istədiyi üçün 2022-ci ilin fevral ayının ortalarından 2022-ci ilin may ayının 04-dək müxtəlif vaxtlarda oğlu Aqşinə üçüncü dəfə 200 manat, dördüncü dəfə 150 manat, beşinci dəfə 200 manat, altıncı dəfə 200 manat, yeddinci dəfə 570 manat, səkkizinci dəfə 200 manat və sonuncu dəfə isə 280 manat pul olmaqla cəmi 4000 manat pul vermişdir. Oğluda həmin pulları Şəki şəhərindən ödəniş terminalı vasitəsi ilə müxtəlif vaxtlarda Salehin kartına göndərmişdir. Aqşində pulu hər dəfə Salehə göndərəndə ona zəng vurub pulu göndərdiyini demişdir. Salehdə oğluna narahat olmamasını, onun imtahan kəsrlərini həll edib ona məlumat verəcəyini bildirmişdir. Sonradan oğlu Aqşin Sahehə zəng vurub imtahan kəsirləri ilə maraqlananda Saleh hər dəfə oğluna narahat olmamasını, imtahan kəsirlərinin bir hissəsini həll etdiyini, qalan kəsrləridə yaxın vaxtlarda həll edəcəyini demişdir. Bir müddətdən sonra yəni 2022-ci ilin oktyabr ayının sonlarında oğlu Aqşin Salehə zəng vurub imtahan kəsrləri ilə maraqlanmış, Salehdə oğluna hələ kəsrləri tam yazdıra bilmədiyini hazırlayan kimi özünün ona xəbər verəcəyini bildirmişdir. Sonradan Saleh telefonunu bağladığına görə oğlu Aqşinə Salehin onu aldatdığını, pulunun batacağını, onun diplomunu verməyəcəyini və vaxtında polisə şikayət etməsini demişdir. Bundan sonra oğlu Aqşin DİN-nin 102 xidmətinə zəng vurub Salehin imtahan kəsrlərini düzəltməsi adı ilə aldadıb ondan 4000 manat pulunu alması barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş 22 mart 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə saat 12:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 23 mart 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 23 mart 2023-cü il tаrixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saat 17:50-də MSY-dən azad edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Şəki Çəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nin ərazisində saxlanılaraq tutulmuş və X2 yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən göründüyü kimi Zərərçəkmiş şəxs Bakı Avrasiya Univeristetinin regionşünaslıq fakültəsində olan kəsrlərini düzəlməsi üçün Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 21 mart 2022-ci il tarixdə, saat 12:14 dəqiqədə Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən «Ekonom» marketində quraşdırılmış milliön ödəniş terminalından 200 manat, 28 mart 2022-ci il tarixdə, saat 17:46 dəqiqədə Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsində yerləşən «Ekonom» marketində quraşdırılmış milliön ödəniş terminalından 570 manat, 26 aprel 2022-ci il tarixdə, saat 13:30 dəqiqədə Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsində yerləşən «Şəki store» marketində quraşdırılmış milliön ödəniş terminalından 200 manat və 04 may 2022-ci il tarixdə, saat 09:30 dəqiqədə Şəki şəhəri Heydər Əliyev prospektində yerləşən «Yenilik» marketində quraşdırılmış milliön ödəniş terminalından 280 manat olmaqla 1250 manat pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş «Tərtər Rayon Mərkəzi Xəstəxanası» X6 27 yanvar 2023-cü il tarixli, PHŞ-6-60/2-68/2023 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanası» X6 narkoloji və psixo-nevroloji kabinetində disponserdə qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Tərtər şəhər İƏD nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Ona vurulan 4000 manat ziyandan 1250 manatı ödənilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmış və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü (73-1.1) maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin ibtidai istintaqının tamamlanaraq xx.xx.2023-cü il tarixdə Neftçala rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə, ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayətini ehtiva edir. Yuxarıda qeyd olunanları əsas götürən məhkəmə, araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, o cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin aldığı pulu məlumat verə bilmədiyi Orxan adlı şəxsə verərək zərərçəkmiş şəxsin qiymətlərinin yazdırılması niyətinin olmasına dair ifadəsinə məhkəmə tənqidi yanaşır və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən və zərərçəkmiş şəxslə barışmasını isə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxsin şəxsiyyətini əsas götürərək onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onun 22 mart 2023-cü il saat 12:00-dan 23 mart 2023-cü il saat 17:50-dək tutulduğu, həmçinin 19 sentyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında həbsdən azad edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Tərtər rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının icrasına nəzarət yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi ziyanın qismən ödənilməsi, mülki iddianın, maddi sübutun, ekspertiza xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 mart 2023-cü il saat 12:00-dan 23 mart 2023-cü il saat 17:50-dək tutulduğu vaxt 24 saatdan artıq olduğu üçün 2 gün, eyni zamanda Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 23 gün, ümumilikdə 25 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Tərtər rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarətim altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi maddi sübutun, ekspertiza xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkuma hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar