Məhkəmə qərarları › İş №1(075)-62/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-62/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-62/2025 06.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X6 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının İV kurs tələbəsi, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Şin kəndində yaşayan Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pul müqabilində onun müəllimlərin diaqnostik qiymətləndirilməsindən toplamış olduğu balın artırılaraq keçid baldan yuxarı olmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 17 iyul 2024-cü il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən avtovağzalın yaxınlığında 3000 (üç min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 (üç min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Şin kəndində yaşayan Zərərçəkmiş şəxs2 3000 (üç min) manat pul müqabilində onun müəllimlərin diaqnostik qiymətləndirilməsindən toplamış olduğu balın artırılaraq keçid baldan yuxarı olmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 20 iyul 2024-cü il tarixdə, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 11 saylı tam orta məktəbin yaxınlığında onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid vasitəsilə 1500 (bir min beş yüz) manat pulu, 2024-cü ilin iyul ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən avtovağzalın yaxınlığında Zərərçəkmiş şəxs2 özündən 1500 (bir min beş yüz) manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3000 (üç min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, onlayn formada votsapp tətbiqində kurikulum dərsləri keçmiş, Zərərçəkmiş şəxs1 da onun yaratdığı votsapp qrupuna qoşulmuş, ona da onlayn şəkildə kurikulum və riyaziyyat fənnindən dərs keçmişdir. Dərs keçməyinin müqabilində aylıq 20 (iyirmi) manat pul almışdır. 2024-cü ilin iyun ayının 8-də müəllimlərin sertifikasiyası imtahanı keçirilmişdir. İmtahandan sonra Zərərçəkmiş şəxs1 ona votsapp tətbiqi vasitəsilə zəng edərək həmin imtahandan lazımi keçid balı olan 30 balı yığa bilmədiyini və ona köməklik göstərməyini xahiş etmişdir. O, Esmira İsamyılovaya köməklik edə bilməyəcəyini bildirsə də o, imtahandan kəsilmiş sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi rəfiqəsini də götürüb onunla söhbət etməyə gəlmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək işlərinə bərpa olacaqlarına söz vermiş və bunun müqabilində hərəsindən 3000 manat pul tələb etmişdir. Həmin vaxtdan bir həftə sonra 17 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hərəsi 3000 manat olmaqla ümumilikdə 6000 manat pulu gətirib ona Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində, Şəki şəhər Avtovağzalının yanında vermişlər. O, pulu Zərərçəkmiş şəxs1 və Dünya Məcidovadan götürdükdən sonra onlara 2024-cü ilin oktyabr ayının sonunadək gözləmələrini işlərinə bərpa edə bilməyəcəyi təqdirdə pullarını geri qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onunla razılaşmış və çıxıb getmişlər. O, pulu götürdükdən sonra hər ikisinin şəxsi səhifəsindən apellyasiya şikayəti vermiş və cavablarının çıxmasını gözləmiş, onlar tərəfindən şikayət olunan müddətədək cavablar çıxmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onunla əlaqə saxladıqda onlara apellyasiya şikayətinin cavablarının çıxmadığını və əgər cavablar mənfi çıxarsa pullarını geri qaytaracağını bildirmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə danışaraq onlara pullarını geri qaytaracağını bildirmiş və həmin ayın sonuncu günü, yəni xx.xx.2024-cü il tarixdə 6000 manat pulu tamamilə geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulu onların imtahan nəticələrindən apellyasiya şikayəti vermək üçün almış, bu işdə heç kimlə əlbir olmamışdır. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxslərlə barışmış və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri qalmamışdır. Ona cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2006cı ildən 2024-cü ilin avqust ayınadək Şəki rayonu, Şin kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. 2023-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin diaqnostik sertifikasiyası imtahanından lazımi bal yığa bilmədiyi üçün imtahandan kəsilmişdir. Həmin il ona bir il möhlət verilmiş və o, növbəti imtahana onlayn şəkildə hazırlaşmağa başlamışdır. Onu riyaziyyat imtahanına onlayn şəkildə Təqsirləndirilən şəxs adlı qadın hazırlaşmış, əvəzində isə ayda 11 (on bir) manat pulu kart vasitəsilə Təqsirləndirilən şəxs ödəmişdir. 2024-cü ilin iyun ayının 8-də keçirilmiş imtahandan 22 bal yığmışdır. Keçid balı 30 bal olduğu üçün o, təkrar olaraq imtahandan kəsilmişdir. İmtahandan sonra Təqsirləndirilən şəxs onunla votsap tətbiqi vasitəsilə əlaqə saxlayaraq imtahanın nəticəsi ilə maraqlanmışdır. O, Təqsirləndirilən şəxs imtahanda 22 bal tolayaraq imtahandan kəsildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona imtahan nəticələrini yüksəldə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə imtahan ballarını artırması üçün 3000 manat pula razılaşmışdır. O, Əfsanə Abdulayevaya onunla eyni məktəbdə müəllim işləyən Zərərçəkmiş şəxs2 da imtahandan kəsildiyini, ona da köməklik lazım olduğunu bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs2 bildirmiş və Zərərçəkmiş şəxs2 da onunla razılaşmışdır. O, pulu gətirib 2024-cü ilin iyul ayının 17-də Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində, Şəki şəhər Avtovağzalının yaxınlığında 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmkarı Zərərçəkmiş şəxs2 isə bir neçə gün sonra 3000 pulu Təqsirləndirilən şəxs vermişdir. Pulu verdikdən bir müddət sonra Təqsirləndirilən şəxs onun işi ilə maraqlanmadığını görüb ondan pulunu tələb etmiş, Təqsirləndirilən şəxs 2024cü ilin oktyabr ayının sonuna kimi apellyasiya şikayətinin cavablarının bilinəcəyini, işinin alınmayacağı halda pulunu qaytaracağını ona bildirmişdir. Təqsirləndirilən şəxs onu aldatdığını hesab edərək barəsində ərizə ilə polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs pulu verən zaman yanında Zərərçəkmiş şəxs2 və onun həyat yoldaşı Şahid olmuşdur. Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi qalmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2008ci ildən Şəki rayonu, Şin kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. 2023-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin diaqnostik sertifikasiyası imtahanından lazımi bal yığa bilmədiyi üçün kəsilmişdir. Həmin il ona bir il möhlət verilmiş və o, növbəti imtahana onlayn şəkildə hazırlaşmağa başlamışdır. Onu riyaziyyat imtahanına onlayn şəkildə Təqsirləndirilən şəxs adlı qadın hazırlaşmış, əvəzində isə ayda 11 (on bir) manat pulu kart vasitəsilə Təqsirləndirilən şəxs ödəmişdir. 2024-cü ilin iyun ayının 8-də keçirilmiş imtahandan 26 bal yığmışdır. Keçid balı 30 bal olduğu üçün o, təkrar olaraq imtahandan kəsilmişdir. İmtahandan sonra həmkəndlisi və həmkarı olan, imtahandan kəsilmiş Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək imtahan nəticələrini yüksəldə bildiyini və əvəzində 3000 manat pul tələb etdiyini demişdir. O, 3000 manat pul verməyə razılaşmış və 2024-cü ilin iyul ayının 17-də Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində, Şəki şəhər Avtovağzalının yaxınlığında o, əri Şahid və Zərərçəkmiş şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüş, həmin vaxt Zərərçəkmiş şəxs1 3000 manat pulu Təqsirləndirilən şəxs vermiş, o, isə Təqsirləndirilən şəxs bir neçə gün ərzində pulu bitirib ona verəcəyini bildirmişdir. Təxminən üç gün sonra əri Şahid Şəki şəhərində Təqsirləndirilən şəxs ilə görüşərək 1500 (min beş yüz) manat pulu ona vermişdir. Bir neçə gün sonra isə əri Şahidla birlikdə Şəki şəhər Avtovağzalının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşərək qalan 1500 (min beş yüz) manat pulu ona vermişlər. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs onun işə bərpa olunması üçün heç bir hərəkət etmədiyini görüb ondan pulu geri tələb etmiş və Təqsirləndirilən şəxs ona 2024-cü ilin oktyabr ayının sonunadək gözləməsini, imtahanın cavablarının çıxacağını bildirmişdir. Təqsirləndirilən şəxs onu aldatdığını hesab edərək barəsində ərizə ilə polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs pulu verən zaman yanında həyat yoldaşı Şahid olmuşdur. Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi qalmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəki ŞRPŞ-nin İstintaq bölməsində toplanmış HK-1/1945 nömrəli material üzrə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və cinayət işi ibtidai istintaqı aparılması üçün aidiyyatı üzrə Şəki ŞRPŞ-nin İstintaq bölməsinə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs aldadaraq ondan aldığı 3000 manat pulu ona tam şəkildə qaytardığı üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs aldadaraq ondan aldığı 3000 manat pulu ona tam şəkildə qaytardığı üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. - Şəki şəhəri “Bazar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1144 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 09 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. - “Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağına, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyinə, ondan gizlənməyəcəyinə, cinayətkar fəaliyyətlə məşğul olmayacağına, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışına gələcəyinə və ya yaşayış yerini dəyişməyi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəlik götürmüşdür. - Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 1(063)-16/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü, 29, 178.2.4-cü və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin növbəti baxış iclası 24 sentyabr 2025-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5-146/İ-3242/2025 saylı məktubunda qeyd edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs barəsində cinayət işi daxil olmamışdır. - Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, 1(075)-62/2025 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ondan heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olduğundan törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşayış yerini və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşayış yerini və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar