Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-63/2022 04.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X12 iştirakları ilə xx xxxx 1985-ci ildə Zərdab rayonunun Körpükənd kəndində doğulmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, ailəli, ali təhsilli, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olmaqla yaşamış, Şəki Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 32.3, 318.2, 318-1.2.2 və 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 66.3 və 66.4-cü maddələri tətbiq edilməklə qəti olaraq 03 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 31 mart 2022-ci il tarixdə saat 14:25 radələrində ünvan 1 ünvanında yerləşən Şəki Apellyasiya Məhkəməsinin inzibati binasının 6 nömrəli iclas zalında hakim Zərərçəkmiş şəxs1 sədrliyi, hakimlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 İskəndər oğlundan ibarət tərkibdə onun (Təqsirləndirilən şəxs), X2, X1 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmalarına, X4 və X11 bəraət almalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılaraq məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə kollegiyasının tərkibində olan hakimlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 İskəndər oğlunun ünvanına nalayiq ifadələr işlədib onları təhqir etməklə məhkəməyə qəsdən hörmətsizlik etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 31 mart 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində onun Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313, 32.3, 318.2, 318-1.2.2 və 318-1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilmişdir. Məhkəmə iclasına hakim Zərərçəkmiş şəxs1 sədrliyi, hakimlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ibarət tərkibdə baxılmışdır. Məhkəmə iclasında məhkəmə kopllegiyası işə baxıb yekun məhkəmə qərarı çıxarmaq üçün müşavirə otağına getmiş, daha sonra iclas zalına qayıdaraq sədrlik edən qəbul edilmiş hökümdən çıxarışı elan etmişdir. Bundan sonra sədrlik edən prosesin bitdiyini bildirərək iclası bağlı elan etmişdir. Hökmdən çıxarış elan edildikdə ona məlum olmuşdur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi cəza müddəti bir il artırılmış və ona qəti olaraq doqquz il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Buna görə də həmin vaxtı əsəblərini cilovlaya bilməmiş və məhkəmə iclasının bağlı elan edildikdən dərhal sonra məhkəmə kollegiyasının tərkibində olan hakimlərin ünvanına ağır söyüş söymüşdür. Etdiyi əmələ görə hakimlərdən üzr istəyir. Məhkəməyə hörmətsizlik etdiyinə görə peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi tədqiq olunmaqla elan edilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313, 32.3,318.2, 318- 1.2.2, 318-1.2.3-cü maddələri ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2, 32.4,320.1 və 320.2-ci maddələri ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmalarına dair, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət almalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı X13 tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs müdafiəçisi X18, təqsirləndirilən şəxs X2 müdafiəçisi X14 və təqsirləndirilən şəxs X1 müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə 31 mart 2022-ci il tarixdə saat 14:00 radələrində onun sədirliyi, hakimlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ibarət tərkibdə növbəti məhkəmə iclası keçirilmişdir. Həmin iclasda işə baxıldıqdan sonra kollegiya müşavirə otağına getmiş və daha sonra iclas zalına qayıdaraq qəbul edilmiş hökmdən çıxarışı proses iştirakçılarına elan etmişdir. Bundan sonra məhəkəmə iclasını bağlı elan etmişdir. Bu zaman iş üzrə Təqsirləndirilən şəxs prosesin digər iştirakçılarının yanında uca səslə onun və kollegiyanın tərkibində olan digər hakimlərin ünvanına cəmiyyətdə qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına zidd olan, şərəf və ləyaqəti alçaldan ədəbsiz ifadə işlədərək onları təhqir etmişdir. Təqsirləndirilən şəxs hərəkəti ilə məhkəməyə hörmətsizlik etmiş, həmçinin ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 289.2-ci maddəsinin əlamətləri olduğundan müvafiq sənədlər toplanaraq Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq olunmaqla elan edilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313, 32.3,318.2, 318- 1.2.2, 318-1.2.3-cü maddələri ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2, 32.4,320.1 və 320.2-ci maddələri ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmalarına dair, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət almalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı X13 tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs müdafiəçisi X18, təqsirləndirilən şəxs X2 müdafiəçisi X14 və təqsirləndirilən şəxs X1 müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə 31 mart 2022-ci il tarixdə saat 14:00 radələrində hakim Zərərçəkmiş şəxs1 sədirliyi, onun və hakim Zərərçəkmiş şəxs2 iştirak etdiyi tərkibdə növbəti məhkəmə iclası keçirilmişdir. Həmin gün işə baxılaraq yekun məhkəmə qərarı çıxarılmış və sədrlik edən G. Abbasov tərəfindən iclas zalında hökmdən çıxarış elan edilmişdir. İclasın sonunda sədrlik edən tərəfindən məhəkəmə iclası bağlı elan edildikdən dərhal sonra iş üzrə Təqsirləndirilən şəxs prosesin digər iştirakçılarının yanında uca səslə onun və kolleqiyada olan digər hakimlərin ünvanlarına şərəf və ləyaqəti alçaldan təhqiramiz ifadə işlədərək onları təhqir etmişdir. Təqsirləndirilən şəxs hərəkəti ilə məhkəməyə hörmətsizlik etmiş, həmçinin ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Buna görə də bu cür hərəkət qəbuledilməzdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 289.2-ci maddəsinin əlamətləri olduğundan müvafiq sənədlər toplanaraq Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq olunmaqla elan edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313, 32.3,318.2, 318- 1.2.2, 318-1.2.3-cü maddələri ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2, 32.4,320.1 və 320.2-ci maddələri ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmalarına dair, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət almalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı X13 tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs müdafiəçisi X18, təqsirləndirilən şəxs X2 müdafiəçisi X14 və təqsirləndirilən şəxs X1 müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə 31 mart 2022-ci il tarixdə saat 14:00 radələrində hakim Zərərçəkmiş şəxs1 sədirliyi, onun və hakim Zərərçəkmiş şəxs3 iştirak etdiyi tərkibdə növbəti məhkəmə iclası keçirilmişdir. Məhkəmə iclasının sonunda sədrlik edən G. Abbasov tərəfindən hökmdən çıxarışı proses iştirakçılarına elan edilmiş və daha sonra məhəkəmə iclası bağlı elan edilmişdir. Bu zaman iş üzrə Təqsirləndirilən şəxs prosesin digər iştirakçılarının yanında yüksək səslə ünvanlarına şərəf və ləyaqəti alçaldan ədəbsiz ifadə işlədərək onları təhqir etmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs onları təhqir etməklə məhkəməyə hörmətsizlik etmiş, həmçinin ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 289.2-ci maddəsinin əlamətləri olduğundan müvafiq sənədlər toplanaraq Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsində iclas katibi vəzifəsində çalışır. 31 mart 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasının 6 nömrəli iclas zalında saat 14:00 radələrində hakim Zərərçəkmiş şəxs1 sədrliyi, hakimlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 İskəndər oğlundan ibarət tərkibdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313, 32.3,318.2, 318-1.2.2, 318-1.2.3-cü maddələri ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2, 32.4,320.1 və 320.2-ci maddələri ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmalarına dair, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət almalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı X13 tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs müdafiəçisi X18, təqsirləndirilən şəxs X2 müdafiəçisi X14 və təqsirləndirilən şəxs X1 müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilmişdir. Həmin məhkəmə iclasında iclas katibi kimi iştirak etmişdir. İclasın sonunda məhkəmə kollegiyası müşavirə otağından qayıdaraq yekun məhkəmə qərarından çıxarışı elan etdikdən sonra sədrlik edən məhkəmə iclasını bağlı elan etmişdir. Bu zaman Təqsirləndirilən şəxs uca səslə məhkəmə kollegiyasının tərkibində olan hakimlərin ünvanına ağır söyüş söyməklə onları təhqir etmişdir. Məhkəmə iclasından sonra baş verənlərlə bağlı onun iştirakı ilə müvafiq akt tərtib olunmuş və aktla tanış olaraq doğruluğunu imzasıyla təsdiqləmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq olunmaqla elan edilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsində çalışır. 31 mart 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasının 6 nömrəli iclas zalında saat 14:00 radələrində hakim Zərərçəkmiş şəxs1 sədrliyi, hakimlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 İskəndər oğlundan ibarət tərkibdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313, 32.3,318.2, 318-1.2.2, 318-1.2.3-cü maddələri ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2, 32.4,320.1 və 320.2-ci maddələri ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmalarına dair, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət almalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı X13 tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs müdafiəçisi X18, təqsirləndirilən şəxs X2 müdafiəçisi X14 və təqsirləndirilən şəxs X1 müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilmişdir. Həmin məhkəmə iclasında dövlət ittihamçısı kimi iştirak etmişdir. İclasın sonunda məhkəmə kollegiyası müşavirə otağından qayıdıb yekun məhkəmə qərarından çıxarışı elan etmişdir. Qərarı elan etdikdən sonra sədrlik edən tərəfindən məhkəmə iclası bağlı elan olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının tərkibində olan hakimlərə qarşı ağır söyüş söyməklə onları təhqir etmişdir. Həmin vaxtı təqsirləndirilən şəxslərin mühafizəsini həyata keçirən konvoy nəfərləri Təqsirləndirilən şəxs sakitləşdirmişlər. Məhkəmə iclasından sonra baş verənlərlə bağlı iştirakıyla müvafiq akt tərtib olunmuş və aktla tanış olaraq doğruluğunu imzasıyla təsdiqləmişdir. Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti ilə məhkəməyə hörmətsizlik etməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Buna görə də o, məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, X3 Mühafizə taboru konvoy tağımı qarovul rəisinin köməkçisi vəzifəsində çalışır. 31 mart 2022-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinə baxılması ilə əlaqədar olaraq onu X3 mühafizə taborunun digər əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə gətirmişlər. Məhkəmə prosesi zamanı nəzarət məqsədi ilə həmin hissənin qapısı qarşısında dayanmışlar. Məhkəmə iclasına hakim Zərərçəkmiş şəxs1 sədrlik etmişdir. Məhkəmə kollegiyası müşavirə otağından qayıtdıqdan sonra yekun məhkəmə qərarını elan etmiş, daha sonra sədrlik edən məhkəmə iclasını bağlı elan etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs yüksək səslə hakimlərin ünvanına ağır söyüş söyməklə onları təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə məzmunca eyni olan uyğun ifadə verdilər. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin inzibati binasının 6 nömrəli zalında Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kolleqiyasının 31 mart 2022-ci il tarixli iclasında baxılıb yekun qərar elan edildikdən sonra məhkəmə iclas zalında olan təqsirləndirilən şəxs X16 məhkəmə kolleqiyasının tərkibindəki hakimlərə, yəni X6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadələr işlədilməklə söyüş söyülmüşdür. Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqda 11 aprel 2022-ci il tarixli protokoldan görünür ki, videogörüntünün 22 dəqiqə 05 saniyəsindən 29-cu dəqiqənin 55-ci saniyəsinədək məhkəmə kolleqiyası müşavirə otağından qayıdaraq sədrlik edən məhkəmə iclasının yekun qərarından çıxsrışı elan edir. Videogörüntünün 29-cu dəqiqə 56-cı saniyəsində sədrlik edən məhkəmə iclasını bağlı elan edir. 29-cu dəqiqənin 58-ci saniyəsində məhkum Təqsirləndirilən şəxs məhkəmə kolleqiyasının ünvanına təhqiredici ifadə işlədir. İbtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin 06 saylı məhkəmə iclas zalında hakimlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 və məhkəmə heyyətindən ibarət tərkibdə Təqsirləndirilən şəxs Rövən oğlunun barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmündən verilmiş aplleyasiya şikayətləri və protestinə baxılması zamanı ittiham aktında göstərilən baş vermiş hadisənin səsli yazılı videogörüntüləri 1 ədəd DVD disk formasında iş materiallarına əlavə edilmişdir. Həmin disk 12 may 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Həmin DVD diskə məhkəmə istintaqı zamanı baxış keçirildi. Videogörüntüdə həqiqətəndə ittiham aktında göstərilən yerdə, şəraitdə və vaxtda həmin hadisənin törədilməsi müşahidə edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət törədilən vaxtı CM-nin 289.2-ci maddəsinin sanksiyasında cərimə, islah işləri və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini da nəzərə alır. Şəki Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 1(107)-12/2022 saylı hökmün çıxarışının sürətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313, 32.3, 318.2, 318-1.2.2 və 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib. Azərbaycan Respublikası CM-nin 75-ci maddəsi tətbiq edilməklə cinayət müddəti keçdiyindən CM-nin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilmişdir.Təqsirləndirilən şəxs CM-nin 308.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.3,318.2-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etməcəzasına, CM-nin 318.1.2.2 və 318-1.2.3-cü maddələri ilə 01 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, cəzasının əvvəli 19 yanvar 2019-cu ildən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilən 03 (üç) il müddətə şamil edilməsi hökm edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən, CM-nin 61-ci maddəsi ilə cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, həmçinin əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmə hökmü ilə təyin edilmiş 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə onun çəkilməmiş 06 il 15 gün azadlıqdan məhrum etmə cəzası vardır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 il 15 günü həmin cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 04 iyul 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 06 (altı) il 15 gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin başlanğıcı hökm elan edildiyi gündən, yəni 04 iyul 2022-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmlə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Maddi sübut 01 (bir) ədəd elektron məlumat daşıyıcısı (disk) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm аpelyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-63/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-63/2022
04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver