Məhkəmə qərarları › İş №1(075)-63/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-63/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-63/2023 27.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, X12 katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxxxx 1999-cu ildə Oğuz rayonu Şirvanlı kəndində doğulmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, subay, orta təhsilli, Oğuz rayonu Şirvanlı kəndində qeydiyyatda olmaqla yaşamış, Şəki Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 05 ay 13 gün müddəti həmin məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 289.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 08 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində ünvan 1 ünvanında yerləşən Şəki Apellyasiya Məhkəməsinin inzibati binasının 6 nömrəli iclas zalında hakim Abbasov Gündüz Qasım oğlunun sədrliyi, hakimlər X8 və X1 ibarət tərkibdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməsinə dair Oğuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 1(054)-14/2022 nömrəli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxılıb məhkəmə qərarı elan edilərkən o, məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Zərərçəkmiş şəxs ünvanına ümumiqəbul edilmiş əxlaq normalarına və davranış qaydalarına zidd olan ədəbsiz ifadələr işlədib onu təhqir etməklə məhkəməyə qəsdən hörmətsizlik etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 08 dekabr 2022ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən azad edilməklə cinayət təqibinə xitam verilməsinə dair Oğuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 1(054)-14/2022 nömrəli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə növbəti məhkəmə iclası keçirilmişdir. Məhkəmə iclasına onu X4 mühafizə taborunun əməkdaşları müşayət etmişlər. Məhkəmə iclasına hakim Gündüz Abbasovun sədrliyi, hakimlər X8 və X1 ibarət tərkibdə baxılmışdır. Məhkəmə iclasında dövlət ittihamını Zərərçəkmiş şəxs müdafiə etmişdir. Sədrlik edən yekun məhkəmə qərarını elan etməyə başladıqda protestin təmin olunduğu ona məlum olmuşdur. Həmin vaxtı əsəblərini cilovlaya bilməmiş və məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının ünvanına təhqiramiz ifadələrlə söyüş söymüşdür. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq məhkəmə iclasında sədrlik edən tərəfindən hüquq və vəzifələrinin ona izah olunduğunu, məhkəmədə qaydaya riayət etmək onun vəzifəsi olduğunu bildiyini, ancaq cəza müddəti artırıldığından hədsiz əsəbləşdiyinə görə bu cür hərəkət etdiyini və etdiyi hərəkətlərə görə peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi tədqiq olunmaqla elan edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsində çalışır. 08 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində Şəki Apellyasiya Məhkəməsinin inzibati binasının 6 nömrəli iclas zalında hakim Abbasov Gündüz Qasım oğlunun sədrliyi, hakimlər X8 və X1 ibarət tərkibdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməsinə dair Oğuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 1(054)-14/2022 nömrəli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılmasına dair növbəti məhkəmə iclası keçirilmişdir. Həmin iclasda dövlət ittihamçısı qismində iştirak etmişdir. Məhkəmə iclasının sonunda məhkəmə kollegiyası müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən tərəfindən yekun məhkəmə qərarı elan edilməyə başlanılmışdır. Sədrlik edən apellyasiya protestinin təmin olunduğunu elan etdikdən dərhal sonra iş üzrə Təqsirləndirilən şəxs prosesin digər iştirakçılarının yanında, uca səslə onun ünvanına cəmiyyətdə qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına zidd olan, şərəf və ləyaqəti alçaldan ədəbsiz ifadələrlə söyüş söyərək onu təhqir etmişdir. Təqsirləndirilən şəxs hərəkəti ilə məhkəməyə hörmətsizlik etmiş, həmçinin ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsində iclas katibi vəzifəsində çalışır. 08 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində Şəki Apellyasiya Məhkəməsinin inzibati binasının 6 nömrəli iclas zalında hakim Abbasov Gündüz Qasım oğlunun sədrliyi, hakimlər X8 və X1 ibarət tərkibdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməsinə dair Oğuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 1(054)-14/2022 nömrəli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə növbəti məhkəmə iclası keçirilmişdir. O, həmin məhkəmə iclasında iclas katibi kimi iştirak etmişdir. İclasın sonunda sədrlik edən yekun məhkəmə qərarını elan etməyə başladığı zaman Təqsirləndirilən şəxs üzünü məhkəmə baxışı iclasında dövlət ittihamçısı kimi iştirak edən Zərərçəkmiş şəxs tərəf tutaraq onun ünvanına nalayiq ifadələrlə söyüş söyərək onu təhqir etmişdir. Həmin vaxtı sədrlik edənin xəbərdarlıqlarına baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasından sonra sədrlik edənin göstərişinə əsasən baş verənlərlə bağlı prosesdə iştirak edən icra məmurunun iştirakı ilə müvafiq akt tərtib etmişdir. Şahid1 ifadəsində əlavə olaraq onu da göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı yalnız dövlət ittihamçısının ünvanına nalayiq ifadələr işlətmiş, hakimlərə və iclas zalında olan digər şəxslərə qarşı hər hansı nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 oğlu ifadəsində göstərmişdir ki, Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində çalışır. 08 dekabr 2022-ci il tarixdə növbətçilik cədvəlinə uyğun olaraq Şəki Apellyasiya Məhkəməsində icra məmuru kimi xidmətdə olmuşdur. Həmin gün saat 15:30 radələrində Şəki Apellyasiya Məhkəməsinin inzibati binasının 6 nömrəli iclas zalında hakim Abbasov Gündüz Qasım oğlunun sədrliyi, hakimlər X8 və X1 ibarət tərkibdə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilmişdir. Həmin məhkəmə iclasında icra məmuru kimi iştirak etmişdir. Proses zamanı məhkəmə kollegiyası müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən yekun məhkəmə qərarını elan etməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs üzünü məhkəmə baxışı iclasında dövlət ittihamçısı kimi iştirak edən Zərərçəkmiş şəxs tərəf tutaraq onun ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. Həmin vaxtı sədrlik edənin xəbərdarlıqlarına baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasından sonra sədrlik edənin göstərişinə əsasən baş verənlərlə bağlı məhkəmə iclas katibi Şahid1 tərəfindən iştirakıyla müvafiq akt tərtib olunmuş və aktla tanış olub imzasıyla doğruluğunu təsdiq etmişdir. Şahid2 ifadəsində əlavə olaraq onu da göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı yalnız dövlət ittihamçısının ünvanına nalayiq ifadələr işlətmiş, hakimlərə və iclas zalında olan digər şəxslərə qarşı hər hansı nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, X4 Mühafizə taboru konvoy tağımının müşayiətçisi vəzifəsində çalışır. 08 dekabr 2022-ci il tarixdə Mühafizə taborunda xidmətdə olmuşdur. Həmin gün saat 15:30 radələrində X4 mühafizə taborunun konvoy tağımının qaravul rəisi Şahid4 və digər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs cinayət işinə baxılması ilə əlaqədar olaraq Şəki Penitensiar müəssisəsindən Şəki Apellyasiya Məhkəməsinə və geriyə müşayiət etmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclas zalına gətirərək orada təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan hissəyə yerləşdirdikdən sonra nəzarət məqsədi ilə həmin hissənin qarşısında durmuşdur. Məhkəmə iclasına hakim Gündüz Abbasov sədrlik etmişdir. Məhkəmə iclasının sonunda sədrlik edən yekun məhkəmə qərarını elan etməyə başladıqda Təqsirləndirilən şəxs üzünü məhkəmə iclasında dövlət ittihamçısı qismində iştirak edən Zərərçəkmiş şəxs tərəf tutaraq yüksək səslə onun ünvanına nalayiq ifadələrlə söyüş söyərək onu təhqir etmişdir. Həmin vaxtı sədrlik edən Təqsirləndirilən şəxs qaydalara əməl etməsini tələb etmiş, həmçinin o, da Təqsirləndirilən şəxs sakitləşdirmək üçün onun olduğu hissəyə daxil olaraq ondan sakitləşməsini, məhkəmədə qaydalara əməl etməyini tələb etmişdir. Hadisədən sonra bu cür hərəkət etməsinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs hərəkətini ona cəza verilməsnin məhz dövlət ittihamçısının verdiyi protest səbəbli olması ilə izah etmişdir. Şahid3 ifadəsində əlavə olaraq onu da göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı yalnız dövlət ittihamçısının ünvanına nalayiq ifadələr işlətmiş, hakimlərə və iclas zalında olan digər şəxslərə qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə məzmunca eyni olan uyğun ifadə verdi. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Komputer-texniki, məhkəmə-fonoskopik və məhkəmə-linqvistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/448-4/452-4/453 nömrəli rəyinin tədqiqat və nəticə hissələrindən görünür ki, mətnin linqvistik təhlili zamanı orada “sikdir, poxunuzu götürün, poxa salmısınız, a skim onun var-yoxunu mən gijdıllax, blya” kimi bayağı, kobud, ədəbsiz sözlərin işləndiyi və bu ifadələrin ümumiqəbul edilmiş əxlaq normalarına və davranış qaydalarına zidd olmaqla bütövlükdə məhkəməyə və proses iştirakçılarına qarşı hörmətsizlik kimi qiymətləndirildiyi, həmçinin tədqiqata təqdim edilmiş videofanaqramdakı görüntülərdə montaj əlaməti üçün xarakterik olan kəskin səhnə dəyişikliyi, kadrdaxili montaj əlamətləri, videofanaqramdakı danışıqlarda situasiya ilə əlaqəli olmayan cümlələrarası və ifadələrarası məntiqi rabitənin pozulması, audioaxının videoaxına sintezi, danışıq siqnalında keçid prosesi üçün xarakterik siqnalın olması və akustik şəraitin kəskin dəyişməsi kimi montaj əlamətlərinin olmadığı müəyyənləşdirilmişdir. Aparılan cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq qeyd edilən elektron məlumat daşıyıcısı (disk) iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İbtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Şəki Apellyasiya Məhkəməsinin 06 saylı məhkəmə iclas zalında hakimlər Abbasov Gündüz Qasım oğlu, X8 və X2 və məhkəmə heyyətindən ibarət tərkibdə Təqsirləndirilən şəxs barəsində Oğuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 1(054)-14/2022 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş aplleyasiya protestinə baxılması zamanı ittiham aktında göstərilən baş vermiş hadisənin səsli yazılı videogörüntüləri 1 ədəd DVD disk formasında iş materiallarına əlavə edilmişdir. Həmin disk 04 aprel 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Həmin diskəbaxış keçirilərkən diskdə 01 dəqiqə 01 saniyədən ibarət olan video görüntü və səs yazısının mövcud olduğu, məhkəmə iclas zalında qeydə alınmış görüntünün ilk saniyələrində sədrlik edən məhkəmə qərarını elan etdiyi, video görüntünün 04-cü saniyəsində təqsirlən-dirilən şəxs Təqsirləndirilən şəxs “hə skdirdi, məni poxa saldınız hamınız”, 13-cü saniyəsindən başlayaraq üzünü məhkəmə iclasında dövlət ittihamçısı qismində iştirak edən Zərərçəkmiş şəxs tərəf tutaraq, həmçinin əl hərəkətləri ilə onu göstərərək “Skim onun var yoxunu, gicdillah, öl aşağı” ifadələrini işlətdiyi, 20-ci saniyədən başlayaraq sədrlik edənin təqsirləndirilən şəxsə xəbərdarlıq etməklə “Hamısı sənədləşdiriləcək bunlar” ifadəsini işlətdiyi, 32-ci saniyədən başlayaraq Təqsirləndirilən şəxs uca səslə “eşidirsən” deyərək danışığını davam etdirdiyinin qeydə alındığı müəyyən edilmişdir. Həmçinin baxış keçirilərkən hadisə zamanı qeydə alınmış video görüntü ilə səs yazısı vaxt baxımından üst-üstə düşmədiyi və görüntünün səs yazısını qabaqladığı, səs yazısının bəzi hallarda çətinliklə eşidiləcək tonda qeydə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin 06 aprel 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Oğuz Rayon Məhkəməsinin xx.xx.20022-ci il tarixli qərarı ilə 11 (on bir) ay 13 (on üç) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaq yolu ilə 02 (iki) 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, məhkum edilmiş, cəzasının əvvəli 08 dekabr 2022-ci ildən hesablanmaqla cəzasının sonu 08 avqust 2025-ci il tarixdə bitir. Təqsirləndirilən şəxs ilə aparılan tərbiyəvi tədbirlərə baxmayaraq düzgün nəticə əldə etməmiş və onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətət, əməyə və birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiram formalaşdırılması mümkün olmamaqla mənfi xarkterizə olunur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış 07 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət törədilən vaxtı CM-nin 289.1-ci maddəsinin sanksiyasında cərimə, islah işləri və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini da nəzərə alır. Şəki Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(107)-436/2022 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Oğuz Rayon Məhkəməsinin xx.xx.20022-ci il tarixli qərarı ilə 11 (on bir) ay 13 (on üç) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaq yolu ilə 02 (iki) 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, məhkum edilmiş, cəzasının əvvəli 08 dekabr 2022-ci ildən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi hökm edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini onun cəzasını cəzasını yüngülləşdirən hallar kimi, həmçinin əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmə hökmü ilə təyin edilmiş 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə onun çəkilməmiş 02 il 11 gün azadlıqdan məhrum etmə cəzası vardır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 il 11 günü həmin cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri 300 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.). Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 27 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin başlanğıcı hökm elan edildiyi gündən, yəni 27 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 1(107)-436/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli hökmü ilə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Maddi sübut 01 (bir) ədəd elektron məlumat daşıyıcısı (disk) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm аpelyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar