Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-63/2024 29.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respubilkası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılması Şəki Rayon Məhkəməsinə aiddir. İbtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməmişdir. Yekun protokol cinayət prosessual qanunvericiliyin tələblərə uyğun tərtib edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin ödənildiyini və bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi və təqsirləndirilən şəxsin barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərər çəkmiş şəxslə barışdığını, ona vurulmuş ziyanı ödədiyini bildirdi və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Məhkəmə-tibbi Ekspertiza və X1 X3 10 iyun 2024-cü il tarixli, 244 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sağ gözün ağlı qişasına qansızma, sağ göz qapaqlarının şişkinlik fonunda qançırlar və sol təpə nahiyyəsində hematoma küt əşyanın təsirindən əmələ gəlmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2024-cü il tarixinə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 495 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 416 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki əməli törətməzdən əvvəl, həmin əməli törədərkən və ekspertiza zamanı ÜZVİ MƏNŞƏLİ HƏYƏCAN POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F06.4 xəstəliyindən əziyyət çəkir. Bunu işin materialları, həmin işdəki tibbi sənədlər (Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli 495 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda emosinal davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, onda əsbiliyə meyillilik müşahidə edilməsi, qavrama, yaddaş, təfəkkür və intellekt pozuntuları aşkar edilməməsi, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, törtəmiş olduğu əmələ tənqidi münasibət bəsləməsi vəvə s.) sübut edir. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ HƏYƏCAN POZUNTUSU XBT-10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F06.4 xəstəliyi keçirməsinə baxmayaraq xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəli dərk etmək və ya onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni cinayət əməli törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ HƏYƏCAN POZUNTUSU XBT-10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F06.4 xəstəliyi keçirməsinə baxmayaraq xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, hal-hazırda da öz hərəkətlərinin nəticəsini anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 24 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddə üzrə əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 299, 300, 305 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-63/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-63/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver