Məhkəmə qərarları › İş №1(075)-65/2020

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-65/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-65/2020 18.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X3, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs: 1. xx xxxxxx 1977-ci ildə Şəki şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 193, mənzil 42-də yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “xxxx” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; Təqsirləndirilən şəxs: 2. xx xxxxxx 1969-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işsiz, tam orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şəki şəhəri F.Sadıqov küçəsi ev 3, mənzil 1-də yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “xxxx” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə; Təqsirləndirilən şəxs: 3. xx xxxxxx 1976-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işsiz, tam orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 6-də yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “xxxx” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdır. Belə ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 1 (bir) il, 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq cəzasını çəkib qurtarmadan xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Şəki şəhəri, F.Sadıqov küçəsində tanışı Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi olmadan özü istifadə etmək məqsədilə, qanunsuz olaraq bir ədəd qara-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 15 manata alıb əldə edib, üzərində saxlayaraq daşımış, göstərilən tarixdə saat 17:15-də Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən Texnologiya Kollecinin yaxınlığında saxlanılaraq M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarın ön kiçik cibindən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda Təqsirləndirilən şəxs2 alıb əldə edərək özündə saxlayaraq daşıdığı bir ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və satış məqsədilə, həmçinin özü istifadə etmək məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa çıxmasına baxmayaraq məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən eyni qəbildən olan cinayət əməlini, yəni qəsdən, tamah niyyəti və satış məqsədilə, həmçinin özü istifadə etmək məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Şəki şəhəri, F.Sadıqov küçəsində yaşadığı ev 3/1 nömrəli evin qarşısında tanışı Təqsirləndirilən şəxs3 30 manata qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd sellofan bükümdə 0,411 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində qanunsuz əldə etdiyi həmin narkotik vasitə olan heroinin 0,220 qram çəkidə olan hissəsini Şəki şəhəri, F.Sadıqov küçəsində yaşadığı evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 15 manata satmışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində qəsdən, satış məqsədi ilə və özü istifadə etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 30 manata qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd selofan bükümdə əldə etdiyi 0,411 qram çəkidə narkotik vasitə olan heroinin 0,220 qramını satdıqdan sonra qalan şəxsi istehlak miqdarından artıq 0,191 qram olan hissəsini qanunsuz daşıyaraq üstündə saxlamış, həmin gün saat 21:35 radələrində Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, F.Sadıqov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sol yan cibindəki kibrit qutusunun içərisində özü istifadə etmək məqsədilə saxladığı bir ədəd sellofan bükümdə çəkisi 0,158 qram, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə çəkisi 0,033 qram, ümumi təmiz çəkisi 0,191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən tamah niyyəti və satış məqsədilə, həmçinin tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək üçün qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə 1 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq cəzasını çəkib qurtarmadan qəsdən, istintaqa məlum olmayan mənbədən tamah niyyəti və satış məqsədilə, həmçinin özü istifadə etmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,698 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində qanunsuz əldə etdiyi həmin narkotik vasitə olan heroinin 0,411 qram çəkidə olan hissəsini Şəki şəhəri “Loğman” aptekinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 30 manata satmışdır. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, satış məqsədi ilə və özü istifadə etmək məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, əldə etdiyi 0,698 qram çəkidə narkotik vasitə olan heroinin 0,411 qramını satdıqdan sonra qalan şəxsi istehlak miqdarından artıq 0,287 qram olan hissəsini qanunsuz daşıyaraq üstündə saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 02:50 radələrində Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Loğman» aptekinin yaxınlığında saxlanılaraq M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki boz rəngli şalvarın sol yan cibindəki «West» markalı siqaret qutusunun içərisində özü istifadə etmək məqsədilə saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,287 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər üzərində narkotik vasitə saxlama cinayətini törətdiyinə görə 2018-ci ildə cinayət məsuliyyətinə cəlb olunmuş, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hal-hazırda cəzanı çəkir. Təxminən 2-3 ildir narkotik vasitə olan heroin qəbul edir. xx.xx.2020-ci il tarixdə narotik vasitə olan heroinə ehtiyacı olduğuna görə Şəki şəhər sakini Mübariz adlı tanışının xatırlamadığı mobil telefon nömrəsinə öz istifadəsində olan mobil telefondan zəng edib, heroinə ehtiyacı olduğunu bildirmiş, Mübariz də ona heroin təşkil edəcəyini bildirmişdir. Razılığa gələndən sonra Şəki şəhərinin Qışlaq adlanan ərazisində Mübarizlə görüşmüş və Mübariz ona bir büküm narkotik vasitə olan heroin vermişdir. Mübariz heroini ona pul müqabilində deyil, pay olaraq vermişdir. İbtidai istintaqda narkotik vasitənin təsiri altında olduğundan heroini Mübarizdən 15 manata aldığını bildirmişdir. Əməlindən səmimi peşman olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər üzərində narkotik vasitə saxlama cinayətini törətdiyinə görə 2018-ci ildə cinayət məsuliyyətinə cəlb olunmuş, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hal-hazırda cəzanı çəkir. Təxminən 2-3 ildir narkotik vasitə olan heroin qəbul edir. xx.xx.2020-ci il tarixdə narotik vasitə olan heroinə ehtiyacı olduğuna görə Şəki şəhər sakini Mübariz adlı tanışının xatırlamadığı mobil telefon nömrəsinə öz istifadəsində olan mobil telefondan zəng edib, heroinə ehtiyacı olduğunu bildirmiş, Mübariz də ona heroin təşkil edəcəyini bildirmişdir. Razılığa gələndən sonra Şəki şəhərinin Qışlaq adlanan ərazisində Mübarizlə görüşmüş və Mübariz ona 15 (on beş) manat pul verərək həmin pulun müqabilində bir büküm narkotik vasitə olan heroin almışdır. Heroini əynindəki şalvarın sağ cibinə qoyaraq tanışları ilə görüşmək üçün Şəki şəhərinin mərkəzinə tərəf piyada getməyə başlamışdır. Şəki şəhəri Bağbanlar küçəsində yerləşən Texnologiya kollecinin yaxınlığına çatanda mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaları olmalarını bildirmiş ona, üzərində narkotik vasitə saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat olmasını bildirib buna görə də onlarla birlikdə polis şöbəsinə getməli olduğunu qeyd etmişlər. O, vəziyyəti başa düşüb etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində onu otaqların birinə dəvət etmişlər. Otaqda olan təhqiqatçı ona, üzərində şəxsi axtarış aparacağını bildirərək, əvvəlcə ona müdafiəçi tutmaq hüquqlarını izah etmiş və Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. O da təqdim olunmuş siyahıdan vəkil Müdafiəçi1 seçmiş, təhqiqatçı tərəfindən Müdafiəçi1 dəvət olunduqdan sonra ona, videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılacağı bildirmişdir. Daha sonra təhqiqatçı ona, üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsini təklif etmiş, o da əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonunu, sağ yan cibindən bir ədəd qara rəngli bükülünü çıxararaq masanın üzərinə qoyub, üzərində başqa heç nə olmadığını demişdir. Daha sonra təhqiqatçı onun üzərində axtarış aparmış, əynində olan paltarlarını, ciblərini yoxlamış, heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Təqdim etdiyi bir ədəd qara rəngli bükülü açılaraq içərisinə baxanda orada qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Təhqiqatçıya həmin bükülünün içərisindəki kütlənin narkotik vasitə olan heroin olmasını, həmin heroini həmin gün Şəki şəhərinin Qışlaq adlanan ərazisində Mübariz adlı şəxdən 15 (on beş) manata aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı həmin narkotik vasitəni zərfə qoyub bağlayıb möhürləmiş, zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Daha sonra təhqiqatçı videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırmışdır. Videoçəkiliş dayandırıldıqdan sonra ona və digər iştirakçılara nümayiş etdirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, şikayət və etiraz olmadığı üçün onunla bərabər digər iştirakçılar da həmin protokola imza etmişdir. Həmçinin o, göstərmişdir ki, narkotik vasitəni qəbul etməsindən, üstündə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmamışdır. O, narkotik vasitə qəbul etsə də heç vaxt satışı ilə məşğul olmamış, o cümlədən, kiməsə pay formasında və yaxud bəxşiş kimi narkotik vasitə verməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də hərdən iş olduqda çörək sexlərində çörək bişirməklə məşğul olaraq bu yolla əldə etdiyi qazancla dolanır. Təxminən 3-4 ildir ki, narkotik vasitədən istifadə edir. İlk dəfə narkotik vasitəni Rusiya Federasiyasında olan zaman qəbul etmişdir. Hazırda narkotik vasitənin heroin növündən əzələyə vurmaq yolu ilə istifadə edir. 2017-ci ildə üzərində narkotik vasitə olan heroin saxladığı üçün CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2018-ci ildə isə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra yenə də narkotik vasitə qəbul etmişdir. Qəbul etdiyi narkotik vasitəni bəzən Bakı şəhərindən, bəzən isə Mingəçevir şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə bədənində ağrıları olduğuna görə istifadə etmək üçün narkotik vasitə axtarmağa başlamışdır. Həmin gün Bakı və Mingəçevir şəhərlərinə getmək üçün imkanı olmadığına görə Şəki şəhərindən narkotik vasitə tapmaq qərarına gəlmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs3 20 ildir ki, tanımışdır. Bildirmişdir ki, Rövşən Şəki bazarı ətrafında alver etməklə dolanır. Bir müddət əvvəl Rövşəndən 50 mant borca pul almışdır. xx xxxx 2020-ci il tarixdə Rövşən zəng edərək onu yanına çağırmışdır. Düşünmüşdür ki, Rövşənin yanına gedər həm də borcunu qaytarar. Lakin 50 manat borcdan 45 manatını düzəldə bilmişdir. Rövşənin yanına çatanda 45 manat pulu ona qaytarmış, 5 manatını da sonra qaytaracağını demişdir. Rövşən 45 manatı almış və ona demişdir ki, kənarda durub gözləsin ona başqa da sözü vardır. Buna görə də kənarda durub gözləmişdir. Bir az sonra Rövşən onun yanına gəlmiş və bir büküm verərək demişdir ki, “bunu tapmışam, bax gör nədir” deyib yenidən alver etdiyi piştaxtanın yanına qayıtmışdır. O, bükümü açıb baxdıqda onun içərisində heroin olduğunu görmüşdür. Özünə heroin lazım olduğundan Rövşəndən gizlin onun üzərindən bir az götürmüşdür. Sonra Rövşən onun yanına gəldikdə bükümü ona qaytarıb içərisindəkinin heroin olduğunu demişdir. Heroinin üzərindən götürməsindən Rövşənin xəbəri olmamışdır. Göstərmişdir ki, xxxx olunan zaman korona xəstəliyinə tutulmuş, indi sağalmışdır. Himayəsində 82 yaşında qoca anası vardır. Üzərində narkotik vasitə saxlamasına görəpeşman olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də hərdən iş olduqda çörək sexlərində çörək bişirməklə məşğul olaraq bu yolla əldə etdiyi qazancla dolanır. Təxminən 3-4 ildir ki, narkotik vasitədən istifadə edir. İlk dəfə narkotik vasitəni Rusiya Federasiyasında olan zaman qəbul etmişdir. Hazırda narkotik vasitənin heroin növündən əzələyə vurmaq yolu ilə istifadə edir. 2017-ci ildə üzərində narkotik vasitə olan heroin saxladığı üçün CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2018-ci ildə isə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra yenə də narkotik vasitə qəbul etmişdir. Qəbul etdiyi narkotik vasitəni bəzən Bakı şəhərindən, bəzən isə Mingəçevir şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə bədənində ağrıları olduğuna görə istifadə etmək üçün narkotik vasitə axtarmağa başlamışdır. Həmin gün Bakı və Mingəçevir şəhərlərinə getmək üçün imkanı olmadığına görə Şəki şəhərindən narkotik vasitə tapmaq qərarına gəlmişdir. Bir az fikirləşdikdən sonra təxminən 2-3 ildir tanıdığı, narkotik vasitə istifadəçisi olan Rövşən adlı tanışı yadına düşmüşdür. Həmin gün saat 14:00 radələrində Rövşənin istifadə etdiyi mobil nömrəsinə zəng edib, ağrılarının olduğunu deyərək köməklik üçün “mal” (yəni narkotik vasitə) verməsini xahiş etmişdir. Həmin vaxt Rövşən ona “bir az gözlə, tapsam xəbər edəcəm” -demişdir. Təxminən 1 saat keçdikdən sonra ağrıya dözmədiyi üçün yenidən Rövşənə zəng etmiş, Rövşən də ona, “bir balaca şey tapmışam, vəziyyətdən çıxarsan “ -demişdir. Onunla danışıb razılığa gələndən sonra Rövşənlə Şəki şəhərində “Loğman” aptekinin yaxınlığında görüşmüş, bir qədər söhbət etdikdən sonra Rövşən cibindən 01 ədəd sellofan büküm çıxarıb ona vermiş, o da Rövşənə narkotik vasitənin əvəzində 30 manat pul vermişdir. Bundan sonra o, Rövşəndən ayrılıb evinə tərəf getmişdir. O, həmin gün Rövşəndən aldığı narkotik vasitədən bir qədər istifadə etdikdən sonra ağrıları kəsdiyi üçün yaşadığı küçədə dayanmışdır. Həmin gün təxminən saat 16:00 radələrində tanışı, narkotik vasitə istifadəçi olduğunu bildiyi Şəki şəhər sakini Nizami ona zəng edib, ağrılarının olduğunu deyib narkotik vasitə istəmişdir. O, Nizamiyə, bir qədər narkotik vasitə olduğunu bildirib verə biləcəyini demişdir. Bundan sonra Nizamiyə vermək üçün Rövşəndən aldığı narkotik vasitənin üstündən bir qədər götürüb ayırmış və siqaret falqasına qoyaraq digər cibinə qoymüşdür. Bir neçə dəqiqədən sonra Nizami yaşadığı, Şəki şəhəri, F.Sadıqov küçəsinə gəlib onunla görüşmüşdür. Bir qədər söhbət etdikdən sonra o, ayırdığı falqada olan narkotik vasitəni Nizamiyə vermiş, sonuncu da ona 15 manat pul vermişdir. Daha sonra Nizami çıxıb getmişdir. O, bir qədər küçədə dayandıqdan sonra yaşadığı evə getmiş, evdə bir qədər olduqdan sonra ürəyi sıxıldığı üçün yenidən küçəyə çıxaraq dayanmaq qərarına gəlmişdir. Bu zaman mülki geyimli bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Şəki şəhər polis şöbəsinin əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaqda şübhəli olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, vəziyyəti başa düşüb etiraz etmərəyək həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində gətirdikdən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Təhqiqatçı ona hüquqlarını izah etməklə vəkillərin siyahısını göstərib özünə vəkil seçməsini bildirmişdir. O da həmin siyahıdan vəkil Müdafiəçi2 seçmişdir. Vəkil gəldikdən sonra təhqiqatçı ona, Təqsirləndirilən şəxs1 15 manat müqabilində narkotik vasitə satmaqda şübhəli olduğunu deyib şübhəli şəxs qismində tutulmasını bildirmişdir. Daha sonra vəkil və digər iştirakçılar ilə birlikdə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, Rövşəndən aldığı kibrit qutusunun içərisində olan narkotik vasitənin qalan hissəsini və üzərində olan mobil telefonu masanın üzərinə qoymuşdur. Təhqiqatçı ondan üstündə başqa əşya və ya predmet olduğunu soruşanda, o, üstündə başqa heç nə olmadığını demişdir. Bundan sonra təhqiqatçı onun üzərini axtarmış, lakin heç nə aşkar olunmamışdır. Sonra təqdim etdiyi mobil telefon və içərisində narkotik vasitə olan kibrit qutusunu təhqiqatçı tərəfindən ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Həmçinin şəxsi axtarış zamanı təhqiqatçı ondan, narkotik vasitəni kimdən alması və kimlərə satması barədə soruşanda, o, təhqiqatçıya həmin narkotik vasitəni Rövşən adlı şəxsdən 30 manata aldığını, aldığı narkotik vastənin bir hissəsini Nizamiyə 15 manata satdığını bildirmişdir. Sonda şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, düz yazıldığı üçün o da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Həmçinin göstərmişdir ki, Rövşəndən narkotik vasitə alan zaman həmin narkotik vasitənin bir hissəsini Nizamiyə satacağı barədə, həmçinin Nizamiyə, satdığı narkotik vasitəni Rövşəndən alması barədə deməmişdir. Rövşənin ona satdığı narkotik vasitəni haradan və necə əldə etməsi barədə məlumatı yoxdur. Rövşənin narkotik istifadəçisi olduğunu bilsə də narkotik vasitənin satışı ilə məşğul olduğunu bilməmişdir. Ancaq o, Rövşəndən cəmi bir dəfə narkotik vasitə almışdır. Bundan başqa o, göstərmişdir ki, Nizamiyə cəmi bir dəfə 15 manat narkotik vasitə satmış, Nizamiyə və ya başqa şəxslərə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığına görə fərdi qaydada ticarətlə məşğul olmuş, təxminən bir il əvvəl narkotik vasitə saxlayıb gəzdirdiyinə görə CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Özünü CM-nin 234.1-ci maddəsi üzrə təqsirli bilir, CM-nin 234.2-c maddəsi üzrə isə təqsirli bilmir. Tutulmamışdan təxminən 3 gün qabaq Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Loğman» aptekindən təxminən 50 metr aşağıda yolun sağında siqaret qutusu görüb həmin qutuya təpik vurmuş və hiss etmişdir ki, qutunun içərisində nəsə var. Siqaret qutusunu açıb içərisinə baxanda orada bir büküm görmüşdür. Təqsirləndirilən şəxs2 əvvəldən tanımışdır. Hazırkı hadisədən 1 həftə əvvəl Mübarizə borca 50 manat pul vermişdir. xx xxxx 2020-ci il tarixdə Mübariz borcunu qaytarmaq üçün onun yanına gəlmiş və 45 manat pul verərək qalan 5 manatını daha sonra qaytaracağını demişdir. Mübarizin narkotik vasitə qəbul etdiyini bildiyindən həmin vaxt tapdığı bükümü Mübarizə göstərərək “bir şey tapmışam, bax gör nədir” demişdir. Mübariz baxaraq həmin bükümdəkinin heroin olduğunu bildirmişdir. Mübarizin həmin bükümün üzərindən heroin götürməsindən xəbəri olmamışdır. Göstərmişdir ki, himayəsində iki azyaşlı uşağı vardır. Əməlindən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığına görə fərdi qaydada ticarətlə məşğul olmuş, təxminən bir il əvvəl narkotik vasitə saxlayıb gəzdirdiyinə görə CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Tutulmamışdan təxminən 2 ay qabaq Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Loğman» aptekindən təxminən 50 metr aşağıda yolun sağında siqaret qutusu görüb həmin qutuya təpik vurmuş və hiss etmişdir ki, qutunun içərisində nəsə var. Siqaret qutusunu açıb içərisinə baxanda orada narkotik vasitə herin olduğunu görmüşdür. Həmçinin qutunun içərisində siqaret də olmuşdur. O, siqareti çəkib heroini isə yaşadığı evə gedən döngədə yolun kənarındakı daşın altında gizlətmişdir. xx xxxx 2020-ci il tarixdə Mübariz ona zəng edib ağrıdığını bildirib narkotik vasitə istəyəndə, o, Mübarizə, “bir az gözlə, tapsam xəbər edəcəm” demişdir. Təxminən 1 saatdan sonra o, Mübarizə zəng edib, “balaca bir şey tapmışam, vəziyyətdən çıxarsan“ demişdir. Bundan sonra Mübariz Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Loğman» aptekinin yaxınlığına gəlib onunla görüşmüş, bir qədər söhbət etdikdən sonra o, tapdığı heroini cibindən çıxarıb Mübarizə vermiş, sonuncu da ona narkotik vasitənin əvəzinə 30 manat pul vermişdir. Bundan sonra Mübariz onunla sağollaşıb çıxıb getmişdir. O, tapdığı heroindən bir az özünə saxlamışdır ki, istifadə etsin. Bundan sonra polis işçiləri onu şəhərdə saxlayıb Polis Şöbəsinə gətirmiş, orada ondan Mübariz adlı şəxsə narkotik vasitə satdığını soruşanda, etiraf edərək Mübarizə narkotik vasitə satdığını bildirmişdir. Bundan sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Təhqiqatçı ona müdafiəçi tutmaq hüququnun olmasını izah edib Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısı ilə tanış etmiş, o da vəkillərdən Musanı seçmiş və vəkili dəvət etmişlər. Daha sonra təhqiqatçı ona, videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılacağını bildirmiş, o da etiraz etməmişdir. Əvvəlcə təhqiqatçı ondan üstündə olan əşyaları çıxarıb təqdim etməsini bildirmiş, o da əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd cib dəsmalını, sol yan cibindən bir ədəd “West” markalı siqaret qutusunu içərisindəki narkotik vasitə olan heroinlə birgə və 45 manat pul əskinaslarını çıxarıb masanın üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, üzərində aşkar edilmiş 45 manat puldan 2 ədəd 5 manatlıq pul əskinası Təqsirləndirilən şəxs2 30 manata satdığı heroinə görə sonuncunun ona verdiyi puldandır. Təhqiqatçı onun üstünü axtarmış, heç nə aşkar edilməmişdir. Təhqiqatçı ondan siqaret qutusunun içərisindəkinin nə olduğunu soruşduqda, o, təhqiqatçıya siqaret qutusunun içərisində heroin olduğunu, həmin heroini yoldan tapdığını, bir hissəsini Mübarizə satdığını, qalan hissəsini isə özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Təhqiqatçı onun, müdafiəçinin və digər iştirakçıların yanında həmin heroini, eyni zamanda 45 manat pulu ağ rəngli zərfə qoyub bağlayıb möhürləmiş, digər iştirakçılarla birlikdə o da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra protokol yazılmış, ucadan oxunmuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Nizami ilə heç bir qohumluğu və düşmənçiliyi olmayıb. Göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 Şəki şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın doğru olub-olmamasını yoxlamaq üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə rəhbərliyə rəsmi raportla müraciət etmiş, bundan sonra CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bu barədə qərar qəbul edilmiş və şöbə rəhbərliyi tərəfindən qərar təsdiq edilmişdir. Daha sonra həmin tarixdə CAB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə Təqsirləndirilən şəxs1 Şəki şəhəri Bağbanlar küçəsində yerləşən Texnologiya texnikumunun inzibati binasının aşağı hissəsində saxlanılaraq Şəki ŞRPŞ-nə gətirmişlər və bu barədə də Şöbə rəisinə raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi ilə təmin edildikdən sonra narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması ilə bağlı təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra onun üzərində videoçəkilişlə onların, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış aparılarkən videoçəkiliş aparıldığı, iştirakçıların, müdafiəçinin və Təqsirləndirilən şəxs1 videoçəkilişə etirazları olub-olmadığı soruşulmuş, videoçəkilişə etirazın olunmadığı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, iştirakçıların hər birinə hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynindəki tünd göy-qaralı şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, sağ yan iç cibindən isə bir ədəd qara rəngli bükülünü çıxararaq masanının üzərinə qoymuş, ona üzərində başqa hər hansı bir təqdim etmədiyi əşya olub-olmaması barədə sual edildikdə "xeyir" deyərək cavab vermişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmış, lakin onun üzərindən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş əşyaları bir-bir təqdim etməsi təklif olunmuş, o da qara rəngli bükülünü göstərərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükülünün içərisi açılmış və onun içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli bükülüdə olan narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlənin nə olduğunu soruşulduqda həmin predmetin narkotik olduğunu, nə üçün üzərində saxladığını soruşduqda özünün istifadə etməsi üçün üzərində saxladığını, xx xxxx 2020-ci il tarixdə Şəki şəhəri, Qışlaq adlanan ərazidən Mübariz adlı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Bir daha Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəyə bənzər qara rəngli bükülüdə olan qəhvəyi kütlənin nə olduğu soruşulmuş, belə ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli bükülünün içərisində olan narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütləni hansı şəraitdə əldə etməsi ilə bağlı sual-cavab aparılmış və sual-cavab zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, özü narkotik vasitə istifadə edəndir və narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə Şəki şəhəri, Qışlaq adlanan ərazidə Mübariz adlı şəxsdən 15 manat müqabilində almışdır. Həmin 15 manat pulu 2 ədəd 5 manatlıq pul əskinazı 5 ədədini isə hər biri bir manatlıq formada vermişdir. Həmin narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütləni üzərində saxlamaqda məqsədi özünün istifadə etməsi olmuşdur. Göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən hər-hansı formada fiziki və yaxud psixi təsir göstərilməmişdir. Bundan sonra həmin narkotik vasitəyə bənzər qara rəngli bükülüdə olan qəhvəyi rəngli kütlə narkotik vasitə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən, ekspertiza tədqiqatına göndərilməsi üçün ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra həmin qara rəngli bükülü içərisində olan narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə ilə birlikdə zərfə qoyulmuş, zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənmiş, bundan sonra Təqsirləndirilən şəxs1 mobil telefonu göstərərək, ona məxsus mobil telefon olduğunu bildirmişdir. Həmin zaman qeyd olunan “Nokia” markalı mobil telefon zərfə qoyulmuş, zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənmişdir. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmiş, baxış zamanı videoçəkiliş köçürülmüş 1 ədəd “DVD” markalı disk protokola əlavə edilmiş, ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 da protokolun tərtibi ilə bağlı etiraz və vəsatəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 eyni məzmunda ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla heç bir qohumluğu və düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-nin TB-nin sabiq təhqiqatçısı, polis mayoru Aqil Cəfərovun raportu icraatına daxil olmuş, raportda göstərilmişdir ki, xx xxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə gəzdirməsində şübhəli bilindiyi üçün həmin şəxs Şəki ŞRPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmçinin narkotik vasitəyə bənzər kütləni xx.xx.2020-ci il tarixdə Şəki şəhərində Mübariz adlı şəxsdən aldığını bildirmişdir. Həmçinin raportda Mübariz adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi və Şəki ŞRPŞ-nin TBnə gətirilərək təqdim olunmasının vacibliyi göstərilmişdir. Raportun icrası ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirmiş və məüəyyən olunmuşdur ki, Mübariz adlı şəxs, ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyən Şahid6 ilə birlikdə Şəki şəhərində saxlanılaraq Şəki ŞRPŞnə gətirilib təhqiqatçı Aqil Cəfərovun təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutmuş, daha sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq iştirakçılara videoçəkilişə etirazları olub-olmadığı soruşulmuş, o, polis nəfəri Şahid6, Təqsirləndirilən şəxs2 və müdafiəçisi videoçəkilişə etirazımızın olmadığını bildirmişlər. Bundan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs2, eləcə də iştirakçıların hər birinə hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları çıxarıb masanın üstünə qoyması təklif olunmuş, Təqsirləndirilən şəxs2 da əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu, sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərini axtarmış, lakin heç nə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs2 stolun üstünə qoyduğu kibrit qutusunu açıb içərisində olan qırmızı rəngli sellofan bükülünü və gümüşü rəngli bükülünü çıxarıb masanın üstünə qoyaraq hər ikisinin içərsində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Qışlaq deyilən ərazidə Rövşən adlı şəxsdən aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən aparılan sual-cavab zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, “Rövşən” adlı şəxsi tanıyır, üzərindən aşkar edilmiş narkotik vasitəni sonuncudan 30 manata almış, həmin pul əskinazları 6 ədəd 5 manatlıq olmuş, həmin bükülü bir ədəd olmuş, sonradan öz istifadə etməsi üçün bükülüləri ayırmışdır, aldığı narkotik vasitənin üstündən bir qədər götürüb kiçik bükümdə hissəsini Nizami adlı şəxsə xx xxxx 2020-ci il tarixdə Qışlaq deyilən ərazidə 15 manata satmışdır. Həmin vaxt Nizami ona 2 ədəd 5 manatlıq, 5 ədəd isə 1 manatlıq olmaqla cəmi 15 manat pul vermişdir. Həmin pula evinə ərzaq almış, siqaret və mobil telefonuna kontur almışdır. Nizami və Rövşən ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq görüşmüş, Rövşəndən narkotik vasitə alan zaman və Nizamiyə narkotik vasitə satan zaman yanlarında heç kim olmamışdır. Daha sonra üstündən aşkar olunmuş narkotik vasitə təhqiqatçı tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlə möhürlənmiş, zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sonda videoçəkiliş dayandırılmış, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. Daha sonra isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB-nin sahənin polis nəfəri vəzifəsində işləyən Şahid6 eyni məzmunda ifadə verərək Şahid5 göstərdiklərini təsdiq etmişdir. Şahid3 xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək xidməti iş yerinin dəyişdirildiyini bildirmiş və buna görə də ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, onunla heç bir qohumluğu və düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-nin TB-nin sabiq təhqiqatçısı, polis mayoru Aqil Cəfərovun raportu icraatına daxil olmuşdur. Raportda göstərilmişdir ki, xx xxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə gəzdirməsində şübhəli bilindiyi üçün həmin şəxs Şəki ŞRPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtraış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmçinin narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütləni xx.xx.2020-ci il tarixdə Şəki şəhərində Mübariz adlı şəxsdən aldığını bildirmişdir. Raportda Mübariz adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi və Şəki ŞRPŞ-nin TB-nə gətirilərək təqdim olunmasının vacibliyi göstərilmişdir. Raportun icrası ilə bağlı CAB əməkdaşları tərəfindən bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmiş və xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz adlı şəxsin ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Şəki şəhərində saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilərək Şəki ŞRPŞ-ni TB-nə təhvil verilmiş və o şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış və götürmə aparılmış, həmçinin şübhəli şəxs qismində tutularaq izahatı alınmışdır. Şəxsi axtarış zamanı və izahatı alınarkən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni Rövşən adlı şəxsdən Şəki şəhərində aldığını bildirmişdir. Raportda Rövşən adlı şəxsin şəxsiyyətinin, olduğu yerin müəyyən edilməsi və Şəki ŞRPŞnin TB-nə gətirilərək təqdim olunmasının vacibliyi göstərilmişdir. Raportun icrası ilə bağlı onun tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən adlı şəxsin, ünvan 6 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs3 olması müəyyən olunmuşdur. O, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyən Şahid4 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 Şəki şəhərində saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilərək Təhqiqat Bölməsinə təhvil verilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs3 müdafiəçi ilə təmin etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması ilə bağlı şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı Rövşənə üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılacağını bildirmiş, Rövşən də etiraz etməmişdir. Təhqiqatçı Rövşəndən üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Rövşən əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd dəsmalı, sol yan cibindən bir ədəd siqaret qutusunu, pul əskinaslarını, təqdim edərək stolun üzərinə qoyaraq, üzərində başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparsa da heç nə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 ayağında bir ədəd braslet aşkar edilmişdir. R.Vahabov Şəki rayon məhkəməsi tərəfindən, azadlığın məhdudlaşdırılması ilə bağlı verilmiş hökmün icrası zərurəti ilə bağlı həmin brasletin onun ayağına bağlandığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 özü çıxarıb təqdim etdiyi bir ədəd cib dəsmalını göstərərək ona məxsus olduğunu, 45 manat pulu göstərərək, ona məxsus olduğunu, alverdən həmin pulu əldə etdiyini, eyni zamanda həmin puldan 10 manatını Mübariz adlı tanışına narkotik vasitə satan zaman əldə etdiyini bildirmişdir. Həmin pullar iş üçün əhəmiyyət daşıdığından zərfə qoyularaq 53 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra siqaret qutusunu göstərərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisi açılmış və içərisində qırmızı sellofan bükülü olduğu müəyyən edilmişdir. Həmin sellofan bükülünün içərisində gümüşü bükülü onun da içərisində də narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi gümüşü rəngli bükülüdə olan narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlənin nə olduğunu soruşduqda, Rövşən həmin maddənin narkotik olduğunu bildirmişdir. Təhqiqatçı ondan, narkotik vasitəni nə üçün üzərində saxladığını soruşduqda, Rövşən, narkotik vasitəni özü istifadə etməsi üçün üzərində saxladığını, 6-7 ay əvvəl bazar ərazidən tapdığını, Mübariz adlı şəxsə bu barədə bildirdiyini, 2 gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə Mübariz ona zəng edib həmin kütlədən istədiyini, buna görə də Şəki şəhəri, Qışlaq adlanan ərazidə 30 manat müqabilində Mübariz adlı şəxsə həmin narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütləni satdığını bildirmişdir. Təhqiqatçı tərəfindən sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, «özü narkotik vasitə istifadəçidir. 6-7 ay əvvəl bazar ərazisindən tapdığı narkotik vasitənin bir hissəsini xx.xx.2020-ci il tarixdə 30 manat müqabilində tanışı Mübarizə adlı şəxsə satmışdır. Mübariz adlı şəxs ona 6 ədəd 5 manatlıq olmaqla cəmi 30 manat pul vermişdir, üzərində olan 45 manat pulun 10 manatı Mübariz verən pul olmuşdur. Üstündən aşkar olunmuş narkotik vasitəni isə özü istifadə etmək üçün üstündə saxlamışdır». Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütləni ağ rəngli zərfə qoyaraq ağzını bağlayıb 53 nömrəli möhür ilə möhürləmişdir. Hər iki zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Daha sonra videoçəkiliş dayandırılaraq hər bir iştirakçıya nümayiş etdirilmiş, iştirakçılar tərəfindən heç bir şikayət və etiraz daxil olmamışdır. Sonda isə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyən Şahid4 eyni məzmunda ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etmişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Nokia» markalı mobil telefon, sağ ön kiçik cibindən bir ədəd qara rəngli kağız bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs1 həmin bükülüdə olan maddənin narkotik vasitə olduğunu və tanışı Təqsirləndirilən şəxs2 15 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokolda göstərilmişdir ki, xx xxxx 2020-ci il tarixdə gecə Şəki Şəhər- Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd mobil telefon, sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində bir ədəd qırmızı rəngli sellofon bükümdə və bir ədəd gümüşü rəngdə kağız bükümdə narkotik vasitə heroinə oxşar maddələr aşkar edilərək qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs2 həmin bükülüdə olan maddələrin narkotik vasitə heroin olduğunu və tanışı Təqsirləndirilən şəxs3 30 manata özü istifadə etmək üçün aldığını, bir qədər özü istifadə etdiyini, sonradan tanışı Təqsirləndirilən şəxs1 ondan narkotik vasitə istədikdə əldə etdiyi narkotik vasitənin bir hissəsini 15 manata sonuncuya satdığını, üstündən aşkar olunmuş narkotik vasitəni isə özü istifadə etmək üçün saxladığını bildirmişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs3 üstünə şəxsi axtarış aparılan zaman onun əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd cib dəsmalı, sol yan cibindən 45 (qırx beş) manat pul, bir ədəd siqaret qutusunın içərisində gümüşü rəngli bükülünün içərisində narotik vasitə heroinə bənzər maddə aşkar olunmuş, 45 manat pul və narkotik vasitəyə bənzər maddə ayrı-ayrılıqda qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 həmin bükülüdə olan maddənin narkotik vasitə heroin olduğunu, narkotik vasitəni 6-7 ay əvvəl bazar adlanan ərazidən tapdığını, bir hissəsini tanışı Təqsirləndirilən şəxs2 30 manata satdığını, üstündən aşkar olunmuş narkotik vasitəni isə özü istifadə etmək üçün saxladığını, həmçinin Mübarizə Məmmədovdan aldığı pulun 10 manatı üstündən aşkar olunduğunu bildirmişdir. İşdə olan cinayət işi üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2020-ci il tarixli 17/393 nömrəli ekspetiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Vət. Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş... kütlə....» sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,220 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş... kütlə....» sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusundakı, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkiləri – 0,158 qram və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,033 qram, ümumi təmiz çəkisi – 0,191 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. -Tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilib götürülmüş kütlə....» sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd siqaret qutusundakı, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkiləri – 0,287 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim olunmuş, 3 (üç) ədəd zərfin içərisində olan heroinlər tərkiblərinə görə eynidirlər. Heroinlərin ümumi təmiz çəkisi – 0.696 qr., 0.160 qr tədqiqata sərf edilmiş, 0.538 qram qalıq qalmışdır. İşdə olan Şəki MRX-nın Narkoloji şöbəsinin xx.xx.2020-ci il tarixli 276A, 277 və 278 tarixli «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə» protokollarından görünür ki, müayinə olunan zaman həmin tarixdə Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edilməsi faktı aşkar olunmamışdır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə narkotik vasitə qəbulu faktı, yəni opoidlərin qəbulu faktı aşkar olunmuşdur. İşdə olan xx xxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Araz Vəlizadə tərəfindən Təqsirləndirilən şəxs3 üstünə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 2 ədəd, C29173075 seriya nömrəli 5 manatlıq və C27052316 seriya nömrəli 5 manatlıq pul əskinasları öz xüsusiyyətlərinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Maddi sübut kimi tanınmış 2 ədəd, C29173075 seriya nömrəli 5 manatlıq və C27052316 seriya nömrəli 5 manatlıq pul əskinasları Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş digər 35 manat pul əskinazları ilə birgə təqsirləndirilən şəxslər cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanılması üçün Şəki ŞRPŞ-nin Maliyyə Hissəsinə təhvil verilmişdir. İşdə olan Təqsirləndirilən şəxs1 “Nokia” markalı mobil telefona xx xxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, həmin telefonda kirill qrafikalı əlifba ilə “Prinyatıye soobsheniya“, yəni mobil telefona daxil olan mesajlar sözləri yazılmış panelə daxil olduqda Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 14:15 və 15:04-də cavab verilməyən, buraxılmış zənglərin olduğu müəyyən edilmişdir. ***-***-**-** mobil nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 14:23-də, ***-***-**-** mobil nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 16:52-də və 18:22də buraxılmış zənglər müəyyən edilmişdir. Daha sonra ekranda olan “zvonki”, yəni zənglər panelinə daxil olunmuş, burada gələn zənglərdə Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 14:15 və 15:04də cavab verilməyən, buraxılmış zənglərin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş iş üçün əhəmiyyətli xüsusatlar protokola qeyd edilmişdir. İşdə olan Təqsirləndirilən şəxs2 “Bilayn” markalı mobil telefona xx xxxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, telefona baxış zamanı zənglərin olduğu, kirill qrafikalı əlifba ilə yazılmış “isxodyashiye vizovi”, yəni mobil telefondan gedən zənglər panelinə daxil olundu. Burada olan mobil nömrələrə baxış keçirilərkən xx.xx.2020-ci il tarixdə saat 11:05-də Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsi ilə 28 saniyə danışıq, saat 14:58-də Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə getmiş zəng olduğu müəyyən edildi. Daha sonra “vxodyashiye vizovi”, yəni gələn zənglər panelinə daxil olundu. Burada Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 15:03-də daxil olmuş 00:15 saniyə müddətində, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan xx.xx.2020-ci il tarixdə saat 12:28-də daxil olmuş və 00:03 saniyə müddətində telefon danışıqlarının olduğu müəyyən edilmişdir. İşdə olan Şəki Rayonu üzrə icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 1053/10 nömrəli məktubda qeyd olunmuşdur ki, Şəki rayon məhkəməsinin 1(075)- 61/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 11 (on bir) ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2018-ci il tarixdə Şəki rayonu üzrə icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasının əvvəli xx.xx.2018ci il tarixdən hesablanmış və onun cəzası xx.xx.2020-ci il tarixdə başa çatır. Eyni zamanda Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş və o, həmin tarixdə nəzarət subyekti kimi «Şans» elektron monitorinq sistemində qeydiyyata alınmışdır. - Şəki rayon məhkəməsinin 1(075)-62/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2019-cu il tarixdə Şəki rayonu üzrə icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmış və onun cəzası xx.xx.2021-ci il tarixdə başa çatır. Eyni zamanda Rövşən Vahabova xx.xx.2020-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş və o, həmin tarixdə nəzarət subyekti kimi «Şans» elektron monitorinq sistemində qeydiyyata alınmışdır. İşdə olan Şəki Rayonu üzrə icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 1500/10 nömrəli məktubda qeyd olunmuşdur ki, Şəki Rayon Məhkəməsinin 1(075)-61/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş xx xxxxxxxx 2018-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzasının əvvəli xx xxxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Məhkumun cəzası xx xxxxxxx 2020-ci il tarixində başa çatır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(075)-64/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxxxx 2020-ci il tarixədək xxxx qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş xxxxin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Şəki Rayon Məhkəməsinin 1 (075)-61/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx xxxxxxx 2020-ci il tarixədək çəkilməmiş qalan hissəsi 4 (dörd) ay 17 (on ) gündür. Məhkumun qeydiyyata alındığı tarixdən xx xxxxxxx 2018-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 1 (bir) il 8 (səkkiz) ay 9 (doqquz) gününü çəkmişdir. İşdə olan Şəki Rayonu üzrə icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 1499/10 nömrəli məktubda qeyd olunmuşdur ki, Şəki Rayon Məhkəməsinin 1(075)-65/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş xx xxxx 2020-ci il tarixdə Şəki Rayonu üzrə icra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzasının əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkumun cəzası xx xxxxxxxx 2021-ci il tarixində başa çatır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(075)-62/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində 3 (üç) ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxxxx 2020-ci il tarixədək xxxx qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş xxxxin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Şəki Rayon Məhkəməsinin 1(075)-62/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx xxxxxxxx 2021-ci il tarixədək çəkilməmiş qalan hissəsi 1 (bir) il 3 (üç) ay 12 (on iki) gündür. Məhkumun qeydiyyata alındığı xx xxxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 8 (səkkiz) ay 14 (on dörd) gününü çəkmişdir. İşdə olan telefon danışıqlarına baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi, həmçinin Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi arasında xx xxx 2020-cu il tarixdən başlayaraq xx xxxx 2020-ci il tarixədək müddətlərdə arasında müxtəlif vaxtlarda danışıqlar və mesajlaşmalar olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***- **-** mobil nömrə Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 193 A, mənzil 16-da qeydiyyatda olan X4 məxsusdur.Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ünvan 6-də qeydiyyatda olan X5 məxsusdur. Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi Şəki şəhəri F.Sadıqov küçəsi ev 1-də qeydiyyatda olan X1 məxsusdur. Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə gələn mesajlardan ***- ***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs3 istifadə etdiyi mobil nömrə olduğu və Təqsirləndirilən şəxs3 ona xx.xx.2020-ci il tarixdə saat 03:10:11, 03:10:33 və 09:43: 14-də “saat 11 kimi zəng vur.tez duragam” sözlərini yazdığı müəyyən olundu. Bundan sonra Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən xx xxx 2020-cu il tarixdən başlayaraq xx xxxx 2020-ci il tarixədək müddətlərdə gedən mesajlara baxıldı. Müəyyən olundu ki, həmin müddətlərdə onun mobil nömrəsindən Təqsirləndirilən şəxs3 ***-***-**-** nömrəli mobil telefona müxtəlif vaxtlarda kirill qrafikalı əlifba ilə mesajlar yazdığı müəyyən olundu. ***-***-**-** nömrəli Təqsirləndirilən şəxs3 mobil nömrəsinə Təqsirləndirilən şəxs2 xx-xx-2020-ci il tarixdə saat 19:43:20-də kirill qrafikalı əlifba ilə mesaj yazaraq “Qaqaş sağalmısan.Necesen.”, xx-xx-2020-də saat 13:01:24-də “Roşka nə var, nə yox”, xx-xx-2020-də saat 22:04:39-da mesaj yazaraq “Roşka təkəri sabax inşallax götürəcəm. Saxla yaxşı qaqaş???”, xx-xx-2020-də saat 23:28:42-də “Roşka gəlmirsən???”, xx-xx-2020-də saat 18:19:05-də “ Roşka necesen aç tel sözüm var” mesajlarını yazdığı müəyyən olundu. Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən xx xxx 2020-cu il tarixdən başlayaraq xx xxxx 2020-ci il tarixədək müddətlərdə gədən mesajlardan ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs2 məxsus olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 mobil nömrəsinə xx-xx-2020-ci il tarixdə saat 19:43:20-də kirill qrafikalı əlifba ilə mesaj yazaraq “Qaqaş sağalmısan.Necesen.”, xx-xx-2020-də saat 13:01:24-də “Roşka nə var, nə yox”, xx-xx-2020-də saat 22:04:39-da mesaj yazaraq “Roşka təkəri sabax inşallax götürəcəm. Saxla yaxşı qaqaş???”, xx-xx-2020-də saat 23:28:42-də “Roşka gəlmirsən???”, xx-xx- 2020-də saat 18:19:05-də “ Roşka necesen aç tel sözüm var” mesajlarını yazdığı müəyyən olundu.Daxil olmuş diskdə zənglərin detallaşması fayllarına daxil olundu. Burada Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefonlar arasında, həmçinin Təqsirləndirilən şəxs2 məxsus ***- ***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi arasında müxtəlif vaxtlarda, xüsusən də xx.xx.2020-ci il tarixdə olmaqla dəfələrlə telefon danışıqlarının olduğu, onların xx.xx.2020-ci il tarixdə narkotik vasitə olan heroinin alqısatqısını edərkən olduqları yerin anten dairələrinin ifadələrində göstərdikləri əraziyə uyğun olduğu müəyyən olundu. Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2020-ci il tarixdə saat 11:05-də 28 saniyə danışmışdır. Saat 14:58-də Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsindən zəng daxil olmuşdur. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 arasında xx.xx.2020-ci il tarixdə saat 15:03-də 00:15 saniyə müddətində, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında xx.xx.2020-ci il tarixdə saat 12:28-də 00:03 saniyə müddətində telefon danışıqlarının olduğu müəyyən edildi. Baxış zamanı protokol tərtib edildikdən sonra «xxxxxxxx» MMC-dən xx xxxxxx 2020-ci il tarixdə BKC/LGL-15231/20 nömrəli məktubla daxil olmuş CD diski cinayət işinə əlavə edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli 703 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli 705 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli 640 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Şəki Rayonlararası Psixiatriya xəstəxanasının xx.xx.2020-ci il tarixli 404 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada qeydiyyatda yoxdurlar. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X10 Bölmələrinin İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1904 saylı arayışdan görünür ki, ünvan 7 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2002ci il tarixdən “Çətənə qəbulu” diaqnozu ilə, ünvan 8 ünvanında pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən “Opoidlərin qəbulu” diaqnozu ilə, ünvan 9 ünvanında pasport qeydiyyatında olan və yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 xx.xx.1999-cu il tarixdən “Çətənə qəbulu” diaqnozu ilə “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatdadırlar. İşdə olan Şəki şəhər Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də ünvan 10 mənzil 42 ünvanda qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəki şəhər «Topqarağac» məhəllə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətəndə ünvan 11 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəki şəhər «Dağ dibi» məhəllə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətəndə ünvan 13 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, himayəsində iki az yaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 1 (bir) il, 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa çıxmış, məhkumluğu ödənilməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə 1 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs3 ifadəsi ilə Təqsirləndirilən şəxs2 ifadələri arasında ziddiyyətlər olduğundan onlar xx xxxxxxxx 2020-ci il tarixdə üzləşdirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini xx xxxx 2020-ci il tarixdə Şəki şəhəri S.Rəhman küçəsində olan “Loğman” aptekinin yaxınlığında saat 15 radələrində 30 manata ona satdığını Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha demiş, Təqsirləndirilən şəxs3 da narkotik vasitə olan heroini həqiqətən də xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 30 manata satdığını bildirmişdir İşdə olan xx xxxx 2020-ci il tarixli 0246 saylı qərardan və həmin tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx xxxx 2020-ci il tarixli 0250 saylı qərardan və həmin tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 22:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx xxxx 2020-ci il tarixli 0253 saylı qərardan və həmin tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə saat 03:55-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan AZ-İİ 589032 və AZ-İİ 055021 saylı doğum şəhadətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2008-ci və xx.xx.2010-cu il tarixdə anadan olmuş Aydan və Polad adlarında iki azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclasında “ibtidai istintaqda narkotik vasitənin təsiri altında olduğundan heroini Mübarizdən 15 manata aldığını bildirməsini”, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini CM-nin 234.2-ci maddəsi üzrə təqsirli bilmədikləri ilə bağlı verdikləri ifadələrini, həmin ifadələrin özlərinin ibtidai istintaqda vermiş olduqları ifadələrlə, şahidlərin ifadələri, götürmə və baxış keçirilməsi haqqında protokolları, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər sübutlarla təkzib olunduğunu nəzərə alaraq, təqsirləndirilən şəxslərin bu ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiyməitləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu cür ifadə verməklə, törətmiş olduğu cinayət əməlinə görə məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri onların özlərinin məhkəmə iclasında qismən etiraf ifadələri, şahidlərin ifadələri, götürmə və baxış keçirilməsi haqqında protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və işdə olan digər mötəbər istintaq sənədləri ilə tam sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinin, Təqsirləndirilən şəxs1 əməlində isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onlar cinayət törətməkdə təqsirlidirlər və buna görə də onlara Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əssən Heroinin yuxarı həddi 0.15 qram, küllü miqdarı isə 2 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinin miqdarı 0,220 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş heroinin miqdarı cəmi 0,191 qram, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilib götürülmüş heroinin miqdarı isə 0,287 qram olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxslərin üzərindən ayrı-ayrılıqda aşkar edilərək götürülmüş heroinin miqdarı Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən, onun əməlində cinayətin residivinin olmasını isə Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa çıxmış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Ona təyin ediləcək qəti cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun artıq “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki az yaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 CM-nin Azərbaycan Respublikası 234.1 və 234.2-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən həmçinin ona Şəki rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkməməsini də nəzərə almalıdır. Ona təyin ediləcək cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki az yaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin Azərbaycan Respublikası 234.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən həmçinin ona Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 1 (bir) il, 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməməsini də nəzərə almalıdır. Ona təyin ediləcək cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun artıq “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respubliksı CİM-nin 51-2.2-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş xxxxin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Qanunun bu müddəasından çıxış edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində xxxx qətimkan tədbiri xx xxxx 2020-ci, Təqsirləndirilən şəxs1 barəsində isə xx xxxx 2020-ci il tarixdə seçildiyindən barələrində olan qətimkan tədbiri kimi seçilmiş xxxxin müddəti azadlığın məhdudlaşdırılması cəzasının icrası müddətinə hesablanmamalıdır. Yəni Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində olan azadlığın məhdudlaşdırılması cəzaları CM-nin 68.1.1-1-ci maddəsinə əsasən onların şübhəli şəxs qismində tutulduğu tarixinədək çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs3 Şəki rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixinədək çəkilməmiş qalan 7 (yeddi) ay 21 (iyirmi bir) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablandıqda aydın olur ki, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) ay 25 (iyirmi beş) gün 12 (on iki) saata bərabər olur. Həmçinin Təqsirləndirilən şəxs1 Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixinədək çəkilməmiş qalan 3 (üç) ay 17 (on yeddi) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablandıqda aydın olur ki, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) ay 23 (iyirmi üç) gün 12 (on iki) saata bərabər olur. CM-nin 69.1-ci maddəsində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər. Göründüyü kimi Şəki rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs3 təyin edilmiş islah işləri cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə cəza riyazi olaraq 3 (üç) ay 25 (iyirmi beş) gün 12 (on iki) saata,Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmişislah işləri cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə isə cəza riyazi olaraq 1 (bir) ay 23 (iyirmi üç) gün 12 (on iki) saata bərabər olur. CM-nin 69.1 və 69.2-ci maddələrinin tələbləri baxımından isə azadlıqdan məhrum etmə cəzasının növünün dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətləri illər, aylar və yaxud da günlərlə hesablana bilər. Belə olduqda məhkəmə hesab edir ki, hazırkı hökmlə Təqsirləndirilən şəxs3 əvəz edilməklə üzərində saxlanılan 3 (üç) ay 25 (iyirmi beş) gün 12 (on iki) saat və Təqsirləndirilən şəxs1 üzərində saxlanılan 1 (bir) ay 23 (iyirmi üç) gün 12 (on iki) saatazadlıqdan məhrumetmə cəzalarının 12 saatı təqsirləndirilən şəxslərin xeyrinə hesablanmaqla onların xeyrinə şərh edilməli, Təqsirləndirilən şəxs3 üzərində yalnız 3 (üç) ay 25 (iyirmi beş) gün və Təqsirləndirilən şəxs1 üzərində isə 1 (bir) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanmış hesab edilməlidir. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,17 qram, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,108 qram və 0,023 qram, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,237 qram, 03 ədəd zərfin içərisində ekspertiza tədqiqatından sonra ümumi xalis çəkisi 0,538 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlər CPM-nin 132.01-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş “Nokia” markalı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş “Bilayn” markalı mobil telefonlar onların özlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs3 üstündən aşkar olunaraq götürülmüş 10 manat, yəni 2 ədəd 5 manatlıq C29173075 seriya nömrəli və C27052316 seriya nömrəli pul əskinasları CPM-nin 132.0.4-cü maddəsinə əsasən dövlət nəfinə keçirilməlidir. 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərcinin 24.32 manatı Təqsirləndirilən şəxs1, 24.31 manatı Təqsirləndirilən şəxs3 və 24.31 manatı isə Təqsirləndirilən şəxs2 alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək on bir ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixinədək çəkilməmiş qalan 3 (üç) ay 17 (on yeddi) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla, cəmi 1 (bir) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən birləşdirilməklə onun üzərində qəti olaraq bir il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və xxxxdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirli bilinərək üç il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə uyğun olaraq təyin edilən cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq dörd ilaltı ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş xxxx qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və xxxxdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx xxxx 2020-ci il il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə uyğun olaraq CMnin 234.1 və 234.2-ci maddələri ilə təyin edilən cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq üç il dörd ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Şəki rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixinədək çəkilməmiş qalan 7 (yeddi) ay 21 (iyirmi bir) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla, cəmi 3 (üç) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzalar qismən birləşdirilməklə onun üzərində qəti olaraq üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş xxxx qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və xxxxdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx xxxx 2020-ci il il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs3 “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,17 qram, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,108 qram və 0,023 qram, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,237 qram, 03 ədəd zərfin içərisində ekspertiza tədqiqatından sonra ümumi xalis çəkisi 0,538 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlər CPM-nin 132.01-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş “Nokia” markalı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş “Bilayn” markalı mobil telefonlar onların özlərinə qaytarılsın. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs3 üstündən aşkar olunaraq götürülmüş 10 manat, yəni 2 ədəd 5 manatlıq C29173075 seriya nömrəli və C27052316 seriya nömrəli pul əskinasları CPM-nin 132.0.4-cü maddəsinə əsasən dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərcinin 24.32 manatı Təqsirləndirilən şəxs1, 24.31 manatı Təqsirləndirilən şəxs3 və 24.31 manatı isə Təqsirləndirilən şəxs2 alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar