Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-65/2023 23.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirаkları ilə xx xxxx 2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmü ilə 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə xx xxx 2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3sində polisin nəzarəti altına vermə qətimkan təqbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq və qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, o, tanışı və dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında birləşərək, qəsdən 02 fevral 2023-cü il tarixdə, saat 19:30 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində, Şəki mərkəzi bazarının içərisində yerləşən, ictimai yer hesab edilən və iaşə obyekti olan «Fontan» kafesində orada işləyən və istirahət edən şəxslərin çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, Zərərçəkmiş şəxs ona «ə» deyərək müraciət etməsini cüzi səbəb kimi bəhanə edərək, «mənə atam ad qoyub, mənə heç kim belə müraciət edə bilməz» deyə irad bildirərək heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan kafedə işləyən və istirahət edən şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 15 dəqiqə ərzində ucadan nalayiq ifadələr işlətməklə və nalayiq söyüşlər söyərək Təqsirləndirilən şəxs2 ilə birgə hər ikisi Zərərçəkmiş şəxs baş və sifət nahiyələrinə çoxsaylı yumruq zərbələri ilə vuraraq sonuncuya heç bir əsaslı səbəb olmadan, qəsdən, xuliqanlıq niyyəti ilə sol tərəfdə əng sümüyündə-sol maksilyar sinusun ön sümük divarında basılmışfraqmentli sınıq, arxa sümük divarında basılmış xətti sınıq, sol almacıq sümüyü temporal çıxıntısında və ziqomatikotemporal qövsdə basılmış fraqmentli sınıq, frontal çıxıntısında (sol göz yuvasının lateral sümük divarı) basılmış sınıq, çənə sümüyü sol koronoid çıxıntısında yerdəyişməmiş xətti sınıq, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz almasının ağlı qişasına qansızma kimi zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən qərəzli xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondаn ötrü ki, o, qəsdən, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq və qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, o, tanışı və dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında birləşərək, qəsdən 02 fevral 2023-cü il tarixdə, saat 19:30 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində, Şəki mərkəzi bazarının içərisində yerləşən, ictimai yer hesab edilən və iaşə obyekti olan «Fontan» kafesində orada işləyən və istirahət edən şəxslərin çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, Zərərçəkmiş şəxs dostu Təqsirləndirilən şəxs1 «ə» deyərək müraciət etməsini cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan kafedə işləyən və istirahət edən şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 15 dəqiqə ərzində ucadan nalayiq ifadələr işlətməklə və nalayiq söyüşlər söyərək Təqsirləndirilən şəxs1 ilə birgə hər ikisi Zərərçəkmiş şəxs baş və sifət nahiyələrinə çoxsaylı yumruq zərbələri ilə vuraraq sonuncuya heç bir əsaslı səbəb olmadan, qəsdən, xuliqanlıq niyyəti ilə sol tərəfdə əng sümüyündə-sol maksilyar sinusun ön sümük divarında basılmış-fraqmentli sınıq, arxa sümük divarında basılmış xətti sınıq, sol almacıq sümüyü temporal çıxıntısında və ziqomatikotemporal qövsdə basılmış fraqmentli sınıq, frontal çıxıntısında (sol göz yuvasının lateral sümük divarı) basılmış sınıq, çənə sümüyü sol koronoid çıxıntısında yerdəyişməmiş xətti sınıq, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz almasının ağlı qişasına qansızma kimi zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən qərəzli xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək və özünü qismən təqsirli bilərək ifаdəsində göstərmişdir ki, Şəki şəhərində icarəyə götürdüyü idman zalında kikboks idman sahəsi üzrə 15-20 azyaşlı uşaqlara dərs keçib dolanışıq əldə edir. Həmin idman sahəsində iki qat dünya kuboku, iki qat beynalxalq turnirin qalibi, dörd qat Azərbaycan qalibi, səkkiz qat Azərbaycan turnirləri qalibi kimi naliyyətlər əldə etmişdir. xx.xx.2023-cü il tarixdə küçədə dostu Təqsirləndirilən şəxs2 ilə qarşılaşmış, söhbət zamanı Fərid ona qohumu Naim ilə aralarında mübahisə olduğunu və onunla görüşməyə getdiyini bildirmiş, Fəridə dayısı oğlu Naim ilə barışmalı olduğunu, bu məqsədlə Naim ilə çay içib söhbət etmək lazım gəldiyini, özünün də onunla birlikdə getmək istədiyini bildirmiş, Naim də onunla razılaşmış, onunla getməsinə etiraz etməmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 Naimdən zəng gəlmiş və telefon danışığı zamanı Naimlə Bank of Baku ASC-nin qarşısında görüşməklə bağlı razılığa gəlmişlər. Sonra Fəridlə birlikdə Bank of Baku ASC-nin yaxınlığına gedib, orada bir qədər gözlədikdən sonra Naim Zərərçəkmiş şəxs idarə etdiyi Naz-lifan markalı avtomobil ilə həmin yerə gəlmişdir. Onlar avtomobilə yaxınlaşıb Naim və Əbdürrəhim ilə görüşmüşlər və Naimin təklifi ilə çay içib söhbət etmək üçün avtomobilə əyləşmişlər.Əbdürrəhim avtomobili sürüb onlarla birlikdə Şəki şəhəri S.Mümtaz küçəsi istiqamətində hərəkət edib, həmin küçədə yerləşən X10 məntəqəsinin yanına çatıb oradan sağa dönərək yaxınlıqdakı Salıncaq meşəsi istiqamətində bir az hərəkət etdikdən sonra Əbdürrəhim avtomobili saxlamışdır. Naimin təklifi ilə Fərid avtomobildən enib Naimlə birlikdə onlardan bir qədər kənarlaşıb söhbət etməyə başlamışlar. O, isə Əbdürrəhim ilə birlikdə avtomobilin yanında dayanıb onları gözləmişlər. Fərid ilə Naim söhbət edərkən onların danışığı eşidilmişdir. Əbdürrəhim ona Naimgilin söhbətinə qulaq asma əəə demişdir. Bir qədər sonra onlar avtomobilə əyləşib gedərkən öz aralarında söhbət etmişlər, söhbət zamanı Əbdürrəhim ona əəə, bunu belə etmə, əəə bunu elə demə sözlər işlədərək onu lağa qoyub gülməyə başlamışdır. O, dayı dediyi Etibar adlı şəxsə zəng edib danışmış, sonra telefonu Zərərçəkmiş şəxs vermiş, həmin vaxt Naim telefonu ondan alıb danışmağa başlamışdır. Yol boyu Əbdürrəhim ona “ə” deyə müraciət edərək, “Peşman olacağınız hərəktələr etməyin” və başqa bu kimi sözlər deyib gülərək onları ələ salmağa başlamışdır. Əbdürrəhimin etdiyi hərəkətlərdən əsəbiləşsə də, Əbdürrəhimin arxa tərəfindəki oturacaqda əyləşdiyinə görə və onun avtomobil idarə etməsinə görə onu vurmamış ki, məsələni kefedə aydınlaşdırsın. Fontan kafesinə çatıb, kabinetlərdən birində əyləşdikdən sonra xidmətçiyə çay gətirməsini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs evdən zəng gəldiyini deyib çıxıb getmiş, onlar kabinetdə Naim ilə qalıb söhbət etmişlər. Bir qədə sonra Əbdürrəhim gəlib kabinetə daxil olmuş, həmin şəxsə Fəridlə onu ələ salarcasına danışıb gülməsinin səbəbini soruşmuşlar, həmin şəxs onun sağ qolundan tutub, ona kafedən çıxıb küçədə söhbət etməsini təklif etdikdə, Əbdürrəhimlə küçədə camaatın içində dalaşsa polisin xəbər tuta biləcəyindən ehtiyyat etdiyindən, küçəyə çıxmamış və qəflətən Əbdürrəhimin sifətinin sol və sağ tərəfinin hər birinə bir dəfə yumruq zərbəsi endirmişdir. Əbdürrəhim zərbənin təsirindən bir qədər arxaya gedib, yerə oturmuşdur. Həmin vaxt Şahid1 dərhal Əbdürrəhimi yerdən qaldırıb kabinetdən çölə çıxarmışdır. Bu zaman Fərid də Əbdürrəhimin ardınca kabinetdən çölə çıxmış, o, isə kabinetdə qalıb onların geri qayıtmalarını gözləməmiş, lakin geri qayıtmadıqlarını görüb çölə çıxmışdır. O, kabinetdən çölə çıxarkən Fərid onun önünə gəlib sən içəri gir gəlirəm deyib onu kabinetə girməsini xahiş etmişdir. Kabinetə girdikdən bir qədər sonra kabinetin pəncərəsindən kafenin həyətinə baxdıqda, Naimin Əbdürrəhimin qoluna girib kafenin həyətindən küçəyə çıxardığını görmüşdür. Bu zaman Fərid kabinetə daxil olmuş və aralarında olan söhbət əsasında Fərid ona kafenin həyətində Əbdürrəhimi vurduğunu bildirmiş, mübahisədən sonra kabinetdə əyləşib çay içərkən Naim ilə Əbdürrəhim və bir neçə dostunun kabinetə daxil olduqlarını görmüşdür. Həmin şəxslər sakit formada gəlib onunla birlikdə əyləşib söhbət edərkən Fəridlə Əbdürrəhimdən üzür istəyib onunla barışmış, daha sonra isə onlar kafedən ayrılmışlar və evlərinə getmişlər. xx.xx.2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs onu döymələrinə görə Şəki ŞRPŞ-yə müraciət etdiyini öyrənmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30-da Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən "Fontan" kafesində kabinetdə Əbdürrəhimlə aralarında olan mübahisəyə görə yumruq zərbəsi ilə iki dəfə Əbdürrəhimin sifət nahiyyəsindən vurmuş, Fərid də kafenin çölündə Zərərçəkmiş şəxs heç nə demədən bir dəfə yumruq zərbəsi sifətindən vurmuş, həmin vaxt onların yanında Naim yanaşı mübahisə zamanı kafedə tanımadığı bir çox şəxslər olmuşdur. Mübahisəyə səbəb Əbdürrəhimin ona əəə deməsi, onları ələ salması olmuşdur. Hadisə zamanı yanlarında Əbdürrəhim, onun dostu Naim, Məhəmməd və bir neçə adını xatırlamadığı şəxslər və kafeyə çay içmək üçün gələn şəxslər olmuşdur. Əbdürrəhimi vuran vaxt kabinetə heç kim gəlməmiş, lakin onların arasında olan mübahisəyə tanımadığı şəxslə gəlmişlər, kənardan baxanlar var idi. O, zərərçəkmiş şəxsə xəsarət yetirmişdir, lakin heç bir xuliqanlıq etməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır. Qeyd olunanları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək və elаn olunmuş ittihаmdа özünü qismən təqsirli bilərək ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, onunla bir məhələdə böyümüşdür. 2022-ci ilin dekabr ayında Şahid1 ilə aralarında mübahisə yaranmışdır, Şahid1 ilə təklikdə görüşüb söhbət edib aralarında mehribançılıq yaratmaq fikirində olmuşdur. xx.xx.2023-cü il tarixdə Naimə zəng vuraraq şəhər ərazisində fəliyyət göstərən kafelərin birində görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 19 radələrində, Bank of Bakunun inzibati banası yaxınlığına gedərkən yolda dostu Təqsirləndirilən şəxs1 ilə qarşılaşmış, onu da çay içməyə dəvət etmişdir. Bank of Bakunun binası yaxınlığına gəldiklərində Şahid1 yolun kənarında Zərərçəkmiş şəxs idarə etdiyi Naz-lifan markalı avtomobildə yolun kənarında dayanıb onu gözlədiyini görmüşdür. Məhəmmədlə birlikdə avtomobilə yaxınlaşıb Naim və tanımadığı sürücü ilə salamlaşmışlar. Məhəmmədlə avtomobilə əyləşdikdən sonra sürücü avtomobili S.Mümtaz küçəsi istiqamətinə sürüb avtomobildə yanacaq olmadığını, yanacaq vurmaq üçün X10 məntəqəsinə getdiyini bildirmişdir. X10 məntəqəsinə çatmışlar, həmin vaxt sürücü Zərərçəkmiş şəxs avtomobili arxa bir xəlvət yerə sürüb Naim ilə ona gedib söhbətizi edin demişdir. Naim ilə avtomobildən düşüb kənarda dayanıb söhbət edib aralarında olam məsələni həll etmişlər. Naim Əbdürrəhimə avtomobili Fontan kafesinə sürməyi demiş, yolda olarkən avtombildə Əbdürrəhim ilə Məhəmməd arasında sözlə mübahisə olmuşdur. Məhəmməd, sürücü Əbdürrəhim və dayısı oğlu Naim ilə birlikdə Fontan kafesinə getmişlər, kafeyə daxil olarkən orada kabinetlərdən birində Şəki şəhər sakini Fariz adlı şəxsin əyləşdiyini görmüşdür. Onlar da həmin şəxslə kafedə bir yerdə əyləşmişlər, xidmətçiyə çay sifariş vermişlər. X2 avtomobildə olan mübahisəni davam etdirməyə başlamış, Məhəmməd ani vaxta yerindən qalxıb yumurqla Əbdürrəhimi vurmuş, Əbdürrəhim özünü saxlaya bilməmiş və yerə yıxılmış, dayısı oğlu Şahid1 qaçıb onu yerdən qaldırıb kabinetdən çölə çıxarmışdır. O, da Əbdürrəhimin arxasınca çölə çıxmış, kafenin həyətində 5-6 nəfər adam olmuş, lakin həmin adamların kim olmasının tanımamış, Əbdürrəhim kafenin qarşısında olan su hovzunda əl-üzünü yumasını görmüşdür. Əbdürrəhim onu görən kimi ona tərəf gəlmiş, bu zaman Zərərçəkmiş şəxs onu vuracağını zənn edib onun üz nahiyyəsində yumruq zərbəsi vurmuşdur. Əbdürrəhim onun yumuruq zərbəsinə dözməyib yerə yıxılmışdır. Həmin vaxt dayısı oğlu Şahid1 Əbdürrəhimə yaxınlaşıb onu yerdən qaldırmış və kafenin həyətindən çölə çıxarmışdır. O, isə Məhəmmədin yanına kabinetə qayıdıb sifariş verdikləri çayı içmış, aradan təxminən yarım saat keçəndən sonra Naim, Əbdürrəhim və bir neçə adını bilmədiyi dostları ilə geri onların yanına qayıtmış və onların əyləşdikləri massada əyləşmişlər. Məhəmmədlə Əbdürrəhimi döyüb xəsarət yetirdiklərinə görə ondan üzür istəmişlər. Əbdürrəhim onları bağışlamış və onlarla barışmışlar. Bir qədər sonra Əbdürrəhim və dostları kafedən çıxıb getmişlər. Onlar kafedən çıxmışlar və hərə öz yaşadığı evə getmişlər. Hazırda etdiyi hərəkətdən peşmandır. Hadisə zamanı yanınızda Əbdürrəhim, onun dostu Naim, Məhəmməd, Etibar, Fariz və bir neçə adını xatırlamadığı şəxslər və kafeyə çay içmək üçün gələn şəxslər olmuşdur. Məhəmməd Əbdürrəhimi vuran vaxt kabinetə heç kim gəlməmiş, lakin onların arasında mübahisəyə tanımadığı şəxslə gəlmişlər. O, zərərçəkmiş şəxsə xəsarət yetirmişdir, lakin heç bir xuliqanlıq etməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır. Qeyd olunanları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək ifadəsində göstərmişdir ki, o, Naz lifan markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi işləyib ailəsi üçün qazanc əldə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30-da dostu Naim ona zəng edib təcili onlara getməsini xahiş etmişdir. O, da dostu Naim Naibovun yaşadığı evə getmiş, Naim Həmidovla görüşmüşdür. Naim Naibov ona bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə aralarında şəxsi problem olduğunu, həmin məsələ ilə bağlı görüşüb söhbət edəcəyini, onları heç kimin olmadığı yerə aparmağını xahiş etmişdir. Naim avtomobilə mindikdən sonra Bank of Baku filialının yerləşdiyi binanın yaxınlığına gedib ara küçədə dayanıb Fəridin gəlməsini gözləmişlər. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə gəlmişlər və avtomobilə əyləşmişlər. Daha sonra Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən X10 məntəqəsinə yanacaq vurmaq üçün getmişlər. Yanacaq vurduqdan sonra X10 məntəqəsinin yaxınlığından keçərkən uşaqlar avtomobili orada olan xəlvət yerə sürməsini xahiş etmişlər. Avtomobili X10 məntəqəsinin arxa hissəsinə saxlamış, Fərid ilə Naim avtomobildən düşüb təxminən 40-50 metr kənara gedib söhbət etmişlər. Onlar bir qədər sözlə heç bir mübahisə etmədən söhbət etdikdən sonra sakitcə gəlib avtomaşına əyləşmişlər. Təqsirləndirilən şəxs2 Naimlə söhbət edərkən Təqsirləndirilən şəxs1 ilə avtomobilin yanında dayanıb siqaret çəkib söhbət etmişlər. Təqsirləndirilən şəxs2 Şahid1 avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobili Şəki mərkəzi bazarında yerləşən "Fontan" adlı kafeyə sürməsini xahiş etmişdir. Onlar yolda olarkən Naim ilə Məhəmməd telefonda növbəli şəkildə kiminləsə danışıb sözlə mübahisə edirdilər. Onlar mübahisə etməsin deyə o "əəə mehriban olun" demişdir. Bu zaman Məhəmməd ona "əəə" ilə danışma adım Məhəmməd deyib dillənmişdir. Onlar birlikdə "Fontan" kafesinə gedib kabinetlərdən birində əyləşmiş, bir qədər sonra evdən ona zəng olunmuş və durub getməli olmuşdur. O, gedib işini görüb yenidən kafeyə qayıtmışdır. O, kafeyə girən zaman orada dostu Naim, Fərid, Məhəmməd və tanımadığı üç nəfər şəxsin də orada olduğunu görmüşdür. O, kabnetə daxil olub Təqsirləndirilən şəxs1 əyləşdiyi stolun yaxınlığında olan stola əyləşmək istəyəndə həmin şəxs ayağa qalxıb "mənim söhbəti Naimlə deyil, bu qaqaşladı, heç kəs mənə əəə deyə bilməz" deyib onun ünvanına nalayiq ifadələr işlədərək onu göstərmiş, sonra isə ani vaxtda sağ qaş nahiyyəsinə bir dəfə möhkəm yumruq zərbəsi vurmuşdur. Aldığı xəsarətə görə yerə yıxılmış və sağ qaş nahiyyəsindən qan axmağa başlamışdır. Bunu görən dostu Naim yaxınlaşıb onu yerdən qaldırıb kafenin həyətinə çıxarmış, Məhəmməd onu vurduqdan sonra təkrar-təkrar onun ünvanına nalayiq ifadələr işlətmişdir. Kafenin həyətində huşsuz vəziyyətdə divara söykənib durmuş ki, bir az özünə gəlsin, elə bu zaman Təqsirləndirilən şəxs2 kafedən onun arxasınca çıxıb heç nə demədən üzərinə gəlib bir dəfə sol qaş nahiyyəsinə, bir dəfə sol sifət nahiyyəsinə güclü yumruq zərbələri vurmuşdur. O, yenə aldığı xəsarətə görə yerə yıxılmış və huşsuz vəziyyətdə olmuşdur. Aldığı xəsarətlərə görə qan itirməyə başlamış, bu zaman yenə dostu Naim gəlib onu yerdən qaldırıb kafenin həyətindən çıxarıb avtombilə əyləşdirmiş, özünə gəldikdən sonra avtomobili sürüb kafedən uzaqlaşmış, dostu Naim onun yanında əyləşmişdir. Yolda olarkən digər dostu Sərxana zəng edib hadisə barədə məlumat vermiş və ailəsinin hadisədən xəbəri olmaması üçün bir gecəlik onlarda qalmasını xahiş etmişdir. Naim ilə birlikdə Sərxanın yaşadığı evə tərəf gedib onunla yolda görüşmüşdür. Sərxan ilə görüşən zaman onun yanında Oruc və Elbrus adlı şəxslər də olmuşdur. Onlara yaxınlaşıb hadisə barədə məlumat vermiş, onlar da “səni bu hala kim salıb kafeyə gedək həmin şəxsləri bizə göstər” demişlər. Birlikdə yenidən "Fontan" kafesinə getmişlər. Kafedə Məhəmməd, Fərid və onların yanında bir neçə tanımadığı şəxslərin olduğunu görmüşdür. Məhəmməd, Fərid və digər tanımadığı şəxslər ona yaxınlaşıb üzürxaqlıq edib “bu məsələ oldu, elə bil ki, olmayıbdır bizi bağışla” demişlər. O, da həmin şəxslərə heç nə demədən oradan uzaqlaşıb Sərxangilə getmiş, gecəni dostu Sərxangildə qalmışdır. Təqsirləndirilən şəxslərlə barışıb, onlardan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə qohumdur. Zərərçəkmiş şəxs ilə də, dostluq münasəbəti yaranmışdır. Harasa getmək lazım olduğunda taksi kimi Zərərçəkmiş şəxs ilə gedib-gəlmişdir. Təqsirləndirilən şəxs1 məlum hadisə baş verən günə kimi tanımamış, həmin şəxsi hadisə günü birinci dəfə Təqsirləndirilən şəxs2 yanında görüb onun dostu kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə evdə olarkən bibisi oğlu Təqsirləndirilən şəxs2 əvvəllər aralarında olan şəxsi söhbətə görə zəng edib həmin söhbətlə bağlı təkilikdə görüşüb söhbət etmək istədiyini demiş, "Bank of baku"un Şəki filialının inzibati binası yaxınlığında görüşəcəklərini razılaşmışlar. Dostu Zərərçəkmiş şəxsla zəng edib, Əbdürrəhim də taksi işlədəyi "Naz lifan" markalı avtomobil ilə yaşadığı ünavandan onu götürüb "Bank of Baku"-nun inzibati binası yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə gəlmişlər. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yanacaq doldurma məntəqəsinin arxa hissəsinə xəlvət yerə sürmüş, Fərid ilə avtomobildən düşüb təxminən 40-50 metr kənara gedib söhbət etmişlər və aralarında olan şəxsi mübahisəni həll etmişlər. Təqsirləndirilən şəxs2 ilə söhbət edərkən Əbdürrəhim ilə Məhəmməd avtomobildə bir yerdə qalmışlar. Fəridlə avtomobilə əyləşərkən Məhəmmədin avtomobildə olmadığını görmüş, Əbdürrəhimdən Məhəmmədin harada olmasını soruşduğunda onun kiməsə zəng edib danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 get Məhəmmədi tap gətir gedək demişdir. Fərid gedib Məhəmmədi çağırıb gətirən zaman avtomobilə əyləşib telefonu Əbdürrəhimə uzatmış ki, danışsın. Əbdürrəhim telefonu alıb danışmaq istəyən zaman o, telefonu onun əlində alıb telefonda olan şəxslə danışmış, telefonu alıb buyur qardaş, nə lazım idi dediyində, həmin şəxs nə "yekə-yekə danışırsan" demişdir. Telefonda danışan şəxslə aralarında olan söhbətə əsasən Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən "Fontan" kafesinə gedib orada görüşüb söhbət etmək üçün razılaşmışlar. Əbdürrəhim, Fərid və Məhəmməd ilə birlikdə Fontan kafesinə gedib orada kabinetlərdən birinə daxil olmuş, tanımadığı şəxs Məhəmmədə tapşırmış ki, Fərid ilə başqa kabinetdə əyləşsinlər, onlar isə təklikdə söhbət etsinlər.Əbdürrəhim də ona evdən zəng gəldiyini deyib yaşadığı evə gedib-gələcəyini bildirib getmişdir. Həmin şəxslə kabinetə keçib söhbət edərkən ikinci bir tanımadığı şəxs kabinetə onların yanına gəlmişdir. Həmin tanımadığı ikinci şəxs də gəlib söhbətə müdaxilə etmək istəyəndə ona demiş ki, sən gözlə, hazırda bu qardaşla danışıram. Həmin şəxs də kənarada sakitcə əyləşib söhbətə qulaq asmış, bundan bir neçə dəqiqə sonra əlavə adının sonradan Etibar olduğunu bildiyi şəxs onların olduğu kabinetə gəlmişdir. Etibar gəlib ona "telefonda danışan sən idin" deyib sual edəndə ona bəli mən idim demişdir. Etibar da sakit formada onlarla əyləşib söhbət etməyə başlamış, bundan bir neçə dəqiqə keçmiş ki, Zərərçəkmiş şəxs qayıdıb gəldiyini və kabinetə onların yanına girdiyini görmüş, Əbdürrəhim kabinetə girdikdən sonra onun arxasınca Məhəmməd ilə Fərid də kabinetə gəlmişlər.Onlarla birlikdə əyləşən zaman Məhəmməd yerindən qalxıb Əbdürrəhimi göstərib "mənim məsələm Naimlə deyil, bu qaqaşla" deyib onun üzərinə gedib yumruq zərbəsi ilə onu vurmuş, Əbdürrəhim aldığı yumruq zərbəsində yerə yıxılmışdır. O, dərhal qaçıb Əbdürrəhimi yerdən qaldırmış və onun ağzından qan gəldiyini görmüşdür. Əbdürrəhimin qoluna girib onu kabinetdən çıxarıb çölə hovuzun yanına qoyub kabinetə qayıtmış ki, Məhəmməddən Əbdürrəhimi nəyə görə vurduğunu soruşsun. Kabinetə qayıdıb Məhəmməd ilə söhbət edərkən çöldən qışqırıq səsi eşidib yenidən çölə çıxdığında Əbdürrəhin başını tutub yerə uzandığını, bibisi oğlu Təqsirləndirilən şəxs2 onun başının üzərində dayanıb baxdığını görmüşdür. Əbdürrəhimin qoluna girib Fontan kafesinin həyətindən çölə çıxarıb avtomobilə əyləşdirmiş, sonra adlarının Fariz, Etibar, Rüstəm, Məhəmməd və Fərid olduğunu bildiyi şəxslərə gözləyin gəlirəm söhbət edək demiş, Əbdürrəhimlə avtomobilə əyləşib oradan uzaqlaşmış, Əbdürrəhim ilə onun dostlarının yanına getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun illərdir dostluq münasibəti varı, onu döyüb xəsarət yetirmiş Təqsirləndirilən şəxs1 onlardan bir neçə ev kənarda qonşuluqda yaşayır, digər Təqsirləndirilən şəxs2 isə tanımır. xx.xx.2023-cü il tarixdə evdə olarkən dostu Şahid3 ona zəng edərək sözü olduğunu, qapıya çıxmasını xahiş etmişdir. O, qapıya çıxdığında Şahid3 yanına gəlib Fontan kafesində Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 dostumuz Zərərçəkmiş şəxs ilə mübahisə etdiklərini, mübahisə zamanı həmin şəxslərin Əbdürrəhimi döyüb xəsarət yetirdiklərini bildirmişdir. Şahid3 ilə Zərərçəkmiş şəxs yanına getdiyində onun sifətində xəsarətlər olmasını görmüşdür. Şahid3 Zərərçəkmiş şəxs səni bu hala kim salıbsa gedib həmin şəxslərlə söhbət edək, mübahisənin səbəbini öyrənək demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 zəng edib onunla söhbət etmək istədiklərini, harada olmalarını soruşmuşlar. Təqsirləndirilən şəxs1 da Fontan kafesində olduqlarını bildirmişdir. Şahid3, Şahid1, Zərərçəkmiş şəxs ilə birlikdə Fontan kafesinə getmişlər. Fərid ilə Məhəmməd Fontan kafesində kabinetlərdən birində əyləşib çay içmişlər, onlar kabinetə daxil olub həmin şəxslərlə salamlaşıb birlikdə əyləşmişlər. Fərid və Məhəmməd ilə söhbət edib nə səbəbə Əbdürrəhim ilə mübahisə edib onu döyüb xəsarət yetirdiklərini soruşduqda həmin şəxslər mübahisə zamanı içkili olduqlarını, Zərərçəkmiş şəxs qarşı səhv hərkət etdiklərini bildirdib ondan üzür istəmişlər. Onlar kafedə olarkən dostu Elbrus onları kafenin qarşısında görüb yanlarına gəlmişdir. Zərərçəkmiş şəxs xəsarət alsada həmin şəxslər üzür istədikdən sonra onlarla görüşüb onları bağışladığını bildirmişdir. Belə olmuş onlar Fərid və Məhəmməd ilə heç bir mübahisə etmədən ayrılıb kafedən çıxıb getmişlər. Zərərçəkmiş şəxs ilə kafedən çıxarkən sifətində olan xəsarətlərə görə yaşadığı evə getmək istəmədiyini, evə getdiyi halda valideyinləri onun xəsarət aldığını gördüklərində onu kiminsə döyməsini biləcəklərini, ailəsinin olanlardan xəbəri olmasın deyə Şahid3 xahiş etmiş ki, bir günlük onlarda qalsın. Şahid3 da ona heç bir etiraz etməmişdir. Kafedən çıxdıqdan sonra Şahid3 Zərərçəkmiş şəxs götürüb yaşadığı evə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun illərdir dostluq münasibəti var, onu döyüb xəsarət yetirmiş Təqsirləndirilən şəxs1 Şəki şəhər sakini kimi tanısada digər Təqsirləndirilən şəxs2 tanımır. xx.xx.2023-cü il tarixdə evdə olarkən dostu Zərərçəkmiş şəxs ona zəng edərək sözü olduğunu, qapıya çıxmasını xahiş etmişdir. Qapıya çıxdığında Əbdürrəhim Hümmtovun sifətində xəsarətlər olmasını görmüşdür. Ondan nə olduğunu soruşduğunda Fontan kafesində Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 onunla mübahisə etdiklərini, mübahisə zamanı həmin şəxslərin onu döyüb xəsarət yetirdiklərini bildirmişdir. Bundan sonra o, məhlə uşağı Şahid2 zəng edib Əbdürəhimin döyülməsi və xəsarət alması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Şahid2 da onların yanına gəlmişdir. Zərərçəkmiş şəxs səni bu hala kim salıbsa gedib həmin şəxslərlə söhbət edək və mübahisənin səbəbini öyrənək demişdir. Onlar Təqsirləndirilən şəxs1 zəng edib onunlarla söhbət etmək istədiklərini və harada olmalarını soruşmuşdur. Təqsirləndirilən şəxs1 da Fontan kafesində olduqlarını bildirmişdir. Şahid2, Zərərçəkmiş şəxsla birlikdə Fontan kafesinə getmişlər. Fərid ilə Məhəmməd Fontan kafesində kabinetlərdən birində əyləşib çay içmişlər, onlar kabinetə daxil olub Fərid və Məhəmməd ilə söhbət edib nə səbəbə Əbdürrəhim ilə mübahisə edib onu döyüb xəsarət yetirdiklərini soruşmuşlar. Həmin şəxslər mübahisə zamanı içkili olduqlarını, Zərərçəkmiş şəxs qarşı səhv hərkət etdiklərini bildirdib ondan üzür istəmişlər. Zərərçəkmiş şəxs xəsarət alsada həmin şəxslər üzür istədikdən sonra onlarla görüşüb onları bağışladığını bildirmişlər. Belə olmuş onlar Fərid və Məhəmməd ilə heç bir mübahisə etmədən ayrılıb kafedən çıxıb getmişlər. Zərərçəkmiş şəxs ilə kafedən çıxarkən həmin şəxs sifətində olan xəsarətlərə görə yaşadığı evə getmək istəmədiyini, evə getdiyi halda valideyinləri onun xəsarət aldığını gördüklərində onu kiminsə döyməsini biləcəklərini, ailəsinin olanlardan xəbəri olmasın deyə bir günlük onlarda qalmasını xahiş etmişdir. O, da Əbdürrəhimin bu xahişinə heç bir etiraz etməmiş, kafedən çıxdıqdan sonra Zərərçəkmiş şəxs götürüb yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Şəki mərkəzi bazarında meyvə-tərəvəz satmaqla ailəsi üçün qazanc əldə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələri olarkən satdıqları meyvə-tərəvəzi yerinə yığıb, polkanı bağlayıb yaşadığı evə gedərkən bazar yoldaşı Farizə demiş ki, gedib Fontan kafesində çay içib sonra evə gedərik. Fariz də onun bu təklifinə etiraz etməmişdir. Fariz ilə Fontan kafesinin pilləkənlərində enərkən bir nəfər şəxsin digər bir nəfərə şəxsin qoluna girib kafenin həyətində yola tərəf çıxardığını görmüşdür. Bu zaman Farizə evdən zəng gəlmiş və onlar çay içmək fikrinnən dönmüşlər. O, ayaqyoluna girib çıxdıqdan sonra Farizi götürüb idarə etdiyi avtomobil ilə onu yaşadığı evin yaxınlığına aparıb düşürmüş, oradan da yaşadığı evə getmişdir. Hadisə vaxtı adının sonradan Əbdürrəhim Hümətov olmasını bildiyi şəxsin qoluna tanımadığı bir nəfərə şəxsin girib kafedən çıxardığını görsədə həmin şəxsi kimlərin vurmasını görməmişdir. Həmçinin kafedə səs-küy olduğunu eşitmiş, lakin insanların yığışmasını görməmişdir. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olundu – o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, müxtəlif yerlərdə fəhlə işləməklə ailəsi üçün qazanc əldə edir. Bir neçə ay əvvəl isə Etibar Sədrəddinov ilə Şəki mərkəzi bazarında meyvə-tərəvəz satmasına köməklik göstərib gün çörəyini qazanmışdır. Hər gün səhər saatlarında bazara gəlib, təxminən saat 1S-19 radələrində yeri bağlayıb yaşadığı evə gedir. Bir çox hallarda yorğun olduqlarında Etibar ilə bazarın daxilində yerləşən "Fontan" kafesində əyləşib çay içib söhbət etməklə yorğunluqlarını atmışdır, oradan da çıxıb yaşadıqları evlərə getmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələri olarkən meyvə-tərəvəzi yerinə yığıb, polkanı bağlayıb yaşadıqları evə gedərkən Etibar Sədrəddinov ona demiş ki, gedib Fontan kafesində çay içib sonra aparıb onu evə düşürsün. O da Etibarın bu təklifinə etiraz etməmişdir. Belə ki, hazırda barəsində ibtidai istintaq aparılan Təqsirləndirilən şəxs1 Şəki şəhərə sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs1 ilə elədə münasibəti olmamış, sadəcə gördüyündə salam-sağol etmişdir. Etibar ilə Fontan kafesinin pilləkənlərində enərkən bir nəfər şəxsin digər bir nəfərə şəxsin qoluna girib kafenin həyətində yola tərəf çıxardığını, kafenin qarşısında isə səs-küy olduğunu və çoxlu sayda insanların toplaşdığını görmüşdür. Etibar insanların toplaşdığını görüb ona demiş ki, burda kimlərsə mübahisə etmiş, artıq burada çay içmək məsləhət deyil, ayaqyoluna girib-çıxsın onu aparıb yaşadığı evin yaxınlığına düşürəcək. Etibar ayaqyoluna girib çıxdıqdan sonra onu götürüb idarə etdiyi avtomobil ilə yaşadığı evin yaxınlığına aparıb düşürmüş, o, oradan da yaşadığı evə getmişdir. O, hadisə vaxtı adının sonradan Zərərçəkmiş şəxs olmasını bildiyi şəxsin qoluna tanımadığı bir nəfər şəxsin girib kafedən çıxardığını görsə də həmin şəxsi kimlərin vurub döyməsini görməmişdir. Sonradan eşitmiş ki, Təqsirləndirilən şəxs1 ilə tanımadığı Təqsirləndirilən şəxs2 Əbdürrəhim ilə mübahisə edib onu döymüşlər. Lakin həmin şəxslərin mübahisə etmələrinin şahidi olmamışdır. Həmin şəxslər nə səbəbə onun onların yanlarında olduğunu demələrinin səbəbini bilmir. Təqsirləndirilən şəxs1 tanısa da onun Əbdürrəhim adlı şəxslə nə səbəbə mübahisə etməsi, onların arasında olan mübahisə nəyə görə baş verməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 və digər şəxslər ifadələrində hadisə vaxtı onun orada olmağını yazmışlarsa yalnış məlumat vermişlər. Onun məlum hadisə ilə bağlı heç bir əlaqəsi yoxdur. Hadisə ilə bağlı qeyd etdiklərindən başqa heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Fontan kafesində aşbaz işləyir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında işə gəlib, gündəlik işləri ilə məşğul olmuşdur. saat 19 radələri olarkən kafedə bir çox tanımadığı müştərilər olmuşdur. O, mətbəxin yaxınlığında olan manqalda sifarişlərə uyğun olaraq işiylə məşğul olarkən kafedə kimlərinsə mübahisə etdiyini və yüksək səs-küy olmasını eşitmişdir. Manqaldan kafeyə tərəfə nəzərə yetirdiyində kimlərinsə mübahisə etdiyini, insanların kafenin həyətinə toplaşdığını, bir nəfərə şəxsin digər şəxsin qoluna girib pilləkənlərdən küçəyə çıxardığını görmüşdür. Manqalda kabab bişirdiyinə görə oradan çıxıb mübahisə edən şəxslərə tərəf getməmiş, ona görə konkret olaraq kimlərin mübahisə etməsini müəyyən edə bilməmişdir. İş materiallarına əlavə edilmiş 04 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 оğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəmənin 06 fevral 2023-cü il tаrixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 оğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 оğlu barəsində Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin qalan hissəsi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Şəki Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması barədə təqdimat təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş 26 aprel 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 оğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 04 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 оğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəmənin 06 fevral 2023-cü il tаrixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 оğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs2 barəsində Şəki Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin qalan hissəsi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Şəki Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması barədə təqdimat təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş 26 aprel 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 оğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 13 mart 2023-cü il tarixli 73 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər; sol tərəfdə əng sümüyündə-sol maksilyar sinusun ön sümük divarında basılmış-fraqmentli sınıq, arxa sümük divarında basılmış xətti sınıq, sol almacıq sümüyünün temporal çıxıntısında və ziqomatikotemporal qövsdə basılmış-fraqmentli sınıq, frontal çıxıntısında (sol gözyuvasının lateral sümük divarı) basılmış sınıq, çənə sümüyü sol koronoid çıxıntısında yerdəyişməmiş xəti sınıq, sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol göz almasının ağlı qişasına qansızma bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2023-cü il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-ci il tarixli 18 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-ci il tarixli 187 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 143 nömrəli məktubundan görünür ki, Mustafayev X6 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və həmin dispanserə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 142 nömrəli məktubundan görünür ki, Məmmədov X4 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və həmin dispanserə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Topqarağac” məhəllə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2-da pasport qeydiyyatında və Şəki şəhəri, İstiqlaliyyət küçəsi, ev 87A ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Əşirlər” məhəllə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Şəki ŞRPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılmış cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(014)-3/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutlduğu iki gün cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 1128 nömrəli məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(014)- 3/2023 saylı hökmünün icrası barədə göstəriş 17 may 2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 18 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş diplomların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 İİİ Azərbaycan Çempionatında 1-ci yeri və Budo döyüş növləri üzrə Xİ Açıq Azərbaycan Çempionatında 3-cü yeri tutduğuna görə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə, ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Yuxarıda qeyd olunanları əsas götürən məhkəmə, araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməli məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o, cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq onların əməli Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirlədirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulan ziyan ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmalarını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxslərin şəxsiyyətini, səmimi peşmançılıq hissi keçirmələrini əsas götürərək onların cəmiyyətdən təcrid edilmədən də islah olunmalarını mümkün sayır və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırkı cəza ilə qismən toplanmalı, eyni zamanda onun 04 fevral 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 22 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı 18 may 2023-cü il tarixdən hesablanmalı, cəzanın icrasına nəzarəti yaşadığı yer üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onun 04 fevral 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 22 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, cəzanın icrasına nəzarəti yaşadığı yer üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutların olmaması, maddi ziyanın ödənilməməsi, mülki iddianın, məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanaraq onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(014)-3/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplansın və onun üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 04 fevral 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 22 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 5 (beş) ay 14 (on dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanaraq onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 04 fevral 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 22 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 5 (beş) ay 14 (on dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 3 (üç) il 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutların, mülki iddianın, məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-65/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-65/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver