Məhkəmə qərarları › İş №1(075)-65/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-65/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-65/2024 21.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Lalayev Rəmzi Mikayıl oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1992-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə etmə, saxlama və daşıma cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə, xeyli miqdarda, yəni təmiz çəkisi 0,244 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib bir ədəd gümüşü rəngli bükümün içərisində olmaqla daşıyaraq gəzdirməklə üzərində saxlamış, 13 aprel 2024-cü il tarixdə həmin psixotrop maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu Şahid1 20 (iyirmi) manat pul müqabilində satması üçün razılaşmış, sonuncu həmin tarixdə ona məxsus plastik karta 20 (iyirmi) manat pul köçürdükdən sonra satış məqsədi ilə əldə etdiyi təmiz çəkisi 0,244 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini bir ədəd gümüşü rəngli bükümün içərisində olmaqla həmin gün saat 22:00 radələrində Şəki şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin içərisində Şahid1 satmış, bundan sonra 13 aprel 2024-cü il tarixdə Şahid1 Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs ona psixotrop maddə olan metamfetamin satdığını bildirmiş, həmin tarixdə saat 23:15 dəqiqədən başlayaraq Şahid1 iştirakı ilə onun təqdim etdiyi həmin bir ədəd gümüşü rəngli bükümə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman həmin bükülünün içərisində olan, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısı»na daxil edilən, xeyli miqdarda, təmiz çəkisi 0,244 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, təmiz çəkisi 0,334 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib bir ədəd gümüşü bükümdə olmaqla daşıyaraq gəzdirməklə üzərində saxlamış, daxil olmuş məlumat əsasında 14 aprel 2024-cü il tarixdə Şəki ŞRPŞnin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə Şəki şəhərində yerləşən “Palma” kafesinin qarşısında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 01:43 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibinin üstündəki kiçik ciblikdən 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısı» na daxil edilən, həmin bir ədəd gümüşü bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,334 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir ildir ki, hərdən “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin istifadə edir. Üzərindən aşkar olunmuş narkotik vasitəni polis şöbəsində polis əməliyyatçıları tərəfindən onu döyərək verildiyini və onun olmasını bildirdiklərindən qorxusundan etiraf etmişdir. Fəridəyə verdiyi narkotik vasitəni isə tanımadığı İran vətəndaşından almışdır. O, “İnstagram” sosial şəbəkəsindən “Vitkadı” profili ilə istifadə etmişdir. Bu ilin aprel ayının 10-dan Şəki şəhər sakini Fəridə adlı şəxslə tanış olmuş və instagramda yazışmağa başlamışdır. 12 aprel tarixində Fəridə ona evində problemlər olduğunu, özünü yaxşı hiss etmədiyini, ərini unutmaq istədiyini demiş və ondan köməklik etməsini xahiş etmişdir. O, Fəridə ilə münasibət qurmaq istədiyindən həmin vaxt Fəridəyə onda yaxşı dərman olduğunu, həmin dərmanı qəbul etsə hər şeyi unudacağını, əhvalının düzələcəyini yazmışdır. Fəridə ondan həmin dərmanın adını soruşmuş və ona dərman verməsini istəmişdir. Bu zaman o, Fəridəyə dərmanın bahalı olduğunu, bunun üçün 20 manat pul lazım olduğunu dedikdə Fəridə pulu verməyə razı olmuşdur. Həmin gün gecə saatlarında öz adına olan “Leobank”a məxsus 5411 2498 0201 6241 nömrəli plastik kartın şəklini “İnstagram” sosial şəbəkəsində Fəridəyə göndərmişdir. Fəridə kartın şəklini götürdüyünü, səhər pulu hesaba vuracağını demişdir. 13 aprel tarixdə günorta saatlarında Fəridə ona məxsus həmin kartın hesabına 20 manat pul köçürdüyünü dedikdən sonra o, istifadəsində olan “Samsung” markalı mobil telefon vasitəsilə “leobank” proqramına daxil olduqda Fəridənin göndərdiyi 20 manat pulun hesabında olduğunu görmüşdür. Bundan sonra tanımadığı şəxsdən patını almışdır ki, növbəti gün Fəridə ilə əvvəlcədən razılaşdığı kimi Qax rayonu ərazisinə gedərək birlikdə istifadə etsinlər. Fəridə ilə axşam saatlarında görüşüb patını ondan almasını demişdir. 13 aprel 2024-cü il tarixdə saat 22 radələrində əvvəlcədən razılaşdıqları kimi Şəki şəhərində 10 saylı orta məktəbin yanında yerləşən “Oba” marketin içərisində Fəridə ilə görüşmüş, həmin gümüşü rəngli bükümü Fəridəyə verərək mağazadan çıxıb çay içmək üçün “Palma” kafesinə getmişdir. Təxminən iki saatdan sonra evə getmək üçün kafedən çıxıb avtomobilinə tərəf yaxınlaşdıqda mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib üzərində narkotik vasitə olmasına dair məlumat olduğu üçün Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra o, etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra polislər tərəfindən döyülərək üzərinə saxlaması üçün əlavə olaraq narkotik vasitə verilmişdir. Bundan sonra üzərinə baxış keçirilməsi üçün vəkil Müdafiəçi dəvət edilmişdir. Vəkil polis şöbəsinə gəldikdən sonra ona polislər tərəfindən döyülməsi barədə heçnə deməmişdir. Vəkil gəldikdən sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməsini dedikdə, o, əynindəki şalvarın sol yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu, bir qutu içərisində 9 ədəd siqaret olan “Vinston” siqaretini, bir ədəd alışqanı, şalvarın sağ yan cibindən özünə məxsus sürücülük vəsiqəsini, 58 manat 20 qəpik pulu, əynindəki şalvarın sağ yan cibinin üstündəki balaca ciblikdən içərisində metamfetamin olan bir ədəd bükümü təqdim etmiş və bükümün içərisindəki maddənin metamfetamin olduğunu, 12 aprel 2024-cü il tarixdə Şəki şəhərində Füzuli parkında olarkən yerdən tapdığını, bir hissəsini “İnstagram” sosial şəbəkəsində tanıdığı Fəridə adlı şəxsə adına olan kart hesabına göndərdiyi 20 manat pulun müqabilində 13 aprel 2024-cü il tarixdə saat 22 radələrində satdığını, üzərindən aşkar olunan həmin maddəni isə gələcəkdə özü istifadə etmək üçün özündə saxladığını bildirmişdir. Həmin üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılmış və möhürlənib götürülmüşdür. Bundan başqa üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon və 58 manat 20 qəpik pul da qablaşdırılaraq götürülmüşdür. Digər əşyalar isə özünə qaytarılmışdır. Tərtib edilmiş protokol düz yazıldığı üçün o, da digər iştirakçılarla birlikdə imza etmişdir. Fəridəni daha əvvəl tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin o, Fəridədən başqa heç kimə narkotik vasitə verməmişdir. Fəridəyə verdiyi narkotik vasitəni üzərində gəzdirdiyindən və Şahid1 verdiyi üçün peşmandır. O, qeyd etdiklərinin nəzərə alınaraq ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, o, “İnstagram” sosial şəbəkəsində öz ad və soyadı ilə, yəni “Şahid1” adlı şəxsi profil hesabı vardır. Bu ilin aprel ayının əvvəllərində əri Emil ilə əlaqə saxlaya bilmədiyi üçün narahat olduğundan instagram adı “Vitka” olan Təqsirləndirilən şəxs mesaj yazaraq Emili görüb-görmədiyini soruşmuş, o isə Emil barədə məlumatının olmadığını, onu görmədiyini demişdir. Beləliklə Vüsal ilə yazışmağa başlamışlar. Vüsal ilə əvvəllər heç bir münasibəti olmamışdır. Onun əri Emil ilə münasibətinin olduğunu Emildən eşitmişdir. Ona görə də, ona mesaj yazıb Emili soruşmuşdur. Həmin vaxtlarda əri Emil ilə aralarında münasibətlər soyumuşdur. Vüsalın isə ona diqqət göstəməsi, hər gün mesaj yazıb maraqlanması onunla münasibəti daha da yaxınlaşdırmışdır. 12 aprel 2024-cü il tarixdə Vüsal ilə söhbət zamanı Vüsala həyat yoldaşı Emil ilə münasibətinin yaxşı olmadığını, gələcəkdə ondan ayrılmaq istədiyini, onu sevmədiyini bildirib, Emildən uzaqlaşması üçün ona köməklik etməsini istəmişdir. Vüsal isə ona köməklik edəcəyini deyib, özündə bir dərman olduğunu və həmin dərmanı ona verə biləcəyini, dərmanı qəbul etdikdən sonra Emili unudacağını və özünü xoşbəxt hiss edəcəyini bildirmişdir. O, həmin dərmanın adını Vüsaldan soruşanda o, “P” hərfini yazmışdır. Ondan “P”-nin nə olduğunu soruşduqda, Vüsal ona həmin dərmanın “patı” olduğunu yazmışdır. O, patının nə olduğunu bilməmiş, Vüsalın sözünə inanıb həmin dərmandan ona tapmasını xahiş etmişdir. Vüsal ona pulunun olmadığını, həmin dərmanın bahalı olduğunu və pul ilə satıldığını dedikdə, Vüsaldan nə qədər pul lazım olduğunu soruşmuş, Vüsal 20 manat olsa həmin dərmandan bir qədər tapa biləcəyini demişdir. Bundan sonra Vüsal özünün “leobank”a məxsus kartı olduğunu demiş və “instagram” sosial şəbəkəsində 13 aprel 2024-cü il tarixdə, “Leobank”a məxsus 5411 2498 0201 6241 nömrəli plastik kartın şəklini ona göndərib pulu həmin kartın hesabına köçürməsini demişdir. O, Vüsala səhər pulu karta vuracağını bildirmişdir. Səhəri gün saat 14 radələrində “Ay market”də yerləşən “Milliön” ödəmə terminalından Vüsalın ona göndərdiyi karta 20 manat pul köçürmüşdür. Daha sonra “İnstagram” vasitəsilə Vüsala bu barədə xəbər vermişdir. Vüsal pulun ona çatdığını və patını axşam saatlarında ona verəcəyini demişdir. Daha sonra Vüsal mesaj yazaraq “Oba” marketə gəlməsini istəmişdir. Ona “İnstagram” vasitəsilə zəng edib hansı marketə getməsini soruşduqda, Vüsal 10 saylı orta məktəbin yanındakı “Oba” marketə gedib onunla görüşüb patını ondan götürməsini demişdir. Beləliklə, saat 21:50 radələrində Şəki şəhərində 10 saylı məktəbin yaxınlığındakı “Oba” marketdə görüşərək Vüsalın ona kağız bükümdə gətirdiyi həmin maddəni Vüsaldan almışdır. Bükümü aldıqdan sonra evə getmiş və içərisindəki maddənin televizorda izlədiyi narkotik maddələrə oxşadığını görmüşdür. Bundan sonra həmin maddəni istifadə etməkdən qorxmuş, həmçinin məsuliyyət daşıyacağını düşünmüşdür. Bu səbəbdən də, Vüsalın cinayət əməllərinin ifşa olunması üçün həmin maddəni gətirib polis şöbəsinə könüllü təhvil vermək qərarına gəlmişdir. Bundan sonra Vüsalın ona 20 manata satdığı həmin kağızın içərisində olan maddəni Şəki ŞRPŞ-nə gətirib burada könüllü təqdim etmiş və Vüsalın əməllərinin ifşa olunması üçün ərizə ilə müraciət etmişdir. O, əvvəllər narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini, Vüsaldan aldığı narkotik maddədən heç kimə vermədiyini və satmadığını, maddəni Vüsaldan alıb yaşadığı evə getdikdən sonra açıb içərisinə baxdıqda maddənin narkotikə bənzər maddə olduğundan şübhə etdiyi üçün dərhal Polis şöbəsinə təhvil verdiyini, Vüsal ilə təkcə instagram sosial şəbəkəsi vasitəsilə danışdıqlarını, mesaj mətnlər yazdıqlarını, Vüsalı əvvəllər tanımadığını, onunla ədavəti və düşmənçiliyinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, düşmənçilik və ədavət olmamışdır. 13 aprel 2024-cü il tarixdə xidmətdə olan zaman həmin tarixdə Şəki şəhər sakini Şahid1 Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək, mobil telefon vasitəsilə tanış olduğu “Vüsal” adlı şəxsin həmin gün saat 22 radələrində Şəki şəhəri 10 saylı tam orta məktəbin yaxınlığında yerləşən “Oba” marketin içərisində ona istifadə etməsi üçün 20 manat müqabilində psixotrop maddə satdığını bildirdikdən sonra həmin Vitka ləqəbli “Vüsal” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuş, şöbə rəhbərliyinin icazəsi ilə 14 aprel 2024-cü il tarixdə «Vüsal» adlı şəxsin, Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 21 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri N.Nərimanov küçəsində “Palma” restoranının yaxınlığında olması müəyyən edildiyindən həmin əraziyə gedib saat 00:05 radələrində ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitə saxlaması və satması barədə məlumat əldə etdikləri üçün onlarla birlikdə polis şöbəsinə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşdığı üçün onu polis şöbəsinə gətirib üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün şöbə rəhbərliyinə müraciət etmişlər. Onun üstünə şəxsi axtarış keçirilməsi X5a həvalə edilmişdir. X5 öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəki təqdim olunduqdan sonra şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilməklə video çəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılacağını bildirmiş, sonuncu da etiraz etməmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, içərisində 9 ədəd siqaret olan Vinston siqaret qutusunu, bir ədəd bənövşəyi rəngli alışqanı, əynindəki şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus sürücülük vəsiqəsini, 58 manat 20 qəpik pulu, şalvarın sağ yan cibinin üstündəki ciblikdən bir ədəd qızılı-ağ rəngli bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Əşyaları təqdim edən zaman o, bükümü göstərib içərisində psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs psixotrop maddəyə oxşar kütləni nə vaxt, haradan, yaxud kimdən hansı məqsədlə əldə etməsi, üzərində saxlamaqda məqsədi barədə sual verildikdə o, psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Şəki şəhərində “Füzuli” parkında siqaret çəkən zaman zibil qabının yanından iri bükümdə tapdığını, bükümü oradan götürüb özünə məxsus avtomobilə əyləşərək avtomobilin içərisində bükümün içərisinə baxdıqda psixotrop maddə olmasını gördüyünü, həmin psixotrop maddənin bir hissəsini “instagram” sosial şəbəkəsində tanış olduğu “Fəridə” adlı xanım ondan ağrılarını kəsmək üçün dərman istədikdə, həmin şəxsə 20 manat pul müqabilində xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Şəki şəhərində “Oba” marketin içərisində satdığını bildirmişdir. Bundan sonra isə təhqiqatçı tərəfindən həmin içərisində psixotrop maddəyə bənzər kütlə olan bükülü zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və götürülmüşdür. O, Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımadığını, həmin şəxslərlə heç bir münasibətinin, o cümlədən heç bir ədavəti və düşmənçiliyinin, həmçinin heç bir qohumluq əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə yol verilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: “Baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 13 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş video diskdən görünür ki, videoçəkilişdən istifadə etməklə Şahid1 könüllü təqdim etdiyi 01 ədəd qızılı-ağ rəngli kağız bükümün içərisindən təmiz çəkisi 0,244 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 14 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş video diskdən görünür ki, videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı ondan təmiz çəkisi 0,334 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X8 14 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/366 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Ərizəçi Şahid1 könüllü olaraq təhvil verdiyi maddi sübut” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd qızılı-ağ rəngli bükümdə, təmiz çəkisi - 0,244 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut" yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,334 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir (İ siyahı). Ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. “Şübhəli səxsin tutulması haqqında” 14 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 00:47-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən çəkilməmiş cəzası 07 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Şəki Rayon Məhkəməsinin 4(075)-31/2024 saylı 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay, yəni 14 aprel 2024-cü il tarixdən 14 iyul 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin 1(075)-34/2021 nömrəli, 10 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 7(075)-113/2021 nömrəli, 09 iyun 2021-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 1(075)-34/2021 nömrəli, 10 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il, 03 (üç) ay, 22 (iyirmi iki) gün hissəsi, 07 (yeddi) ay, 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Ədliyyə Nzirliyi Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin rəisi ədliiyyə polkovnik leytenantı Fərhad Hüseynovun 18 noyabr 2021-ci il tarixli qərarından görünür ki, “08 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 1073 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir MRX-nın Rayonlarasası narkoloji dispanserindən daxil olmuş 24 aprel 2024-cü il tarixli, 366 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 21 ünvanında qeydiyyatda olmaqla yaşayan 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Şəki rayon Psixatriya xəstəxanası"-nın 25 aprel 2024-cü il tarixli, 372 nömrəli məktubdan görünür ki, Şəki şəhəri N.Nərimanov küçəsi, ev 21 ünvanında qeydiyyatda olmaqla yaşayan 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Ambulator məhkəmə-psixatrik ekspertizanın 23 aprel 2024-cü il tarixli, 266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilmiş əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli cavabında göstərilmişdir ki, tapşırığın icrası ilə əlaqədar olaraq, bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs nə vaxtdan narkotik vasitə və psixotrop maddə qəbul etməsini, həmin narkotik vasitə və psixotrop maddəni haradan və kimdən əldə etməsini, Təqsirləndirilən şəxs satdığı və üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetamini haradan əldə etməsini, Təqsirləndirilən şəxs Şahid1 başqa kimlərəsə narkotik vasitə və ya psixotrop maddə satmasını, onun qeyd olunan cinayət əməlindən başqa digər cinayət əməlini törətməsini eyni zamanda qeyd olunan cinayət əməlini törədən zaman digər kənar şəxslərin məlumatının və ya iştiraklarının olmasını müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə tədbirlər davam etdirilir, hər hansı bir müsbət nəticə əldə olunarsa, əlavə olaraq məlumat veriləcəkdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 14 aprel 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş yazışmaların fotoşəkillərdən görünür ki, Şahid1 məxsus “Samsung A13 4G” markalı mobil telefonda “İnstagram” adlı proqram açıldıqda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müxtəlif saatlarda “Şahid1” adlı profil hesabı ilə “Vitka” adlı hesab arasında şəxsi mesaj mətlərinin yazıldığı, həmçinin xx.xx.2024-cü il tarixdə, saat 01:04-də “Vitka” adlı hesabdan “Şahid1” adlı profil hesabına bir ədəd “Leobank”a məxsus 5411 2498 0201 6241 nömrəli plastik kartın şəklinin göndərildiyi, 20 manat pulun həmin hesaba köçürülməsi barədə mesaj mətlərin yazıldığı müəyyən edilmiş, baxış zamanı Şahid1 həmin “Vitka” adlı hesabın Şəki şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsə məxsus olduğunu, mesaj mətnlərin və plastik kartın şəklinin Vüsal tərəfindən ona göndərildiyini, Vüsalın ona “patı” adlı dərman təşkil etməsi üçün həmin kart hesabına 20 manat pul köçürdüyünü və Vüsaldan bir ədəd bükümdə “patı” aldığını bildirmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 22 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etdiyini bildirmişdir. Bundan başqa mobil telefona baxış keçirilən zaman əvvəlcə ekran hissəsinə və oradan da “zənglər” adlı hissəyə daxil olunmuşdu. Həmin hissədə çoxlu sayda mobil nömrələrdən müxtəlif vaxtlarda zənglər daxil olduğu və zənglər edildiyi aşkar edildi. Sonuncu zəng isə ***-***-**-** saylı mobil nömrəyə 13 aprel 2024-cü il tarixdə saat 23:03-də olunmuş və 31 saniyə müddətdə danışıqlar aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin “zənglər” bölməsində olan nömrələrin tanışlarına və taksi fəaliyyəti ilə məşğul olduğu üçün taksi sifariş edən şəxslərə məxsus olduğunu, həmin şəxslərlə şəxsi mövzularda danışdıqlarını bildirmişdir. Bundan başqa “Kontakt” adlı bölməyə baxış keçirilən zaman orada adların siyahısında ayrı-ayrı adlarla qeyd olunan 70 ədəd müxtəlif mobil nömrələrin qeyd olunduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonun “Kontakt” adlı bölməsində qeyd olunan həmin nömrələrin qohumlarına və tanışlarına məxsus olduğunu bildirmişdi. Bundan başqa “Vatsap” adlı bölməyə daxil olduqda mesaj və zənglər bölməsində müxtəlif nömrələrlə danışıqların olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs həmin nömrələrin tanışlarına məxsus olduğunu bildirdi. Bundan başqa “Mesajlar” bölməsinə daxil olduqda hər hansı mesaj mətn aşkar edilməmişdi. Bundan sonra mobil telefonunun ekran hissəsində olan “leobank” adlı proqrama “0013” parol ilə daxil olduqda ekranda 5411 2498 0201 6241 nömrəli kart görünmüşdü. Baxış zamanı Təqsirləndirilən şəxs həmin plastik kartın ona məxsus olduğunu, köçürmələr həyata keçirdiyini, 13 aprel 2024-cü il tarixdə günorta saatlarında Şahid1 də həmin kart hesabına 20 manat pul köçürdüyünü və Şahid1 hesaba köçürdüyü 20 manat pulun müqabilində həmin gün axşam saatlarında sonuncuya metamfetamin satdığını bildirmişdi. Qeyd olunan kart hesabına mədaxil və məxaric əməliyyatlarına baxdıqda xx.xx.2024-cü il tarixdə saat 14:22-də “Milliön” ödəmə terminalı vasitəsilə 20(iyirmi) manat pulun 5411 2498 0201 6241 nömrəli kart hesabına daxil olduğu müəyyən edilmişdir. Daha sonra “Youtube”, “Google”, “Qalereya”, “Qeydler”, “Fayl İdarəçisi”, “Kamera”, “Ayarlar” və “Təqvim” bölmələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. “CD diskə baxış keçirilməsi haqqında” 22 iyun 2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş mobil nömrənin məxsusluq tarixçəsinin, sms və zənglər barədə məlumatların köçürüldüyü bir ədəd diskə baxış keçirilmiş və aşağıdakı xüsusatlar aşkar olunmuşdur: - Nomrenin_Mexsusluq_Tarixcesi__**********0604__706690013_4 adlı fayl açıldıqda 01 səhifədə ***-***-**-** saylı mobil nömrənin Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 21 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olması, həmin mobil nömrənin xx.xx.2022-ci il tarixdən aktiv olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil nömrənin onun özünə məxsus olduğunu, internet paketlərdən istifadə etmək üçün həmin mobil nömrədən istifadə etdiyini bildirmişdir. - Zenglerin_Detallasmasi__**********0615___706690013_4 adlı fayl açıldıqda 10 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrədən 777 danışıq mərkəzinə gedən zənglərin detallaşması barədə, həmçinin anten dairəsi barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir. Sonuncu dəfə 13 aprel 2024-cü il tarixdə saat 23:33:54-də ***-***-**-** saylı mobil nömrə anten dairəsi üzrə Sheki Z.Aliyeva str Shaki adlı ünvanda olmuşdur. - Zenglerin_Mexsusluq_Tarixceleri__**********0618___706690013_NAR_4 adlı fayl açıldıqda 01 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrəyə gələn və gedən zəngin qeydə alındığı 01 ədəd “Nar Mobile”ə məxsus ***-***-**-** saylı mobil nömrənin X4 məxsus olması barədə məlumatların olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil nömrənin kimə məxsus olmasını xatırlamadığını bildirmişdir. “CD diskə baxış keçirilməsi haqqında” 22 iyun 2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş mobil nömrənin məxsusluq tarixçəsinin, sms və zənglər barədə məlumatların köçürüldüyü bir ədəd diskə baxış keçirilmiş və aşağıdakı xüsusatlar aşkar olunmuşdur: - xx.xx.2024 10_32_23 Mexsusluq tarixchesi-554343313 adlı fayl açıldıqda 01 səhifədə ***-***-**-** saylı mobil nömrənin Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 21 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olması, həmin mobil nömrənin xx.xx.2011-ci il tarixdən aktiv olması müəyyən edilmişdir. - xx.xx.2024 10_29_25 Mushteri zenglerinin detallashmasi-MSİSDN_554343313 adlı fayl açıldıqda 14 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələrə gedən və gələn zənglərin detallaşması barədə, həmçinin anten dairəsi barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddətdə dəfələrlə danışıqların aparılması müəyyən edilmişdir. Sonuncu dəfə 13 aprel 2024-cü il tarixdə saat 23:03-də ***-***-**-** saylı mobil nömrə anten dairəsi üzrə X11 yolu şossesinin şimalında yerləşən Şəki bələdiyyəsi adlı ünvanda olmuşdur. - xx.xx.2024 10_29_20 Zenglerin mexsusluq tarixcheleri-MSİSDN_554343313 adlı fayl açıldıqda 01 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrəyə gələn və gedən zəngin qeydə alındığı mobil nömrələrn kimlərə məxsus olması barədə məlumatların olduğu müəyyən edilmişdir. Şahid1 və Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-də üzərində videoçəkilişlə axtarış aparılmasını əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Şahid1 əldə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Şəki şəhər «Nöyülbulaq» məhəllə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 315 nömrəli arayış və xasiyyətnamədən görünür ki, o, həqiqətən də ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır, barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs verilən ittihama görə o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan metamfetamin əldə etmə, saxlama, daşıma cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən metamfetamin əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində saxlayaraq daşıdığı cəmi 0,244 qram narkotik vasitə olan metamfetamini 13 aprel 2024-cü il tarixdə 20 manat müqabilində Şahid1 satmış, kustar üsulla hazırlanmış narkotik vasitə olan 0,334 qram metamfetamin isə həmin tarixdə onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməmişdən qabaq döyüldüyü üçün, narkotik vasitəni üzərinə götürməsə ona müxtəlif təzyiqlər göstərildiyini, bu səbəbdən də ilkin ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə olan metamfetaminin onun olmaması və Şahid1 verdiyi narkotik vasitə olan metamfetamini isə satmadığını birlikdə istifadə etmək üçün aldığı barədə ifadə verdiyini bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəklişdən görünür ki, Təqsirləndirilən şəxs vəkilinin və digər şahidlərin iştirakı ilə üzərinə baxış keçirildiyini və həmin vaxtı narkotik vasitənin onun üzərindən aşkar olunaraq götürüldüyünü təsdiq etdiyini və həmin vaxtı ona hər hansı təzyiq və hədənin olmadığı müşahidə edilmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən hər hansı işgəncə, qanunazidd və qeyri-insani davranışlara yol verilməsi, həmçinin polis əməkdaşları tərəfindən zorakılıq hərəkətlərinin edilməsi barədə hər hansı bir müraciəti olmadığından bildirdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də narkotik vasitələrin onun olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan metamfetamin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması, eləcə də satılması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətləri islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr az yaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, həm satış, həm də satış məqsədi olmadan narkotik vasitə olan 0,244 qram metamfetamini Şahid1 sataraq, eyni zamanda narkotik vasitə olan 0,334 qram metamfetamini üzərində daşıyaraq cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1 və 234.2-ci maddələrinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi CM-nın 234.1-ci maddənin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulsa da CM-nın 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən təqsirləndirilən şəxsin sonradan səmimiyyətini pozması ilə bağlı şəxsiyyətini səciyyəndirməsini diqqətdən kənara qoymamaqla yanaşı, cinayətin predimeti olan metamfetamin daha güclü təsirə malik narkotik vasitələrdən fərqli olduğunu da nəzərdə saxlayaraq, cəzanın ədalətliliyi baxımından, eləcə də hərəkətlərində narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etmə, daşıma və saxlama ilə yanaşı narkotik vasitəni qanunsuz olaraq satmanın da, olduğunu diqqətsiz buraxmağın mümkünsüzlüyünü qeyd edərək fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən də Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, onun şəxsiyyətini, şəxsiyyətini səciyyələndirən halları, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əmələ münasibətini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna ədalətli həddə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, CM-nin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcək Təqsirləndirilən şəxs, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 1073 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan saxlanılan Şahid1 könüllü təqdim etdiyi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,194 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin, və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra cəmi qalıq çəkisi 0,284 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. xx.xx.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üstündən götürülmüş iş üzrə maddi sübut kimi tanınıb Şəki Şəhər Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon və 58 manat, 20 qəpik əskinasları onun özünə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirli bilinsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Şahid1 könüllü təqdim etdiyi üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,194 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin, və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra cəmi qalıq çəkisi 0,284 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. xx.xx.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üstündən götürülmüş iş üzrə maddi sübut kimi tanınıb Şəki Şəhər Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon və 58 manat 20 qəpik pul əskinasları özünə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabınaköçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (Təqsirləndirilən şəxs isə hökm verildiyi andan) Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar