Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-66/2022 19.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçi Azərbaycan Respublikası VK-nın üzvü Şəki Regional Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, "xxxx" MMC-nin təsisçisi və direktoru, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraatına xitam verilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29, 178.2.3, 313, 66.2 və 66.4-cü maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək, CM-nin 68.1.1 və 68.2-ci maddələrinə əsasən üzərində 01 il 06 ay 12 gün azadlığın məhdudlaşdırılması və 1500 manat cərimə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 2.4-cü bəndinə əsasən cərimə cəzasından azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulduğu günə kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Repsublikası CM-ııin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə 09 dekabr 2017-ci il tarixdə dövlət qeydiyyatından keçərək təsis etdiyi “X18” MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə “İnstaqram” sosial şəbəkəsində müxtəlif dövlətlərə səfərlər, turlar, aviabiletlərin satışını təşkil etməsi barədə yaratdığı "xxxx" səhifəsindəki əlaqə vasitələri ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs5 ilə birlikdə 05 avqust 2020-ci il tarixdən Türkiyə Respublikasının Antalya şəhərinin Belek qəsəbəsində yerləşən “X27” 5 ulduzlu otelinə yerləşdirmə daxil olmaqla, 12 avqust 2020-ci il tarixdə isə geriyə, yəni Azərbaycan Respublikasına aviabilet sifariş edəcəyənə dair yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra faktiki bununla bağlı hər hansı bir hərəkət etmədən həmin etibardan sui-istifadə edib aldadaraq vahid niyyətlə 29 yanvar 2020-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən “X18” MMC-nin ofisində 4225 manat və 05 fevral 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 70B saylı yaşayış binasının qarşısında Zərifə Əliyeva adına liseyin girişinin yaxınlığında 588 manat olmaqla ümumilikdə 4813 (dörd min səkkiz yüz on üç) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 4813 (dörd min səkkiz yüz on üç) manat ziyan vurmaqla öz qulluq mövqeyindən sui istifadə etməklə dələduzluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən 05 sentyabr 2019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29.178.2.3, 313, 66.2, 66.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altır) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və 29 noyabr 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökümün dəyişdirilib, CM-nin 68.1.1, 68.2 maddələrinə əsasən 01 (bir) il 06 (altı) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması və 1500 manat cərimə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə 09 dekabr 2017-ci il tarixdə dövlət qeydiyyatından keçərək təsis etdiyi “X18” MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə “İnstaqram” sosial şəbəkəsində müxtəlif dövlətlərə səfərlər, turlar, aviabiletlərin satışını təşkil etməsi barədə yaratdığı "xxxx" səhifəsindəki əlaqə vasitələri ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs2 arvadı X10, uşaqları X4 və X13 ilə birlikdə 16 iyul 2022-ci ildə Türkiyə Respublikasının Alanya şəhərinə, 23 iyul 2022-ci ildə isə geriyə, yəni Azərbaycan Respublikasına aviabilet sifariş edəcəyinə dair yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra faktiki bununla bağlı hər hansı bir hərəkət etmədən həmin etibardan sui-istifadə edib aldadaraq 16 noyabr 2021-ci il tarixdə saat 18:25-də Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanından arvadına məxsus "xxxx" ASC-yə aid olan **********194438 nömrəli “Bir kart” bank kartındakı hesabından onun cinayətkar niyyətindən məlumatı olmayan tanışı X20 məxsus olmasına baxmayaraq aralarında dostluq münasibətlərinə görə faktiki özünün istifadəsində olan “X35” aid **********255871 nömrəli bank kartındakı hesaba 944 (doqquz yüz qırx dörd) manat pulu köçürməsi nəticəsində həmin məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 944 (doqquz yüz qırx dörd) manat ziyan vurmaqla öz qulluq mövqeyindən sui-istifadə etməklə təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən 05 sentyabr 2019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29.178.2.3, 313, 66.2, 66.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altır) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və 29 noyabr 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökmün dəyişdirilib, CM-nin 68.1.1, 68.2 maddələrinə əsasən 01 (bir) il 06 (altı) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması və 1500 manat cərimə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, təkrarən, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə 09 dekabr 2017-ci il tarixdə dövlət qeydiyyatından keçərək təsis etdiyi “X18” MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə “İnstaqram” sosial şəbəkəsində müxtəlif dövlətlərə səfərlər, turlar, avibiletlərin satışını təşkil etməsi barədə yaratdığı "xxxx" səhifəsindəki əlaqə vasitələri ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, onu və ailə üzvlərini 01 dekabr 2021-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinə turist səfərinə, 10 dekabr 2021-ci ildə isə geriyə, yəni Azərbaycan Respublikasına aviabilet sifariş edəcəyinə dair yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra faktiki bununla bağlı hər hansı bir hərəkət etmədən həmin etibardan sui-istifadə edib aldadaraq Zərərçəkmiş şəxs3 17 noyabr 2021-ci il tarixində saat 13:41-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən "A Plus Store" marketinin içərisində olan ödəmə terminalından 1000 (bir min) manat pulu və 21 noyabr 2021-ci il tarixdə saat 15:13-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən "A Plus Store" marketinin içərisində olan ödəmə terminalından 808 (səkkiz yüz səkkiz) manat pulu onun cinayətkar niyyətindən məlumatı olmayan tanışı X20 məxsus olmaqla həmin vaxt aralarında dostluq münasibətlərinə görə faktiki özünün istifadəsində olan “X35” aid **********255871 nömrəli bank kartındakı hesaba köçürməsi nəticəsində ümumilikdə 1808 manat pulu əldə edib Zərərçəkmiş şəxs3 ümumilikdə 1808 (bir min səkkiz yüz səkkiz) manat maddi ziyan vurmaqla öz qulluq mövqeyindən sui-istifadə etməklə təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən 05 sentyabr 2019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29.178.2.3, 313, 66.2, 66.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altır) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və 29 noyabr 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökümün dəyişdirilib, CM-nin 68.1.1, 68.2 maddələrinə əsasən 01 (bir) il 06 (altı) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması və 1500 manat cərimə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə 09 dekabr 2017-ci il tarixdə dövlət qeydiyyatından keçərək təsis etdiyi “X18” MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, “instaqram” sosial şəbəkəsində müxtəlif dövlətlərə səfərlər, turlar, avibiletlərin satışını təşkil etməsi barədə yaratdığı "xxxx" səhifəsindəki əlaqə vasitələri ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs4 arvadı X14 və oğlu X7 ilə birlikdə 30 noyabr 2021-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinə, 12 dekabr 2021-ci ildə isə geriyə, yəni Azərbaycan Respublikasına aviabilet sifariş edəcəyənə dair yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra faktiki bununla bağlı hər hansı bir hərəkət etmədən həmin etibardan sui-istifadə edərək onu aldadaraq 24 noyabr 2021-ci il tarixdə saat 20:14-də Zərərçəkmiş şəxs4 Şəki şəhəri, X25 küçəsi, ev 193A, mənzil 5 ünvanından arvdına məxsus "xxxx" ASC-yə aid olan **********13 nömrəli maaş kartındakı hesabından onun cinayətkar niyyətindən məlumatı olmayan tanışı X20 məxsus olmaqla həmin vaxt aralarında dostluq münasibətlərinə görə faktiki özünün istifadəsində olan “X35” aid **********255871 nömrəli bank kartındakı hesaba 1417 (bir min dörd yüz on yeddi) manat pulu köçürməsi nəticəsində əldə edib Zərərçəkmiş şəxs4 1417 (bir min dörd yüz on yeddi) manat maddi ziyan vurmaqla öz qulluq mövqeyindən sui istifadə etməklə təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs оğlu özünü ona elan edilmiş ittihamda tam təqsirli bilərək göstərmişdir ki, 2013-cü ildən müxtəlif turizim şirkətlərində menecer işləmiş, bir neçə il menecer işlədikdən sonra qərara gəlmiş ki, özü üçün turizm şirkəti təsis edib fərdi qaydada işləyib qazanc əldə etsin. O, belə də etmişdir. 2017-ci ilin dekabr ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət etmişdir.xx.xx.2017-ci il tarixdə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən "X19" X1i təmsilçisi funksiyasına malik direktoru vəzifələrini yerinə yetirməsi üçün ********** nömrəli VÖEN verilmişdir. Həmin vaxtdan hüquqi şəxs olaraq “X18” MMCnin təsis etmiş və həmin vaxtdan etibarən də həmin MMC-ni işlədir. MMC-nin adından göründüyü kimi ona müraciət etmiş şəxslərə dair xarici ölkələrə səfərlər və turlar təşkil etmiş və bunun müqabilində gəlir əldə etmiş və bununla dolanmışdır. İlk dəfə 2019-cu ilin sentyabr ayının 5-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə məhkum olunaraq Yasamal rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. Sonradan yəni, xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Yasmal Rayon Məhkəsinin hökmü dəyişdirilərək 1 il 6 ay 12 gün azadlığın məhdudlaşdırılması və 1.500 manat cərimə cəzasına məhkum edilmişdir. Həmin cəriməni dövlət nəfinə tam olaraq ödəmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə barəsində toplanılmış cinayət işi Nərimanov RPİ-nin İŞ-si tərəfindən məhkəməyə verildikdən sonra Nərimanov Rayon Məhkəməsində ittiham olunduğu cinayət işi üzrə maddi ziyanı və vurduğu maddi ziyanın ¼ hisəsini isə dövlət nəfinə tam ödədiyi üçün həmin cinayət işinin icraatına xitam verilmişdir. Bunlardan başqa məhkumluğu olmamışdır. Göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Onunla əvvəldən tanış olmasa da sonradan təyyarə biletinə görə müştəri kimi müraciət etdikdən sonra tanımışdır. Zərərçəkmiş şəxs1 ilə tanış olan zaman ünvan 5 ünvanında yerləşən ofisdə fəaliyyət göstərmişdir. 2020-ci ilin yanvar ayının sonlarınıda təsis etdiyi MMC-də işdə olduğu zaman Zərərçəkmiş şəxs1 ona zəng vurmuş və telefon nömrəsini “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tapdığını demişdir. Zərərçəkmiş şəxs1 anası ilə birlikdə iki nəfərlik Türkiyə Respublikasının Antalya şəhərinin Belek qəsəbəsində yerləşən “X28” 5 ulduzlu otelinə bir həftəlik səyahət etmək istədiklərini bildirmiş və onları həmin otelə göndərə biləcəyi barədə maraqlanmışdır. O, özünü Zərərçəkmiş şəxs1 “X19” şirkətinin rəhbəri Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onu anası ilə birlikdə həmin otelə göndərə biləcəyinə söz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 işlədiyi MMC-yə dəvət etmişdir. 29 yanvar 2020-ci il tarixdə axşam saat təxminən 18:00 radələrində Günel xanım tək olaraq işlətdiyi ünvan 6 ünvanında yerləşən şirkətin ofisinə gəlmişdir. Zərərçəkmiş şəxs1 ofisdə qəbul etmiş və ona anası Zərərçəkmiş şəxs5 ilə birlikdə onların istəyinə uyğun olaraq Türkiyə Respublikasının Antalya şəhərinin Belek qəsəbəsində yerləşən “X28” otelinə bir həftəlik səyahətə göndərə biləcəyinə söz vermiş və 2020-ci ilin iyul ayının sonlarında bir həftəlik həmin otelə səyahətə getməsini planlaşdırmışlar. Bundan sonra səyahətin və bilet pulunu hesablamış, bunun üçün Günel xanıma 4.225 manat ödəyəcəyini bildirmişdir. Günel xanım səyahətin tam ödənişini, yəni 4.225 manatı tam olaraq ödəmişdir. Bununla bağlı müqavilə bağlamışlar və aldığı pulun qəbzini vermiş, sonra Günel xanımla gedişin tam dəqiq tarixini dəqiqləşdirmişdir. Gediş üçün aviabilet və otelin nömrəsini bron etmiş, lakin bunun üçün heç bir ödəniş etməmişdir. Bundan sonra Günel xanım gediş tarixini dəyişdirmişdir. Bunun üçün əlavə hesablama aparmış və Güneldən əlavə 588 manat ödəməsini tələb etmişdir. Günellə razılaşmış və onun əlavə olaraq ödəyəcəyi pulu özü götürməsini təklif etmişdir. Günel xanım bacısının yaşadığı evdə olduğunu bildirmişdir. 05 fevral 2020-ci il tarixdə Günelin yaşadığı Yasamal rayonu, Hüseyn Cavid prospekti, Z.Əliyeva adına liseyin qarşısında onunla görüşmüşdür. Həmin yerdə saat təxminən 19:00 radələrində Güneldən əlavə olaraq 588 manat pul almış və bununla bağlı ona qəbz vermiş, lakin 2020-ci ilin mart ayının sonlarında ölkə səviyyəli pandemiya vəziyyəti olduğu üçün ölkə xarici bütün hava uçuşları ləğv olunmuş və onlar istədikləri tarixdə Türkiyə Respublikasına istirahətə gedə bilməmişlər. O, isə iş olmadığı üçün Güneldən aldığı pulu öz şəxsi işlərinə xərcləmiş və sona qaytaracağını düşünmüşdür. Bir ara Zərərçəkmiş şəxs1 ödənişlər edəcəyini bildirmişdir. Bunların hamısını yalandan vaxt udmaq üçün etmiş və bu hərəkətləri ilə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etdiyini bilir. Bunu maddi sıxıntıları ilə bağlı etmişdir. Günel xanımın Nəsimi RPİ-yə müraciətindən sonra ona 174 manat bir dəfə, 400 manat bir dəfə olmaqla cəmi 574 manat pul qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs1 4.239 manat verəcəyi vardır. Bundan başqa 2021-ci ilin noyabr ayının əvvələrində adının sonradan Zərərçəkmiş şəxs2 olmasını bildiyi şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib əlaqə yaratmışdır. Həmin şəxs internetdə “instaqram” sosial şəbəkəsində "xxxx" səhifəsindəki elanları gördüyünü, mobil nömrəni oradan əldə edib zəng etdiyini və növbəti ilin iyul ayının 16-dan iyul ayının 23-nə kimi olan müddət ərzində 1 həftəlik ailə üzvüləri arvadı X10, uşaqları X4 və X13 ilə birlikdə Türkiyə Respublikasının Alanya şəhərinə səfər etmək üçün aviabilet təşkil etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 heç bir problem olmadığını, aviabiletləri təşkil edə biləcəyini, aviabiletləri satan şirkətlər ona daha ucuz bilet satdıqlarını, buna görə də biletlərin bizdə daha ucuz qiymətə olduğunu deyərək özünə qarşı inam qazanmışdır. Sonra Zərərçəkmiş şəxs2 onun istəyinə əsasən özünə, arvadına və uşaqlarına aid sənədlərin fotoşəkillərini Whatsapp vasitəsi ilə ona göndərmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs2 biletlər üçün 944 manat pul göndərməsini demişdir. O, dələduzluq etdiyi şəxslərə konkret məbləğ demiş ki, onları aldatmağından şübhə etməsinlər. X20 məxsus olan Azərtürk bankın **********255871 nömrəli bank kartının şəklini çəkib Zərərçəkmiş şəxs2 göndərmiş və pulu həmin kartın hesabına köçürməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 biletləri dərhal yazdıracağına dair söz vermişdir. 16 noyabr 2021-ci il tarixdə saat 18:25-də Zərərçəkmiş şəxs2 istifadə etdiyi Ülvi Abbaslının “X35” tərəfindən verilmiş **********255871 nömrəli bank kartının hesabına 944 manat pul köçürmüş, o, da zəng edərək pulun hesaba oturduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 sabah biletlərin elektron qaydada alınacağını deyib sağollaşmışdır. Həmin günün səhərisi Zərərçəkmiş şəxs2 zəng edib biletləri verməsini xahiş etsədə o, müxtəlif bəhanlərlə vaxt qazanmış və onu aldatmağa başlamışdır. Zərərçəkmiş şəxs2 və onun ailəsi üçün bilet alınmasına dair heç bir iş görməmiş və ondan aldığı pulu şəxsi problemlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs2 qarşı da digər şəxslər kimi dələduzluq etdiyini dərk edir və dələduzluq etməsinə səbəb maddi sıxıntıları olmasını göstərmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 ona bilet almaq məqsədi ilə müraciət etdikdən sonra tanımış, əvvəllər həmin şəxslə heç bir tanışlığı olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs3 rəhbəri olduğu şirkətin "İnstagram" sosial şəbəkəsində səhifəsini tapmışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində Elnur Mustafayev istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etdiyini görmüş və həmin şəxs onunla əlaqə saxlayıb beş nəfərlik ailə üzvü ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək istədiyini bildirərək qiymətlərlə maraqlanmışdır. O, qiyməti hesablayaraq ona 5 nəfər üçün 12 günlük səfərin qiymətinin 1.808 manat olacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 qiymətin münasib olduğunu bildirmiş və biletin alınmasını təşkil etməsini xahiş etmişdir. O, heç bir problem olmadığını dedikdən sonra Elnur pulu hansı qaydada ödəyəcəyini soruşmuşdur. Elnura kart şəkili göndərəcəyini, pulu həmin hesaba vurduqdan sonra biletin alınmasının təmin ediləcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefon nömrəsinin "Whatsapp" sosial şəbəkəsinə dostu Ülvi Abbaslının adına olan bank kartını ona göndərmişdir. 17 noyabr 2021-ci il tarixində Zərərçəkmiş şəxs3 kart hesabına 1000 manat pul göndərmişdir. Bundan təqribən 3-4 gün sonra Zərərçəkmiş şəxs3 onun istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsi ilə əlaqə saxlamış və ödənişin qalan 808 manat hissəsini harada verə biləcəyini soruşmuşdur. O, Elnura hazırda Bakı şəhərində olmadığını və qalan 808 manat pulu da kart hesabına göndərməsini xahiş etmişdir. Bu danışıqdan bir müddət sonra Zərərçəkmiş şəxs3 yenidən kart hesabına 808 manat pul göndərmiş, lakin həmin dövrdə maddi vəziyyətinin pis olması səbəbindən onlara bilet ala bilməmiş və Zərərçəkmiş şəxs3 aldığı ümumilikdə 1808 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs3 uçuş üçün bildirdiyi müddət gəlib çatdıqda isə ona "Azal" tərəfindən biletlərin ləğv edildiyini demiş və pulu tez bir zamanda qaytaracağını söyləmişdir. Ancaq Zərərçəkmiş şəxs3 aldığı pulu ona geri qaytarmamışdır. Bundan başqa 2021-ci ilin noyabr ayının əvvələri olarkən "X19" X3 İnstagram səhifəsinə adının sonradan Zərərçəkmiş şəxs4 olmasını bildiyi şəxs yazaraq Bakı- İstanbul-Bakı təyyarə reysinə həyat yoldaşı, bir az yaşlı oğlu və özü üçün bilet təşkil etməsini xahiş etmişdir. Onlar əvvəlcə İnstagram sosial şəbəkəsində danışsalar da sonradan istifadəsində olan ***-***-**-** mobil nömrəsini Zərərçəkmiş şəxs4 vermişdir. Sonra həmin şəxs onunla "Whatsapp" mobil nömrəsi ilə yazışmağa başlamışdır. Zərərçəkmiş şəxs4la danışarkən ona istədiyi bileti vaxtında təşkil edəcəyinə söz vermişdir. Həmin şəxs də inanmış ki, ona və ailəsi üçün təyyarə bileti təşkil edəcəkdir. Zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbət zamanı o, biletləri ondan necə götürəcəyi və ödəməni necə edəcəyini soruşduğunda Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən ofislərinə gələrək ödəmə edib biletləri götürməsini bildirmişdir. Həmin şəxs də Şəki şəhərində olduğunu, ofisə gələ bilməyəcəyini bildirmişdir. Belə olmuş Zərərçəkmiş şəxs4 ona onlayın qaydada ödəniş etmək istədiyini demişdir. Bundan sonra o, biletlərin elektron variantını Zərərçəkmiş şəxs4 mobil telefonuna göndərəcəkdi, həmin şəxs də onlayın qaydada ödəniş edəcəkdir. Zərərçəkmiş şəxs4 ödəniş etməsi üçün tanışı Ülvi Abbaslıya məxsus "Azər Türk" Bankına məxsus kartın şəkilini çəkib göndərmişdir. Belə ki, Zərərçəkmiş şəxs4, oğlu və arvadına Bakı-İstanbul-Bakı təyyarə reysi üçün 1.417 manat bilet pulu ödəməsini bildirmişdir. Həmin şəxs də xx.xx.2021-ci il tarixdə ona verdiyi Ülvi Abbaslının kart hesabına 1.417 manat pul köçürmüş və pul köçürməsi ilə bağlı ona məlumat vermişdir. O, həmin pulu bir gün sonra Yasamal rayonu ərazisində Elimlər Metro stansiyasının yaxınlığında olan X32 bankomatına yaxınlaşıb həmin pulu çıxarıb şəxsi işləriylə əlaqədar xərcləmişdir. Zərərçəkmiş şəxs4 və onun ailəsi üçün Bakı-İstanbul-Bakı təyyarə biletini xx.xx.2021-ci il tarixinə təşkil edəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs4 arabir "Whatsapp" mobil nömrəsinə yazaraq onlar üçün bilet təşkil edib-etmədiyini soruşmuşdur. O, da Zərərçəkmiş şəxs4 narahat olma bileti xx.xx.2021-ci il tarixədək telefon əlaqəsi saxlayıb verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində оlan ***-***-**-** nömrəsinə zəng edərək Bakı şəhərinə gəldiyini və bileti ona verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 biletini hazır etmədiyinə görə vaxt qazanmaq üçün ona bileti hazır edəndə xəbər verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 ona bir neçə dəfə zəng etmiş, bileti verməsini xahiş etsə də biletin hazır olmadığını bildirmişdir. Ondan sonra Zərərçəkmiş şəxs4 başqa yerdən bilet alıb-almadığını bilməmişdir. Zərərçəkmiş şəxs4 təyyarə bileti təşkil edəcəyi adı ilə aldığı 1417 manat pulu şəxsi işləri ilə əlaqədar xərcləmiş və pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs4 onunla ailəsinə Bakı-İstanbul-Bakı təyyarə bilet təşkil edəcəyinə söz versə də bununla bağlı heç bir iş görməmiş və biletə görə aldığı pulları özü üçün istifadə etmişdir. Bütün bunlardan sonra Zərərçəkmiş şəxs4 qardaşı İlqar Əzizov ona dəfələrlə zəng vuraraq qardaşından aldığı pulu geri verməsini tələb etsədə pulu olmadığına görə aldığı pulu qaytara bilməmişdir. O, hazırda Zərərçəkmiş şəxs4 qarşı etdiyi dələduzluğa görə çox peşman olmuşdur. Bundan başqa göstərmişdir ki, iş materiallarına əlavə edilmiş X16 şikayət ərizəsi ilə tanış olmuşdur. Həmin şəxsi də əvvəllər tanımamış, təyyarə bileti üçün müraciət etdikdən sonra tanımışdır. Həmin şəxs də onun mobil nömrəsi "X19" X3 “İnstagram” səhifəsindən götürüb onunla əlaqə saxlamışdır. X26 Respublikasına gedəcəyi ilə bağlı ona bilet təşkil etməsini xahiş etmişdir. O, da Şamo Həmidova bilet təşkil edəcəyinə söz verdikdən sonra həmin şəxs biletin pulunu necə ödəyəcəyini soruşduğunda kart şəkili göndərəcəyini, pulu həmin kart hesabına vurduqdan sonra biletin alınmasının təmin ediləcəyini bildirmişdir. Bundan sonra X16 istifadəsində olan mobil telefon nömrəsinin "Whatsapp" sosial şəbəkəsinə dostu Ülvi Abbaslının adına olan bank kartını ona göndərmişdir. 02 noyabr 2021-ci il tarixində Şamo Həmidov kart hesabına 288 manat pul göndərmiş, sonra həmin şəxs onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış və bileti təşkil edib-etmədiyini soruşmuşdur. Şamo Həmidovdan aldığı pulu şəxsi işlərinə xərclədiyinə görə bilet üçün heç bir iş görməmiş və müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmışdır. Elə olmuş ki, Şamo Həmidov ona zəng edib hava limanında olduğunu, sistemdə onun adına bilet olmadığını bildirmişdir. O, Şamo Həmidova sistemdə problem olduğunu, bilet yaza bilmədiyini, hava limanından bilet alıb getməsini, sonra ondan aldığı pulu qaytaracağına söz vermişdir. Həmin vaxt fikirləşmiş ki, Şamo Həmidov ölkəni tərk edir, qayıdarkən ondan aldığı pul ilə maraqlanmaz, lakin Şamo hələ də ondan aldığı az miqdarda pulu tələb edir. Şamo Həmidova qarşı da dələduzluq etdiyini və onun pulunu ələ keçirdiyini dərk edir. O, Şamo Həmidova məxsus 288 manatı ələ keçirmiş, Şamo Həmidov əlavə xərclərini də 288 manatın üzərinə gəlib onun 530 manat pulunu ələ keçirdiyini yazmışdır. O, konkret olaraq Şamo Həmidova məxsus 288 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs1 aldığı 4813 manat puldan hər hansı şirkətə və ya şəxsə ödəniş etməmiş, həmin pullar tam olaraq özündə olmuşdur. Bu barədə Günel xanıma vaxt udmaq üçün yalan məlumatlar vermiş ki, guya pulları ayrı-ayrı şirkətlərə köçürmüş, lakin bunlar yalan olmuşdur. Pullar tam olaraq onda olmuşdur. O, otellərlə və ya aviaşirkətlərlə müqavilə əsasında işləmiş, gərək olduğu təqdirdə nömrələri bron etmişdir. Gedişdən 10 gün əvvəl ödənişləri şəxsi hesabından etmişdir. Günel xanım üçün isə heç bir ödəniş etməmiş, yalnız yer bron etmiş, sonradan vəziyyət elə alınmış ki, dələduzluq etmək məcburiyyətində qalmışdır. Tam yadında deyil, təxminən 10 nəfər var ki, onlara qarşı da dələduzluq etmişdir. Yalnız onların şəxsiyyətləri və əlaqələrini bilmir. Müraciətləri olarsa aydınlıq gətirər. Cinayətləri törətməkdə əlbir olduğu, və yaxud da kömək edən və ya təhrik edən kimsə yoxdur. Dələduzluq etməsinin əsas səbəbi düşdüyü maddi sıxıntılar olmuşdur. Topazda çoxlu pullar uduzduğuna görə pis vəziyyətə düşmüşdür. Bundan sonra vəziyyətdən çıxmaq üçün ayrı-ayrı şəxsləri aldatmağa başlamışdır. Əvvəllər turuzim sahəsində işləmiş və bu sahədə müəyyən təcrübəsi vardır. Bu təcrübədən yararlanmış və dələduzluq etmişdir. Heç bir şirkətə və ya şəxsə ödəniş etməmiş, aldığı pullar tam olaraq onda olmuşdur. O, vaxt udmaq üçün bilet təşkil edəcəyi şəxslərə yalandan onlar üçün bilet təşkil edəcəyini demiş, lakin pulunu aldığı şəxslərə bilet təşkil etmək fikiri olmamışdır. Onun şəxsiyyət vəsiqəsi olmadığına görə həm də axtarışda olduğundan bank kartı ala bilməmişdir. Ona görə də tanışı Ülvi Abbaslıdan xahiş etmiş ki, kartını ona versin,bir müddət istifadə edib qaytarsın. O, kartdan bir müddət istifadə etdikdən sonra kartı Ülvi Abbaslının özünə qaytarmışdır. O, dələduzluq yolu ilə ələ keçirdiyi pullarla Ülvinin heç bir bağlılığı və xəbəri yoxdur. Bildirmişdir ki, törətmiş olduğu əməldən səmimi peşmandır. Vurulmuş ziyandan qismən ödəniş etməsini və atasının yaşlı olmasını nəzərə alaraq ona ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının 16-da saat 18:00 radələrində əvvəlcədən alınanda biletlərin ucuz olması səbəbi ilə növbəti ilin iyul ayının 16-dan iyul ayının 23-nə kimi olan müddət ərzində 1 həftəlik ailə üzvləri -arvadı X10, uşaqları X4 və X13 ilə birlikdə Türkiyə Respublikasının Alanya şəhərinə səfər etmək üçün aviabilet almaq qərarına gəlmişdir. Bu müddətdə orada, Alanyada əvvəlcədən otel də bron etmişdir. Ona yalnız aviabilet lazım olmuşdur. Aviabiletləri fərdi olaraq almaq qərarına gəlmişdir. Səfər belə daha ucuz başa gəlir. Bunun üçün internetdə “İnstaqram” sosial şəbəkəsində müxtəlif dövlətlərə səfərlər, turlar, aviabiletlərin satışını təşkil edən "xxxx" səhifəsindəki elanları görmüşdür. Elan onu cəlb etmiş, çünki aviabiletləri daha ucuz təklif etmişdir. Elanda olan ***-***-**-** nömrəsi ilə özünə məxsus olan ***-***-**-** nömrəli telefonla əlaqə yaratmışdır. Telefonun dəstəyini özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs cavablandırmışdır. Təqsirləndirilən şəxs istəklərini bildirmişdir. O, heç bir problem olmadığını, gərək olan tarixə aviabiletləri təşkil edə biləcəyini, aviabiletləri satan şirkətlər ona daha ucuz bilet satdıqlarını, buna görə də biletlər onda daha ucuz qiymətə olduğunu deyərək onda özünə qarşı inam formalaşdırmışdır. O, özünün, arvadı və uşaqlarının sənədlərinin fotoşəkillərini onun həmin nömrədə olan “WhatsApp” tətbiqinə göndərmişdir. Bundan sonra isə Hüseyn biletlər üçün cəmi 944 manat pul göndərməsini istəmiş, həmin şəxs Ülvi Abbaslıya məxsus Azərtürk bankın **********255871 nömrəli bank kartının şəklini göndərmiş və pulun həmin kartın hesabına köçürməsini xahiş etmişdir. Biletləri dərhal yazdıracağına dair söz vermişdir. 16 noyabr 2021-ci il tarixdə saat 18:25-də yaşadığı ünvan 3 ünvanından "xxxx" tərəfindən arvadı X6 verilmiş, ona məxsus olan **********194438 nömrəli “1 kart” bank kartındakı hesabdan Hüseynin ona göndərdiyi Ülvi Abbaslının “X35” tərəfindən verilmiş **********255871 nömrəli bank kartındakı hesaba 944 manat pul köçürmüşdür. Hüseyn zəng edərək pulun hesaba oturduğunu demişdir. Bundan sonra isə Hüseyn sabah biletlərin elektron qaydada alınacağını demiş və onlar sağollaşmışlar. Həmin günün səhərisi Hüseyn hansısa yalan uydurmuş və işi olduğunu demişdir. Bir sözlə həmin gündən etibarən Hüseyn hər gün onu aldatmağa başlamışdır. Sonradan bilmişdir ki, Hüseyn dələduzdur. Onun kimi çoxlu sayda şəxsləri aldatmış və pullarını ələ keçirmişdir. Hüseyn ona heç bir bilet almamış və 944 manat pulunu ələ keçirirərək ona qarşı dələduzluq etmişdir. Ona köçürülmüş pul arvadı X5 adına verilmiş bank kartındakı hesabda olmasına baxmayaraq pullar ona məxsusdur. Arvadının iş üzrə zərərçəkmiş kimi tanınmasına lüzum və gərək yoxdur. Xahiş etmişdir ki, bu nəzərə alınsın. Daha sonra isə eşitmişdir ki, Hüseyn axtarışa verilmişdir. Belə ki, Bakı şəhərində 28-ci Polis Bölməsinə gedərək ondan şikayət etmək istəyəndə onun tutulduğunu eşitmiş və birbaşa Yasamal rayon Polis İdarəsinə gələrək ərizə ilə müraciət etmişdir. Bir daha xahiş etmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilsin və ona vurduğu maddi ziyanın qaytarılmasına çalışsınlar. Ülvi Abbaslını tanımır. Onunla yalnız telefonda özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslə danışmışdır. Onunla canlı olaraq heç bir zaman təmasda olmamışdır. Əvvəllər onu tanımamışdır. Onu Yasamal RPİ-nin dəhlizində görmüşdür. Təqsirləndirilən şəxs ona qarşı etdiyi cinayəti tam və səmimi olaraq etiraf etmişdir. O, özünün, arvadının və uşaqlarının şəxsiyyət vəsiqələrinin ksero surətlərini, arvadı X6 verilmiş, ona məxsus olan **********194438 nömrəli “1 kart” bank kartındakı hesabdan olunmuş çıxarışı istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə internet üzərindən yazışmaları və səs yazıları vardır. Onları hər ehtimala qarşı özündə saxlamışdır. Bank çıxarışında pulun xx.xx.2021-ci il tarixdə göndərilməsi göstərilsə də o, bunu bankda izah edilməsinə çalışmışdır. Orada bildirmiş ki, onların hesabına 1 gündən sonra oturur. Ona görə də onu nəzərə alınmasını xahiş etmişdir. Yəni o, pulu xx.xx.2021-ci il tarixdə saat 18:25-də göndərmişdir. Elektron qaiməni də saxlamışdır. Göstərmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir, ona hər hansı ziyanlıq məbləği ödənilməmiş, ailəsi və özü mənəvi istirab çəkmişdir. Onun qanuna müvafiq şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhərində qeydiyyatda olsa da, işi ilə əlaqədar ailə üzvüləriylə bərabər Şəki şəhərində yaşayır. Burada işi sahibkar toxumçudur. Əsas işi arpa və buğda əkib toxum əldə edərək digər fermerlərə satmaqdan ibarətdir. Həyat yoldaşının xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasının İstanbul şəhərinə həkim qəbulunu getməli olmuşdur. 24 noyabr 2021-ci il tarixdə internet səhifəsindən tapdığı xarici ölkələrə bilet satışı ilə məşğul olan Sultan Travel şirkətini tapmışdır. Şirkətin nömrəsini oradan götürüb əlaqə saxlamışdır. Telefonda danışan şəxs özünün Sultan Travelin şirkətinin işçisi kimi təqdim etmişdir. O, həmin şəxsə demiş ki, Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün 3 bilet sifariş vermişdir. Biletləri həyat yoldaşı, 3 yaşlı oğlu və özü üçün sifariş etmişdir. Şirkətin onunla danışan işçisinin adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona kart hesabı göndərmişdir. Həmin şəxs ona demişdir ki, 3 nəfərlik biletin qiyməti 1417 manat edir. O, da Təqsirləndirilən şəxs verdiyi kartın hesabına 1417 manat köçürmüşdür. Belə ki, Şəki şəhərində yaşadığı evdə həyat yoldaşı Firuzə Əzizovaya məxsus Kapital Banka məxsus kartında Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 1417 manat pulu köçürmüşdür. Bilet xx.xx.2021-ci il tarixdə uçuş üçün nəzərdə tutulmuşdur. Hüseyn ona bileti xx.xx.2021-ci il tarixdə telefon əlaqəsi saxlayıb verərəcəyini demişdir. xx.xx.2021-ci il tarixədə ailə üzvüləri ilə birlikdə Bakı şəhərinə getmişdir. İstifadəsində olan ***-***-**-** nömrəsindən Hüseynin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurmuşdur. Ona Bakı şəhərində olduğunu, bileti götürmək istədiyini demişdir. Hüseyn ona bileti hazırlayıb ona zəng edəcəyini demiş, lakin Hüseyn zəng vurmamış, ona bir neçə dəfə zəng vursada həmin şəxs hər dəfə bir bəhanə gətirərək biletin hazır olmadığını demişdir. O, həmin gün saat 23:00 radələrində Hüseynə yenə zəng vurub ondan bilet barədə maraqlanmışdır. Hüseyn ona bilet ala bilmədiyini demişdir. Hüseynə pulunu qaytarmasını demiş, həmin şəxs sabah saat 11-12:00 radələrində ondan aldığı 1417 manat pulu qaytaracağını demişdir. Türkiyə Resbulikasına getmək üçün başqa yerdən bilet alıb Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Bakı şəhərində Hüseynlə görüşüb pulu ondan ala bilməmişdir. Türkiyə Respublikasından ona mesaj yazıb 1417 manat pulu kart hesabına qaytarmasını xahiş etsə də, həmin şəxs ona cavab verməmişdir. O, görmüş ki, Hüseyn ona cavab vermir. Məcbur qalıb bu barədə qardaşı İlqar Əzizova mesaj yazıb məlumat vermişdir. Qardaşı İlqar da Təqsirləndirilən şəxs ilə danışmış, həmin şəxs qardaşına söz vermiş ki, pulu günün sonuna qədər çatdıracaqdır. Lakin Hüseyn pulu İlqara vermədiyi üçün qardaşı bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. "xxxx" şirkətinin işçisi Hüseynlə danışan zaman həmin şəxs Azaldan biletlər götürdüyünü, onun üçün bilet təşkil edəcəyini demişdir. Hüseyn 29.11.21ci il tarixdə ona söz vermişdir ki, pulu sabah qaytaracaq, onun bu sözünə inanmışdır. Buna baxmayaraq həmin şəxs sabahı gün bəhanəlar gətirərək pulu qaytaracağına söz versədə qaytarmamışdır. O, sonradan aldığı biletlərə 1744 manat pul ödəmişdir. Lakin həmin şəxs onu aldadıb pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs ilə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında heç bir borc məsələsi olmamışdır. Təqsirləndirilən şəxs 1417 manat pulu konkret olaraq hansısa bir şəxsə verəcəyini deməmişdir. Həmin 1417 manat pul ona məxsusdur. Təqsirləndirilən şəxs ilə bütün danışıqları o, etmiş və həmin şəxsə inandığına görə ailə üzvülərini də inandırmış ki, Təqsirləndirilən şəxs adlı şəxs ona təyyarə bileti təşkil edəcəkdir. Buna görə də Hüseyn onu aldatmış və onun etibarından sui istifadə etmişdir. Maaş kartı həyat yoldaşı Firuzə Əzizovaya məxsus olsa da kartdan o, istifadə etmişdir. Bir çox hallarda kartın hesabına böyük miqdarda pul qoymuş, lazimi hesabdan hesaba pul köçürmələri etmişdir. Təqsirləndirilən şəxs biletlərin pulunu ödəməsini tələb edəndə kartın hesabına şəxsi qazancından pul qoyduqdan sonra həmin şəxsin kart hesabına 1417 manat pul köçürmüşdür. Yəni həyat yoldaşı Firuzə Əzizovaya deyil, konkret olaraq ona maddi ziyan vurulmuşdur. Bu səbəbdən həyat yoldaşı Firuzə Əzizovanın iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasına lüzüm görməmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir, onun hərəkətləri nəticəsində özü və ailəsi mənəvi sarsıntı keçirmişdir. Ona vurulmuş ziyandan ödəniş edilməmişdir. Onun qanuna müvafiq şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir. Pulunu ondan tələb edir. İbtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmiş və yolun uzaqlığını nəzərə alara onun iştirakı olmadan məhkəmə iclasını keçirərək Təqsirləndirilən şəxs ən ağır şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının sonlarınıda “İnstagram” sosial şəbəkəsi vasitəsilə “X19” adı ilə qeydiyyatdan keçmiş profildə göstərilən nömrə ilə əlaqə saxlamış və anasıyla birlikdə ikinəfərlik Türkiyə Respublikasının Antalya şəhərinin Belek qəsəbəsində “X29” otelinə bir həftəlik səyahət etmək istədiyini bildirmiş və onu anası ilə birlikdə həmin otelə göndərə biləcəkləri barədə maraqlanmışdır. Onunla danışan şəxs özünü həmin “X19” şirkətinin rəhbəri Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onu anası ilə birlikdə həmin otelə göndərə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu işlədiyi şirkətə dəvət etmiş və 29 yanvar 2020-ci il tarixdə tək Təqsirləndirilən şəxs işlədiyi Nəsimi rayonu, M.Gündüzlü küçəsində yerləşən şirkətinin ofisinə getmişdir. Həmin yerdə onu qəbul edən Təqsirləndirilən şəxs anası ilə birlikdə istədiyi müddətə Türkiyə Respublikasının Antalya şəhərinin Belek qəsəbəsində “X29” otelinə bir həftəlik səyahətə göndərə biləcəyini demiş və ondan özünə əminlik yaratdıqdan sonra hazırda dəqiq olaraq xatırlamadığı, lakin 2020ci ilin iyul ayının sonlarına olduğunu əminlikdə deyə biləcəyi müddətdə bir həftəlik həmin otelə səyahətə getmək istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin müddətə otel, uçuş və digər bütün xərcləri hesablamaqla ona 4.225 manat pul ödəməli olduğunu bildirmişdir. O, əvvəllər də xaricə səyahətə getdiyi üçün ödənişin minimum 30 faizini ödəməli olduğunu və qalan pulu isə hissə-hissə səyahətə 10 gün qalmışa kimi ödəyə biləcəyini bildirmiş, lakin Hüseyn onda özünə qarşı tam etibar qazandırdığı üçün və ona tam etibar etdiyinə görə pulun hamısını ödəmək qərarına gəlmişdir. Bundan sonra o, həmin vaxt yəni 29 yanvar 2020-ci il tarixdə Hüseynin işlətdiyi ofisdə 4225 manat pulu sayıb tam olaraq Hüseynə vermişdir. Hüseyn pulu ondan qəbul etdikdən sonra bu barədə ona qəbz vermiş, həmin qəbzin surətini araşdırmaya təqdim etmişdir. Bundan sonra o, evə gedib anası ilə məsləhətləşdikdən sonra qərara gəlmiş ki, səyahətə gedəcəklərini planlaşdırdıqları müddəti dəqiq olaraq 05 avqust 2020-ci il tarixdən 12 avqust 2020-ci il tarixə dəyişsinlər. Bu səbəbdən də, o, Hüseynlə mobil telefon vasitəsilə əlaqə saxlamış və ona səyahətə getmək istədiyi tarixi dəyişərək 05 avqust 2020-ci il tarixdən 12 avqust 2020ci il tarixdə səyahətə getmək istədiklərini demişdir. Hüseyn razılaşmış və hesabladıqdan sonra əlavə 588 manat da ödəməli olduğunu bildirmişdir. O, da razılaşmış və Hüseynin özü ona ofisə getməyə ehtiyac olmadığını, özünün yaşadığı məhəlləyə gəlib pulu ondan alaraq qəbzi ona verəcəyini bildirmişdir. O, Hüseynlə razılaşmışdır. 05 fevral 2020-ci il tarixdə Hüseyn onun həmin vaxt bacısıgildə yaşadığı Yasamal rayonu, Hüseyn Cavid prospekti, Z.Əliyeva adına liseyin qarşısında görüşmüşdür. Həmin yerdə saat təxminən 19:00 radələrində Hüseynə əlavə olaraq 588 manat pul vermişdir. Hüseyn ondan həmin pulu qəbul etmiş və bu barədə qəbzi ona təqdim etmiş, lakin 2020-ci ilin mart ayının sonlarında ölkə səviyyəli pandemiya vəziyyəti olduğu üçün ölkəxarici bütün hava uçuşları ləğv olunmuş və onların istədiyi tarixə Türkiyəyə istirahətə gedə bilməmişlər. Bundan sonra 2021-ci ilin əvvəllərindən etibarən Təqsirləndirilən şəxs ilə mobil telefonla əlaqə saxlayaraq ona verdiyi pulu ona qaytarmasını tələb etməyə başlamışdır. Hüseyn isə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Hüseyn onu inandırmağa çalışmış ki, verdiyi pulun hamısını “Silk way” və “Summer tour” şirkətinə ödəmişdir. Pandemiya ilə bağlı şirkətlərin pulu qaytarmadığını bildirsə də, o, özü şəxsən həmin şirkətlərlə əlaqə saxlayaraq öyrənmış ki, Hüseyn qeyd etdiyi şirkətlərə hansısa bir miqdarda pul ödəməmiş və verdiyi pulun hamısını öz şəxsi xərclərinə xərcləmişdir. Bu məlumatı dəqiqləşdirdikdən sonra Hüseyn “Silk way” və “Summer tour” şirkətindən onunla əlaqə saxladıqlarını və niyə söhbəti böyütdüyünü, pulu ona yaxın müddətdə qaytaracağını bildirmiş, lakin həmin vaxtdan bu günə kimi Hüseyn onun pulundan cəmi 574 manat pul qaytarmışdır. Qalan pulu isə indiyə kimi ödəməkdən imtina etmiş, sonradan bilmiş ki, o belə bir insandır. Onun kimi çoxlu sayda insanları aldatmış, onlara səyahət təşkil edəcəyinə dair söz vermiş, pullarını dələduzluqla ələ keçirmişdir. Düzdür o, təyyarə bileti və oteldə yer ayarlaması barədə ona sənədlər təqdim etsə də bunları o, sonradan dəqiqləşdirmiş ki, bunların hamısı bron imiş, yəni bunlar üçün o ödəniş etməmiş, şirkət olaraq bu cür işləyirlər. Gedişdən 10 gün əvvəl ödənişləri edirlər. Hüseyn hər dəfə ona demişdir ki, güya pandemiya vəziyyəti yarandığı üçün onu səyahətə göndərə bilməmiş və pulunu qaytaracaqdır, lakin indiyə kimi verdiyi puldan cəmi 574 manat pulu ödəmiş, qalan pulunu isə ödəməmişdir. Hüseynə cəmi 4225 manat bir dəfə 588 manat isə bir dəfə olmaqla cəmi 4813 manat pul ödəmişdir. Həmin puldan cəmi 400 manat bir dəfə 174 manatda bir dəfə olmaqla cəmi 574 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi pulları verərkən yanında kimsə olmamışdır. Hüseynə birinci dəfə 29 yanvar 2020-ci il tarixdə saat təxminən 19:00 radələrində onun Nəsimi rayonu ərazisində ünvanını dəqiqi bilmədiyi onun fəaliyyət göstərdiyi ofisdə 4225 manat pulu sayıb vermiş, ikinci dəfə isə 05 fevral 2020-ci il tarixdə saat 19:00 radələrində həmin vaxt bacısı X11 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 70B saylı binanın qarşısında Z.Əliyeva adına liseyin girişinin yaxınlığında 588 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərk göstərmişdir ki, məhkəmədə olan bütün məhkəmə iclaslarından məlumatı olmuş, bir dəfə də məhkəmə iclasına gəlsə də məhkəmə iclasının keçirilməsi baş tutmamışdır. Bakı şəhərində işləməklə orada yaşayır. Bakıda yaşadığından hazırda məhkəmə iclasına gələ bilmir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs ona 1808 manat ziyan vurmuş və indiyədək heç bir ödəniş etməmişdir. Buna görə də ondan şikayətçi olduğunu və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2021-ci ilin sonlarında beş nəfərlik ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə istirahətə getmələrini planlaşdırmışdır. Bu səbəbədən “İnstaqram” sosial şəbəkəsinə daxil olaraq biletlərin qiymətləri ilə maraqlanmışdır. Bu zaman Sultan Truzim adlı səyahətin olduğunu görmüş və səhifəyə daxil olaraq qiymətlə baxmışdır. Baxış keçirdiyi zaman beş nəfərlik ailə üzvüləri ilə Türkiyə Respublikasının İstanbul şəhərinə səyahətin digər turizim şirkətlərinə nisbətən ucuz olduğunu görmüşdür. Səhifədə olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, telefona cavab verən şəxslə danışıqlar aparmış və bu zaman o, Türkiyə Respublikasının İstanbul şəhərinə beş nəfərlik ailə üzvülərindən 12 günlük səyahətin qiymətinin 1.808 manat olacağını bildirmişdir. O, qiymətin münasibə olduğunu bildirmiş və ödənişin hansı qaydada edəcəyini soruşmuşdur. Bu zaman o, kart şəkili atacağını bildirərək pulu həmin hesaba göndərməsini xahiş etmişdir. O, həmin şəxslə görüşərək pulu ona verməsini bildirmişdir. Lakin həmin şəxs hazırda rayonlara turlar təşkil etdiyinə görə Bakı şəhərinə olmadığını bildirmişdir. O, etiraz etməmiş və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunşu rayonu, Bakıxanov qəsəbəsində fəailiyyət göstərən "A pulus Store" marketin içərisində olan ödəmə terminalından sonradan adının Təqsirləndirilən şəxs göndərdiyi, Ülvi Abbaslının adına olan "X36" tərəfindən verilmiş, 5213 6751 0625 5871 nömrəli bank kartına 1.000 (bir min) manat pul göndərmişdir. Bundan dörd gün sonra Təqsirləndirilən şəxs yenidən ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Bakı şəhərinə gəlib-gəlmədiyini soruşmuşdur. Həmin şəxs Bakı şəhərinə gəldiyini, daha sonra yenidən rayona qayıtdığını bildirərək ödənişin qalan hissəsini yenidən kartına göndərməsini xahiş etmişdir. O, buna heç bir etiraz etməmiş və xx.xx.2022-ci il tarixdə 808 manat pulu da yenidən Təqsirləndirilən şəxs əvvəllər göndərdiyi kartı hesabına köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs heç bir problem olmadığını bildirmiş və biletlərin 01 dekabr 2021-ci il tarixdək hazır olacağını, uçuşdan bir gün əvvəl “Covid-19” testi vermələrini tapşırmışdır. xx.xx.2021-ci il tarixdə ailə üzvüləri ilə birlikdə covid testi vermiş və Təqsirləndirilən şəxs ilə əlaqə saxlayanda biletlərin nə yerdə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs isə "Azal" tərəfindən imtina verildiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs dəfələrlə pulunu tələb etsə də həmin şəxs aldığı pulu qaytarmaqdan yayınmışdır. Təqsirləndirilən şəxs pulu qaytarmadığını görüb özü araşdırma aparmış və bu zaman onun müxtəlif şəxslərdən eyni üsulla pul alaraq aldatdığını görmüşdür. Bunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin 13-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona 1908 manat maddi ziyan dəymişdir. Belə ki, 1808 manat Türkiyə Respublikasına səyahət üçün bilet almaq məqsədi ilə Təqsirləndirilən şəxs vermiş, 100 manat isə covid-19 analizlərinə xərc çəkmişdir. Təqsirləndirilən şəxs verdiyi bank hesabına etdiyi köçürmələri təsdiq edən qəbzləri, eyni zamanda esemes mətnləri vardı, onları işə əlavə edilməsi üçün təqdim edəcəyini qeyd etmişdir. Şahid Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərk ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmiş və yolun uzaqlığını nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı qızı Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar olan eyni məzmunlu vermişdir. İşdə olan 01 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. (İ cild. s. 6). İşdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)- 91/2022 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdə saat 10:40-dan hesablanmaqla 1 ay 8 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, s, 59-63). İşdə olan Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 10 mart 2022-ci il tarixdən 01 may 2022-ci il tarixinədək uzadılmışdır. (İ cild, s, 64-72). İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29, 178.2.3, 313, 66.2 və 66.4-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə höküm dəyişdirilib, CM-nin 68.1.1 və 68.2-ci maddələrinə əsasən 01 il 06 ay 12 gün azadlığın məhdudlaşdırılması və 1500 manat cərimə cəzası saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 2.4-cü bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. (İ cild, s. 173-175). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Kliniki Psixatriya xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli 1/110 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. (İ cild, s. 178). İşdə olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan və həmin qərarın məzmunundan, həmçinin işdə olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında 01 noyabr 2022-ci il tarixli qərardan və həmin qərarın məzmunundan aydın olur ki, xx.xx.2021-ci il tarixdə cinayət hadisəsini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs ittiham elan edilməsi məqsədilə şübhəli şəxs qismində tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş, həmin tarixdə 01 noyabr 2022-ci il tarixdən barəsində tutulma tətbiq edilməklə axtarış elan edilmişdir. (İ cild, s. 186-189). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixatriya" xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 1064 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, ünvan 8 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanaya müraciət etməmişdir. (İ cild, s. 173-175). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Bakı şəhər Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 335 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, ünvan 8 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs BŞNM qeydiyyatda yoxdur. (İ cild, s. 207). İşdə olan “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2021-ci il tarixli, 003266 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Yasamal RPŞ-nin MSY-dən azad edilmişdir. (İİ cild, s. 120-121 və154-156). İşdə olan Bakı şəhəri Mənzil-Komunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil X8 78 saylı Mənzil-X9 daxil olmuş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 9 ünvanında pasport qeydiyyatında olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİİ cild, s. 199). İş üzrə Şəki ŞRPŞ-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2022-ci il tarixli cavabında keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Sultan Travel şirkətinin rəhbəri işlədiyini, müxtəlif şəxslərə turla və aviabiletlər təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 başqa kənar kimlərin etibarından sui istifadə edib aldadaraq pulunu ələ keçirməsini hələlik müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs yuxarıda adları qeyd olunan şəxslərin etibarından sui-istifadə edib aldadaraq pul vəsaitlərini ələ keçirərkən kənar şəxslərin iştirakının, o cümlədən pul kartından istifadə etdiyi dostu X17 onun cinayətində iştirakının və onun dələduzluq etməsindən məlumatı olması və Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitlərini hara xərcləməsi müəyyən edilməmişdir. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirildiyi, gələcəkdə müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəkdir. (İİİ cild, s. 206). İşdə olan Bakı şəhər Probasiya İdarəsinin 11 may 2022-ci il tarixli, 21-1/3-7598/17 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1401/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 178.2.3 və 313-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması və 1500 manat məbləğində cərimə cəzalarına məhkum olunmuş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır. Məhkuma təyin edilmiş 1 il 6 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 06 sentyabr 2021-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından 500 manat ödəniş etdiyindən ödənilməmiş 1000 manat hissəsindən azad edilmişdir. İşdə olan 24 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixinədək ona təyin edilmiş cərimə cəzasından 500 manat ödəniş etmiş buna görə də ödənilməmiş 1000 manat cərimə hissəsindən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmələri, yəni dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə həmin şəxslər məhkumluğu olmayan hesab edilirlər. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1401/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olduğu halda qanuna müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olmayacaqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayəti səmimi etiraf etməklə peşmançılıq çəkməsini nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə əlaqədəar cəza çəkmədiyindən o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutularaq Bakı şəhəri, Yasamal RPİ-nin MSY-də saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 fevral 2022-ci il tarixdə saat 10:40-dan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş üzrə 8982 (səkkiz min doqquz yüz səksən iki) manat maddi ziyandan istintaq müddətində Zərərçəkmiş şəxs1 574 (beş yüz yetmiş dörd) manat ödənilməsi, 8408 (səkkiz min dörd yüz səkkiz) manatının (Zərərçəkmiş şəxs1 4239 manat, Zərərçəkmiş şəxs2 944 manat, Zərərçəkmiş şəxs4 1417 manat, Zərərçəkmiş şəxs3 1808 manat olmaqla) isə ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutun, mülki iddianın, ekspertiza xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə həmçinin zərərçəkmiş şəxslərə onlara vurulmuş zərərə görə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il, altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutularaq Bakı şəhəri, Yasamal RPİ-nin MSY-də saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq barəsində qəti olaraq iki il, beş ay, iyirmi səkkiz gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 fevral 2022-ci il tarixdə saat 10:40-dan hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. İş üzrə 8982 (səkkiz min doqquz yüz səksən iki) manat maddi ziyandan istintaq müddətində Zərərçəkmiş şəxs1 574 (beş yüz yetmiş dörd) manat ödənilməsi, 8408 (səkkiz min dörd yüz səkkiz) manatının (Zərərçəkmiş şəxs1 4239 manat, Zərərçəkmiş şəxs2 944 manat, Zərərçəkmiş şəxs4 1417 manat və Zərərçəkmiş şəxs3 1808 manat olmaqla) isə ödənilməməsi nəzərə alınsın. İş üzrə maddi sübutun, mülki iddianın, ekspertiza xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə onlara vurulmuş zərərə görə mülki qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-66/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-66/2022
19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver