Məhkəmə qərarları › İş №1(075)-66/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-66/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-66/2023 17.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirаkı ilə xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2sində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Aparılmış ibtidai istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Şin kəndində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Şəki şəhəri, 98-ci kvartalda yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,24 hektar torpaq sahəsini 14800 manat müqabilində ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb xx.xx.2021-ci il tarixdə Şəki şəhəri ərazisində yerləşən «Qonaq evi»nin yanında 3200 manat, 2021-ci ilin iyun ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, 124-cü kvartalda yerləşən Yeni yaşayış massivində 5000 manat, 2021ci ilin iyul ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, 124-cü kvartalda yerləşən Yeni yaşayış massivində 680 manat, 2021-ci ilin avqust ayının əvvəllərində istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində yerləşən «Qonaq evi»nin yanında 3000 manat, 2021-ci ilin sentyabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, 124-cü kvartalda yerləşən Yeni yaşayış massivində 1400 manat, 2021-ci ilin sentyabr ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisindən onun kart hesabına göndərdiyi 500 manat, 2021-ci ilin noyabr ayında istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində «Vip» çay evinin yanında 1020 manat məbləğində pulunu, ümumilikdə cəmi 14800 manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 14800 (on dörd min səkkiz yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Şin kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Şəki şəhəri, 98-ci kvartalda yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,09 hektar torpaq sahəsini 6900 manat müqabilində ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək aldadıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2021-ci ilin avqust ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxa hissəsində yerləşən evin həyətində 3250 manat, 2022-ci ilin mart ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında 1500 manat, 2022-ci ilin aprel ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhərində mərkəzi bazarın yaxınlığında 500 manat, 2022-ci ilin iyun ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhərində mərkəzi bazarın yaxınlığında 1000 manat, 2022-ci ilin sentyabr ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonunun Şin kəndi ərazisində 400 manat, 2022-ci ilin noyabr ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində 250 manat olmaqla cəmi cəmi 6900 manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 6900 (altı min doqquz yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Şin kəndində yaşayan Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Şəki şəhəri, 98-ci kvartalda yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,03 hektar torpaq sahəsini ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək aldadıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2021-ci ilin avqust ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində 3250 manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 3250 (üç min iki yüz əlli) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Şin kəndində yaşayan Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib Şəki şəhəri, 98-ci kvartalda yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,06 hektar torpaq sahəsini 5700 manat müqabilində ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2021-ci ilin avqust ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki ŞRPŞ-nin inzibati binasının yaxınlığında 3000 manat, 2021-ci ilin dekabr ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonu, Şin kəndində yerləşən «Şin» şadlıq evinin yaxınlığında 2700 manat məbləğində pulunu, ümumilikdə cəmi 5700 manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs4 vahid niyyətlə ümumilikdə xeyli miqdar təşkil edən 5700(beş min yeddi yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Baş Layısqı kəndində yaşayan Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib Şəki şəhəri, 98-ci kvartalda, Şəki “Asan Xidmət” Mərkəzinin yaxınlığında yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,06 hektar torpaq sahəsini 5600 manat müqabilində ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 18 yanvar 2022-ci ildə Şəki ŞRPŞ-nin inzibati binasının yaxınlığında 3500 manat, 2022-ci ilin fevral ayından aprel ayınadək olan müddətdə, istintaqla dəqiq müəyyən olunmamış günlərdə Şəki şəhəri ərazisində 750 manat, 500 manat və 850 manat olmaqla cəmi 5600 manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs5 vahid niyyətlə ümumilikdə xeyli miqdar təşkil edən 5600(beş min altı yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Şin kəndində yaşayan Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib Şəki şəhəri, 98-ci kvartalda yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,03 hektar torpaq sahəsini 2050 manat müqabilində ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək aldadıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2022-ci ilin mart ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, 124-cü kvartalda yerləşən Yeni yaşayış massivində1500 manat, 2022-ci ilin aprel ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində onun cinayətkar qəsdindən məlumatı olmayan Zərərçəkmiş şəxs1 vasitəsilə 550 manat olmaqla cəmi 2050 manat məbləğində pulunu alaraq ələ keçirməklə zərərçəkmişşəxs Zərərçəkmiş şəxs6 vahid niyyətlə ümumilikdə 2050(iki min əlli) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Şin kəndində yaşayan Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib Şəki şəhəri, 98-ci kvartalda yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,03 hektar torpaq sahəsini 2050 manat müqabilində ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək aldadıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2022-ci ilin mart ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, mərkəzi bazarın ərazisində 1500 manat, 2022-ci ilin mart ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində Şəki ŞRPŞ-nin inzibati binasının yaxınlığında 550 manat olmaqla ümumilikdə 2050 manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs7 vahid niyyətlə ümumilikdə 2050(iki min əlli) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Şin kəndində yaşayan Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib Şəki şəhəri, 119-cu kvartalda yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,06 hektar torpaq sahəsini 6588 manat müqabilində ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək aldadıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 22 mart 2022-ci il tarixdə Şəki Mərkəzi Rayon Xəstəxanasının yaxınlığında 2800 manat, 22 mart 2022-ci il tarixdə Şəki şəhəri ərazisindən onun kart hesabına göndərdiyi 1000 manat, 2022-ci ilin aprel ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində Kapital Bankın yaxınlığında onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 vasitəsilə göndərdiyi 480 manat, 2022-ci ilin may ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində onun cinayətkar qəsdindən məlumatı olmayan X3 vasitəsilə göndərdiyi 250 manat, 15 iyun 2022-ci il tarixdə Şəki şəhəri ərazisində onun cinayətkar qəsdindən məlumatı olmayan X3 vasitəsilə göndərdiyi 2058 manat pulunu, ümumilikdə 6588 manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs8 vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 6588(altı min beş yüz səksən səkkiz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Şin kəndində yaşayan Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib Şəki şəhəri, 119-cu kvartalda Şəki “Asan Xidmət” Mərkəzinin yaxınlığında yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,06 hektar torpaq sahəsini 6700 manat pul müqabilində ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək aldadıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2022-ci ilin may ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhərində Mərkəzi Poçtun yaxınlığında 3350 manat, 2022-ci ilin iyul ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhərində Mərkəzi Poçtun yaxınlığında 3350 manat olmaqla ümumilikdə cəmi 6700 manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs9 vahid niyyətlə ümumilikdə xeyli miqdar təşkil edən 6700(altı min yeddi yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü mаddələri ilə elаn olunmuş ittihаmdа özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin may ayında Kamran adlı şəxsi Hakimin vasitəsilə tanımışdır. Belə ki, onlar söhbət edən zaman Kamran Hakimi tanıdığı üçün onun yanına yaxınlaşmış, həmin vaxt o, söhbət əsnasında Hakimə Şəki şəhəri 98-ci kavratalda özünə məxsus torpaq sahəsi olduğunu və satmaq istədiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 ondan torpağın qiymətini soruşmuş, o, 1 sot torpağı 1000 manata satdığını dedikdə Kamran torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Onlar birlikdə Şəki şəhərində yerləşən “Arxiv İdarəsi”nin arxasına getmiş, orada Kamrana 0,32 hektar boş ərazini göstərdikdən sonra Kamran ona 0,06 hektar torpaq sahəsini almaq istədiyini demişdir. O, Kamrana 0,24 hektar torpaq sahəsini 20.000 manata satdığını dedikdə sonuncu bir neçə gün fikirləşib qərar verəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Kamran ona zəng edib 0,24 hektar torpaq sahəsinin hamısını almaq istədiyini demiş, bunun üçün “Qonaq evi” restoranının arxa hissəsində görüşmüşlər. Kamran torpaq üçün ona ilkin olaraq beh kimi 3200 manat pul vermişdir. Təxminən 15 gün sonra Kamran ona zəng edib qalan pulu vermək istədiyini dedikdə, Şəki şəhərində Kamranla görüşmüş, 8000 manat pulu ondan almış, Kamran torpağın sənədləri hazır olana qədər qalan pulu da hissə-hissə verəcəyini ona bildirmişdir. Beləliklə 2021-ci ilin noyabr ayına qədər qalan 3600 manat pulu Kamran Şəki şəhərində ona vermişdir. Ümumilikdə 14800 manat pulu Kamran alıb Şəki şəhəri 98ci kvartalda onun adına 0,24 hektar torpaq sahəsini sənədləşdirəcəyinə söz verərək onu inandırmış, həmin torpaqlar hərraca çıxarılan kimi ona satacağı hissəni qısa müddətdə onun adına sənədləşdirəcəyini demişdir. Bundan sonra 2021-ci ilin avqust ayında həmin ərazidən torpaq sahəsi almaq istəyən Kamranın qohumu Zərərçəkmiş şəxs2la tanış olmuş, aralarındakı söhbət zamanı Elmir də 98-ci kvartaldan qohumu Sadiqlə birlikdə ümumilikdə 0,06 torpaq sahəsini almaq istədiyi ona demişdir. O, həmin ərazidə boş torpaq sahəsini ona göstərmiş və həmin gün Elmirdən 3250 manat pul almışdır. Bir gün sonra Elmir və qohumu Sadiqlə görüşmüş, Sadiq də həmin ərazidən 0,03 hektar torpaq sahəsi almaq istədiyini ona demiş və aralarındakı razılığa əsasən Şəki şəhərində “Qocalar” bağının qarşısında Zərərçəkmiş şəxs3 ona 3250 manat pul vermişdir. 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ona satacağını dediyi torpaq sahəsi üçün “Qonaq evi” restoranı tərəfdə 8000 manat pulu ona vermişdir. Təxminən 1 ay sonra Kamran yenidən onunla görüşüb şəhər ərazisində 3000 manat pul vermişdir. Bundan 3-4 ay sonra Kamran ona Ramil və Tehran adlı qohumlarının da oradan torpaq almaq istədiklərini demiş, o, həmin şəxsləri qeyd olunan ərazidə yerləşən torpaq sahəsinə baxmaq üçün aparmışdır. Onlar ikisi birlikdə 0.06 hektar torpaq sahəsi alacaqlarını ona demişlər. 5-6 gün sonra Ramil, Tehran və Kamranla görüşmüş, onlardan 4100 manat məbləğində pul almışdır. 2021-ci ilin sentyabr ayında Kamran torpaq üçün ona məxsus olan plastik kart hesabına 500 manat məbləğində pul köçürmüşdür. 2022-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs3 ona satacağına söz verdiyi torpaq sahəsinin sənədləşdirilməsi adı ilə 3250 manat pul almışdır. Həmin şəxslərə torpaq sahəsinin 6 ay müddətində hərraca çıxarılmaqla onların adına sənədləşəcəyini demişdir. Bundan başqa 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs4 yaşadığı evə gəlib onunla görüşmüş, özünə torpaq sahəsi almaq istədiyini, bu işdə ona kömək göstərməsini xahiş etmişdir. Bir neçə gün sonra o, Vidadiyə zəng edib Şəki “Asan Xidmət” Mərkəzinin yaxınlığında 0,06 hektar torpaq sahəsi olduğunu, 6000 manata satdığını demiş, Vidadiyə həmin ərazidə boş sahəni göstərib ona sata biləcəyimi bildirmişdir. Aralarındakı razılığa əsasən Vidadi ona həmin torpaq sahəsinə görə 5700 manat pul verəcəyini demiş, o, razı olduqdan sonra ondan ilkin olaraq 3000 manat verməsini istəmişdir. Vidadi bir neçə gün sonra Şəki şəhərində onunla görüşərək torpaq üçün 3000 manat pulu ona vermişdir. Həmin vaxtdan sonra Vidadi tez-tez ondan torpağın sənədlərini soruşduğu üçün istifadəsində olan mobil telefon vasitəsilə Vidadinin oğlu Səxavət Yusibovun adına saxta çıxarış hazırlamış və onun telefonuna göndərərək çıxarışın hazır olduğunu deyib qalan pulu da Vidadidən istəmişdir. Səhəri gün Vidadinin yaşadığı Şin kəndində onunla görüşüb 2700 manat pulu da ondan almışdır. Bundan başqa istifadəsində olan mobil telefonda proqram vasitəsilə X9 və Zərərçəkmiş şəxs2 da adına saxta çıxarış hazırlayaraq onlara göndərib sənədlərini hazırladığına inandırmışdır. Bundan başqa 2022-ci ilin yanvar ayında Vidadinin qohumu Vüqarla tanış olmuş, Vidadi və Vüqarla Şəki şəhərində görüşmüşdür. Vüqar da 0,06 hektar torpaq almaq istədiyini demiş, o, Vüqara Şəki “Asan Xidmət” Mərkəzinin arxasında boş torpaq sahəsini göstərib torpağın özünə məxsus olduğunu və ona sata biləcəyini demişdir. Aralarındakı razılığa əsasən Vüqardan 5600 manat pul istəmişdir. Vüqar hissə-hissə olmaqla ümumilikdə 5600 manat pulu 2022-ci ilin yanvar ayında ona torpaq sahəsi satması üçün vermişdir. Vüqara da torpaq sahəsinin qısa müddətdə hərraca çıxarılacağını, bölgü olduqdan sonra qısa müddətdə 0,06 hektar torpaq sahəsini onun adına sənədləşdirəcəyini deyərək onu inandırmışdı. Bundan başqa Şəki rayonu Şin kənd sakini Zərərçəkmiş şəxs9 2021-ci ilin may ayında Şəki rayonu Baş Layısqı kəndində olarkən tanımış, həmin vaxtdan sonra Şəki şəhərində Laçın ilə görüşmüş, Laçın torpaq sahəsi almaq istədiyini dedikdə o, “Asan Xidmət” Mərkəzinin arxa hissəsində 0,06 hektar torpaq sahəsini göstərib özünə məxsus olduğunu, qısa müddətdə sənədləşmə işlərinin başa çatacağını, həmin yeri ona 6700 manata sata biləcəyini demişdir. Laçın razı olduqda o, ilkin ödəniş olaraq 3350 manat pulu Laçından istəmişdir. Bir neçə gün sonra Şəki şəhərində Mərkəzi Poçtun yanında Laçınla görüşmüş, həmin yerdə 3350 manat pulu Laçından almışdır. Həmin ilin iyul ayında Laçının adına da telefonunda saxta çıxarış hazırlamış və vatsap proqram vasitəsilə şəklini ona göndərərək onun adına torpaq sənədləşdirdiyinə inandırmışdı. Daha sonra qalan 3350 manat pulu da Laçından istəmiş, bir neçə gün sonra Laçın Şəki şəhərində onunla görüşüb qalan 3350 manat plu da ona vermişdir. Ona sənədləşmə işlərinin qısa müddətdə başa çatacağını və sənədlərini özünə verəcəyini demişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 ona zəng edib həmkəndlilərinə torpaq satdığını demiş və ona da bu işdə köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt ona təcili pul lazım olduğu üçün Asimana Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan boş torpaq sahəsini göstərib ondan pul alıb maddi sıxıntılarını həll edəcəyini düşünmüş və təxminən yarım saat sonra Asimana zəng edib Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında özünə məxsus torpaq sahəsi olduğunu, həmin yeri ona sata biləcəyini deyərək onu şəhərə çağırmışdır. Asiman yanında iki nəfər xanım və Elçin adlı şəxslə birlikdə şəhərə gəlmiş, Azpetrol yanacaqdoldurma məntəqəsi ilə üzbəüz 119-cu kvartalda magistral yola yaxın boş torpaq sahəsini onlara göstərib həmin ərazinin şöbənin rəis müavininə məxsus olduğunu, oradan 0,06 hektar sahəni 6500 manat ona sata biləcəyini demişdir. Asiman razı olduqda ona təcili pul lazım olduğu üçün Asimana torpağın sənədlərini hazırlayacağını deyib inandıraraq ondan ilkin olaraq 3800 manat pul istəmişdir. Asiman torpağın sənədlərini soruşduqda onu inandırmaq üçün təxminən 20 günə çıxarışın hazır olacağını və ona təqdim edəcəyini demişdir. Asiman xəstəxananın yanındakı bankomatdan pul çıxararaq ona 2800 manat pul vermiş, qalan 1000 manat pulu isə axşam hesabına göndərəcəyini deyib ondan kart nömrəsi istəmişdir. O da öz adına olan plastik kart nömrəsini Asimana vermişdir. Həmin gün axşam saatlarında 1000 manat pulu da Asiman onun hesabıma köçürmüş və o, həmin 1000 manatı da hesabdan çıxarıb 2800 manat pul ilə birgə hamısını şəxsi xərclərinə ödəmişdir. Təxminən 20 gün sonra ona pul lazım olduğu üçün Asimana zəng edib yalandan torpağın çıxarışının hazır olduğunu, sənəd işləri ilə bağlı 480 manat pul lazım olduğunu demiş, həmin gün Asimanın qohumu Elçin Şəki şəhərində ona 480 manat pulu vermişdir. Bir ay sonra yenidən Asimanla əlaqə saxlayıb 250 manat pul lazım olduğunu dedikdə Asimanın qohumu Elvin Şəki şəhərinə gəlib 250 manat pulu da ona vermişdir. 2022-ci ilin iyun ayının 14-də Asimanla əlaqə saxlayıb torpağın sənədlərinin tam hazır olduğunu, lakin 2000 manat pulu da verməsini demişdir. Səhəri gün Asimanın qohumu Şəki şəhərində onunla görüşüb 2000 manat pulu ona vermiş, o, onu inandırmaq üçün sənədləşmə işlərinə görə əlavə 58 manat pul da lazım olduğunu deyərək 58 manat pulu da ondan almışdır. Asimandan və qohumlarından aldığı pulların hamısını şəxsi xərclərinə ödəmiş, Asiman ona tez-tez zəng edib torpağın sənədlərini soruşduqda isə sənədlərin hazırlanmasının ləngidiyini deyib ona müxtəlif bəhanələr etmişdir. Lakin Asimana və qohumlarına göstərdiyi torpaq sahəsi ona məxsus deyildir və onlardan aldığı pulun müqabilində heç bir iş görməmişdir. O, 2021-ci ilin maynoyabr aylarında Zərərçəkmiş şəxs1 ümumilikdə 14800 manat, 2021-ci ilin avqust ayından 2022-ci ilin noyabr ayına qədər olan müddətdə Zərərçəkmiş şəxs2 ümumilikdə 6900 manat, Sadiq Əimovdan 2021-ci ilin may-avqust aylarında ümumilikdə 3250 manat, Zərərçəkmiş şəxs6 2022-ci ilin mart-aprel aylarında ümumilikdə 2050 manat, 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs7 ümumilikdə 2050 manat, 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs4 ümumilikdə 5700 manat, 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs5 ümumilikdə 5600 manat, 2022-ci ilin may-iyul aylarında Zərərçəkmiş şəxs9 ümumilikdə 6700 manat, Zərərçəkmiş şəxs8 6588 manat məbləğində pulu həmin şəxslərə Şəki şəhərində 98-ci və 119-cu kvartalda Şəki “Asan Xidmət” Mərkəzinin yaxınlığından torpaq sahəsi satacağına və həmin torpağı onların adlarına sənədləşdirəcəyinə söz verərək Şəki şəhər və rayon ərazisində aldığını, zərərçəkmiş şəxsləri inandırmaqla pullarını ələ keçirmək üçün Asan Xidmət Mərkəzinin yaxınlığında Şəki ŞRPŞ-nin rəis müavini Rasim müəllimə məxsus torpaq sahəsinin olması və onlara satacağı barədə dediyini, lakin Rasim müəllimin həmin ərazidə torpaq sahəsi olub-olmaması barədə məlumatının olmadığını, ona bu barədə heç nə demədiyini, zərərçəkmiş şəxslərə vatsap proqram vasitəsilə göndərdiyi XTC **********9, XTX **********7, XTC 46577474, XTC 24674466 nömrəli çıxarışları özünə məxsus mobil telefonda olan xüsusi proqram vasitəsilə hazırladığını və həmin şəxsləri inandırmaq üçün şəkillərini onlara göndərdiyini, həmin çıxarışların hər hansı hüquqi qüvvəsinin olmadığını, hər hansı rəsmi orqan tərəfindən qeydiyyata alınmadığını, zərərçəkmiş şəxsləri özü tək aldadaraq qazanc əldə etdiyini, zərərçəkmiş şəxslərə göstərdiyi və onlara satacağına söz verdiyi ərazinin Şəki bələdiyyəsinə məxsus torpaq sahələri olduğunu, həmin ərazidə ona məxsus torpaq sahəsinin olmadığını, zərərçəkmiş şəxsləri inandırıb pullarını ələ keçirməklə qazanc əldə etmək üçün 98-ci və 119-cu kvartalda yerləşən torpaq sahələrini onlara göstərib yalandan satacağını dediyini, zərərçəkmiş şəxslərə torpaq sahəsi satacağına söz verib onları aldadaraq pullarını ələ keçirsə də onlar üçün heç bir iş görmədiyini bildirmişdir. Bildirdi ki, vurduğu ziyandan 4000 manat ödəmişdir. Həbsdə olduğundan ziyanı ödəyə bilmiyib, Tutulmasaydı ən azı ziyanın yarısını ödəyərdi. Himayəsində 3 azyaşlı övladı və yaşlı ata və anası vardır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında tanımışdır. Belə ki, 25 may 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin inzibati binasının qarşısında həmkəndlisi X5 yanında Təqsirləndirilən şəxs görmüş, həmin vaxt Hakim onu Şahin adı ilə səslədiyi üçün onu Şahin kimi tanımışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri, 98-ci kvartalda 0,48 hektar ərazidə şöbənin rəis müavini Rasim Namazovun torpaq sahəsinin olduğunu və satmaq istədiyini bildirmiş, o, da həmin vaxt torpaq almaq istədiyi üçün Ramizin dediyi torpaq sahəsi ilə maraqlanmışdır. Ramiz ona həmin torpaq sahəsinin sənədinin olmadığını, lakin Rasim müəllimin torpağı bələdiyyə ilə tez bir zamanda sənədləşdirəcəyini demiş, buna görə də o, həmin gün Hakimlə birlikdə Ramizin satdığını iddia etdiyi “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında Arxiv İdarəsinin arxa tərəfində yerləşən torpaq sahəsinə baxmağa getmişdir. Ramiz ona həmin ərazidə 0.24 hektar torpaq sahəsini göstərib 20.000 manata satacağını demiş, o isə Ramizə 0,06 hektar torpaq sahəsi alacağını bildirmişdir. Aralarındakı söhbət zamanı Ramiz 0,24 hektar ərazinin hamısını almağı təklif etmiş və pulunu hissə-hissə ödəməsini demişdir. O, razı olmuşdur. Ramiz ilkin ödəniş üçün 3200 manat pul istədikdə həmin gün üstündə o qədər pul olmadığından iki gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxsla həmin ərazidə yerləşən “Qonaq Evi” restoranın arxa hissəsində görüşərək orada 3.200 manat pulu Ramizə vermişdir. Bundan bir ay sonra yenə Ramiz ona zəng edib Rasim müəllimin torpağın sənədləri ilə bağlı Bakı şəhərinə gedəcəyini, bunun üçün pul lazım olduğunu demiş və pulun qalan hissəsini də verməsini bildirmişdir. Belə olduqda iyun ayında həmin ərazidə Ramizlə görüşüb 5000 manat pulu ona vermişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Ramiz yenidən ona zəng edib torpağın sənədləşdirilməsi üçün əlavə pul istəmiş, o, 680 manat pul bitirib Ramizin evinin qabağında 680 manat pulu Ramizə vermişdir. 2021-ci ilin avqust ayının əvvəllərində Ramiz yenə qalan pulu istədiyi üçün təsərrüfatında olan iki baş iribuynuzlu heyvanları və taxıl məhsulunu satıb 3000 manat pul bitirmiş və “Qonaq evi”nin arxasında 3000 manat pulu Ramizə vermişdir. 2021-ci ilin sentyabr ayının ortalarında Ramiz işlədiyi yerə gəlib ondan yenidən torpaq sahəsinin sənədlərini hazırlamaq adı ilə pul istəmiş, o, da bir neçə gün sonra Ramizin yaşadığı evin qarşısında 1400 manat pulu Ramizə vermişdir. 2021-ci ilin sentyabr ayının sonunda 500 manat pulu da Ramizin ona dediyi plastik kartın hesabına köçürmüşdür. 2021-ci ilin noyabr ayının əvvəlində “Vip” restoranın qarşısında Ramiz adlı şəxsə yenidən 1020 manat pul vermişdir. Beləliklə Təqsirləndirilən şəxs Şəki şəhəri, 98-ci kvartalda 0,24 hektar torpaq sahəsini ona satacağına söz verərək ondan ümumilikdə 14800 (on dörd min səkkiz yüz) manat pul almışdır. Bundan sonra Ramiz müxtəlif bəhanələrlə onu aldadaraq bir neçə ay ərzində sənədlərin hazır olacağını demiş, o, da dayısı oğlu Ramilə də həmin yerdə torpaq sahəsi satılması barədə məlumat vermişdir. Ramil də onunla birlikdə 2022-ci ilin mart ayında torpaq sahəsinə baxmış, Ramiz ona bir neçə torpaq sahəsini göstərdikdən sonra Ramil torpaq sahəsi alacağını dedikdə, Ramiz Ramildən torpağa görə ilkin ödəniş üçün pul istəmişdir. 2022-ci ilin mart ayının ortalarında Ramil onun yanında Ramizə ümumilikdə 2050 manat pul vermişdir. Sonradan həmin yerdən 0.03 torpaq sahəsini almaq istəyən xalası oğlu Tehran da 550 manat pulu onun yanında Ramizə vermişdir. Tehran Ramizə pulun 1500 manatını ondan əvvəl vermişdir. Həmçinin həmin vaxtlar bibisi oğlu Sadiqlə birlikdə işlədikləri üçün Sadiq ondan torpaq sahəsinin satılması barədə məlumat almış, 2021-ci ilin avqust ayında Sadiq də Ramizə 98-ci kvartaldan torpaq almaq üçün onun yanında 3250 manat pul vermişdir. Sadiq də Elmirə torpaq sahəsi olduğunu dediyi üçün Elmir də torpaq almaq üçün Ramizə 3250 manat pul vermişdir. Elmir həmin pulu Ramizə onun yanında vermişdir. Ramiz onlara “Whatsapp” sosial şəbəkəsində xx.xx.2023-cü il tarixdə hərrac olacağını barədə siyahı göndərmişdir. Təqsirləndirilən şəxs onun pulunu ödəsə onunla barışar. Əks halda barışmamış, şikayətçidir. Mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında tanımışdır. Belə ki, həmin vaxtlarda qohumları Kamran və Sadiq ona Şəki şəhəri 98-ci kvartalda torpaq sahəsinin satıldığını bildirdikdə o, 2021-ci ilin avqust ayında Kamran və qaynı Sadiqlə birlikdə Ramizlə görüşmüş, ona bu barədə dedikdən sonra birlikdə qeyd olunan ərazidəki torpaq sahəsinə baxmağa getmişlər. Torpaq sahəsinə baxdıqdan sonra almaq qərarına gəlmiş, Təqsirləndirilən şəxs 0.09 hektar torpaq sahəsinin qiymətini soruşduqda, Ramiz 0.09 hektar torpaq sahəsini 8300 manata satacağını ona demişdir. Həmin gün üstündə 3250 manat pul olduğu üçün ilkin olaraq 0,03 hektar torpaq sahəsi almaq qərarına gəlmiş, bunun üçün də həmin gün Ramizə qaynı Sadiqin və Kamranın yanında “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxa hissəsində yerləşən evin həyətində 3250 manat pul vermişdir. Daha sonra Ramizdən torpaq sahəsinin sənədlərini soruşduqda o, təxminən 6-8 ay ərzində torpaq sahəsinin sənədləşmə işlərinin başa çatacağına, Asan Xidmət Mərkəzində alqı-satqı etməklə birbaşa öz adına sənədləşəcəyinə söz vermişdir. Ramizin ona satacağı torpağın qonşuluğunda yerləşən 0,03 hektar torpaq sahəsini də qaynı Sadiq almaq istədiyi üçün Rəmizdən həmin yeri ona satmasını xahiş etmiş, Ramiz isə 0,03 hektar torpaq sahəsinə görə qısa müddətdə 3250 manat pul verəcəyi halda həmin ərazini də Sadiqə satacağını bildirmişdir. Sadiqlə Ramiz razılığa gəlmişlər. Həmin vaxtlar qaynı Sadiq və həmkəndlisi Kamran Ramizin onlara satacağını dediyi torpaq sahələrinin yaxınlığında yerləşən evdə təmir işləri aparmışlar və Ramiz Sadiqə tez-tez 3250 manat pulu çatdırmasını dediyi üçün təxminən 3 gün sonra Sadiq bankdan 3250 manat kredit götürmüş və həmin bankın qarşısında 3250 manat pulu torpaq almaq üçün Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtdan bir neçə ay keçsə də Ramizdən xəbər olmadığı üçün onunla əlaqə saxlayıb torpağın sənədlərini soruşduqda o, hər dəfə sənədlərin hazır olduğunu, Bakı şəhərinə göndərildiyini deyərək onu inandırmışdır. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs ona zəng edib satacağı torpaq sahəsinin alt tərəfində 0,06 hektar torpaq sahəsi olduğunu, həmin torpağı 5000 manata satmaq istədiyini demiş və ona həmin yeri almasını təklif etmişdir. O, razı olmuş və aralarındakı razılığa əsasən, həmin torpaq sahəsinin yanında idarə etdiyi Opel markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs 1500 manat pul vermişdir. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs yenidən ona zəng edib pul lazım olduğunu demiş və qalan pulu da verməsini istəmişdir. Belə olduqda Şəki şəhərində “Bazar” adlanan ərazidə Ramizlə görüşüb ona torpaq üçün 500 manat pul vermişdir. 2022-ci ilin iyun ayında Ramiz yenidən əlaqə saxlayıb torpaq üçün qalan pulu da verməsini istədikdə, ondan əvvəlki torpağın sənədlərini soruşmüş, Ramiz yenə də sənədlərin qısa müddətdə Bakı şəhərindən gələcəyini deyərək onu inandırmışdır. İyun ayında “Bazar” ərazisində Ramizlə görüşüb 1000 manat pulu Ramizə vermişdir. 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs Şəki rayonu, Şin kəndinin mərkəzində onunla görüşüb torpağın sənədləşmə işlərinə pul lazım olduğunu deyərək yenidən 400 manat pulu ondan almışıdr. Bundan başqa 2022-ci ilin noyabr ayında Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində Təqsirləndirilən şəxs 250 manat pulu da ona satacağı torpağın sənədlərini hazırlaması üçün vermişdir. Beləliklə Təqsirləndirilən şəxs ona 0,09 hektar torpaq satacağına söz verərək aldadıb 6900 manat pulunu ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs ondan başqa qaynı Sadiqi aldadıb ona torpaq satacağına söz verərək onun yanında Sadiqdən 3250 manat məbləğində, həmkəndlisi Tehrandan isə ona torpaq sahəsi satacağına və onun adına sənədləşdirəcəyinə söz verib 1500 manat pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona vurulan ziyanı ödəməyib, ona görə də, barışmayıb, şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında tanımışdır. Belə ki, həmin vaxtlarda o, Şəki şəhərində “Qonaq evi” adlanan restoranın arxa hissəsində yerləşən xüsusi yaşayış evlərinin birində dayısı oğlu Kamranla birlikdə usta kimi işləyərkən Ramiz tez-tez Kamranın yanına gəlmişdir. Ramiz əlində torpaq sahələri olduğunu, həmin torpaq sahələrinin şəhərin yaxşı yerində yerləşdiyini, münasib qiymətə sənədləşdirməklə satdığını, Kamrana da, torpaq satdığını demişdir. O, Ramizə torpaq almaq istədiyini dedikdə Ramiz Şəki şəhərinin 98-ci kavratal ərazisində özlərinə məxsus 0.06 hektar torpaq sahəsi olduğunu bildirmişdir. Ramizdən torpağın sənədlərinin olub-olmadığını soruşduqda o, torpaqların hərraca çıxarılıb satılacağını, 6 ay ərzində bölgü olacağını, istədiyi torpaq sahəsini onun adına sənədləşdirəcəyini və 0,06 hektar torpaq sahəsini 6500 manat satdığını demişdir. Ramizə həmin gün dəqiq söz deməmiş, işdən sonra kürəkəni Elmirlə birlikdə yaşadığı kəndə gedən zaman ona qeyd olunan ərazidə 0.06 hektar torpaq sahəsi satılması barədə məlumat vermiş və Elmirlə hərəsinə 0.03 hektar torpaq sahəsi almaq qərarına gəlmişlər. Ramizlə birlikdə torpaq sahəsinə baxdıqdan sonra onlar 0,06 hektar torpaq sahəsini 6500 manata Ramizdən almağa razılaşmışlar. 2021-ci ilin avqust ayında “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında yerləşən 98-ci kvartaldakı həyətdə kürəkəni Elmir Təqsirləndirilən şəxs 3250 manat pul verdikdən sonra Ramiz ona tez-tez zəng edib torpağın pulunu istədiyi üçün bankdan kredit götürmüş və Ramizə 3250 manat pul vermişdir. Ramiz pulu ondan alıb qısa müddətdə 0,06 hektar torpaq sahəsinin 0,03 hektar ərazisini Elmirin, qalan 0,03 hektar ərazini isə onun adına sənədləşdirib təhvil verəcəyinə söz verib getmişdir. O, tez-tez Ramizə zəng edib torpağın sənədlərini soruşurduqda sonuncu sənədlərin Bakı şəhərinə göndərildiyini, hazır olacağını demişdir. 6 ay müddət keçdikdən sonra o, Ramizin hərəkətlərindən şübhələnmiş və ona sənəd təqdim etməsini tələb etmişdir. Ramiz isə vatsap proqram vasitəsilə ona çıxarış şəkilləri göndərmişdir. Təqsirləndirilən şəxs ona vurulan ziyanı ödəməyib, onunla barışmayıb, şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən üç ildir ki tanıyır. Belə ki, Ramizin yaşadığı ünvan onun kürəkəni Eldənizin evinin qonşuluğunda yerləşir. Ramiz ilə əvvəllər normal münasibətləri olmuşdur. 2021-ci ilin avqust ayında həmkəndliləri Kamran, Elmir və digər şəxslərin Şəki şəhəri, 98-ci kvartalda Ramizdən torpaq sahələri aldıqlarını eşitmiş, belə olduqda, o, da özünə torpaq sahəsi almaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə Ramizin yaşadığı ünvana gedib onunla görüşüb torpaq barədə danışmış, ondan bələdiyyə orqanlarında tanışının olub-olmadığını soruşmuş və ona torpaq sahəsi təşkil etməsini xahiş etmişdir. Bu zaman Ramiz bələdiyyə orqanlarında tanışının olmadığını, lakin Polis Şöbəsinin rəis müavini Rasim müəllimin torpaq sahələrinin olduğunu, münasib qiymətə ona torpaq sahəsi təşkil edəcəyini bildirmişdir. O, razı olmuşdur. Üç gün sonra Ramiz onun istifadəsində olan mobil nömrəyə zəng edib torpaq sahəsi ilə bağlı Rasim müəllimlə danışdığını, hazırda satılacaq torpaq sahələrinin olduğunu, 6000 manat dəyərində torpaq sahəsini ona hörmət edərək 5700 manata sata biləcəyini demişdir. Daha sonra Ramiz torpağa görə 3000 manat pulu əvvəlcədən ona verməli olduğumu demiş, aralarındakı razılığa əsasən üç gün sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin qarşısındakı küçədə Ramizlə görüşüb 3000 manat pulu ona vermişdir. Həmin vaxtdan sonra dəfələrlə Ramizlə telefon əlaqəsi saxlayıb ona satdığı torpağın sənədlərini soruşmuş, Ramiz isə sənədləri Bakı şəhərinə göndərdiyini, qısa müddətdə hazır olacağını ona demişdir. Beləliklə təxminən 6 ay sonra Ramiz onun oğlu Səxavətin telefonuna vatsap proqram vasitəsilə göndərdiyi çıxarış şəklində oğlu Səxavət Yusibovun adının qeyd olunduğunu görüb inanmışdır. Daha sonra Ramiz ona zəng edərək torpağın digər sənədləri ilə bağlı Bakı şəhərinə gedəcəklərini və qalan 2700 manat pulu təcili çatdırmasını dedikdə o, çıxarışın şəklini görüb inandığı üçün həmin gün Ramizlə yaşadığı kənddə yerləşən Şin şadlıq evinin qarşısında görüşərək qalan 2700 manat pulu da Ramizə vermişdir. Bir neçə gün sonra Ramizə zəng edib torpaq sahəsinin sənədləri barədə maraqlandıqda o, bələdiyyə işçisinin qəza törətdiyini, torpaqların hələ hərraca çıxarılmadığını demiş və digər bəhanələr etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Ramizlə danışdıqda o, hələ yoxlamaların başa çatmadığını, fevral ayının 25-nə qədər onun işini həll edəcəyini demişdir. O, Təqsirləndirilən şəxs ondan 2021-ci ilin avqust ayında 3000 manat, dekabr ayında isə 2700 manat olmaqla, cəmi 5700 manat məbləğində pulu Şəki şəhəri, 98-ci kvartalda yeləşən 0,06 hektar torpaq sahəsini ona satacağı, həmin torpaq sahəsini onun adına sənədləşdirəcəyi barədə yalan vədlər verib aldadaraq Şəki rayonu ərazisində aldığını, Təqsirləndirilən şəxs pulu aldıqdan sonra onun üçün heç bir iş görmədiyini, hər dəfə ondan torpağın sənədlərini soruşduqda, müxtəlif bəhanələr edərək onu aldatdığını, Təqsirləndirilən şəxs bundan başqa onun qardaşı oğlu Zərərçəkmiş şəxs5 da aldadıb ona torpaq satacağına söz verərək onun yanında Vüqardan 3500 manat, sonradan isə 2100 manat olmaqla cəmi 5600 manat pul aldığını bildirmişdir. Pulun ən azı yarısını ödəsə, qalanını hissə-hissə 2 ilə ödəməsinə razı olar. Onun həbs olunmasını istəmir, lakin ziyanı ödəmədiyindən təqsirləndirilən şəxslə barışmayıb, şikayətçidir. Mülki iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında tanımışdır. Belə ki, həmin vaxtlarda əmisi Vidadi ilə aralarındakı söhbət zamanı ona Şəki şəhərindən torpaq almaq istədiyini demiş, bu zaman əmisi Vidadi şəhərin 98-ci kvartalından Şahin adlı şəxsdən özü üçün 0,06 hektar torpaq sahəsi aldığını bildirmişdir. Əmisindən ona da torpaq sahəsi təşkil etməsi üçün həmin Şahin adlı şəxslə əlaqə saxlamasını xahiş etmişdir. Vidadi Şahinlə bu barədə danışdıqda Şahin ona torpaq sahələri olduğunu deyərək torpaqlara baxmasını təklif etmişdir. Təxminən üç gün sonra adını Şahin kimi eşitdiyi Təqsirləndirilən şəxsla yaşadığı evin yanında görüşüb tanış olmuşdur. Ramiz onu və əmisi Vidadini Azpetrol yanacaqdoldurma mənbtəqəsinin arxa hissəsində yerləşən 98-ci kvartala apararaq orada boş sahələri göstərib həmin ərazinin ona məxsus olduğunu və satdığını demişdir. Daha sonra Ramiz əlavə yerlərin də olduğunu deyərək onları Şəki “Asan Xidmət” Mərkəzinin arxa hissəsində yerləşən boş torpaq sahələrinə aparıb həmin yerlərin də ona məxsus olduğunu bildirmişdir. O, Ramizə əmisi Vidadiyə satacağına söz verdiyi torpaq sahəsinin yanındakı yeri göstərib həmin yerdən 0,06 hektar torpaq sahəsini ona təşkil etməsini istəmiş, Ramiz həmin ərazinin Rasim müəllimə məxsus olduğunu, onunla məsləhətləşdikdən sonra ona dəqiq söz deyəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Ramiz ona zəng edib göstərdiyi 0,06 hektar ərazini ona sata biləcəyini deyərək ondan ilkin olaraq 3500 manat pul verməsini istəmişdir. xx.xx.2022-ci il tarixdə Ramizlə əlaqə saxlayıb ona satacağı torpağa görə 3500 manat pulu hazırladığını demiş və Şəki şəhərində Polis Şöbəsinin qarşısındakı küçədə Ramizlə görüşüb 3500 manat pulu ona vermişdir. Ramiz pulu ondan götürüb təxminən 6-8 ay müddətində topağın bütün sənədlərinin hazır olacağına, 0,06 hektar ərazinin onun adına sənədləşəcəyinə söz vermişdir. Bir müddət sonra Ramiz bir neçə dəfə ona zəng edib torpağın sənədləşmə işləri ilə bağlı pul lazım olduğunu deyərək ayrı-ayrı vaxtlarda 750 manat, 500 manat və 850 manat pul almışdır. Beləliklə Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından aprel ayınadək olan müddətdə ondan 5600 manat pul almışdır. Bir neçə ay gözlədikdən sonra Ramizə zəng edib torpağın sənədlərini soruşduqda o, sənədlərin qısa müddətdə hazır olacağını, lazım olduqda özü əlaqə saxlayacağını deyib telefonu söndürmüşdür. Bir neçə ay sonra isə əmisi Vidadi Ramizin onları aldatdığını, yalandan söz verərək pullarını ələ keçirdiyini dedikdə Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmayıb, şikayətçidir, ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında tanımışdır. Belə ki, həmin vaxtlarda xalası oğlu Kamran söhbət zamanı Şəki şəhəri 98-ci kvartalda ev tikmək üçün torpaq sahələri satıldığını, Şahin adlı şəxsin bu işi təşkil etdiyini, özü üçün də torpaq sahəsi aldığını ona demişdir. O, da torpaq sahəsi istədiyini dedikdə, Kamran bunun üçün Şahin adlı şəxslə danışmaq lazım olduğunu demişdir. Həmin vaxtlarda həmkəndlisi Elmirin də Ramizdən torpaq almaq istədiyini eşitmişdir. Ona görə də 2022-ci ilin mart ayında həmkəndlisi Elmirlə birlikdə 98-ci kvartala, Ramizin onlara göstərəcəyi torpaq sahəsinə baxmağa getmişlər. Ramizlə həmin yerdə görüşmüş, Ramiz 0.06 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin 6 ay müddətinə sənədləşəcəyini, 0,06 hektar torpaq sahəsini ümumilkdə 6500 manata satdığını demişdir. Həmin torpaq sahəsinin hamısını almağa pulu olmadığı üçün dayısı oğlu Ramil ilə əlaqə saxlayıb ona həmin torpaq sahəsinin 0,03 hektar ərazisini almasını təklif etmiş, Ramil razı olmuşdur. Ramil ilə birlikdə həmin 0,06 hektar torpaq sahəsini almaq qərarına gəlmişlər. O, özünə düşən 0.03 hektar torpaq sahəsinə görə 2.050 manat pul verəcəyini, torpaq sənədləşdikdən sonra isə qalan 1200 manat pul verəcəyini Ramizə demiş, Ramiz razı olduqdan sonra həmin yerdə Elmirin idarə etdiyi Opel markalı avtomobildə Ramizə 1500 manat pul vermişdir. Səhəri gün Ramil ilə birlikdə Ramizlə danışıb yenidən həmin yerdə görüşmüş, Ramil də Ramizə ilkin olaraq 2050 manat verəcəyini, torpağın sənədləşmə işləri başa çatdıqdan sonra qalan 1500 manatı verəcəyini ona bildirmişdir. Səhəri gün Şəki şəhəri “Bazar” adlanan ərazidə Ramil, və xalası oğlu Kamranla birgə Ramizlə görüşmüş, onun yanında Ramil Ramizə 1500 manat pul verərək torpağın sənədlərini tez bir zamanda hazırlamasını xahiş etmişdir. Ramiz isə sənədləşmə işlərinə başlanıldığını, qısa müddətdə ərazidə bölgü olacağını, həmin vaxt onların sənədlərini verəcəyini deyib inandırmışdır. 2022-ci ilin aprel ayında xalası oğlu Kamran yaşadığı evə gəlib Ramizin ona satacağı torpağa görə sənədləşmə işlərinə görə 550 manat pulu istədiyini demiş, o da 550 manat pul əldə edərək Kamran vasitəsilə Ramizə göndərmişdir. Ramiz pulları aldıqdan sonra həmin 0.03 hektar torpaq sahəsinin təxminən 6 ay müddətinə baş tutacaq hərracda sənədləşdirilib ona veriləcəyini dediyi üçün inanıb Ramizə zəng etməmişdir. Lakin Kamran 2022-ci ilin dekabr ayında həmin ərazidə torpaq satılıb-satılmamağı barədə maraqlandıqda, qeyd olunan ərazidə ümumiyyətlə torpaq satılmadığı məlum olmuşdur. Belə olduqda onlar Ramizdən ona verdikləri pulları istədikdə, o müxtəlif bəhanələrlə torpağın onların adına sənədləşəcəyini desə də, ona inanmamış və polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Təqsirləndirilən şəxs ondan başqa həmçinin onun dayısı oğlu Ramili də aldadıb ona torpaq satacağına söz verərək onun yanında Ramildən 2050 manat məbləğində pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmayıb, ziyanın tam ödənilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında tanımışdır. Belə ki, 2022-ci ilin mart ayında bibisi oğlu Kamran Şəki şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanından torpaq sahəsi aldığını ona demiş, həmin vaxt o və digər bibisi oğlu Tehran da həmin yerdən torpaq sahəsi almaq istədiklərini demişlər. Həmçinin Tehran ona 0,06 hektar sahənin yarısını almasını təklif etmişdir. Tehranla birlikdə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən torpaq sahəsinə Ramizlə birlikdə baxmağa getmiş, Ramiz 0.06 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin 6 ay müddətinə sənədləşəcəyini onlara bildirmişdir. O, həmin torpaq yerlərinin polis şöbəsində işləyən Rasim adlı şəxsə məxsus olduğunu və hissəhissə bölüb satacağını demişdir. Bibisi oğlu Tehranla birgə həmin torpaq sahəsini almaq qərarına gəldikdən sonra Ramizdən həmin yerin qiymətini soruşduqda, Ramiz 0.06 hektar torpaq sahəsini onlara 6.500 manata satacağını demişdir. Aralarında razılığa gələrək təxminən 2-3 saat sonra Təqsirləndirilən şəxsla Şəki şəhəri “Bazar” ərazisində görüşüb 1500 manat pulu Ramizə vermişdir. Həmin vaxt bibisi oğlu Kamran və Tehran da onun yanında olmuşdur. Təxminən 5 gün sonra isə pulun qalan 550 manatını Şəki ŞRPŞ-nin inzibatı binasının yaxınlığında Ramizə vermişdir. Təqsirləndirilən şəxs həmin 0.03 hektar torpaq sahəsinin təxminən 6 ay müddətində hərracda sənədləşib ona veriləcəyini deyərək inandırdığı üçün Ramizə zəng etməmişdir. Bibisi oğlu Kamran 2022-ci ilin dekabr ayında həmin ərazidə torpaq satılıb-satılmaması barədə maraqlandıqda, göstərilən ərazidə ümumiyyətlə, torpaq satılmmadığı onlara məlum olmuş, Ramizdən ona verdikləri pulları istədikdə, o müxtəlif bəhanələrlə torpağın sənədləşəcəyini desə də, artıq ona inanmadıqları üçün polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Vurulan ziyan ona ödənilməyib, ödəhilərsə təqsirləndirilən şəxslə barışar, hazırda şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında tanımışdır. Belə ki, müəyyən qədər pulu olduğu üçün Şəki şəhərindən özünə torpaq sahəsi almaq qərarına gəlmiş, həmkəndlisi və dostu olan X7 ilə söhbət zamanı ona torpaq almaq istədiyimi dedikdə, Səxavət ona atası Vidadinin də onun adına Şəki şəhərindən Ramiz adlı şəxsdən torpaq sahəsi aldığını bildirmişdir. Belə olduqda Səxavətdən Ramizin istifadəsində olan mobil nömrəni alıb yaşadığı evə getmişdi. xx.xx.2022-ci il tarixdə Şahinə zəng edib 0,06 hektar torpaq almaq istədiyini, həmkəndlilərinə torpaq satdığını demiş və ona da köməklik göstərməsini xahiş etmişdir. Ramiz onunla razı olaraq qısa müddətdə əlaqə saxlayacağını deyib sağollaşmışdır. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs ona zəng edib Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında torpaq sahəsi olduğunu və həmin torpağı ona sata biləcəyini deyərək onu şəhərə çağırmışdır. O, da həmin gün anası Əsli İsmayılova, xalası İlhamə Nurəddinova və onun oğlu Şahid1la birlikdə yaşadıqları kənddən Şəki şəhərinə gəlmişlər. O, Ramizdən alacağı 0,06 hektar torpaq sahəsinin 0,03 hektar hissəsini xalası oğlu Şahid1 verəcəyini düşündüyü üçün onu da özü ilə birlikdə torpağa baxmağa gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Şəki şəhəri Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında Ramizlə görüşmüş, Ramiz petrol ilə üzbəüz yerləşən yaşayış evlərinin yanında magistral yola yaxın boş ərazini göstərib həmin ərazinin 119-cu kvartal olduğunu və həmin yerdə Şöbənin rəis müavinin özünə məxsus torpaq sahələri olduğunu və oradan ona 0,06 hektar torpaq sahəsini 6500 manata sata biləcəyini demişdir. Ramizdən torpağın sənədləri barədə soruşduqda, o, təxminən 20 gün ərzində torpağın çıxarışının hazır olacağını, həmin vaxt əlavə 480 manat ona pul verəcəyini demişdir. Daha sonra ondan ilkin olaraq 3800 manat pul istəmişdir. Onlar torpaq sahəsinə baxdıqdan sonra Ramizlə razılaşmış, üstündə cəmi 800 manat pul olduğu üçün özünə məxsus “Beynəlxalq Bank”ın maaş kartından xəstəxananın yanında yerləşən bankomat vasitəsilə 2000 manat pul da çıxarmış və həmin yerdə Ramizə 2800 manat pul verərək qalan 1000 manat pulu isə onun hesabına göndərəcəyini demişdir. Ramiz razı olmuş və ona plastik kartın nömrəsini vermişdir. Həmin gün axşam saatlarında 1000 manat pulu da özünə məxsus maaş kartının hesabından Ramizin ona verdiyi hesab nömrəsinə köçürməklə Ramizə göndərmişdir. Təxminən 20 gün sonra Ramiz ona zəng edib satacağı torpağın çıxarışının hazır olduğunu demiş və əlavə 480 manat pul istəmişdir. O. işdə olduğu üçün xalası oğlu Elçindən Ramizə 480 manat pul verməsini xahiş etmiş, Elçin Şəki şəhərində Ramizlə görüşüb 480 manat pulu ona vermişdir. Təxminən bir ay sonra Ramiz yenidən ona zəng edib torpağın sənədləşmə işləri ilə bağlı əlavə 250 manat pul lazım olduğunu deyərək təcili ona göndərməyimi istəmiş, həmin vaxt da özü işdə olduğu üçün digər xalası oğlu Elvindən 250 manat pulu Ramizə çatdırmasını xahiş etdiyi üçün Elçin həmin gün 250 manat pulu Ramizə vermişdir. Daha sonra Ramiz ona zəng edib qısa müddətdə sənədlərin hazır olacağını deyib onu inandırmışdır. xx.xx.2022-ci il tarixdə Ramiz yenidən zəng edib torpağın sənədlərinin tam hazır olduğunu deyib torpaq üçün qalan 2000 manat pulu ondan istədikdə həmin gün Şəki şəhərində “Görüş” kafesində Ramizlə görüşüb bu barədə danışmışlar. Ramiz ona qəbz göstərib bütün ödənişlərin həyata keçirildiyini, torpağın sənədlərinin tam hazır olduğunu deyib 2000 manat pulu istəmiş, həmin vaxt üstündə pul olmadığı üçün səhəri gün 2000 manat pulu bitirərək Elvinə vermiş və Şəki şəhərində Elvin Ramizlə görüşüb 2000 manat pulu ona verərkən, Ramiz əlavə 58 manat da lazım olduğunu dediyi üçün ümumilikdə 2058 manat pulu Ramizə vermişdir. Həmin vaxtdan sonra tez-tez Ramizə zəng edib torpağın sənədlərini soruşmuş, o isə hər dəfə müəyyən bəhanələr edərək sənəd işlərinin başa çatmadığını demişdir. Beləliklə 2023-cü ilin yanvar ayında Ramizin ona satacağını dediyi torpaq sahəsinə baxmağa getdikdə həmin yerə tikinti materiallarının töküldüyünü görmüş, Ramizə zəng edib bu barədə soruşduqda o, həmin tikinti materiallarının qonşuluqda yerləşən torpaq sahəsinin sahibinə məxsus olduğunu, səhvən həmin torpaq sahəsinə töküldüyünü demişdir. O, yenidən torpaq sahəsi ilə maraqlandıqda Ramizin ona göstərdiyi və satacağına söz verdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə məxsus olması, Ramizin həmin ərazilərlə heç bir əlaqəsinin olmadığı məlum olmuşdur. Təqsirləndirilən şəxs onu və həmkəndlilərini aldadıb pullarını ələ keçirdiyini başa düşmüş və yanvar ayında Şəki Şəhər Rayon Polis Şöbəsinin yaxınlığında Ramizlə görüşüb ondan pulunu istədikdə yenə də yalandan ona satacağı torpaq sahəsinin sənədlərini hazırlayıb verəcəyini demiş və pulunu verməmişdir. O, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ondan ümumilikdə 6588 manat məbləğində pulu Şəki şəhəri, 119-cu kvartalda yeləşən 0,06 hektar torpaq sahəsini satacağı, həmin torpaq sahəsini onun adına sənədləşdirəcəyi barədə yalan vədlər verib aldadaraq Şəki rayonu ərazisində aldığını, Təqsirləndirilən şəxs ondan aldığı pulun müqabilində heç bir iş görmədiyini, hər dəfə ondan torpağın sənədlərini soruşduqda müxtəlif bəhanələr edərək onu aldatdığını bildirmişdir. Ona vurulan ziyan ödənilməyib, təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmayıb. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında tanımışdır. Belə ki, həmin vaxt rayonun Baş Layısqı kəndində yerləşən “Ördək gölü” adlanan restoranda olarkən Ramiz ilə tanışlığı yaranmışdır. Ramiz ona Şəki şəhərində yaşadığını demişdir. Bir neçə gün sonra Şəki şəhəri “Təzə bazar” adlanan ərazidə olarkən, yenidən təsadüfən Ramizlə rastlaşmış, Ramiz ona çay içmək təklif etdikdə bazarın içərisində çayxanaların birində Ramizlə əyləşib çay içmişlər. Söhbət zamanı X20 rəis müavini Rasim müəllimin Şəki “Asan Xidmət” Mərkəzinin yaxınlığında torpaq sahələri olduğunu, münasib qiymətə satdığını demiş və ona həmin yerdən torpaq almasını təklif etmişdir. O, Ramizə torpaq almaq istədiyini demiş və həmin yeri ona göstərməsini xahiş etmişdir. Ramiz razı olaraq həmin yerdə 0,06 hektar torpaq sahəsini ümumilikdə 6700 manata satdığını, pulun yarı hissəsinin əvvəldən verilməli olduğunu demiş və öz nömrəsini ona verib onunla əlaqə saxlamasını bildirmişdir. Evə gedib valideynləri ilə məsləhətləşdikdən sonra Ramizdən 0,06 hektar torpaq sahəsini alıb bacısı X1 adına sənədləşdirməyi qərara almışdır. Bir neçə gün sonra Ramizə zəng edib torpaq sahəsinə baxmaq istədiyini demiş və Ramizlə görüşüb həmin yerə getmişlər. Ramiz Şəki “Asan Xidmət” Mərkəzinin yanında magistral yolun kənarında 0,06 hektar torpaq sahəsini ona göstərib həmin ərazini 6700 manata ona sata biləcəyini dedikdə o, razı olduğu üçün Ramiz ondan ilkin olaraq 3350 manat pul istəmişdir. Həmin vaxt üstündə pul olmadığından təxminən bir həftə sonra, yəni may ayının sonlarında Şəki şəhərində Mərkəzi Poçtun yanında Ramizlə görüşüb ona satacağı torpaq sahəsi üçün ilkin olaraq ona 3350 manat pul vermişdir. Ramiz pulu ondan alıb qısa müddətdə sənədlərin hazır olacağını və qalan 3350 manat pulu da həmin vaxt ödəyəcəyini demişdir. O, Ramizə inanaraq həmin torpağı bacısı Nəzakətin adına sənədləşdirəcəyini deyib AR-İ 925130 nömrəli etibarnaməni Ramizə təqdim etmişdir. Ramiz heç bir narahatlıq olmadığını deyib ondan uzaqlaşmışdır. xx.xx.2022-ci ili tarixdə Ramiz ona zəng edib torpaq sahəsinin çıxarışının hazır olduğunu, şəklini ona atacağını demiş və qalan 3350 manat pulu da təcili çatdırmasını istəmişdir. Daha sonra vatsap proqram vasitəsilə Ramiz ona bacısı X1 adına olan XTC 24674466 nömrəli Reyestr Xidmətindən çıxarışın şəklini göndərmişdir. Bu zaman o, Ramizə inanmış və bir neçə gün sonra Şəki şəhərində Mərkəzi Poçtun yaxınlığında Ramizlə görüşüb qalan 3350 manat pulu da ona vermişdir. Ramiz 3350 manat pulu ondan alıb qısa müddətdə torpaq sahələrinin hərraca çıxarılacağını, həmin vaxt onu da dəvət edəcəyini, tezliklə ona göstərdiyi 0,06 hektar torpaq sahəsini bacısının adına sənədləşdirəcəyini demişdir. O, bir müddət gözləmiş, lakin Ramizdən xəbər olmadığı üçün ona zəng edib sənədlə maraqlandıqda o, hər dəfə müxtəlif bəhanələrlə işin uzandığını ona demişdir. Belə olduqda o, Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət edərək Ramizin ona şəklini göndərdiyi çıxarışı təqdim edib yoxlanılmasını xahiş etmiş, oradan ona həmin nömrədə çıxarış olmadığı bildirilmişdir. Həmin vaxt Ramizin onu aldatdığını başa düşmüş, ona görə də Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs ondan 2022-ci ilin may ayında 3350 manat, iyul ayında isə əlavə 3350 manat olmaqla, cəmi 6700 manat məbləğində pulu Şəki şəhəri, 119-cu kvartalda Şəki Asan Xidmət Mərkəzinin yaxınlığında yerləşən 0,06 hektar torpaq sahəsi satacağı, həmin torpaq sahəsini bacısı Nəzakət Feyzullayevanın adına sənədləşdirəcəyi barədə yalan vədlər verib aldadaraq Şəki şəhəri Mərkəzi Poçtun yaxınlığında aldığını, Təqsirləndirilən şəxs ondan aldığı pulun müqabilində heç bir iş görmədiyini, hər dəfə ondan torpağın sənədlərini soruşduqda müxtəlif bəhanələr edərək onu aldatdığını bildirmişdir. Ona vurulan ziyan ödənilməyib. Təqsirləndirilən şəxslə barışmayıb, şikayətçidir. Təqsirləndirilən şəxs məmurların adından istifadə edib, saxta sənəd hazırlayıb. Nəzərə alınmasını ağır cəza verilməsini və mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında tanımışdır. Xalası oğlu Asiman həmin vaxt ona Şəki şəhərində Ramiz adlı şəxsin torpaq sahəsi satdığını və ondan torpaq almaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə anası İlhamə ilə birlikdə Şin kəndində Asimangildə olarkən, Asiman onun yanında Ramizlə telefon vasitəsilə danışaraq 0,06 hektar torpaq almaq istədiyini demiş, təxminən yarım saat sonra Ramiz Asimana zəng edib Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında torpaq sahəsi olduğunu, həmin torpağı ona sata biləcəyini deyərək Asimanı şəhərə çağırmışdır. X18, anası İlhamə Nurəddinova və o, da Asimanla birlikdə Şin kəndindən Şəki şəhərinə gəlmişlər. Asimanla aralarında Ramizdən 0,06 hektar torpaq sahəsini aldıqdan sonra həmin torpağın 0,03 hektar hissəsini ona verməsi barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Şəki şəhəri Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında Ramizlə görüşdükdə Ramiz petrol ilə üzbəüz yerləşən yaşayış evlərinin yanında magistral yola yaxın boş ərazini göstərib həmin ərazinin 119-cu kvartal olduğunu və həmin yerdə Şöbənin rəis müavinin özünə məxsus torpaq sahələri olduğunu, oradan Asimana 0,06 hektar torpaq sahəsini 6500 manata satacağını demişdir. Onlar Ramizdən torpağın sənədləri barədə soruşduqda, Ramiz təxminən 20 gün ərzində torpağın çıxarışının hazır olacağını, həmin vaxt əlavə 480 manat ona pul verilməli olduğunu demişdir. Daha sonra isə ilkin olaraq 3800 manat pul istəmişdir. Asiman razılaşmış və üstündə 800 manat pul olduğu üçün 2000 manat pulu özünə məxsus “Beynəlxalq Bank”ın maaş kartından xəstəxananın yanında yerləşən bankomat vasitəsilə çıxarmış və həmin yerdə onun yanında Ramizə 2800 manat pul vermişdir. Qalan 1000 manat pulu isə onun hesabına göndərəcəyini demişdir. Daha sonra anası İlhamə ilə oradan Daşüz kəndinə yaşadıqları evə getmişlər. Bir neçə gün sonra Asimanla söhbət zamanı Ramizin hesabına 1000 manat pul köçürdüyünü ona demişdir. Təxminən 20 gün sonra Asiman ona zəng edib Ramizdən alacağı torpağın sənəd işləri ilə bağlı Ramizə 480 manat pul verməsini xahiş etmiş, o, Şəki şəhərində Kapital Bankın yaxınlığında Ramizlə görüşüb 480 manat pulu ona vermişdir. Təxminən bir ay sonra Asiman yenidən ona zəng edib torpağın sənədləşmə işləri ilə bağlı Ramizə 250 manat pul vermək lazım olduğunu dedikdə, o, Şəki rayonunda olmadığı üçün qardaşı Elvinə zəng edib 250 manat pulu Ramizə verməsini bildirmiş, Elvin həmin gün 250 manat pulu Ramizə vermişdir. xx.xx.2022-ci il tarixdə Şəki şəhərində “Görüş” kafesində Ramizlə görüşdükdə onlara qəbz göstərib bütün ödənişlərin həyata keçirildiyini, torpağın sənədlərinin tam hazır olduğunu deyərək əlavə 2000 manat pulu da Asimandan istəmişdir. Səhəri gün qardaşı Elvin Asimana məxsus 2000 manat pulu Şəki şəhərində Ramizə verərkən, Ramiz əlavə 58 manat da lazım olduğunu dediyi üçün Elvin ümumilikdə 2058 manat pulu Ramizə vermişdir. 2023-cü ilin əvvəllərində Ramizin Asimana yalan vədlər verərək ona məxsus pulları ələ keçirməsi məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6, X4 və X10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, eyniməzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2017-ci ildən Şəki şəhər Bələdiyyəsində baş torpaq mütəxəssisi vəzifəsində xidmət edir. Əsas vəzifəsi Şəki şəhər ərazisində yaşayış üçün perspektivli torpaq sahələrinin bərpa olunması və rəsmiləşdirilməsindən ibarətdir. Təqsirləndirilən şəxs tanımır. 2023-cü ilin 03 yanvar və 09 fevral tarixlərində Kamran adlı şəxs ***-***-**-** saylı mobil nömrədən vatsap proqram vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə mesajlar yazaraq Şəki şəhəri 98-ci kvartalda ona məxsus torpaq sahəsi olduğunu demiş və həmin torpağın nə vaxt sənədləşdiriləcəyini soruşmuşdur. O, isə həmin şəxsi tanımadığını, qeyd olunan ərazidə yerləşən Bələdiyyə torpaqlarından ona torpaq satılmadığını bildirmişdir. Bundan sonra ondan ***-***-**-** saylı nömrə istifadə edib-etmədiyini soruşduqda o, istifadəsində həmin nömrənin olmadığını, ona hər hansı bir mesaj və şəkillər göndərmədiyini bildirmişdir. Kamran Şahin adlı şəxsin ona və həmkəndlilərinə Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında torpaq satacağını deyərək onlardan müəyyən məbləğlərdə pullar aldığını, daha sonra ***-***-**-** saylı mobil nömrədən mesaj yazan şəxsin adının Hafiz olduğunu bildirərək onlara Şahinin göstərdiyi torpaq sahələrini hərraca çıxarıldıqdan sonra adlarına sənədləşdiriləcəyi barədə məlumat verdiyini dedikdə o, bələdiyyə torpaqlarının kənar şəxslər tərəfindən zəbt olunmasının qarşısını almaq üçün həmin Kamran adlı şəxslə görüşüb 98-ci kvartala getmişdir. Kamran orada şəhər bələdiyyəsinə məxsus torpaq sahələrini ona göstərib Şahin adlı şəxsin həmin torpağı ona və həmkəndlilərinə göstərərək gələcəkdə hərraca çıxarılıb onun adına sənədləşdiriləcəyini dediyini bildirmiş, o isə Kamrana həmin göstərdiyi torpaq sahəsinin hazırda bələdiyyənin mülkiyyətində olduğunu, hərraca çıxarılmadığını deyərək aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət etməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 20 fevral 2023-cü il tarixdən hesablanmaqla 20 may 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə satacağına söz verərək göstərdiyi Şəki şəhəri, 98 və 119-cu kvartallarda yerləşən torpaq sahələri Şəki Bələdiyyəsinə məxsus qeyriyaşayış torpaq sahələridir. İş materiallarına əlavə edilmiş Şəki Bələdiyyəsindən daxil olmuş məktubdan görünür ki, Şəki şəhərinin 98-ci kvartalında mütəxəssisin iştirakı ilə baxış keçirilən torpaq sahəsi Şəki bələdiyyəsinin ərazisinə daxil olmaqla bələdiyyənin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş sənədlərin təqdim edilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs vatsap proqram vasitəsilə zərərçəkmiş şəxslərə göndərdiyi XTC **********9, XTX **********7, XTC 46577474, XTC 24674466 nömrəli çıxarışların hər hansı hüquqi qüvvəsi yoxdur və rəsmi dövlət orqanlarında qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluqla bağlı məlumat yoxdur. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Doğun haqqında şəhadətnamələrin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X16 adlı, xx.xx.2018-ci il təvəllüdlü X13 adlı və xx.xx.2013-cü il təvəllüdlü X19 adlı övladları var. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs9 mülki iddiaçı qismində tanınmışlar. Şəki Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq zamanı zərərçəkmiş şəxslərə ödəniş edilməsi üçün təqdim etdiyi 4000 manat pul və təqsirləndirilən şəxsin ərizəsi cinayət işinin materiallarına əlavə edilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olması, dəymiş ziyandan qismən ödəniş etməsi, himayəsində üç az yaşlı uşağın olması yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətmkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməyib qüvvəsində saxlanmalı, cəzaçəkməsinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutun, ekspertiza xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 14800 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilməli, Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 5700 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs4 verilməli, Zərərçəkmiş şəxs9 mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 6700 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs9 verilməlidir. Təqsirləndirilən şəxs tərəfindən ziyanın qismən ödənilməsi məqsədilə Şəki ŞRPŞ-nin depozit hesabına qoyulmuş və daha sonra iş materiallarına əlavə edilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilmiş 4000 manat pul Şəki rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına qoyulalı və hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxslər arasında bərabər bölünməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 20 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 14800 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 5700 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs4 verilsin. Zərərçəkmiş şəxs9 iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 6700 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs9 verilsin. Təqsirləndirilən şəxs tərəfindən ziyanın qismən ödənilməsi məqsədilə Şəki ŞRPŞ-nin depozit hesabına qoyulmuş və daha sonra iş materiallarına əlavə edilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilmiş 4000 manat pul Şəki rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına qoyulsun və hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxslər arasında bərabər bölünsün. İş üzrə maddi sübutun, ekspertiza xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkuma hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar