Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-66/2025 24.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4 hüquqi varisi X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqınnda iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızdıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə və digər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, o, 20 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində gündüz və quru hava şəraitində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 110-120 km/saat sürətlə Şəki rayonunun Qudula kənd avtomobil yolunda Şəki şəhəri istiqamətində hərəkət etdirərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərini və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələblərinə riayət etməmiş və həmin yol sahəsində idarə etdiyi “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib, idarə etməni itirib, avtomobilin yoldan çıxaraq aşması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobilində sağ arxa oturacaqda sərnişin qismində əyləşmiş 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs - sol çiyin qurşağının sınığı, sağ sağrı, sol baldır nahiyəsinin sıyrıqları, baldırın qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır zərər vurmaya aid xəsarətə səbəb olan, sağ ön oturacaqda isə sərnişin qismində əyləşmiş, 1991-ci il təvəllüdlü X5 - açıq kəllə beyin travması, sol alın sümüyünün, kəllə əsasinin xətti sınıqları, baş beyin toxumalarının əzilməsi, travmatik beyin qanaxması, sol sağ İİİ-İV qabırğaların və 7-ci boyun fəqərəsinin sınığı ilə kimi ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid və ölümü ilə arasında birbaşa səbəbli əlaqə olan xəsarətlər yetirməklə həmin xəsarətlərdən travmatik beyindaxili qanaxma nəticəsində Zamir İsmayılovun 21 noyabr 2024-cü il tarixdə, saat 01 radələrində müalicədə olduğu Şəki MRX-da ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahid ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 15 ildən artıqdır ki, avtomobil idarə edir. Hazırda isə anası Şahid1 məxsus olan “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 20 noyabr 2024-cü il tarixdə, təxminən saat 10 radələrində yaşadığı kənddə icra nümayəndəliyinin binanın qarşısında dayanmışdır. Həmin tarixdə həmkəndlisi X9 onun yanına gəlmişdir. Ona Şəki şəhərinə aparıb gətirməyinin mümkün olub-olmadığını soruşmuşdur. O, Zamirlə razılaşmışdır. Zamir idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. O olduğu yerdən çıxıb Şəki avtovağzalı istiqamətinə hərəkətə başlamışdır. Oraya çatmış və orada əyləşib Zamirlə çay içmişdir. Sonra Zamirin tanışı olan onun əvvəldən tanımadığı sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs gəlmişdir. O, Zamir və Mətanət onun idarə etdiyi avtomobilə əyləşmişlər. Zamir qabaq sağ oturacaqda, Mətanət isə arxa sağ oturacaqda əyləşmişdir. Zamir ona Şəki rayonunun Qudula kəndinə gedib, oranı hərləndikdən sonra yaşadığı Şəki rayonunun Baş Göynük kəndinə getmələrini demişdir. O, avtovağzaldan çıxıb üzü Qudula kəndi istiqamətində hərəkətini davam etdirmişdir. Təxminən saat 14 radələrində Qudula kəndinə çatmağa az qalmış kəndin giriş hissəsində üzü kəndə istiqamətdə 120 km/saat sürətlə hərəkətini davam etdirmiş, həmin vaxt ucadan partlayış səsi eşitmiş və avtomobilin arxa sol tərəfindəki təkərin partladığını hiss etmişdir. O, özünü itirmiş və əlini sükandan çəkmişdir. Avtomobil həmin an yolun əks istiqamətinə kənardakı torpaqlığa çıxmış və bir dəfə aşdıqdan sonra artıq özünü itirmişdir. O, özünə gələn vaxt TTY avtomobilinin gəldiyini, həkimlərin orda olduğunu və Zamir ilə Mətanəti TTY avtomobilinə mindirərək apardıqlarını görmüşdür. Sonra isə onu da TTY avtomobilinə mindirərək Şəki RMX-na gətirib ilkin tibbi yardım göstərmişlər. O, ilkin tibbi yardım alıb, özünü yaxşı hiss etdikdən sonra və yol-nəqliyyat hadisəsi törətdiyini bildiyi üçün özü könüllü olaraq xx.xx.2024-cü il tarixdə polisə gəldiyini bildirmişdir. Bildirmişdir ki, hadisədən əvvəl hərəkətdə olarkən yolun hərəkət hissəsində olan vaxt o, ucadan gələn partlayış səsi eşitmiş, həmin an səsin haradan gəldiyini müəyyənləşdirmək üçün fikri yayınmışdır. Avtomobilin arxa sağ təkərinin partladığını hiss etmiş və qorxduğu üçün özünü itirib əlini sükandan çəkmişdir. Avtomobil həmin an yolun hərəkət hissəsinin əks istiqamətinə kənardakı torpaqlığa çıxmış və bir dəfə aşdıqdan sonra artıq özünü itirmişdir. Hadisə zamanı avtomobildə iki nəfər sərnişin X9 və Zərərçəkmiş şəxs olmuş, lakin hər hansı bir yük olmamış, hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir nasazlıq olmamışdır. Göstərmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslə və mərhum zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Himayəsində yaşlı ata və anası vardır. Əməlindən səmimi peşmançılıq çəkir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X4 hüquqi varisi X8 ifadəsində bildirdi ki, Şəki rayonunun Baş Göynük kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X9 ilə 2012-ci ildə kəbinlə ailə həyatı qurmuş, rəsmi nikahları olmasa da xx.xx.2024-cü il tarixədək ər-arvad münasibətlərində birgə yaşamışlar. Zamirlə aralarında olan izdivacdan 2013-cü il təvəllüdlü qızları İsmayılova Qənirə və 2017-ci il təvəllüdlü İsmayılova Fəridə dünyaya gəlmişdir. 20 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Şəki rayonu Baş Güynük kəndidə yaşadığı evdə olan vaxt qaynanası X1 ona yol-nəqliyyat hadisəsi baş verdiyini, həmin yol-nəqliyyat hadisəsində əri Zamir İsmayılovun xəsarət aldığını və hazırda Şəki RMX-da olduğunu demişdir. Sonra qaynanası Qənirə ilə birlikdə xəstəxanaya getmişlər. O, xəstəxanada olan vaxt yol-nəqliyyat hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətdiyini, avtoqəzanın Şəki rayonunun Qudula kəndi ərazisində baş verdiyini, yol-nəqliyyat hadisəsi baş verən vaxt əri Zamirin Təbrizin idarə etdiyi avtomobildə sərnişin qismində əyləşdiyini bilmişdir. Sonra onu və qananası Qənirəni yaşadıqları evə yola salmışlar. 21 noyabr 2024-cü il tarixdə, saat 06 radələrində qardaşı Abdulla Əhmədov onun mobil telefonuna zəng edib, əri Zamir İsmayılovun öldüyünü bildirmişdir. Həyat yoldaşını avtomobili ilə vuran Zamirlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, hazırda o subaydır. Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla tək yaşayır. Təxminən 3-4 ay müddətdir ki, X6 tanımışdır. Zamirlə aralarında sevgi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə təxminən 3-4 ay müddətdir ki, tanıyır. 20 noyabr 2024-cü il tarixdə, təxminən saat 9 radələrində Zamirlə telefonla danışmış, danışıq zamanı Zamir ona Şəki rayonuna gəlməyini, bir gün onunla qalmağını təklif etmişdir. O əvvəl razı olamasa da, sonradan razılaşmışdır. O, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Şəki avtovağzalına gəlmişdir. Orada Zamir və Təbriz ilə görüşmüşdür. Zamir və Təbriz ona birlikdə dağa getməyi təklif etmişdilər. O, onlarla razılaşmış və birlikdə Təbrizin idarə etdiyi “Mersedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Təbriz sükan arxasına keçmiş, o, arxa sağ tərəfdə əyləşmiş, Zamir isə qabaq sağ oturacaqda əyləşmişdir. Onlar birlikdə Şəki rayonunda tanımadığı yüksəklik olan yerə getmişlər. Onlar orada biraz durduqdan sonra avtomobilə əyləşmişlər. Həmin vaxt o, arxa sağ oturacaqda əyləşmiş, Zamir qabaq sağ oturacaqda əyləşmişdir. Təbriz idarə etdiyi avtomobil ilə üzü Şəki istiqamətində hərəkətə başlamışdır. Yolda olan vaxt Təbriz Zamir ilə birlikdə Zamirin əlində olan mobil telefondakı “Tik-tok” sosial platformasındakı videolara baxmışlar. Oradan 15 dəqiqə olardı uzaqlaşdıqları vaxt, qəfildən qarşıdan sərnişini olduğu avtomobilin üzərinə qarşıdan avtomobil gəldiyini görmüşdür. Həmin vaxt Təbrizin fikri yayındığı üçün qarşıdan gələn avtomobili görməmiş, qəfil sükanı buraxmış və avtomobil yolun əks istiqamətinə çıxaraq aşmışdır. Avtomobil 7-8 dəfə dövrə vuraraq aşmışdır. Avtomobil aşan vaxt Zamir zərbənin təsirindən avtomobilin pəncərəsindən çıxıb yerə düşmüşdür. O da həmin vaxt Zamirin yanına düşmüşdür. Təbriz isə avtomobilin içərisindən özü çıxmışdır. Sonra TTY avtomobili gəlmişdir. O və Zamiri TTY avtomobilinə mindirmişlər. Onları Şəki RMX-nə gətirib ilkin tibbi yardım göstərdiklərini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Şəki rayou, Baş Göynük kəndində qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs doğma oğludur. “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ona məxsus olmaqla, 2023-cü ildə almışdır. Həmin avtomobili oğlu Təqsirləndirilən şəxs istəyi ilə istifadə etməsi üçün etibarnamə əsasında sonuncuya vermişdir. Verdiyi etibarnamə əsasında oğlu Təbriz ona məxsus “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə həm taksi fəaliyyəti ilə, həm də özü istifadə etmək üçün idarə etmişdir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə əri Seyidxan zəng edib demişdir ki, Təbriz avtomobili vurmuşdur. Səhərisi gün, yəni xx.xx.2024-cü il tarixdə kənd camaatı gəlmiş və həmkəndlisi X2 idarə etdiyi ona məxsus olan “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin aşması nəticəsində öldüyünü demişlər. Bundan sonra yas mərasiminə gedib iştirak etmişlər. Təbriz ilə hadisə barədə söhbət edərkən ona məxsus “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək aşırdığını, həmin vaxt avtomobildə sərnişin qismində əyləşmiş şəxslər həmkədlisi Zamir İsmayılovun xx.xx.2024-cü il tarixdə Şəki rayon mərkəzi xəstəxanasında öldüyünü, həmçinin digər sərnişin qismində əyləşmiş tanımadığı qadının xəsarət aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir. Bildirmişdir ki, 20 noyabr 2024-cü il tarixdə əməliyyat qrupunda xidmətdə olmuşdur. Təxminən saat 14 radələrində Şəki ŞRPŞ-nin məsul növbətçisi vəzifəsində işləyən Arzu Qurbanov zəng edərək Şəki rayon, Qudula kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verməsi və üç nəfərin yaralanması, yaralılardan birinin vəziyyətinin ağır olması barədə məlumat verdiyi üçün o əməliyyat qurupu ilə birlikdə hadisə yerinə getmişdir. Onlar hadisə yerinə çatanda yolda tanımadığı şəxslərin toplaşdığını, Şəki rayon, Qudula kəndindən Şəki şəhəri istiqamətdə Qudula kəndinin girişin yaxınlığında, yolun sağ ehtiyyat hissəsində, yolun hərəkət hissəsinə perpedikulyar vəziyətdə çox hissəsi dağıntılara məruz qalmış “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili dayanmış vəziyətdə görmüşdür. O, hadisə yerinə çatıb hadisə yerinin mühafizəsini təşkil etmişdir. Müstəntiq hadisə yerini müayinə etmişdir. Bundan sonra evakuator çağırılmış və “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil duracağa yerləşdirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələrini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şəki rayonunun Qudula kəndindən Şəki şəhəri istiqamətində hərəkətdə olarkən, Qudula kəndinin giriş hissəsində yerləşmişdir. Hadisə yerində yol iki tərəfli hərəkət üçün nəzərdə tutulmaqla horizontal, quru, hamar asfalt səthə malikdir. Hadisə yerinə baxış Şəki rayonunun Qudula kəndindən Şəki şəhəri istiqamətində hərəkətdə olarkən, Qudula kəndinin giriş hissəsində aparıldı. Yolun sağ və sol hərəkət hissələrinin ümumi eni 6 metr olmaqla, hər iki istiqamətdə olan hərəkət zolaqlarını ayıran xətt olmamışdır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yol sahəsindəki hər iki hərəkət zolaqları olmamışdır. Hadisənin baş verdiyi hərəkət hissəsinin ümumi eni isə 6 metrdir. Yolun sağ və sol tərəflərində boş torpaq sahəsi yerləşir. Həmin yol sahəsində sürət məhdudiyyəti 50 km/saat nəzərdə tutulmuşdur. Yolda piyadaların keçidi üçün nəzərdə tutulan yol nişanı yoxdur. Hadisə yerində yolun işlək hissəsində aşağıdakılar müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Şəki rayonunun Qudula kəndinin giriş hissəsində Qudula kəndindən Şəki şəhəri istiqamətində yolun hərəkət hissəsinin sol kənarından 3,65 metr məsafədə baş vermişdir. Hadisə yerinə baxış zamanı asfalt üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa izlər müşahidə olunmamışdır. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3642 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:12-də ambulansla “Şəki RMX” PHŞ-nin TTYB-nə daxil olmuşdur. Sağ əlin üst səthinin açıq yarası diaqnozu qoyulmuşdur. - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 20 noyabr 2024-cü il tarixli, 574 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur, alkoqol qəbul etməmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 zərərçəkmiş şəxs qismində tanınmış, onun hüquqi varisinə qərar elan edilmişdir. - Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmış və ona həmin qərar dərhal elan edilmişdir. - Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1031 nömrəli məktubundan görünür ki, Şəki rayonunda anadan olmuş, Şəki rayonu Kiş kəndində pasport qeydiyyatında olmaqla yaşayan 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - “Şəki RMX” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-71/2-1703/2024 saylı məktubundan görünür ki, Şəki rayonu Baş Göynük kəndində pasport qeydiyyatında olmaqla yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki MRX-sı PHŞ-in Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1125 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Baş Göynük kəndində yaşayır. - Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1124 saylı arayışından görünür ki, Şəki rayon Baş Göynük kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi atası X11 və anası Şahid1 Hüseyinəli qızından ibarətdir. - Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. - Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-in Şəki rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 68 nömrəli ekspert rəyindən görünür ki, X4 meyidinin açıq kəllə beyin travması, sol alın sümüyünün, kəllə əsasinin xətti sınıqları, baş beyin toxumalarının əzilməsi, travmatik beyin qanaxması, sol sağ İİİ-İV qabırğaların və 7-ci boyun fəqərəsinin sınığı qərarda göstərilən müddətə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat qəza hadisəsi nəticəsində, yəni hərəkətdə olan avtomobilin yoldan çıxaraq aşması nəticəsində sərnişin qismində göstərilən xəsarətləri ala bilərdi, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. - Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-in Şəki rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 514 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol çiyin qurşağının sınığı, sağ sağrı, sol baldır nahiyəsinin sıyrıqları, baldırın qançırı qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müdddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs fiziki ziyan vurulmasına kifayət qədər əsaslar olduğu üçün zərəçəkmiş şəxs qismində tanınmış, qərar ona elan olunmuşdur. - Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil boz metal rəngli olmaqla, aşma nəticəsində avtomobilin qarşı hissəsi, hər iki yan və ban hissəsinin üst səthi torpaq sahəyə dəymə nəticəsində böyük dağantılara məruz qalmışdır. Belə ki, avtomobilin sərnişin yeri tərəfdən qabaq qanadın tinində və yan səthi güclü deformasiyaya uğrayaraq, mühərrik hissəsinə doğru içəri batmışdır. Əks tərəfdəki qabaq qanad isə əksinə-deformasiyaya uğrayaraq yan çölə tərəf əyilmişdir, yəni avtomobilin qarşı hissəsi qabaq sürücü yeri tərəfə əyilmişdir. Nəticədə avtomobilin mühərrik hissəsinin kapotu əyilərək açılmış, güclü deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşmüşdür. Yan güzgülər qırılaraq yerində yoxdur. Avtomobilin küləyə qarşı qabaq şüşəsi sınaraq çərçivədən çıxmamış, arxa alın şüşəsi isə yerində deyildir. Həmçinin qarşı sağ yan və sol yan şüşələri sınıb tökülmüş, damının qabaq dayaqları deformasiyaya uğramış, avtomobilin qarşı bufer hissəsi də təmamilə dağılaraq sıradan çıxmışdır. Qarşı faraların hər ikisi üzərində olmaqla şüşələri sınmışdır. Sürücü tərəfdəki qarşı və arxa qapılar üzərində çox saylı deformasiya izləri vardır və həmin qapıların şüşəsi sınaraq çərçivə çölə doğru əyilmişdir. Avtomobilin qabaq sol təkəri havasını itirmiş, sürücü yeri tərəfdən arxa təkəri oxdan qırılaraq yerindən çıxmışdır. Arxa sağ və ön sağ təkərləri havasını itirməmişdir. Avtomobilin arxa hissəsi deformasiyaya uğramamışdır. Arxa yük yerinin kapotu bağlı vəziyyətdədir və arxa nömrə nişanı üstündə deyildir. Avtomobilin salonunda qan ləkələrinə oxşar ləkələrin olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X12 İmtahan və X13 xx.xx.2024-cü il tarixli, 016-3-13-16-6/2-853/2024 saylı məktubundan görünür ki, X12 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “B, C” kateqoriyalı AE 735166 nömrəli, xx.xx.2029-cu il tarixədək müddəti olan sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmayıb. “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olan Şahid1 adına xx.xx.2023cü il tarixdə qeydiyyata alınıb. Qeyd olunan nəqliyyat vasitəsinin Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olan X11 xx.xx.2023-cü il tarixdə xx.xx.2028-ci il tarixədək müddətli olan etibarnamə ilə idarə edir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə xx.xx.2029-cu il tarixədək müddətli etibarnamə ilə idarə edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/50 nömrəli yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimumum hərəkət surəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 110-120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs X4 hüquqi varisi X3 notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd edilmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd edilmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində gündüz və quru hava şəraitində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Mercedes Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 110-120 km/saat sürətlə Şəki rayonunun Qudula kənd avtomobil yolunda Şəki şəhəri istiqamətində hərəkət etdirərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərini və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələblərinə riayət etməmiş və həmin yol sahəsində idarə etdiyi “Mercedes Benz 190” markalı, **-VK- *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib, idarə etməni itirib, avtomobilin yoldan çıxaraq aşması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobilində sağ arxa oturacaqda sərnişin qismində əyləşmiş 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs - sol çiyin qurşağının sınığı, sağ sağrı, sol baldır nahiyəsinin sıyrıqları, baldırın qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır zərər vurmaya aid xəsarətə səbəb olan, sağ ön oturacaqda isə sərnişin qismində əyləşmiş, 1991-ci il təvəllüdlü X5 - açıq kəllə beyin travması, sol alın sümüyünün, kəllə əsasinin xətti sınıqları, baş beyin toxumalarının əzilməsi, travmatik beyin qanaxması, sol sağ İİİ-İV qabırğaların və 7-ci boyun fəqərəsinin sınığı ilə kimi ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid və ölümü ilə arasında birbaşa səbəbli əlaqə olan xəsarətlər yetirməklə həmin xəsarətlərdən travmatik beyindaxili qanaxma nəticəsində Zamir İsmayılovun 21 noyabr 2024-cü il tarixdə, saat 01 radələrində müalicədə olduğu Şəki MRX-da ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadəsi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə dövründə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 7-ci hissəsində qeyd edirlir ki, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində qeyd edilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasə 3.24 qadağan nişanı maksimum surətin məhdudlaşdırılmasını göstərir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə cinayətkarcasına özünəgüvənmə göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün hadisə baş vermiş və baş vermiş hadisə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, CM-nin 59.1.12-ci maddəsinə əsasən onun zərərçəkmiş şəxs və mərhum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək ondan şikayət və tələbinin olmamasını, eyni zamanda CM-nin 59.2ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirlən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarından və məhkəmə baxışında təqsirləndirilən şəxsin ailədə pis münasibətləri müəyyən edilməmişdir. Yaşadığı yerdə özünü yaxşı tərəfdən göstərmiş və müsbət xarakterizə olunmuşdur. İstintaq orqanı da həmin halları təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi qeyd etmiş, cəzasını ağırlaşdıran halın olmadığını göstərmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə də barışıq əldə etmişdir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə iş üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, ailə vəziyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini və sair bu kimi halları cəza təyini zamanı nəzərə alır. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətməməsini nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş başqa yerə getməmək haqqınnda iltizam qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ekspertiza tədqiqatının dəyəri olan 85 manat pul ondan alınaraq dövlət büdcəsinə keçirilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 85 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-66/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-66/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver