Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-67/2021 14.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxx 1970-ci ildə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu Baş Göynük kənd 2 nömrəli tam orta məktəbində informatika müəllimi işləyən, Şəki rayonu Baş Göynük kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, epidemiya əleyhinə və karantin rejimlərini pozaraq yeni növ koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki, o, səhhətində yaranmış narahatlıqlara görə 27 mart 2021-ci il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X16 götürülən test nümunəsinin 29 mart 2021-ci il tarixdə pozitiv (+) olması müəyyən edildikdən sonra o, 29 mart 2021-ci il tarixdən başlamaqla 14 gün müddətində yaşadığı Şəki rayonu Baş Göynük kəndində yerləşən evində karantin nəzarətinə götürülməklə ev şəraitində müalicəsi üçün karantin nəzarətində olmasına, bununla bağlı 29 mart 2021-ci il tarixdə İTS.GOV.AZ ünvanından istifadəsində olan ***-***- **-** mobil nömrəsinə “Hormetli SEVİNC MEMMEDOVA, Sizin 27.03.2021-ci il tarixinde COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahish olunur, siz və ailə uzvleriniz yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozduğunuz teqdirde, Azerbaycan Respublikası İnzibati Xetalar və Cinayet mecellelerinde nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz. İD**********. tel:1542” məzmunlu xəbərdarlıq mesajı göndərilməsinə baxmayaraq, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq, yoluxmuş olduğu yeni növ koronavirus (COVİD-19) xəstəliyinin hava-damcı yolu ilə yayılması, digər şəxslərlə sosial məsafənin qorunması, infeksiya yoluxmuş şəxslərin digər şəxslərlə birbaşa təmasda olmaması kimi xüsusatları bildiyi halda o, 30 mart 2021-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı Şəki rayonu Baş Göynük kəndində yerləşən evindən, qohumu X3 idarə etdiyi VAZ-2121 markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X17 inzibati binasına gələrək Şəki rayon ərazisində 40 dəqiqə müddətində olub epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla yoluxmuş olduğu yeni növ korovavirus (COVİD-19) xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla cinayət əməlini törətmiş, həmin tarixdə Şəki şəhər-rayon X18 Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma faktı təsdiq olunmuş şəxslər və onlarla təmasda olmuş şəxslərlə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən görüləcək tədbirlərə dair Nazirlər Kabinetinin 21.07.2020-ci il tarixli 377s nömrəli sərəncam ilə təsdiq edilmiş tövsiyələrə əsasən keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” X17 inzibati binasında ərazisində olması müəyyən edilmiş və “Şəki Rayon Mərkəzi Xəstəxanası” X17 X11 X4 növbətçi həkimi tərəfindən X10 aparılmışdır. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, 27 mart 2021-ci il tarixdə səhhətində narahatlıq olduğuna görə Şəki RMX-na gəlib X19 bölməsində COVİD-19 testi vermişdir. 29 mart 2021-ci il tarixdə, 19:39 radələrində mobil telefonuna “İTS.GOV.AZ”-dan 27.03.2021ci il tarixdə COVİD-19 test nəticəsinin pozitiv olmağı, o və ailə üzvlərinin yaşayış yerimi tərk etməməyi, karantin rejimini pozduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq smsi gəlmişdir. 30 mart 2021-ci il tarixdə səhər saatlarında evə X19 gəlmiş, lakin, o, xəstəxanaya getməkdən imtina etmişdir. Ev şəraitində müalicə olunmasına baxmayaraq həmin gün qızdırması 39.5-ə qalxmışdır. Övladları qaynına zəng edib, onun səhhətinin yaxşı olmadığını demişlər. Müalicənin effektiv olmadığını görüb özü də Şəki RMX-na gedərək modul tipli xəstəxanada müalicə almaq qərarına gəlmişdir. 27.03.2021-ci il tarixdə analiz götürməkləri üçün 103-ə zəng etsə də növbədə adamın çox olmasına görə X19 gec gəldiyini bildiyi üçün, qaynı X5 ilə birlikdə, ona məxsus avtomobil ilə Şəki RMX-na gəlmişlər. Avtomobildə olan zaman maskadan və əlcəkdən istifadə etmişdir. Lakin xəstəxanaya daxil olmaq istəyən zaman polis əməkdaşları yaxınlaşıb ondan COVİD-19 virusuna yoluxub-yoluxmadığını soruşmuş, o, da həqiqətən də virusa yoluxduğunu, özünü narahat hiss etdiyi üçün Şəki RMX-na gəldiyini bildirmişdir. Bir müddət sonra həmin yerə Şəki ŞRPŞ-nin digər polis əməkdaşları gəlmiş və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolu imzalamışdır. Bundan sonra isə Şəki RMXnın X15 avtomobili ilə X10 yerləşdirilmişdir. O, etdiyi hərəkətdən peşmandır, əməlinin ictimai təhlükəliyini dərk etməmiş, özünün ictimai fəal şəxs olduğunu, bütün ömrü boyu qanunlara riayət etdiyini, yaşının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Şöbə rəhbərliyi COVİD-19 testinin pozitiv olan, Şəki rayon sakinlərinin karantin qaydalarına riayət edilməsinə nəzarət edilməsi barədə göstəriş vermişdir. Həmin göstəriş ilə əlaqədar test nəticəsinin pozitiv çıxan şəxslərin siyahısı üzrə onların mobil nömrələrinə zəng edib karantin qaydalarına əməl edib-etməməsi, həmçinin bir sıra hallarda isə yaşadıqları evə getməklə müvafiq yoxlamalar keçirmişlər. 30 mart 2021-ci il tarixdə Şəki şəhər ərazisində xidmətdə olan zaman Şəki ŞRPŞ-nin X6 rayon Baş Göynük kənd sakini Təqsirləndirilən şəxs COVİD-19 virusuna yoluxmasına baxmayaraq, yaşadığı evi tərk etməsi barədə və hazırda Şəki RMXnın inzibati ərazisində olması barədə məlumat daxil olmuşdur. Məlumata əsasən Şəki RMX-na getmişdir. Ora getdikdən qısa müddət sonra İstintaq Bölməsinin müstəntiqi Abdulla Xəlilov da həmin əraziyə gəlmişdir. Əvvəllər tanımadığı, iki nəfər şəxsdən “COVİD- 19” test nəticəsinin pozitiv olan şəxsin karantin qaydasını pozaraq yaşadığı evi tərk etməsini görə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi xahiş etmiş və onlar da razılaşmışlar. Bundan sonra ona, hal şahidlərinə və Təqsirləndirilən şəxs Abdulla Xəlilov özünü təqdim edib baxışda iştirak etmək səbəbini, yəni Təqsirləndirilən şəxsi Qurban qızının “COVİD-19” virusunun xəstəsi olduğunu, karantin rejimini pozaraq yaşadığı evi tərk etməsini, Təqsirləndirilən şəxs aşkar olunduğu yerə baxış keçiriləcəyini bildirib baxışda iştiraka dair etirazın olub-olmadığını soruşmuş və etiraz olmamışdır. Bundan sonra isə baxışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə baxışda iştirak edən şəxslərin əvvəllər bir-birlərini tanıyıb tanımaması, aralarında ədavət və düşmənçiliyinin olub-olmaması araşdırılmışdır. Bundan sonra isə müstəntiq Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra aşkar olunduğu yeri, yəni Şəki RMX-nın ərazisində onun nə vaxt “COVİD-19” testini verdiyini, nəticəsinin nə olduğunu, əgər pozitiv çıxıbsa yaşadığı evi tərk etməsinin səbəbini, yaşadığı evin ünvanını, xəstəliyi ilə əlaqədar ona xəbərdarlıq edilib-edilmədiyini, mobil telefonuna bu barədə sms gəlib-gəlmədiyini soruşduqda Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə “COVİD-19” pandemiyası ilə əlaqədar test verdiyini, həmin testinin nəticəsinin 29 mart 2021-ci il tarixdə pozitiv olmasını, bundan sonra isə mobil telefonuna 14 günlük karantin ilə əlaqədar yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq smsinin gəlməsini, yaşadığı evi isə özünü narahat hiss etdiyi üçün X10 yerləşdirilməsi üçün tərk etdiyini bildirib mobil telefonundan xəbərdarlıq sms-ni müstəntiqə təqdim etmişdir. Müstəntiq tərəfindən protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəridir, Şəki şəhər ərazisində yerləşən X8 giriş hissəsindəki postda xidmət edir. 30 mart 2021-ci il tarixdə Şəki şəhərində olan Modul Tipli xəstəxanada xidmətdə olan zaman Niva markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşıb avtomobildə COVİD-19 virusuna yoluxmuş xəstə olduğunu bildirib onu X10 yerləşdirmək istədiklərini bildirmişlər. Xəstənin mobil telefonuna sms gəlib-gəlməməsini soruşduqda mobil telefona gəlmiş sms-i göstərmişlər. Sms-də Təqsirləndirilən şəxs COVİD-19 test nəticəsinin pozitiv olması, yaşadığı evi tərk etməməsi, əgər tərk edərsə məsuliyyət daşıyacağı barədə məlumatlar qeyd edilmişdir. Bundan sonra Növbətçi Hissəyə məruzə etmək üçün bir qədər kənara çəkilmişdir. Avtomobilin sürücüsü Habil isə idarə etdiyi avtomobili ilə Şəki RMX-na tərəf getmişdir. Növbətçi Hissədən həmin şəxsi saxlamağı, aidiyyəti əməkdaşın gəlməsi bildirilmiş və o, həmin şəxsləri saxlayıb COVİD-19 virusuna başqa şəxslərin yoluxmasının qarşısını almaq məqsədilə Şəki RMX-na getmişdir. Avtomobilin xəstəxananın inzibati ərazisində dayandığını görmüşdür. Bundan sonra avtomobili idarə edən şəxsə yaxınlaşıb orada gözləməklərini demişdir. Bir müddət sonra isə Şəki ŞRPŞ-nin aidiyyəti əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 30 mart 2021-ci il tarixdə nəvəsi stoldan yıxılıb qolunu sındırmasına görə onu rengtendən keçirmək üçün Şəki RMX-na aparmışdır. Şəki RMX-nın inzibati həyətində olan zaman bir nəfər polis əməkdaşı yaxınlaşıb özünü təqdim edərək yaxınlıqda bir nəfər şəxsin “COVİD- 19” virusunun nəticəsinin pozitiv çıxmasına baxmayaraq yaşadığı evə tərk etməklə karantin qaydasını pozduğunu, bu məqsədlə keçiriləcək baxışda iştirak etməyi xahiş etmişdir. O da razılaşmış, baxış keçiriləcəyi yerə gəlmişdir. Baxışda iştirak etmək üçün ondan başqa, bir nəfər şəxsdə hal şahidi qismində dəvət edilmişdir. Bundan sonra bir nəfər polis əməkdaşı özünü təqdim edərək Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş-leytenantı Abdulla Xəlilov olduğunu, baxışda iştirak etməyinin səbəbini, yəni yaxınlıqda ağ rəngli Niva markalı avtomobilin sərnişini, əvvəllər tanımadığı, sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs “COVİD-19” virusunun xəstəsi olduğunu, karantin rejimini pozaraq yaşadığı evi tərk etməsini və bu halın polis əməkdaşı tərəfindən müəyyən edilməsini, bu məqsədlə hazırda Təqsirləndirilən şəxs aşkar olunduğu yerə baxış keçiriləcəyini bildirib baxışda iştirakına dair etirazın olub-olmadığını soruşmuş, o və digər hal şahidi, etirazın olmadığını demişlər. Daha sonra müstəntiq Abdulla Xəlilov hüquq və vəzifələri izah edərək Təqsirləndirilən şəxs əvvəllər tanıyıb-tanımadığı, onunla arasında ədavət və düşmənçiliyin olub-olmadığını soruşmuş, o və digər hal şahidi Təqsirləndirilən şəxs tanımadığını, ədavət və düşmənçiliyin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs da onu və digər hal şahidini tanımadığını, arasında ədavət və düşmənçiliyin olmadığını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra aşkar olunduğu yeri, yəni Şəki şəhəri, Z.Əliyeva küçəsində yerləşən RMX-nın inzibati ərazisində bildirib onun nə vaxt “COVİD-19” testini verdiyin, nəticəsinin nə olduğunu, əgər pozitiv çıxıbsa yaşadığı evi tərk etməsinin səbəbini, yaşadığı evin ünvanını, xəstəliyi ilə əlaqədar ona xəbərdarlıq edilib-edilmədiyini, mobil telefonuna bu barədə sms gəlib-gəlmədiyini soruşduqda Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə “COVİD-19” pandemiyası ilə əlaqədar Şəki RMX-da test verdiyini, həmin testinin nəticəsinin “pozitiv” olmasını, bundan sonra isə mobil telefonuna 14 günlük karantin ilə əlaqədar yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq sms-nin gəlməsini, sms-i mobil telefonundan təqdim etdiyini, yaşayış evini səhhətində narahatlıqlar olduğu üçün Modul tipli xəstəxanda müalicəsini davam etdirmək məqsədilə tərk etdiyini bildirmişdir. Bundan sonra isə müstəntiq tərəfindən protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır. Məhkəmə iclasında təqdiq edilməklə ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 30 mart 2021-ci il tarixdə yaxın qohumunu müalicə almağı üçün Şəki RMX-na aparmışdır. Şəki RMX-nın inzibati həyətində olan zaman bir nəfər polis əməkdaşı yaxınlaşıb özünü təqdim edərək yaxınlıqda bir nəfər şəxsin “COVİD-19” virusunun nəticəsinin pozitiv çıxmasına baxmayaraq yaşadığı evə tərk etməklə karantin qaydasını pozduğunu, bu məqsədlə keçiriləcək baxışda iştirak etməyi xahiş etmişdir. O da razılaşmış, baxış keçiriləcəyi yerə gəlmişdir. Baxışda iştirak etmək üçün ondan başqa, bir nəfər şəxsdə hal şahidi qismində dəvət edilmişdir. Bundan sonra bir nəfər polis əməkdaşı özünü təqdim edərək Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis başleytenantı Abdulla Xəlilov olduğunu, baxışda iştirak etməyinin səbəbini, yəni yaxınlıqda ağ rəngli Niva markalı avtomobilin sərnişini, əvvəllər tanımadığı, sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs “COVİD-19” virusunun xəstəsi olduğunu, karantin rejimini pozaraq yaşadığı evi tərk etməsini və bu halın polis əməkdaşı tərəfindən müəyyən edilməsini, bu məqsədlə hazırda Təqsirləndirilən şəxs aşkar olunduğu yerə baxış keçiriləcəyini bildirib baxışda iştirakına dair etirazın olub-olmadığını soruşmuş, o və digər hal şahidi, etirazın olmadığını demişlər. Daha sonra müstəntiq Abdulla Xəlilov hüquq və vəzifələri izah edərək Təqsirləndirilən şəxs əvvəllər tanıyıb-tanımadığı, onunla arasında ədavət və düşmənçiliyin olub-olmadığını soruşmuş, o və digər hal şahidi Təqsirləndirilən şəxs tanımadığını, ədavət və düşmənçiliyin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs da onu və digər hal şahidini tanımadığını, arasında ədavət və düşmənçiliyin olmadığını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra aşkar olunduğu yeri, yəni Şəki şəhəri, Z.Əliyeva küçəsində yerləşən RMX-nın inzibati ərazisində bildirib onun nə vaxt “COVİD-19” testini verdiyin, nəticəsinin nə olduğunu, əgər pozitiv çıxıbsa yaşadığı evi tərk etməsinin səbəbini, yaşadığı evin ünvanını, xəstəliyi ilə əlaqədar ona xəbərdarlıq edilib-edilmədiyini, mobil telefonuna bu barədə sms gəlib-gəlmədiyini soruşduqda Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə “COVİD-19” pandemiyası ilə əlaqədar Şəki RMX-da test verdiyini, həmin testinin nəticəsinin “pozitiv” olmasını, bundan sonra isə mobil telefonuna 14 günlük karantin ilə əlaqədar yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq sms-nin gəlməsini, sms-i mobil telefonundan təqdim etdiyini, yaşayış evini səhhətində narahatlıqlar olduğu üçün Modul tipli xəstəxanda müalicəsini davam etdirmək məqsədilə tərk etdiyini bildirmişdir. Bundan sonra isə müstəntiq X12 Məmmədovaya “Covid 19” xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etməsini, buna görə də ətrafda olan şəxslərə virusunun yayılmasına real təhlükə yaratdığını bildirmişdir. Bundan sonra isə müstəntiq tərəfindən protokol tərtib edilmiş və həmin protokol tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna 29 mart 2021-ci il tarixdə, saat 19:39-da Koronavirus (COVİD-19) ilə bağlı verdiyi analizin nəticəsinin pozitiv olması, yaşadığı ünvanı tərk etməməsi, yaşadığı ünvanı tərk etdiyi halda qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə İTS.GOV.AZ-dan məlumat daxil olmuşdur. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 09 aprel 2021-ci il tarixli, 020-4186-1221 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “COVİD-19” virusuna yoluxduğu və 27 mart 2021-ci il saat 17:20:12dən 10 aprel 2021-ci il saat 17:20:12-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 (TƏBİB) informasiya sistemi tərəfindən 10 aprel 2021-ci il saat 18:57:56-da Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İş üzrə Şəki Rayon Mərkəzi X7 Şəxsin 06 aprel 2021-ci il tarixli, 460 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 27 mart 2021ci il tarixdə COVİD-19 yaxması götürülmüş, 29 mart 2021-ci il tarixdə verdiyi yaxmanın nəticəsi (+) pozitiv olması təsdiqlənmişdir. 30 mart 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs karantin qaydasını pozaraq yaşadığı evi tərk etməsi, ünvan 2 ünvanında yerləşən Şəki RMX X17 inzibati ərazisində saxlanılmışdır. 11 iyun 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CMnin 139-1.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Mərkəzi X7 Şəxsin 07 aprel 2021-ci il tаrixli, 469 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki RMX-nin Narkoloji kabinetində qeydiyyatda deyil. Şəki Rayon Psixiatriya Xəstəxanasının 01 aprel 2021-ci il tаrixli, 442 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində deyil. DİN-in BƏSİİ-dən daxil olmuş 12 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd İcra Nümayəndəliyi tərəfindən təqdim olunmuş 21 aprel 2021-ci il tarixli, 571 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Baş Göynük kəndində yaşayır. Baş Göynük kənd 2 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, o, yeni növ koronovirus (COVİD-19) infeksiyasına yoluxduğu və bu barədə məlumatlandığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq, təcrid olunduğu yaşayış evindən çıxaraq yoluxmuş olduğu yeni növ korovavirus (COVİD-19) xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs COVİD-19 virusu aşkar olunduğu tarixdən etibarən olduğu yer üzrə təcrid olunmalı olduğu barədə məlumat mobil telefonuna sms göndərməklə verilmişdir. Ümumiyyətlə korovavirus (COVİD-19) xəstəliyin yayılması ilə bağlı məlumatlar hər gün mediada işıqlandırıldığından və gündəmdə olduğundan təqsirləndirilən şəxsin təcrid olunmalı olduğunu və insanların arasında olduğu zaman maskadan istifadə etsə belə başqa şəxsləri yoluxdurması təhlükəsinin real olduğunu bilməməsi ağlabatan hesab edilmir. Bir sözlə məhkəmə Təqsirləndirilən şəxs xəstə olduğunu bildiyi və təcrid olunma ilə bağlı xəbərdarlıq edildiyi halda sağlam insanla evdən çıxması yoluxdurma üçün real təhlükə mənbəyi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 139-1.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs virusa yoluxduğunu bilə-bilə təcrid olunduğu evdən çıxmaqla və sağlam insanla eyni avtomobildə getməklə xəstəliyin yayılmasına real təhlükə yaratsa da, o, insanların sıx toplaşdığı yerə yox, məhz məcburiyyətdən xəstəxanaya getmişdir. Bundan başqa evdən çıxdığı müddətdə tibbi maskadan istifadə etməsi və nəticə etibarilə kimsəni yoluxdurmaması da cəza təyin olunarkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CMnin 59.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yuxarıda qeyd olunanlarla yanaşı, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını, yaşını, müəllim olmasını və iş yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ cərimə və azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə haqda iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-67/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-67/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver