Məhkəmə qərarları › İş №1(075)-68/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-68/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-68/2022 07.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, X16 qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Zərərçəkmiş şəxs, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirаkları ilə xx.xx.1988-ci il tarixdə Ağdam rayonu Boyəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, natamam orta təhsilli, himayəsində iki azyaşlı övladı olan, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1806/2022 saylı qərarı ilə məhkum olunmuş, Ağdam rayonunun Boyəhmədli kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla ünvan 1 ünvan yaşamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1806/2022 saylı qərarı ilə qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, qəsdən, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid5 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, cəmi 18000 manat pul müqabilində sonuncunun qızı Şahid4 Şəki regional «Asan xidmət» mərkəzində məlumat bürosunun əməkdaşı, kürəkəni Şahid1 isə Şəki regional «Asan xidmət» mərkəzində nəzarətçi işinə düzəlmələrinə köməklik göstərəcəyi barədə Zərərçəkmiş şəxs uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək aldadıb vahid niyyətlə, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən Şəki rayon filialı vasitəsi ilə köçürmə yolu ilə göndərdiyi 4000 (dörd min) manat məbləğində pulunu, xx.xx.2019-cu il tarixdə Mingəçevir regional «Asan xidmət» Mərkəzində 4000 (dörd min) manat məbləğində pulunu, xx.xx.2019-cu il tarixdə Şəki regional «Asan xidmət» Mərkəzində 10000 (on min) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 18000 (on səkkiz min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Şahid5 tanıyır, Şahid5 onun yaşadığı Mingəçevir şəhərində qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış massivində yaşadığı binanın qonşuluğundakı binada yaşayır. O, Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs Şahid5 qohumudur və o, Zərərçəkmiş şəxs ilə Şahid5 vasitəsi ilə 2019-ci ilin sentyabr ayında tanış olmuşdur. Mingəçevir Asan Xidmət Mərkəzinin Notarius bölümündə Şahid5 ilə borc müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən 1 (bir) ay müddətinə geri qaytarmağı şərti ilə Şahid5 10000 (on min) manat məbləğində pulu borc olaraq almışdır. O, Şahid5 ya həmin 10000 (on min) manat məbləğində puldan əlavə olaraq ona daha 20000 (iyirmi min) manat məbləğində pul lazım olduğunu bildirib, Muşabədən ona borc olaraq 20000 (iyirmi min) manat məbləğində pul verməsini xahiş etmiş, Muşabə özündə həmin məbləğdə pul olmadığını, lakin, ona kömək etmək üçün tanışlarından maraqlanacağını demişdir. Həmin ərəfədə Muşabə onun mobil telefonuna zəng edib, qohumu olan Kəmalə adlı şəxsin ona borc pul verə biləcəyini, Kəmalə adlı qoumunun özünün ona zəng edəcəyini demişdir. Səhəri gün Kəmalə ona zəng edib, Muşabənin xahişinə görə ona borc pul verə biləcəyini bildirmiş, telefon danışığı zamanı gəldikləri razılığa əsasən, o, Bakı şəhərində olduğuna görə Kəmalə Kapitalbank bankı vasitəsi ilə pul köçürmə yolu ilə ona 4000 (dörd min) manat məbləğində pul göndərməli, o, xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhərinə getdikdə isə Kəmalə ilə orada görüşməli və Kəmalə ona Mingəçevir şəhərində notariat qaydasında bağlanılmış müqavilə ilə daha 4000 (dörd min) manat məbləğində pul verməli idi. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib, Kapitalbank bankı vasitəsi ilə pul köçürmə yoluyla onun adına 4000 (dörd min) manat məbləğində pul göndərdiyini bildirmiş və o, Kapitalbankın Bakı şəhərində 28 May metrostansiyasının yaxınlığında yerləşən ofisindən həmin 4000 (dörd min) manat məbləğində pulu götürmüş və Zərərçəkmiş şəxs zəng edərək bu haqda məlumat vermişdir. xx.xx.2019-cu il tarixdə o, Mingəçevir Asan Xidmət Mərkəzinə getmiş, orada foyedə Zərərçəkmiş şəxs ilə Şahid5 ilə görüşmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs və Şahid5 ilə birlikdə Mingəçevir Asan Xidmət Mərkəzinin Notarius bölümünə müraciət etmiş və notariat qaydasında təsdiq edilmiş borc müqviləsi ilə Zərərçəkmiş şəxs 4000 (dörd min) manat məbləğində pulu borc olaraq almışdır. xx.xx.2019-cu il tarixdə əvvəlcədən gəldikləri razılığa əsasən, o, Kamalə Rəfiyeva ilə Şəki Asan Xidmət Mərkəzində görüşmüşlər. Həmin vaxt Kəmalənin yanında Kəmalənin ona kürəkəni olaraq təqdim etdiyi şəxsiyyəti ona sonradan məlum olan Şahid1 da olub. Bundan sonra onlar üçlükdə notarius bölümünə müraciət etmiş və o, notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə Zərərçəkmiş şəxs 10000 (on min) manat məbləğində pulu borc olaraq almışdır. Zərərçəkmiş şəxs ilə aralarında gəldikləri razılığa əsasən o, Kəmaləyə olan bütün borcunu, yəni 18000 (on səkkiz min) manat məbləğində pul borcumu ən geci 2 (iki) ay müddətində ödəməli idi. Lakin, həmin dövrdə o, Bakı şəhərində restoran işlədib və işləri yaxşı getmədiyinə görə lazımı məbləğdə pul toplayıb, Zərərçəkmiş şəxs olan 18000 (on səkkiz min) manat məbləğində pul borcunu 2 (iki) ay müddətində geri qaytara bilməmişdir. 2020-ci ilin yanvar ayında telefon danışığı zamanı o, Zərərçəkmiş şəxs bildirmişdir ki, işləri pis getdiyindən 18000 (on səkkiz min) manat məbləğində pulu toplaya bilmədiyinə görə ona olan borcunu vaxtında qaytara bilməmişdir və borcunu qaytarmaq üçün ona bir az daha vaxt lazımdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona qızını və kürəkənini işə düzəltmək istədiyini, buna görə də pul lazım olduğunu bildirərək ona verdiyi 18000 (on səkkiz min) manat məbləğində pulu geri qaytarmağını xahiş etdikdə, o, Zərərçəkmiş şəxs bildirmişdir ki, Kəmalənin qızının və kürəkəninin işə düzəlmələri ilə bağlı kömək edə bilər. Əslində onun niyəti işə adam düzəltmək olmamışdır. O, bunu borcu qaytarmaq üçün bir az vaxt qazanmaq üçün demişdir. Bundan sonra xatırlamadığı tarixdə telefon danışığı zamanı o, Zərərçəkmiş şəxs işə düzəltmək istədiyi qızını və kürəkənini işə düzəlmələri ilə bağlı zəruri olduğundan tibbi müayinədən keçmələri üçün Bakı şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Hospitalına getmələrini və özünün də həmin vaxt orada olacağını bildirmişdir. 2020-ci ilin yanvar ayında əvvəlcədən telefon danışığı zamanı gəldikləri razılığa əsasən o, Daxili İşlər Nazirliyinin Hospitalının qarşısında Kəmalə ilə görüşmüşdür. Kəmalənin yanında Kəmalənin qızı Şahid4 və Şahid1 da olub. Bundan sonra dördlükdə hospitala daxil olub və həmin hospitalda Şahid4 və Şahid1 müayinə olunmuşdurlar. Muayinənin nəticələri səhəri gün bəlli olduğundan o, Kəmalə ilə razılaşmışlar ki, Kəmalə qızı Ayşən və kürəkəni Bəhlul ilə birlikdə Şəki rayonuna qayıtsın, müayinələrin nəticələrini isə səhəri gün o, özü götürsün. O, DİN-in Hospitalından müayinənin nəticələrini götürmüş və müayinələrin nəticələrini götürən zaman həmin müayinə nəticələrini ona təqdim edən şəxs ona bildirmişdir ki, müayinənin nəticələrinə əsasən Şahid4 və Şahid1 sağlamlığında hazırda nə olmasını dəqiq xatırlamadığı problemlər var və buna görə də onlar işə düzələ bilməzlər. O, zəng edərək Zərərçəkmiş şəxs qızı Ayşənin və kürəkəni Bəhlulun sağlamlıqlarında problemlər olduğuna görə Şəki Asan Xidmət Mərkəzinə işə düzəlmələrinin mümkün olmamasını, həmçinin, yaxın zamanda ona olan 18000 (on səkkiz min) manat məbləğində pul borcunu geri qaytaracağını bildirmişdir. Bundan sonra isə pulu olmadığına görə Zərərçəkmiş şəxs olan 18000 (on səkkiz min) manat məbləğində pul borcunu nə ümumilikdə, nə də bir qismini geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs də ondan şikayət etmişdir. O, Zərərçəkmiş şəxs ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində pulu borc olaraq almış və Zərərçəkmiş şəxs həmin pulu alan zaman Kəmaləyə qızı Şahid4 və kürəkəni Şahid1 Şəki Asan Xidmət Mərkəzinə və ya başqa yerə işə düzəltməyi vəd etməmişdir. O, Zərərçəkmiş şəxs 18000 (on səkkiz min) manat məbləğində pulu borc olaraq aldıqdan bir müddət sonra Kəmaləyə borcunu ödəyə bilmədikdə, vaxt udmaq məqsədi ilə Kəmaləyə qızını və kürəkənini işə düzəltməyə çalışacağını yalandan vəd etmişdir. 18000 (on səkkiz min) manat məbləğində pulu Zərərçəkmiş şəxs almaqda məqsədi həmin dövrdə işlətdiyi “Sarf” və “Qədim Bakı” restoranlarının kirayə pullarını ödəmək idi. Ziyanın bir qismini, yəni 4000 manatını zərərçəkmiş şəxsə ödəmiş, qalan hissəsini də az-az ödəyəcəkdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, qızı Şahid4 könüllü olaraq Şəki Asan Xidmət Mərkəzinə müraciət edərək orada işləməyə başlamış, könüllülüyün müddəti isə təxminən 1-2 ay olmuşdur. Böyük qızı Aygün Mustafayevanın əri Şahid1 isə orta təsillidir və heç bir yerdə işləmir. 2019-cu ilin sentyabr ayının sonlarında Mingəçevir şəhərində yaşayan baldızı Şahid5 ona zəng edərək Aygünün səhhəti ilə maraqlanmış, telefon danışığı zamanı Muşabə ona demişdir ki, öz oğlu X13 Xidmət Mərkəzinə işə düzəldirlər. O, Muşabədən kimin vasitəsi ilə oğlunu işə düzəltdiyini soruşduqda, Muşabə ona demişdir ki, Azəri işə düzəldən qadının adı Elnarədir və Elnarə ilə eyni qaçqın qəsəbəsində yaşayır. Muşabə ona demişdir ki, Elnarənin nömrəsini ona mesajla göndərəcək, özü Elnarə ilə danışsın. O, istifasində olan ***-***-**-** saylı nömrədən Elnarəyə zəng vuraraq Muşabənin qohumu olduğunu, nömrəni də Muşabənin verdiyni bildirib, qızı və kürəkənini Şəki Asan Xidmət Mərkəzinə işə düzəltmək istədiyini dedikdə, Elnarə ona demişdir ki, bu işdə ona köməklik göstərə bilər. Elnarə telefon danışığı zamanı ona demişdir ki, qızını və kürəkənini Asan xidmətə işə düzəltməsi üçün ona 18000 (on səkkiz min) manat pul verməlidir. Bundan bir neçə gün sonra Elnarə zəng edib, lazımı şəxslərlə danışdığını və Şəki Asan Xidmət Mərkəzində boş iş yeri olduğunu bildirib, özünün Bakı şəhərində olması səbəbindən 18000 (on səkkiz min) manat məbləğində pulu ona göndərməyini xahiş etmiş, həmin zaman o, Elnarəyə özündə həmin məbləğdə pul olmadığına görə həmin pulu ona hissə-hissə verə biləcəyini bildirdikdə, Elnarə onunla razılaşmışdır. Bundan iki gün sonra, yəni, xx.xx.2019-cu il tarixdə 4000 (dörd min) manat məbləğində pulu X17 şəhər filialından pul köçürmə yolu ilə Təqsirləndirilən şəxs qıznın adına olmaqla Elnarəyə göndərmiş, Elnarə isə bir qədər sonra zəng edib, göndərdiyi həmin pulu qəbul etdiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Elnarə zəng edib, ona işi qismən həll etdiyini, tam həll etmək üçün verməli olduğu puldan daha 4000 (dörd min) manat məbləğində pulu Mingəçevir şəhərinə aparıb orada verməli olduğunu bildirmişdir. xx.xx.2019-ci ildə evlər idarəsinə müraciət edərək Elnarənin tapşırığına əsasən Ayşən və Bəhlul üçün arayış almışdır, hər birinin 2 ədəd fotoşəkilini götürərək Mingəçevir şəhərinə getmişdir və Migəçevir şəhər Avtovağzalında Müşabə ilə görüşüb birlikdə Mingəçevir Asan Xidmət Mərkəzinə gedib, foyedə gözləmişdirlər. Orada bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs da həmin yerə gəlmiş və onlarla görüşmüşdür. O, həmin vaxt ilk dəfə Təqsirləndirilən şəxs ilə görüşmüş, həmin vaxt əvvəlcədən özü ondan istədiyinə görə o, baldızı Muşabənin yanında Təqsirləndirilən şəxs qızı Ayşənin və kürəkəni Bəhlulun şəxsiyyət vəsiqələrinin surətlərini, yaşayış yerləri haqqında arayışlarını, fotoşəkillərini, həmçinin qızı Ayşənin diplomunun surətini və kürəkəni Bəhlulun hərbi biletinin surətini vermişdir. Bundan sonra onlar üçlükdə Mingəçevir Asan Xidmət Mərkəzinin notarius bölümünə müraciət etmiş və o, baldızı Muşabənin yanında notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə qızını və yeznəsini işə düzəltməsi üçün Təqsirləndirilən şəxs daha 4000 (dörd min) manat məbləğində pul vermişdir. xx.xx.2019-cu il tarixdə Elanarə zəng edib, ona işlə bağlı verməli olduğu pulun yerdə qalan 10000 (on min) manat məbləğində hissəsini də Şəki şəhərinə gəlib götürmək istədiyini bildirmiş və o, razılığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə əvvəlcədən gəldikləri razılığa əsasən o, kürəkəni Bəhlul ilə birlikdə Şəki Asan Xidmət Mərkəzinin qarşısına gedib, orada Təqsirləndirilən şəxs ilə görüşmüş, sonra üçlükdə Şəki Asan Xidmət Mərkəzinə girib, notarius bölümünə müraciət etmiş və o, kürəkəni Bəhlulun yanında notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə qızını və yeznəsini işə düzəltməsi üçün Təqsirləndirilən şəxs daha 10000 (on min) manat məbləğində pul vermişdir. xx.xx.2020-ci il tarixdə Elnarə ona zəng edib, qızını və kürəkənini işə düzəlmələri ilə bağlı müayinə olunmaları üçün Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə o, qızını və kürəkənini də götürüb Bakı şəhərinə getmiş, həmin gün Daxili İşlər Nazirliyinin Hospitalının qarşısında Elnarə ilə görüşüb, dördlükdə hospitala daxil olmuş və həmin hospitalda qızı ilə kürəkəni müayinə olunmuşdurlar. Elnarə onlara müayinənin nəticələrini özü qəbul edib, lazımı şəxsə verəcəyini bildirmiş və onlar üçlükdə yenidən Şəki şəhərinə qayıtmışdırlar. Həmin vaxtdan ötən müddət ərzində o, dəfələrlə Təqsirləndirilən şəxs zəng edərək işlə bağlı maraqlansa da, Elnarə hər dəfə ona işin tezliklə düzələcəyini, düzəlməyəcəyi təqdirdə pulunu qaytaracağını bildirmiş, lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs nə ondan aldığı pulu geri qaytarmış, nə də işini həll etmişdir. Onun Təqsirləndirilən şəxs verdiyi ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində pulun hamısı özünə məxsusdur. Həmin pulun 5500 (beş min beş yüz) manatını qohumu Şahid2 Ağaəli oğlundan borc almışdır, həmin pulun yerdə qalan 12500 (on iki min beş yüz) manatını isə özü ev almaq üçün toplamışdır. Təqsirləndirilən şəxs onun pulunu ələ keçirməsi nəticəsində ona ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində maddi ziyan dəymişdir. Müqavilədə pulun verilməsinin əsası borc kimi göstərilsədə, əslində o, 18 min manat pulu qızı Ayşəni və kürəkəni Bəhlulu ASAN xidmətdə işə düzəltmək üçün vermişdir. Qeyd etdiyi kimi pulun bir hissəsini qohumu Şahid2 almışdır. Belə ki, o, Samirdən borc istəmiş, Samir də evlərində ona 5500 manat borc vermişdir. Sonda Təqsirləndirilən şəxs ziyanın bir qismini, yəni 4000 manat hissəsini ödədiyini, qalanını da hissə-hissə ilə ödəyəcəyinə görə razılaşdıqlarını, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsin iki azyaşlı övladının olmasını nəzərə alınmasını və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə xalası Zərərçəkmiş şəxs ona zəng edib, özünə pul lazım olduğunu bildirib, ona 5500 (beş min beş yüz) manat pulu borc olaraq verə bilib-bilməyəcəyini soruşmuş və həmin zaman o, Kəmaləyə həmin məbləğdə borc pul verə biləcəyini bildirib Kəmalədən pulu götürməyi üçün evlərinə gəlməsini xahiş etmiş, bir qədər sonra xalası Kəmalə onlara gəlmişdir. Onlar evdə ikilikdə söhbət edərkən xalası Kəmalə ondan həmin 5500 (beş min beş yüz) manat pulu borc olaraq istəyən zaman o, Kəmalədən həmin pulu borc istəməsinin səbəbini soruşduqda Kəmalə ona demişdir ki, kürəkəni Bəhlulu və qızı Ayşəni işə düzəltmək qərarına gəlmişdir. Kəmalənin baldızı Muşabə vasitəsi ilə tanıdığı Elnarə adlı şəxslə kürəkəni Bəhlulu və qızı X20 Xidmət Mərkəzinə işə düzəltmək üçün Elnarə ilə ümumilikdə 18000 (on səkkiz min) manata razılaşmışlar. Kəmalə Elnarəyə 18000 (on səkkiz min) manat məbləğində pul verməli olsa da, cəmi 12500 (on iki min beş yüz) manat pulu var. Buna görə də həmin puldan çatışmayan 5500 (beş min beş yüz) manat pulu borc almaq qərarına gəlib. Həmin vaxt xalası Zərərçəkmiş şəxs ondna qızını və kürəkənini işə düzəltməsi üçün Elnarəyə verməyindən ötrü 5500 (beş min beş yüz) manat pulu borc verməyini xahiş etmiş və həmin borcunu ən qısa müddətdə geri verəcəyini bildirmişdir. Bu zaman o, əvvəlcədən telefon danışığı zamanı gəldikləri razılığa görə 5500 (beş min beş yüz) manat məbləğində pulu xalası Zərərçəkmiş şəxs vermiş və xalası Zərərçəkmiş şəxs həmin pulu götürüb getmişdir. Həmin vaxtdan bir müddət sonra o, xalası Zərərçəkmiş şəxs eşitmişdir ki, Elnarə adlı şəxs xalasının qızı Ayşəni və kürəkəni X19 Xidmət Mərkəzinə iş düzəltmək adı ilə xalasından 18000 manat məbləğində pul almış, lakin, nə onları işə düzəltmiş, nə də pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında qayınanası Zərərçəkmiş şəxs ona demişdir ki, baldızı Şahid4 və onu işə düzəltmək qərarına gəlmiş, baldızı Şahid5 vasitəsi ilə tanıdığı Elnarə ilə Ayşəni və onu Şəki Asan Xidmət Mərkəzinə işə düzəltməyə görə ümumilikdə 18000 (on səkkiz min) manata razılaşmışlar. xx.xx.2019cu il tarixdə qayınanası Zərərçəkmiş şəxs ona demişdir ki, xx.xx.2019-cu il tarixdə 4000 (dörd min) manat məbləğində pulu X17 şəhər filialından pul köçürmə yolu ilə onları işə düzəldəcək Təqsirləndirilən şəxs qıznın adına göndərmişdir. İndi isə 4000 (dörd min) manat məbləğində pul da vermək üçün Mingəçevir şəhərinə getməli, gədən zaman onun bəzi sənədlərinin surətlərini də özü ilə aparıb, Elnarəyə verməlidir. Həmin zaman o, Zərərçəkmiş şəxs öz şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yeri haqqında arayışını, fotoşəkilini və hərbi biletinin surətini də vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs onlarda olduğu zaman demişdir ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhərinə getmiş, Mingəçevir Asan Xidmət Mərkəzində notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə onu və Ayşəni işə düzəltməsi üçün Təqsirləndirilən şəxs daha 4000 (dörd min) manat məbləğində pul, həmçinin, onun və Ayşənin sənədlərinin surətlərini vermişdir. xx.xx.2019cu il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib səhəri gün pul vermək üçün Şəki Asan Xidmət Mərkəzində Elnarə ilə görüşəcəyini bildirib, onun da özü ilə birlikdə getməyini xahiş etmiş və o, razılığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında əvvəlcədən gəldikləri razılığa əsasən o, Zərərçəkmiş şəxs ilə birlikdə Şəki Asan Xidmət Mərkəzinin qarşısına gedib, orada Təqsirləndirilən şəxs ilə görüşmüş, onlar üçlükdə Şəki Asan Xidmət Mərkəzinə girib, notarius bölümünə müraciət etmiş və Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə 10000 (on min) manat məbləğində pul vermişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib demişdir ki, Elnarə ona zəng edib, Ayşəni və onu işə düzəlmələri ilə bağlı müayinə olunmaq üçün Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə əvvəlcədən gəldikləri razılığa əsasən o və baldızı Ayşən qayınanası Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə getmişlər. Həmin gün Daxili İşlər Nazirliyinin Hospitalının qarşısında Elnarə ilə görüşüb, xəstəxanada baldızı Ayşən və o, müayinə olunmuşdurlar. Bundan sonra Elnarə onlara müayinənin nəticələrini özü qəbul edib, lazımı şəxsə verəcəyini bildirmiş və onlar üçlükdə yenidən Şəki şəhərinə qayıtmışdırlar. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs nə Zərərçəkmiş şəxs aldığı pulu geri qaytarmış, nə də işilərini həll etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında anası Zərərçəkmiş şəxs yaşadıqları ünvanda söhbət edən zaman ona danışmışdır ki, bacısının əri Şahid1 və onu işə düzəltmək qərarına gəlmiş, bu haqda Mingəçevir şəhərində yaşayan bibisi Şahid5 onunla olan telefon danışığı zamanı danışdıqda Muşabə ona tanışı olan Elnarə adlı şəxsin Şahid1 və onu işə düzəltməkdə kömək edə biləcəyini demiş, Muşabədən Elanrə adlı şəxsin mobil telefonunun nömrəsini götürüb, həmin nömrəyə zəng edib, Elnarə adlı şəxslə danışan zaman X11 Mustafayevi və onu Şəki Asan Xidmət Mərkəzinə işə düzəltmək istədiyini bildirdikdə, Elnarə bu işdə kömək edə biləcəyini və onu Şəki Asan Xidmət Mərkəzində məlumat bürosunun əməkdaşı, Şahid1 isə nəzarətçi vəzifəsinə işə düzəltməsi üçün Elnarəyə ümumilikdə 18000 (on səkkiz min) manat pul verməli olduğunu bildirmiş, anası isə razılığını bildirmişdir. Həmin vaxt anası ona demişdir ki, Elnarəyə 18000 (on səkkiz min) manat pul verməli olsa da, özündə cəmi 12500 (on iki min beş yüz) manat pul var. Həmin pul da ev almaq üçün yığdıqları puldur. Elnarəyə verəcəyi puldan çatışmayan 5500 (beş min beş yüz) manat pulu isə xalasının oğlu Samirdən borc almaq qərarına gəlib. Elə həmin zaman da anası Zərərçəkmiş şəxs onun yanında xalasının oğlu Şahid2 zəng edib, Samirə pula ehtiyyacı olduğunu bildirib, ona 5500 (beş min beş yüz) manat pulu borc olaraq verə bilib-bilməyəcəyini soruşmuş, anasının danışığından Samirin anasına borc pul verməyə razılıq verdiyini anlamışdır. Anası telefon danışığını bitirdikdən sonra ona bildirmişdir ki, Samir ona 5500 (beş min beş yüz) manat məbləğində borc pul verə biləcəyini bildirib və onu pulu götürməyindən ötrü evlərinə çağırıb. Bundan sonra anası Samirgilə getmişdir. Bir neçə saat sonra anası Kəmalə yaşadıqları evə qayıtdıqda, ona bildirmişdir ki, Samirlə görüşüb və Samirə həmin məbləğdə pula onu və bacısının əri Bəhlulu işə düzəltmək üçün ehtiyyacı olduğunu bildirib, Samir də borc olaraq 5500 (beş min beş yüz) manat məbləğində pulu ona verib. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə axşam saatlarında evlərində söhbət etdikləri vaxt anası Zərərçəkmiş şəxs ona danışmışdır ki, onu və Şahid1 işə düzəltməsindən ötrü həmin gün, yəni xx.xx.2019-cu il tarixdə 4000 (dörd min) manat məbləğində pulu X17 şəhər filialından pul köçürmə yolu ilə onları işə düzəldəcək Təqsirləndirilən şəxs qıznın adına göndərib, səhəri gün isə daha 4000 (dörd min) manat məbləğində pulu da vermək üçün Mingəçevir şəhərinə getməli, gədən zaman isə onun bəzi sənədlərinin surətlərini də özü ilə aparıb, Elnarəyə verməlidir. xx.xx.2019-cu il tarixdə anası Mingəçevir şəhərinə getmiş, həmin gün axşam saatlarında evə qayıtdıqdan sonra anası Zərərçəkmiş şəxs ona danışmışdır ki, həmin gün Mingəçevir Asan Xidmət Mərkəzində notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə onu və Şahid1 işə düzəltməsi üçün Təqsirləndirilən şəxs daha 4000 (dörd min) manat məbləğində pul, həmçinin, onun və Şahid1 sənədlərinin surətlərini vermişdir. xx.xx.2019-cu il tarixdə anası Zərərçəkmiş şəxs ona işlə bağlı pul vermək üçün Şəki Asan Xidmət Mərkəzində Elnarə ilə görüşəcəyini bildirib, evdən çıxıb getmişdir. Həmin gün axşam saatlarında yaşadıqları evə gəldikdən sonra anası Zərərçəkmiş şəxs ona danışmışdır ki, həmin gün Şahid1 ilə birlikdə Şəki Asan Xidmət Mərkəzinin qarşısına gedib, orada Elnarə ilə görüşmüş, sonra onlar üçlükdə Şəki Asan Xidmət Mərkəzinə girib, notarius bölümünə müraciət etmiş, onun və Şahid1 işə düzəlməsi üçün Elnarəyə notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə 10000 (on min) manat məbləğində pul vermişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə anası Zərərçəkmiş şəxs ona demişdir ki, Elnarə zəng edib, Şahid1 və onu işə düzəlmələri ilə bağlı müayinə olunmaqları üçün Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə əvvəlcədən gəldikləri razılığa əsasən, o və Şahid1 anası Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə yola düşmüşdürlər. Həmin gün Daxili İşlər Nazirliyinin Hospitalının qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb, dördlükdə xəstəxanaya daxil olmuş və həmin hospitalda Şahid1 və o, müayinə olunmuş, sonra Elnarə onlara müayinənin nəticələrini özü qəbul edib, lazımı şəxsə verəcəyini bildirmiş və onlar üçü yenidən Şəki şəhərinə qayıtmışdırlar. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs nə anası Zərərçəkmiş şəxs aldığı pulu geri qaytarmış, nə də işlərini həll etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə və Şahid4 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında qohumu Zərərçəkmiş şəxs zəng edib, ona qızı Şahid4 və digər qızının əri Şahid1 işə düzəltmək qərarına gəldiyini bildirib, bu işdə ona kömək edə biləcək tanışı olub-olmadığını soruşduqda, o, Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan və tanışı olan Elnarə adlı şəxsin onun qızı Ayşəni və kürəkəni Bəhlulu işə düzəltməkdə kömək edə biləcəyini bildirərək, bu haqda Elanrə adlı tanışı ilə məsləhətləşəcəyini bildirmişdir. Bundan sonra o, Elnarəyə zəng edib, bu haqda danışıb, Elnarə ona Kəmalənin qızı və kürəkənini işə düzəldə biləcəyini demişdir. Daha sonra o, Kəmaləyə zəng edib, Kəmaləyə Elnarənin mobil telefonunun nömrəsini verib. Daha sonra Kəmalə ona demişdir ki, Elnarə ilə qızı Ayşəni və kürəkəni X19 Xidmət Mərkəzinə işə düzəltməyə görə ümumilikdə 18000 (on səkkiz min) manata razılaşmışlar. 4000 manatını artıq Elnarəyə vermiş, verməli olduğu puldan daha 4000 (dörd min) manatını isə Mingəçevir şəhərində Elnarəyə verməlidir. X18 Xidmət Mərkəzinin yerini tanımadığına və Elnarəni heç vaxt görmədiyindən Elnarəni də üzdən tanımadığına görə Mingəçevir şəhərinə gəldiyi vaxt onunla görüşüb, onu Asan Xidmət Mərkəzinin qarşısına aparıb, orada Elnarə ilə görüşdürməyini xahiş etmiş və o da razılığını bildirmişdir. Bundan bir neçə saat sonra o, Mingəçevir şəhər Avtovağzalında Kəmalə ilə görüşmüş və birlikdə Minigəçevir Asan Xidmət Mərkəzinə gedib foyedə əyləşmiş, orada bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs da Minigəçevir Asan Xidmət Mərkəzinə gəlmiş və onlarla görüşmüşdür. Kəmalə özü ilə gətirdiyi adlarını bilmədiyi sənədləri Elnarəyə vermişdir. Elnarə həmin sənədləri götürüb çantasına qoyduqdan sonra onlar üçlükdə Mingəçevir Asan Xidmət Mərkəzinin notarius bölümünə müraciət etmişdirlər. Kəmalə onun yanında notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə qızını və yeznəsini işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul vermişdir. Daha sonra isə onlar Mingəçevir Asan Xidmət Mərkəzindən çıxıb ayrılmışdırlar. Bütün bunlardan bir müddət sonra o, Kəmalədən öyrənmişdir ki, Kəmalə Elnarəyə onun yanında verdiyi puldan əlavə Şəki Asan Xidmət Mərkəzində notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə qızını və yeznəsini işə düzəltməsi üçün daha 10000 (on min) manat məbləğində pul verib. Ümumilikdə isə Kəmalə qızını və yeznəsini işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 18000 (on səkkiz min) manat məbləğində pul verib. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl edərək Kəmalənin qızı Ayşəni və kürəkəni Bəhlulu işə düzəltməyib. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qəbzdən və köçürmə haqqında bildirişdən görünür ki, həqiqətən də qeyd edilən tarixdə Zərərçəkmiş şəxs Kapitalbank ASC-nin Şəki rayon filialından Təqsirləndirilən şəxs adına 4000 (dörd min) manat məbləğində pul göndərmişdir. İş materiallarına əlavə edilmiş X5 təqdim etdiyi diskə xx.xx.2021 -ci il tarixli “təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X6 təqdim etdiyi 01 ədəd DVD disk “Fujitsu” markalı noutbuka qoşuldu, həmin DVD diskin yaddaşına daxil olduqda adı “AUD-20201122-WA0Q33* və “AUD-20201021-WA0005” şəklində qeyd olunmuş 02 (iki) ədəd səs yazısına dair fayl aşkar olundu. “AUD-20201122- WA0033” fayluıdakı 05 dəqiqə 34 saniyə müddəti olan səs yazısının dinlənilməsi zamanı həmin səs yazısında iki nəfər qadın olmaqla danışan şəxslərin əhəmiyyət kəsb edə biləcək dialoqları aşağıdakı kimidir. İ dialoq: - Nə oldu ? Getdin ? Danışdın ? Nə dedilər ? - Xala Nüşabənin pulu 12-si veriləcək, sənin amma uşaqlarının işini verəcək, ayın 15ə qədər verəcək. Deyir ki, ayın 12-si gəl Nüşabənin pulunu götür apar ver... Onun işi heç alına mümkün deyil. O birisilərin do işin ayın 15-ə kimi təhvil verəcəm. Dedim ki, təhvil verməsəniz onların pulun elə həmin gün mənə verin, o da dedi ki, yox, mən sənə işini deyirəm verəcəm onun... İİ dialoq: -İş istəmirəm bu uşaqlara. -Niyə, xala? İşini düzəldir da sənin. Qoy sənin işini düzəltsin, onun da pulunu qaytarsın versin. Qeyd edilən səs yazısı dinlənilən zaman Zərərçəkmiş şəxs həmin dialoqda “Nə oldu? Getdin? Danışdın? Nə dedilər?” sözlərini özünün dediyini, danışan digər şəxsin isə Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs ona həmişə ondan aldığı pulu başqa şəxsə verdiyini deyərək onu aldatdığını bildirib. Həmçinin, Zərərçəkmiş şəxs bildirib ki, əsl adı Muşabə olan, qohumları və tanışları arasında Nüşabə adı ilə çağırılan şəxs onun qohumudur, Elnarə bir müddət əvvəl Muşabədən də pul aldığına və onları Muşabə tanış etdiyinə görə telefon danışığı zamanı Müşabə haqqında da danışılıb. “AUD-20201021-WA0005” faylındakı 06 dəqiqə 29 saniyə müddəti olan səs yazısının dinlənilinəsi zamanı həmin səs yazısında iki nəfər qadın olmaqla danışan şəxslərin əhəmiyyət kəsb edə biləcək dialoqları aşağıdakı kimidir: - Nə oldu daha bala ? ... - Sizə demişəm, onun üstündə mənə 300-400 manat pul qalıbdır. Mənim təpəmə daş düşsün ki, heç bu işə kaş girişməyəydim. Girişdim, indi nə olub ?! Həmişə gördüyümüz iş idi. Dedim əşi, bu da onunku kimi işdir. Daha da həm mənim üzüm həm qonşu yanında ağ olar, həm də belə iş görən adam kimi dilim uzun olar ki, başqa bir iş də götürürəm. Çünki, mən ancaq pensiya işi görmüşəm. Hamısını dövlət, qanun çərçivəsində, yəni hamısını düzüb-qoşuram mən. Amma siz dediyiniz də dövlət, qanun çərçivəsində, sənin başına dönüm, pulnandır. Pulunu da dedim, verdin. Məndən bircə dənə qaldı ki, gözləmək. Bu qədər də gözlədin. Qeyd edilən səs yazısı dinlənilən zaman Zərərçəkmiş şəxs həmin dialoqda “Nə oldu daha bala?” sözlərini özünün dediyini, digər şəxsin isə Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs ona həmişə ondan aldığı pulu başqa şəxsə verdiyini deyərək onu aldatdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalından daxil olmuş xx.xx.2021-ci il tarixli, 238-2268-1221 nömrəli məktubda göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən halhazıradək Hospitala müraciət etməmiş və qeydiyyatda olmamışdır. Vətəndaş Şahid4 xx.xx.2020-ci il tarixdə Laborator müayinə-qanın ümumi analizindən, Şahid1 isə xx.xx.2021-ci il tarixdə Tibbi Komisiyadan-qanın ümumi analizi və rentgen müayinələrindən keçmişlər. İş materiallarına əlavə edilmiş Şəki regional “ASAN xidmət” mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MİHO/4.1.16-2-2021-38 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs Şəki regional “ASAN xidmət” mərkəzində işləməmiş, onun, həmçinin vətəndaşlar Şahid4 və Şahid1 işə qəbulla əlaqədar olaraq Mərkəzə hər hansı müraciəti daxil olmamışdır. İş materiallarına əlavə edilmiş verilmiş əməliyyat tapşırığının xx.xx.2021-ci il tarixli, 189-8484-1221 nömrəli cavab məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs və ya onun ailə üzvləri ilə Təqsirləndirilən şəxs arasında əvvəllər və ya cari dövrdə borc münasibəti, ədavət və ya düşmənçiliyin olması halı müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həqiqətən də 18000 manat məbləğində pulu alması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdam RMX PHŞ-nin xx.xx.2021-ci il tarixli, 69 nömrəli məktubunda göstərilmişdir ki, Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Ağdam RMX publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş X21 Dispanserinin xx.xx.2021-ci il tarixli, 648 nömrəli məktubundan göstərilmişdir ki, Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs X21 Dispanserində dispanser müşahidəsində deyil. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-114/2022 saylı, 22 iyul 2022-ci il tarixli hökündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.4,310 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək,ona Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 310- cu maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 05 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022 tarixli, 1(103)-1806/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-114/2022 saylı, 22 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci addəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Agır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası , qərara Əsasən Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm verilmiş apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Ağdam rayon İH-nin Boyəhmədli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 06 nömrəli arayışı və xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayır və nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 08 avqust 2016-cı il tarixli 2(063)-859/2016 saylı Ucar Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində 07 oktyabr 2009-cu il təvəllüdlü ruslan adlı və 20 mart 2012-ci il təvəllüdlü Ramin adlı övladları var. İş materiallarına əlavə edilmiş notarual qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Əhməd qızı ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın 4000 manatı ödənmiş, ziyanın qalan hissini ödəməyi təqsirləndirilən şəxs öhdəsinə götürmüşdür. Odur ki, verdiyi mülki iddianı baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid5 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, cəmi 18000 manat pul müqabilində sonuncunun qızı Şahid4 Şəki regional «Asan xidmət» mərkəzində məlumat bürosunun əməkdaşı, kürəkəni Şahid1 isə Şəki regional «Asan xidmət» mərkəzində nəzarətçi işinə düzəlmələrinə köməklik göstərəcəyi barədə Zərərçəkmiş şəxs uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək aldadıb vahid niyyətlə, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən Şəki rayon filialı vasitəsi ilə köçürmə yolu ilə göndərdiyi 4000 (dörd min) manat məbləğində pulunu, xx.xx.2019-cu il tarixdə Mingəçevir regional «Asan xidmət» Mərkəzində 4000 (dörd min) manat məbləğində pulunu, xx.xx.2019-cu il tarixdə Şəki regional «Asan xidmət» Mərkəzində 10000 (on min) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 18000 (on səkkiz min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnаrаq bu sübutlаr istintaq orqanı tərəfindən tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayəti etiraf etməyərək özünü təqsirli bilməməsi barədə ifadəsi həqiqətə uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsinə tənqidi yanaşır və işdə olan digər sübutlarla təkzib edildiyindən mötəbər sübut kimi qiymətləndirmir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs onun səs yazısının sübutlar siyahısından çıxarılmasına dair vəsatətinə münasibətdə qeyd edir ki, qeyd olunan səs yazısı qanuni yolla əldə edildiyindən, sübut kimi yolverilməz material kimi qiymətləndirilməməlidir. Odur ki, qeyd olunan səs yazıları əsaslı sübut kimi qəbul olunmalıdır. Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Həmin Məcəllənin 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarınn olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş аzаdlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1806/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs qıznın həbsdə olmaqla cəza çəkməsi nəzərə alınmalıdır. Bundan başqa, hazırkı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs 18000 manat məbləğində maddi ziyan və 10000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin azaldılması barədə ərizə tədim edərək Təqsirləndirilən şəxs 18000 manat məbləğində maddi ziyan alınıb ona verilməsini xahiş etmişdir. Lakin məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs yenidən məhkəməyə müraciət edərək iddia ərizəsinin baxilmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1, 181.1.1, 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, məhkəmə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübutun, məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Hökm etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1806/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2021ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qıznın həbsdə olması nəzərə alınsın. Mülki iddia baxilmamış saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair iddiası üzrə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübutun, məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar