Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-68/2025 21.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1976-cı ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 49 ünvanında pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat silahı, «Kalaşnikov» konustruksiyalı avtomatların komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat darağını, döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 29 ədəd patronları əldə edib, daşımaqla Şəki şəhəri, R.Ocaqov küçəsində yerləşən köhnə tikilinin içərisində gizlətməklə saxlamış, 25 fevral 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin gün Şəki şəhəri M.F.Axundov küçəsində saxlanılaraq, saat 22:21 dəqiqədən etibarən videoçəkilişdən istifadə edilməklə Şəki şəhəri, R.Ocaqov küçəsində yerləşən köhnə tikilinin içərisinə baxış zamanı sellofan torbanın içərisindən 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat silahı, «Kalaşnikov» konustruksiyalı avtomatların komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat darağını, döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 29 ədəd patronlar aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən üç ay bundan əvvəl özü tək Şəki şəhəri M.F.Axundov küçəsi ilə yaşadığı Q.Məmmədli küçəsinin kəsişdiyi yerin yaxınlığında “Qurucana” çayının kənarında gəzərkən çayın kənarında quru budaqların arasında qara rəngli sellofan torbanın bükülü halda yerdə olduğunu görmüş, torbanın içərisində nəsə olduğunu bilmişdir. Torbanın üzəri lentlə bağlanmışdır. Həmin torba onun diqqətini çəkmiş, yerdən götürüb torbanı açdıqda içərisindəki ağ rəngli sintetik torba görmüş, həmin torbanın da ağzını açdıqda bir ədəd avtomat silahın, bir ədəd daraq və 29 ədəd patronların olduğunu görmüşdür. Maraq kəsb etdiyi üçün avtomatı yenidən torbaya qoyub lentlə bağlamış və özü ilə birlikdə yaşadığı evə aparıb evin zirzəmisində gizlətmişdir. Bir müddət həmin silah və patronlar zirzəmidə qalmışdır. O, bu barədə heç kimə deməmişdir. Təxminən bir həftə bundan əvvəl ailə üzvlərinin silahı görməsindən ehtiyat edərək, həmin içərisində silah və patronlar olan torbanı axşam saatlarında zirzəmidən götürüb başqa yerdə gizlətmək qərarına gəlmiş və R.Ocaqov küçəsində yerləşən köhnə zavodda gizlətmək məqsədilə silahı zirzəmidən götürüb özü tək piyada həmin yerə getmişdir. Orada içərisində silah və patronlar olan torbanı binanın içərisindəki otaqda divarın küncündə gizlətmişdir. Gələcəkdə satıb qazanc əldə edəcəyini düşünmüşdür. Daha sonra yaşadığı evə getmişdir. Bu barədə heç kimə heç nə deməmişdir. 25 fevral 2025-ci il tarixdə yaşadığı evin yaxınlığında “Qurucana” çayının kənarında dayanarkən, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdərək onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə olarkən polis əməkdaşlarına silah saxladığını demiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra birlikdə R.Ocaqov küçəsində yerləşən həmin köhnə tikili binaya getmişlər. Orada içərisində avtomat olan torbanı gizlətdiyi yerdən götürüb təqdim etmişdir. Həmin yerdə torbanın içərisinə baxış keçirilmiş, baxış zamanı bir ədəd avtomat, daraq və 29 ədəd patron aşkar edilmişdir. Daha sonra qablaşdırılmış və möhürləndikdən sonra imza etmişlər. Bundan sonra Polis şöbəsinə gəlmişlər. Burada təhqiqatçı ona vəkillərin siyahısını təqdim edərək özünə müdafiəçi seçməsini demiş, o, siyahıdan vəkil Müdafiəçi seçmişdir. Bir neçə dəqiqə sonra Müdafiəçi gəlmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. O, həmin silahı heç bir yerdə istifadə etməmiş və həmin silahı istifadə etmək üçün heç kimə verməmişdir. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 fevral 2025-ci il tarixdə xidmətdə olan zaman həmin tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə odlu silah əldə etməkdə, saxlamaqda və gəzdirməkdə şübhəli olduğu üçün onun Şəki şəhəri M.F.Axundov küçəsində “Qurucana” çayının yaxınlığında olması müəyyən edilmiş və cinayət əməlinin ifşa olunaraq yaxalanması məqsədilə həmin gün Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3la və polis baş leytenantı Şahid2la birlikdə həmin əraziyə gedib axşam saatlarında ona yaxınlaşaraq xidməti vəsiqələri göstərməklə polis əməkdaşı olduqlarını bildirmiş və ona qanunsuz olaraq silah əldə etməsi barədə məlumat əldə etdikləri üçün birlikdə polis şöbəsinə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və qanuni tədbir görülməsi üçün şöbə rəhbərliyinə müraciət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üç ay bundan əvvəl avtomat silahı və patronlar tapdığını, Şəki şəhəri R.Ocaqov küçəsində yerləşən zavodun ərazisində köhnə binada gizlətdiyini, həmin silahı və patronları təqdim edə biləcəyini bildirdiyi üçün özünün, ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid2, şöbənin TB-nin təhqiqatçısı, polis mayoru Cabir Həmzəyevin, həmçinin mütəxəssis Qiyam Səfərəliyevin iştirakı ilə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs R.Ocaqov küçəsində yerləşən fəaliyyəti dayanmış zavodun içərisindəki köhnə tikiliyə daxil olduqdan sonra sağ tərəfdə divara söykənmiş halda qara rəngli sellofan torbanı göstərərək, silahın və patronların həmin torbanın içərisində olduğunu demiş və torbanı təqdim etmişdir. Torba açıldıqda içərisindən bir ədəd avtomot silahına bənzər predmet, bir ədəd daraq, 29 ədəd patronlar aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin predmeti nə vaxt və haradan hansı məqsədlə əldə etməsi barədə soruşulduqda o, həmin silahı və patronları Şəki şəhərində yerləşən çaylaq ərazidən tapdığını, gələcəkdə satmaq məqsədilə özündə saxlayaraq müxtəlif yerlərdə gizlətdiyini, sonuncu dəfə həmin yerdə, yəni Şəki şəhəri R.Ocaqov küçəsində yerləşən köhnə tikilidə gizlətdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş predmetlər torbaya qoyularaq ekspert tədqiqatına təqdim etmək üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edildikdən sonra Polis Şöbəsinə gəlmişlər. X3 xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmişdir. Vəkil Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi, həmçinin onunla heç bir qohumluq əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00-da Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 4(075)-5/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 25 fevral 2025-ci il tarixdən hesablanmaqla 25 may 2025ci il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. 25 fevral 2025-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Şəki şəhəri, R.Ocaqov küçəsində yerləşən köhnə tikilinin içərisindən 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat silahı, «Kalaşnikov» konustruksiyalı avtomatların komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat darağını, döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 29 ədəd patronlar aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə ballistik ekspertizasının 26 fevral 2025-ci il tarixli, 25/309 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. (Bax: silahın tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 29 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Bax: silahın tədqiqi hissəsinə). Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Tədqiqata təqdim edilmiş 29 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli 179 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Cinayət işində olan tibbi sənədlərə əsasən anamnezidə keçirilmiş QARİŞİQ HƏYƏCAN VƏ DEPRESSİV POZUNTU XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F41.2 pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafını nəzərə almaqla Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarındadır. Əqli və psixi xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. “Şəki Mərkəzi Rayon Xəstəxanası” PHŞ-dən daxil olmuş 10 mart 2025-ci il tarixli, 18- 1-71/2-595/2025 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 49 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Şəki Mərkəzi Rayon Xəstəxanası” PHŞ-in Poliklinika şöbəsinin Narkoloji kabinetinə xx.xx.2008-ci il tarixdə müraciət etmiş və “kannabinoidlərin qəbulu nəticəli asılılıq sindromu, narkomaniya” diaqnozu ilə dispanser qeydiyyatındadır. Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 04 mart 2025-ci il tarixli, 314 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 49 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən X1 dispanser müşahidəsindədir. Dz: Qarışıq həyəcan və depressiv pozuntu F-41.2 Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Pirimlər” məhəllə nümayəndəsi tərfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 07 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsini özündə əks etdirən bir ədəd DVD disk və aşkar edilib qablaşdırılmış 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat, 26 ədəd 7,62x39 mm kalibrli patronlar və 01 ədəd avtomat darağı maddi sübut kimi tanınmışdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin soyuq silah hesab edilən01 ədəd nömrəsi silinmiş silah 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat, 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 26 ədəd 7,62x39 mm kalibrli patronları qanunsuz olaraq əldə edib saxlaması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən tamah məqsədilə törədilməsi cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvəli tutulduğu 25 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Şəki ŞRPŞ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat, 26 ədəd 7,62x39 mm kalibrli patronlar və 01 ədəd avtomat darağı hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərci, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Şəki ŞRPŞ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat, 26 ədəd 7,62x39 mm kalibrli patronlar və 01 ədəd avtomat darağını xüsusi müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həm də həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-68/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-68/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver