Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-69/2022 11.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid-Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1972-ci ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şəki şəhəri, Pişnamazzadə küçəsi, ev 25 ünvanında yaşayan, 07 aprel 2022-ci il tarixdə “şübhəli şəxs qismində tutulmuş”, 12 aprel 2022-ci il tarixdə barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan psixotrop maddə olan metamfetamin əldə etmə, saxlama və daşıma, həmçinin qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd qara-ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 1,004 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib, daşıyaraq üzərində saxlamış, 07 aprel 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün yaşadığı Şəki şəhəri, Pişnamazzadə küçəsi,ev 25 ünvanın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X13 prospekti, 1 ünvanında yerləşən Şəki ŞRPŞ-nın inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 18:00 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd qara-ağ rəngli kağız bükümdə 1,004 qram Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat tədbirlərinin davamı olaraq 07 aprel 2022-ci il tarixdə saat 20:55 radələrindən başlayaraq videoçəkilişdən istifadə edilməklə Şəki şəhəri, Pişnamazzadə küçəsi, ev 25 ünvanında yerləşən yaşadığı evə baxış keçirilmiş, baxış zamanı həmin evin zirzəmisindəki taxta qutunun içərisindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 480.00 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 aprel 2022-cı il tarixdə onu küçədə saxlayaraq Şəki ŞRPŞ-ne gətirilmişdir. Polis şöbəsində adlarını bilmədiyi 3 nəfər polis əməkdaşı onun qolunu burmuş və polislərdən biri əli ilə onu 3-4 dəfə vurmuşdur. Həmçinin polis əməkdaşları onun qollarını biləklərindən əski ilə bağlamışlar, daha sonra kürək sapını qollarının arasından keçirərək onu asmışlar. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, bir çanta narkotik vasitənin onun üzərindən çıxdığını boynuna alsın, əks halda ona qarşı amansız rəftar etməyə davam edəcəklər. Polis əməkdaşları ona qarşı göstərdiyi əməlləri bir-neçə saat ərzində etmişlər. Bundan sonra o, məcbur olub az miqdarda narkotik vasitənin ona məxsus olmasını bildirəcəyini demişdir. Sonra polis əməkdaşları onu yaşadığı evə aparmışlar, yolda olarkən ona bildirmişlər ki, evində zirzəmiyə narkotik vasitə yerləşdiriblər, həmin narkotik vasitənin onun olmasını çəkiliş vaxtı boynuna alsın. Ona görə də çəkiliş vaxtı evlərinə qoyulmuş narkotik vasitəni polislərə vermişdir. Polis əməkdaşlarının adlarını, vəzifələrini, rütbələrini bilmir. Polis əməkdaşları onu vurduqdan sonra bədəni üzərində xəsarət yaranmamışdır. Sadəcə olaraq polislər onu sapdan asdıqlarına görə huşunu itirmiş, vurduqları zərbələr isə xəsarət yaratmaq üçün kifayət etməmişdir. Bədənində heç bir xəsarət olmadığına görə ekspertiza zamanı da bədənində heç bır xəsarət aşkar olunmamışdır. Evində və cibində aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Həmin narkotik vasitəni polis əməkdaşları onun cibinə və evinə yerləşdirmişlər. Göstərmişdir ki, himayəsində 2 azyaşlı uşağı vardır. Qeyd edilən cinayət üzrə özünü təqsirli bilmir. Məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir il olar ki, narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan şüşədən yəni metamfetamindən istifadə edir. Belə ki, əvvəllər Şəki şəhərinin aşağı hissəsində yerləşən aeroportun yaxınlığındakı sahələrdə yabanı halda narkotik vasitə olan çətənə bitkiləri yetişdiyini eşitdiyi üçün 2021-ci ilin avqust ayının sonlarında aeroportun yaxınlığındakı əkin sahələrinə gedib həmin ərazidə yabanı halda çətənə bitkilərindən yarpağından bir qədər yığmış və həmin ərazidə sərib qurutmuşdur. Sonra həmin qurutduğu narkotik vasitə olan çətənə bitkilərinin yarpaqlarını selofan torbaya yığıb istifadə etmək üçün yaşadığı evin zirzəmisindəki taxta qutunun içinə qoyub gizlətmişdir. Bundan sonra narkotik vasitə istifadə etmək istəyəndə narkotik vasitə olan marixuananı gizlətdiyi yerdən üstündən bir qədər götürürmüş, qalan hissəsini isə yenə həmin yerə qoyub gizlətmişdir. 2022-ci ilin mart ayının əvvəllərində iş axtarmaq üçün Bakı şəhərinə getmişdir. Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarının yaxınlığında dayanmış, həmin yerdə tanımadığı 40-43 yaşlarında bir kişi ilə həmsöhbət olmuş və söz narkotik vasitələrdən düşən zaman həmin şəxs ona psixitrop maddə olan «şüşə», yəni metamfetamin isifadə etdiyini bildirmişdir. Ona görə həmin şəxsdən özü istifadə etmək üçün 10 manata bir ədəd qara rəngli kağız bükümdə «şüşə» yəni, metamfetamin almışdır. İş tapmadığı üçün 4-5 gündən sonra Şəki şəhərinə qayıtmışdır. Həmin psixotrop maddə olan metamfetamini üzərində saxlamışdır. Bakı şəhərindən qayıtdıqdan sonra aldığı psixotrop maddə olan metamfetaminin üstündən götürüb 2-3 dəfə istifadə etmişdir. Sonuncu dəfə həmin psixotrop maddə olan metamfetamindən 04 aprel 2022-ci il tarixdə evində istifadə etmişdir. 07 aprel 2020-ci il tarixdə saat 16:00 radələrində yaşadığı evdən çıxıb küçələrinin başına getmişdir. Orada dayandıqdan bir qədər sonra iki mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis işçiləri olduqlarını bildirmişlər. Sonra həmin polis əməkdaşlarından biri ona bildirmişdir ki, onun narkotik vasitə əldə etməsi və narkotik vasitə istifadə barədə onlara məlumat daxil olmuşdur, ona görə də onlarla birlikdə Şəki ŞRPŞ-nə getməlidir. Razılaşdığı üçün polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin vaxt Bakı şəhərində tanımadığı şəxsdən aldığı bir ədəd qara rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin də üstündə olmuşdur. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı ona narkotik vasitə əldə etməyi barədə məlumat daxil olduğundan onun üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmiş və Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını ona təqdim etmişdir. Vəkillərin siyahısından vəkil "Emil" müəllimi seçdiyi üçün təhqiqatçı zəng vurub "Emil"müəllimi polis şöbəsinə dəvət edərək ona təqdim etmişdir. Bundan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Sonra onu evlərinin yaxınlığında saxlayaraq PŞ-nə dəvət edən polis işçilərinin, vəkili "Emil" müəllimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişdir. Təhqiqatçı ona əvvəlcə üstündə olan əşyaları təqdim etməyini təklif etdiyi üçün əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd «Kgtel» markalı mobil telefonu, bir ədəd qara rəngli kağız bükülünü, şalvarının sol arxa cibindən bir ədəd qara rəngli tibbi maskanı çıxarıb stolun üstünə qoymuşdur.Təhqiqatçı tərəfindən əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmişdir. Baxış zamanı şalvarının sağ arxa cibindən maqnit aşkar olunsa da, üstündən başqa heç nə aşkar edilməmişdir. Təhqiqatçı ondan stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməyini xahiş etdikdə, əvvəlcə telefonunu, maqniti təqdim edib özünə məxsus olduğunu demişdir. Sonra bir ədəd qara rəngli kağız təqdim edib içərisində psixotrop maddə olan «şüşə», yəni metamfetamin olduğunu, həmin psixotrop maddəni bir ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı içərisində psixotrop maddə metamfetamin olan kağız bükülünü zərfə qoyaraq zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra təhqiqatçı üstündən aşkar olunmuş telefonunu zərfə qoyub zərfi möhürlədiyi üçün digər iştirakçılarla birlikdə zərflərin üzərinə imza etmişdir. Təhqiqatçı sonra üstündən aşkar edilmiş maqniti özünə vermişdir. Sonra təhqiqatçı ondan evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, ona 2021-ci ilin avqust ayının sonlarında Şəki şəhərinin aşağı hissəsində yerləşən aeroportun yaxınlığındakı sahələrdə yabanı halda bitən çətənə bitkilərinin yığıb qurudub yaşadığı evin zirzəmisində taxta qutunun içərisində gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir.Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılıb onlara ucadan oxunduqdan sonra vəkili Emil müəllim və polis işçiləri ilə birlikdə həmin protokolu imzalamışdır. Daha sonra vəkili Emil müəllim və polis işçiləri ilə birlikdə polis şöbəsindən çıxıb ünvan 4 ünvanında yaşadığı evə getmişlər. Yaşadığı evin həyətinə daxil olduqdan sonra evlərinin zirzəmisinə daxil olub 2021-ci ilin avqust ayının sonlarında Şəki şəhərinin aşağı hissəsində yerləşən aeroportun yaxınlığındakı sahələrdə yabanı halda bitən çətənə bitkilərinin yarpağından yığıb qurudub bir ədəd göy rəngli sellofan torbaya yığıb gizlətdiyi narkotik vasitə olan nəşəni taxta qutunun içərisindən götürüb təhqiqatçıya təqdim etmişdir. Həmin selofan torbanı təhqiqatçı açıb onlara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı sonra həmin bir ədəd göy rəngl sellofan torbanın içərisindəki narkotik vasitə olan marixuananı sellofan torba ilə birlikdə zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Sonra təhqiqatçı onun, vəkili Emil müəllimin və polis işçilərinin iştirakı ilə evinin zirzəmisinin digər hissələrinə, daha sonra evinə baxış keçirmişlər. Baxış zamanı evindən, evinin zirzəmisindən başqa qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Təhqiqatçı hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda, heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Onun və digər iştirakçıların heç bir əlavə və şikayətləri olmadığı üçün bu barədə təhqiqatçı tərəfindən protokol yazılıb onlara ucadan oxunduqdan sonra vəkili Emil müəllim və polis işçiləri ilə birlikdə həmin protokola imza etmişdir. Narkotik vasitədən istifadə etsə də onun satışı ilə məşğul olmamışdır. O, daha sonra ifadəsində narkotik vasitə istifadə etməsindən heç kəsin məlumatının olmadığını, narkotik vasitəni heç kimlə birlikdə istifadə etmədiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təzyiqə məruz qalmadığını, heç bir psixi xəstəlikdən əziyyət çəkmədiyini, Şəki Rayonlararası psixi disponserdə qeydiyyatda durmadığını, üstündə psixotrop maddə olan metamfetamin saxlayaraq daşımağından və yaşadığı evin zirzəmisindəki taxta qutunun içərisində narkotik vasitə marixuana saxlamağından heç kimin məlumatı olmadığını, arvadı ilə bir il əvvəl boşandıqlarını, arvadı ilə boşandıqdan sonra anası ilə birlikdə yaşadığını, anasının onun narkotik vasitə istifadə etməyindən və üzərində psixotrop maddə olan metamfetamin saxlayaraq daşımağından və yaşadığı evin zirzəmisində taxta qutunun içərisində narkotik vasitə olan marixuana gizlədərək saxlamağından məlumatı olmadığını bildirmişdir. Butün bunlar işə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videoçəkilişi əks etdirən “CD” diskdəki görüntülərdə də öz əksini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd edilən cinayət əməlini törətməməsi ilə bağlı gətirdiyi arqumentlərə tənqidi yanaşır və hesab edir ki, bu arqumentlər onun özünün müdafiəsi üçün gətirilmiş dəlilərdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində, üzərində videoçəkiliş vasitəsilə baxış keçirilən zaman istintaqa heç bir etiraz etmədən bəhsi keçən cinayət əməlini törətdiyini etiraf etmişdir. Həmçinin məhkəmə iclasında ona ünvanlanan suallara cavabında bildirmişdir ki, şübhəli şəxs kimi tutlarkən ibtidai araşdırmanı aparan müstəntiqə döyülməsi ilə bağlı heç nə deməmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən o Şəki rayon prokurorunun yanına aparılmış, prokuror onu sorğu-sual etmişdir. Lakin həmin zaman o prokurora polislərin onu hazırkı cinayəti etməsini boynüna alması ilə bağlı ona psixi və fiziki təsirlər edilməsi ilə əlaqədar qanunsuzluqlarından bəhs etməmişdir. Bundan başqa barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı birinci instansiya və sonradan apellyasiya instansiyası məhkəmələrində də hakimlərə bu barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ona "Ələkbər" adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyatı məlumatı daxil olmuşdur. Ona görə daxil olmuş məlumatın yoxlanılması və "Ələkbər" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 07 aprel 2022-ci il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbə rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Ələkbər" adlı şəxsin Şəki şəhəri, Pişnamazzadə küçəsi, ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 16:30 radələrində Şəki şəhəri, Pişnamazzadə küçəsində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq PŞ-nə dəvət edilmişdir. PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası təhqiqatçı Natiq Əzimova həvalə edildiyi üçün Təqsirləndirilən şəxs ona təqdim etmişlər. Təhqiqatçı öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərdən Müdafiəçi seçərək onun dəvət edilməsini xahiş etdiyi üçün təhqiqatçı tərəfindən Müdafiəçi zəng olunaraq PŞ-nə dəvət olunmuşdur. Eyni zamanda təhqiqatçı tərəfindən videoçəkiliş aparması üçün Şəki ŞRPŞnin PPXB-nün polis nəfəri, polis serjantı Qiyam Səfərəliyev dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onların iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd «Kgtel» markalı telefonu, bir ədəd qara rəngli kağız bükülünü və şalvarının sol arxa cibindən bir ədəd qara rəngli tibbi maskanı çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs əynindəki paltarların ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirdikdə, onun şalvarının sağ arxa cibindən yalnız bir ədəd maqnit aşkar olunmuş, başqa heç nə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə o, bir ədəd tibbi maskanı, maqniti və bir ədəd telefonu təqdim edib özünə məxsus olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs qara rəngli kağız bükülünü təqdim edib içərisində psixotrop maddə olan «şüşə», yəni metamfetamin olduğunu, həmin psixotrop maddəni Bakı şəhərindən tanımadığı şəxsdən aldığını qeyd etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd qara rəngli kağız bükülünü açdıqda içərisində ağ rəngli maddənin olduğu aşkar olunmuşdur. Bundan sonra təhqiqatçı içərisində psixotrop maddə olan həmin qara rəngli kağız bükülünü zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş telefonu zərfə qoyub zərfi möhürlədiyi üçün digər iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd maqniti özünə qaytarıb vermişdir. Təhqiqatçı daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda və ya başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, Təqsirləndirilən şəxs təhqiqatçıya təxminən 2021-ci ilin avqust ayının sonlarında Şəki şəhərinin aşağı hissəsində yerləşən aeroportun yaxınlığındakı sahələrdən yabanı halda bitən çətənə bitkilərini yığıb qurudub özü istifadə etmək üçün yaşadığı evin həyətindəki tövlədə gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Təhiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda heç bir şikayətlərinin olmadığını bildirmişlər. Bundan sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılıb ucadan onlara oxunduğu üçün polis nəfər Şahid2, mütəxəssis Qiyam Səfərəliyev, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçilə birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman yaşadığı evin həyətindəki tövlədə qurudulmuş marixuana gizlədərək saxladığını bildirdiyi üçün onun evinin həyətindəki tövləyə baxış keçirmək zərurəti yarandığına görə təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək ondan yaşadığı evə, evinin həyətindəki tikililərə baxış keçirilməsinə etirazı olub-olmamadığını soruşmuşdur. Təqsirləndirilən şəxs hər hansı bir etirazının olmadığını şifahi olaraq bildirməklə yanaşı, yazılı formada ərizə ilə yaşadığı evə, evinin həyətindəki tikililərə baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirmişdir. Daha sonra polis nəfəri Şahid2, mütəxəssis Qiyam Səfərəliyev, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi ilə birlikdə polis şöbəsindən çıxıb ünvan 5 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazadan içəri keçib, həyətindəki evin zirzəmisinə daxil olub taxtadan hazırlanmış qutunun içərisindən 2021-ci ilin avqust ayının sonlarında Şəki şəhərinin aşağı hissəsində yerləşən aeroportun yaxınlığındakı sahələrdən yabanı halda bitən çətənə bitkilərini yığıb bir ədəd göy rəngli selofan torbada gizlətdiyi narkotik vasitə olan marixuananı götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin göy rəngli selofan torbanı açıb onlara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı sonra həmin bir ədəd göy rəngli sellofan torbanın içərisindəki narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsini göy rəngli sellofan torba ilə birlikdə zərfə qoyub zərfi möhürləmiş, o da digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra həmin zirzəmiyə və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilsədə, zirzəmidə və onun evində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuşdur. Onlarda heç bir şikayətlərinin olmadığını bildirmişlər. Sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş,heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılıb ucadan onlara oxunduğu üçün polis nəfəri Şahid2, mütəxəssis Qiyam Səfərəliyev, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçilə birlikdə həmin protokolu imzalamışlar. O, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilən zaman oxşar məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X8 göstərmişdir ki, hazırkı cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmış və ibtidai istintaqı yekunlaşdırıldıqdan sonra məhkəməyə göndərilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmiş və ona verilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. İstintaq zamanı hər hansı şəxs tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təsir edilməmiş və ya o kiminsə tərəfindən döyülməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı döyülməsi ilə bağlı ona hər hansı məlumat verməmiş və ya bunlarla bağlı istintaqda hər hansı yazılı və şifahi şəkildə vəsatəti olmamaışdır. İşdə olan “şübhəli şəxsin trutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:25-də şübhəli şəxs qismində tutulmuş, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində verilmiş "xxxx" qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş və o məhkəmə iclas zalından dərhal azad edilmişdir. (iş v. 22-23 və 118-121) İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli maddə aşkar edilib götürülmüşdür. (iş v. 42-50) İşdə olan baxış keçirilməsi və maddi subutun götürülməsi haqqında 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Şəki şəhəri, Pişnamazzadə küçəsi, ev 25 ünvanında yerləşən evinin zirzəmisinə baxış keçirilən zaman həmin zirzəmidəki taxta qutunun içərisindən bir ədəd göy rəngli sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. (iş v. 52-55) X5 Mərkəzinin xx.xx.2022-ci il tarixli, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs sidiyində narkotika marixuana qəbulu aşkar edilmişdir. (iş v.59) İş üzrə təyin olunmuş kompleks məhkəmə kimyəvi və məhkəmə-bioloji ekspertizasının 08 aprel 2022-ci il tarixli, 17/323 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi - 1,004 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı… ünvandan aşkar edilərək götürülmüş … yaşıl rəngli kütlə» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 480.00 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Metafetaminin təmiz çəkisi 1.004 qram olmuş, 0.050 qr tədqiqata sərf edilmiş, 0.954 qr. qalıq qalmışdır. Marixuananın təmiz çəkisi 480.00 qram olmuş, 0.05 qr tədqiqata sərf edilmiş, 479.95 qr. qalıq qalmışdır. Ekspertiza xərci 103.65 manatdır. (iş v. 60-63) İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apellyasiya protesti qismən təmin edilərək Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixinədək "xxxx" qətimkan tədbiri seçilmişdir. (iş. v. 14-143) İşdə olan Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 369 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının disponser müşahidəsində yoxdur. (iş. v. 146) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki rayon məhkəməsinin (keçmiş Şəki rayon, xalq məhkəməsi) xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-ci hissəsi və 215-ci maddələri ilə təqsirli bilinərək 1 il müddətinə məcburi əməyə cəlb etmə cəzasına məhkum olunmuşdur. (iş. v. 175) İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın 07 may 2022-ci il tarixli, 611 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən və psixotrop maddə olan metamfetamindən istifadə sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Gəncəli” məhəllə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. i\v-187-189) İşə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videoçəkilişi əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti səmimi etiraf etmişdir. İşdə olan AZE 12939765 və AZE 12939721 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2012 və 2014-cü illərdə anadan olmuş 2 uşağı vardır. İşə əlavə edilmiş Şəki rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X6 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 27 iyul 2022-ci il tarixli Qərarin məzmunundan aydın olur ki; X2 daxıl olmuş Təqsirləndirilən şəxs 978/2022 nömrəli tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Şəki Penıtensiar Müəssisəsinə 13 aprel 2022-ci il tarixdə daxil olarkən onun bədəni üzərində yeni xəsarət aşkar olunmamışdır. Müayinə zamanı şikayəti olmamışdır. Şəki ŞRPŞ-dən daxil olmuş «Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı»ndan görünür ki, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin MSY-nə 07.04 2022-ci il tarixdə gətirilmiş, ilkin müayinə zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. Tibb işçisi tərəfindən də 08 aprel 2022-ci il tarixdə keçirilmiş müayinə zamanı xəsarət aşkar edilməmişdir. Məhkəmə tibbi ekspertizasının 27 iyul 2022-ci il tarixli rəyindən görünür ki, 1972-ci ıl təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə və qərarın təsviri hissəsində qeyd olunanlara əsasən, qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı qərarın təsviri hissəsində qeyd edilən tarixə, yəni xx.xx.2022 tarixinə uyğun bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi aşkardır. Bu iş üzrə toplanmış və tədqiq olunmuş sübutlarla, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin özünün etirafedici və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs əməlində Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən metafetaminin yuxarı həddi 2 qramadək, külli miqdarı isə 2 qram, qurudulmuş Marixuananın yuxarı həddi 5 qram, külli miqdar isə 500 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metafetaminin miqdarı 1.004 qram və aşkar edilərək götürülmüş qurudulmuş marixuananın cəmi miqdarı 480 qram olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metafetamin və qurudulmuş marixuana Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının, CM-nin 59.2-ci maddəsinə istinad edərək isə onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi müvafiq olaraq 0.954 qram metafetamin və 479.95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə cəmi 103.65 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, bir il, altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq bir il, beş ay, iyirmi səkkiz gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli barəsində "xxxx" qətimkan tədbiri seçildiyi vaxtdan yəni, 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi müvafiq olaraq 0.954 qram qalan metafetamin və 479.95 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə cəmi 103.65 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-69/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-69/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver