Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-69/2023 17.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirаkları ilə xx xxxxxx 1996-cı ildə Balakən rayonu Püştətala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Balakən rayonu Püştətala kəndində qeydiyyatda olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 4300 manat cərimə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, X2 cəza çəkərkən "Cəzaçəkmə müəssisələrinin X9" ilə qadağan olunmuş əşya olan “Samsung Galaxy J1” markalı “SM-J100” modelli mobil telefon aparatını istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış, daxilində olan ***-***-**-** saylı telefon nömrəsindən anası Şahid4 istifadəsində olan ***-***-**-** saylı, keçmiş arvadı Şahid5 istifadəsində olan ***-***-**-** saylı və tanışı Şahid6 istifadəsində olan ***-***-**-** saylı telefon nömrələrinə zəng edərək əlaqə saxlayıb danışmaqla istifadə etmiş, həmin telefon aparatını, həmçinin telefona aid elektrik qidalandırıcısını və qulaqcığı saxlanıldığı kameranın sanitar qovşağında gizlətmiş, 10 oktyabr 2022-ci il tarixdə saat 09:00 radələrində müəssisə əməkdaşları tərəfindən keçirilən axtarış-baxış zamanı sanitar qovşağında gizlətdiyi mobil telefon aparatını sanuzeldəki suya atmış və baxış zamanı müəssisə əməkdaşları tərəfindən həmin mobil telefon aparatı, həmçinin gizlətdiyi bir ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə elаn olunmuş ittihаmdа özünü qismən təqsirli bilərək ifаdəsində göstərmişdir ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 29 iyul 2021-ci il tarixdən X2 saxlanılır. Telefonu aşkar olunduğu gündən bir gün qabaq müəssisənin ərazisindən tapıb, gətirib atıb sanitar qovşağına. 10 oktyabr 2022-ci il tarixdə saat altıya işləmiş Şəki Penitensiar müəssisəsinin əməkdaşları qəfləti olaraq müəssisədə saxlanıldığı ciddi rejimli 2-ci korpusun 1-ci mərtəbəsinin 2-ci kamerasına gələrək axtarış-baxış tədbirləri keçirmiş və telefonu, qidalandırıcı və qulaqcıqla birlikdə telefon qovşağından tapmışlar. Telefon tapılanda işlək vəziyətdə olmayıb. Həmin telefondan istifadə etməyib. Nömrəni isə 2021-ci ildə özü ilə cəzaçəkmə müəssisəsinə gətirib. Həmin nömrədən başqa şəxslərin telefonlarına salıb işlədib. Lakin hadisədən təxminən bir ay öncə simkartı (nömrəni) sındırıb atıb. Verilən suallara cavab olaraq bildirdi ki, aşkar olunan telefon onun olmayıb, ərazidən tapıb, telefondan istifadə etməyib, yoxlama səhər 6-ya işləmiş keçirilib, telefon tualetdən tapılıb, işlək vəziyyətdə olmayıb, kamerada ondan başqa adamlar olub. Telefonun nömrəsini (simkartı) 2021-də özü ilə gətirib, başqa şəxslərin telefonu vasitəsi ilə istifadə edib, həmin şəxslərin kim olduğunu bilmir. İbtidai istintaqda verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadənin arasında ziddiyətin olmasını cəzaçəkmə müəssisəsində olması ilə əlaqələndirir. Qeyd olunanları nəzərə alıb ədalətli qərar verilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə elаn olunmuş ittihаmdа özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 29 iyul 2021-ci il tarixdən X2 saxlanılır. 10 oktyabr 2022-ci il tarixdə saat 09:00 radələrində Şəki Penitensiar müəssisəsinin əməkdaşları qəfləti olaraq müəssisədə saxlanıldığı ciddi rejimli 2-ci korpusun 1-ci mərtəbəsinin 2-ci kamerasına gələrək axtarış-baxış tədbirləri keçirəcəklərini bildirmişlər. Həmin vaxtı kameranın sanitar qovşağına keçərək orada gizlətdiyi mobil telefon aparatını götürüb sanuzeldəki suya atmışdır. Müəssisə əməkdaşları bunu görüb sanuzelə atdığı telefon aparatını, daha sonra sanitar qovşağında gizlətdiyi bir ədəd elektrik qidalandırıcısını və bir ədəd qulaqcığı aşkar edərək götürmüşlər. Aşkar edilərək götürülmüş əşyalar onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokolla tanış olaraq doğruluğunu imzasıyla təsdiqləmişdir. Aşkar edilərək götürülmüş mobil telefon aparatı ona məxsusdur. Belə ki, həmin mobil telefon aparatını təxminən 2022-ci ilin aprel ayında müəssisənin ərazisindən tapmış və gətirib saxlanıldığı kamerada gizlətmişdir. Həmçinin istifadəsində olan ***-***-**- ** saylı danışıq kartını tapdığı telefon aparatının üzərinə taxaraq anasının istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə və digər tanışlarına zəng edərək onlarla danışmaqla həmin telefon aparatından istifadə etmişdir. Telefon aparatı aşkar edilərək götürüldükdən sonra isə danışıq kartını sındıraraq sanuzelə atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki Penitensiar müəssisəsinin əməliyyat şöbəsinin rəisi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki o, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda X2 cəza çəkən məhkum kimi tanıyır, onunla qərəzçiliyi, ədavəti və düşmənçiliyi yoxdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 10 oktyabr 2022-ci il tarixdə saat 09:00 radələrində müəssisənin digər əməkdaşları və hal şahidlərinin iştirakı ilə müəssisənin ciddi rejimli 2-ci korpus, 1-ci mərtəbəsinin, 2-ci kamerasında axtarış-baxış tədbirləri keçirmişlər. Tədbir zamanı həmin kamerada saxlanılan məhkum Təqsirləndirilən şəxs kameranın sanitar qovşağına keçərək orada gizlətdiyi mobil telefon aparatını götürüb sanuzeldəki suya atmışdır. Dərhal həmin telefon aparatını götürmüş, daha sonra axtarış-baxış tədbirlərini davam etmişlər. Həmin vaxt telefon işlək vəziyyətdə olmuş, sonra sönmüşdür. Tədbir zamanı sanitar qovşağında gizlədilmiş bir ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcığ da aşkar edərək götürmüşlər. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş əşyaların ona məxsus olduğunu bildirmişdir. 4 nəfərlik kamerada Mirvanla birlikdə daha iki nəfər saxlanılır. Faktla bağlı müvafiq protokol tərtib etmiş və aşkar edərək götürülmüş əşyaları qablaşdıraraq protokola əlavə etmişlər. Tədbir iştirakçıları protokolla tanış olub doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki Penitensiar müəssisəsinin əməkdaşı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki Penitensiar müəssisəsinin əməkdaşları Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etməklə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Lakin ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq göstərmişdir ki, tədbir zamanı həmin kamerada saxlanılan məhkum Təqsirləndirilən şəxs mobil telefon aparatını sanuzeldəki suya atmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin onun adına qeydiyyata alınmış və əvvəllər həmin nömrəni, o, işlədib. Oğlu Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə azadlıqdan məhrum edilib və cəzasını hazırda X2 çəkir. Cəza çəkdiyi müddətdə oğlu Mirvan dəfələrlə ona zəng edib danışmışlar. Nömrələr dəqiq yadında qalmasa da, ***-***-**-** saylı mobil telefon nömrəsindən də, onun istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinə Mirvan zəng edib bir neçə dəfə onunla danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi onun adına qeydiyyata alınıb və hazırda da, istifadəsindədir. Onun əri Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə həbs edilib və hazırda X2 cəza çəkir. Mirvan cəza çəkdiyi müddətdə dəfələrlə barışmaq üçün onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edib danışmışdır. Hər dəfə zəng etdiyi nömrə 713-lə başlayan sim nömrə olub. Mirvan hər dəfə zəng edib səhv etdiyini, barışmaq istədiyini bildirmiş, həmçinin uşaqları görüşə gətirməyi xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ***-***- **-** saylı mobil telefon nömrəsi onun adına qeydiyyata alınıb və hazırda da, istifadəsindədir: Tanışı Təqsirləndirilən şəxs hazırda Şəki türməsində cəza çəkir. Mirvan istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən bir neçə dəfə onun istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinə zəng edərək onunla danışmışdır. Həmçinin Mirvan ondan, istifadə etdiyi nömrənin balansını artırmağı da xahiş etmişdir. O, da Mirvan həbsdə olduğundan bir neçə dəfə onun mobil telefon nömrəsinin balansına pul yükləmişdir. İş materiallarına əlavə edilmiş komputer-texniki ekspertizasının 13 dekabr 2022-ci il tarixli 5/1470 nömrəli rəyindən görünür ki, aşkar edilərək götürülmüş əşya “Samsung Galaxy J1” markalı “SM-J100” modelli mobil smartfon olmaqla hal-hazırda işlək vəziyyətdə olmayıb, istifadə üçün yararlı olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən alınmış 23 fevral 2023-cü il tarixli 4214 nömrəli məktuba əlavə edilmiş elektron məlumat daşıyıcısına (diskə) baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxladığı “Samsung Galaxy J1” markalı “SM—J100” modelli mobil telefon aparatından ***-***-**-** saylı GSM danışıq kartı vasitəsi ilə ***-***-**-** və ***-***-**-** saylı, həmçinin digər müxtəlif nömrələrə zəng edilib danışıqlar aparıldığı, həmçinin həmin zənglərin məhz Şəki rayonu ərazisində yerləşən "xxxx" MMC-yə məxsus, əsasən Şəki şəhəri Bazarstore, ünvan 1 ünvanlarında yerləşən şanların əhatə dairəsində aparıldığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(091)-223/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmünə əsasən təyin olunan və çəkilməmiş qalan 4300 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilmiş və ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 4300 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 4300 manat cərimə cəzasından heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş X6 tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Balakən Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmünə əsasən təyin edilmiş 4300 manat cərimə borcundan heç bir tutulma aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli 7N nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X9”na 11-ci əlavəyə görə mobil telefon məhkumlara və təqsirləndirilən şəxslərə saxlanılması və istifadəsi qadağan edilmiş əşyadır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxsin həmin cinayəti törətməsi onun tərəfindən etiraf edilməsə də, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, aşkar edilmiş “Samsung Galaxy J1” markalı mobil telefon yararsız vəziyyətdə olsa belə, penitensiar müəssisədə qadağan olunmuş əşyalar siyahısına daxil edilməklə Təqsirləndirilən şəxs tərəfindən mütəmadi istifadə edilməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun qeyd etdiyi xüsusatlar inandırıcı deyil və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi əsaslı hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(091)- 223/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(091)-223/2021 saylı hökmü ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə onun çəkilməmiş 1 il, 9 ay, 8 gün azadlıqdan məhrum etmə cəzası vardır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il, 9 ay, 8 günü həmin cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş “Samsung Galaxy J1” markalı “SM-J100” modelli mobil smartfon, 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd qulaqcıq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 17 oktyabr 2023cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(091)-223/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 1 (bir) il, 9 (doqquz) ay, 8 (səkkiz) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 4300 manat cərimə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 17 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan “Samsung Galaxy J1” markalı “SM-J100” modelli mobil smartfon, 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd qulaqcıq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesabına keçirilsin. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-69/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-69/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver