Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-7/2023 17.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxx 1973-cü ildə Şəki rayonunda, Suçma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, X8 İdarəsinin nəzdində fəaliyyət göstərən Şəki rayonu Suçma kənd Diyarşünaslıq evinin direktoru vəzifəsində işləyən, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, xx.xx.2018-ci il tarixli, 124 saylı əmrlə həmin tarixdən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X8 İdarəsinin nəzdində fəaliyyət göstərən Şəki şəhəri Suçma kənd Diyarşünaslıq evinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid4 X8 İdarəsinin tabeçiliyində olan mədəniyyət evlərindən birinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs ilə Şəki şəhərində görüşləri zamanı sonuncuda guya özünün X8 İdarəsinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun X8 İdarəsinin tabeçiliyində olan mədəniyyət evlərindən birinə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Şəki şəhəri, Məmmədşərif Həmidov küçəsində yerləşən Mərkəzi Poçtun inzibati binasında görüşləri zamanı Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin fevral ayında həmin Mərkəzi Poçtun qarşısında ondan 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs təhrik etməklə cinayət əməllərini törətmişdir. Şəki Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, o, 2017-ci ildən X8 İdarəsinin nəzdində fəaliyyət göstərən Şəki rayonu Suçma kənd Diyarşünaslıq evinin direktoru vəzifəsində çalışır. Zərərçəkmiş şəxs X15 şöbəsində işləyən oğlu Tural Musayevin iş yoldaşı kimi tanımışdır. 2022- ci ilin fevral ayında o, poçt şöbəsində olan zaman Gülnaz ona qızı üçün iş axtardığını deyib əgər mədəniyyət idarəsində iş olarsa köməklik göstərməsini xahiş etmişdir. O, da uyğun iş olarsa xəbər edəcəyini bildirmişdir. Fevral ayının sonlarında ona ağır xəstə olan anasının əməliyyat xərclərini qarşılamaq üçün borc pul lazım olmuş və o, həmin vaxt Zərərçəkmiş şəxs həmin xərcləri qarşılamaq üçün 3.000 manat borc pul almışdır. O, 2022-ci il fevral ayının sonlarında Zərərçəkmiş şəxs 3.000 manat borc pulu Şəki şəhəri, Məmmədşərif Həmidov küçəsində yerləşən Mərkəzi Poçtun qarşısında almış və həmin vaxt onların yanında özlərindən savayı kimsə olmamışdır. Sonradan maddi vəziyyəti yaxşı olmadığı üçün həmin borc məbləğini dediyi vaxtda qaytara bilməmişdir. Zərərçəkmiş şəxs da onun pulu gecikdirməsi barədə X8 İdarəsinin rəisi vəzifəsini icra edən Şahid1 məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə X8 İdarəsinin rəisi vəzifəsini icra edən Şahid1 onu idarəyə çağırmış və ondan nəyə görə onun adından istifadə edib Zərərçəkmiş şəxs qızını işə düzəltmək adı ilə 3.000 manat pul almasını soruşmuşdur. O, Şahid1 ümumiyyətlə onun adından istifadə etmədiyini, Zərərçəkmiş şəxs 3.000 manat pulu xəstə anasının müalicə xərclərini qarşılamaq üçün borc qismində aldığını bildirmişdir. Həmin vaxt o, Şahid1 Zərərçəkmiş şəxs aldığı 3.000 manat borc pulu qısa müddətdə geri qaytaracağını bildirmiş və dediyi kimi qısa müddətdə həmin 3.000 manat pulu Zərərçəkmiş şəxs geri qaytarmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərini törətməsi irəli sürdüyü özünü müdafiə xarakterli dəlillər istintaq sənədləri ilə təkzib edilmiş, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 2013-cü ildən X15 filialında əməliyyatçı vəzifəsində çalışır. X16 şəhərində yerləşən Musiqi Kollecini bitirmişdir. Hal-hazırda evlidir. O, Elnarəni bir neçə müddət bundan əvvəl işə düzəltmək istədiyindən 2022-ci ilin fevral ayında işlədiyi Poçt filialında iş yoldaşı olan Tural Musayevin atası Təqsirləndirilən şəxs X8 İdarəsinin nəzdində fəaliyyət göstərən Suçma kənd Diyarşünaslıq evinin direktoru işləyir. Həmin vaxt Təqsirləndirilən şəxs arabir onun işlədiyi Poçt filialına gəlib getmişdir. Beləcə Turalın vasitəsilə atası Təqsirləndirilən şəxslə tanış olmuşdur. O, Təqsirləndirilən şəxs qızı üçün iş axtardığını demiş, sonuncu hər hansı bir mədəniyyət müəssisəsində qızı Elnarəni işə düzəldə biləcəyini bildirmişdir. Elnarənin sənədlərini toplayıb Təqsirləndirilən şəxs vermişdir. 2022-ci il fevral ayının sonlarında Təqsirləndirilən şəxs onun yanına gələrək bildirmişdir ki, “rəis Şahid1 Bakıya məsələni həll etməyə gedir, qızı Elnarənin işə düzəlməsi üçün 3.000 manat pul verməlidir’'. Həmin vaxt qudasından 3.000 manat pul alıb Şəki şəhəri, Məmmədşərif Həmidov küçəsində yerləşən Mərkəzi Poçtun qarşısında Təqsirləndirilən şəxs vermişdir. Müşfiqin məsuliyyətini ciddiləşdirmək üçün həmin pulu tanış adamdan borc götürdüyünü bildirmişdir. Bir müddət keçdikdən sonra hansı səbəbə qızı Elnarənin işə düzəlmə məsələsinin uzandığını bildirdikdə Müşfiq ona səbirli olmağı, qısa müddətdə məsələnin həll olunacağını bildirmişdir. Lakin iyun ayına kimi Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmiş, sonuncuya verdiyi 3.000 manatı da geri ala bilməmişdir. xx.xx.2022-ci il tarixdə Şəki şəhər ərazisində yerləşən marketlərdən birində X8 İdarəsinin rəisi vəzifəsini icra edən Şahid1la rastlaşmışdır. Əlacsız qaldığından Şahid1 yaxınlaşıb Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında qızı Elnarəni işə düzəldəcəyi adı ilə onun adından istifadə etməklə 3.000 manat pul aldığını, lakin verdiyi vədə əməl etmədiyini, pulunu da geri qaytarmadığını bildirmişdir. Şahid1 sözünə əsasən xx.xx.2022-ci il tarixdə X8 İdarəsinə getmiş və sonuncunun xidməti otağında qəbulunda olmuşdur. Həmin vaxt otaqda Şahid1la yanaşı İdarənin bir neçə əməkdaşları da olmuşdur. Orada həqiqətən də Təqsirləndirilən şəxs ondan Şahid1 adından istifadə etməklə qızı Elnarəni işə düzəldəcəyi vədi verərək 3.000 manat pul aldığını təkrar etmişdir. Təqsirləndirilən şəxs də orada olmuşdur. Həmin gün baş verənlərlə bağlı ərizə də yazaraq Şahid1 təqdim etmişdir. Yalnız sonradan bilmişdir ki, Şahid1 onun yazdığı ərizə əsasında akt tərtib edərək Mədəniyyət Nazirliyinə təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ondan aldığı 3.000 manat pulu geri qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, onun yazdığı ərizə üzrə Təqsirləndirilən şəxs barəsində aparılan araşdırma zamanı X8 İdarəsinin əməkdaşları Şahid2 və Şahid5 onunla görüşmüşlər. Onlarla görüş zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı pulu geri qaytarmışdır, bundan sonra adının bu işdə hallanmasını istəmir. Və həmin vaxt yazılı formada məlumat yazaraq bildirmişdir ki, həmin pulu Təqsirləndirilən şəxs borc kimi vermiş və ondan heç bir şikayət və tələbi yoxdur. Amma həqiqətdə isə 3.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs qızı Elnarəni işə düzəltməsi üçün vermişdir. Hətta Təqsirləndirilən şəxs oğlu Turala da dəfələrlə bildirmişdir ki, "atan pulumu geri qaytarsın, mən onunla bağlı şikayətçi olmaq istəmirəm". Tural da ona bildirmişdir ki, atasının ona olan borcunu qaytarması üçün ona köməklik edəcəkdir, o da onun atası barədə şikayətçi olmasın, hara çağırsalar həmin pulu Müşfiqə borc kimi verdiyini deməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən 3.000 manat məbləğində olan maddi ziyanın tam olaraq ödənildiyini və sonuncuya qarşı hər hansı tələbi, şikayəti və mülki iddası olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, xx.xx.2022-ci il tarixdən X8 İdarəsinin rəis müavini vəzifəsində çalışmış, xx.xx.2022-ci il tarixədək rəis vəzifəsini icra etmiş, hazırda isə həmin vəzifəyə Azər Yusubov təyinat almışdır. Təqsirləndirilən şəxs Şəki rayon Suçma kənd Diyarşünaslıq evinin direktorudur. xx.xx.2022-ci il tarixdə Şəki şəhəri ərazisində mağazalardan birində olduğu zaman Şəki şəhər sakini, mərkəzi poçtda əməliyyatçı işləyən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq bildirmişdir ki, 2022-ci ilin fevral ayında qızının işlə təmin edilməsi üçün Şəki şəhəri Suçma kənd Diyarşünaslıq evinin direktoru Təqsirləndirilən şəxs vasitəsilə ona 3.000 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs onun adından Gülnaza demişdir ki, təcili ona dediyi pul məbləğini gətirsin, guya o, Mədəniyyət Nazirliyinə Zərərçəkmiş şəxs qızının iş məsələsini həll etməyə gedir. Zərərçəkmiş şəxs sona qədər dinləyib məsələnin mahiyyətini təfərrüatı ilə dəqiqləşdirdikdən sonra Şəki şəhər Regional Mədəniyyət İdarəsində məsləhətçi vəzifəsində işləyən Şahid2 zəng edərək Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs idarəyə dəvət etməsini bildirmişdir. Yeni olaraq rəis vəzifəsini icra etməyə başladığı vaxtlarda Təqsirləndirilən şəxs ona yaxın bir tanışının olduğunu, onu hər hansı bir mədəniyyət müəssisəsində işlə təmin etməyə köməklik lazım olduğunu bildirmiş, o isə hazırda işə qəbulun olmadığını demişdir. Lakin Təqsirləndirilən şəxs həmin yaxın tanışının kimliyi barədə ona heçnə deməmişdir. Növbəti gün xidməti otağında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qəbulunda olmuşlar. Həmin vaxt onlardan əlavə onun xidməti otağında MİHİ Şəki şəhər Komitəsinin sədri Şahid5 və X8 İdarəsinin məsləhətçisi Şahid2 də olmuşlar. O, Gülnazdan ona mağazada Təqsirləndirilən şəxs barəsində dediklərini təkrarlamasını xahiş etmişdir. Gülnaz da bir gün əvvəl ona mağazada dediklərini olduğu kimi təkrarlamışdır. Bundan sonra o, Müşfiqdən nəyə görə onun adından istifadə edərək Zərərçəkmiş şəxs pul aldığını soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, onun adından deyil, idarənin keçmiş rəisi Mirvari Zeynalovanın adından istifadə etməklə Zərərçəkmiş şəxs 3.000 manat pul almışdır. Həmin vaxt Şahid2 Təqsirləndirilən şəxs yalan danışmamasını bildirmiş və Müşfiqə demişdir ki, Mirvari Zeynalova 2021-ci ilin dekabr ayından vəzifəsindən azad olunmuşdur. Onun xidməti otağında olan zaman Təqsirləndirilən şəxs otaqda olanların şahidliyi ilə həqiqətən də qızını işə düzəldəcəyi vədi ilə Zərərçəkmiş şəxs 3.000 manat pul aldığını etiraf etmiş və həmin pulu geri qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs göstərdiyi xüsusatlarla bağlı ərizə yazmasını bildirmiş və Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs qızını işə düzəldəcəyi üçün 3.000 manat pul verməsi barədə ərizə yazaraq ona təqdim etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ərizəsi əsasında Şəki şəhər Regional Mədəniyyət İdarəsində onun, Şəki Regional Ərazi Metodiki Mərkəzin rəhbəri Şahid5, X8 İdarəsinin məsləhətçiləri Şahid2 və Ülkər Mahmudova, X5 Təşkilatının sədri Şahid3, İdarənin kadr işlərini ictimai əsaslarla icra edən Dilbazi İsmayılovanın iştirakı ilə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və Mədəniyyət Nazirliyinə göndərilmişdir. Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Daha sonra danışılanlardan bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 3.000 manat pulu geri qaytarmışdır. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə onun xidməti otağında olan zaman Zərərçəkmiş şəxs 3.000 manat pul vəsaitini anasının əməliyyat xərclərini qarşılamaq üçün alması barədə heçnə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, hazırda X8 İdarəsində məsləhətçi vəzifəsində çalışır. İşlədiyi idarədə xx.xx.2022-ci il tarixədək rəis vəzifəsini Şahid1 icra etmişdir. Hazırda isə həmin vəzifəyə Azər Yusubov təyinat almışdır. 2021-ci ilin dekabr ayına qədər isə idarənin rəisi Mirvari Zeynalova olmuşdur. Musayev X7 rayon Suçma kənd Diyarşünaslıq evinin direktorudur. xx.xx.2022-ci il tarixdə İdarənin rəis vəzifəsini icra edən Şahid1 ona zəng vuraraq Suçma kənd Diyarşünaslıq evinin direktoru Təqsirləndirilən şəxs sabah təcili idarəyə çağırmasını bildirmişdir. O, nə baş verdiyini soruşduqda Şahid1 bildirmişdir ki, Şəki şəhəri ərazisində mağazalardan birində olduğu zaman Şəki şəhər sakini, mərkəzi poçtda əməliyyatçı işləyən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq bildirmişdir ki, 2022-ci ilin fevral ayında qızının işlə təmin edilməsi üçün Şəki şəhəri Suçma kənd Diyarşünaslıq evinin direktoru Təqsirləndirilən şəxs Adışırin oğlu vasitəsilə ona 3.000 manat pul göndərmişdir. Həmçinin Şahid1 deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs onun adından Gülnaza demişdir ki, təcili ona dediyi pul məbləğini gətirsin, guya Şahid1 Mədəniyyət Nazirliyinə Zərərçəkmiş şəxs qızının iş məsələsini həll etməyə gedir. Növbəti gün Şahid1 xidməti otağında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qəbulunda olmuşlar. Həmin vaxt onlardan əlavə Şahid1 xidməti otağında MİHİ Şəki şəhər Komitəsinin sədri Şahid5 və o, olmuşdur. Şahid1 Gülnazdan ona mağazada Təqsirləndirilən şəxs barəsində dediklərini təkrarlamasını xahiş etmişdir. Gülnaz da bir gün əvvəl ona mağazada dediklərini təkrarlamışdır. Bundan sonra Şahid1 Müşfiqdən nəyə görə onun adından istifadə edərək Zərərçəkmiş şəxs pul aldığını soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, onun adından deyil, idarənin keçmiş rəisi Mirvari Zeynalovanın adından istifadə etməklə Zərərçəkmiş şəxs 3.000 manat pul almışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs yalan danışmamasını bildirmiş və Müşfiqə demişdir ki, Mirvari Zeynalova 2021 -ci ilin dekabr ayından vəzifəsindən azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs otaqda olanların şahidliyi ilə həqiqətən də qızını işə düzəldəcəyi vədi ilə Zərərçəkmiş şəxs 3.000 manat pul aldığını etiraf etmiş və həmin pulu geri qaytaracağını bildirmişdir. Şahid1 Zərərçəkmiş şəxs göstərdiyi xüsusatlarda ərizə yazmasını bildirmiş və Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs qızını işə düzəldəcəyi üçün 3.000 manat pul verməsi barədə ərizə yazaraq Şahid1 təqdim etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ərizəsi əsasında Şəki şəhər Regional Mədəniyyət İdarəsində Şahid1, Şəki Regional Ərazi Metodiki Mərkəzin rəhbəri Şahid5, X8 İdarəsinin məsləhətçisi Ülkər Mahmudova, X5 Təşkilatının sədri Şahid3, İdarənin kadr işlərini ictimai əsaslarla icra edən Dilbazi İsmayılova və onun iştirakı ilə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və Mədəniyyət Nazirliyinə göndərilmişdir. Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Daha sonra danışılanlardan bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 3.000 manat pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şahid1 xidməti otağında olan zaman Zərərçəkmiş şəxs 3.000 manat pul vəsaitini anasının əməliyyat xərclərini qarşılamaq üçün alması barədə heç nə deməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da Şahid1 xidməti otağında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 2017-ci ildən X8 İdarəsinin həmkarlar təşkilatının sədridir. 2022-ci ilin iyun ayında idarənin sədr vəzifəsini icra edən Şahid1 xidməti otağına dəvət olunmuşdur. Həmin vaxt Şəki şəhər Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Şahid1 xidməti otağında Şahid1 özü, o, Şəki Regional Ərazi Metodiki Mərkəzin rəhbəri Şahid5, X8 İdarəsinin məsləhətçiləri Şahid2 və Ülkər Mahmudova, İdarənin kadr işlərini ictimai əsaslarla icra edən Dilbazi İsmayılova, vətəndaş Zərərçəkmiş şəxs olmuşdur. Şəki şəhər Suçma kənd Diyarşünaslıq evinin direktoru Təqsirləndirilən şəxs isə otaqdan çöldə olmuşdur. Yalnız həmin vaxt Gülnaz Musayevanın deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızını işə düzəldəcəyini vəd verərək ondan 3.000 manat pul almış, lakin verdiyi vədə əməl etməmişdir. Daha sonra Şahid1 tərəfindən akt tərtib olunaraq həmin işə xidməti qaydada münasibət bildirilməsi onlara həvalə olunmuşdur. Daha sonra o və Şahid5 tərəfindən həm Təqsirləndirilən şəxslə, həm də Zərərçəkmiş şəxs ilə görüşlər keçirmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yalnız borc qismində anasının müalicə xərclərini qarşılamaq üçün 3.000 manat pul aldığını bildirmişdir. Zərərçəkmiş şəxs ilə fərdi görüş zamanı onu iclasda iştirak etmək üçün dəvət etsələr də, sonuncu iclasda iştirak etmək istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs yazılı formada məlumat yazaraq bildirmişdir ki, iclasda iştirak etmək istəmir. Zərərçəkmiş şəxs məlumatda bildirmişdir ki, Təqsirləndirilən şəxs borc qismində 3.000 manat pul vermiş, Təqsirləndirilən şəxs də ondan aldığı pulu geri qaytardığına görə Təqsirləndirilən şəxs şikayəti yoxdur. Daha sonra iclasın yekununda iclasın qərarı ilə Təqsirləndirilən şəxs İttifaq üzvlüyündən azad olunmaqla ona töhmət elan olunmuş və o, tutduğu vəzifədə saxlanılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxs Şahid1 xidməti otağında Təqsirləndirilən şəxs 3.000 manat pulu qızını işə düzəldəcəyi üçün verdiyini qeyd etmiş, daha sonra araşdırma zamanı isə Təqsirləndirilən şəxs 3.000 manat pulu borc qismində verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 2011 - 2015-ci illərdə Şəki şəhərində yerləşən Musiqi Kollecində təhsil almış, təhsilini başa vurduqdan sonra aldığı orta ixtisas təhsili üzrə iş axtarmışdır. 2020-ci ilə qədər müxtəlif qurumlara ixtisası üzrə iş üçün müraciət etsə də buna müvəffəq ola bilməmişdir. 2020-ci ilin fevral ayında bilmişdir ki, anası Gülnazın iş yoldaşı olan Turalın atası X12 kəndində muzey direktoru işləyir. Eyni zamanda anası Gülnaz ona bildirmişdir ki, Müşfiq onun mədəniyyət müəssisələrinin birində işlə təmin olunmağına köməklik edəcəkdir. Anası Gülnaz bunun qarşılığında Müşfiqə 3.000 manat pul və işə qəbul edilməsi üçün zəruri olan müvafiq sənədlərini verdiyini demişdir. Həmin məsələdən 2 ay keçməsinə baxmayaraq Müşfiq müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etmədiyindən anası Gülnaz da məcbur qalıb bu barədə X8 İdarəsinin rəisi vəzifəsini icra edən Şahid1 məlumat vermişdir. Daha sonra Müşfiq anasından aldığı 3.000 manat pulu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Zərərçəkmiş şəxs iş yoldaşı kimi neçə illərdir ki, tanıyır. Təqsirləndirilən şəxs isə şəxsən tanımasa da, iş yoldaşı Turalın atası olduğunu bilmişdir. Gülnaz çox yaxşı insan, çox mehriban olmaqla əxlaqlı, tərbiyəli və təmənnasız biri olmuşdur. 2022-ci ilin fevral ayında Gülnazla aralarında danışıqlar zamanı Gülnaz qızı Elnarənin Şəki rayonunda yerləşən mədəniyyət müəssisələrində işə düzəlməsi üçün poçtda onlarla birlikdə işləyən Turalın atası Təqsirləndirilən şəxs 3000 manat pul verdiyini demişdir. Bu söhbəti demək olar ki, Gülnazın bütün iş yoldaşları bilmişdir. Gülnazla Müşfiqin arasında söz-söhbət yalnız Müşfiqin ona pulunu qaytarmaması ərəfəsində olmuşdur. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsi elan edilmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusu kimi neçə illərdir ki, tanımışdır. Təqsirləndirilən şəxs isə heç vaxt tanımamışdır. 2022-ci ilin fevral ayında Gülnazla aralarında söhbət zamanı Gülnaz qızı Elnarənin Şəki rayonunda yerləşən mədəniyyət müəssisələrində işə düzəlməsi üçün poçtda onlarla birlikdə işləyən adı yadında qalmayan şəxsin atası Müşfiqə 3.000 manat pul verdiyini demişdir. Bu söhbəti demək olar ki, Gülnazın bütün qonşuları və qohum-əqrəbası da bilmişdir. Gülnazla Müşfiqin arasında söz-söhbət yalnız Müşfiqin ona pulunu qaytarmaması ərəfəsində olmuşdur. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: İş materiallarında olan “Azercell mobil operatorundan daxil olmuş CD diskə xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində qələmlə "16667” sözləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X13" proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 01 (bir) ədəd fayl vardır və ad hissəsində "16667" yazısı olan fayla daxil olduqda Zərərçəkmiş şəxs adına olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, 077-377- 07-79 mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı qarşılıqlı telefon danışıqları qeydə alınmışdır. Bundan başqa Zərərçəkmiş şəxs adına olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı qarşılıqlı telefon danışıqları qeydə alınmışdır. İş materiallarında olan "Bakcell” mobil operatorundan daxil olmuş CD diskə xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “Bakcell” sözü və qələmlə "12788/2022" rəqəmləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X13" proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 03 (üç) ədəd fayl vardır. 02 (iki) ədəd faylda sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Ad hissəsində “Zənglərin Detallaşması **********4916 559770779" yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs adına olan 050-307-89- 28 mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı qarşılıqlı telefon danışıqları qeydə alınmışdır. İş materiallarında olan "Azerfon" mobil operatorundan daxil olmuş CD diskə xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı qırmızı rəngdə olub üzərində zavod üsulu ilə “nar” sözü və qələmlə “222026250” rəqəmləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X13" proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 03 (üç) ədəd qovluq vardır. Sms mətnləri olan 2 ədəd fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Ad hissəsində "Zənglərin Detallaşması **********4752 773770779_4", yazısı olan fayllara daxil olduqda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs adına olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı qarşılıqlı telefon danışıqları qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X8 İdarəsinin xx.xx.2022-ci il tarixli, 348 nömrəli məktubuna əlavə edilmiş X8 idarəsinin xx.xx.2018-ci il tarixli, 124 S3 nömrəli əmrindən çıxarışdan görünür ki, orta ixtisas təhsilli Təqsirləndirilən şəxs həmin tarixdən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X8 idarəsinin nəzdində fəaliyyət göstərən Şəki şəhəri Suçma kənd Diyarşünaslıq evinin direktoru vəzifəsinə təyin olunmuşdur. Həmin məktuba əlavə edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs iş yerindən müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının 14 iyul 2022-ci il tarixli, xx/xx-1937/2022 saylı məktubdan görünür ki, X8 İdarəsi Şəki rayon, Suçma kənd Diyarşünaslıq evinin müdiri Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs qızının işlə təmin olunması məqsədilə sözügedən şəxsdən qanunsuz olaraq 3000 (üç min) manat məbləğində vəsait alması barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət etmişdir. X8 İdarəsi tərəfindən tərtib edilmiş 11 iyun 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızını X8 İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin hər hansısa birində işə düzəltmək məqsədiilə 3000 manat məbləğində pul almış və həmin pulu 5 ay keçməsinə baxmayaraq geri qaytarmamışdır. O bu hərəktləri ilə regional idarənin adına xələl gətirməklə, Zərərçəkmiş şəxs ilə tanışlığndan və onun inamından istifadə edərək onu aldatmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X8 İdarəsinin 14 iyun 2022-ci il tarixli, 254 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızını X8 İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin hər hansısa birində işə düzəltmək məqsədiilə 3000 manat məbləğində pul almış və həmin pulu 5 ay keçməsinə baxmayaraq geri qaytarmamışdır. Həmin faktlarla bağlı rəhbərlik tərəfindən müzakirələr aparılmış, müzakirədən sonra regional idarə tərəfindən müvafiq məsələ ilə bağlı akt tərtib olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya xəstəxanası” X14 xx.xx.2022-ci il tarixli, 7957 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. 11 avqust 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02/2-223c-22 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. 29 iyun 2022-ci il tarixli, 7 nömrəli protokoldan görünür ki, Suçma kənd, Diyarşünaslıq evinin direktoru Təqsirləndirilən şəxs yol verdiyi kobud səhvlərə görə intizam tənbəhinin verilməsi məqsədə uyğun hesab edimiş və MİHİ Respublika komitəsinin Nizamnaməsinin 4.12-ci müddəalarına əsaslanaraq həmkarlar ittifaqı üzvlüyündən xaric edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2022-ci il tarixli, xx/xx-11526 nömrəli məktubundan görünür ki, Musayev X2 Mərkəzində müalicədə olmamış və qeydiyyatda yoxdur. X8 İdarəsinin 15 noyabr 2018-ci il tarixli, 124 §3 nömrəli əmrindən çıxarışdan görünür ki, orta ixtisas təhsilli X3 15 noyabr 2018-ci il tarixdən Şəki rayonu, Suçma kənd diyarşünaslıq evinin direktoru vəzifəsinə təyin olunmuş və aylıq əmək haqqı X11 əsasən 11-ci dərəcə ilə hesablanmışdır. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Suçma kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş məlumatdan görünür ki, Şəki rayonu, Suçma kənd sakini, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Şəki şəhər İcra Hakimiyyəti Başçısının Suçma kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində hər hansı bir şikayət daxil olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi pul vəsaitini borc kimi alması ilə bağlı dəlillər özünü müdafiə xarakterli olmaqla istintaq sənədləri ilə təkzib edildiyindən sübut kimi qiymətləndirilmədən rədd edilmiş, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 01 (bir) ədəd disk, “Azərfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 01 (bir) ədəd disk, “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məluatlarının əks olunduğu 01 (ədəd) disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsində göstərilmişdir ki, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi rüşvət vermə cinayətini ehtiva edir və həmin əmələ görə təqsirli bilinən şəxs beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Yuxarıda qeyd olunanları əsas götürən və cinayət işinin materiallarında olan sübutlara, o cümlədən işin faktiki hallarına nəzər yetirən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Odur ki, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli onun özünün cinayət əməllərini törətməsi irəli sürdüyü özünü müdafiə xarakterli dəlillər istintaq sənədləri ilə təkzib edilməsi ilə yanaşı, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə, habelə cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 32.4,312.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasının yüngülləşdirici hall kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin islah olunması üçün onun yüngül cəza növü olan cərimə cəzasının verilməsi cəzanın məqsədlərinə uyğun olmamaqla, mütləq azadlıqdan məhrum etmə növündə cəza çəkməsinidə iddia etmək olmaz. Belə ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alınıdığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2 maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini öz qulluq mövqeyindən istifadə etməklə törətdiyindən, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən CM-in 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda iş üzrə mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Şəki rayonunun hüdudlarını tərk etməmək, Şəki rayonu, Suçma kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrasına nəzarət Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut – "Azercell" mobil operatorundan daxil olmuş 01 (bir) ədəd disk, “Azerfon" mobil operatorundan daxil olmuş 01 (bir) ədəd disk, “Bakcell mobil operatorundan daxil olmuş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev Azərbaycan Respublikası adından Şəki şəhəri İş № 1(075)-7/2023 xx.xx.2023-cü il QƏRAR (cinayət təqibinə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında) ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxx 1973-cü ildə Şəki rayonunda, Suçma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, X8 İdarəsinin nəzdində fəaliyyət göstərən Şəki rayonu Suçma kənd Diyarşünaslıq evinin direktoru vəzifəsində işləyən, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.3, və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 178.2.3, və 32.4, 312.1ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2018-ci il tarixli, 124 saylı əmrlə həmin tarixdən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X8 İdarəsinin nəzdində fəaliyyət göstərən Şəki şəhəri Suçma kənd Diyarşünaslıq evinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid4 X8 İdarəsinin tabeçiliyində olan mədəniyyət evlərindən birinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs ilə Şəki şəhərində görüşləri zamanı sonuncuda guya özünün X8 İdarəsinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun X8 İdarəsinin tabeçiliyində olan mədəniyyət evlərindən birinə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Şəki şəhəri, Məmmədşərif Həmidov küçəsində yerləşən Mərkəzi Poçtun inzibati binasında görüşləri zamanı Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin fevral ayında həmin Mərkəzi Poçtun qarşısında Zərərçəkmiş şəxs 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs təhrik etməklə cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilməsə də, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ümumi maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənildiyini bildirmiş və bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 09 fevral 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 25 faizi məbləğində pul vəsaiti olan 750 (yeddi yüz əlli) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə belə qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, CM-nin 73-1.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmiş, həmin zərərçəkmiş şəxslə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 750 (yeddi yüz əlli) manat məbəlğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43 və 384-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilsin və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-7/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-7/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver