Məhkəmə qərarları › İş №1(075)-7/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-7/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-7/2024 10.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirаkı ilə xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2yon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(075)- 66/2023 saylı hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə cinayət əmlini törətmişdir. Belə ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki şəhər sakini Zərərçəkmiş şəxs, mərhum qohumunun adına olan torpaq sahəsini onun adına sənədləşdirməyə köməklik edəcəyi barədə yalan və uydurma vədlər verərək aldadıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin yanvar ayının ortalarından həmin ilin fevral ayının əvvəllərinədək olan müddətdə ayrı-ayrı vaxtlarda Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən «Karvan» çay evinin qarşısında ümumilikdə 4300 manat, sonııncıı dəfə isə 10 fevral 2023cü il tarixdə saat 10 radələrində yenə də Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən «Karvan» çay evinin qarşısında 5400 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə xeyli miqdarda yəni 9.700 (doqquz min yeddi yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini Zərərçəkmiş şəxs tanımışdır. Elşad ona demişdir ki, Rusiyada yaşayan Nadir adlı şəxsin torpağın sənədləşməsi ilə bağlı çətinlikləri var. Beləliklə, o, Nadiri tanımış və Nadir ona demişdir ki, Şəki şəhərində yerləşən 20 nömrəli məktəbin yanında qohumunun 9,7 sotuq torpaq sahəsi vardır. Qohumu vəfat edib, qohumunun oğlu həmin torpaq sahəsini satmaq istəyir, həmin torpaq sahəsini sənədləşdirmək lazımdır. O, Nadirlə danışıb razılaşmışlar və ümumilikdə Nadirdən torpağın sənədləşdirilməsi üçün 9700 manat pul almışdır. Lakin Elşadın bu işdən xəbəri olmamışdır. Elşad yalnız onu Nadirlə tanış etmişdir. Nadir ona ilk olaraq 2400 və yaxud 2500 manat Elşadın vasitəsi ilə pul göndərib. Elşad vasitəçi olub. Pulun bir hissəsi onun Unibank vasitəsilə hesabına göndərilib. Bir hissəsi isə Şahid ona Karvan restoranının yaxınlığında verib. Ümumikdə 9700 manatı alıb, lakin, o, Elşadın yox Nadirin pulunu mənimsiyib. İbtidai istintaqda bilərəkdən ifadəsini səhv vermişdir. O, Nadirlə üzləşmək istəmiş, lakin Nadir istintaqa gəlməmişdir. O, da hesab etmişdir ki, iş sonda məhkəməyə gedəndə məhkəmədə Nadirlə üzləşər. Nadirdən 9700 manat istəməsini və almasını etiraf edir. Lakin pulun təxminən 2500 manatını ona Elşad verib, 5000 manatdan artıq hissəsini ona Sərxan verib, qalan məbləği isə onun hesabına göndəriblər. Mərkəzi poçt vasitəsi ilə vurulan pul başqa adamın adına vurulub. Sonda bildirdi ki, zərərçəkmiş şəxs Nadir olmalıdı, hazırki, iş üzrə Elşad zərərçəkmiş şəxs ola bilməz. O, artıq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət işinə xitam verilməsini, ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrin arasında ziddiyətlər olduğundan onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu. X5 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şəki şəhər sakini Zərərçəkmiş şəxsla 2022- ci ilin iyun ayında təsadüf tanış olmuş, tanış olduqdan sonra Elşadla onun arasında münasibət yaranmışdır. Tanış olduqdan bir müddət sonra, yəni 2023-cü ilin yanvar ayında dəqiq tarixi xatırlamır. Şəki şəhərində Elşada rasl gəlib görüşüb hal-əhval tutanda onu narahat görüb nə problemi olduğunu soruşmuşdur. Elşad da ona demişdir ki. Şəki şəhərində yerləşən 20 nömrəli məktəbin yanında qohumunun 9,7 sotuq torpaq sahəsi vardır. Qohumu vəfat edib, qohumunun oğlu həmin torpaq sahəsini satmaq istəyir, o da həmin torpaq sahəsini almaq istəyir və həmin torpaq sahəsini sənədləşdirmək istəyir. Ancaq nə cür sənədləşdirmək lazım olduğunu bilmir. O, Elşada demişdir ki, narahat olmasın bu sahədə tanışları vardır, tanışlarının vasitəsi ilə onun işini düzüb qoşacaq. Elşən da ona inanmışdır. Bundan sonra o, Elşada müxtəlif bəhanələr gətirib ayrı- ayrı vaxtlarda ümumilikdə 9700 manat pulunu almışdır, özünün deməsinə görə Elşadın dediyi torpaq sahəsi mübahisəli olduğuna görə sənədləşdirmək mümkün deyildi, bunun üçün uzun prosedur keçilməli idi. Onun da pula chdiyacı var idi. Buna görə o, Elşadı aldadıb ümumilkidə 9700 manat pulunu almışdır. Qeyd olunan səbəbə görə o, adı gedən torpaq sahəsini Elşadın adına rəsmiləşdirmək üçün heç bir orqana müraciət etməmişdir. O, Elşada guya qohumunun adına olan torpaq sahəsini onun adına sənədləşdirmək adı ilə aldadıb ümumilikdə 9700 manat pulu almışdır. Elşad həmin pulları ona ayrı-ayrı vaxtlarda, əsasən 2023-cü ilin yanvar ayında, sonuncu dəfə 5400 manat pulu 2023-cü ilin fevral ayının əvvəllərində vermişdir. Həmin pulları Elşad hər dəfə ona Şəki şəhərində yerləşən «Karvan » çay evinin qarşısında vermişdir. Elşad həmin pulları ona verən zaman yanlarında heç kim olmamışdır. Bundan başqa o, göstərmişdir ki, Zərərçəkmiş şəxs aldadaraq aldığı 9700 manat pulu öz borclarını ödəmiş və ailəsinin dolanışığı üçün xərcləmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahin ləqəbli, Təqsirləndirilən şəxs tanımışdır. Şəki şəhərində yerləşən 20 nömrəli məktəbin yanında bibisinin əri Baharəddin dayının adına 9,7 sotuq torpaq sahəsi vardır. Baharəddin dayı təxminən 30 il qabaq vəfat etmişdir. Bahərəddin dayının qohumu, Rusiya Federasiyasında yaşayan X4 ona zəng edib bildirmişdir ki, həmin torpaq sahəsini rəsmiləşdirmək istəyir, əgər rəsmiləşdirə bilsə satacaq. O, da Nadirə demişdir ki, əgər rəsmiləşdirmək mümkün olsa həmin torpaq sahəsini o, özü alacaq. Nadir də, etiraz etməmişdir. Həmçinin həmin torpaq sahəsi qonşu ilə mübahisəli idi. Nadir ona demişdir ki, özü Rusiyada olur, buna görə, o, özü həmin torpaq sahəsini sənədləşdirsin, sonra alqı-satqı edib öz aralarında razılaşarlar. Sənədləşməyə nə qədər xərci çıxsa alqı-satqı zamanı həmin pulu nəzərə alınar. 2023-cü ilin yanvar ayının əvvəllərində, o, Ramizə, həmin torpaq sahəsini sənədləşdirmək istədiyini, lakin hansı yolla sənədləşdirmək lazım olduğunu bilmədiyini demişdir. Ramiz ona bildirmişdi ki, narahat olmasın onun bu sahədə tanışları var, tanışlarının vasitəsi ilə onun işini düzüb qoşacaq. Ramizlə Nadiri telefon vasitəsi ilə əlaqələndirmişdir. Nadirdən alacağı olub. O, Ramizə 4300 manatı az-az əlbəəl vermişdir. Ümumilikdə 2023-cü ilin fevral ayının 10-dək olan müddətdə hissə-hissə olmaqla ümumilikdə Ramiz onun 9700 manat pulunu almışdır. Sonuncu dəfə Ramiz ona demişdir ki, Bakı şəhərindən kadastr xidmətindən yoxlamalar gəlir artıq torpaq təsdiqlənir, torpağın təsdiqlənməsi üçün 5400 manat rüsum lazımdır, həmin pul onda olmalıdır ki, əməkdaşlar gələndə sənədləşdirən kim pulu həmin şəxslərə ödəsin. Ramiz ona Bakı şəhərindən kadastr xidmətinin əməkdaşları gəlir deyib bildirmişdir ki, əgər ona inanmırsa və pulu ona vermək istəmirsə Təqsirləndirilən şəxs kart nömrəsini versin, pulu həmin şəxsin kart nömrəsinə köçürsin, Təqsirləndirilən şəxs İcra hakimiyyətində işləyir. O, da Ramizə demişdir ki, pulu onun özünə verəcək. Lakin həmin vaxt səhəti ilə bağlı problemləri olduğundan qohumu Sərxan vasitəsi ilə 5400 manatı Ramizə göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun özüdür. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxsla onun arasında heç bir ədavət və düşmənçilik, həmçinin pul və ya əmlakla bağlı mübahisələri olmamışdır. O, Ramizə, almaq istədiyi torpaq sahəsini onun adına rəsmiləşdirməsi üçün hissə hissə olmaqla ümumilikdə 9700 manat pul vermişdir. Ramizə verilən 9700 manat pul ona məxsus olmuşdur. Hətta pulun bir hissəsini Rusiyada yaşayan Xəlilov Nadir versə belə. Bildirmək istəyir ki, onun Nadirlə pul alış verişi var və ziyanlığı çəkən odur. Sonradan eşitmişdir ki, Ramil Əmirov ondan başqa digər şəxsləri də aldadıb pullarını ələ keçirdiyi üçün tutulub, barəsində olan cinayət işi Şəki rayon Məhkəməsinə göndərilib. Sonda bildirdi ki, onun təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi yoxdur, təqsirləndirilən şəxs 9700 manat ziyandan heç olmasa 5000 manatını ödəsə, o, təqsirləndirilən şəxsi bağışlayar və onunla barışar. Lakin ziyan ödənilməyib, ona görə də, şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Elşad ondan xahiş etmişdir ki, 5400 manat pulu Ramizə versin. Belə ki, Elşadın həmin vaxt təcili işi olduğundan Elşad ona 5400 manat verərək həmin pulu Ramizə çatdırmasını xahiş etmişdir. Elşad ona pulu torpağa görə verildiyini demişdir. O, da Ramizlə Karvan restoranının yaxınlığında görüşüb Elşadıddan aldığı 5400 manatı Ramizə vermişdir. Verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəni təstiq edir, çünki, ibtidai istintaq zamanı da, belə ifadə vermişdir. İbtidai istintaqda və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ziddiyətlərin olmasına aydınlıq gətirə bilmir. Lakin bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəni oxumamış imzalamışdır. Şahid ifadələri arasında ziddiyətlər olduğundan ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu. Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Qohum kimi Elşadla yaxın münasibəti vardır, aralarında heç bir ədavət və ya düşmənçilik olmayıb və yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü ilin fevral ayının 10-da, saat təxminən 12 radələri olardı Elşadla birlikdə olduğu vaxt, sonuncunun mobil telefonuna zəng gəlmiş, Elşad telefonda kiminləsə danışandan sonra ona demişdir ki, birlikdə onun evinə gedib-gəlsin. O, da etiraz etməyib Elşadla birlikdə sonuncunun evinə getmişdir, Elşad evə daxil olub bir neçə dəqiqədən sonra qayıdıb gəlmiş və birlikdə «Karvan» kafesinin yanına gəlmişlər. Elşad orada bir nəfər şəxslə görüşüb, cibindən pul çaxarıb həmin şəxsə verdi. Həmin şəxs pulu götürüb saydı və 5400 manat oldu, pulu cibinə qoyub Elşada demişdir ki, «narahat olma sənin torpaq məsələn həll olunacaq». Sonra onlar həmin şəxsdən ayrılmışlar. O, Elşaddan həmin oğlanın kim olduğunu və pulu nə üçün ona verdiyini soruşmuş, Elşad da ona demişdir ki, oğlanın adı Şahindir, torpaq sahəsi var, həmin torpaq sahəsini sənədləşdirilməsinə köməklik edəcəyinə söz vermişdir, pulu da buna görə ona vermişdir. O da bir söz deməmişdir. Bundan bir müddət sonra Elşadla görüşüb söhbət edən zaman sonuncu ona demişdir ki, Şahin kimi tanıdığı şəxsin əsil adı Ramiz imiş. Ramiz torpaq sahəsini sənədləşdirmək adı ilə aldadıb onun cəmi 9700 manat pulunu almışdır. Həmçinin o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə onun heç bir münasibəti olmayıb. Həmçinin Təqsirləndirilən şəxs kənar kimləri aldadaraq pullarını ələ keçirməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, Rusiya Federasiyasının vətəndaşıdır, Nijniy Novqoqrod şəhərində yaşayır. Elşad bibisinin nəvəsidir. Təqsirləndirilən şəxs Elşada görə tanımışdır, lakin Ramizin adını Şahin kimi bilmişdir. Elşad ona demişdir ki, Ramiz bizə torpağın sənədlərinin düzəldilməsi ilə bağlı köməklik göstərərcək. Buna görə ona pul göndərim. O, Elşad və Ramiz telefon vasitəsi ilə eyni vaxtda üçü birlikdə danışıblar. Ramiz sənədlərin düzəldilməsi üçün əvvəllər 7500 manat istəsə də, daha sonra qiyməti 9700 manata qaldırdı. Aradan bir müddət keşəndən sonra eşidib ki, Ramiz həbs edilib. Torpağın pulunu, o, göndərsədə Elşadla arasında pul məsələsi olduğundan Elşadda zərərçəkmişdir. Belə ki, Elşadla razılaşıblar ki, torpağın sənədləri düzələndən sonra öz aralarında haqq-hesab etsinlər. Elşadla onun arasında təxminən 15000-20000 manat pul məsələsi var. Torpağı satandan sonra gəlirlə bağlı razılığ əldə olunmalı idi. Torpağın sahibi qohumu Bəhərəddin olub. Bəhərəddinin vərəsəsi isə Tapdıqdır. Torpağı sənədləşdirib Tapdıqdan almalı idilər. O və Elşad. Torpağın sənədləşmə işləri ilə bağlı bütün sənəd məsələlərini Ramizlə Elşad danışıb. 4000 manat göndərib Elşada, 5400 manatı isə Sərxana göndərib ki, Ramizə versin. Qalan pulu Ramizin öz hesabına göndərmişdir. Pul onunla Elşadındır. O, Ramizi tanımayıb. Ramizi onunla Elşad tanış edib. O, pulu Elşaddan tələb edir. Elşadda pulu Ramizdən alsın. Aralarında votsap sosail şəbəkəsi vasitəsi ilə yazışma olsa da, halhazırda mövcud deil. Pulu mən Elşad vasitəsilə ilə Şahinə versəmdə, Elşadla mən torpağın sənədləri düzəldikdən sonra öz aramızda pulla bağlı razılığa gələcəydik. Elşada zərər dəyib.Pulu mən versəydim birbaşa təkcə mənim pulum olardı, ancaq qeyd etdiyim kimi göstərdiyim xüsuslar nəzərə alınaraq pulu Elşad verdiyi üçün pul artıq onun pulu sayılır. Mənim Elşada borcum var. Torpağı əldə edib satmaq fikrimiz olub. Satandan sonrada Elşada olan borcumu verəcəydim. Elşad onu Ramizlə tanış edib ki, torpağı sənədləşdirildikdən sonra satılsın və daha sonra Elşadın pulu ödəndikdən sonra qazancı bölünsün. Elşada birinci 30000 rubl (təxminən 750manat) ,əlavə olaraq 1200 manat və sair xatırlamadığım civarda məbləğlər göndərmişəm. Elşadın telefonunda nasazlıq yarandığı dövrdə 5433 manatı Sərxanın vasitəsi ilə Ramizə göndərmişəm. Ramizin özünündə kartına pul vəsaiti göndərmişəm. Ümumilikdə Ramizə 9713 manat pul çatıb. Verilən suallara cavab olaraq bildirdi ki, Ramiz pulu Elşaddan istəyib və razılaşıblar, torpağın sənədləşdirilməsinə görə Ramizə verilən pullar Elşadındır, o, pulu Elşada verib və Elşadda ona qaytarmalıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 göstərmişdir ki, ibtidai araşdırmanı, o, icra etmişdir. Bildirmişdir ki, araşdırma Elşadın müraciəti əsasında başlanmış və aparılmışdır. İcraat zamanı təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ifadə vermiş və ifadəsinə yalnız göstərdiyi xüsusatlar yazılmışdır. Eyni zamanda zərərçəkmiş şəxs və şahidin də ifadəsi onların sözlərindən yazılıb oxunub və onlar tərəfindən imzalanıb. İş materiallarına əlavə edilmiş 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(075)-66/2023 saylı hökmün və Şəki Apellyasiya Məhkəməsinin 1(107)-436/2023 saylı qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edlmiş, cəzaçəkməsinin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəki Rayon Məhkəməsinin 1(075)-66/2023 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X8 adlı, xx.xx.2018-ci il təvəllüdlü X7 adlı və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı övladları var. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Təqsirləndirilən şəxsin aldığı pulları məbləğini, həmçinin niyətinin aldatmaq olmasını etiraf etsədə, Zərərçəkmiş şəxs qarşı dələduzluq etməməsini, zərərçəkmiş şəxsin X6 olmasına dair bildirdiklərinə məhkəmə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iş üzrə dindirilmiş şəxsləri ifadələri təqsirləndirilən şəxsin bu ifadəsinin əsaslı olmadığına dəlalət edir. Zərərçəkmiş şəxs birbaşa maddi ziyan vurulması sübuta yetirilir. İLk növbədə nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslə Natiqi tanış edən, təqsirləndirilən şəxslə torpağın sənədləşdirilməsi üçün pulu danışan Zərərçəkmiş şəxs olmuş, məbləğin bir hissəsini Ramizə verən də, Zərərçəkmiş şəxsdur. Hətta qəbul etsək ki, pulu göndərən X6 olımuşdur, ifadələrdən də görünür ki, Natiqnən Zərərçəkmiş şəxs arasında pul məsələləri var və təqsirləndirilən şəxsə verilən pul Elşadın hesabından olduğu kimi qeyd olunmaqla, həmin məbləği X1 Elşad Yusif oğlundan tələb edir. Sənədləşdirilən torpaq satıldıqda ilk növbədə Elşadın pulu ödənilməli idi. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanımaqda istintaq orqanı səhvə yol verməmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində üç az yaşlı uşağın olması, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Şəki Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 1(075)-66/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti cəza verilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutun, ekspertiza xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Şəki Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 1(075)-66/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 20 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. İş üzrə maddi sübutun, ekspertiza xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkuma hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar