Məhkəmə qərarları › İş №1(075)-70/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-70/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-70/2023 26.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxx 1962-ci tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işsiz, orta təhsilli, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi 02 il maddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, 04 aprel 2022-ci il tarixdə bitmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 48,015 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq üzərində saxlamış, 02 mart 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün Şəki şəhəri, Arxüstü küçəsində saxlanılaraq Şəki şəhəri, X9 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 16:01 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki mavi rəngli gödəkcənin sol yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 48,015 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Bakı şəhərində "Uber" taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olub ailəsi üçün qazanc əldə edir. Belə ki, təxminən 20 ilə yaxındır müxtəlif növ narkotik vasitələrdən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri bir çox hallarda Bakı şəhərində tanımadığı şəxslərdən əldə edib istifadə edir. Əvvəllər narkotik vasitə istifadə etməklə üzərində daşımaya görə həbs olunaraq azadlıqdan məhrum edilmişdir. Bir çox hallarda pulu olmadığında Bakı şəhərinə gedib orada "Uber" taksi şirkətinə işləyib xərclik üçün pul əldə edib Şəki şəhərinə qayıtmışdır. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Memar Əcəmi metrostansiyası yaxınlığında kirayədə yaşayır. Bir çox hallarda vaxtı olduqca metronun yaxınlığında olan parka gedib orada gəzib istirahət edir. 2023-cü ilin fevral ayının ortaları olarkən M.Əcəmi metrosu yaxınlığında yerləşən parkda gəzərkən yerdə olan siqaret qutusunu ayağı ilə vurarkən qutunun ağır olmasını hiss edib və siqaret qutusunu götürüb baxdıqda içərisində narkotik vasitə olan patı və heroin olmasını müəyyən etmişdir. Həmin vaxt ətrafa baxmış və ona fikir verən olmadığını görüb siqaret qutusunu cibinə qoyub oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Evdə tapdığı narkotik vasitələrdən az miqdarda götürüb istifadə etmişdir. Uzun illərdi narkotik vasitə istifadə etdiyi üçün narkotik vasitə istifadə etmədiyi halda bədənində şiddətli ağrılar olur. Ona görə də ağrıları olduğunda narkotik vasitədən istifadə edir. xx.xx.2023-cü il tarixdə şəxsi işi ilə əlqədar şəhər mərkəzinə getmiş, işini həll etdikdən sonra piyada yaşadığı evə qayıtmışdır. Şəki şəhəri, Arxüstü küçəsi ilə yaşadığı ev istiqamətində piyada hərəkətdə olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək onun narkotik vasitə əldə etməklə istifadə etməyi barədə onlarda məlumat olduğunu və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Sonra onu polis şöbəsinə aparmışlar. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olan narkotik vasitə və sair əşyalar təqdim edilməsi təklif edilmişdir. Axtarış zamanı üzərindən tiryək, heroin və metamfetamin aşkar edilmişdir. Lakin onun üzərində heroin və metamfetamindən başqa əvvəlcədən tiryək olmamışdır. Tiryəkin onun cibinə polis əməkdaşları qoyduğundun şübhələnmiş, lakin polis əməkdaşları tərəfindən ona təzyiqlər edildiyindən və etiraf etməsə döyülüb işgəncələrə məruz qalacağından ehtiyat etdiyindən videoçəkilişlə baxış keçirilən zaman hər şeyi boynuna almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Şəki Şəhər- Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Şəki şəhər sakini “İlqar” adlı şəxsin barəsində narkotik vasitələri qanunsuz olaraq saxlaması, istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuş, onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə şöbənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şəki rayonu ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış, Təqsirləndirilən şəxs Şəki şəhəri, Arxüstü küçəsində özlərini təqdim etdikdən sonra ona narkotik vasitələri qanunsuz olaraq saxlamaqda, satmaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişdirlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onu polis şöbəsinə gətirmiş və şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələri izah edilərək müdafiə hüququ təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əlində olan qara rəngli papağını, sonra isə üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd cib dəsmalını, 01 ədəd 5 qəpik və 1 manatlıq pul əskinazını, pambıq parçanı, qara rəngli gödəkçənin altından geyindiyi mavi rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “Prima” markalı siqaret qutusunu, həmin mavi rəngli gödəkçənin sol yan cibindən ağ rəngli sellofon torbaya bükülmüş qara rəngli narkotik vasitə olan tiryəki, həmin mavi rəngli gödəkçənin sağ yan cibindən pambıq parçanı, mavi rəngli gödəkçənin altından geyindiyi tünd-qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd alışqanı, əynindəki açıq-mavi rəngli şalvarın sağ arxa yan cibindən pambıq parçanı çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra əynində olan paltarların üzəri, cibləri yoxlanılmış lakin qanunla qadağan edilmiş hər hanıs bir əşya və predmet aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümün içərisindəki kütlənin tiryək olduğunu, digər 01 ədəd “Prima” markalı siqaret qutusunun üzərində olan sellofanın arasına qoyduğu kağız bükülüləri göstərərək, həmin bükülərdən birində heroin, digərində isə patı olduğunu bildirmişdir. Həmin narkotik vasitələri təxminən fevral ayının ortalarında Bakı şəhərində parkların birindən tapdığını qeyd etmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitələr ekspertizaya təqdim edilməsi üçün Təqsirləndirilən şəxs, onun müdafiəçisinin iştirakı ilə qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməsi məqsədi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki mavi rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 48,015 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Prima" markalı siqaret qutusunun üzərində sellofanın arasına bərkidilmiş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,148 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,040 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə saat 18:55-də Şəki Şəhər-Rayon Polis şöbəsinin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İnvitro MMC-nin xx.xx.2023-cü il tarixli tibbi müayinənin nəticələrinə dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs ekspress metod ilə müayinəsi zamanı onda “Morfin” , "Amphetamin” və ‘‘Metadon" qəbulu faktı aşkar edilmişdir. “Məhkəmə-kimyəvi” ekspertizanın 03 mart 2023-cü il tarixli 17/230 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut" sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-48,015 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təqdim olunmuş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut" sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,148 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Təqdim olunmuş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut" sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,040 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin və tiryək ayrı-ayrı növ narkotik vasitələr olduğundan, metamfetamin isə psixotrop maddə olduğundan onların müqaqyisəli tədqiqatı (eynilik) aparılmadı. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən narkotikvasitələrin sıyahısı"na daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir. Rəyin təsviri hissəsində göstərilmişdir ki, Tiryəkin təmiz çəkisi-48,015 qr., tədqiqata sərf edildi- 0,100 qr., qalıq-47,915 qr. Heroinin təmiz çəkisi -0,148 qr ., tədqiqata sərf edildi-0,050 qr., qalıq-0,098 qr. Metamfetaminin təmiz çəkisi- 0,040 qr., tədqiqata sərf edildi -0,020 qr., qalıq -0,020 qr. Tiryək, Heroin və Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısın” na daxildir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 265 nömrəli məktubdan görünür ki, Kərimov X5 Şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş üzrə verilmiş əməlliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 3-13-5/5405/2023 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin mənbəyinin, narkotik vasitəni hardan və kimdənsə alması, kimlərlə birlikdə narkotik vasitə istifadə etməsi, başqa cinayətlərdə iştirakının olub-olmaması, kimlərə narkotik vasitə satması, ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olub-olmaması, həyat tərzi, maraq dairəsi, spirtli içkilərə meyilli olub-olmaması, yaxın münasibətdə olduğu şəxslərin əhatə dairəsininin müəyyən edilməsi mümkün olmamışdır. Bu istiqamətdə tədbirlərimiz davam etdirilir. Gələcəkdə müsbət nəticə əldə edilərsə Sizə əlavə məlumat veriləcəkdir. Məhkəmə-narkoloji ekspertizanın 15 aprel 2023-cü il tarixli 649 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 352 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələyinin “Ağvanlar” məhəllə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 69 nömrəli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 08 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni əldə etdiyi mənbə istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilib həmin mənbənin müəyyənləşdirilərək qanuna uyğun tədbirlər görülməsi məqsədi ilə cinayət işi üzrə material ayrılıb Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və onun üzərinə baxış zamanı istifadə edilmiş videoçəkilişin 1 ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə çəzasının çəkilməmiş hissəsi 1 il 6 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2, 68.1.2, 67.1 və 93.1.4-maddələrinə əsasən 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məcburi müailicə olunaraq xx.xx.2017-ci il tarixdə cızasının sonu ilə azad olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi 02 il maddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman döyülməkdən qorxduğunu, ona müxtəlif təzyiqlər göstərildiyini, bu səbəbdən də ilkin ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitələrdən heroin və metamfetamindən başqa tiryəkin onun olmaması barədə ifadə verdiyini bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəklişdən görünür ki, Təqsirləndirilən şəxs vəkilinin və digər şahidlərin iştirakı ilə üzərinə baxış keçirildiyini və həmin vaxtı narkotik vasitələrin onun üzərindən aşkar olunaraq təsdiq etdiyini və həmin vaxtı ona hər hansı təzyiq və hədənin olmadığı müşahidə edilmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən hər hansı işgəncə, qanunazidd və qeyri-insani davranışlara yol verilməsi, həmçinin polis əməkdaşları tərəfindən zorakılıq hərəkətlərinin edilməsi barədə hər hansı bir müraciəti olmadığından bildirdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də narkotik vasitələrin onun olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Şəki Rayon Məhkəməsinin 1(075)-22/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 7(075)-37/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Məhkum Təqsirləndirilən şəxs şərti olaraq 02 (iki) ay 04 (dörd) gün vaxtından əvvəl cəzadan azad edilmişdir. Şəki rayonu üzrə İcra və probasiya şöbəsindən verilmiş 26 iyul 2023-cü il tarixli, 996/10 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti 04 aprel 2022-ci il tarixdə bitdiyi üçün həmin tarixdə o, Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-3.1-ci maddəsində nəzərdə tutulmuş Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə-narkoloji ekspertizanın 15 aprel 2023-cü il tarixli, 649 №-li rəyinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan narkotik vasitə olan təmiz qalıq çəkisi 47,915 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0,148 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0,040 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, qeyd olunan maddi sübut Şəki ŞRPŞ-də saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək əsas cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 47,915 qram olan tiryək, 0,148 qram olan heroin və 0,040 qram olan metamfetamin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri 69,10 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM- 198.1.) Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 yerləşdirilməsi üçün müəssisənin mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 47,915 qram olan tiryək, 0,148 qram olan heroin və 0,040 qram olan metamfetamin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 69,10 manat (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar