Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-71/2022 21.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxxx 1989-cu ildə Mingəçevir şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 67.1-ci maddələri ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 9 ay vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda tutulan günə qədər yaşamış, bаrəsində həbs qətimkаn tədbiri seçilmiş və Şəki Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM-nin) 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 01 aprel 2022-ci il tarixdə, saat 19:30 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyət qapısının üzərindən keçməklə evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra həmin evin giriş qapısını itələməklə üzərindəki qıfılı yerindən çıxarıb evə qanunsuz daxil olaraq yataq otağından həmin evdə kirayədə yaşayan Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində bir ədəd Sony DSC-W800 markalı fotoaparatı, üzərində 25 manat dəyərində kaburası olan bir ədəd 470 manat dəyərində olan qara rəngli, operativ yaddaşı 4GB, daxili yaddaşı 64 GB olan Lenovo Tab M10 markalı planşeti, bir ədəd 100 manat dəyərində qara rəngli, Samsung Galaxy S4 markalı mobil telefonu, bir ədəd 5 manat dəyərində qara rəngli, naqilli qulaqcığı, içərisində 60 manat nağd pul, hər biri 15 manat dəyərində cəmi üç ədəd olmaqla biri Azərbaycan Beynəlxalq Bankı ASC-nin plastik təqaüd kartı, ikisi isə Unibank ASC-nin plastik maaş və debet kartları olan bir ədəd üzərində “Pizhenbao Leather” yazıları olan, süni dəridən hazırlanmış 10 manat dəyərində pul kisəsini gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 965 (doqquz yüz altmış beş) manat məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni gizli olaraq talama cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, qəsdən, tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talama məqsədi ilə Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən 01 aprel 2022-ci il tarixdə, saat 19:30 radələrində gizli yolla taladığı pul kisəsinin içərisindən aşkar etdiyi "xxxx" ASC tərəfindən verilmiş sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən **********048484 nömrəli plastik əmək haqqı kartının hesabında olan pulu vahid niyyətlə talamaq məqsədi ilə həmin gün, saat 21:30 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən gündəlik təlabat mallarının satışı ilə məşğul olan "Bazarstore" mağazasından aldığı 4,99 (dörd manat doxsan doqquz qəpik) manat dəyərində dezodorantın pulunu və 49,40 (qırx doqquz manat qırx qəpik) manat dəyərində gündəlik tələbat mallarının pulunu həmin kartın hesabından təmassız ödəmə vasitəsilə köçürmə yolu ilə ödəməklə, bundan sonra həmin gün, saat 21:58 radələrində Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən gündəlik tələbat mallarının satışı ilə məşğul olan "Oba market" mağazasına gedərək aldığı 60 (altmış manat) manat dəyərində gündəlik tələbat mallarının pulunu 50 (əlli) manat və 10 (on) manat olmaqla 2 dəfəyə həmin kartın hesabından təmassız ödəmə vasitəsilə köçürmə yolu ilə ödəyərək vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs məxsus maaş kartından 114,39 (bir yüz on dörd manat otuz doqquz qəpik) manat pulu xərcləyib elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə həmin məbləğdə pulu kartın hesabından talamaqla Zərərçəkmiş şəxs 114,39 (bir yüz on dörd manat otuz doqquz qəpik) manat maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq, yəni gizli olaraq talama cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək göstərdi ki, 01 aprel 2022-ci il tarixdə Şəki şəhərində yaşayan bacısıgilə gəlmişdir. Lakin evdə heç kəs olmadığını görüb İsrail Respublikasında yaşayan, vaxtaşırı Şəki şəhərinə gələn qohumu X5 evinə gedib, evdə olduğu halda Elşəndən borc pul almaq qərarına gəlmiş və Elşənin Şəki şəhərindəki evinə getmişdir. O, Elşənin evinə çatıb həyət qapısını döydüyü vaxt qapını açan olmadığından Elşənin evdə olmadığını anlayıb həyət darvazasının üzərindən aşaraq həyətə daxil olmuş və bir qədər irəliyə gedib həyətdəki fərdi yaşayış evinin eyvanına daxil olmuşdur. Evin qapısı asma qıfıl ilə kilidlənmiş otağına girmək istədikdə əli ilə qapının sağ layının üzərindən basmış, ikilaylı qapının üzərinə quraşdırılmış qıfıl asılan metal konstruksiyalarından qapının sağ layının üzərindəki metal konstruksiya yerindən çıxmış və qapı açılmışdır. Daha sonra o, otağa daxil olub, ətrafa baxdıqda otaqdakı iki yataqdan sağ tərəfdəki yatağın üzərində qara rəngli əl çantası olduğunu görüb həmin çantanın içinə baxmış və çantada üzərində kaburası olan 1 ədəd Lenovo markalı planşet və 1 ədəd Sony markalı fotoaparat olduğunu görmüşdür. Daha sonra həmin yatağın üzərində olan qara rəngli gödəkçənin ciblərini yoxladıqda cibindən 1 ədəd Samsung Galaxy S4 markalı mobil telefon, 1 ədəd qulaclıq və 1 ədəd pul kisəsi tapmışdır. Həmin zaman satıb pul əldə etmək məqsədi ilə içərisində planşet və fotoaparat olan həmin çantanı, həmin 1 ədəd Samsung Galaxy S4 markalı mobil telefonu, 1 ədəd qulacığı və 1 ədəd pul kisəsini götürüb evdən çıxmışdır. Həyət qapısına tərəf getdikdə çantanın içərisindəki 1 ədəd Lenovo markalı planşeti və 1 ədəd Sony markalı fotoaparatı götürüb cibinə qoyub çantanı həyətə atmışdır. Daha sonra isə evin həyət darvazasının üzərindən aşaraq küçəyə çıxmış və avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Bundan sonra qida məhsulları almaq üçün Şəki şəhər bazarının yaxınlığındakı Bazarstore mağazasına getmişdir. Orada oğurladığı pul kisəsinin içərisinə baxdıqda içərisində 50 (əlli) manat məbləğində pul, 1 ədəd Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd Unibank ASC-nin və 1 ədəd Azərbaycan Beynəlxalq Bankı ASC-nin bank kartları olduğunu aşkar etmiş və həmin 50 manat pulu xərcləmək üçün götürüb cibinə qoymuşdur. Daha sonra Unibank ASC-nin 2 ədəd bank kartlarının hesabında pul ola biləcəyini ehtimal etdiyindən həmin kartların hesabındakı puldan istifadə edərək bazarlıq etmək məqsədi ilə həmin bank kartlarını götürüb Bazarstore mağazasına daxil olmuşdur. O, əvvəlcə Unibank ASC-yə məxsus 2 ədəd kartda pul olub-olmamasını yoxlamaq üçün qiyməti 4,99 AZN olan 01 ədəd dezodorant almış və kassaya yaxınlaşıb satıcıya Unibank ASC-nin hər iki kartını təqdim edərək hansı kartda pul olsa dezodorantın pulunu həmin kartın hesabındakı puldan çıxmasını xahiş etmiş, satıcı Unibank ASC-nin kartlarından birini ona geri qaytararaq hesabında pul olmamasını bildirib pulu digər kartın hesabındakı puldan təmassız ödəmə vasitəsiylə köçürmə yolu ilə çıxmışdır. Bundan sonra o, Unibank ASC-nin hesabında pul olan kartını götürüb həmin mağazadan ərzaq məhsulları almışdır. Həmin məhsulları mağazanın kassasına vermiş, satıcı ona məhsulların ümumi dəyərinin 49,40 AZN (qırx doqquz manat 40 qəpik) olmasını bildirdikdə o, pulu Unibank ASC-nin hesabında pul olan kartının hesabındakı pulla təmassız ödəmə vasitəsi ilə ödəmişdir. Bundan sonra o, “Oba market” mağazasına daxil olub siqaret və qida məhsulları alıb mağazanın kassasına vermiş, satıcı ona aldığı məhsulların ümumi dəyərinin 72 (yetmiş iki) manat olmasını bildirdikdə o, həmin pulu oğurladığı Unibank ASC-nin hesabında pul olan həmin kartının hesabındakı pulla təmassız ödəmə vasitəsi ilə ödəmək üçün həmin bank kartını satıcıya vermiş, satıcı ona kartın hesabında 72 manat məbləğində pul olmadığını bildirdiyindən o, aldığı məhsullardan 12 manat məbləğində məhsulu mağazaya geri qaytarıb, yerdə qalan 60 manat dəyərində məhsulu satıcıya təqdim etmiş və satıcı ona aldığı məhsulların ümumi dəyərinin 60 (altmış) manat olmasını bildirdikdə, o, həmin pulu Unibank ASC-nin hesabında pul olan həmin kartının hesabındakı pulla təmassız ödəmə vasitəsi ilə ödəmişdir. O, satıcıya bank kartının hesabında hansı məbləğdə pul olduğunu bilmədiyini dediyinə görə satıcı ödənişi iki dəfəyə, yəni, əvvəlcə 50 manat, daha sonra isə 10 manat olmaqla qəbul etmişdir. Bundan sonra o, mağazadan çıxıb avtomobilinə əyləşib yola davam etmişdir. Şəki şəhəri ərazisindəki “Çay qırağı” deyilən yerdən keçən zaman pul kisəsindəki sənəd və bank kartları ona lazım olmasa da, sahibinə lazım ola biləcəyindən sahibinin tapması üçün kaburanı və pul kisəsini pəncərədən yolun kənarına atmışdır. O, həmin gün təxminən saat 23:30 radələrində Mingəçevir şəhərinə çatıb, Mingəçevir şəhər avtovağzalında bir qədər gözləyib Mingəçevir-Bakı avtobusu ilə Bakı şəhərinə yollanmışdır. Bakı şəhərində oğurladığı mobil telefonu, fotoaparatı və planşeti satmaq üçün 20 Yanvar metrosu ətrafındakı əraziyə getmiş, həmin ərazidəki adını xatırlamadığı telefon alqı-satqısı mağazasında tanımadığı satıcıya oğurladığı 1 ədəd Samsung Galaxy S4 markalı mobil telefonun öz telefonu olduğunu bildirərək 20 (iyirmi) manata satmışdır. Daha sonra həmin ərazidəki adını xatırlamadığı başqa bir telefon alqı-satqısı mağazasına daxil olub, tanımadığı satıcıya oğurladığı 1 ədəd Lenovo markalı planşetin özünə məxsus olduğunu bildirib, həmin planşeti 50 (əlli) manata satmışdır. Sony markalı fotoaparatı da satmağa çalışsa da alan olmadığından sata bilmədiyinə görə özü istifadə etmək qərarına gəlib özündə saxlamışdır. Bundan sonra o, Mingəçevir şəhərinə qayıtmışdır. Sonda bildirdi ki, özünü yalnız CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilir. O, elektron məlumat daşıyıcılardan və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etməmişdir. Etdiyi əməldən peşmandır. Anası dünyasını dəyişmiş, xəstə qardaşı, azyaşlı övladı var. Ona bir daha şans verilməsini, ailə vəziyyətini nəzərə alınmasını, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, ünvan 3 ünvanında, dostu Şahid1 ilə birlikdə kirayədə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində işdən çıxdıqdan sonra adətən olduğu kimi kirayədə yaşadığı ünvana gəlmiş və geyimini dəyişdikdən sonra evin yataq otağının qapısını asma qıfıl ilə kilidləyib, həyət qapısını isə qıfıl ilə kilidləyib evdən çıxaraq futbol oynamaq üçün futbol meydanşasına yollanmışdır. Yolda dostu Şahid1 ilə rastlaşmış və evin açarlarını evə getməsi üçün Qəzənfərə vermiş, özü isə futbol meydançasına getmişdir. Həmin gün axşam saatlarında futbol oyununu bitirdikdən sonra evə getmək üçün Qəzənfərə zəng etdikdə Qəzənfər ona çayxanada olduğunu demiş və o, həmin çayxanaya gedib orada Qəzənfərlə çay içib söhbət edərək bir qədər vaxt keçirmişdir. Daha sonra isə Qəzənfər ilə birlikdə kirayədə yaşadıqları ünvana yollanmışdırlar. Həmin gün saat 23:20 radələrində yaşadığı ünvana çatıb, evin həyət qapısının kilidini açıb həyətə daxil olmuş, həyətdəki fərdi yaşayış evinə daxil olub, yataq otağının qapısına yaxınlaşdıqda qapının açıq vəziyyətdə olduğunu, həmin ikilaylı qapının üzərinə quraşdırılmış qıfıl asılan metal konstruksiyalarından qapının sağ layının üzərindəki metal konstruksiyanın yerindən çıxarılaraq qapının açıldığını görmüşlər. O, otağa daxil olub otağı nəzərdən keçirdikdə, evdən çıxmazdan əvvəl yatağının üzərinə qoyduğu, içərisində 1 ədəd Sony markalı fotoaparatı və üzərində kabura olan 1 ədəd Lenovo markalı planşetini olan qara rəngli əl çantasının yerində olmadığını, yatağının üzərinə qoyduğu gödəkçəsinin ciblərini yoxladıqda isə gödəkçəsinin sağ yan cibinə qoyduğu 1 ədəd Samsung Galaxy S4 markalı mobil telefonunun və 1 ədəd qulaqlığının (nauşnik), həmçinin həmin gödəkçəsinin sol yan cibinə qoyduğu içərisində ona məxsus 1 ədəd Unibank ASCnin maaş kartı, 1 ədəd Unibank ASC-nin debet kartı, 1 ədəd Beynəlxalq Bank ASC-nin təqaüd kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi və 50-60 manat (hal-hazırda məbləğ dəqiq yadında deyil) məbləğində nağd pulu olan 1 ədəd pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Daha sonra həmin çanta evdən həyət qapısına aparan yolun kənarında aşkar olunsa da, çantasında olan 1 ədəd planşetinin və 1 ədəd fotoaparatının çantada olmadığını müəyyən olunmuşdur. Şahid1 DİN-in 102 xidmətinə müraciət edərək bu haqda məlumat vermiş, daha sonra isə o, bununla bağlı ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Hadisə zamanı əşyalarının və nağd pulunun oğurlanması nəticəsində ona 50-60 (dəqiq yadında deyil) Azərbaycan manatı, sadaladığı əşyaları aldığı vaxtda xərclədiyi pula münasibətdə 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan dəyib. Belə ki, o, həmin Samsung Galaxy S4 markalı mobil telefonu 2020-ci ildə tanışından işlənmiş vəziyyətdə 100 (bir yüz) manata, 1 ədəd markasını bilmədiyi qulaqlığı 2022-ci ilin fevral ayında Şəki şəhərindəki mağazalardan birindən 5 (beş) manata, 1 ədəd pul kisəsini 2020ci ildə Şəki şəhərindəki mağazalardan birindən 10 (on) manata, 1 ədəd Lenovo markalı planşeti 2022-ci ilin yanvar ayında Şəki şəhərindəki mağazalardan birindən 470 (dörd yüz yetmiş) manata, həmin planşetin üzərindəki 01 ədəd kaburanı 2022-ci ilin yanvar ayında Şəki şəhərindəki mağazalardan birindən 25 (iyirmi beş) manata, 1 ədəd Sony markalı fotoaparatı 2022-ci ilin yanvar ayında Şəki şəhərindəki mağazalardan birindən 250 (iki yüz əlli) manata almışdır. 1 ədəd Unibank ASC-nin maaş kartı, 1 ədəd Unibank ASC-nin debet kartı və 1 ədəd Beynəlxalq Bank ASC-nin təqaüd kartı isə ona bank tərəfindən pulsuz verilmişdir. Bundan başqa onun oğurlanan əşyalarından ona məxsus 1 ədəd Unibank ASC-nin maaş kartının hesabından 114,39 (bir yüz on dörd manat otuz doqquz qəpik) manatın kartı oğurlamış şəxs tərəfindən ondann xəbərsiz və icazəsiz nağdsız ödənişlərdə istifadə olunaraq xərcləndiyini müəyyən etmişdir. Ona vurulmuş ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə bildirdi ki, ünvan 3 ünvanında dostu Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində işdən çıxdıqdan sonra adətən olduğu kimi kirayədə yaşadığı ünvana yollanmış, yolda dostu Zərərçəkmiş şəxs ilə rastlaşmış və evə getməyi üçün evin açarlarını Xanoğlandan götürüb evə getmişdir. O, kirayə yaşadığı evdə geyimini dəyişdikdən sonra həmin gün saat 19 radələrində yaşadığı ünvandakı fərdi yaşayış evinin yataq otağının qapısını asma qıfıl ilə kilidləyib, həyət qapısını isə qıfıl ilə kilidləyib evdən çıxaraq istirahət etmək məqsədi ilə tanışları ilə çay içib söhbət edərək vaxt keçirmək üçün Şəki şəhəri S.Rəhman küçəsində yerləşən Bazarstore mağazasının yaxınlığındakı çayxanalardan birinə getmiş və orada tanışları ilə bir qədər vaxt keçirmişdir. Daha sonra Xanoğlan ona zəng etdikdə, o, Xanoğlana çayxanada olduğunu demiş, bir qədər sonra Xanoğlan da həmin çayxanaya gəlmiş və orada onunla və onun tanışlarıyla çay içib söhbət edərək bir qədər vaxt keçirmişdir. Bundan sonra isə Xanoğlan ilə birlikdə kirayədə yaşadıqları ünvana yollanmışdırlar. Həmin gün saat 23:20 radələrində yaşadıqları ünvana çatıb, evin həyət qapısının kilidini açıb həyətə daxil olmuş, bir qədər irəliyə gedib həyətdəki fərdi yaşayış evinə daxil olub, yataq otağının qapısına yaxınlaşdıqda qapının açıq vəziyyətdə olduğunu, həmin ikilaylı qapının üzərinə quraşdırılmış qıfıl asılan metal konstruksiyalardan qapının sağ layının üzərindəki metal konstruksiyanın yerindən çıxarılaraq qapının açıldığını aşkar etmişlər. Bundan sonra onlar otağa daxil olub otağı nəzərdən keçirdikdə, o, əşyalarının yerində olduğunu görsə də, Xanoğlan evdən çıxamazdan əvvəl öz yatağının üzərinə qoyduğu, içərisində 1 ədəd Lenovo markalı planşeti və 1 ədəd Sony markalı fotoaparatı olan əl çantasının yerində olmadığını, yatağının üzərinə qoyduğu gödəkçəsinin ciblərini yoxladıqda isə gödəkçəsinin sağ yan cibinə qoyduğu 1 ədəd Samsung Galaxy S4 markalı mobil telefonunun və 1 ədəd qulaqlığının (nauşnik), həmin gödəkçənin sol yan cibinə qoyduğu içərisində özünə məxsus 1 ədəd Unibank ASC-nin maaş kartı, 1 ədəd Unibank ASC-nin debet kartı, 1 ədəd Beynəlxalqbank ASC-nin təqaüd kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi və 60 manat məbləğində nağd pulu olan 1 ədəd pul kisəsinin yerində olmadığını aşkar etmiş və bu haqda ona bildirmişdir. Daha sonra o, Xanoğlanla birlikdə həyətə çıxıb ətrafa baxdıqda evdən çıxmazdan əvvəl Xanoğlanın öz yatağının üzərinə qoyduğu həmin çantanın evdən həyət qapısına aparan yolun kənarında olduğunu, çantasına qoyduğu 1 ədəd planşetinin və 1 ədəd fotoaparatının çantasında olmadığını aşkar etmişdir. O, DİN-in 102 xidmətinə müraciət edərək bu haqda məlumat vermiş, daha sonra isə Zərərçəkmiş şəxs bununla bağlı ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə bildirdi ki, şəxsi avtomobili ilə Şəki şəhərindən Bakı şəhərinə və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olur və bu yolla əldə etdiyi gəlirlə dolanır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şəki şəhəri M.F.Axundzadə küçəsində “Çay qırağı” deyilən ərazidə yaşayan adını xatırlamadığı müştərini götürmək üçün həmin müştərinin yaşadığı evin qarşısına gedib gözləməyə başlamışdır. Bu zaman həmin müştəri avtomobilinə əyləşdikdən sonra özü də avtomobilinə əyləşən zaman avtomobil yolunun sol kənarında yerdə 1 ədəd pul kisəsi və 1 ədəd planşet kaburasının olduğunu görmüş və dərhal yaxınlaşıb götürdükdə planşet kaburasının üzərində “Unibank” və “sənin bankın” sözləri yazıldığını görüb həmin kaburanın və pul kisəsinin Unibankda işləyən şəxsə məxsus olduğunu güman etmiş, pul kisəsinin içərisinə baxdıqda 1 ədəd Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar etmiş və Zərərçəkmiş şəxs mobil nömrəsini tapıb Xanoğlanla əlaqə saxlayıb əşyalarını tapdığını bildirmiş, Zərərçəkmiş şəxs xahişi ilə pul kisəsinin içərisinə baxdıqda pul kisəsində 1 ədəd Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd Unibank ASC-nin və 1 ədəd Azərbaycan Beynəlxalq Bankı ASC-nin bank kartları olduğunu aşkar etmiş və bu haqda Xanoğlana bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs zəng edib əşyalarını Şəki şəhər-rayon Polis Şöbəsinə təhvil verəcəyini bildirib, əşylarını oradan götürməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli əşyanın könüllü təqdim olunması, götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs internet informasiya resursu vasitəsi ilə özünün Unibank ASC-dəki hesabından etdiyi çıxarışları həmin çıxarışların xx.xx.2022-ci il tarixdə kirayədə yaşadığı ünvan 3 ünvanından oğurlanmış ona məxsus 1 ədəd Unibank ASC-nin əmək haqqı kartının hesabındakı pullarla aparılmış ödəniş əməliyyatlarına dair çıxarışlar olduğunu bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunan 04 səhifədən ibarət bank hesabından çıxarışın məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:23 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən "Bazarstore" mağazasında 4,99 (dörd manat doxsan doqquz qəpik) manat məbləğində pul Zərərçəkmiş şəxs məxsus bank kartının hesabından təmassız ödəmə vasitəsilə köçürmə yolu ilə ödənilməklə xərclənmiş, həmin tarixdə saat 21:41 radələrində qeyd edilən mağazada 49,40 (qırx doqquz manat qırx qəpik) manat məbləğində pul Zərərçəkmiş şəxs məxsus bank kartının hesabından təmassız ödəmə vasitəsilə köçürmə yolu ilə ödənilməklə xərclənmiş, xx.xx.2022-ci il tarixdə saat 21:58 radələrində Şəki şəhəri, Heydər Əliyev prospektində "Oba market" mağazasında 50 (əlli) manat və 10 (on) manat məbləğində pul Zərərçəkmiş şəxs məxsus bank kartının hesabından təmassız ödəmə vasitəsilə köçürmə yolu ilə ödənilməklə xərclənmişdir. Həmçinin, həmin çıxarışdan görünür ki, qeyd edilən ödəmə əməliyyatların aparıldığı, Zərərçəkmiş şəxs məxsus bank kartının son rəqəmləri “8484” şəklindədir. 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sony markalı fotoaparatı təqdim etmişdir. xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Sony markalı fotoaparat tanınmaya təqdim olunan zaman Zərərçəkmiş şəxs həmin fotoaparatı tanıyıb göstərərək hadisə zamanı yaşadığı ünvandan oğurlanmış fotoaparat olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Şahid2 təqdim etdiyi bir ədəd planşet kaburası tanınmaya təqdim olunan zaman Təqsirləndirilən şəxs həmin planşet kaburasını tanıyıb göstərərək hadisə zamanı Şəki şəhərindəki fərdi yaşayış evindən oğurladığı planşet kaburası olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim etmə protokoldan görünür ki, Şahid2 təqdim etdiyi bir ədəd pul kisəsi tanınmaya təqdim olunan zaman Təqsirləndirilən şəxs həmin pul kisəsini tanıyıb göstərərək hadisə zamanı Şəki şəhərindəki fərdi yaşayış evindən oğurladığı pul kisəsi olduğunu bildirmişdir. 03 aprel 2022-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Şəki Rayon Məhkəməsinin 05 aprel 2022-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 aprel 2022-ci il tarixdən 03 iyul 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İfadənin yerində yoxlanılması haqqında 05 aprel 2022-ci il tarixli protokoldan və əlavə olunmuş fotoşəkillərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusiyyətləri hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli 9/4188 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 72,0 manat, təqdim edilməmiş 3 adda malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 332,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Rəyin tədqiqat hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş mallar: qara rəngli, istifadədə olmuş Sony DSC-W800 markalı fotoaparat 60 manat, üzərində “Unibank” yazıları olan, 24,5x15 sm ölçülü planşet kaburası 10 manat, üzərində “Pizhenbao Leather” yazıları olan, uzun müddət istifadədə olmuş, 18x9,5 sm ölçülü, süni dəridən hazırlanmış pul kisəsi 2 manat, cəmi 72,0 manat. Təqdim edilməmiş mallar nəzəri qaydada: qara rəngli, operativ yaddaşı 4GB, daxili yaddaşı 64 GB olan Lenovo Tab M10 markalı planşet 250 manat, qara rəngli, Samsung Galaxy S4 markalı mobil telefon 80 manat, qara rəngli, naqilli qulaqcıq 2 manat. Cəmi 332,0 manat. (Aparılan ekspertizanın dəyəri 50 manat təşkil etmişdir). DİN-in BƏSİİ-dən daxil olmuş 26 aprel 2022-ci il tarixli tələbnamədən, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1 (006)-457/2017 saylı hökmünün və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-528/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qərarının surətlərindən görünür ki, Tahirov X1 Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən 240 saat iştimai işlər cəzasına məhkum edilmiş, 05 dekabr 2013-cü ildə cəza müddəti başa çatmışdır. Bundan başqa xx.xx.2015-ci il tarixli Oğuz rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi maddəsinə əsasən cəza şərti tətbiq edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, CM-in 70-ci maddəsi xaric edilməklə Təqsirləndirilən şəxs 03 il 05 ay 06 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmiş, CM-nin 177.2.4-cü maddəsi üzrə cinayət təqibinə xitam verilmiş və Təqsirləndirilən şəxs üzərində CM-nin 177.2.2-ci maddəsinə əsasən 03 il 02 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Daha sonra Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 17 gün həmin hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 09 ay vaxtından əvvəl şərti azad olunmuşdur. Mingəçevir şəhər X2 Birliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Tahirov X1 şəhəri Şəfəq küçəsi 43 nömrəli evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrilə nəzərdə tutulan əməlləri törətmişdir. Onun həmin cinayətləri törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs məhkəmə baxışında tədqiq edilmiş öz müdafiəçisinin iştirakı ilə ibtidai istintaqa verdiyi ifadəsində ona istinad olunan əməli tam etiraf etmişdir. Təqsirləndirilən şəxsin özünü CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilməməsinə, dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi əməldən peşmançılıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaradır və cinayətlərin təhlükəli residivini məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, CM-yə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (maddə 65.1 və 65.2). CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyalarında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 03 aprel 2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan 01 ədəd Sony markalı fotoaparat, 01 ədəd planşet kaburası, 01 ədəd pul kisəsi, 02 ədəd Unibank ASCnin və 01 ədəd Azərbaycan Beynəlxalq Bankı ASC-nin bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddiаnın оlmаmаsı nəzərə аlınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli sübhəli şəxs kimi tutlduğu tarixdən, yəni 03 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan 01 ədəd Sony markalı fotoaparat, 01 ədəd planşet kaburası, 01 ədəd pul kisəsi, 02 ədəd Unibank ASCnin və 01 ədəd Azərbaycan Beynəlxalq Bankı ASC-nin bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə mülki iddiаnın оlmаmаsı nəzərə аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm аpellyаsiyа şikаyəti və yа аpellyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-71/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-71/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver