Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-72/2021 04.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1989-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə məhkum olunmuş, hazırda X3 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 495.23 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana əldə edib, daşıyaraq üzərində və Şəki şəhərində yerləşən «Mustafabəy» istirahət mərkəzinin girişindəki köhnə yarım tikilinin içərisində gizlədərək saxlamış, 09 may 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saat 13 radələrində yaşadığı ünvan 2 ünvanı yaxınlığında saxlanılaraq Şəki şəhəri, X11 prospekti 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 15:53 radələrində üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli yay gödəkçənin sol iç cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda 5.23 qram, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 18:48 radələrində Şəki şəhərində yerləşən «Mustafabəy» istirahət mərkəzinin girişindəki köhnə yarım tikiliyə keçirilən baxış zamanı həmin tikilinin içərisindən özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd sellofan torbada təmiz çəkisi 490.00 qram olmaqla, cəmi 495.23 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmədə ifadə vermək istəmədiyini bildirdi. Həmçinin, əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında tədqiq olunaraq elan edildi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilir. 2015-ci ildə oğurluq etdiyinə görə ona 2500 manat cərimə cəzası verilmiş və məhkəmədən sonra cəriməni tam ödəmişdir. Bundan başqa bir il olar ki, narkotik vasitə olan tiryək və marixuanadan istifadə edir. Əvvəllər şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryək əldə edib üzərində saxladığına görə 2021-ci ilin mart ayının 25-də polis əməkdaşları tərəfindən tutulmuş və barəsində cinayət işi başlanaraq istintaq başa çatandan sonra Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəllər Şəki şəhərinin aşağı hissəsində yerləşən aeroportun yaxınlığındakı sahələrdə yabanı halda narkotik vasitə olan çətənə bitkiləri yetişdiyini eşitmişdir. Həmin ərəfədə narkotik vasitə tapa bilmədiyi üçün qərara gəlmişdir ki, həmin yerə gedib yabanı halda bitmiş çətənə bitkiləri olsa bir qədər özü istifadə etməsi üçün yığsın. Ona görə 2020-ci ilin avqust ayının sonlarında aeroporta getmişdir. Aeroportun yaxınlığındakı əkin sahələrinin kənarında yabanı halda çətənə bitkilərinin bitdiyini görmüş və həmin yabanı halda bitən çətənə bitkilərinin yarpağından bir qədər yığıb, həmin ərazidə sərib qurutmuşdur. Təxminən 10 gündən sonra həmin qurutduğu narkotik vasitə olan çətənə bitkilərinin yarpaqlarını özü ilə gətirdiyi sellofan torbaya yığıb sonradan istifadə etmək üçün aparıb Şəki şəhərində yerləşən «Mustafabəy» istirahət mərkəzinin girişində köhnə yarım tikilinin içərisində gizlətmişdir. 09 may 2021-ci il tarixdə narkotik vasitə istifadə etmək istədiyi üçün narkotik vasitə olan marixuananı gizlətdiyi yerə getmiş və sellofan torbada gizlətdiyi həmin narkotik vasitədən bir qədər götürüb kibrit qutusuna doldurub küçələrinə gəlmişdir. Bu zaman dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını bildirmişlər. Sonra həmin polis əməkdaşları ona narkotik vasitə əldə etməsi barədə onlara məlumat daxil olduğunu, ona görə də onlarla birlikdə Şəki ŞRPŞ-nə getməli olduğunu demişlər. Razılaşdığı üçün polis işçiləri ilə birlikdə Şəki ŞRPŞ-nə gəlmişdir. Həmin vaxt gizlətdiyi yerdən götürdüyü bir kibrit qutusu narkotik vasitə olan nəşədə üstündə olmuşdur. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı ona narkotik vasitə əldə etməsi barədə məlumat daxil olduğundan onun üstünə videoçəkilişlə şəxsi axtarış aparacağını və Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını ona təqdim edərək istədiyi vəkilin iştirakını təmin edəcəklərini bildirmişdir. Vəkillərin siyahısından vəkil “Musa” müəllimi seçdiyi üçün təhqiqatçı zəng vurub “Musa” müəllimi PŞ-nə dəvət edərək ona təqdim etmişdir. Bundan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Sonra onu küçədə saxlayaraq PŞ-nə dəvət edən polis işçilərinin, vəkili “Musa” müəlimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı əvvəlcə ona üstündə olan əşyaları təqdim etməsini təklif etdiyi üçün əynindəki qolsuz tünd göy rəngli gödəkçənin sol yan cibindən bir qutu Vest siqaretini, bir ədəd qırmızı rəngli alışqanı, həmin gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunu, əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən 2 ədəd bir manatlıq pul əskinazlarını çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən sonra əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyəsinə baxış keçirilsə də, üstündən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təhqiqatçı ondan stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə, əvvəlcə bir qutu siqaretini, bir ədəd alışqanını və iki manat pulu təqdim etdikdən sonra bir ədəd kibrit qutusunu təqdim edib içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni keçən ilin yay-payız aylarında Şəki aeroportunun yaxınlığındakı əkin sahələrinin kənarında yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından yığdığını bildirmişdir. Təhqiqatçı üstündən aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuananı zərfə qoyaraq zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra üstündən aşkar edilmiş siqaretini, alışqanını və iki manat pulunu özünə qaytarıb vermişdir. Sonra təhqiqatçı ondan evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıbsaxlamadığını soruşduqda, təhqiqatçıya 2020-ci ilin avqust ayının sonlarında Şəki aeroportunun yaxınlığındakı əkin sahələrinin kənarında yabanı bitən halda çətənə bitkilərinin yarpağından bir qədər özü istifadə etmək məqsədilə yığıb Şəki şəhərində yerləşən «Mustafabəy» istirahət mərkəzinin girişində köhnə yarım tikilinin içərisində gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Təhqiqatçı hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda, heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və kompyuterdə onlara nümayiş etdirilmişdir. Həmin vaxt onun və digər iştirakçıların heç bir əlavə və şikayətləri olmadığı üçün bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan onlara oxunduqdan sonra vəkili Musa müəllim və polis işçiləri ilə birlikdə həmin protokolu imzalamışdır. Daha sonra vəkil Musa müəllim və polis işçiləri ilə birlikdə polis şöbəsindən çıxıb Şəki şəhərində yerləşən «Mustafabəy» istirahət mərkəzinin girişindəki köhnə yarım tikiliyə getmişlər. Həmin tikiliyə çatandan sonra tikiliyə daxil olub 2020-ci ilin avqust ayının sonlarında Şəki aeroportunun yaxınlığındakı əkin sahələrinin kənarında yabanı bitən halda çətənə bitkilərinin yarpağından yığıb bir ədəd sellofan torbada gizlətdiyi narkotik vasitə olan nəşəni götürüb təhqiqatçıya təqdim etmişdir. Həmin sellofan torbanı təhqiqatçı açıb onlara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı sonra həmin bir ədəd sellofan torbanın içərisindəki narkotik vasitə olan marixuananı sellofan torba ilə birlikdə zərfə qoyaraq zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Təhqiqatçı hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda, heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və kompyuterdə onlara nümayiş etdirilmişdir. Həmin vaxt digər iştirakçılar kimi heç bir əlavə və şikayətinin olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan onlara oxunmuşdur. Bundan sonra vəkili Musa müəllim və polis işçiləri kimi o da həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməklə məhkəmə iclasında göstərdi ki, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilidir. 09 may 2021-ci il tarixdə Şəki şəhərində yaşayan “Fərrux” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Şəki ŞRPŞ-nin PPXB-nin polis serjantı Şahid2, polis kiçik serjantı Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Fərrux” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. X9 seçdiyi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin, onların iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o da digər əşyalarla birlikdə bir ədəd kibrit qutusunu cibindən çıxarıb masanın üzərinə qoymuş, kibrit qutusunda narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni keçən ilin yay-payız aylarında Şəki aeroportunun yaxınlığındakı əkin sahələrinin kənarında yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından yığdığını bildirmişdir. Təhqiqatçı sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə olan marixuananı zərfə qoyaraq möhürlədikdən sonra digər iştirakçılar kimi həmin zərfin üzərinə imza etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda Təqsirləndirilən şəxs təhqiqatçıya 2020-ci ilin avqust ayının sonlarında Şəki aeroportunun yaxınlığındakı əkin sahələrinin kənarında yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından bir qədər özü istifadə etmək məqsədilə yığıb Şəki şəhərində yerləşən “Mustafabəy” istirahət mərkəzinin girişində köhnə tikilinin içərisində gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuşdur. PPXB-nin polis serjantları Şahid2, Şahid3, Təqsirləndirilən şəxs və o, vəkil ilə birlikdə polis şöbəsindən çıxıb Şəki şəhərində yerləşən “Mustafabəy” istirahət mərkəzinə gəlmişlər. Təqsirləndirilən şəxs girişdəki köhnə tikilini göstərib narkotik vasitə olan marixuananı həmin tikilinin içərisində gizlətdiyini bildirmiş və tikiliyə daxil olub bir ədəd sellofan torbanı gizlətdiyi yerdən götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin sellofan torbanı açdıqda içərisində yaşıl rəngli, spesifik iyi olan bitki kütləsinin olması müəyyən edilmiş, sonra təhqiqatçı həmin sellofan torbanın içərisindəki yaşıl rəngli bitki kütləsini torba ilə birlikdə zərfə qoyaraq qablaşdırmış, iştirakçılar zərfi imzalamış, tərtib olunmuş protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında dindirilən şahidlər Şahid3 və Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 09 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 09 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki aşkar edilərək götürülmüşdür. Baxış və maddi sübutun götürülməsi barədə 09 may 2021-ci il tarixli protokoldan görünür ki, Şəki şəhəri “Mustafabəy” adlanan ərazidəki yarım tikiliyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs gizlətdiyini bildirdiyi bir ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 10 may 2021-ci il tarixli, 17/338 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəki şəhəri Mustafabəy adlanan ərazidən aşkar olunmuş maddi sübut…” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan torbada təmiz çəkisi 490.00 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut…” sözləri yazılmış zərfin içərisindəki bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5.23 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada və bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuanlar tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi – 490.00 qr, tədqiqata sərf edildi – 0.05 qram, qalıq – 489.95 qram. Marixuananın təmiz çəkisi – 5.23 qr, tədqiqata sərf edildi – 0.05 qram, qalıq – 5.18 qram (aparılmış tədqiqatın dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat təşkil edir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 24 iyun 2021-ci il tarixli, 17/409 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərində yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs ifadəsinin yoxlanılması zamanı götürülmüş torpaq nümunəsi” sözləri yazılmış 03 ədəd sellofan torbaların içərisindəki torpaq nümunələrində narkotik tərkibli çətənə bitkisinin hissəcikləri aşkar edilmədi. Təqdim edilmiş 03 ədəd torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir (aparılmış tədqiqatın dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat təşkil edir). İfadənin yerində yoxlanılması haqda 08 iyun 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsindəki xüsusatları əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. 11 may 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. Şəki Rayon Məhkəməsinin 11 may 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə, yəni 09 may 2021-ci il tarixdən hesablanmaqla 09 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Psixiatrik Xəstəxanasından verilmiş 606 №li arayışdan görünür ki, Cabbarov X4 xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki Rayon Mərkəzi Xəstəxanasından verilmiş 653 №li arayışdan görünür ki, Cabbarov X1 qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 25 may 2021-ci il tarixli, 406 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan epizodik istifadə edir. Narkomaniya xəstəliyindən əzаb çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Nаrkоlоji kabinetdə profilaktiki qeydiyyаtа аlınmаsı məsləhət görülür. DİN-in BƏSİİ-dən daxil olmuş 24 may 2021-ci il tarixli tələbnamədən və Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 26.08.2015-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya aktına əsasən cərimə cəzasından azad edilmişdir. Eyni zamanda Şəki Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 21 may 2021-ci il tarixdən hesablanmışdır. Həmçinin hökmlə Təqsirləndirilən şəxs Şəki RMX publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyata alınması hökm edilmişdir. Şəki şəhər İHB-nin “Sarıtorpaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Şəki şəhəri, Cəbrayılov (keçmiş Çapayev) küçəsi 10 saylı evdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 05 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunun 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qanunun 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qanunun 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli hökmünə əsasən 25 mart 2021-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra məhkum olunmadığı, məhkumluğu ödənilmədiyi və götürülmədiyi, cinayət məsuliyyətindən azad edilmədiyi halda yenidən CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, cinayətin təkrar törədilməsi hesab olunmalı və CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs analoji cinayət əməlinə görə məhkum olunmuş və hazırda cəza çəkir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli şəxsdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona CM-nin təqsirli bilindiyi 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə müvafiq olaraq Şəki Rayon Məhkəməsinin 1(075)-56/2021 saylı, 21 may 2021ci il tarixli hökmü üzrə təyin edilmiş 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzası həmin cəza ilə qismən toplanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 09 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Şəki Rayon Məhkəməsinin 1(075)-56/2021 saylı, 21 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı olduğu nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 495.13 qram olan narkotik vasitə hesab edilən marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70.52 (yetmiş manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 1(075)-56/2021 saylı, 21 may 2021-ci il tarixli hökmü üzrə təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəza ilə qismən toplansın. Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 09 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Şəki Rayon Məhkəməsinin 1(075)-56/2021 saylı, 21 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı olduğu nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 495.13 qram olan narkotik vasitə hesab edilən marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70.52 (yetmiş manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-72/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-72/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver