Məhkəmə qərarları › İş №1(075)-72/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-72/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-72/2025 08.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X25, X27 və X9, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 iştirakı ilə, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X25, X27 və X9 xüsusi ittiham qaydasında şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X25, X27 və X17 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan X19 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə müraciət ünvanlayaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin rəisi Şamil Qasımov, qeydiyyat sənədlərinin qəbulu və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı şöbəsinin müdiri Əhməd Məcidov və həmin şöbənin hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı Şabəddin Aydəmirov tərəfindən torpaq sahəsinə mülkiyyət sənədinin verilməsi üçün Bəşarət Qədirovdan qanunsuz ödəniş tələb olunması barədə ağır cinayətdə ittiham etməklə böhtan atmış, yəni yalan olduğunu biləbilə həmin vəzifəli şəxsləri kollektivdə, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqeyə ziyan vura biləcək nüfuzdan salan məlumatlar yaymışdır. Bununla da, Şəki şəhər sakini X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. ünvan 2 ünvanında yaşayan X12 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə ünvanladığı müraciətdən göründüyü kimi, B.Qədirov onları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci maddəsinin dispozisiyasında əks olunmuş vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə rüşvət almaqda ittiham etmişdir. X2 oğlunun müraciətdə qeyd etdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı X13 tərəfindən 06 aprel 2011-ci il tarixdə X15 50 il müddətinə etibarnamə verilmişdir. Bundan sonra vətəndaş X5 etibarnamə üzrə nümayəndəsi X19 30 aprel 2024-cü il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizə ilə DƏDKR PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 1438 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan ölçü sənədinin verilməsini xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan torpaq sahəsinin arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 0.1438 ha torpaq sahəsinə X20 və X6 adlarına 03 noyabr 1966-cı il tarixli, 5486 nömrəli torpaq qeydi verilmişdir. 24 oktyabr 1996-cı il tarixli, 2B-İ/97 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X13 və X18 mərhum X20 və X4 ünvan 4 ünvanında yerləşən 0.0490 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə vərəsəlik qəbul etmişlər və sonuncuların adlarına 01 sentyabr 1996-cı il tarixli, 10456 inventar nömrəli texniki pasport və qeydiyyat vəsiqəsi verilmiş, 18 may 2021-ci qeydiyyat tarixli, **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ərazi idarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə naturada baxış keçirilərkən X7 məxsus fərdi yaşayış evinin sərhəd hüdudlarından kənarda yerləşdiyi müəyyən edildiyindən ərizəçiyə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-2280/2024 №-li bildiriş verilmişdir. Belə ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 124.1 kv.metr olan yaşayış evi və həmin evin tikintisi üçün ayrılmış 1438 kv.metr torpaq sahəsinə Nuxa Kommunal təsərrüfatı şöbəsi tərəfindən X10 adına 21 iyun 1945-ci il tarixdə 5486 nömrəli torpaq qeydi verilmiş, 1947-ci ildə X22 və 1957-ci ildə arvadı X21 öldükdən sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi vərəsəlik qaydasında daimi sahiblik hüququ ilə mərhumun övladları X20 və X1, Şəki şəhəri, N.Nərimanov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə Nuxa rayon Kommunal təsərrüfatı şöbəsi tərəfindən X20 və X6 adına 27 sentyabr 1966-cı il tarixli mülkiyyət hüuququnun qeydiyyata alınmasına dair vəsiqə və 03 noyabr 1966-cı il tarixdə 5486 nömrəli torpaq qeydi verilmişdir. Lakin, 24 oktyabr 1996cı il tarixli notariat qaydasında təsdiq edilmiş xx.xx.1996-cı il tarixli, 2B-İ/97 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə ünvan 6 ünvanında 490.35 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 71.5 kv.metr yaşayış evi vəfat etmiş X20 və X4 vərəsəlik qaydasında X13 və X3 və Şəki Rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən onlara qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, üzərində X13 və X11 mülkiyyət hüququ qeydə alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə Şəki Rayonlararası Texniki inventarlaşdırma bürosu tərəfindən 1996-cı ilin sentyabr ayında tərtib olunmuş 10456 inventar nömrəli texniki pasportda Şəki şəhəri, 24-cü rayon, Nəriman Nərimanov küçəsində yerləşən yaşayış evinin torpaq sahəsinin ölçüsü 490.35 kv.metr göstərilmişdir. X13 və X11 adına Şəki Rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən tərtib edilmiş qeydiyyat vəsiqəsi əsasında həmin fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı aparılaraq evin yerləşdiyi 0.049 ha torpaq sahəsinə X5 və X11 ümumi birgə mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və xx.xx.2021ci il tarixli, 10456 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Beləliklə, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsi 0.049 ha, faktiki sahəsi isə 0.0572 ha olduğundan və həmin evə dair torpaq qeydindəki 1438 kv.metr torpaq sahəsi faktiki mövcud olmadığından, habelə 5486 nömrəli torpaq qeydinə əsasən üzərində mülkiyyət hüququnun tanınması tələb olunan 304.15 kv.metr torpaq sahəsi həmin torpaq qeydində əks olunmuş fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış evin torpaq sahəsindən ayrıca yerləşdiyindən 03 noyabr 1966-cı il tarixli, 5486 nömrəli torpaq qeydinə əsasən verildiyi iddia olunan 304.15 kv.metr torpaq sahəsinin mərhum X16 məxsus olması barədə elektron arayışın verilməsi tərəflərindən qanuna müvafiq hesab olunmamışdır. O da qeyd olunmalıdır ki, Bəşarət Qədirov məsələ ilə əlaqədar dəfələrlə müxtəlif dövrlərdə ərazi idarəsində aidiyyəti əməkdaşların qəbulunda olmuş, qəbul zamanı ona nəzakətlə davranılmış, heç bir kobud davranışa yol verilməyərək mövcud qanunvericiliyin tələbləri izah edilmişdir. Bütün bunlara baxmayaraq ünvan 2 ünvanında yaşayan X19 xx.xx.2023-cü il tarixdə ərazi idarəsinə gələrək özbaşınalıq etmiş, idarənin əməkdaşı Əhməd Məcidovu təhqir etmişdir. Məsələ ilə əlaqədar tərəflərindən xx.xx.2023-cü il tarixli müvafiq akt tərtib edilərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinə xx.xx.2023-cü il tarixli, **********55 saylı məktub ünvanlanmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X25 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X27 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X19 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsləri, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. Həmin Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, şikayət forma və məzmunla bağlı tələblərə riayət edilmədən tərtib edilmişdir. Belə ki, şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayət verilən şəxs X19 haqqında məlumatlarla bağlı CPM-in 293.3.3-cü maddəsinin tələbləri gözlənilməmiş, məlumatlar natamam qeyd edilmişdir (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi). Ərizədə barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxsin doğulduğu gün, ay, il göstərilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxslər X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncunun hansı əməlinə görə həmin Məcəllənin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını göstərməmişdir. Eyni zamanda şikayət ərizəsində X15 isnad edilən əməlin törədilməsini sübut edəcək hər hansı sübut iş materiallarına əlavə edilməmiş, bununla da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinin tələbi də pozulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Eyni zamanda həmin qərarın 12-ci bəndinin 2, 3 və 4-cü abzaslarında göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və şikayəti vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə qərar aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X25, X27 və X9 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar